Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3577/2022 18.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-437/2022 saylı iş üzrə 28 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)- 7500/2017 nömrəli,19.10.2017-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən "xxxx" MTK tərəfindən inşa edilən yaşayış binasının 11- ci mərtəbəsində, ümumi sahəsi 115,3 kv.metr olan 2 otaqdan ibarət 138 saylı mənzilə dair "xxxx" MTK ilə Həmidov Namik Qəni oğlu arasında 30 iyun 2008-ci il tarixdə bağlanan müqavilənin, Əsədov Elçin Əbülfət oğlu arasında 21 oktyabr 2013-cü il tarixdə bağlanan müqavilənin və Cavabdeh1 arasında 27 oktyabr 2017-ci il tarixdə bağlanan müqavilənin etabarsız sayılması,Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən "xxxx" MTK tərəfindən inşa edilən yaşayış binasının 11-ci mərtəbəsində olan, ümumi sahəsi 115,3 kv.metr olan 2 otaqdan ibarət 138 saylı mənzildən çıxarılması və həmin mənzilin giriş qapısının açarlarının İddiaçı1 təhvil verilməsi "xxxx" MTK-nın üzərinə qoyulması qət olunub. Eyni zamanda həmin qətnaməyə əsasən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən "xxxx" MTK tərəfindən inşa edilən yaşayış binasının 16-cı mərtəbəsində olan, ümumi sahəsi 115,3 kv.metr, 2 otaqdan ibarət 163 saylı mənzilə dair "xxxx" MTK ilə Quliyev Mahir Teymur oğlu arasında 23 avqust 2008-ci il tarixdə bağlanan müqavilənin, Cavabdeh2 arasında 04 fevral 2017-ci il tarixdə bağlanan müqavilənin etibarsız sayılması, Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən "xxxx" MTK tərəfindən inşa edilən yaşayış binasının 16-cı mərtəbəsində olan, ümumi sahəsi 115,3 kv.metr olan 2 otaqdan ibarət 163 saylı mənzildən çıxarılması və həmin mənzilin giriş qapısının açarlarının İddiaçı2 təhvil verilməsi "xxxx" MTK-nin üzərinə qoyulması qət olunub. Qətnamə 07 fevral 2019- cu il tarixdə qanuni qüvvəsini alıb və icra edilməsi üçün icra vərəqəsi 24 aprel 2019-cu il tarixdə icra məmuruna göndərilib.01 may 2019-cu il tarixdə icra məmuru icraata başlamaq haqqında qərar qəbul edib. 24 may 2019cu il tarixdə borclu Cavabdeh1 izahatı alınıb, 17 mart 2020-ci il tarixdə Cavabdeh2 izahatı alınıb, cavabdehlərə qarşı həm iddia qaldırmamışdan əvvəl, iddia qaldırılarkən, həm də məhkəmə proseslərində,məhkəmədən kənar vaxtlarda dəfələrlə mübahisələndirilən mənzilləri boşaltmalarını tələb etsələr də onlar imtina ediblər və bildiriblər ki, mənzili qanuni əsaslarla alıblar. Lakin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi qəbul olunduqdan sonra icra vərəqəsi verildikdən sonra da mənzili boşaltmaqdan imtina ediblər. Bundan əlavə, mənzilləri saxta yolla bir neçə nəfərə satdığına görə barəsində cinayət işi başlanılan "xxxx" MTK-nın rəhbəri Cahangir Alışovun ibtidai istintaqı gedən dövrdə, həmçinin məhkəmə istintaqı gedən dövrdə cavabdehlər zərərçəkmiş şəxs qismində tanınıb, dindirilərək, izahatları alınıb. Lakin onlar qərəzli olaraq həmin məhkəmədə mənzillə təmin edilmələri barədə iddia qaldırmayıblar. Belə ki, həmin iş üzrə zərərçəkmiş şəxslərin əsasən çox hissəsi mənzillə təmin edilib, bir hissəsinə pulun alınıb verilməsi barədə qərarlar qəbul edilib. Bundan başqa Cavabdeh1 hüquqlarını müdafiə etdiyi şəxsə və MTK-ya qarşı təmir pulu və mənzilin alınmasına görə iddiası təmin edilərək, hüququnu müdafiə etdiyi şəxsdən 36813 manat təmirə görə pul, "xxxx" MTК-dan 60.000 manat mənzilə ödədiyi pulun tutularaq Cavabdeh1 verilməsi qət olunub. Dəfələrlə məhkəmə prosesində və ondan sonrakı dövrlərdə Cavabdeh1 36813 manat təmir pulunun ödənilməsi nümayəndə tərəfindən təklif olunsa da təmir pulunu almaqdan imtina edərək, mənzilə ödədiyi pulu almayıb mənzildən çıxmayacağını bildirib. Göründüyü kimi cavabdehlər qətnamənin qüvvəyə mindiyi 07 fevral 2019- cu il tarixdən bu günə qədər mənzildən qanunsuz və əsassız olaraq çıxmadıqlarına görə həmin vaxtdan hal-hazıra qədər hüquqlarını müdafə etdiyi şəxslərə həm maddi, həm də mənəvi zərər vurmaqda davam edirlər. Hüququ pozulmuş şəxsin əmlakından məhrum olması və ya əmlakın zədələndiyinə görə ondan səmərəli istifadə etmək imkanından məhrum olması nəticəsində məruz qaldığı ziyan da hüquq pozan tərəfindən ödənilməlidir. Komentariyada həm də qeyd olunur ki, hüququ pozulmuş şəxsin əldən çıxmış faydası maddədə göstərildiyi kimi onun adi mülki dövriyyə şəratində əldə edəcəyi gəlirlərin miqdarı ilə ölçülür. Hüquqlarını müdafiə etdiyi şəxslər yuxarıda göstərilən ünvanda yerləşən mənzillərdən artıq 2017-ci ildən cavabdehlərin təqsirindən məhrum olunublar. Həmin mənzillər iki otaqlı olsa da binanın tikintisi zamanı iddiaçıların sifarişi əsasında 3 otağa genişləndirilib. Bu illər ərzində uşaqları Bakı şəhərində pul ödəyərək kirayədə yaşayırlar və ali təhsil ocaqlarında təhsil alırlar. Eyni zamanda onlar bu illər ərzində əmlaklarından məhrum olmaqla əldə edəcəkləri gəlirdən məhrum olunublar. Mənzilləri almaqda məqsədləri ondan ibirarət olub ki, həmin mənzilləri təmir edib kirayəyə verərlər, kirayə haqqı ilə ailələrini dolandırarlar. Lakin göstərildiyi kimi mənzillər cavabdehlər tərəfindən zəbt olunaraq bu günə qədər istifadə olunmaqdadır. Qeyd olunan ünvanda yerləşən mənzillərin kirayə haqqı hal-hazırda 530 manat təşkil edir. Bu barədə ekspert tərəfindən rəy verilib. Eyni zamanda iddiaçılar həmin vaxtdan mənəvi ziyan çəkməkdə davam edirlər. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehlərin onlara məxsus mənzildən çıxarılması tələb olunsa da onlar dövlətin adından qəbul edilən qətnaməni məcburi icra etməli olduqları halda icra etməyiblər, bununla da yaşadıqları hüquqi dövlətdə borcluların və icra məmurunun qanunun icrasından yayınmaları və qanuna tabe olmamaları iddiaçıların bu günə qədər əmlaklarından məhrum olmaları ilə nəticələnib. Bunun nəticəsində iddiaçılar məyus olublar, mənəvi əzab çəkərək, sarsıntılar keçiriblər və keçirməkdə davam edirlər Göstərilənlərə əsasən hesab edir ki, cavabdehlər tərəfindən ayrı-ayırdıqda iddiaçılara vurulan maddi ziyan aşağıdakı qaydada hesablanmaqla onlara ödənilməlidir.Qətnamə 07 fevral 2019-cu il tarixdə qanuni qüvvəsini alıb 37 ay X 530 manat cəmi 19.610 manat təşkil edir. Cavabdehlərin hər birindən ayrı-ayrılıqda hər bir idiaçıya 19.610 manat vurulmuş maddi ziyana görə pul alınaraq onlara ödənilməlidir. Eyni zamanda iddiaçılara ayrıayrılıqda vurulan mənəvi ziyana görə cavabdehlərdən ayrı-ayrılıqda hər birinə 5000 manat pul alınaraq onlara ödənilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-437/2022 saylı iş üzrə 28 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 vurulmuş maddi ziyana görə 18517.20 manat İddiaçı2 xeyrinə, Cavabdeh1 18517.20 manat İddiaçı1 xeyrinə tutulması, Cavabdeh2 və Cavabdeh1 ödənilmiş 207.66 manat dövlət rüsumu müştərək qaydada alınaraq Cavabdeh2 və İddiaçı1 verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx"MTK tərəfindən Xətai rayonu,M.Hadi küçəsi(Ukrayna dairəsi) ünvanında inşa edilən binanın 11 ci mərtəbəsində yerləşməklə ümümi sahəsi 115,3 kv.m olan, 2 otaqlı,138 saylı mənzil məhkəmə tərəfindən ləğv edilənə qədər müqavilə ilə ona məxsus olub. "xxxx" MMC tərəfindən 27 yanvar 2017 ci il tarixli müqavilə ilə ona verilmişdir. Mənzili alandan sonra mənzil təmirsiz olduğundan onun təmirinə 40000 (qırx min) manatdan artıq pul vəsaiti xərcləyərək mənzili yaşayış üçün yararlı vəziyyətə gətirmiş və ailəsilə birlikdə hazırda da həmin mübahisəli mənzildə yaşayır. Həmin mənzil MMC tərəfindən İddiaçı1 adına da müqavilə verilmiş və onunla aralarında olan məhkəmə mübahisələri nəticəsində onun müqaviləsi tarixi əvvələ olduğundan ailsilə yeganə yaşayış yeri olan mənzil İddiaçı1 verilmişdir. Nəticədə o, mənzilə görə ödədiyi puldan və təmirə xərclədiyi vəsaitdən məhrum olmuşdur. Hazırda küçələrdə ailəsilə qalmaq məcburiyyətində qalmışlar. Məhz buna görə təmirə və mənzilinin alınmasına sərf etdiyi pul vəsaitinin geri qaytarılması ilə bağlı məhkəməyə müraciət etdikdən sonra Xətai Rayon Məhkəməsinin 07 sentyabr 2020 ci il tarixli 2(011)168/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq ünvan 2 ünvanında inşa edilən binanın 11-ci mərtəbəsində yerləşməklə ümümi sahəsi 115,3 kv.m olan, 2 otaqlı, 138 saylı mənzilin alınmasına görə ödədiyi 60000 manat pulun cavabdehlər -"xxxx" MMC-dən tutulması və mənzilin təmirinə xərclədiyi 40000 manat xərcin isə İddiaçı1 tutulması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini alsa da hazir ki günə qədər İddiaçı1 tərəfindən qəsdən, məqsədli şəkildə ödənilməmişdir. Belə ki qətnamə icra olunması üçün İddiaçı1 qeydiyyat ünvanı üzrə Tovuz Rayon İcra Şöbəsinə göndərilmiş və Şöbə tərəfindən icra vərəqəsinin icrası ilə bağlı axtarış işi açılmış, İddiaçı1 İcra Şöbəsinə gətirilsə də icradan yayınmaq üçün guya qətnamədən apellyasiya şikayəti verdiyini bildirməklə yayınmış, sonradan hər hansı apellyasiya şikayətinin olmaması ilə bağlı məlumatdan sonra İcra Şöbəsi onun barəsində yenidən icra tədbirləri həyata keçirsə də o məqsədli şəkildə gizlənərək, qətnamənin icrasından yayınmışdır. Onun məqsədi təmir pulunu qaytarmamaq və həmin pulu məhz bu qanunsuz iddia ilə vurulmuş ziyan adı altından əvəzləşdirməkdir. Hərçənd ki, qanunun aliliyi buna icazə verməz. O ailəsilə birlikdə məhz təmir pulunu ala bilməməyi nəticəsində çıxılmaz vəziyyətdə qalmışdır. Heç bir yerdə işləmir dələduzların başlarına açdığı oyunların acı nəticəsini çəkirlər. Nizami Rayon Məhkəməsi yalnız qanuni qüvvədə olan qətnamə olduğu və onların evdən çıxmamaqla iddiaçıya ziyan vurduğu nəticəsinə qanunsuz gəlmişdir. Çünki məhkəmə işin faktiki hallarına nəzərən gəldiyi nəticə yolverilməzdir. Ən azından tam təmirsiz bir evi kirayə verib və ya iddiaçının özünün yaşaması qeyri-mümkündür. Belə olan halda hansısa iddiaçının maraqlarına xidmət edən məhkəmənin belə təyin etmədiyi, onların görmədiyi bir qiymətləndirici bu halı nəzərə almadan havadan necə qeyd edə bilər ki, aylıq 530 manat ziyan dəyir. Bu qanunsuzluqla məhkəmənin razılaşması isə çox təssüf doğurur. Cavabdehin hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Başqa bir halda iddiaçının qanuni qüvvədə olan qətnamə üzrə təmir pulunu qaytarmamasını və məqsədli yayınmasının yeganə yaşayış yerilərindən çıxmağına və başqa bir yerdə ailsilə mənzili yaşamaq üçün şərait yaradəb köçməyinə imkan vermir. İddiaçı ədalətsizliklə, qanunsuzluqla təmirli mənzilə sahib olmaq istəyir. Ən əsası məhkəmə qətnamə qəbul edərkən nəzərə almadı ki, onunla ailəsilə mənzildən çıxmamağına Korrupsiya Qarşı Mübarizə Baş İdarəsi icazə vermiş və qeyd etmişdir ki, onların insanları mənzillə təmin edənə qədər heç kimi onları mənzildən çıxara bilməz. Çünki "xxxx" MMC və MTK-nın rəhbər şəxslərinin cinayət işi üzrə o və eləcə də hazırki iddiaçı zərərçəkmiş şəxs kimi tatınmışlar. Hazırki onun mənzili qətnamə ilə iddiaçıya verildiyindən ona isə başqa yerdə mənzil verilənədək mənzildə qalmağına İdarə tərəfindən icazə verilmişdir. Eləcə də Korrupsiya İdarəsinin göstərişi əsasında bütün bunlarla bağlı icra işləri də hərəkətsiz saxlanılmış və hazırki vaxta qədər heç bir icra məmuru məcburi icra tədbiri kimi onun ailəsilə mənzildən çıxmağını tələb etməmişdir. İdarə tərəfindən ona mənzilinin yerinə “Kristal Bakı Şirkəti tərəfindən 13 dekabr 2021 ci il tarixdə təmirsiz mənzil ayrılmışdır. İdarə təmir pulunu alıb həmin mənzili təmir edərək köçməyini bildirmişdir. Qisacası işin bu cür faktiki hallarını heçə sayıb guya məqsədli şəkildə mənzildən çıxmamağını qeyd etmək və heç bir əsası olmayan qiymətləndirmə şirkətinin hesabatını mötəbər bir hal kimi aylıq vurulmuş ziyan kimi qiymətləndirmək ədalətsizlik və qanunsuzluqdur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin edilməsi hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə qəbul edilmiş qətnaməni cavabdeh qeyd edilən hissədə mübahisələndirmiş, iddiaçı tərəf isə qətnaməni ümumiyyətlə mübahisələndirməmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-437/2022 saylı iş üzrə 28 yanvar 2022-ci il tarixli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)- 7500/2017 saylı iş üzrə qəbul etdiyi 19.10.2017-ci il tarixli qətnaməsinin məzmunundan görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və Qasımov Sahib oğlu cavabdeh "xxxx" MTK-ya qarşı müqavilələrin etibarsız hesab edilməsi və sair tələblərlə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, Cavabdeh2 İddiaçı2 və "xxxx" MTK-ya qarşı müqavilənin etibarsız hesab olunması barədə qarşılıqlı iddia qaldırmışdır. Bundan başqa, Cavabdeh1 həmin işə baxılan zaman cavabdehlər İddiaçı1, "xxxx" MMC-və mübahisə predmetinə dair müstəqil tələb irəli sürməyən Həmidov Namiq Qəni oğluna qarşı müqavilənin və cavabdehin kooperativ üzvlüyünə qəbulunun bağlandığı andan etibarsız hesab edilməsi barədə iddia qaldırmışdır. Məhkəmənin qeyd olunan qətnaməsi ilə ilk iddia qismən təmin təmin olunmuş, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən "xxxx" MTK tərəfindən inşa edilən yaşayış binasının 11-ci mərtəbəsində, ümumi sahəsi 115,3 kv.metr olan 2 otaqdan ibarət 138 saylı mənzilə dair "xxxx" MTK ilə Həmidov Namik Qəni oğlu arasında 15 aprel 2008-ci il tarixdə bağlanan müqavilənin, Həmidov Namiq Qəni oğlu barəsində "xxxx" MTK-nin üzvlüyünə qəbul, mənzillərin və qeyri-yaşayış sahələrinin payçılar arasında şəxsi razılıq ilə bölüşdürülməsi barədə kooperativ üzvlərinin ümumi yığıncağının 30 iyun 2008-ci il tarixli qərarının,Əsədov Elçin Əbülfət oğlu ilə "xxxx" MMC arasında 21 oktyabr 2013-cü il tarixdə bağlanmış müqavilənin, Cavabdeh1 ilə "xxxx" MMC arasında 27 yanvar 2017-ci il tarixdə bağlanmış yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin etibarsız sayılması, Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində (Ukrayna dairəsində) yerləşən "xxxx" MTK tərəfindən inşa edilən yaşayış binasının 11-ci mərtəbəsində olan, ümumi sahəsi 115,3 kv.metr olan 2 otaqdan ibarət 138 saylı mənzildən çıxarılması,həmin mənzilin giriş qapısının açarlarının İddiaçı1 təhvil verilməsi öhdəliyinin "xxxx" MTK-nın üzərinə qoyulması, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən "xxxx" MTK tərəfindən inşa edilən yaşayış binasının 16-cı mərtəbəsində olan, ümumi sahəsi 115,3 kv.metr, 2 otaqdan ibarət 163 saylı mənzilə dair "xxxx" MTK ilə Quliyev Mahir Teymur oğlu ilə "xxxx" MTK arasında 23 avqust 2008-ci il tarixdə bağlanan müqavilənin, Quliyev Mahir Teymur oğlu barəsində "xxxx" MTK-nin üzvlüyünə qəbul,mənzillərin və qeyri yaşayış sahələrinin payçılar arasında şəxsi razılıq əsasında bölüşdürülməsi barədə kooperativ üzvlərinin ümumi yığıncağının 20 sentyabr 2008-ci il tarixli qərarının, Cavabdeh2 ilə "xxxx" MMC arasında 04 fevral 2017- ci il tarixdə bağlanan müqavilənin etibarsız sayılması, Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən "xxxx" MTK tərəfindən inşa edilən yaşayış binasının 16-cı mərtəbəsində olan, ümumi sahəsi 115,3 kv.metr olan 2 otaqdan ibarət 163 saylı mənzildən çıxarılması və həmin mənzilin giriş qapısının açarlarının İddiaçı2 təhvil verilməsinin "xxxx" MTK-nin üzərinə qoyulması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5682/2018 saylı iş üzrə qəbul etdiyi 11 sentyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamədən cavabdehlər "xxxx" MMC,Cəfərov Faiq Yamən oğlu, Həmidov Namiq Qəni oğlu və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamış, onlara münasibətdə qətnamə dəyişdirilmədən saxlanmışdır. Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural Rəhimovun 01.05.2019-cu il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-7500/2017 saylı iş üzrə qəbul etdiyi 19.10.2017-ci il tarixli qətnaməsi üzrə icraat başlanmışdır. Cavabdeh1 24.05.2019-cu il tarixdə, Cavabdeh2 isə 17.03.2020-ci il tarixdə icra məmuruna verdiyi izahatlardan görünür ki, onlar qeyd olunan icra işi ilə bağlı xəbərdar olunmuşlar. Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-168/2020 saylı iş üzrə qəbul etdiyi 07.09.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər "xxxx" MMC-yə və İddiaçı1 qarşı mənzilin alınmasına görə ödənilmiş pulun,mənzilin təmirinə xərclənmiş vəsaitin cavabdehlərdən tutulması və pul geri qaytarılanadək mənzilin onun sahibliyində və istifadəsində saxlanması barədə iddia qismən təmin olunmuş,cavabdeh "xxxx" MMCdən Bakı şəhəri,Xətai rayonu, M.Hadi küçəsində inşa edilmiş binanın 11-ci mərtəbəsində yerləşən 138 saylı mənzilin alınmasına görə iddiaçı tərəfindən ödənilmiş 60000 manat məbləğində pul vəsaitinin iddiaçı Cavabdeh1 xeyrinə tutulması,cavabdeh İddiaçı1 Bakı şəhəri, Xətai rayonu,M.Hadi küçəsində inşa edilmiş binanın 11-ci mərtəbəsində yerləşən 138 saylı mənzilində iddiaçı tərəfindən çəkilmiş təmir xərclərinə görə 36813 manat məbləğində pul vəsaiti iddiaçı Cavabdeh1 xeyrinə tutulması qət edilmiş,iddia qalan hissədə təmin olunmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-61/2021-ci il tarixli iş üzrə qəbul etdiyi 29.06.2021-ci il tarixli hökmün məzmunundan görünür ki, "xxxx" MMC-nin direktoru Alşıov Cahangir Həsənağa oğlu və "xxxx" MMC-də müxtəlif səlahiyyətləri icra edən Fətəliyev Habil Məmməd oğlu müxtəlif şəxslərin adına "xxxx" MTK-nin və digər kooperativlərin inşa etdiyi binalardakı mənzilləri qanunsuz və əsassız rəsmiləşdirməklə cinayət əməlinə yol verdiklərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2,29.178.3.2,308.2 və 320.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişlər. Hüquq Torpaq Məsələləri və Ekspertiza Mərkəzi MMC-nin 21 oktyabr 2021-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində (Ukrayna dairəsində) yerləşən "xxxx" MTK tərəfindən tikilmiş yaşayış binasının 11-ci mərtəbəsində yerləşən sahəsi 115.3 kv.m olan 2 otağın 3 otağa genişləndirilmiş yaxşı təmirli vəziyyətdə 138 saylı mənzilin və həmin binanın 16-cı mərtəbəsində yerləşən sahəsi 115.3 kv.m olan 2 otağın 3 otağa genişləndirilmiş yaxşı təmirli vəziyyətdə 163 saylı mənzilin aylıq kirayə haqqı 530 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin hallarından görünür ki, Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən "xxxx" MTK tərəfindən inşa edilən yaşayış binasının 11-ci mərtəbəsində olan, ümumi sahəsi 115,3 kv.metr olan 2 otaqdan ibarət 138 saylı mənzildən çıxarılması və həmin mənzilin giriş qapısının açarlarının İddiaçı1 təhvil verilməsi vəzifəsinin "xxxx" MTKnin üzərinə qoyulması, eləcə də Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən "xxxx" MTK tərəfindən inşa edilən yaşayış binasının 16-cı mərtəbəsində olan, ümumi sahəsi 115,3 kv.metr olan 2 otaqdan ibarət 163 saylı mənzildən çıxarılması və həmin mənzilin giriş qapısının açarlarının İddiaçı2 təhvil verilməsinin "xxxx" MTK-nin üzərinə qoyulması ilə əlaqədar qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Bundan başqa, iş materiallarında qətnamənin icraya yönəlməsi və icra sənədinin icrası ilə əlaqədar cavabdehlərin (borcluların) xəbərdar olunması ilə bağlı sübutlar vardır. Lakin cavabdehlər qanuni qüvvəyə minmiş qətnaməni icra etməkdən müxtəlif bəhanələrlə boyun qaçırırlar. Cavabdeh1 bunu onunla əlaqələndirir ki, ona qarşı qaldırılan iddiada qeyd olunan mənzil onun istifadəsində deyil, bu səbəbdən o, iddiaya cavab verməli olan şəxs deyil. Halbuki, Cavabdeh1 oğlu qeyd olunan 138 saylı mənzilə görə ödədiyi pulun geri qaytarılması və təmirə xərclədiyi pulun ona ödənilməsi ilə məhkəmədə iddia qaldırmış və iddiası Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi ilə qismən təmin olunmuşdur. Cavabdeh2 isə mübahisəli 163 saylı mənzili təhvil verməməsini onunla əlaqələndirir ki, ona yeni mənzil verilsə də hazırda mübahisələndirilən mənzilin təmirinə ödədiyi vəsait ona qaytarılmayıb. Həmin vəsait qaytarılmayınca mənzili tərk etməyəcək.Bununla bağlı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qətnamə 07 fevral 2019-cu il tarixdə qanuni qüvvəsini almışdır və 28 yanvar 2022-ci il tarixinədək (hazırkı qətnamə qəbul edilən günədək) 34 ay 28 gün müddət ərzində icra edilməmişdir. Qeyd olunan mənzillər üzrə kirayə haqqı 530 manat təşkil etdiyindən dəymiş zərər bu qaydada hesablanmalıdır: 34 ay x 530 manat = 18020 manat, + 28 gün üçün 497.70 manat. 18020 manat+ 497.70.=18517.20 manat Məhkəmə qeyd olunanları nəzərə alaraq haqlı olaraq hesab etmişdir ki, hər bir iddiaçıya dəyən maddi ziyan hissəsində iddia qismən, 18517.20 manat hissədə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək hesab edir ki, apellyasiya şikayətində göstərilənlər yuxarıda qeyd olunanlara əsasən haqlı sayıla və qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, 138 saylı mənzilin İddiaçı1, 163 saylı mənzilin isə İddiaçı2 məxsus olması artıq mübahisə predmeti deyil və işin bu halı qanuni qüvvəyə minmiş qətnamə ilə öz təsdiqini tapıb. Göründüyü kimi, cavabdehlər başqasına (iddiaçılara) məxsus mənzilləri təhvil verməməklə onlara maddi ziyan vururlar. İddiaçılar uzun müddətdir ki, onlara məxsus mənzillərdən istifadə edə bilmirlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-437/2022 saylı iş üzrə 28 yanvar 2022-ci il tarixli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-437/2022 saylı iş üzrə 28 yanvar 2022-ci il tarixli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3577/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3577/2022
18.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver