Məhkəmə qərarları › İş №2(103)-358/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-358/2020

13.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-358/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(001)- 3405/2019nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər «X1 Mərkəzi» MMC-yə və «xxxxxxxx» MMC-yə qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Cavabdeh3 ASC-ni və Binəqədi rayon İcra Şöbəsini qeyd etməklə, əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın etibarsız hesab olunması və təkrar qiymətləndirmə keçirilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh3 ASC-nin cavabdeh X3 qarşı kredit borcu tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5557/2011 saylı qətnaməsi ilə iddia təmin olunmuşdur. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunmaq üçün Binəqədi rayon İcra Şöbəsinə göndərilmişdir. Binəqədi rayon İcra Şöbəsi iddiaçının Cavabdeh3 ASC-yə olan kredit borcunun ödənilməsinin təmin edilməsi üçün borcu iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka yönəldilməsi üçün əmlakın hərracda satılmasına dair “X1 Mərkəzi” MMC-yə və “xxxxxxxx” MMC-yə sifariş məktubu göndərmişdir. Həmin sifariş məktubu əsasında “xxxxxxxx” MMC-nin əmlak qiymətləndirilməsinin nəticələri haqqında hesabata əsasən daşınmaz əmlakın dəyəri 85.000 manat dəyərində qiymətləndirilmişdir. "X1 Mərkəzi” MMC-yə hərracın keçirilməsi barədə bildiriş göndərilmiş və hərrac keçirilmişdir. Lakin əmlak hərracda satılmamışdır. 2-ci hərracın keçirilməsi barədə bildiriş göndərilmiş vəhərracın keçirilməsi xx xxxxxxxx 2016-cı il tarixə saat 11:00-a təyin edilmişdir. İddiaçıya məxsus əmlak dəyərləndirilərkən əmlakın dəyəri bazar qiymətindən çox az məbləğlə - 85.000 manataa qiymətləndirilmişdir. Burdan belə qənaətə gəlmək olar ki, tələbkar Cavabdeh3 ASC ilə Binəqədi rayon İcra Şöbəsi arasında razılaşma olmuş və iddiaçıya məxsus əmlakın dəyər-dəyməzinə satılaraq borcun ödənilməsi üçün “X1 Mərkəzi” MMCyə və “xxxxxxxx” MMC-yə tapşırıq verilmişdir. Qeyd olunanlara əsasən “xxxxxxxx” MMCnin əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat etibarsız hesab olunmalı və təkrar qiymətləndirilmə keçirilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(001)-3405/2019 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi qət olunmuşdur. Qətnamədən narazı qalaniddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırır ki, hər iki qiymətləndirilmə zamanı ona məxsus əmlakın dəyəri bazar qiymətindən çox az məbləğdə qiymətləndirilmişdir.Həmin məbləğlərin az olmasını da iş üzrə təyin edilmiş məhkəmə qiymətləndirmə ekspertizaları da təsdiq edir.Digər tərəfdən tərəflər arasında razılaşma olmuş və ona məxsus əmlakın dəyər-dəyməzinə satılaraq borcun ödənilməsi üçün “X1 Mərkəzi” MMC-yə və “xxxxxxxx” MMC-yə tapşırıq verilmişdir.Odur ki, qeyd edilənlərə əsasən həmin qiymətləndirilmə hesabatları etibarsız hesab edilməli və ona məxsus əmlak təkrar qiymətləndirilməlidir. Məhkəmə kolegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 ASC-nin nümayəndəsi apelyasiya şikayətlərinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İş üzrə iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək səhətində problem olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, odur ki, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.Ərizədə qeyd edilənləri təsdiq edəcək sübutlar olmadığından məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Həmçinin, iş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi apellyatorlara münasibətdə ləğv olunmalı, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Belə k, iş materiallarında olan Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx xxxx 2013-cü il tarixli hesabatın surətindən görünür ki, Binəqədi rayon İcra şöbəsinin 3306 saylı, xx.xx.2012-ci il tarixli sifariş məktubuna əsasən əmlakın qiymətləndirilməsi işini keçirən “xxxxxxxx” MMC tərəfindən İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 23A saylı evin 85 saylı mənzilinin qiymətləndirilməsi keçirilmiş və həmin mənzilin həmin tarixə qiymətinin 85.000 manat təşkil etməsi müəyyən edilmişdir. İş materiallarında olan “X1 mərkəzi” MMC-nin xx xxxxxx 2016-cı il tarixli, 3323 nömrəli bildirişin surətindən görünür ki, Binəqədi rayon icra şöbəsinin xx.xx.2014-cü il tarixli sifariş məktubuna əsasən ünvan 1 açıq hərraca çıxarılmış; əmlakın ilkin satış qiyməti 85000 manat, hərracın keçirilmə tarixi isə xx xxxxxxxx 2016-cı il müəyyən edilmiş; əmlak haqqında məlumat “Birja” qəzetinin 12.08.16-cı il tarixli nömrəsində dərc edilmişdir. İddiaçı məhkəməyə iddianın təmin tədbiri barədə ərizə ilə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(001)-11708/2016 saylı qərardadı ilə ərizə təmin edilmiş və İddiaçı məxsus Bakı şəhəri, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, ev 23A-da yerləşən 85 saylı mənzilə dair hərracın keçirilməsi qadağan olunmuşdur. xx xxxxxxx 2016-cı il tarixdə İddiaçı əmlakın bazar qiymətinə uyğun olaraq düzgün qiymətləndirilməsi üçün ekspertiza keçirilməsi barədə vəsatət vermiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(001)- 11708/2016 saylı qərardadı ilə vəsatət təmin edilmiş, iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2017-ci il tarixli, 87 nömrəli hesabatından görünür ki, həmin hesabatla İddiaçı məxsus Bakı şəhəri, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, ev 23A-da yerləşən 85 saylı mənzilinin bazar qiymətinin 105.000 manat təşkil etməsi müəyyən edilmişdir. xx xxxx 2017-ci il tarixdə İddiaçı məhkəməyə yenidən vəsatətlə müraciət edərək təkrar ekspertizanın keçirilməsini xahiş etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(001)-1766/2017 saylı qərardadı ilə vəsatət təmin edilmiş, iş üzrə təkrar qiymətləndirmə ekspertizası təyin edilmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxx 2017-ci il tarixli, 61 nömrəli məktubu ilə qiymətləndirilməli olan mənzil artıq xx.xx.2017-ci il tarixdə qiymətləndirildiyindən sənədlər icra edilmədən məhkəməyə qaytarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(001)- 1766/2017 saylı qərardadı ilə iş üzrə təkrar qiymətləndirmə ekspertizası təyin edilmiş və ekspertizanın aparılması “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə həvalə edilmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxxx 2017-ci il tarixli, 18 nömrəli hesabatından görünür ki, həmin hesabatla İddiaçı məxsus Bakı şəhəri, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, ev 23A-da yerləşən 85 saylı mənzilinin bazar qiymətinin 110.000 manat təşkil etməsi müəyyən edilmişdir. xx xxxxxx 2012-ci il tarixdə İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsini xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(001)-1766/2017 saylı qərardadı ilə vəsatət təmin edilməmiş, həmin qərardaddan İddiaçı şikayət vermiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(001)-86/2018 saylı qərardadı ilə şikayət təmin edilməmiş və iş baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(103)- 9760/2018 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2017ci il tarixli, 2(001)-1766/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(001)- 86/2018 saylı qərardadı ilə tərəflər məhkəmə iclasına gəlmədiyinə görə İddiaçı cavabdehlər «X1 Mərkəzi» MMC-yə və «xxxxxxxx» MMC-yə qarşı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın etibarsız hesab olunması və təkrar qiymətləndirmə keçirilməsi tələbinə dair iddiası baxılmamış saxlanılmışdır. İddiaçı həmin qərardaddan şikayət vermiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(001)-86/2018 saylı qərardadı ilə şikayət təmin edilməmiş və iş baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-1982/2019 saylı qərardadı ilə iş materiallarında bildirişin tərəflərə çatdırılmasını təsdiq edən hər hansı sənəd olmadığından Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(001)-86/2018 saylı qərardadı ləğv olunmuş və iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır və 1-ci instansiya məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)- 10162/2019 saylı qərardadı ilə iş üzrə təkrar qiymətləndirmə ekspertizası təyin edilmiş və ekspertizanın aparılması “xxxxxxxxxxxxxxx” MMC-yə həvalə edilmişdir. İş materiallarında olan“xxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli, Ç-089 nömrəli hesabatından görünür ki, həmin hesabatla İddiaçı məxsus Bakı şəhəri, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, ev 23A-da yerləşən 85 saylı mənzilinin bazar qiymətinin 112.000 manat, likvid qiymətinin 104.000 manat təşkil etməsi müəyyən edilmişdir. Kollegiya iddia tələbinin dəlillərinə qiymət verərək qeyd edir ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunununun 7-ci maddəsinə əsasən, Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Həmin Qanunun 8-ci maddəsinə əsasən, Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Kollegiya hesab edir ki, İddiaçı cavabdehlər «X1 Mərkəzi» MMC-yə və «xxxxxxxx» MMC-yə qarşı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın etibarsız hesab olunması tələbi əsaslıdır.Belə ki, iş materiallarında olan Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx xxxx 2013-cü il tarixli hesabatın surətindən görünür ki, Binəqədi rayon İcra şöbəsinin 3306 saylı, xx.xx.2012-ci il tarixli sifariş məktubuna əsasən əmlakın qiymətləndirilməsi işini keçirən “xxxxxxxx” MMC tərəfindən İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 23A saylı evin 85 saylı mənzilinin qiymətləndirilməsi keçirilmiş və həmin mənzilin həmin tarixə qiymətinin 85.000 manat, daha sonra “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2017-ci il tarixli, 87 nömrəli hesabatından görünür ki, həmin hesabatla İddiaçı məxsus yuxarıda qeyd edilən mənzilinin bazar qiymətinin 105.000 manat təşkil etməsi, “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxxx 2017-ci il tarixli, 18 nömrəli hesabatından görünür ki, həmin hesabatla İddiaçı məxsus Bakı şəhəri, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, ev 23A-da yerləşən 85 saylı mənzilinin bazar qiymətinin 110.000 manat təşkil etməsi , nəhayət Bakı Apellyasiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)- 10162/2019 saylı qərardadı ilətəyin edilmiş qiymətləndirmə ekspertizasının nəticəsi olan“xxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli, Ç-089 nömrəli hesabatından görünür ki, həmin hesabatla İddiaçı məxsus Bakı şəhəri, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, ev 23A-da yerləşən 85 saylı mənzilinin bazar qiymətinin 112.000 manat, likvid qiymətinin 104.000 manat təşkil etməsi müəyyən edilmişdir. Göründüyü kimi, cavabdehlər «X1 Mərkəzi» MMC və «xxxxxxxx» MMC-nin İddiaçı məxsus Bakı şəhəri, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, ev 23A-da yerləşən 85 saylı mənzilinin müəyyən etdikləri bazar qiyməti ilə sonrakı qiymətləndirmə hesabatları ilə müəyyən olunmuş bazar qiymətləri arasında 25.000-27.000 manat fərq olmuşdur.Odur ki, «X1 Mərkəzi» MMC və «xxxxxxxx» MMC-nin İddiaçı məxsus Bakı şəhəri, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, ev 23A-da yerləşən 85 saylı mənzilinin qiymətləndirilməsinə dair hesabatları etibarsız hesab edilməlidir. Lakin Kollegiya onu da qeyd edir ki, təkrar qiymətləndirmə keçirilməsi tələbi baxımından bir neçə dəfə yenidən qiymətləndirmə keçirildiyindən, iddia bu hissədə tam təmin olunmayaraq İddiaçı məxsus Bakı şəhəri, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, ev 23Ada yerləşən 85 saylı mənzilin dəyəri məhkəmənin özü tərəfindən, həmçinin, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə, yəni 104.000 (bir yüz dörd min) manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx xxxx 2020-ci il tarixli 01 saylı “İpoteka haqqında “Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Qərardadında qərara alınmışdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(001)- 3405/2019 nömrəli qətnaməsi ləğv olunsun. İddia qismən təmin olunsun. Cavabdehlər «X1 Mərkəzi» MMC və «xxxxxxxx» MMC-nin İddiaçı məxsus Bakı şəhəri, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, ev 23A-da yerləşən 85 saylı mənzilinin qiymətləndirilməsinə dair hesabatları etibarsız hesab edilsin. İddiaçı məxsus Bakı şəhəri, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, ev 23A-da yerləşən 85 saylı mənzilin ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə, yəni 104.000 (bir yüz dörd min) manat müəyyən edilsin. İddia qalan hissədə rədd olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar