Məhkəmə qərarları › İş №2(103)-3573/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3573/2021

09.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3573/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İlkin idda üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 vəkili X2 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından ilkin idda üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Cavabdeh2 və X1 qarşı “alqı-satqı müqaviləsi və çıxarışın etibarsız hesab edilməsi, özbaşına artırmanın sökülməsi və s.” tələbinə dair ilkin iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi, 6 saylı evin zirzəmisinin qeyri-yaşayış sahəsi kimi cavabdehlər AR Əmlak Məsələləri Dövlət Komitəsi və Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 6001 saylı və xx.xx.2018-ci il tarixli, 6932 saylı icarə müqavilələrinin, alqı-saqtı müqaviləsinin, eləcə də Azərbaycan Respublikası ƏMDKY Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı xx xxxx 2018-ci il tarixli Çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh2 tərəfindən həmin binanın zirzəmisində inşa olunmuş özbaşına artımların sökülməsi, binanın zirzəmisinin özül hissəsinin bərgitmə işlərinin aparılmaqla əvvəlki vəziyyətinə qaytarılması və bina sakinlərinin ümumi istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “qeyri yaşayış sahəsindən istifadənin məhdudlaşdırılmasına son qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı qarşı onun tərəfindən qeyri-yaşayış sahəsindən istifadənin məhdudlaşdırılmasına dair qarşılıqlı iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddiaçı Cavabdeh2 və onun vəkili X4 məhkəməyə şifahi vəsatət verərək bildirmişlər ki, hazırki halda iddia tələbi çıxarışın və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi olduğundan, cavabdehlərdən birinin isə dövlət orqanı, yəni Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi olduğu üçün, hazırki işə aidiyyəti üzr inzibati məhkəmədə baxılmalıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2060-ci il tarixli, 2(007)- 141/2060 nömrəli qərardadı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Cavabdeh2 və X1 qarşı “alqı-satqı müqaviləsi və çıxarışın etibarsız hesab edilməsi, özbaşına artırmanın sökülməsi və s.” tələbinə dair ilk iddia ərizəsi, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “qeyri yaşayış sahəsindən istifadənin məhdudlaşdırılmasına son qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işin aidiyyəti üzrə inzibati məhkəməyə göndərilməsi barədə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 vəkili X2 vəsatəti təmin edilməmişdir. İlkin idda üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət vəsatətdə göstərilənlərlə əsaslandırılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında ilkin idda üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 vəkili X4 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası şikayətə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, işin materiallarını və şikayətin dəlillərini araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun xx xxx 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3 və 178.1ci maddələrində qeyd edilmişdir ki, dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, daşınmaz əmlakın alqı-satqısı nəticəsində Daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. Əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-nin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Kollegiya qeyd edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan Qərarının məzmunundan görünür ki, Əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Kollegiya Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan hüquqi mövqeydindən çıxış edərək hesab edir ki, ilkin iddia ərizəsi də çıxarışın etibarsız hesab edilməsi barədə olduğundan, hazırki işə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadını qanuni və əsaslı sayaraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İlkin idda üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar