Məhkəmə qərarları › İş №2(103)-3599/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3599/2021

23.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3599/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-430/2020 saylı, 18 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsini mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin əvvəlki vəziyyətinə qaytarılması, müavilələrin etibarsız hesab edilməsi və mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-430/2020 saylı, 18 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 həmin qətnamədən ayrıayrılıqda apellyasiya şikayətləri vermişlər. İşə apellyasiya qaydasında baxılarkən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilən rayon məhkəməsi iclas protokoluna qeydlər barədə ərizə daxil olmuşdur. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 cavabdeh tərəfindən verilmiş rayon məhkəməsi iclas protokoluna qeyd barədə ərizəyə baxılması üçün mülki işin baxışdan çıxarılaraq Nərimanov Rayon Məhkəməsinə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin fikirlərini dinləyib hesab edir ki, cavabdeh tərəfindən verilmiş rayon məhkəməsi iclas protokoluna qeyd barədə ərizəyə baxılması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 377-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işə apellyasiya instansiyası məhkəməsində baxılması ilə bağlı olan bütün məsələlər barəsində müraciətləri və vəsatətləri, işdə iştirak edən digər şəxslərin fikri dinlənildikdən sonra məhkəmə tərəfindən həll edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh2 tərəfindən rayon məhkəməsi iclas protokoluna qeydlər barədə ərizəyə baxılması üçün mülki iş apellyasiya baxışından çıxarılsın və Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar