Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3581/2025 29.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, İddiaçılar Nümayəndə1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “müqavilə şərtlərinin dəyişdirilməsi və s.” tələbinə dair mülki işin aidiyyəti məsələsi ilə bağlı məhkəmələr arasında fikir ayrılığına dair məsələyə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçılar Nümayəndə1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “müqavilə şərtlərinin dəyişdirilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə iddiaçılar arasında bağlanmış (İddiaçı2 ilə xx.xx.2020-ci il tarixli, 17 №-li və Nümayəndə1 ilə xx.xx.2020-ci il tarixli, 18 №-li) əvəzləşmə müqavilələrinin dəyişdirilərək, “xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarix daxil edilməklə sonrakı aylarda mənzil təhvil verilənə kimi hər aya 500 manat kirayə pulunu bərpa etmək və ya kirayə pulu hesabına yığılan borc pulun əvəzində mənzili təmir etmək” müqavilənin 7.1-ci bəndinə əsasən müqavilənin əlavə şərti kimi qəbul edib xx.xx.2023-cü il tarix daxil edilməklə sonrakı aydan başlayaraq yeni inşa olunan mənzilin Nümayəndə1 təhvil verilənə kimi hər aya görə 500 manat kirayə pulunun, o cümlədən xx.xx.2023-cü il tarixdən başlayaraq iddia verilən müddət daxil olmaqla 2023cü ilin avqust ayı da daxil olmaqla 2.000 manat Nümayəndə1 və 2.000 manat İddiaçı2 verilməyən kirayə pullarının ödənilməsi, xx.xx.2020-ci il tarixli, 17 və 18 №-li əvəzləşmə müqavilələrinin şərtləri cavabdeh tərəfindən pozulduğundan, yeni şərtlərlə müqavilənin bağlanması vəzifəsinin cavabdehə həvalə edilməsi, cavabdehdən maddi ziyan olaraq 1,97 kv.m. üçün hazırda hər kvadrata görə 2.200 manat satış qiyməti nəzərə alınmaqla, cəmi 4.334 manat pulun Nümayəndə1 və 2,97 kv.m. üçün hazırda hər kvadrata görə 2.200 manat satış qiyməti nəzərə alınmaqla, cəmi 6.534 manat pulun İddiaçı2 ödənilməsi, mənəvi ziyan olaraq Nümayəndə1 2.000 manat və İddiaçı2 2.000 manat tutularaq ödənilməsi, ödənilmiş dövlət rüsumunun cavabdeh təşkilatdan alınaraq iddiaçılara cəmi 9.507,50 manat Nümayəndə1 və 9.507,50 manat İddiaçı2, ümumilikdə cəmi 19.015,03 manat ödənilməsi barədə qətnamə qəbul edilməsini, cavabdeh təşkilatın vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əsassız varlanması və iddiaçıya maddi ziyan vurması barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişlər. İddiaçılar xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən maddi ziyan olaraq 1,97 kv.m. üçün hazırda hər kvadrata görə 2.200 manat satış qiyməti nəzərə alınmaqla, cəmi 4.334 manat pulun Nümayəndə1 və 2,97 kv.m. üçün hazırda hər kvadrata görə 2.200 manat satış qiyməti nəzərə alınmaqla, cəmi 6.534 manat pulun İddiaçı2 ödənilməsi, mənəvi ziyan olaraq Nümayəndə1 2.000 manat və İddiaçı2 2.000 manat tutularaq ödənilməsi, ödənilmiş dövlət rüsumunun cavabdeh təşkilatdan alınması, iddiaçılara cəmi 9.506 manat Nümayəndə1 və 9.506 manat İddiaçı2, ümumilikdə cəmi 19.012 manat ödənilməsi; xx.xx.2020-ci il tarixli, 17 və 18 №-li əvəzləşmə müqavilələrində qeyd olunan ölçülərdə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsinə uyğun və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2021-ci il tarixli, 3 saylı “Yaşayış binaları. Layihələndirmə normaları”nın təsdiq edilməsi haqqında Qərarının 9.12-ci maddəsinin tələbinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydalarına uyğun olaraq aparıb iddiaçılara əvəzləşmə müqaviləsində qeyd olunan ölçülərdə və təbii işıqlandırması olan mətbəxlərlə təmin olunması öhdəliyi barədə qətnamə qəbul edilməsini; cavabdeh təşkilatın vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əsassız varlanması və iddiaçıya maddi ziyan vurması barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişlər. Son olaraq iddiaçılar xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, xx.xx.2020-ci il tarixli, 17 və 18 №-li əvəzləşmə müqavilələrində qeyd olunan ölçülərdə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsinə uyğun və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2021-ci il tarixli, 3 saylı “Yaşayış binaları. Layihələndirmə normaları”nın təsdiq edilməsi haqqında Qərarının 9.12-ci maddəsinin tələbinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydalarına uyğun olaraq aparıb iddiaçılara əvəzləşmə müqaviləsində qeyd olunan ölçülərdə və təbii işıqlandırması olan mətbəxlərlə təmin olunması öhdəliyinin qoyulması, cavabdeh tərəfindən maddi ziyan olaraq 1,97 kv.m. üçün hazırda hər kvadrata görə 2.400 manat satış qiyməti nəzərə alınmaqla, cəmi 4.728 manat pulun Nümayəndə1 və 2,97 kv.m. üçün hazırda hər kvadrata görə 2.400 manat satış qiyməti nəzərə alınmaqla, cəmi 7.128 manat pulun İddiaçı2 ödənilməsi, müqavilələrdə göstərilən ölçülərdə mənzillərin təhvil verilməsi mümkün olmadıqda, mənzillərin əsas ölçülərinin hazırkı vaxta aid olduğundan, ümumi sahədən kəsilən ölçülərə görə 18,85 kv.m. 2.400 manatdan 45.240 manat İddiaçı2, 19.85 kv.m. 2.400 manatdan 47.460 manat Nümayəndə1, cəmi 104.736 manat pul şəklində şirkət tərəfindən verilməsi haqqında öhdəliyin qoyulması, mənəvi ziyan olaraq Nümayəndə1 2.000 manat və İddiaçı2 2.000 manat tutularaq ödənilməsi, ödənilmiş 144 manat dövlət rüsumunun cavabdeh təşkilatdan alınması, təmir pulu ilkin təklif olaraq hər birinə 78 kv.m. sahəyə görə təmirə 150 manat hesablayaraq hər mənzilə görə 11.700 manat, cəmi 23.400 manat sahənin kvadratını artırmalı olduğu halda, artırılmadığından və hər birinə 75,25 kv.m. sahəsi olan mənzil verildiyindən, həmin mənzillərin təmir olunub iddiaçılara təhvil verilməsi və ya təmir üçün nəzərdə tutulan 23.400 manat pulun iddiaçılara ödənilməsi, kirayə pulu aprel 2023-cü ildən mart 2025-ci ilədək Nümayəndə1 11.500 manat və İddiaçı2 11.500 manat, cəmi 23.000 manat ərizə verilən günə kimi və qətnamə icra olunan günə kimi hər ay hər mənzilə görə 500 manat hesablanaraq cavabdehin hesabından tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini; cavabdeh təşkilatın vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əsassız varlanması və iddiaçıya maddi ziyan vurması barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-100/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3169/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçılar Nümayəndə1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi və s.” tələbinə dair mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçılar Nümayəndə1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi və s.” tələbinə dair mülki iş baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Kollegiya qeyd edir ki, iddiaçılar Nümayəndə1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı iddia tələbi aidiyyət qaydalarına riayət edilməklə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin məhkəmənin icraatına qəbul edilmişdir. Qanunvericiliyin aidiyyət qaydalarına görə iddiaçılar sonradan iddia tələbinin həcminin artırılmasına dair ərizələr verərək, tələblərini artırsalar da, bu, ilkin olaraq icraata düzgün qəbul edilmiş iş üzrə sonradan irəli sürülmüş tələblərdən birinin müstəsna aidiyyət qaydasında baxılmalı olmasına əsaslanaraq, işin başqa məhkəməyə göndərilməsi üçün əsas təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi üzrə ərazi aidiyyəti baxımından müstəsna aidiyyat qaydaları tətbiq edilə bilməz. İddia tələbinin həcminin artırılması mülki işin aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi üçün əsas ola bilməz, çünki məhkəmə qeyd edilən mülki işi aidiyyət qaydalarına riayət edilməklə öz icraatına qəbul etmişdir. Ona görə də hazırki mülki işə məhz Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçılar Nümayəndə1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi və s.” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçılar Nümayəndə1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi və s.” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-3581/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3581/2025
29.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver