Məhkəmə qərarları › İş №2(103)-3573/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3573/2023

06.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3573/2023 06.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2(004)-768/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı 01 sentyabr 2022-ci ildə cavabdehin hesabına tüstüboğucu aparat almaq üçün 4800 manat pul köçürdüyünü bildirir. İddiaçı sübut qismində cavabdehin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardakı izahatına və 01 sentyabr 2022-ci il tarixli ödəniş qəbzinə istinad edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4800 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 28 avqust 2022-ci il tarixdə tüstüboğucu filter almaq üçün “COOLE AİR” şirkətində menecer işləyən Cavabdeh göndərdiyi kart hesabına 4800 manat məbləğində pulu ödəmişdir. Bir həftə ərzində həmin avadanlıq ona verilməli idi. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq avadanlığın ona təhvil verilməsi cavabdehin ucbatından yubadılmışdır. Cavabdeh isə bu müddət ərzində avadanlığın onun günahı deyil, gömrükdə problem yaranması səbəbindən sifarişi vaxtında yerinə yetirmədiyini etiraf etmişdir. İddiaçıya təcili həmin avadanlıq lazım olduğu üçün başqa şirkətdən əldə etmiş, pulunu cavabdehdən tələb etsə də, bugünədək cavabdeh pulunu geri qaytarmamışdır. Bundan sonra Abşeron rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, 15 oktyabr 2022-ci il tarixdə Abşeron rayon Polis İdarəsində şikayət ərizəsi əsasında araşdırma aparılmış, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qərarda işin mülki xarakterli olduğu və məhkəməyə müraciət edilməli olması göstərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)768/2023 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 4800 (dörd min səkkiz yüz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)768/2023 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)768/2023 nömrəli qiyabi qətnaməsi ləğv edilmiş, işin məhkəmə baxışı xx.xx.2023-cü il tarixə saat 14:30-a təyin edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2(004)- 768/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi və Cavabdeh 4800 (dörd min səkkiz yüz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, cavabdeh 4800 manat pulun onun dediyi hesaba göndərildiyini etiraf etmişdir. Belə olan halda müəyyən olunur ki, iddiaçı mal gətirmək məqsədilə cavabdehə 4800 manat pul vermişdir. Sözügedən qərarda cavabdeh qeyd edir ki, iddiaçının pulu şirkətin kassasındadır. Məhkəmə hesab etmişdir ki, nə qədər ki, cavabdeh iddiaçının ona mal gətirmək üçün pul verdiyini etiraf etmişdir, iddiaçının ona verdiyi pulu qaytarmasını sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. Cavabdeh isə xx.xx.2022-ci il tarixli qərarda iddiaçıya pulu qaytarmadığını bildirir. Məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçının pulunu qaytarmalı olduğu halda onun pulunu qaytarmamaqla əsassız olaraq varlandığından 4800 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh mülki işə qiyabi icraat qaydasında baxıldığı dövr ərzində, eləcə də qiyabi qətnamə ləğv olunduqdan sonra da məhkəmə iclasları barədə bildirişləri almış, təyin olunan məhkəmə iclaslarında iştirak etməmiş, iddianın əsassızlığına dair sübutları nə məhkəməyə göndərməmiş, nə də qiyabi qətnamənin ləğvinə dair ərizəyə əlavə etməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-21.3-cü, 1091-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə iddia tələbinin təmin olunması sübutlara, müqavilələrə qiymət verilməli idi, əgər varsa. Çünki iddiaçı ilə aralarında müqavilə yoxdur. İddiaçının Polis İdarəsində verdiyi izahatın heç bir əsası yoxdur. Bu iş üzrə həmin izahatlar sübut sayıla bilməzdi. Bundan başqa Azərbaycan Respublikası Məcəllənin 1091-ci maddəsinin hazırki mülki iş üzrə tətbiq olunması düzgün deyildir. Cavabdeh əsassız varlanan şəxs hesab edilməməməlidir. Öhdəliyin olması barədə sübut təqdim etməyiblər. Onlara hansısa bir xidmətin göstərilməsi barədə söz verilməmişdir. Onlar bu iş üzrə kreditor ola bilməzlər. Hansısa bir borcu yoxdur. Borcu olmadığı halda öhdəliyi yarana bilməzdi. Polis İdarəsində alınmış izahatlar hazırki iddianın təmin olunması üçün əsas ola bilmzədi. Çünki orada cavabdehin verdiyi izahatlarda da öhdəliyin olmaması öz təsdiqini tapmışdır. Belə olan halda öhdəliyi icra etməməsi barədə verilmiş məlumatlar yanlışdır. Həmçinin cavabdehin izahatı alınmadan, dinlənilmədən qəbul edilən qətnamə əsassızdır. Borcun olması, ümumiyyətlə hansı məqsədlə verilməsi öz təsdiqini tapmır. Birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən halların işin nəticəsinə uyğun gəlməməsini isə onunla əsaslandırır ki, Polis İdarəsində qəbul edilmiş qərara istinad edilməsi əsassızdır. Ümumiyyələ bu işin Polisdə həll edilməsi mümkünsüzdür. Mülki mübahisə olduğundan və birbaşa məhkəmənin səlahiyyətində olduğundan Polis İdarəsinin qəbul etdiyi qərara əsaslanması yol verilməzdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilmədən qətnamənin qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 01 sentyabr 2022-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, “e-manat” vasitəsilə Cavabdeh hesabına 4800 manat məbləğində pul ödənilmişdir. Həmçinin iş materiallarında olan Yasamal RPİ-nin 29-cu PŞ-nin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətinə əsasən araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, o, X4 şirkətində menecer işləyir. Onun əvvəllər Mirəli ilə işləri olmuş, heç bir problem yaranmamışdır. Sonuncu dəfə Mirəli tüstüboğucu aparat almaq üçün sifariş vermişdir və onun dediyi hesaba 4800 manat pul göndərmişdir. O da həmin pulu şirkətin kassasına köçürmüşdir. O həmin avadanlığı sifariş etsə də, gömrükdə problemlər yarandığından gecikmə olmuşdur. Sonra pulunu qaytar biləcəyini bildirsə də, sonuncu bundan imtina etmiş, avadanlığı gözləyəcəiyini bildirmişdir. Bundan sonra gecikmə davam etdiyindən avadanlığı qaytara bilməmiş, Mirəli ondan pulunu tələb etmişdir. O, hal-hazırda kassada pul olmadığını, lakin ödənişlər gələn kimi Mirəlinin pulunu ödəyəcəyini bildirmişdir. Göründüyü kimi, cavabdeh “X4” şirkətində menecer işlədiyini, iddiaçıdan avadanlıq təhvil vermək üçün 4800 manat məbləğində pul aldığını, şirkətin kassasına köçürdüyünü, hazırda kassada pul olmadığını, lakin ödənişlər olunduqdan sonra iddiaçının pulunu qaytaracağını bildirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbində istinad etdiyi hallara Mülki Məcəllənin 1091-ci maddəsinin tələbləri baxımından qiymət verilməsi barədə birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir. Belə ki, qeyd edilən maddəyə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Hazırki işin faktiki hallarından göründüyü kimi cavabdeh iddiaçının ona mal gətirmək üçün pul verdiyini etiraf etmiş və məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki nə qədər ki, cavabdeh iddiaçının ona mal gətirmək üçün pul verdiyini etiraf etmişdir, iddiaçının ona verdiyi pulu qaytarmasını sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. Cavabdeh isə xx.xx.2022-ci il tarixli qərarda iddiaçıya pulu qaytarmadığını bildirir. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi Yasamal RPİ-nin 29-cu PŞ-nin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı qanunu pozmaqla qəbul edilmiş qərar hesab oluna bilməz. Çünki işin materiallarından görünür ki, iddiaçı pulunun qaytarılması üçün ilk öncə polis orqanlarına müraciət etmiş, bu zaman cavabdeh şəxsən izahat verməklə iddiaçıdan avadanlıq təhvil vermək üçün 4800 manat məbləğində pul aldığını, şirkətin kassasına köçürdüyünü, hazırda kassada pul olmadığını, lakin ödənişlər olunduqdan sonra iddiaçının pulunu qaytaracağını qaytaracağını bildirmişdir. Qeyd edilən qərarın ləğv edilməsi barədə cavabdeh məhkəmələrə heç bir sübut təqdim etmədiyindən həmin qərar qüvvədə olan qərər kimi qiymətləndirilir. Bundan başqa cavabdeh tərəf Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinin hazırki iş üzrə tətbiq edilməsini əsassız hesab etmiş, həmçinin iddiaçı qarşısında hər hansı bir borcun və öhdəliyinin olmamasına istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, istinad edilən normaların tələblərinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hazırki işin faktiki hallarından da göründüyü kimi iddiaçı ilə cavabdeh arasında hər hansı bir yazılı müqavilə olmasa da, cavabdeh tərəf polisdə araşdırma zamanı iddiaçıdan avadanlıq üçün 4800 manat məbləğində pul almasını təsdiq etmişdir. Bu hal isə onu deməyə əsas verir ki, cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmiş və əsassız varlanmışdır. Bundan başqa cavabdeh birinci instansiya məhkəməsi baxışı zamanı onun izahatının alınmamasını qeyd etsə də, iş materiallarından görünür ki, cavabdeh mülki işə qiyabi icraat qaydasında baxıldığı dövr ərzində, eləcə də qiyabi qətnamə ləğv olunduqdan sonra da məhkəmə iclasları barədə bildirişləri almış, onun ***-***-**-** saylı telefon nömrəsinə sms bildiriş göndərilmiş və bildiriş ona çatdırılmış, lakin təyin olunan məhkəmə iclaslarında iştirak etməmişdir. İş materiallarından da görünür ki, cavabdehə məhkəmə iclasları barədə bildirişlər poçt ünvanına kağız formasında, eləcə də sms bildirişlər göndərilmiş, həmçinin iddiaçının nümayəndəsi-vəkilinin elektron kabinetinə məhkəmə iclası barədə bildiriş yerləşdirilmişdir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri sayır ki, cavabdeh iddianın əsassızlığına dair sübutları nə qiyabi qətnamənin ləğvinə dair ərizəyə əlavə etməmiş, nə işə birinci instansiya məhkəməsində baxılarkən məhkəməyə göndərməmiş, nə də apellyasiya şikayətində həm göstərməmiş, həm də şikayətinə əlavə etməmişdir. Bir sözlə, cavabdeh polis İdarəsində alınmış izahatların hazırki iddianın təmin olunması üçün əsas ola bilməməsini göstərməsinə baxmayaraq iddianın hansı əsaslara və sübutlara görə əsassız olmaqla təmin olunmamasına dair heç bir dəlil irəli surməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini qanuni və əsaslı sayır. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 402 maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2(004)- 768/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar