Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-359/2020 16.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Həsənova Ləman Elmar qızının katibliyi,. Cavabdeh nümayəndəsi GöyüşovRüfət Akif oğlunun iştirakı ilə X2 Cavabdeh MəhdudMəsuliyyətli Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi”tələbnə dair Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-812/2019 saylı iş üzrə qəbul etdiyi xx xxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi iləməhkəməyə müraciət edərək, Cavabdehndən 18.460 (on səkkiz min dörd yüz altmış) manat məbləğində vurulmuş maddi ziyanın, 30.000 (otuz min) manat məbləğində mənəvi ziyanın və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, bacısı X4 xüsusi mülkiyyətində Quba rayonunun İkinci Nügədi kəndində 1,4531 ha kənd təsərrüfatı təyinatlı torpaq vardır (Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli, xx xxx 2011-ci il Çıxarış). Bakı şəhəri 12 nömrəli dövlət notariat kontorunda 7E44-18899 nömrəsi ilə xx xxxxxx 2009-cu ildəqeydiyyatdan keçmiş ƏN-İ seriyalı 181459 nömrəli baş etibarnamə əsasında göstərilən torpaq sahəsi onun istifadəsində və idarəetməsindədir. O həmin torpaq sahəsində gilas bağı salmış və bağ hər il bütün aqrotexniki qaydalarla xidmət göstərilən məhsuldar bağdır. Lakin bu il gilas bağının yerləşdiyi ərazidə suvarma kanalı çəkən Cavabdeh işçiləri onun icazəsi və xəbəri olmadan bağa müdaxilə etmiş, əvvəlcə bağın ərazisindən kanal çəkilməsi üçün nəzərdə tutulmuş xüsusi texnika ilə suvarma kanalı çəkmişlər, sonradan isə izi itirmək üçün çəkilmiş kanalı buldozerlə doldurmuşlar. Onlar bu işləri apararkən bağdakı gilas ağaclarının suvarma kanalı çəkdikləri yerdə yerləşən müəyyən hissəsini məhv etmişlər. Belə ki, ümumilikdə 20 ədəd məhsuldar gilas ağacı məhv edilmişdir. O, bağa vurulmuş zərərlə əlaqədar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Quba Dövlət X12 müraciət etmiş və Mərkəz tərəfindən 20 gilas ağacının məhv olunmasına görə ona dəymiş maddi ziyanın məbləği müəyyən olunmuşdur. Həmin akt-rəyə əsasən ona 18.640 (on səkkiz min altı yüz qırx) manat maddi ziyan vurulmuşdur. “’Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinin xüsusi mülkiyyətində olan daşınmaz əmlaka qanunsuz müdaxiləsi nəticəsində ona maddi ziyan dəymişdir. O, bu məsələ ilə əlaqədar “Körpi-Bina- Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinin suvarma kanalını çəkən əməkdaşlarına dəfələrlə müraciət etsə də, bu müraciətlərinin heç bir nəticəsi olmamışdır. Cavabdeh heç bir əsas gətirmədən müraciətlərini diqqətsiz qoyduğundan, o məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki və Mülki-Prosessual qanunvericilikləri əsasındaiddia tələbinə baxaraq, pozulmuş hüquqlarının bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o psixi gərginlik keçirmiş və keçirdiyi səbəblərdən ona dəymiş mənəvi ziyanı 30.000 (otuz min) manat dəyərində qiymətləndirir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 30.000 (otuz min) manat mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə müdəanı da qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə iddiaçının əsl iddiaçı olan X7 ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən X7 mülki iş üzrə əsl iddiaçı ilə əvəz edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-812/2019 saylı iş üzrə qəbul etdiyi xx xxx 2019-cu il tarixli qətnaməsi iddia tələbi qismən təmin edilərək, Cavabdehndən 1.200 (bir min iki yüz) manat məbləğində pul vəsaitinin tutulub iddiaçı X5 ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 170 (bir yüz yetmiş) manatın Cavabdehndən tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, ekspert rəyinin həqiqətə uyğun olmadığını bildirmiş və iş üzrə yenidən ekspert rəyi alınaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçı çəkilən suvarma kanalından öz bağları üçün də istifadə edə biləcəkləri şərti ilə razı olmuşdur. Bununla əlaqədar onların işçiləri tərəfindən həmin ərazidə qazıntı işlərinə hazırlıq üçün iddiaçının qeyd elədiyi kimi 20 ədəd deyil cəmi 4 ədəd kiçik gilas ağaçlarını başqa yerə köçürtmək məqsədilə ehtiyatla çıxardıb kənara qoymuşdular. Lakin, bundan sonra çox ehtimal ki, qonşuluqda olan və su kanalı trassasının çəkilməsinə etiraz edən digər şəxslərin təsiri ilə İddiaçı fikrini dəyişmiş və ərazisindən su kanalının keçməsinə qarşı etiraz etmişdir. İddiaçı narazı olduğu üçün podratçı bu barədə layihənin sifarişçisini məlumatlandıraraq su kanalı trassasının keçidini dəyişdirərək iddaçının ərazisindən kənar tikmişdir. Tam məsuliyyətlə bildirmişdir ki, iddiaçının torpaq sahəsinə heç bir texnika daxil olmamış və heç bir qazıntı və tikinti işləri aparılmamışdır ki, bununla əlaqədar şahidlər və fotoşəkillər də mövcuddur. Həmçinin iddiaçının guya ki, 20 ədəd gilas ağacına zərər dəyməsi iddiası isə tamamilə yalandır. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda apellyasiya şikayəti qətnamənin iddia tələbinin təmin olunmamış hissəsində ləğvinə yönəldiyi üçün kollegiya onun qanuniliyini və əsaslılığını həmin hissədə yoxlayır. Xüsusilə nəzərə alınmalıdır ki, cavabdeh qətnaməni mübahisələndirməmişdir. iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli xx xxx 2011-ci il tarixli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Quba rayonu, İkinci Nügədi kəndində 1,4531 ha sahəsi olan əkin məqsədli kənd təsərrüfatı təyinatlı torpaqlar xüsusi mülkiyyət hüququ əsasında X5 məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Quba Dövlət X10 müvafiq akt-rəyinin məzmunundan görünür ki, iddiaçı şəxsin müraciəti ilə mərkəz tərəfindən 20 gilas ağacının məhv olunmasına görə dəymiş maddi ziyanın məbləği müəyyən olunmuşdur. Həmin akt-rəyə əsasən iddiaçıya 18.640 (on səkkiz min altı yüz qırx) manat maddi ziyan vurulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxx 2019-cu il tarixli 5484/6379 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata xx xxxx 2019-cu il tarixdə təqdim edilmiş mütəxəssis rəyinə əsasən 1,45 ha kənd təsərrüfatlı torpaq sahəsində hər cərgədən 1 ədəd olmaqla 6 ədəd gilas ağacı çıxarılmışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Quba Dövlət X13 ərəfindən xx xxxx 2019-cu il tarixli 41 nömrəli məktuba əlavə edilmiş rəyə əsasən 6 ədəd yaşı-8, diametri-12-15 sm, 25-30 kq olan gilas ağacının 2019-cu ilin fevral və bu günkü günə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1.200 (6x200) manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması barədə məhkəməsinin gəldiyi nəticəni qanuni hesab edir: Belə ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya vurulmuş maddi ziyanın məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməsi barəsində düzgün nəticəyə gəlmişdir. Bununla belə kollegiya birinci instansiya məhkəməsinin iddiaçıya ödənilməli olan maddi ziyanın məbləği barədə gəldiyi nəticəni əsaslı hesab etmir. Belə ki, apellaysiya baxışı zamanı iş üzrə bioloji-əmtəəşünaslıq eskpertizasə təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki; 1) 1,4531 hektar, 8x5 m əkin sxemi ilə əkilmiş gilas bağının cərgəsi, cərgənin birində 6 ədəd, digərində 2 ədəd gilas ağacı olmaqla, cəmi 8 ağac köhnə suvarma kanalının doldurulması ilə əlaqədar olaraq 2018-ci ildə köklənərək(kəsilərək) məhv edilmişdir. Gilas ağı hazırda 12-ci yaş mərhələsində olub, tam məhsul vermə dövründədir. Bu yaşda olan bir gilas ağacı 50 kq və daha çox məhsul vermə qabiliyyətinə malikdir. 2) Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və X6 və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən tərdib edilmiş 283 nömrəli xx xxxxxx 2019-cu il tarixli məktuba əlavə edilmiş mütxəssis rəyinə əsasən 8 ədəd 12 yaşlı, 50 kq məhsul vermə qabiliyyətinə malik gilas ağacının 2018-ci il və hazırki vaxta orta bazar qiyməti ümumi qiyməti nəzəri qaydada təxminən 2800 (8x350) manat 400 (8x50 kq) kq gilas 1000 (400kqx 2,5m.) manat müəyyən edilir. 3) Təqdim edilmiş mütəxəssis rəyində qeyd edilən 8 ədəd gilas ağacı üçün il ərzində ediləcək aqrotexniki qulluq və çəkiləcək xərclər barədə məlumat əksini tapmadığı, həmçinin qeyd edilən 50 kq məhsulun əldə edilməsi üçün çəkiləcək xərcin miqdarının müəyyən olunmaması səbəbindən, əldən çıxmış xalis gəlirin miqdarını müəyyən etmək mümkün olmadı. Belə ki, qeyd olunan çəkilməsi zəruri olan xərclərin miqdarını, əldə edilməsi ehtimal edilən dəyərdən çıxdıqdan sonra xalis gəlirin miqdarını müəyyən etmək olar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas yoxdur. Kollegiyanın qənaətinə görə, iş üzrə verilmiş ekspert rəyinə uyğun olaraq cavabdehən iddiaçının xeyrinə 2800 manat (8 ədəd 12 yaşlı, 50 kq məhsul vermə qabiliyyətinə malik gilas ağaclarının qiyməti 8x350 manat) manat maddi ziyan tutulmalıdır. Kollegiya onu da qeyd edir ki, sözügedən gilas ağaclarının məhsul verməsi və əgər məhsul verərsə məhsulun nə qədər olacağı mücərrəd olduğundan, həmçinin ekspert rəyində göstərildiyi kimi 8 ədəd gilas ağacı üçün il ərzində ediləcək aqrotexniki qulluq və çəkiləcək xərclər barədə məlumat əksini tapmadığı, həmçinin məhsulun əldə edilməsi üçün çəkiləcək xərcin miqdarının müəyyən olunmaması səbəbindən maddi ziyanın tutulması barədə iddia tələbinin digər hissəsini təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Kollegiya iddiacının mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X14 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X14 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və X14 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habeləəmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən kollegiya hesab edir ki, cavabdehin hər hansı hərəkəti nəticəsində iddiaçıya hər hansı bir mənəvi zərərin yetirilməsi sübut olunmadığından həmin hissədə də birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Yuxarıda gösətirlənləri ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ”Cavabdehndən 1.200 (bir min iki yüz) manat məbləğində pul vəsaitinin tutulub iddiaçı X5 ödənilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməli, Cavabdehndən X2 xeyrinə 2800 manat məbləğində maddi ziyanın əvəzi tutulmalı, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Q Ə T E T D İ: X1pellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-812/2019 saylı iş üzrə qəbul etdiyi xx xxx 2019-cu il tarixli qətnaməsiil tarixli qətnaməsi ”Cavabdehndən 1.200 (bir min iki yüz) manat məbləğində pul vəsaitinin tutulub iddiaçı X5 ödənilməsi” hissəsində ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdehndən 2.800 (iki min səkkiz yüz) manat məbləğində pul vəsaiti tutulub iddiaçı X5 ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı keçirilmiş eskpertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdehndən tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Şeyda Məhərrəmova Hakimlər: Məmməd Məmmədov Elşad Şamayev Əsli ilə düzdür: Hakim: Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-359/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-359/2020
16.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver