Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3598/2023 19.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X20 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi, iddiаçı İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-203/2023 saylı, 09 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, vətəndaşlar X17, X15, X5, İddiaçı və X6 Cavabdeh onlara qarşı dələduzluq cinayətini törətməsi barədə ərizəsi üzrə Baş İdarədə araşdırma aparılmış, toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir.
2. Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, İddiaçı və X10 eyni məzmunlu şikayət ərizələri əsasında toplanmış material üzrə Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 203.882,36 ABŞ dollarının ödəniş gününə manat məzənnəsinə uyğun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh uşaqlıqdan tanımış, uşaqlıq illərindən bir məhəllədə yaşamış, qonşu kimi münasibətləri olmuş və son dövrə kimi, yəni iddiaçının pulunu qaytarmaqdan imtina edənə kimi münasibətləri yaxşı olmuşdur. 2020-ci ilin fevral ayında digər tanışı X17 onunla görüşərək bildirmişdir ki, Cavabdehla bir müddətdir ki, mebel işində işləyirlər və onun da müvafiq pul qoyub qazanc əldə edəcəyini bildirmişdir. Daha sonra o, bu barədə Cavabdehla görüşərək söhbət etmiş, Cavabdeh ona həqiqətən qayınatasının müvafiq tenderdə qalib gəldiyini və hazırda mebel işinə külli miqdarda pul yatırdıqlarını, onun da pul qoyacağı halda qazanc əldə edəcəyini bildirdi. Cavabdeh ilk dəfə 2020-ci ilin fevral ayında sonuncuya məxsus “Lexsus GS 300” markalı avtomobildə nağd qaydada sellofan bağlamada 60.000 ABŞ dolları vermiş, həmin vaxt Elçin Qasımov da orada olmuş, eləcə də həmin pul vəsaitini vermək üçün gedərkən Samir İbrahimov da orada olmuşdur. Bundan əlavə 2020-ci ilin may ayında Cavabdeh məxsus yeni alınmış Yasamal rayonu, Elmlər Akademiyası metrostansiyası yaxınlığında 70.000 ABŞ dollarını Samir İbrahimov, Elçin Qasımov və Namiq Abdullayevin yanında vermiş, sonuncu dəfə isə 2020-ci ilin iyul ayında Sübhana “X37” markalı avtomobilin salonunda 118.000 ABŞ dolları pulu nağd şəkildə vermiş, sonuncu isə ona müxtəlif vaxtlarda ümumilikdə 75.000 manat, dollar məzənnəsi ilə 44.117,64 ABŞ dolları pul qaytarmışdır. Hazırda Cavabdeh ona 203.882,36 ABŞ dolları borcu qalmışdır. Lakin dəfələrlə tələb etməyinə baxmayaraq cavabdeh öhdəliklərinə əməl etməyərək şərtləri pozmuşdur. Nəticədə məcbur qalıb şikayət etmişdir və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda göstərdiyi vəsaiti cavabdehə verməyi öz təsdiqini tapmışdır. Qərarda məsələnin mahiyyət etibarilə məhkəməyə aid olması səbəbindən mülki icraat qaydasında məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Yasamal RPŞ-yə xx.xx.2020-ci ildə eyni məzmunlu şikayət ərizəsi verərək Cavabdeh onu və başqalarını aldatdığını, pulu qaytarmaqdan imtina etdiyini, buna görə məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Yasamal RPŞ-nin xx.xx.2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh ona və başqalarına qarşı pul vəsaiti alaraq eyni hərəkətləri etmiş, zərərin bir hissəsini ödədiyinə görə cinayət məsuliyyətindən yayına bilmişdir. Ona görə də məcbur qalıb hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
5. Cavabdehin nümayəndəsi-vəkili iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı guya 2020-ci ilin fevral ayında Cavabdeh 60.000 ABŞ dolları, may ayında 70.000 ABŞ dolları, iyul ayında 118.000 ABŞ dolları pul vermiş, guya Cavabdeh da ona müxtəlif vaxtlarda ümumilikdə 75.000 manat, dollar məzənnəsi ilə 44.117,64 ABŞ dolları pul qaytarmış, guya hazırda Cavabdeh ona 203.882,36 ABŞ dollar borcu qalmışdır. İş üzrə Cavabdeh həm hazırkı mülki iş üzrə məhkəmənin xx.xx.2022-ci il tarixdə keçirilmiş hazırlıq iclasında, habelə buna qədər də, o cümlədən iddiaçının etdiyi əsassız şikayətlər üzrə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində, daha sonra Yasamal RPİ-də, daha sonra Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsində aparılmış araşdırmalar zamanı verdiyi izahatlarında da bildirmişdir ki, o, İddiaçı heç vaxt birbaşa hər hansı məbləğdə pul almamış, X17 adlı şəxsdən müxtəlif vaxtlarda 45000 manat, 30000 manat, 90000 manat, beləliklə cəmi 165000 manat faizə pul götürmüş, həmin pulu faizləri ilə birlikdə Elçin Qasımova qaytarmış, nəticədə Elçin Qasımovdan faizə götürdüyü pulun əvəzində Elçin Qasımova əlavə olaraq 86000 manat pul qaytarmaqla ona ümumilikdə 251000 manat pul qaytarmış, sonradan qayınatası mərhum X2 Qasımovdan alınmış eyni borca görə əlavə olaraq İddiaçı atası X12 50000 manat pul qaytarmış, bu səbəbdən onun Elçin Qasımova hazırda hər hansı məbləğdə nə əsas, nə də faiz borcu qalmamış, X35 və İddiaçı ondan Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etdikləri ərəfələrdə bildirmişdir ki, İddiaçı deməsinə görə Elçin Qasımovun ona faizə verdiyi 165000 manat pul X27 Məmmədlidən faizə götürüb üstünə özünün də faizini də əlavə edərək ona verdiyi pul imiş. Beləliklə, baxmayaraq ki, Cavabdeh Elçin Qasımovdan faizə götürdüyü 165000 manat pulu artıqlaması ilə Elçin Qasımova qaytarmışdır, İddiaçı isə birbaşa heç vaxt hər hansı məbləğdə pul almamışdır, hazırda İddiaçı qanunsuz və əsassız olaraq Cavabdeh 203882.36 ABŞ dollarının ödəniş günü manata olan məzənnə ilə tutularaq ona ödənilməsini məhkəmədən xahiş edir. Lakin iddia tələbi təkcə əsassızlığına görə deyil, həm də mübahisə ilə bağlı ümumiyyətlə hər hansı pul tələbinin irəli sürülməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətin ötürüldüyü əsası ilə də rədd edilməlidir. Belə ki, iddiaçı iddia edir ki, guya Cavabdeh 248000 ABŞ dolları pul vermişdir və guya Cavabdeh tərəfindən həmin puldan 44117.64 ABŞ dolları qaytarılmış, 203882.36 ABŞ dolları isə borc qalmışdır. Əvvəla, mülki işdə tərəflər arasında hər hansı məbləğdə, o cümlədən hər hansı valyutada pul vəsaitinin alınıb-verilməsinə dair hər hansı sənəd, sübut yoxdur. Məsələnin başqa tərəfidir ki, hər hansı məbləğdə pul alınıb-verilməmişdir. Lakin nə qədər ki, iddiaçı qanunsuz və əsassız olsa da, iddia edir ki, guya onun tərəfindən Cavabdeh 248000 ABŞ dolları məbləğində borc pul verilmişdir və guya həmin məbləğdən 44117.64 ABŞ dolları Cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdır, bu halda iddiaçı bu halların baş vermiş olduğunu sübut etməli, bunun üçün isə mütləq tərəflər arasında yazılı formada bağlanmış borc müqaviləsini təqdim etməlidir. Mülki işdən və iddia tələbinin əsaslandırılmasından görünür ki, belə bir müqavilə yoxdur və olmamışdır. Göründüyü kimi hazırkı iddia tələbi təkcə əsassızlığına görə deyil, həm də hətta bir anlığa ehtimal etsək ki, tərəflər arasında əhəmiyyətsiz də olsa, hansısa əqd olmuşdur, bu halda belə iddianın irəli sürülməsi üçün qanunvericliklə nəzərdə tutulmuş müddət ötürülmüş olur.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-203/2023 nömrəli, 09 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, izahatların müqayisəli təhlili əsasında izahatların eyni bir müəllif tərəfindən yazıldığı və beləliklə, məzmunun əsasən təhrif edildiyi nəticəsinə gəlmək mümkündür. Xüsusən, İddiaçı və X10 Korrupsiyaya qarşı Mübarizə İdarəsində verdiyi birbiri ilə sözbəsöz “üst-üstə düşən” izahatlar bu izahatların üçüncü şəxs tərəfindən eyni izahatı iki şəxsə uyğunlaşdırmaq yolu ilə yazılması barədə fikir formalaşdırır. Bütün bu halların və yuxarıda sadalanmış aşkar ziddiyyətlərin fonunda bu izahatları, eləcə də bu izahatlar əsasında qəbul edilmiş qərarlarda qeyd edilmiş halları iş üzrə mötəbər sübut kimi qəbul etmək mümkün deyil. Eyni səbəbdən bu qərarlar və izahatlar əsasında məhkəmə İddiaçı Cavabdeh 248000 ABŞ dolları məbləğində pul verdiyinin sübut edildiyi nəticəsinə gələ bilməz. Xüsusən, nəzərə alınmalıdır ki, açıq şəkildə təhrif olunmuş və ziddiyyətli məzmununa baxmayaraq, Cavabdeh birbaşa İddiaçı 248000 ABŞ dolları məbləğində pul aldığını izahatların heç birində qəbul etməmişdir.
8. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səs yazısı əsasında cavabdehin iddiaçıdan 248000 ABŞ dolları məbləğində pul alması nəticəsinə gəlmək mümkün olmadığını, əksinə, danışığın İddiaçı tərəfindən gizlin qeydə alındığı, Cavabdeh isə bu səsyazmadan məlumatsız olduğu nəzərə alınsa, Cavabdeh danışıqlarının daha səmimi olduğu nəticəsinə gəlmək isə mümkün olduğunu qeyd etmişdir.
9. Məhkəmə Elçin Qasımovla Cavabdeh arasında məhkəmə mübahisəsi olmasını, Cavabdeh İddiaçı ondan tələb etdiyi pula görə məsuliyyətin məhz Elçin Qasımovun üzərinə düşdüyünü iddia etməsini, bu qeyd edilənlərin fonunda Elçin Qasımovla dost olan və onunla birlikdə işləyən şahidlərin ifadələrinin obyektivliyinin şübhə altında qalmasını, şahidlərdən biri ilə Cavabdeh arasında pul mübahisəsi olmasını və şahidin dediyinə görə cavabdehin onu vəd etdiyi qazancdan məhrum etməsini, bu halın həmin şahiddə cavabdehə qarşı qərəzli münasibət formalaşdıra biləcəyini nəzərə alaraq həmin şahid ifadələrinə tənqidi yanaşmışdır. Məhkəmə onu da nəzərə almışdır ki, bu şahidlərin heç biri iş üzrə əsas əhəmiyyət kəsb halı – iddiaçının cavabdehə tələb etdiyi məbləğdə pul verməsinə şahid olmamışdır.
10. Cavabdeh tərəfin vəsatəti əsasında dinlənilmiş şahidlərdən biri cavabdehin qardaşı, digəri isə qohumu olmuşdur. Digər tərəfdən onların heç biri iş üzrə əhəmiyyət kəsb edən heç bir hala şahid olmamışlar. Şahidlərdən biri – Süleyman Mehdiyev sonda dayısının mağazasından bir neçə dəfə gəlib 50000 manat məbləğində pul götürən şəxsin İddiaçı atası olmasına görə pulun da İddiaçı məxsus olduğunu hesab etdiyini bildirmiş, fikrini onunla əsaslandırmışdır ki, pul əgər Elçin Qasımovun pulu olsa idi, qaytarılan pulu da o götürərdi. Məhkəmə qeyd edir ki, ifadə edilmə tərzindən də açıq şəkildə göründüyü kimi bu qeyd edilənlər şahidin şəxsi mülahizəsi, baş verən hadisələrə verdiyi qiymətdir. Yəni şahid Süleyman Mehdiyev İddiaçı Cavabdeh hansısa məbləğdə pul verməsi, cavabdehin bunu etiraf etməsi kimi hallara şahid olmamış, sadəcə qaytarılan pulu götürənin İddiaçı atası olmasına qiymət verərək hesab etmişdir ki, pulu əgər iddiaçının atası götürmüşdürsə, deməli onların pulu olmuşdur. Məhkəmə qeyd etmişdir ki, şahidin mülahizə əsaslı fikirləri iş üzrə sübut əhəmiyyəti daşıya bilməz.
11. İddiaçı tərəfindən iddia tələbinin əsaslandırıldığı halları təsdiq etmək üçün məhkəməyə təqdim edilmiş bir digər sübut isə iddiaçının cavabdehə yazdığı iddia edilən “Whatsapp” mesajıdır. Məhkəmə hesab etmişdir ki, bu sübut ümumiyyətlə mötəbər sübut hesab edilə bilməz. Ona görə ki, bu mesajın iddiaçı tərəfindən cavabdehə ünvanlandığı məlum olsa belə, mesaja qarşı tərəfin verdiyi cavab məhkəməyə təqdim edilmədiyindən məhkəmə yalnız bu mesaj əsasında iddiaçının cavabdehə hansısa məbləğdə pul vermiş olması nəticəsinə gələ bilməz.
12. Beləliklə, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab etmişdir ki, iddiaçı sübuta yetirməli olduğu halı – cavabdehə pul verməsi – sübut edə bilməmişdir. Odur ki, iddianın təmin edilməsi istisna edilir.
13. Məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə qeyd etmişdir ki, ərizə əsaslıdır. Belə ki, məhkəmənin bu qətnamənin 23-27ci bəndlərində gəldiyi nəticəyə uyğun olaraq hazırkı tələbin hüquqi əsasını əhəmiyyətsiz əqd üzrə əldə edilmiş pul hesabına əsassız varlandığı iddia edilən cavabdehdən onu əsassız varlandıran pulun tələb edilməsi təşkil edir. Odur ki, mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddəti (əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddiaların onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülməsinin mümkünlüyü) tətbiq edilməlidir. Üstəlik, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilmiş qərarında ortaya qoyulmuş hüquqi mövqeyə uyğun olaraq bu müddət iddia müddətidir və iddiaçı həmin müddəti ötürmüşdür. Belə ki, iddiaçının Yasamal rayon Polis İdarəsinə sonuncu müraciətindən sonra cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar xx.xx.2021-ci il tarixdə qəbul olunmuşdur. İddiaçı həmin qərarı mübahisələndirdiyini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etmədiyindən iddiaçının hüquqlarının pozulduğunu bildiyi vaxt ən geci həmin gündən hesablansa idi belə, xx.xx.2022-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş iddiaçı qanunla müəyyən edilmiş bir illik iddia müddətini ötürmüş olardı. Odur ki, cavabdeh həm də iddia müddətinin tətbiqi əsası ilə iddianın rədd edilməsini tələb etməkdə haqlı olmuşdur.
14. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 14.2.7, 135.7, 329.1, 329.2, 331.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 351.1, 354.1, 386.1, 739.1, 740.1, 740.2, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-203/2023 nömrəli, 09 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
16. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə tam əsassız olmaqla işin faktiki halları ilə və məhkəmənin özünün qənaəti ilə ziddiyyət təşkil edir. Başqa sözlə məhkəmə tərəfindən bir sıra hallarda onun və vəkilinin, habelə şahidlərin ifadələri təhrif edilməklə, yalnız cavabdeh tərəfin məhkəmədə müdafiə etdiyi mövqə əsas götürülməklə və onların ifadə etdiyi yazılı və şifahi izahatlara əsaslanmaqla və cavabdehin sözləri ilə qətnamə qəbul etmişdir (bu məhkəmə iclasında aparılmış audio, video səs yazılarına qulaq asıldıqda daha aydın nəzərə çarpır). Belə ki, məhkəmə tərəfindən işin faktiki hallarına düzgün qiymət verilməməklə yanaşı mübahisəli maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməklə tamamilə əsassız və yalnış mövqəilə nəticələnən qətnamə qəbul etmişdir. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, iddia ərizəsində iddiaçı tərəfindən qeyd edildiy kimi iş üzrə Cavabdeh uşaqlıqdan tanmış, uşaqlıq illərindən bir məhlədə yaşamış, qonşu kimi yaxın münasibətləri olmuş və münasibətləri son dövrə kimi yaxşı olmuşdur. O, 2020-ci ilin fevral ayında digər tanışları X17 ilə görüşərək, bildirmişdir ki, Cavabdehla bir müddətdir ki, mebel işində işləyirlər və onun da müvafiq pul qoyaraq, qazanc əldə edəcəyini bildirmişdir. Daha sonra bu barədə Cavabdehla görüşərək söhbət etmiş, Cavabdeh ona həqiqətən qayınatasının müvafiq tenderdə qalib gəldiyini və hazırda mebel işinə külli miqdarda pul yatırdıqlarını, pul qoyacağı halda qazanc əldə edəcəyini bildirdi. Sübhana Məmmədova ilk dəfə 2020-ci ilin fevral ayında sonuncuya məxsus Lexus GS 300 markalı avtomobildə nağd qaydada sellefon bağlamada 60.000 (ABŞ dolları) vermiş, həmin vaxt Elçin Qasımovda olmuş, eləcə də həmin pul vəsaitini vermək üçün gedərkən Samir İbrahimov da orda olmuşdur, bundan əlavə 2020-ci ilin may ayında Cavabdeh məxsus yenialınmış Yasamal rayonu, Elmlər Akademiyası metrostansiyası yaxınlığında 70.000 (yetmiş min) ABŞ dolları pulu Samir İbrahimov və Elçin Qasımov və Namiq Abdullayevin yanında vermiş, sonuncu dəfə isə 2020-ci ilin iyul ayında X34 Vogue markalı avtomobilin salonunda 118000 ABŞ dolları pulu nağd şəkildə vermiş, sonuncu isə ona müxtəlif vaxtlarda ümumilikdə 75000 min manat dollar məzənəsi ilə isə 44.117, 64 ABŞ doları pul qaytarmışdır. Hazırda Cavabdeh ona 203.882,36 ABŞ dolları borcu qalmışdır. Qeyd edilən xüsusatlar barədə əvvəldən onun müxtəlif orqanlara verdiyi istər pulun verilmə səbəbi və məbləğləri barədə, istərsə də həmin pulların verilmə epizodları üzrə hər hansı bir ziddiyətlər olmamış, həmin pulların cavabdeh tərəfidən alındığı (birbaşa olmasa da) etiraf edilmiş, həmçinin həmin pulların alınması səs yazısında cavabdeh tərəfindən tam etiraf edilmiş, eləcədə şahid ifadələri ilə bu hal təsdiqini tapmışdır. Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında bildirmişdir ki, o pulu İddiaçı birbaşa almamış, habelə Elçin Qasımovdan hissə-hissə 165000 manat məbləğində faizə pul almış, aldığı pulu faizi ilə birlikdə artıqlaması ilə qaytarmışdır. Başqa sözlə deyilsə işin məhkəmə baxışında cavabdeh bütün sübutları və şahid ifadələrini, verdiyi izahatları inkar edərək, İddiaçı heç bir pul almadığını qeyd etmiş, bu məqsədlə məhkəmə qarşısında cavabdehin verdiyi vəsatət üzrə müvafiq zənglər barədə çıxarış əldə edilməsi tələb edilmiş, lakin verilmiş sorğulara cavab verilməmiş, nəticədə cavabdehin ümumiyyətlə İddiaçı ilə əlaqəsi olmaması barədə bildirdiyi mövqeyi təsdiqini tapmamışdır. Hansı ki, İddiaçı tərəfindən məhkəməyə təqdim edilən müvafiq yazışmada və səs yazısında onun Cavabdehla birbaşa əlaqəsi olduğunu təsdiqini tapmış, yəni yazışmalarda qeyd edilən whatshap nömrəsinin Cavabdeh məxsus olduğu etiraf etmiş, həmçinin İddiaçı pul aldığını tam etiraf etməsinə baxmayaraq, mülki məsuliyyətdən yayınmaq üçün həmin halları ümumilikdə inkar etmişdir. Xüsusilə Cavabdeh ondan aldığı pulun Elçin Qasımovdan aldığı həmin pul olması barədə mövqeyi Elçin Qasımun özünün ayırca iddia tələbi üzrə qəbul edilmiş qətnamələrdə tam fərqli olduğu, yəni Elçin Qasımovdan aldığı pulun İddiaçı olan pulla heç bir bağlılığı və əlaqəsi olmadığı təsdiqini tapmamasına baxmayaraq, cavabdeh Korupsiyaya qarşı mübarizə baş idarəsində verdiyi izahatında “birbaşa ” pul almamışam ifadəsinə istinad etməklə hazırkı iddia tələbindən yayınmaq məqsədi güdərək bütün mövqeyini, izahatını həmin ifadəyə əsaslanmaqla qurmuşdur. Bu halda cavabdehin məhz hazırkı izahatının səmimiliyini ciddi şübhə altında alır. Ümumiyyətlə Elçin və onun tərəfindən cavabdehə verilən pulların istər məbləğləri, istər valyuta forması, istər həmin pulların verilmə epizodları, vaxtları və yerləri tamamı ilə fərqli olmaqla cavabdehin verdiyi izahatlarda da bu təsdiqini tapmışdır. Cavabdehi adı çəkilən qurumda müxtəlif şəxslərə dair aldığı pul məbləğləri ilə bağlı hər hansı bir etirazı olmamış, həmin hissələrdə ifadələrinin təhrif edilməsi və ya yalan yazılması barədə qeydi olmadığı halda yalnız ona münasibətdə onun qeydlərinin təhrif edilməsi barədə mövqeyi yalnız iddiadan yayınma məqsədlidir. Belə ki, iddiaçıdan borc alıması digər sübutlarla da tam təsdiqini tapmışdır. Məhz cavabdehin izahatlarının müstəntiq tərəfindən təhrif edilməsi barədə məhkəmənin gəldiyi hazırkı mövqe isə ümumiyyətlə anlaşılan olmamaqla yalnız və yalnız məhkəmənin subyektiv yanaşması olmuşdur. Bundan başqa onun tərəfindən cavabdehə hər hansı bir borc niyyəti ilə pul verilməmiş, belə bir niyyətinin olması müəyyən edilmir, bu hal cavabdehin adı çəkilən qurumda verdiyi izahatı ilə təsdiqini tapmasına baxmayaraq, hazırda həmin pulun məhkəmə tərəfindən borc kimi qiymətləndirilməsi tam qanunsuz olmuşdur. Hazırda, o, iş görmək məqsədi ilə cavabdehə verdiyi pul məbləğini tələb edir ki, bu da qanunu olaraq ya əsassız varlanma ya da dəymiş ziyan formasında qiymətləndirilməlidir. Məhkəmə isə işdə olan sübutları düzgün, mahiyyəti üzrə və əlaqəli şəkildə qiymətləndirməyərək, onların məzmununu düzgün şərh etməyərək və bir sıra hallarda sübutların mahiyyətini təhrif edərək, yalnız şəxsi yanaşma ilə həmin sübutların əsassızlığı nəticəsinə gəlmiş, digər tərəfdən isə həm iddianın əsassızlığı, həmdə iddia müddətinin tədbiqi kimi bir birini təkzib edən əsaslandırmadan istifadə edərək daxilən ziddiyyətli qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil1 qeyd etmişdir ki, iddiaçı iddia edir ki, o, 248.000 ABŞ Dolları məbləğində pulu cavabdehə vermişdir. Cavabdeh isə həmin pul vəsaitlərini ondan almadığını, həmin pul vəsaitlərini Elçindən aldığını, nəticə etibarı ilə Nadiri tanımadığını bildirir, Nadir ilə hər hansı pul münasibətlərində olduğunu inkar edir. Birinci instansiya məhkəməsində cavabdehin Korrupsiyaya qarşı Mübarizə İdarəsində vermiş olduğu etirafedici izahatlara dair müvafiq sübutları, eləcə də bununla bağlı tərəflər arasında olan səs-yazı danışıqları, müvafiq olaraq şahid ifadələri ilə bu halın təsdiq edildiyini sübut qismində təqdim etmişlər. Lakin birinci instansiya məhkəməsində həmin subutlara birmənalı qərəzli şəkildə qiymət verilməklə, sübutların mahiyyəti təhrif edilməklə, əslində sübut kimi qəbul edilməli məqamlar kənarda qoyulmaqla, Korrupsiyaya qarşı Mübarizə İdarəsində verilmiş izahatlara iki növdə yanaşılıb. Məhkəmə əslində bütün subutlara bu tərzdə yanaşmışdır. Məsələn, izahatlara münasibətdə prosessual əhəmiyyət kəsb etmir, amma nə qədər ki, tərəf bunu təqdim edib, məhkəmə buna da qiymət verməyi zəruri hesab edir. Məhkəmə deyir ki, nə qədər ki, gizli səs yazıdır, lakin tərəf təqdim edibsə ona da qiymət verməlidir. Birinci instansiya məhkəməsinin protokollarında şahid ifadələrinin mahiyyəti, həmçinin öz ifadələri təhrif edilibdir. Sanki birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfin dediyi söz və ifadələrdən ibarətdir. Birinci instansiya məhkəməsində təqdim etdiyi Korrupsiyaya qarşı Mübarizə İdarəsində izahatlarında qərarın 33, 34, 34.4, 34.5 , 35-ci maddəyə qədər veriyi izahatlarda məhkəmənin yekun olaraq gəldiyi mövqe ondan ibarət olmuşdur ki, bütün bu hallar və yuxarıda sadalanmış aşkar ziddiyyətlər fonunda bu izahatlar, eləcə də izahatlar əsasında qəbul edilmiş qərarlar da qeyd edilən hallar iş üzrə mötəbər sübut kimi qəbul etmək mümkün deyil, eyni səbəbdən bu qərar və izahatlar əsasında İddiaçı Cavabdeh 245 min ABŞ Dolları məbləğində verildiyinin sübut olunduğu nəticəsinə gəlinə bilməz. Yuxarıda qeyd etdiyi 34-cü hissədə məhkəmə həmin arqumentləri təkzib edərkən o nəticəyə gəlmişdir ki, müstəntiq tərəfindən yazılan izahatlarda bir sıra təhriflərə yol verilibdir. Təhriflər nədən ibarətdir. Misal olaraq 34.3-cü bənddə qeyd edilir ki, İddiaçı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verdiyi izahatda Cavabdeh 60000 ABŞ dolları və 70000 ABŞ dolları verdiyi müddətdə Cavabdeh ona 10000 manat və 25000 manat qazanc verdiyini, 2021-ci ilin yay aylarında isə bir neçə dəfəyə cəmi 50000 manat pul qaytardığını bildirmişdir; İddiaçı Baş prokurora verdiyi izahatda Cavabdeh ondan 60000 ABŞ dolları aldıqdan 2 ay sonra 35000 manat qaytardığını, ona verdiyi 248000 ABŞ dollarının qarşılığında ümumilikdə 20000 ABŞ dolları qaytardığını bildirmişdir; İddiaçı Yasamal rayon Polis İdarəsində verdiyi izahatda isə Cavabdeh 2020-ci ilin fevral ayında 60000 ABŞ dolları verməsindən 45 gün sonra 15000 manat, növbəti 45 gün sonra (təxminən may ayının 10-da) 15000 manat, xx.xx.2020-ci ildə isə ilk verdiyi 60000 ABŞ dollarına görə 14000 manat qazanc verdiyini, bundan başqa heç bir pul verilmədiyini bildirmişdir. Mahiyyət etibarı ilə eləcə də 34.5-ci bəndədində qeyd edilir ki, İddiaçı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verdiyi izahatda Cavabdeh 118000 ABŞ dolları məbləğində pulu 2020-ci ilin iyul ayında verdiyini bildirmişdir; İddiaçı Baş prokurora və Yasamal rayon Polis İdarəsinə verdiyi izahatlarda Cavabdeh 118000 ABŞ dolları məbləğində pulu xx.xx.2020-ci il tarixdə verdiyini bildirmişdir. Məhkəmə xırda texniki səhvlərə əsaslanan ziddiyyətlər fonunda işin əsas mahiyyətini kənarda qoyur. Əsəs sübut Cavabdeh Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verdiyi izahatlar idi. İddiaçı veridyi izahatda ziddiyyət yoxdur. Bir izahatında deyib ki, 24, 10 min, digər izahatında deyib ki, 35 min. Mahiyyət etibarı ilə məbləğ dəyişmir. Birində isə deyib ki, 20 min dollar, hamısını hesablayanda İddiaçı deyir ki, ona cəmi 35 min manat pul qaytarıbdır. Cavabdeh xx.xx.2023-cü il tarixli Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müxtəlif şəxslər verdiyi pullarla bağlı izahatlar verir. Həmin izahatlarda Cavabdeh deyir ki, hər bir epizod üzrə X13, X15, İddiaçı, X5 və s. o cümlədən də İddiaçı münasibətdə ayrıca epizod üzrə izahat verir və izahatda qeyd edir ki, “İddiaçı pul almamışam, onun məndən tələb etdiyi 248 min Dollar pulu Elçin Qasımov ondan alaraq mənə vermişdir. Belə ki, sonuncu İddiaçı 130 min və 118 min, ümumilikdə isə 248 min ABŞ Dolları alaraq mənə vermiş və məndə Elçin Qasımova 136 min və 144 min manat, ümumilikdə 280 min manat qaytarmışam. Həmin vəsait mənə Elçin vasitəsilə verildiyindən, mən əlavə 86 min manat qaytarmışam, hazırda 55600 manat vermişəm”. Burada əsas məqam Cavabdeh etirafedici sübutlarıdır. Məhkəmə izahatlar hissəsində qiymət verərkən ümumiyyətlə onun adını çəkməmişdir. Həmin izahatın digər hissəsində də müstəntiqin sualına cavab olaraq qeyd edir ki, “mən heç vaxt İddiaçı Qadir oğlundan pul almamışam, onun məndən tələb etdiyi pul vəsaitini Elçin Qasımov ondan alaraq mənə vermiş və bunu sonradan bilmişəm. Belə ki, sonuncu İddiaçı 130 min və 118 min, ümumilikdə isə 248 min ABŞ Dolları alaraq mənə vermiş və məndə ona ümumilikdə 280 min manat pul vəsaiti qaytarmışam. İzahatın üçüncü vərəqində isə bu məsələyə münasibətdə daha da aydınlıq gətirir. Hansı ki, səsyazmaya münasibətdə müstəntiq sual verir ki, İddiaçı ilə aparılmış danışıqlara dair səs yazıları sizə təqdim olunur. Bu barədə nə deyə bilərsiniz? Bu hissəyə münasibətdə isə məhkəmə ümumiyyətlə adını çəkmir. Sübhan Məmmədli qeyd edir ki, “mənə təqdim olunmuş səs yazı barədə bildirmək istəyirəm ki, həqiqətəndə mən və İddiaçı arasında dialoq aparılır. Səs yazılara əsasən qeyd edim ki, İddiaçı məndən ona verməli olduğum pul vəsaitini qaytarmağı tələb edir, mən ona pul vəsaitini Elçin vasitəsilə əldə etdiyimi, onu və atasını tanımadığımı bildirirəm. Qeyd olunan pul vəsaitlərini Elçin mənə təqdim edərkən biznes planladığını bildirmişdir. Daha sonra müflis olduğum üçün Elçin vasitəsilə Nadirdən aldığım pulu geri qaytarmağa söz verdim. Səs yazıdan məlum olur ki, Nadirlə aramızda əldə olunmuş razılığa əsasən Elçin vasitəsilə ona ödədiyim pul vəsaitlərini çıxmaq şərti ilə qalan məbləği hissə-hissə ödəməyim barədə razılaşmışıq. Bundan başqa Elçin Qasımovun işi üzrə Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında Elçindən cəmi 102 min manat pul adığını etiraf edir. Daha sonra həmin pulun 50 min manatının Nadirin olduğunu bildiyimə görə Nadirin atasına qaytarmışam”. Təqdim olunmuş izahatlarla bağlı sübutlarda cavabdehin etirafedici izahatlarını məhkəmə birmənalı olaraq qeyd etməyibdir. Çünki həmin epizodlar üzrə həm də Elçin Qasımovun verdiyi izahatlarda bu epizod üzrə İddiaçı pulun verilməsinə Elçin Qasımov iştirak edibdir. Deyir ki, onun yanında verilibdir. İstər verilmə yerləri olsun, istər verilmə məbləğləri olsun 165 min manatla 248 min Dollar böyük-böyük məbləğlərdi. İstər valyuta formasında olsun, biri dollardır, biri isə manatdır. Bunları eyniləşdirmək ümumiyyətlə absurddur. Burada iyun ayı iyul ayı olubdur, yaxud 25 min manat 10 min manat 35 min və s. kimi ziddiyyətlər fonunda bu ifadələri etirafedici sübut kimi qəbul etmək bu gün həmçinin vahid məhkəmə təcrübəsi ilə ziddiyyət təşkil edir. Çünki bu iş üzrə Ali Məhkəmənin 2022-ci il tarixli qərarını məhkəməyə təqdim edəcəkhansıki polisdə verilmiş izahatlara münasibətdə Ali Məhkəmə qeyd edir ki, məhkəmə cinayət işinin başlamasının rədd edilməsi barədə qərarın preyudisial qərar kimi qəbul edilməsinin düzgün olmaması barədə kassasiya şikayətinin dəlillərini əsassız sayır. Çünki işə mahiyyəti üzrə baxan məhkəmənin qətnamələrində həmin qərara preyudisiya kimi yanaşılması barədə hər hansı mövqe yoxdur. Məhkəmələr həmin qərarda və qərara əlavə edilmiş cavabdehin izahatına istinad etmişlər ki, bunlarda sübutun bir növüdür. 3 dəfə ayrı-ayrı yerlərdə Cavabdeh konkret olaraq etiraf edir ki, “mən Elçin vasitəsilə birbaşa olmasa da İddiaçı 248 min Dollar pul almışam”. Səs yazısına münasibətdə bildirir ki, səs yazısının özündə Cavabdeh 18 –ci dəqiqənin 30-cu saniyəsində qeyd edir ki, “mən deməmişəm ki, sən mənə pul verməmisən, mən sənin pulunu danmıram ki.” Bu ifadə etiraf etməkdən başqa nə anlama gəlir? Bundan başqa şahid ifadələri ilə bağlı bildirirə ki, həmin şahid ifadələri məhkəməyə sonradan gətirilən şahid ifadələri deyildir. Həmin şahid ifadələri İddiaçı hələ Korrupsiyaya qarşı Mübarizə İdarəsinə verdiyi şikayətdə hansıkı deyir ki, o, 60 min dolları, eləcədə 70 min dolları, eləcə də 118 min dolları Namiq, Elçin və Samir yanında vermişdir. Yəni orada adları keçən şahidlər məhkəmə iclasına gələrək qeyd etdilər ki, pulun bir hissəsini də o sayıb vermişdir. Lakin məhkəmə qətnaməsində qeyd edilir ki, həmin şahidlər pulun verilməsini birbaşa təsdiq etmədilər. Birinci instansiya məhkəməsi tərəfindən həmin şahid ifadələri təhrif edilmiş və həm də düzgün qiymətləndirilməmişdir. Məhkəmə qətnaməsində qeyd edilir ki, şahidlərin heç biri məbləğlərin verilməsini təsdiq etmirlər. Hansıki şahidlər məhkəmə iclasına gələrək qeyd edir ki, 60 min, 70 min Dolların verilməsində o iştirak etmiş, pulun bir hissəsini o saymış, pul onun yanında ayaqqabı qutusunda verilmişdir. Müddət məsələsinə gəldikdə isə o apellyasiya şikayətində Konstitusiya Məhkəməsinin mövqeyini qeyd etmişdir. Məhkəmə nəticəyə gələrkən həm də hesab etmişdir ki, bu vəsait guya Elçin Qasımovdan alınmış pul vəsaitidir, qarşılığında isə pul əvəzində İddiaçı verilmişdir. Lakin həmin materiallarda tək Elçin Qasımov və İddiaçı söhbət getmir, orada 6- 7 nəfərdən və fərqli məbləğlərdən söhbət gedir. Və hər birinə münasibətdə Sübhan Məmmədli aldığı vəsaiti etiraf edibdir. Digər şəxslərə münasibətdə necə olur ki, aldığı məbləğlərdə özünə münasibətdə təhrifdən söhbət getmir, müstəntiqin burada nə marağı ola bilər ki, burada 248 min Dollar yazsın. Elçin Qasımova münasibətdə alınan məbləğlərin forması 45 min, 90 min və s. hazırkı işdə hüquqlarını müdafiə etdiyi şəxsə münasibətdə tamamilə fərqli formada istər məbləğ olsun, istər valyuta olsun digər tərəfdən isə sırf bu iş üzrə Elçin Qasımov izahat verir ki, İddiaçı onun yanında Cavabdeh bu qədər pul verilib. İddiaçı epizodu üzrə Elçin Qasımov Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ayrıca formada izahat verir və izahatında bildirir ki, “bəli, mənim yanımda filan maşında, filan yerdə pul veribdir”. Bunları nəzərə almadan məhkəmə necə deyə bilər ki, burada hansısa sözlər arasında ziddiyyət vardır. Ziddiyyət kimi hesab edilən hallar konkret olaraq ziddiyyət deyildir, sadəcə olaraq iyun ayı iyul ayı kimi yazılmışdır, texniki səhvlərdir, bunları məhkəmə ziddiyyət kimi göstərməklə ümumiyyətlə Cavabdeh öz verdiyi səmimi izahatları şübhə altına alır. Digər tərəfdən Cavabdeh digər iş üzrə Elçin Qasımovun işi üzrə birinci instansiya məhkəməsində qəbul edilən işdə də 165 min manatı etiraf etmirdi. Elçin Qasımovun işi üzrə birinci instansiya məhkəməsinin qətnaməsində Cavabdeh izahatında qeyd edilir ki, onun Elçinin aldığı 102 min manatın Nadirə məxsus olduğunu bilib, hazırda isə Elçindən faizə olaraq götürdüyü puldan 50 min manat borcu qalmış, Elçindən 102 min manat pul almışdır. Heç orada 165 min manatı etiraf etmirdi. Hansı kı İddiaçı olaraq məhkəmədə iddianı verib məhkəmənin icraatına düşəndən sonra gəldilər və apellyasiya icraatında 165 mini etiraf etdilər, nədi nədiki məhkəmə onun izahatı əsasında deyil etirafı əsasında qərar qəbul etsin. Qərarda həm həm öz etirafına, həm də cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda Cavabdeh etiraf etdiyi 165 min manat...Bugün tərəf deyir ki, guya həmin pul vəsaiti faizə götürülmüş pul vəsaitidir, sonradan bilib ki, bu Nadirə Məxsus pul vəsaitidir. Belə bir məsələ var idisə nəyə görə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində bu barədə izahatında qeyd edilməyibdir. Yalnız bir müddət sonra Yasamal Rayon Polis İdarəsində və sonrakı məhkəmə gedişlərində bu məsələ ortaya çıxmışdır. Konkret olaraq Cavabdeh və onun nümayəndəsinin dediklərindən başqa həmin vəsaitin faizə götürüldüyünü təsdiq edən iş materiallarında hansı sübutlar vardır. Səs yazılarının məzmununa diqqət yetirilsə konkret olaraq pul almayan şəxs nəyə görə etiraf etməlidir ki, aldığı borcu danır. Əgər pul almamısansa hansı puldan söhbət gedə bilər. Bunun bir cavabı var. Sən hansı 248 min dolların söhbətini edirsən? İddiaçı iş üzrə şahidləri vardır, şahidlərin ifadələri məhkəmə tərəfindən qismən təhrif edilibdir. Digər tərəfdən şahid ifadələrində yazılıb ki, bəli mənim yanımda 60 min, 70 min dollar pul verilibdir, lakin məhkəmə şahid ifadələrinə qiymət verərkən qeyd edir ki, şahidlərin heç biri gələrək birbaşa təsdiq etmədilər ki, həmin pul vəsaitləri Sübhan Məmmədliyə verilibdir. Birinci instansiya məhkəməsinin qətnaməsi sadəcə söz yığınından ibarət olmaqla işin həqiqi halları təhrif olunmuş və sırf cavabdehin maraqları əsasında qətnamə qəbul olunmuşdur. Əlavə olaraq bildirir ki, Cavabdeh Elçin Qasımova aid işində cavabdeh tərəf vəsatət vermişdir, vəsatət əsasında hazırkı iş üzrə İddiaçı atası Qadir Məmmədli izahat verdi. Həmin vəsatəti verməkdə məqsəd ondan ibarət idi ki, cavabdeh tərəf qeyd edirdi ki, biz Cavabdeh guya götürdüyü puldan 50 min manatda İddiaçı atası Qadir Məmmədliyə verib. Məhkəmə iclasının gedişində şahid qismində dindirilmiş Qadir Məmmədli bildirdi ki, bu işin onun puluna aidiyyəti yoxdur. Həmin məhkəmə qərarı artıq qanuni qüvvəyə mindiyinə görə ona istinad edə bilər. Belə ki, məhkəmə 165 min manat pul vəsaiti tutmuşdur, 165 min manat pul vəsaiti tutduğuna görə məhkəmə həmin 50 min manat vəsaiti çıxmayıbdır. Cavabdeh tərəf iddia edir ki, 50 min manat həmin 165 min vəsaitin içindədir. Bununlada müəyyən olundu ki, Nadirin atasına qaytarılan 50 min manat pul vəsaitinin həmin pul vəsaitinə aidiyyəti yoxdur. Cavabdeh ilkin izahatlarında qeyd edir ki, o, həmin pulu biznes götürmək məqsədi ilə almışdır. Səs yazısında hər hansı səs kəsilməsindən söhbət getmir. O vaxtı razılığa gəliblər və səs yazıda müəyyən söyüşlər, ifadələr var idi ki, həmin hissələrə xışıltı salmışlar. Səs yazının 18-ci dəqiqəsinin 30-cu saniyəsində qeyd edilir ki, “mən səndən aldığım pulu danmıram ki, sənin puluna filankəs atveçat olubdur”. “Atveçat” bu o deməkdir ki, həmin pulu Elçin alıbdır? Əgər elə bir məsələ var idisə izahatında yazardı ki, həmin pulu Elçindən alıb. “Atveçat”ın bu işə nə aidiyyəti vardır?. Səs yazının 18 –ci dəqiqəsinin 30-cu saniyəsində şəxs etiraf edir. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, hal-hazırda 203,882 ABŞ Dollar 36 sent Cavabdeh İddiaçı borcu vardır. Əsassız varlanma ilə bağlı müddət buraya tətbiq oluna bilməz. Korrupsiyaya qarşı mübarizə idarəsinin qərarından bir ay qabaq ona məlum olmuşdur. Burada heç bir müddətin ötürülməsində söbət gedə bilməz. İstər iddia müddəti olsun, istər kəsici müddət olsun. Birinci instansiya məhkəməsinin qətnaməsində müddət xx.xx.2021-ci il tarixi olaraq götürülmüşdür. Həmin tarix cavabdeh tərəfindən də mübahisələndirilməyibdir. İddiaçı iddia edir ki, cavabdehin əməlində cinayət tərkibi vardır. Nə qədər ki, onun əməlinin cinayət olub-olmaması səlahiyyəti orqan qiymət verəcəkdir, təbii ki, müddətin axımı həmin vaxtdan başlanmalıdır. Və şəxsə də hüququ izah olub ki, şəxsin əməlində cinayət tərkibi yoxdur, iddia icraatı qaydasında məhkəməyə müraciət et. Və bu şəxsdə hüququ müəyyən olunduğu andan 04 sentyabr tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Burada müddətin ötürülməsindən söhbət gedə bilməz. 19.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat vermişdir. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, iş gedə-gedə 45 gündən bir xeyir adı ilə və daha sonra isə atasına 50 min manat verilibdir. Hamısı manatla verilibdir, ümumilikdı 94 min manat pul eləyir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən nümayəndəsi-vəkili Vəkil2 qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsinin qətnaməsində izahatlar, şahidlərin ifadələri olduğu kimi əks olunmuşdur. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi sübutlar iki növdədir, birincisi qərarlar, cinayət işinin başlamasının rədd edilməsi haqqında qərar, ikincisi isə orada verilmiş izahatlar. Eyni zamanda səs yazı təqdim edilmişdir. Həmin səs yazısına Korrupsiyaya qarşı Mübarizə İdarəsinin qərarında qiymət verilir ki, pulun verilməsi bu səs yazısı ilə təsdiqini tapmır. 02 oktyabr 2020-ci il tarixli qərarda qeyd edilir ki, araşdırmaya təqdim olunmuş audio yazılarda Sübhan X1, X7 və digərlərindən birgə sahibkarlıq fəaliyyəti göstərmələri üçün pul vəsaitləri alması və aldığı vəsaitin bir hissəsinin geri qaytarılması halı öz təsdiqini tapmış, lakin digər şəxslərin tələb etdikləri, digər şəxslərin içərisində İddiaçı də vardır, barədə təsdiqedici səs yazıları müəyyən olunmamış, lakin araşdırma zamanı da həmin şəxslər bununla bağlı heç bir təsdiq edici sübutlar təqdim edə bilməmişlər. Həmin qərarda artıq səs yazısına qiymət verilmişdir. Təqdim etdikləri bu qərarlarda izahatlar təhrif olunubdur. İzahatlarda qeyd edilir ki, Cavabdeh etiraf edir ki, 248 min alıbdır. İzahatda qeyd edilir ki, X9 müxtəlif vaxtlarda 45 min, 30 min və 90 min manat, ümumilikdə 165 min manat pul almışdır. O, həmin vəsaitdən müxtəlif vaxtlarda 251 min manat qaytarmışdır. Beləliklə ona verilmiş 165 min manat puldan əlavə olaraq 86 min manat pul qaytarmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, Elçin və Nadir adlı şəxslər faizə pul verən adamlardır. Onlar bununla dolanırlar, sələmçidirlər. Sələmçilər üçün əsas olan faizlərdir. Cavabdeh Elçin Qasımovdan 165 min manat aldığını etiraf edir, lakin sonrakı izahatlarında, digər məhkəmə proseslərindəki izahatlarında da qeyd edir ki, almışdır. X35 Cavabdeh qaynatasının mağazasında günəmuzd elektrik işləyir, onda o qədər pul ola bilməz. Sonradan müəyyən olunur ki, aldığı pulu X36 Məmmədli adlı şəxsdən və digərlərindən götürərək üzərinə özünün faizlərini qoyaraq başqa iş adamlarına verir. Cavabdeh deyir ki, o, 165 min manatı almış, lakin sonradan bilmişdir ki, həmin pul İddiaçıdir, o, həmin pulun üzərinə 86 min manat qoyaraq geri qaytarmışdır. Növbəti abzasda qeyd olunur ki, “mən İddiaçı heç bir zaman birbaşa pul almamışam, onun məndən tələb etdiyi pul vəsaitlərini Elçin Qasımov ondan alaraq mənə vermişdir”. Bununla birinci abzas arasında ziddiyyət yoxdur?.Deyir ki, “cəmisi 165 min manat pul almışam və artıqlaması ilə geri qaytarmışam”, ikinci abzasda isə qeyd edilir ki, “İddiaçı tələb etdiyi pul vəsaitlərini Elçin Qasımov ondan alaraq mənə vermişdir. Nadir isə 248 Dollar pul tələb edir”. İzahatın növbəti abzasında qeyd edilir ki, “X36 Məmmədlidən 130 min və 118 min, ümumilikdə 248 min ABŞ Dolları alaraq mənə vermişdir və mən Elçin Qasımova 136 min və 144 min manat, ümumilikdə 280 min manat pul vəsaiti qaytarmışam. Həmin vəsaiti mənə Elçin Qasımov verdiyindən və mən əlavə 86 min manat vəsait ona qaytardığımdan, artıq verdiyim vəsait çıxılmaqla mənim hazırda həmin vəsaitdən 55600 manat verəcəyim vardır”. Adicə toplayıb çıxanda rəqəmlər üst-üstə gəlmir, Bu ziddiyyətləri müstəntiq araşdırmalı idi, lakin araşdırmayıbdır. Məhkəmə işi araşdırarkən həmin bu ziddiyyətlərə qiymət vermişdir. Səs yazısına gəldikdə isə iddiaçı dəfələrlə cavabdehə yönəldici suallar verir, hamısında cavabdeh dəfələrdə təkidlə bildirir ki, “Elçin vasitəsilə pulu almışam, amma həmin pul 248 min dollar deyil, 165 min manatdır”. Daha sonra bir hissədə atası Qadir Məmmədli ilə bağlı olan bir yerdə səs kəsilir, Sübhanın cavabı kəsilir və məhkəmədə haqlı olaraq qiymət verir ki, bu hissə iddiaçının marağına xidmət etməyən hissədir ki, kəsilir. Bu sübuta mötəbər sübut demək olar? İddiaçı tərəfin təqdim etdiyi sübutlar başdan ayağa ziddiyyətlidir. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli cinayət işinin başlamasının rədd edilməsi haqqında qərar qəbul olunur, 2021-ci illin yay aylarında, ondan 1 il yarım sonra 50 min İddiaçı atası Qadir Məmmədliyə verilir. Lakin qərara qədər alınmalı olan İddiaçı izahatında yazılır ki, Cavabdeh pulu qaytarmalı olduğunu desə də, 2021-ci ilin iyul-yay ayları ərzində bir neçə dəfəyə yalnız 50 min manat pul qaytarmışdır. xx.xx.2020-ci il tarixində qərar qəbul edilir və cinayət işinin başlanması rədd edilir. 02 oktyabr tarixindən 10 ay sonra 2021-ci ilin yay aylarında 50 min manat ödənilir. Həmin qərarın dərc edilməsinə qədər alınmış olan izahatda 10 ay sonra veriləcək pul göstərilir. Bu ziddiyyət deyil, məhkəmə buna qiymət verməsin? Digər işdə də Cavabdeh deyir ki, Elçin Qasımovdan 165 min manat pul alıb. Əvvəl elə bilirdi ki, həmin pul Elçin Qasımovundur, daha sonra bu məsələlər ortaya çıxdıqdan sonra başa düşdü ki, Elçin Qasımovun ona verdiyi 165 min manat pul X27 Məmmədlidən götürüb üstünə 20 faz qoyaraq ona verdiyi puldur. İddiaçı tərəfin nümayəndəsi başqa mülki iş üzrə məhkəmə qətnaməsinə, oradakı prosessual hərəkətlərə və izahatlara istinad etdi. Birinci instansiya məhkəməsinin qətnaməsində hər bir sübut, hər bir hala obyektiv və hərtərəfli qiymət verilmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini zərərsizləşdirəcək bir dəlil yoxdur. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qərarından görünür ki, Elçin Qasımov, İddiaçı başqa xeyli şəxslərdə şikayət etmişdir. Cavabdeh yalnız İddiaçı münasibətdə deyir ki, İddiaçı pul almamışdır, qalan kimdən alıbsa hamısını etiraf edir, hamısının pulu qaytarılıb. İddiaçı münasibətdə bildirir ki, Elçin Qasımovdan aldığım pulun sonradan bu məsələlər ortaya çıxdıqdan sonra bildi ki, X36 Məmmədlidən alaraq üzərinə özünün faizini əlavə edərək ona verdiyi puldur. xx.xx.2020-ci il tarixində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qərarı qəbul olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi xx.xx.2021-ci ildir. Həmin qərarda Cavabdeh qaynatasının izahatı vardır. İzahatda qeyd edilir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Elçin, Nadir və digərlərinin ərizələri əsasında çağrılan zaman məlumatı olmuşdur. Belə ki, kürəkəni Sübhan Elçin və digərlərindən faiz olaraq pul götürmüş, avtomobil alğı-satqısı ilə məşğul olmuş və işi düz getmədiyindən onlara borcu yaranmış, bununla bağlı araşdırma zamanı Nadirə və Elçinə 50 min manat verməli olduğu müəyyən edilmiş, Sübhan isə həmin pulu ödəməyi öz öhdəsinə götürmüş, həmin vaxt Elçin və Nadirə kürəkəni Sübhanın pulu ödəməyə kömək edəcəyinə söz vermişdir. Bundan bir neçə ay sonra iyun ayında hissə-hissə mərhum X28 Məmmədlinin atası Qadir Məmmədliyə 50 min manat pul qaytarır. İddiçı tərəfin təqdim etdiyi sübutlar qərarlar və həmin qəraların qəbul olunması zamanı alınmış izahatlardır. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində İddiaçı verdiyi izahatda qeyd edilir ki, ötən dövr ərzində Cavabdeh ona verdiyi 248 min ABŞ Dollarının yalnız 20 minini qaytarır. Digər izahatında isə qeyd edir ki, Cavabdeh pulu qaytaracağını desə də 2021-ci ilin yay ayları ərzində bir neçə dəfəyə 50 min manat pul qaytarmışdır. 02 oktyabr 2020-ci ildə qərar qəbul olunur və ona qədər bu izahat alınır. xx.xx.2021-ci il tarixində Yasamala şikayət verirlər və o qərar çıxarılır. Cəmi on ay sonra isə 50 min manat verilir. 8-10 ay əvvəl bu izahatlar necə yazıla bilər. Bu o deməkdir ki, araşdırma mötəbər deyildir, araşdırma mötəbər deyildir və qərəzli araşdırılmışdır. Şahid ifadələrinə gəldikdə isə qeyd edir ki, Elçin Qasımov bu işdə maraqlı şəxsdir. Elçin Qasımov nə öz iddiasına dair işdə dəfələrə təklif edilməsinə baxmayaraq gəlmədi, nə də bu işdə şahidlərdən birini gətirə bilmədilər. İddiaçı izahatında qeyd edilir ki, biraz keçdikdən sonra Sübhandan dəfələrlə işlərin nə yerdə olduğunu soruşduqda sonuncu bu yaxınlarda işlərin düzələcəyini bildirdi. 2020-ci ilin avqust ayında isə Sübhan özü Elçinlə əlaqə saxlayaraq sonuncuya bildirmişdir ki, hamını aldatmış, əslində aldığı pulları mebel işinə qoymamış, aldığı pulları maşın alğı-satqısına yatırmış və həmin pulları batırmışdır. Elçin Qasımovun izahatında qeyd edilmişdir ki, Sübhan pulları onların yanında götürdü və bir ay ərzində qazanc əldə edəcəyini Nadirə bildirmişdir. Bir ay keçdikdən sonra sonuncu Sübhandan işlərin nə yerdə olduğunu soruşduqda sonuncu bu yaxınlarda işlərin düzələciyini bildirdi. 2020-ci ilin avqust ayında isə Sübhan özü onunla əlaqə saxlayaraq əslində hamını aldatdığını, həmin pulları mebel işinə qoymadığını, maşın alğısaqısına yatırmış və hamısını batırmışdır. Eyni cümlədir. Necə ola bilər ki, Elçində, Nadirdə eyni ifadəni versin. Digər şahidlərə gəldikdə isə həmin şahidlər Elçinin yanında işləyirlər, şagirddirlər, Elçin nə desə onu deyəcəklər. İddiaçı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində vermiş olduğu ilkin izahatında qeyd edir ki, Cavabdeh və onun yaxın qohumu (qaynatası) "xxxx" MMC-nin rəhbəri X11 ona məxsus ümumilikdə 228 min ABŞ Dolları məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə mənimsəmişlər. Burada heç Məmmədov Mehmana qarşı iddia irəli sürülməyibdir. Bu iddia qaldırılan zaman Mehman Məmmədov sağ idi. Sadəcə onu şərləmək üçün bu iddianı qaldırmışdılar. X29 imkanlı idi, Cavabdeh onun kürəkəni idi və onun ətrafında onun hesabına yaşayırdı. Cavabdeh işsizin biridir. Təqdim edilmiş sübutlar iki qərar, izahatlar və həmin izahatları vermiş yalançı şahidlərdir. Məhkəmə öz qətnaməsində bir-bir bu halları qiymətləndiribdir. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qərarında səs yazısına qiymət verilmişdir. Qərarda qeyd edilmişdir ki, səs yazısında Cavabdeh İddiaçı hər hansı pul vəsaitini alması öz təsdiqini tapmır. İddia tərəfi Yasamal Rayon Polis idarəsinin qərarını məhkəməyə təqdim etmişdir. İzahatlardan görünür ki, Cavabdeh Elçin Qasımovdan aldığı 165 min manatı təsdiq edir, lakin sonradan burada deyir ki, etiraf edir ki, həmin pul İddiaçı puludur. Mehman Məmmədov yazır ki, Sübhanın dediyinə görə Elçinə münasibətdə 50 min manat borcu var və onun qaytarılmasında kömək edəcəyini söz verir. Müstəntiq bu izahatlardan sonra nəticə çıxarır ki, Sübhanın İddiaçı 248 min Dollar borcu vardır. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, Nadirin tələb etdiyi pul X24 Məmmədova verdiyi puldur. Həmin pul 165 min manatdır, həmin pul 251 min olaraq qaytarılır, hələ üstəlik 50 min də Nadirin atası Qadir Məmmədliyə qaytarılır. Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərardan şikayət verməmişlər. Birinci instansiya məhkəməsində İddiaçı sual verib ki, nə zaman Cavabdeh və Elçinlə bu məsələlərlə bağlı əlaqə saxladınız. Nadir bildirdi ki, bütün bu hadisələr ortaya çıxdıqdan sonra. O, “Azercell”, “Bakcell” və “Nar Mobile” sorğu verib, lakin onlar ona yalnız son altı aya dair məlumatları verdilər. Məhkəmədə bununla bağlı vəsatət verib və məhkəmə bununla bağlı qərardad qəbul etdi. Necə olur ki, biri digərinə 248 min ABŞ Dolları pul versin, həm də mebel işi görmək adı ilə versin, lakin bilməsin ki, o mebel hardan gətirilir, necə gəlir, neçəyə alınır, neçəyə satılacaq, harada saxlanacaq bilməsin? Və bir dəfə də olsun pul veriyi adama zəng vurub soruşmasın ki, nə var nə yox? Bir dəfə də olsun görüşməmişlər. Yalnız məsələlər partlayandan sonra zəng vurur, bu pul mənimdir ... Səs yazısında Elçindən 248 min ABŞ Dolları almışam deyə bir ifadə yoxdur. Nadir səs yazısında Sübhana deyir ki, 60 min, 70 min və 118 min vermədim? O isə cavabında Elçin vasitəsilə deyir. Nadir dəfələrlə üstünə getsə də Sübhan cavabında Elçin vasitəsilə deyir...Elçinlə iş görümüşəm. Birinci instansiya məhkəməsinin qətnaməsində görünür ki, həmin səs yazısına müdaxilə edilib. İddiaçı tərəfin dediyi şeylər başqadır. O, deyir ki, nəlayiq söz var idi deyə həmin hissələrə siqnal səsi yerləşdirilib, lakin səs yazmada arada səs kəsilir, məhkəmədə ona istinad edir. Bu o deməkdir ki, onların xeyrinə olmayan hissə çıxarılıb. Nə qədər ki belə bir məsələ var, həmin sübut ekspertizaya təqdim olunmadan, ekspertiza tədqiqatının obyekti olmadan, ekspert ona müdaxilə edilməyib demədən ona istinad olunması doğru deyildir. Cavabdeh Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində verdiyi ifadədə qeyd edilir ki, “X9 müxtəlif vaxtlarda 45 min, 30 min, 90 min, ümumilikdə 165 min manat pul almışam. Və ona həmin vəsaitdən müxtəlif vaxtlarda ümumilikdə ona 251 min manat qaytarmışam. Beləliklə mən ona 165 min manatdan əlavə 86 min manat qaytarmışam. İddiaçı mən heç bir zaman birbaşa pul almamışam. Onun məndən tələb etdiyi pul vəsaiti Elçin Qasımov ondan alaraq mənə vermişdir”. Yuxarıdakı abzasla bu cümlə arasında ziddiyyət yoxdur? Məsələn burada müstəntiq soruşar ki, bəs sən 165 min manat deyirsən, amma İddiaçı isə 248 min ABŞ Dolları verdiyini deyir. Bu ziddiyyəti araşdırmağa ehtiyac yoxdur? Belə ki, izahatın növbəti abzasında qeyd edilir ki, “X36 Məmmədlidən 130 min və 118 min, ümumilikdə 248 min ABŞ Dolları alaraq mənə vermişdir”. Burada yenə sual yaranır, axı demişdi 165 min manat almışam, burda isə deyilir ki, 248 min ABŞ Dolları alınıbdır. Bu ziddiyyəti araşdır deyə sual vermək lazım deyil? Və “mən Elçin Qasımova 136 min və 144 min manat, ümumilikdə 280 min manat pul vəsaiti qaytarmışam”. Yenə ziddiyyət yarandı. Belə ki, 165 min hara, 286 min manat hara. “Həmin pul vəsaitini mənə Elçin Qasımov verdiyindən”...yenə ziddiyyət yarandı. 165 min hara 286 min manat hara... “və məndə əlavə 86 min manat qaytardığımdan artıq verdiyim vəsait çıxılmaqla mənim hazırda həmin vəsaitdən 55600 manat verəcəyim vardır”. Bu ziddiyyətləri müstəntiq araşdırmayıbdır. Bəs bu məsələni işə baxan məhkəmə aydınlaşdırmalı deyil? Məhkəmə iclasında çarpaz dindirmə oldu, ayınlaşdırdıq. Aydın oldu ki, bu izahat müstəntiq tərəfindən təhrif olunmuş izahatdır. Ali Məhkəmənin qərarında apellyasiya şikayətində yazıqlarım təhrif olunubdur. Ali Məhkəmənin qərarında iki şikayət qarışdırılıbdır. 165 mini X36 Məmmədliyə öz pulu kimi veribdir. Daha sonra İddiaçı tərzi ilə desək bu məsələlər partlayandan sonra Cavabdeh aydın olur ki, Elçin Qasımovun faizə ona verdiyi pul əslində İddiaçı faizə götürüb üzərinə özünün faizini əlavə edib Cavabdeh öz pulu kimi verdiyi pul imiş. Amma 248 ABŞ Dolları yox, 165 min manat, o, isə üzərinə faizlərdə əlavə olunaraq 251 min manat olaraq qaytarıbdır. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət olunana qədər 50 min manat 2021-ci ilin iyul ayında qaytarılıbdır. Elçinin veriyi pul bildiyi qədərilə manatla olubdur. İş görülməsi üçün verilən pul, yəni Sübhanın aldığı pul Elçin Qasımovun pulu idi, daha sonra araşdırma zamanı ortaya çıxdı ki, həmin pul İddiaçı məxsus olubdur. İzahatda ziddiyyətlər mövcuddur. Belə ki, izahatın birinci abzasında qeyd edilir ki, “165 min manat pul alıb və 86 min min manat artıqlaması ilə qaytarmışdır. Və 251 min manat qaytarmışdır”. İkinci abzasda deyilir ki, “Elçin Qasımovun verdiyindən əlavə 86 min manat ona qaytardığından artıq verdiyi vəsait çıxılmaqla hazırda həmin 55600 manat borcu qalmışdır”. Burada ziddiyyət yoxdur? Birinci abzasda deyir ki, “165 min manat almışdır, 251 min qaytarmışdır”, ikinci abzasın birinci cümləsində isə yazır ki, “mən İddiaçı heç vaxt birbaşa heç nə almamışam. Onun vəsaitlərini Elçin Qasımov alaraq mənə vermişdir”. Cavabdeh əvvəllər həmin pul vəsaiti İddiaçı məxsus olduğunu bilməyibdir və üstünə faiz qoyularaq verildiyini də bilməyibdir. Cavabdeh elə bilib ki, həmin pul Elçin Qasımova məxsusdur. O, birinci instansiya məhkəməsində sual verib ki, nə zaman bu məsələlərdən xəbər tutdun, dedi ki, bu məsələlər partlayanda. Bu məsələlərdən sonra isə şikayət verməyə başlayıblar. Bu məsələlər ortaya çıxandan sonra İddiaçı atası Cavabdehla görüşür. X25 Cavabdeh deyir ki, Elçinin sənə veriyi pullar mənimkidir. Cavabdeh deyir ki, “mən Elçindən pul almışam və onun pulunu qaytarmışam, mən səndən pul almamışam”. Onların söhbətinin bütün məğzi budur. Ondan sonra Qadir Məmmədov yoldaşı ilə Cavabdeh ailəsigilə gedir ki, desinlər ki, X24 Məmmədova verdiyi pul mənim pulumdur. Cavabdeh qardaşı Tamerlanda orada iştirak edibdir və birinci instansiya məhkəməsində şahid qismində dindirilib. Tamerlan deyib ki, pulu Sübhana vermisənsə Sübhandan, Elçinə vermisənsə ondan istə. Elçinə verdiyin pulu Sübhandan necə istəyə bilərsən. Sübhan da deyir ki, “mən Elçin Qasımovdan aldığım pulun hamısını qaytarmışam”. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində verilmiş şikayətlərdə yazırlar ki, özünü iş adamı kimi göstərən Cavabdeh, halbuki məhəllə uşaqlarıdırlar, qaynatası Mehman Məmmədovla əlbir olaraq pulumuzu dələduzluq yolu ilə mənimsəmişlər. Mehman Məmmədov imkanlı olubdur. Daha sonra Mehman Məmmədovdan iddia tələbi yoxdur, ona qarşı tələb yoxdur. Görsənir ki, hamısı Mehman Məmmədova münaibətdə şərdən, böhtandan başqa bir şey deyildir. Yasamal Rayon Polis İdarəsinə verilən izahatda Mehman Məmmədov yazır ki, bu məsələlərdən xəbər tutandan sonra Sübhan Elçinə və Nadirə olan borcundan 50 min manat borcu qaldığını bildirir və Sübhan həmin pulu qaytaracağına vəd verir və Mehman isə ona həmin pulun ödənilməsinə köməklik edəcəyini bildirir. Bu məsələ olub 2021-ci ilin fevralında olur və 2021-ci ilin iyuluna qədər həmin 50 min manat hissə-hissə ödənilir. Qadir Məmmədov öz dəsti xətti ilə yazır ki, 50 min manatı Mehman Məmmədovdan aldım və Qadir Məmmədov adlı şəxsə hər hansı məbləğdə borcu qalmayıbdır. Mehman Məmmədov Cavabdeh qaynatasıdır, Qadir Məmmədova həmin 50 min manatı nəyə görə verməli idi. Mehman Məmmədov ona qədər də izahatında yazır ki, Sübhanın Elçinə və Nadirə olan ümumi borc məbləğindən 50 min manatı ödəyəcəyinə köməklik edəcək. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh qeyd etmişdir ki, Elçindən faizə pul götürmüşdür. Onunla çox alış-verişləri olubdur. Ondan hissə-hissə 165 min manat pul götürmüş və pulu cəm şəkildə ona qaytarmışdır. Əlavə olaraq üstündə 86 min manat fazi qaytarmışdır. İddiaçı 1 manat da olsun pul almamışdır, onunla heç bir zaman pul söhbəti olmayıbdır. Bu söhbətlər açılandan sonra bilmişdir ki, Elçin ondan pul alaraq gətirib ona verirdi. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, pulun Nadirə məxsus olmasını bilmirdi. Sadəcə bilirdi ki, faizə kimdənsə alırdı. Yasamal Rayon Polis İdarəsində də müstəntiq öz qərarında pulu almamasını deməyinə baxmayaraq pulu aldığını qeyd etmişdir.
Apellyasiya baxışının hədləri
21.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 22.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 23.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 24.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
25.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. 26.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
27.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 28.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 29.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri). 30.Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun (89.1-ci və 89.2-ci maddələr).
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
31.324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinəvə ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir
32. 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) olabilər. 33.385.1 maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinəmüəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 34.386.1 maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədənəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
35. 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsasolmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 36.1091.2-ci maddəsinə görə, əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cürvarlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermis sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 37.1092.1-ci maddəsinə görə, Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə onaqaytarmalıdır. 38.1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaqhüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətini keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. 39.“N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
40.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir. 41.Belə ki, İddiaçı əvvəlcə Azərbaycan Respublikasının Baş prokurorluğuna, daha sonra Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə müraciət edərək, iş üzrə Cavabdeh onun etibarından sui-istifadə etmə və aldatma yolu ilə pulunu mənimsədiyini, ona qarşı dələduzluq cinayətini törətdiyini bildirmişdir. Hər iki orqan tərəfindən aparılmış araşdırmanın yekununda cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müvafiq qərarı xx.xx.2020-ci il tarixdə, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin qərarı isə xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. 42.Hazırda İddiaçı istintaq zamanı verilən izahatlara, eləcə də cavabdehlə aralarındakı danışığı əks etdirən səs yazısına, “Whatsapp” yazışmalarına və şahid ifadələri kimi sübutlara istinadla Cavabdeh ondan alıb qaytarmadığını iddia etdiyi 203.882,36 ABŞ dolları məbləğində pulu cavabdehdən tələb etmişdir. 43.Cavabdeh isə iddianı qəbul etməmiş, İddiaçı heç vaxt birbaşa pul almadığını, yalnız X17 adlı başqa bir şəxsdən pul aldığını, həmin pulu da qaytardığını bildirmişdir. Cavabdeh də öz növbəsində məhkəməyə şahid ifadələri təqdim etmiş, eyni zamanda prokurorluq və polis orqanlarının qərarlarındakı izahatların təhrif olunduğunu iddia etmişdir. Bundan əlavə, cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edilmiş, mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsində müəyyən edilmiş bir illik iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi xahiş edilmişdir. 44.Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutları əlaqəli şəkildə tədqiq edərək hesab etmişdir ki, iddiaçı sübuta yetirməli olduğu halı – cavabdehə pul verməsini sübut edə bilməmişdir. Odur ki, iddianın təmin edilməsi istisna edilir.
45. Bundan başqa məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə hazırkı tələbin hüquqi əsasını əhəmiyyətsiz əqd üzrə əldə edilmiş pul hesabına əsassız varlandığı təşkil etdiyini, odur ki, mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddəti (əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddiaların onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülməsinin mümkünlüyü) tətbiq edilməli olduğunu, iddiaçının Yasamal rayon Polis İdarəsinə sonuncu müraciətindən sonra cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın xx.xx.2021-ci il tarixdə qəbul olunduğunu, iddiaçının xx.xx.2022-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini qeyd edərək, tərəfindən qanunla müəyyən edilmiş bir illik iddia müddətinin ötürüldüyü barədə qənaətə gəlmişdir. 46.Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 47.Nəzərə alınmalıdır ki, borc öhdəliyi müqavilə əsasında yaranır. Müqavilə dedikdə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması başa düşülür. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, Mülki Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Mülki Məcəllədə borcun məbləğindən asılı olaraq müqavilənin yazılı bağlanması tələb edilir. Belə ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (MM-in 389.1, 406.1 və 740.2-ci maddələri). 48.Cavabdehə qarşı irəli sürülmüş iddia tələbində borc məbləği 3000 manatdan çox olduğuna görə, onunla yazılı müqavilənin olması tələb edilir. Lakin bu cür müqavilənin olduğu müəyyən edilməyib. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında etibarlı müqavilə münasibətləri yaranmadığından, hazırki iddianın hüquqi dəyərləndirilməsi Mülki Məcəllənin 1091-ci və 1092.1-ci maddələri ilə bağlı müddəalarının tələbləri daxilində aparılmalıdır. 49.Əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün məhkəmə tərəfindən iş üzrə aşağıdakı üç şərt müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi, həmin əmlakı iddiaçının əmlakı hesabına əldə edilməsi və bu əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması. Qeyd olunan şərtlərin hər üçü eyni zamanda mövcud olmalıdır. Onlardan hər hansı birinin aşkar edilməməsi tələbin rədd edilməsi üçün əsasdır. Baxılan işdə də cavabdehin əldə etdiyi əmlakı iddiaçının hesabına qazandığını sübut etmək yükünu bu halları iddia edən tərəfin üzərinə düşür. Belə ki, iddiaçı istinad etdiyi halı sübut etdiyi təqdirdə, cavabdehin mübahisə predmeti olan pulun qaytarılmış olduğunu sübut etmək vəzifəsi yaranır. 50.İddia ərizəsindən müəyyən edildiyi kimi iddiaçı cavabdehə 248000 ABŞ dolları məbləğində pul verdiyini iddia edir, bu pulun bir hissənin qaytarıldığını bildirərək, qaytarılmadığı 203.882,36 ABŞ dolları məbləğində pulun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Göründüyü kimi iş üzrə mübahisələndirilən hal cavabdehin iddiaçının hesabına əsassız varlanıb-varlanmaması məsələsidir. 51.İş materiallarında olan Cavabdeh Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində verdiyi izahatdan və həmin istintaq orqanının xx.xx.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, o, X9 müxtəlif vaxtlarda 45.000 manat, 30.000 manat və 90.000 manat məbləğində pul aldığını və həmin vəsaitdən müxtəlif vaxtlarda, ümumilikdə 251.000 manat qaytardığı barədə izahat vermişdir. 52.O, həmçinin bildirmişdir ki, İddiaçı heç bir zaman birbaşa pul almamış, ondan tələb edilən pul vəsaitləri X26 alaraq ona vermişdir. Belə ki, Elçin İddiaçı 130.000 və 118.000, ümumilikdə 248.000 ABŞ dolları alaraq ona vermişdir və o da Elçin Qasımova 136.000 və 144.000 manat, ümumilikdə 280.000 manat pul qaytarmışdır. 53.Daha sonra Cavabdeh X27 Məmmədlidən alaraq ona verdiyi vəsaitdən 55.600 manat pul verməli olduğu, aralarında olan telefon dialoqunda da müflis olduğu üçün Elçin vasitəsilə Nadirdən aldığı pulu geri qaytaracağına söz verdiyi barədə izahat vermişdir. 54.Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, araşdırma nəticəsində Cavabdeh tanışı İddiaçı götürdüyü ümumilikdə 421.600 manat pula görə ona 54.000 manat, digər tanışı X9 isə götürdüyü ümumilikdə 180.000 manat pula görə ona 50.000 manat qaytardığı müəyyən edilmişdir. 55.Yuxarıda qeyd edilən sənədlərdən göründüyü kimi, cavabdeh verdiyi izahatlarda Elçin Qasımova və İddiaçı verdiyi pul məbləğləri, valyuta və pulun verildiyi şəraiti fərqləndirirdi. Onun hər ikisinə verdiyi məbləğlər və bununla da girdiyi pul münasibətlərini şərtləndirən hallar fərqli idi. Cavabdeh istintaq orqanlarında verdiyi izahatların təhrif olunduğunu qeyd etsə də, məhkəmənin sualına cavab olaraq həmin qərarlardan şikayət vermədiyini bildirmişdir. Həmçinin qeyd edilməlidir ki, cavabdehin istintaq orqanlarına verdiyi izahatlarda uyğunsuzluq olması həmin izahatların təhrif olunduğu anlamına gəlmir. 56.Beləliklə iddiaçıya məxsus X35 vasitəsilə verilmiş məbləğ cavabdehin verdiyi izahata görə 248.000 ABŞ dolları təşkil edirdi. İşin bu halı həmçinin Cavabdeh və Elçin Qasımovun tərəf olduqları mülki iş üzrə cavabdeh tərəfindən verilmiş iddia ərizəsində, apellyasiya və kassasiya şikayətlərində qeyd edilənlərə əsasən öz təsdiqini tapır. Qeyd edilən mülki iş üzrə qəbul edilmiş məhkəmə aktı hazırki mülki iş üçün preyudisial əhəmiyyət daşımasa da, cavabdehin apellyasiya və kassasiya şikayətlərində qeyd etdiyi halları kollegiya onun öz izahatı kimi nəzərə alır. Belə ki, həmin şikayətlərin dəlillərindən görünür ki, Cavabdeh Elçin Qasımov vasitəsilə İddiaçı aldığı pulun 248.000 ABŞ dolları məbləğində olduğunu, həmin pulun əslində İddiaçı məxsus olmasını bildiyini qeyd edir. 57.Qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 dekabr 2022-ci il tarixli, 2(103)-6839/2022 saylı qətnaməsindən cavabdehin Elçin Qasımovdan aldığı pulun 165.000 manat pulun məbləğində olduğunu, həmin məbləğdən cəmi 103.000 manat sonuncuya qaytardığını, bununla da cavabdehin sonuncunun hesabına 62.000 manat əldə etməklə əsassız varlandığı müəyyən edilmişdir. Göründüyü kimi həmin qətnaməyə əsasən də cavabdehin Elçin Qasımova və İddiaçı verdiyi pul məbləğləri, valyuta və pulun verildiyi şəraiti fərqləndirilmişdir. 58.Tərəflər arasında pul münasibətlərinin yarandığnı həmçinin iddiaçının atası Qadir Məmmədov tərəfindən öz dəsti-xəttilə yazılmış 07 iyul 2021-ci il tarixli qəbzdən müəyyən olunur. Belə ki, həmin tarixdə cavabdehin qayınatası Mehman Məmmədov 248.000 ABŞ dolları məbləğində olan borcun hesabına 50.000 manat pulu İddiaçı atası Qadir Məmmədova vermiş, sonuncu da həmin pulu alaraq bu faktı imzası ilə də təsdiq etmişdir. Bununla da cavabdeh mübahisə predmeti olan məbləğin iddiaçıya qaytarılmalı olduğunu faktiki qəbul etmişdir. 59.İş materiallarında olan digər sübutlar da məhkəmənin yuxarıda qeyd edilənlərə əsasən gəldiyi qənaəti təkzib etmir. 60.Belə ki, cavabdeh Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verdiyi ifadədə həmin səs yazısına şərh verərək Elçin vasitəsilə Nadirdən aldığı pulu geri qaytaracağına söz verdiyini bildirmişdir. Həqiqətən də audio yazıdan müəyyən edilmişdir ki, cavabdeh mübahisə predmeti olan pulun iddiaçıya məxsus olduğunu danmamışdır. Bununla bağlı məhkəmə həmçinin qeyd etməyi zəruri sayır ki, hazırkı iş üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səs yazısı qanunu pozmaqla əldə edilmiş sübut kimi qiymətləndirilməməlidir, Mülki-Prosessual Məcəllənin 76-cı maddəsinin tələbləri baxımından qanundir. Belə ki, həmin CD-də olan danışıqların bu iş üzrə tərəflər arasında baş tutması (hər iki tərəf bunu mübahisələndirmədən qəbul etdiyinə və danışıqların gedişində tərəflər birbirlərinə Sübhan və Nadir adı ilə müraciət etdiyinə görə) işin mübahisəsiz halıdır. 61.Səs yazısından başqa məhkəməyə təqdim edilmiş digər sübut şahid ifadələridir. Məhkəmə iclasında iddiaçı və cavabdeh tərəfin hər birinin vəsatəti üzrə iki şahidin ifadəsi dinlənilmişdir. Birinci instnasiya məhkəməsi Elçin Qasımovla Cavabdeh arasında məhkəmə mübahisəsi olmasını, Cavabdeh İddiaçı ondan tələb etdiyi pula görə məsuliyyətin məhz Elçin Qasımovun üzərinə düşdüyünü iddia etməsini, bu qeyd edilənlərin fonunda Elçin Qasımovla dost olan və onunla birlikdə işləyən şahidlərin ifadələrinin obyektivliyini şübhə altına almışdır. 62.Halbuki məhkəmə həmin şahidlərin pulun verilməsində iştirak etdiklərini, bununla əlaqədar X4 təhmini eyni məzmunlu izahatı Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinə verdiyini nəzərə almamışdır. 63.Beləliklə 248.000 (60.000+70.000+118.000) ABŞ dolları məbləğində pulun iddiaçı tərəfindən cavabdehə verilməsi halı məhkəmə tərəfindən müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiada göstərilən hallar qismən də olsa öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı iddia ərizəsində qaytarılmış məbləğin 44.117,64 ABŞ dolları olmasını göstərməsinə baxmayaraq, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində (iş vərəq 11) və hazırki məhkəmə iclasında verdiyi izahata əsasən cavabdehin ona qaytardığı məbləğin 44.000 manat həddində olduğu, həmçinin 07 iyul 2021-ci il tarixli qəbzə əsasən cavabdehin qayınatası Mehman Məmmədov tərəfindən 248.000 ABŞ dolları məbləğində olan borcun hesabına 50.000 manat pulun İddiaçı atasına qaytarıldığı müəyyən edilmişdir. 64.Məhkəmə, pulun qaytarılmasına dair sübut etmək yükünü cavabdehin daşıdığını, lakin pulun iddiaçıya qaytarılmasını təsdiq edə biləcək sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyini, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən ona verilmiş pulun iddiaçıya tam şəkildə qaytarılması halı sübuta yetirilməmişdir. 65.Cavabdehin X17 adlı şəxs vasitəsilə iddiaçıdan aldığı pulu həmin şəxsə da qaytarıldığı barədə dəlillərlə bağlı həmçinin qeyd edilməlidir, tərəflər arasında öhdəliyin üçüncü şəxsin xeyrinə icra edilməli olmasına dair hər hansı razılığın əldə edilməsi barədə məhkəməyə heç bir sübutu təqdim etməmişdir. 66.Beləliklə iddiaçının 94.000 manat məbləğində pulun qaytarıldığı müəyyən edildiyindən həmin məbləğ (manatın dollara məzənnəsi ilə) tələb edilən məbləğdən çıxılmalıdır. Beləliklə də cavabdeh qaytarılmamış məbləğ həddində iddiaçının hesabına əsassız olaraq varlanmışdır. Belə ki, yuxarıda göstərilən normaların mənasına görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 67.Məhkəmə kollegiyası, cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə qeyd edir ki, hazrıki işin hallarına görə iddia müddəti ötürülməmişdir. Belə ki, hazırda tərəflər arasında yaranmış münasibət qeyd olunduğu kimi borc münasibətləri olmamışdır, yəni cavabdeh əslində iddiaçının hesabına əsassız varlanmışdır. Belə olan halda əsassız varlanma ilə bağlı müddət əsas götürülməlidir. 68.Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaqhüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətini keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. 69.Göründüyü kimi əsassız varlanma münasibətlərində əsassız varlanma obyektini qaytarmaq üçün iki il müddət müəyyən edilmişdir. 70.Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 71.Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin özhüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 72.Hazırda isə iddiaçının ilkin və sonuncu istintaq orqanına müraciəti üzrə araşdırma müvafiq olaraq xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixdə yekunlaşdığından, o, hüquqlarının pozulmasını həmin tarixdə bilmişdir. Belə ki, hər iki araşdırma üzrə cinayət işininin rədd edilməsi qərara alınmış və bu barədə mülki icraat qaydasında məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bundan sonra isə iddiaçı xx.xx.2022-ci il tarixdə hazırki iddia ilə məhkəmə müraciət etmişdir. Belə olan halda iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. 73.Beləliklə məhkəmə kollegiyası işin faktiki hallarını müzakirə edərək hesab edir ki, birinci instansiyası məhkəməsi işə baxılan zaman müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə olan halda apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, Cavabdeh 192.706 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata məzənnəsi nəzərə alınmaqla) məbləğində pul İddiaçı xeyrinə tutulsun. 74.MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 75.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-203/2023 nömrəli, 09 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 192.706 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia digər hissədə rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova