Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3571/2021 05.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X7, Cavabdeh X3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMMC-nin nümayəndəsi-vəkili X9, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 və onun nümayəndəsi-vəkili X5 iştirakı ilə, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh və X2 (“xxxx” MMMC və X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı “müqavilələrin qanunsuz hesab edilməklə, binadan çıxarılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 4576/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı MTK Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və digər şəxslərin onlara məxsus ünvan 1 ünvanda inşa edilmiş yüksəkmərtəbəli, çoxmənzilli binadan çıxarılması, eyni zamanda dəymiş maddi və mənəvi zərərə görə cavabdehdən MTK-nın xeyrinə 100.000 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra “iddia tələbinin dəqiqləşdirilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh, X3 və digər şəxslərin onlara məxsus, ünvan 1 ünvanda inşa edilmiş yüksəkmərtəbəli, çoxmənzili binadan mənzillərin alınmasına dair “xxxx” MMC-dən əldə etdikləri müqavilələrin qanunsuz hesab edilməklə Cavabdeh, X6 və digər şəxslərin onlara məxsus həmin binadan çıxarılması, həmçinin dəymiş maddi və mənəvi zərərə görə 200.000 manat məbləğində pul vəsaitin bu şəxslərdən müştərək qaydada tutularaq onların xeyrinə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 4576/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi qeyd etdi ki, hazırda İddiaçı MTK-nın təşkilatı hüquqi forması dəyişdirilmiş və MMC olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Qivami Abbasov qətnamənin ləğv edilməsini və iddianın baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Şəhla Hüseynova və nümayəndəsi-vəkili, həmçinin digər üçüncü şəxsin nümayəndəsi-vəkili də iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən verildiyindən qətnamənin ləğv edilməsini, iddianın baxılmamış saxlanılmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış digər cavabdeh isə məhkəmə iclasına gəlmədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəlləyə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir (maddə 69.2). Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir (maddə 73.1). Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir (maddə 73.4). İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir (maddə 74.2). Hazırki iş üzrə göründüyü kimi iddia ərizəsi “etibarnamə əsasında nümayəndə” kimi göstərilməklə X10 tərəfindən imzalanmışdır. Halbulki iş materiallarında olan xx.xx.2016-cı il tarixli 468352 nömrəli etibarnamədən görünür ki, həmin etibarnamə ilə X14 (iddia ərizəsində İddiaçı MTK-nın sədri kimi göstərilmiş) tərəfindən X1 verilmişdir, yəni həmin etibarnamə fərdi xarakter daşımaqla fiziki şəxs kimi X14 tərəfindən verilmişdir (i.v. 71). İddiaçı MTK-nın adından verilmiş xx.xx.2020-ci il tarixli etibarnamə ilə isə X8 iddia ərizəsini imzalamaq kimi səlahiyyət verilməmişdir (i.v. 72). Belə olan halda müəyyən edilir ki, iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən verilmişdir. Mülki Prosessual Məcəlləyə müvafiq olaraq hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır (5.1). İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür (151.1). İddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır (maddə 149.1). İddia ərizəsinə nümayəndənin səlahiyyətlərini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə edilməlidir (maddə 150.0.3). İddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (maddə 152.1.2). Birinci instansiya məhkəməsi isə bu halı nəzərə almadan, mülki işə mahiyyəti üzrə baxmış və yekun qərar olaraq iş üzrə qətnamə qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 259.0.3-cü maddəsinə əsasən, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 391-ci maddəsinə görə isə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddia səlahiyyəti olmayan şəxs tərəfindən verildiyindən, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Bununla belə, Kollegiya qeyd edir ki, bu, səlahiyyətli şəxsin ümumi qaydada həmin iddia ilə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 391, 400, 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 4576/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı MTK-nın cavabdehlər Cavabdeh və X2 (“xxxx” MMMC və X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı “müqavilələrin qanunsuz hesab edilməklə, binadan çıxarılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3571/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3571/2021
05.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver