Məhkəmə qərarları › İş №2(103)-3587/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3587/2022

24.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3587/2022 24.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh Vera Vasilyevnanın nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı «mənzilə çəkilən təmir xərclərinin tutulması və s. tələbinə dair» ilk və Cavabdeh2 cavabdeh İddiaçı qarşı «zərərin ödənilməsi və s. tələbinə dair» qarşılıqlı iddia ərizələri ilə bağlı 2(001)-141/2022 saylı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 855-ci məhəllə ev 63 ünvanda yerləşən 3 otaqlı 39 nömrəli mənzilin təmiri üçün İddiaçı sərf etdiyi 27215 manat, 3 ədəd Gorenje markalı kondisionerə görə 2250 manat, mətbəx mebelinə görə 3000 manat, Ariston markalı qaz plitəsinə görə 600 manat, Ariston markalı texniki duxovkaya görə 800 manat, Ariston BWMD 742 markalı paltaryuyana görə 700 manat, işçi üçün sərf olunmuş 16000 manat olmaqla, cəmi 49965 manatın cavabdehlər Cavabdeh1 MTK-dan və Cavabdeh2 müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MTK ilə İddiaçı arasında baglanmış 07.08.2013-cü il tarixli, 039 saylı müqaviləyə əsasən ünvan 1 ünvanda yerləşən 3 otaqlı 39 nömrəli mənzili təmirsiz vəziyyətdə, mənzilin dəyəri olan 119500 manatı tam ödəməklə İddiaçı Cavabdeh1 MTK-dan almışdır. Bundan sonra həmin mənzili İddiaçı Cavabdeh1 MTK-dan təhvil alaraq orada əsaslı təmir işləri aparmışdır. Təmir 2013-2014cü illərdə başa çatdıqdan sonra İddiaçı ailəsi ilə birlikdə mənzilə köçərək orada yaşamağa başlamışdır. ünvan 2 ünvanda yaşayarkən İddiaçı məlum olmuşdur ki, bu mənzili "xxxx" MTK ondan əvvəl 22.05.2007-ci il tarixdə Cavabdeh2 satmışdır. İddiaçı vicdanla aldığı evi əsaslı təmir etdirmişdir. Lakin Cavabdeh1 MTK sədri X10 İddiaçı mənzili satmaq adı ilə aldadaraq 119.500 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan sonra İddiaçı ilə Cavabdeh2 arasında mənzil mubahisəsi başlamışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 11.03.2015-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı Cavabdeh2 mənzilin boşaldılması və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin olunmuş, İddiaçı qarşılıqlı iddiası isə təmin olunmamışdır. Həmin qətnamə icra olunaraq iddiaçı ailəsi ilə birlikdə həmin mənzildən çıxarılmışdır. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 855-ci məhəllə ev 63 unvanda yerləşən 3 otaqlı 39 nömrəli mənzilin təmirinə, material və avadanlıqlara İddiaçı 27215 manat xərcləmişdir. Həmçinin mənzildə İddiaçı tərəfindən quraşdırılmış mətbəx mebeli, kondinsionerlər, paltaryuyan maşın və texniki duxovka da mənzildə Cavabdeh2 qalmışdır. Mənzilin təmiri üçün İddiaçı çəkdiyi xərclər cəmi 27215 manat, kondisionerə görə 2250 manat, mətbəx mebelinə görə 3000 manat, texniki duxovkaya görə 800 manat, paltaryuyan maşına görə 700 manat olmaqla, cəmi 6750 manat, işçiyə ödənilən vəsaitə görə 16000 manat olmaqla, cəmi 49965 manat təşkil edir. "xxxx" MTK-nın vəzifəli şəxsinin cinayət əməli nəticəsində İddiaçı aldadılmış, mənzilin təmirinə, məişət əşyaları ilə təmin edilməsinə böyük xərc və zaman sərf etmişdir. Cavabdeh2 isə hazırda mənzildə yaşayır. Bu səbəbdən, İddiaçı hər iki cavabdehdən ona vurulan ziyanı tələb edir. Həmçinin, Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə iddiaçı X5 iddiasının rədd edilməsi, qarşıqlılı iddia üzrə cavabdeh X4 ona məxsus olan, ünvan 1 ünvanda yerləşən 39 nömrəli mənzildən 07.01.2016-cı il tarixdən 24.10.2019-cu il tarixə kimi qanunsuz və əsassız olaraq istifadə etdiyi üçün hər ay üçün 1000 manat olmaqla, 58 ay üçün 58000 manat məbləğində əldən çıxmış faydanın, zərərin, 24.10.2019-cu il tarixdə icra icraatı zamanı borcluya məxsus olan əşyaların daşınması üçün tələbkarın kömək məqsədi ilə yük daşımaya görə ödənilmiş 680 manat məbləğində ödənişin, borclu və onunla birgə mənzildən çıxarılmış digər şəxslərin iki aylıq kirayə haqqının ödənilməsi məqsədi ilə vasitəçi üçün ödənilmiş 100 manat, kirayə ev üçün ödənilmiş 800 manat, giriş qapısı üçün ödənilmiş 1719 manat əlavə xərc olmaqla ümumilikdə 3299 manatın və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdeh X4 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 iddia ərizəsi ilə Nərimanov Rayon Məhkaməsinə müraciət edərək, cavabdəhlər Xaməd Vəfa qızı ilə Cavabdeh1 MTK arasında 07.08.2013-cü il tarixdə bağlanılmış müqavilənin etibarsız hesab edilməsi və Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 855-ci məhəllə ev 63 ünvanında yerləsən 39 nömrəli mənzilin X11 tərəfindən boşaldılması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İs üzrə cavabdəh Xaməd Vafa qızı Cavabdeh2 və Cavabdeh1 MTK-ya qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edilərək, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında mənzilə dair bağlanmış əqdin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını istəmişdir. Qeyd edilən hər iki tələbə baxan Nərimanov Rayon Məhkəməsinin 11.03.2015-ci il tarixli, 2(005)-363/2015 nömrəli qətnaməsi ilə X11 ilə Cavabdeh1 MTK arasında 07.08.2013-cü il tarixdə bağlanmış müqavilə etibarsız hesab edilmiş, Xaməd Vəfa qızı tərəfindən ünvan 3 ünvanda yerləşən 39 nömrəli mənzilin boşaldılması, 07.08.2013-cü il tarixli müqavilə üzrə Cavabdeh1 MTK-nın X4 almış olduğu 119500 manat pulun Cavabdeh1 MTK tərəfindən X6 qaytarılması və X5 Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında mənzilə dair bağlanmış əqdin etibarsız hesab edilməsi tələbi olan hissəsində rədd edilməsi qət olunmuşdur. X1 apellyasiya şikayəti verməsinə baxmayaraq, Bakı Apellyasiya Məhkəməsinin 24.07.2015-ci il tarixli, 2(103)-3875/2015 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Nərimanov Rayon Məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşmış və mübahisənin hüquqi tənzim etməsində eyni yekun fikirdə qalmışdır. Bu dəfə də qətnamədan narazı qalan X11 Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermişdir. Şikayətə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 07.01.2016-cı il tarixli, 2(102)-64/2016 nömrəli qərarı ilə şikayət təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bununla da, Nərimanov Rayon Məhkəməsinin 11.03.2015-ci il tarixli, 2(005)-363/2015 nömrəli qətnaməsi qanuni qüvvəsini almış və işin mülki mübahisəsinin məhkəmə araşdırılması yekunlaşmışdır. Nərimanov Rayon Məhkəməsinin qətnaməsinin qanuni qüvvəyə minməsi ilə əlaqədar Nərimanov rayon İcra şöbəsində müvafiq olaraq icra icraatı başlamışdır. İcra icraatı zamanı, borclu tərəf hər bəhanə ilə icradan yayınmaq, məhkəmənin qətnaməsinin dolayı yollarla icra etməmək və ya icra etməkdən yayınması və s., bu kimi digər hərəkətlər etməklə borclu olaraq üzərinə düşən öhdəliyi daim yerinə yetirməmişdir. Bu isə ona dəlalət etmişdir ki, 07.01.2016-cı il tarixdə qanuni qüvvəyə minmiş məhkəmə qərarı müxtəlif bəhanə və ya əsaslarıdırmalar gətirilməklə qəsdən icra edilməmişdir. Bütün bu hərəkətlər nəticəsində mülkiyyətçi öz mənzilinə daxil ola bilməmiş və həmin mənzildən hazırki iş üzrə qarşlıqlı cavabdeh X11 qanunsuz olaraq yararlanmışdır. İlk olaraq, X11 icra məmuru ilə birlikdə, məhkəmənin 11.03.2015-ci il tarixli, 2(005)-363/2015 nömrəli qətnaməsinə izah verilməsi üçün Nərimanov Rayon Məhkəməsinə müraciət etmişlər. İzahın icra məmuru tərəfindən istənilməsinin əsaslandırılması isə, 11.03.2015-ci il tarixli qətnamədə Cavabdeh1 MTK-nın X4 almış olduğu 119500 manat pulun Cavabdeh1 MTK tərəfindən X6 qaytarılması ilə X11 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 855-ci məhəllə ev 63 ünvanda yerləşən 39 nömrəli mənzilin boşaldılmasının eyni vaxtda icra olunub-olunmaması bərədə izah verilməsi istənilmişdir. Nərimanov Rayon Məhkəməsinin 20.06.2017-ci il tarixli, 8(005)-807/2017 nömrəli qərardadı ilə icra məmurunun qətnaməyə izah verilməsi barədə təqdimatı təmin edilməmiş və bu qərardaddan da X11 tərəfindən Nərimanov Rayon Məhkəməsinə şikayət verilsə də, lakin şikayətin təmin edilməməsi barədə məhkəmənin növbəti, 10.07.2017-ci il tarixli, 8(005)-807/2017 nömrəli qərardadı qəbul edilmiş, nəticədə 20.06.2017-ci il tarixli, 8(005)-807/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış, həmin şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılması üçün birinci instansiya məhkəməsi tərəfindən apellyasiya instansiyasına göndərilmişdir. Şikayətə baxan Bakı Apellyasiya Məhkəməsi Nərimanov Rayon Mahkəməsinin 20.06.2017-ci il tarixli, 8(005)-807/2017 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması və şikayətin təmin edilməməsi barədə 02.08.2017-ci il tarixli, 2(103)-577/2017 nömrəli növbəti qərardadı qəbul etmişdir. Apellyasiya instansiyasının qərardadından narazı qalan X11 tərəfindən bu dəfə Azərbaycan Respublikası Ali Məhkəməsinə müvafiq qaydada kassasiya şikayəti verilmişdir. Şikayətin verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 20.11.2017-ci il tarixli, 2(102)-7684/2017 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 02.08.2017-ci il tarixli, 2(103)-577/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bununla da, icra məmuru tərəfindən Nərimanov Rayon Məhkəməsinin 11.03.2015-ci il tarixli, 2(005)-363/2015 nömrəli qətnaməsinə izah verilməsi barədə təqdimatı təmin edilməmiş və növbəti icra hərəkətləri davam etdirilməli idi. Qətnaməyə izah verilməsi barədə icra məmuru tərəfindən verilmiş təqdimatın məhkəmələr tərəfindən təmin edilməməsinin səbəbi kimi qətnamənin nəticə hissəsi ilə icra vərəqəsində qeyri-müəyyənliyin olmaması, qətnamənin səlist yazılması, qətnamənin nəticə hissəsinin göstərişlərinin aydın və başa düşülən olması birmənalı şəkildə sonuncu məhkəmələr tərəfindən qeyd edilmişdir. Həmçinin, o da müəyyən olunaraq öz əksini tam şəkildə tapmışdır ki, MTK tərəfindən pulun verilməsi ilə mənzilin eyni vaxtda boşaldılması barədə 11.03.2015-ci il tarixli, 2(005)-363/2015 nömrəli qətnamədə hər hansı bir göstəriş yoxdur və izahın məhkəmə qətnaməsində hər hansı bir fikir və ya göstərişin aydın ifadə olunmayacağı halında verilə bilməsi qeyd olunmuşdur. Beləliklə, qeyd edilən bütün bu hallar və məhkəmə mübahisələri bir daha onu sübut etmişdir ki, Nərimanov Rayon Məhkəməsinin 11.03.2015-ci il tarixli, 2(005)-363/2015 nömrəli qətnaməsi üzrə borclu olan X11 tərəfindən icra olunmur və ümumiyyətlə icra etmək niyyətində olmamışdır. Qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan iki ildən çox vaxt keçdikdən sonra, icra məmuru icra hərəkətlərinin davam etdirilməsinin qeyri-mümkünlüyünü yenə də bildirmişdir. Səbəbini soruşduqda, artıq Nərimanov Rayon Məhkəməsinin müvafiq qərardadına görə icra hərəkətlərinin aparılmasının müvəqqəti dayandırılması bildirilmişdir. İsi yenidən arasdırıldıqda, müəyyən olunmuşdur ki, həqiqətən də 10.09.2018-ci il tarixli, 2(005)- 4267/2018 nömrəli qərardadla Nərimanov Rayon Məhkəməsinin 11.03.2015-ci il tarixli, 2(005)-363/2015 nömrəli qətnaməsi üzrə icra hərəkətlərinin dayandırılması qərara alınmış və bu dayandırma öhdəliyi də Nərimanov rayon İcra şöbəsinə həvalə edilmişdir. Qeyd edilən qərardad iddianın təmini tədbiri kimi qəbul edilmiş məhkəmə aktı olmuşdur. Belə ki, iddiaçı X12 tərəfindən Nərimanov Rayon Məhkəməsinə cavabdeh Nərimanov rayon İcra şöbəsinə qarşı icra hərəkətlərinin qanunnsuz hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Nərimanov Rayon Məhkəməsinin 11.03.2015-ci il tarixli, 2(005)-363/2015 nömrəli qətnaməsi üzrə Cavabdeh1 MTK-nın X4 almış olduğu 119.500 manat pulun Cavabdeh1 MTK tərəfindən X6 qaytarılması X11 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 855-ci məhəllə ev 63 ünvanında yerləşən 39 nömrəli mənzilin bosaldılması hissələrində eyni vaxtda icra edilməsi vəzifəsinin cavabdeh Nərimanov rayon İcra şöbəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göstərilən qərardadın qəbul edilməsi bir yana, hətta iddiaçı tərəfindən verilmiş bu iddia tələbi təmin edilmiş, Cavabdeh1 MTK-nın X4 almış olduğu 119.500 manat pulun Cavabdeh1 MTK tərəfindən Xaməd Vəfa qızına qaytarılması ilə X11 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 855-ci məhəllə ev 63 ünvanda yerləşən 39 nömrəli mənzilin boşaldılması hissələrində eyni vaxtda icra edilməsi vəzifəsinin Nərimanov rayon İcra şöbəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur. Bu mübahisə zamanı icra icraatı üzrə tələbkar işə cəlb edilməmiş, məlumat verilməmiş və hətta maraqlarına toxunmasına baxmayaraq, məhkəmənin özü belə məhkəmə proseslərinə cəlb etmək niyyətində olmamışdır. İcra məmuru həmin qərardadın mövcudluğu barədə məlumat verməsəydi, deməli həmin işdən V.Volxovanın ümumiyyətlə xəbər olmayacaqdı. Bu səbəbdən rəsmi qaydada məhkəməyə müraciət edilmiş və Nərimanov Rayon Məhkəməsinin 10.09.2018-ci il tarixli, 2(005)-4267/2018 nömrəli qərardadını və 11.10.2018-ci il tarixli, 2(005)-4267/2018 nömrəli qətnaməsini 30.10.2018-ci il tarixdə şəxsən əldə etmək mümkün olmuşdur. Daha sonra həmin qərardaddan və qətnamədən müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinə şikayətlər verilmiş, həm qətnamə, həm də qərardad yuxarı instansiya tərəfindən ləğv edilərək işin yenidən icra icraatına göndərilməsi baş tutmuşdur. Nərimanov Rayon Məhkəməsinin 11.10.2018-ci il tarixli, 2(005)-4267/2018 nömrəli qətnaməsinin əsassız və qanunvericiliyin kobud pozuntusu ilə qəbul edilməsinə görə Bakı Apellyasiya Məhkəməsi tərəfindən ləğv edildikdən sonra, iş üzrə icra icraatı başlamış və icra hərəkətləri aparılmışdır. İlk olaraq, 23.10.2019-cu il tarixdə X11 mənzilin qapılarını açmasa da, məcburi icra hərəkətləri yerinə yetirilmişdir. Həmin tarixdə evdə olan bütün əşyaların bəziləri saxlanc olaraq tələbkarın nümayəndəsinə təhvil verilmişdir. Bir gün sonra, yəni 24.10.2019-cu il tarixdə saxlanca verilmiş əşyalar X5 yaxın qohumu Etibar Əliyev tərəfindən çıxarılmış və mənzil tam şəkildə boşaldılaraq tələbkara təhvil verilmişdir. Eyni zamanda, borclu ilə belə bir razılaşma olmuşdur ki, əşyaların daşınması üçün ona tələbkar köməklik edəcək və bir neçə dəfə gün ərzində yük daşıma prosesi olmuş və bununla bağlı tələbkarın nümayəndəsi tərəfindən 680 manat məbləğində ödəniş olunmuşdur. Həmçinin, borclunun və orada yaşayan şəxslərin həmin vaxtda yaşayış yerləri olmadığından, tələbkar razılaşmışdır ki, onların iki aylıq kirayə haqqlarını ödəsin və bununla bağlı olaraq da kirayə ev tutulması üçün maklerə 100 manat, kirayə mənzil üçün isə iki aylıq kirayə haqqı kimi 800 manat pul ödənilmişdir. Nəticədə ümumilikdə borclunun mülkiyyətçinin mənzilindən çıxarılması zamanı ona çəkmiş olduğu xərclər ilk növbədə ümumilikdə 1580 manat olmuşdur. İcra hərəkətlərinin həyata keçirilməsi anında mənzildə olan şəxslərin qəsdən mənzili tərk etməmələri, qapını açmamaları və bu kimi digər hərəkətləri nəticəsində məcburi icra hərəkətləri aparıldığlından mənzilin giriş qapısı məcburən sındırılmışdır. İcra hərəkətlərinin tam yekunlaşmasından sonra, yəni giriş qapısı üçün 1719 manat məbləğində əlavə xərc çəkilərək yeni qapı qoyulmuşdur. Bütün bu yuxarıda qeyd olunanların hər biri icra məmuru tərəfindən icra hərəkətləri yerinə yetirilərkən çəkilmiş xərclər olmuşdur. İcra mərhələsində tələbkar bu xərcləri borcludan tələb etməmiş, İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməsəydi Cavabdeh2 bu vəsaiti tələb etməyəcəkdi. İlkin iddia üzrə iddiaçının iddiası barədə 07.01.2016-cı il tarixdə yekun məhkəmə qərarı çıxarılmışdır. Artıq həmin tarixdən cavabdeh bilirdi ki, məhkəmə qətnaməsi icra olunmalı və mənzil Cavabdeh2 qaytarılmalıdır. X3 buna əhəmiyyət verməmiş və 23-24.10.2019-cu il tarixə kimi məhkəmənin qətnaməsinin icra olunmasını uzatmışdır. Bu müddət ərzində də Cavabdeh2 məxsus olan mənzildə qalmış, ondan istifadə etmiş, hətta mənzilin normal köhnəlməsinə gətirib çıxaran hərəkətləri etmişdir. Mənzilin yerləşdiyi ərazidə kirayə haqqı ortalama hər ay uçün 1000 manat təşkil etdiyindən, Azərbaycan Respublikası Ali Məhkəməsinin 07.01.2016-cı il tarixli qərarından 23-24.10.2019-cu il tarixə kimi ümumilikdə 58 ay ərzində X11 qarşıqlı iddiaçıya məxsus olan əmlakdan heç bir dəyəri ödəmədən istifadə etməklə yaralanmışdır. Bu isə onu bildirir ki, əgər həmin əmlak vaxtında Cavabdeh2 qaytarılsaydı, həmin əmlak üzrə qanunvericiliklə qadağan olunmayan istifadə etməklə müvafiq gəlir əldə edərdi. Bu isə Cavabdeh2 Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər çəkməsinə gətirib çıxartmışdır. Odur ki, X5 qanunsuz və əsassız olaraq mənzili özündə saxladığına görə, vaxtında Cavabdeh2 qaytarmağına görə əşyanın sahibinə vurulmuş ziyanı ödəməlidir. Belə ki, Mülki Məcəllənin 157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda, əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər. Bu isə onu bildirir ki, mənzilin artıq mülkiyyətçisi Cavabdeh2dır və mənzilə görə əldə çıxmış bütün gəlirlərin ilkin iddiaçı X4 tutularaq ona ödənilməsi baradə qətnamə çıxarılmalıdır. X2 MTK-nın vəzifəli şəxsləri tərəfindən aldadıldığından onun qarşısında məsuliyyətli şəxs Cavabdeh2 deyil, Dağlar MTK-dır. Belə ki, Cavabdeh2 hərəkət və ya hərəkətsizliyi nəticəsində X6 heç bir ziyan vurulmamışdır. X11 ilk iddia tələbini iddia müddətini ötürməklə verdiyindən də bu səbəbdən də tələb rədd edilməlidir. Belə ki, tərəflər arasında mübahisə hələ 2015-ci ilə qədər başlamış, Nərimanov Rayon Məhkəməsinin 2015-ci il tarixli müvafiq qətnaməsi ilə yekunlaşmış, həmin qətnamə 23-24.10.2019-cu il tarixdə icra olunmuşdur. Həmin tarixlərdə mənzildə olan bütün əşyalar çıxarılmışdır. Bu dövr ərzində X11 iddia ərizəsi ilə məhkəməyə müraciət edib adı çəkilən xərcləri tələb edə bilərdi. Bununla da X11 həmin tələbi irəli sürmək üçün iddia müddətini ötürmüşdür. Bu səbəbdən V.T.Xamədin iddiası iddia müddətinin ötürülməsi səbəbində də təmin edilə bilməz. Bundan başqa İddiaçı mənzildə saxladığı, dəfələrlə xəbərdarlıq edilsə də aparmadığı əşyaların dəyərini tələb edə bilməz. Belə ki, heç vaxt ona əşyalarını götürmək üçün manelər yaradılmamışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli qətnaməsi ilə ilk iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh2 təmir xərclərinə görə 19472 manat, dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 19502 manat İddiaçı xeyrinə tutulmuş, ilk iddia ərizəsi qalan hissədə təmin edilməmiş, Cavabdeh2 İddiaçı qarşı əldən çıxmış faydaya görə 58000 manat, çəkilən xərclərə görə 3299 manat, dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 61299 manat tələbinə dair qarşılıqlı iddiası təmin edilməmiş, Cavabdeh2 ekspertiza xərcinə görə 200 manatın dövlət nəfinə tutulması qət edilmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilk iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə mühəndis-texniki ekspertiza təyin edilmiş, ekspertin gəldiyi nəticəyə əsasən mənzilə çəkilən xərc 19472 manat təşkil etmişdir. Ekspert qarşısında qoyulan suallardan biri də evdə qalan əşyaların qiyməti ilə bağlı olmuş, ekspert həmin əşyaları 3500 manat həddində dəyərləndirmişdir. Təkrar ekspertiza keçirilməsi iddiaçı tərəfindən tələb edilsə də, məhkəmə bunu nəzərə almamışdır. Təkrar ekspertizanın keçiriməsi üçün əsas olan səbəb ondan ibarət olmuşdur ki, ekspert suala tam və hərtərfli cavab verməmişdir. Məhkəmə Mülki Məcəllənin 21.2 və 21.3-cü maddələrini tətbiq etməli olduğu halda ümumiyyətlə heç bir maddi norma tətbiq etməmişdir. Hakim qulluq mövqeyindən istifadə etmiş və əsasız qətnamə qəbul etmiş, tərəflər arasında olan müqaviləyə istinad etmiş, daha yüksək hüquqi qüvvəyə malik olan məcəlləyə istinad etməmişdir. Apellyasiya baxışı zamanı ilk iddia üzrə İddiaçı təmsilçisi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi və birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək ilk iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı cavabdeh Vera Vasilyevnanın nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, ilk iddia üzrə Cavabdeh1 MTK-nın nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə ilk iddia üzrə Cavabdeh1 MTK-nın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışının hədlərini ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən - ilk iddia tələbinin təmin edilməyən hissəsində qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış 07.08.2013-cü il tarixli, 039 saylı müqaviləyə əsasən, MTK Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 63-də inşa etdiyi 16 mərtəbəli yaşayış və ofis binasının 8 mərtəbəsində yerləşən ümumi sahəsi 121,1 m2 olan 3 otaqlı 39 saylı mənzili İddiaçı 119500 manata satmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11.03.2015-ci il tarixli, 2(005)- 363/2015 saylı qətnaməsi ilə ilk iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı «mənzilin boşaldılması və müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair ilk iddiası təmin edilmiş, qarşılıqlı iddia üzrə İddiaçı ilə Cavabdeh1 MTK-nın icraçı direktoru X10 arasında bağlanmış 07.08.2013-cü il tarixli müqavilə etibarsız hesab edilmiş, ünvan 4 ünvanda yerləşən 3 otaqlı 39 saylı mənzilin cavabdeh İddiaçı tərəfindən boşaldılması, qarşılıqlı iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-ya qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, 07.08.2013cü il tarixli müqavilə üzrə Cavabdeh1 MTK-nın aldığı 119500 manatın Cavabdeh1 MTK tərəfindən İddiaçı qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.07.2015-ci il tarixli, 2(103)- 3875/2015 saylı qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11.03.2015-ci il tarixli, 2(005)-363/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 07.01.2016-cı il tarixli, 2(102)-64/2016 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.07.2015-ci il tarixli, 2(103)-3875/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin 24.10.2019-cu il tarixli aktının surətindən görünür ki, 23.10.2019-cu il tarixli akta əsasən siyahıya alınan əşyalar İddiaçı qohumu E.B.Əliyev tərəfindən könüllü olaraq mənzildən çıxarılmış, mənzil boşaldılaraq tələbkar Cavabdeh2 etibaranaməyə əsasən nümayəndəsi A.B.Nəbiyevaya təhvil verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.02.2019-cu il tarixli, 2(103)- 2268/2019 saylı qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11.10.2018-ci il tarixli, 2(005)-4267/2017 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı cavabdeh Nərimanov rayon İcra və probasiya şöbəsinə qarşı «icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi» tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04.10.2021-ci il tarixli, 10/2255 saylı rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 855-ci məhəllə 63 saylı evin üç otaqlı 39 saylı mənzilinə baxış keçirilən zaman mənzilin yaşayış otaqlarının, dəhliz və mətbəx tikililərinin divarlarının divar kağızı ilə üzlənməsi, tavanı alçipan materialı ilə asma tavan şəklində yığılması, döşəmənin parketlə üzlənməsi, hamam və ayaqyolu tikililərinin divarlarının kafellə, döşəmələrinin metlaxla, tavanlarının isə alüminium materialı ilə asma tavan şəklində yığıldığı müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 855-ci məhəllə 63 saylı evin üç otaqlı 39 saylı mənzilində aparılmış müxtəlif növ təmir-tikinti və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 19472 manat olduğu müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01.11.2021-ci il tarixli, 9/2196 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunan əşyaların, 3 ədəd kondisionerin, 1 ədəd mətbəx mebelinin, texniki duxovkanın hazırkı vəziyyətdə bazar dəyəri təxminən 3500 manat təşkil edir. Birinci instansiya məhkəməsində şahid X7 ifadəsində göstərmişdir ki, Tver şəhərində yaşayan qardaşı arvadı Cavabdeh2 etibarnaməsi əsasında o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsinin icrası zamanı tələbkarı təmsil etmişdir. Həmin vaxt mənzildə yaşayan borclunun qohumu olan Etibar Əliyevin yaşayış yeri olmadığından o, insanlıq naminə öz vəsaiti hesabına vasitəçiyə xidmətinə görə 100 manat ödəyərək E.Əliyev üçün iki ay müddətinə kirayəyə mənzil tutumuş, kirayə haqqı olaraq 800 manat ödəmiş, mənzildə olan əşyaların daşınması üçün 680 manat ödəmişdir. Mənzilin qapısı könüllü açılmadığından icra məmuru tərəfindən sındırıldığı üçün mənzilə yeni qapının quraşdırılmasına görə o, 1719 manat ödəmişdir. Ödədiyi pul vəsaitini Cavabdeh2 almamışdır. Mənzil boşaldıqdan sonra mənzildə heç kim yaşamamış, Cavabdeh2 pandemiya ilə bağlı Bakı şəhərinə gələ bilməmişdir. Mənzildə 2 və ya 3 ədəd kondisioner, 1 ədəd paltaryuyan maşın, 1ədəd qaz piltəsi, 1 ədəd Ariston soba, 1 ədəd unitaz, 1 ədəd rakvin, 1 ədəd mətbəx şkafı qalmışdır. Dəfələrlə Cavabdeh2 qohumu E.Əliyevə desə də, sonuncu yeri olmadığı üçün həmin əşyaları mənzildən götürməyəcəyini ona bildirmişdir. Cavabdeh2 mənzilini özü istədiyi şəkildə təmir etdirmək istədiyindən mənzildə aparılan təmir ona lazım deyildir. Mülki işə baxılan ərəfədə İddiaçı mübahisəni sülh yolu ilə həll edilməsi, mənzildə aparılan təmir xərclərinin dəyərinin ödənilməsi təklif olunsa da o, bu təkliflə razılaşmamışdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Göründüyü kimi, qanuni qüvvəsini alan məhkəmə aktına əsasən İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış 07.08.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, ünvan 4 ünvanda yerləşən 3 otaqlı 39 saylı mənzilin İddiaçı tərəfindən boşaldılması qət edilmiş, həmin mənzil İddiaçı tərəfindən 24.10.2019-cu il tarixdə boşaldılaraq Cavabdeh2 təhvil verilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3.-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. ünvan 5 ünvanda yerləşən 3 otaqlı 39 saylı mənzil İddiaçı tərəfindən təmir olunmuş, İddiaçıova təmir xərclərinə cəmi 43215 manat sərf etməsini iddia etsə də, iş üzrə keçirilən ekspertiza tədqiqatı zamanı mənzildə aparılmış müxtəlif növ təmir-tikinti və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 19472 manat olduğu müəyyən edilir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, İddiaçı tərəfindən təqdim edilmiş qaimələr mənzildə aparılan təmir işlərinə sərf olunan vəsaitin məbləğinin müəyyən edilməsi üçün mötəbər sübut növü olaraq qəbul edilə bilməz. Məhkəmə düzgün olaraq qeyd etmişdir ki, araşdırma zamanı 2013-2014-cü illərdə mənzildə aparılan təmirin istismarı nəticəsində hazırda dəyərinin 19472 manat olması öz təsdiqini tapdığından, təmir işləri Cavabdeh2 məxsus mənzildə aparıldığından, ilk iddiaçı ona dəyən maddi ziyanın ödənilməsini tələb etdiyindən və bu hüququn müdafiəsi üçün ümumi iddia müddəti tətbiq edildiyindən, Cavabdeh2 nümayəndəsinin bu tələbə iddia müddətinin təbiq edilməsi barədə ərizəsi təmin edilməməli, ilk iddia ərizəsi təmir xərclərinə dair hissədə qismən təmin edilərək Cavabdeh2 İddiaçı xeyrinə təmir xərclərinə görə 19472 manat tutulmalıdır. İlk iddia ərizəsi üzrə iddiaçının cavabdehlərindən, saxlamağa yeri olmadığı üçün mənzildə qalan məişət əşyalarının dəyərinin ödənilməsi tələbi ilə bağlı qeyd olunmalıdır ki, ilk iddia ərizəsi üzrə cavabdehlərdən hər hansı birinin həmin əşyaların dəyərini İddiaçı ödəmək öhdəliyi olmadığından ilk iddia tələbləri bu hissədə əsassızdır, ona görə də təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, ilk iddia tələbini qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən - ilk iddia tələbinin təmin edilməyən hissəsində qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 06.01.2022-ci il tarixli, 2(001)-141/2022 saylı qətnaməsi mübahisələndirilən - ilk iddia tələbinin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar