Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3603/2024 15.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borcun ödənilməsinin gecikdirilməsinə görə faizin tutulması) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsinin gecikdirilməsinə görə faizin tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(009)-177/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3253/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarına əsasən Cavabdeh İddiaçı ilə birgə nikah dövründə aldığı 1.910.000 manat ümumi borcun 320.000 manat hissəsi İddiaçı aid edilmiş və həmin məbləğdə pulun İddiaçı alınaraq Cavabdeh verilməsi qərara alınmışdır.
2. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən cəmi 1,220.000 manat pul vəsaitinin ümumi birgə mülkiyyət kimi İddiaçı ilə Cavabdeh arasında bərabər payda bölünməsi, həmin pul vəsaitindən iddiaçının payına düşən 610.000 manat pulun Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir.
3. Cavabdeh xx.xx.2018-ci il tarixli ərizə ilə Bakı şəhəri Səbail rayon İcra şöbəsinə müraciət edərək, hər iki icra işinin bir icraatda birləşdirilməklə qarşılıqlı əvəzləşdirmə aparılmasını xahiş etmişdir. Bundan sonra qarşılıqlı razılığa əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3253/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə İddiaçı Cavabdeh verməli olduğu qalıq 278.000 manat borc, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə Cavabdeh İddiaçı oğluna verməli olduğu 610.000 manat borcun müvafiq məbləğdə olan hissəsi (yəni 278.000 manat) ilə əvəzləşdirilmiş və beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3253/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi tam icra olunmaqla, həmin icra sənədi üzrə İddiaçı Cavabdeh hər hansı məbləğdə borcu qalmamış, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi isə qismən icra olunmaqla, həmin icra sənədi üzrə Cavabdeh İddiaçı 332.000 manat məbləğdə borcu qalmışdır.
4. Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və borclu Cavabdeh “10” gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuşdur.
5. Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinin xx.xx.2019-ci il tarixli icraatın dayandırılması haqqında qərarına əsasən iş üzrə borclu Cavabdeh xx.xx.2019-cu il tarixli qiymətləndirmə rəyindən şikayət verdiyindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraat dayandırılmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6087/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi baxılan hissədə ləğv edilərək həmin hissədə iddia qismən təmin olunmuş, "xxxx" MMC-nin verdiyi xx.xx.2019-cu il tarixli qiymətləndirmə hesabatı Yasamal rayonu, K.Kazımzadə küçəsi, 115 saylı evin, 18 saylı mənzilinə münasibətdə ləğv edilərək, həmin mənzilin qiymətinin 81.500 manat müəyyən olunması, "xxxx" MMC-nin verdiyi xx.xx.2019-cu il tarixli qiymətləndirmə hesabatının Yasamal rayonu, K.Kazımzadə küçəsi, 115 saylı evin, 15 saylı mənzilinə münasibətdə ləğv edilərək həmin mənzilin qiymətinin 182.000 manat müəyyən olunması, "xxxx" MMC-nin verdiyi xx.xx.2019-cu il tarixli qiymətləndirmə hesabatının Yasamal rayonu, K.Kazımzadə küçəsi, ev №115-də yerləşən 15 kv.m qeyriyaşayış sahəsinə münasibətdə ləğv edilərək, həmin qeyri-yaşayış sahəsinin qiymətinin 15.000 manat müəyyən olunması, "xxxx" MMC-nin verdiyi xx.xx.2019-cu il tarixli qiymətləndirmə hesabatının Səbail rayonu, Cəfərov Qardaşları küçəsi, ev № 23-də yerləşən 673,4 kv.m qeyri-yaşayış sahəsinə münasibətdə ləğv edilərək həmin qeyriyaşayış sahəsinin qiymətinin 1.481.000 manat müəyyən olunması, "xxxx" MMC-nin verdiyi xx.xx.2019-cu il tarixli qiymətləndirmə hesabatının Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev № 99-da yerləşən 114 kv.m qeyri-yaşayış sahəsinə münasibətdə ləğv edilərək, həmin qeyri-yaşayış sahəsinin qiymətinin 45.600 manat müəyyən olunması, "xxxx" MMC-nin verdiyi xx.xx.2019-cu il tarixli qiymətləndirmə hesabatı Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən 2,0 ha torpaq sahəsinə münasibətdə ləğv edilərək, həmin torpaq sahəsinin qiymətinin 8.000 manat müəyyən olunması, iddianın qalan, yəni Yasamal rayonu, K.Kazımzadə küçəsi, ev №115-də yerləşən 30 kv.m qeyri-yaşayış sahəsinə münasibətdə qiymətləndirmə hesabatının ləğvi edilməsi barədə tələbə aid hissədə rədd edilməsi qət edilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6087/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6087/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-205/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı şəhəri Səbail Rayon İcra və Probasiya şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsinə dair borclu Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı Bakı şəhəri Səbail Rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır.
9. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-192/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən tələbkar İddiaçı tərəfindən verilmiş şikayət əsasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(009)-205/2022 saylı qərardadı ləğv edilərək, borclu Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı Bakı şəhəri Səbail Rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməmişdir.
10. Tələbkar İddiaçı tərəfindən Bakı şəhəri Səbail rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəyə əsasən tələbkar ona ödənilməli olan 332.000 manat pulun müxtəlif tarixlərdə icra şöbəsinin depozit hesabına ödənildiyini, həmin vəsaitin qoşmada göstərilən bank hesabına köçürülməsinə göstəriş verilməsini və qeyd olunmuş vəsaitin onun hesabına ödənildikdən sonra icra sənədi üzrə görülmüş icra tədbirlərinin ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
11. Bakı şəhəri Səbail rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli “İcraata xitam verilməsi haqqında” qərarına əsasən icra sənədi üzrə tələb icra edildiyindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə xitam verilmişdir.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-383/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı “267.630 manat məbləğində pulun tutulması” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2637/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi və xx.xx.2023-cü il tarixli, 2(102)-3985/2023 saylı qərarı ilə təmin edilməmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
13. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən onun xeyrinə Bakı Apellyasiya Məhkəməsinin 2(103) - 5062/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən ödəməli olduğu 332.000 manat məbləğində pul vəsaitinin ödənilməsinin icra icraatına başlanıldığı xx.xx.2018-ci il tarixdən icra icraatına xitam verildiyi xx.xx.2022-ci il tarixədək olan müddətdə (4 il 8 ay) gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün həmin məbləğə illik beş faiz hesablanmaqla 78.850 manat pulun və 327,49 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarından çıxış etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh 2(103)-5062/2017 saylı icra sənədi üzrə 332.000 manat qalıq borcun ödənilməsini icra icraatına başlanıldığı xx.xx.2018-ci il tarixdən icra icraatına xitam verildiyi xx.xx.2022-ci il tarixədək olan müddətdə hər hansı üzrlü səbəb olmadan müxtəlif əsassız bəhanələrlə gecikdirmiş, həmin borcun ödənişini könüllü icra üçün müəyyən edilmiş müddətdə icra etməmiş, eləcə də məcburi icra tədbirlərinin həyata keçirilməsinin qarşısını almaq məqsədilə müxtəlif məhkəmə mübahisələri açaraq, icra sənədi üzrə icranın həyata keçirilməsinə süni maneələr yaratmışdır. Odur ki, Cavabdeh onun xeyrinə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən ödəməli olduğu 332.000 manat məbləğində pul vəsaitinin ödənilməsinin icra icraatına başlanıldığı xx.xx.2018-ci il tarixdən icra icraatına xitam verildiyi xx.xx.2022-ci il tarixədək olan müddətdə gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün həmin məbləğə illik beş faiz hesablanmaqla 78.850 manat pul (332.000 manat x 5 % = 16.600 manat x 4 il 9 ay) tutulmalıdır.
15. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, o, iddia tələbi əsassızdır, bu tələbi əsassız varlanma kimi qiymətləndirir. Belə ki, xx.xx.2018-ci il tarixdə Səbail Rayon İcra və Probasiya şöbəsi tərəfindən başlanılmış icraat üzrə xx.xx.2018-ci il tarixdən başlayaraq o, İddiaçı bank hesabına aşağıdakı tarixlərdə və məbləğlərdə ödənişlər etmişdir: xx.xx.2018-ci il tarixdə 3.950 manat, xx.xx.2018-ci il tarixdə 400 manat, xx.xx.2018-ci il tarixdə 10.000 manat, xx.xx.2018-ci il tarixdə 3.650 manat, xx.xx.2018-ci il tarixdə 300 manat, xx.xx.2018-ci il tarixdə 3.250 manat, xx.xx.2018-ci il tarixdə 3.250 manat, xx.xx.2018-ci il tarixdə 3.000 manat, xx.xx.2018-ci il tarixdə 3.000 manat, xx.xx.2018-ci il tarixdə 750 manat, xx.xx.2018-ci il tarixdə 34.000 manat, xx.xx.2018-ci il tarixdə 7.000 manat, xx.xx.2018-ci il tarixdə 5.000 manat, xx.xx.2018-ci il tarixdə 20.000 manat, xx.xx.2018-ci il tarixdə 25.000 manat, xx.xx.2019-cu il tarixdə 10.000 manat, xx.xx.2019-cu il tarixdə 20.000 manat, xx.xx.2019-cu il tarixdə 10.000 manat, xx.xx.2019cu il tarixdə 20.000 manat, xx.xx.2019-cu il tarixdə 20.000 manat, xx.xx.2019-cu il tarixdə 20.000 manat, xx.xx.2019-cu il tarixdə 10.000 manat olmaqla, ümumilikdə 267.630 manat məbləğində ödəniş etmişdir. Əfsuslar olsun ki, borc əvəzi olunan ödənişlər Bakı Apellyasiya Mərahkəməsinin 8(103)-192/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təsdiqlənsə də əsassız olaraq borc ödənişi kimi qiymətləndirilməmişdir. Halbuki, İddiaçı uşaqların təhsili, səyahət və digər tələbatlarının ödənilməsi üçün ödənişləri heç vaxt İddiaçı bank hesabına etməmişdir. Sual yaranır, əgər bank hesabına etdiyi ödənişlər borcun əvəzi kimi qəbul edilmirdisə nə üçün icra məmuru onu icra sənədini icra etmədiyinə görə inzibati məsuliyyətə cəlb etməmişdir. Çünki o, borca görə iddiaçıya köçürmə yolu ilə ödənilən pullara dair qəbzləri icra məmuruna mütəmadi təqdim etmişdir. xx.xx.2018-ci il tarixdən başlayaraq borcu qısa müddətdə tam ödəmişdir. İddiaçının bank hesabına 282.630 manat pul köçürmüşdür. Eyni zamanda, bundan əlavə övladlarının 2017/2018 və 2018/2019-cu tədris illəri üçün təhsil haqqını tam ödəmişdir. İddiaçı bir valideyn kimi bu xərclərdə iştirak etməmişdir. Baxmayaraq ki, ailə qanunvericiliyinin tələbinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. İddiaçı ondan küllü miqdarda pulu alanda onun ona olan borcunu nə üçünsə tələb etmirdi, borcun ödənilməməsi ilə bağlı icra məmuruna şikayətlər etmirdi. Əgər ödədiyi pullar borc əvəzi deyildirsə o, nə səbəbə görə qəbzləri icra məmuruna göndərirdi, o da onları tələbkara verirdi. Axı borcuniddiaçının bankda olan hesabına ödənilməsi onun verdiyi hesaba köçürülməsi yolu ilə həyata keçirilirdi. Haqsızlıqlara məruz qalaraq, iddiaçıya 2018-ci ildə borcu tam ödədiyi halda, o, ikinci dəfə 2022-ci ildə iddiaçıya 332.000 manat ödəməyə məcbur olmuşdur. Belə ki, o, iş adamıdır, mütənasibliyin pozulması nəticəsində borcdan 10 dəfə artıq dəyəri olan əmlaklarının üzərinə qoyulan həbsin götürülməsi üçün məcbur qalmışdır ki, pulu ikinci dəfə ödəsin. Beləliklə, o, iddiaçıya olan borcunu vaxtında ödəmiş, heç vaxt ödəmədən yayınmamış, əksinə borcu iki dəfə ayrı-ayrı vaxtlarda tam ödəmişdir. O, isə ona münasibətdə borclu olduğu halda öhdəliyini məhz 2 ildən sonra onun borcu ilə əvəzləşdirərək ödəmişdir. Hazırkı tələblə iddiaçı onun hesabına yenidən əsassız varlanmaq qərarına gəlmişdir. İşin faktiki hallarına uyğun olaraq ona münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tətbiqi yolverilməzdir. Əvvəla, Mülki Məcəllənin 445.7-ci maddəsi imperativ deyil, dispozitiv maddi hüquq normasıdır. Digər tərəfdən, o, borcu ödəməkdən yayınmamışdır. Əksinə, iddiaçı ona münasibətdə öhdəliyi yerinə yetirməkdən yayınmışdır. İddiaçı ona olan 320.000 manat olan borcunu 2 (iki) ildən sonra ödəmişdir. Özü də borcun böyük hissəsi onun ona olan borcu ilə əvəzləşdirilmişdir, yəni iddiaçı ona pul ödəməmişdir. İddiaçının məntiqinə əsasən özü ona geçikdirilmiş vaxt üçün illik beş faiz ödəməli olacaqdır. İddiaçının hazırkı tələbi əsassız olmaqla yanaşı, həmçinin ədalətsizdir. Onun iddiaçıya qarşı pul tələbi ilə bağlı iş üzrə çıxarılan məhkəmə aktlarında onun ona yuxarıda qeyd etdyi kimi icra vərəqəsinə əsasən, icra məmuruna ödədiyi pulların qəbzlərini göndərməklə, ödədiyi pulları borcun ödənilməsi kimi deyil, qanunuz və əsassız olaraq bağışlama müqaviləsi mövcud olmadığı halda hədiyyə kimi qiymətləndirsə də, ona hədiyyə etməmişdir. Münasibətlərin pozulduğu halda, boşanmadan 10 il sonra hansı keçmiş ər arvada 267.630 manat hədiyyə edir, özü də borc məbləğinə uyğun? Bu nə reallığa nə də məntiqə uyğundur. Həmçinin, aralarında xx.xx.2005-ci il tarixdə bağlanmış nikah xx.xx.2012-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur.
16. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)- 177/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim X6).
17. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qanuni qüvvəyə minmiş qətnamənin icra olunmasına, icra tədbirlərinin vaxtında həyata keçirilməsinə borclu (cavabdeh) tərəfindən süni surətdə, qərəzli olaraq maneçilik törətməsi müəyyən edilməmişdir. Belə ki, cavabdeh icra dövründə üzərinə həbs qoyulmuş əmlakların qiymətlərini mübahisələndirmək hüququndan istifadə etmiş, bununla bağlı yekun məhkəmə qərarı qəbul edildikdən sonra onu icra etmişdir, başqa sözlə 2018- 2021-ci illərə münasibətdə cavabdehin qeyd edilən məhkəmə müdafiəsi hüququndan istifadə etməsi onun həmin icra ödənişlərinin icrasından qərəzli şəkildə yayınması kimi qiymətləndirilə bilməz. Məhkəmə etirazın “cavabdehin İddiaçı 2018-ci ildə ayrı-ayrı vaxtlarda borcu tam ödədiyi halda, ikinci dəfə 2022-ci ildə İddiaçı 332.000 manat ödəməyə məcbur olması ilə bağlı” dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, borclu məhz 2018- 2019-cu illər ərzində həyata keçirilən ödəmələrin nəzərə alınmalı olmasına istinad edərək, borcun yönəlməsi üçün üzərinə həbs qoyulmuş əmlakların tələbkar İddiaçı verilməsi və onun adına rəsmiləşdirilməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi barədə Bakı şəhəri Səbail Rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarı qanuni saymayaraq mübahisələndirmiş, nəticə etibarilə Bakı Apellyasiya Məhkəməsinin 8(103)-192/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə onun bu şikayəti təmin edilməmiş və məhkəmə belə nəticəyə gəlmişdir ki, həmin ödənişlər icra sənədinin icrası ilə bağlı olmamış, uşaqların ehtiyacları üçün xərclənmişdir. Odur ki, borclunun ödənişləri ayrı-ayrı vaxtlarda təkrarən aparması ilə bağlı dəlillər əsassızdır. Lakin, bununla yanaşı məhkəmə o halı da qeyd etmişdir ki, cavabdeh 2018-2019-cu illər ərzində həyata keçirdiyi ödəmələrə dair qəbzləri icra işinə həmin ödənişlərin məhz Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə 332.000 manat məbləğində borcundan çıxılması məqsədilə əlavə etmiş, elə buna görə də daha sonra borcun ona məxsus əmlaklara yönəldilməsinə əsas olmamasına istinad edərək, Bakı şəhəri Səbail Rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarı mübahisələndirmişdir. Başqa sözlə, borclu apardığı ödənişlərlə bağlı qəbzləri icra şöbəsinə təqdim etməklə ödənişləri həyata keçirməsinin nəzərə alınacağını düşündüyündən icra məmurunun qərarını mübahisələndirmiş, lakin müsbət nəticə əldə edə bilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-192/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə onun bu şikayətinin təmin edilməməsinə dair qərar qəbul edildikdən sonra icra hərəkətləri davam etdirilmiş və az müddət sonra borcla bağlı bütün ödənişləri həyata keçirmiş, tələbkarın xx.xx.2022-ci il tarixli ərizəsi əsasında xx.xx.2022-ci il tarixdə icra sənədi üzrə icraata xitam verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixdən icra icraatına xitam verildiyi xx.xx.2022-ci il tarixədək olan müddətdə cavabdeh icra hərəkətləri ilə bağlı məhkəmə müdafiəsi hüququndan istifadə etmişdir ki, bu hərəkətlər onun hüququ olmaqla, məhkəmə qətnaməsinin icrasının gecikdirilməsinə və ya ona maneə yaradılmasına yönələn hərəkətlər kimi qiymətləndirilə bilməz. Belə olan halda məhkəmə hesab etmişdir ki, hazırki mübahisəyə MM-in 445.7-ci maddəsinin istər münasibətlər yarandığı zamana görə qüvvədə olan redaksiyasında, istərsə də iddiaçı tərəfin iddia ərizəsində istinad etdiyi yeni redaksiyasında nəzərdə tutulmuş hüquqi əsaslar müəyyən olunmamışdır.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 119.1-ci, 217.4-cü maddələrinə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
19. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, borclu mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri kimi öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirməmiş, müvafiq icra sənədi üzrə öhdəliyinin icrasına maneçilik törədə biləcək və ya onun icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinmək əvəzinə, öz hüquqlarını həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməmiş, öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq, uğursuz olacağını əvvəlcədən bilə-bilə gah əmlak üzərinə həbs qoyulması barədə məhkəmə qərardadlarını, gah da həmin əmlakların qiymətləndirilməsinə dair hesabatları mübahisələndirməklə, bu hüquqlarını məhz tələbkara ziyan vurmaq niyyəti ilə həyata keçirərək “məhkəmə müdafiəsi” hüququndan sui-istifadə etmiş, bununla da tələb üzrə tutmanın ona məxsus əmlaklara yönəldilməsi tədbirlərinin vaxtında icrasına süni maneələr yaratmışdır. Amma bütün bunlara baxmayaraq, işə baxan məhkəmə yenə də əsassız olaraq cavabdehin 2018-2019cu illər ərzində həyata keçirdiyi ödənişlərin icra sənədi üzrə borcun ödənişi kimi nəzərə alınacağını düşünməsi kimi qiymətləndirmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
e) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, onun və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdilər.
23. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun izahat vermiş, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər; 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir; 529.4-cü maddəsinə əsasən borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3-cü və 560.3.4-cü maddələrinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
28. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
29. Apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi xahiş edildiyindən, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
31. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, hazırki mübahisənin əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3253/2016 nömrəli, xx.xx.2016-cı il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqələri üzrə yaranmış borclar durur. Belə ki, birinci icra vərəqəsi üzrə İddiaçı (bundan sonra iddiaçı) 320.000 manat məbləğində pul Cavabdeh (bundan sonra cavabdeh) xeyrinə tutulmalıdır. Həmin icra sənədi üzrə xx.xx.2016-cı il tarixdə icra icraatına başlanılmış, məcburi icra tədbirləri nəticəsində iddiaçının mülkiyyətində olan “Toyota Prado” markalı, 99-ME259 dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracda satılaraq borcun 42.000 manatı ödənilmiş və 278.000 manat borc qalmışdır. İkinci icra vərəqəsi üzrə cavabdehdən 610.000 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Həmin icra sənədi üzrə xx.xx.2018-ci il tarixdə icra icraatına başlanılmışdır. Bundan sonra cavabdeh hər iki icra işinin bir icraatda birləşdirilməsi və borc məbləğlərinin əvəzləşdirilməsi barədə ərizə ilə İcra şöbəsinə müraciət etmiş və nəticədə birinci iş üzrə borc məbləği bağlanmış, ikinci icra iş üzrə isə 332.000 manat məbləğində borc məbləği qalmışdır.
32. Həmin borc məbləği cavabdeh tərəfindən ödənilmədiyindən məcburi icra tədbirləri başlanılmış və cavabdehin mülkiyyətində olan bir sıra əmlaklar üzərinə həbs qoyularaq, həmin əmlakların qiymətləndirilməsi üçün "xxxx" MMC-yə sifariş verilmişdir. Cavabdeh həmin qiymətləndirmə hesabatından narazı olduğundan bu hesabatı məhkəmə qaydasında mübahisələndirmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6087/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onun iddiası qismən təmin olunaraq, ünvan 2 ünvanında yerləşən 15 saylı mənzilin qiyməti 182.000 manat, həmin ünvanda yerləşən 18 saylı mənzilin qiyməti 81.500 manat, həmin ünvanda yerləşən 15 kv.m qeyri-yaşayış sahəsinin qiyməti 15.000 manat, ünvan 3 ünvanında yerləşən 673,4 kv.m qeyri-yaşayış sahəsinin qiyməti 1.481.000 manat, ünvan 4 ünvanında yerləşən 114 kv.m qeyri-yaşayış sahəsinin qiyməti 45.600 manat, Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən 2,0 ha torpaq sahəsinin qiyməti 8.000 manat müəyyən edilmiş, iddia qalan, yəni ünvan 2 ünvanında yerləşən 30 kv.m qeyri-yaşayış sahəsinin qiymətləndirmə hesabatının ləğvi tələbi hissəsində rədd olunmuşdur. Qətnamədən kassasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəyə minməklə icraya yönəldilmişdir.
33. Bakı şəhəri Səbail rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçıya məxsus olan bir sıra əmlaklar qiymətləndirilmiş və mövcud 332.000 manat borc məbləğinin hissəsi olan 324.100 manat müqabilində iddiaçıya təklif olunmuş və sonuncu xx.xx.2022-ci il tarixli ərizə ilə təklifdə qeyd olunan əmlakları qəbul etdiyini bildirmişdir. İcra məmuru tərəfindən də Bakı şəhəri Səbail rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı cavabdehə məxsus ünvan 2 ünvanında yerləşən 15 və 18 saylı mənzillərin, həmin ünvanda yerləşən 15 kv.m qeyri-yaşayış sahəsinin və ünvan 4 ünvanında yerləşən 114 kv.m qeyri-yaşayış sahəsinin borcun qismən ödənilməsi hesabına iddiaçıya verilməsinin və onun adına rəsmiləşdrilməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi qərara alınmışdır. Lakin cavabdeh Bakı şəhəri Səbail rayon İcra şöbəsinin qeyd edilən qərarı ilə razılaşmayaraq və 282.630 manat pul vəsaitinin ödənilməsinə baxmayaraq icra məmuru tərəfindən borcun ona məxsus mənzillərə və qeyri-yaşayış sahəsinə yönəltməsini qanunsuz hesab edərək, həmin qərarı məhkəmə qaydasında mübahisələndirmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(009)-205/2022 saylı qərardadı ilə onun şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Lakin həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin 8(103)-192/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilərək, cavabdehin şikayəti təmin edilməmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinin icrası cavabdeh tərəfindən təmin edilərək, borc məbləği ödənilmiş və iddiaçının bu barədə ərizəsi də əsas götürülməklə xx.xx.2022-ci il tarixdə icra iş üzrə icraata xitam verilmişdir.
34. Hazırda iddiaçı icra işi üzrə icraatın xx.xx.2018-ci il tarixdə başlanmasına baxmayaraq, cavabdeh tərəfindən icra sənədinin icrası gecikdirildiyindən icra işi üzrə icraata yalnız xx.xx.2022-ci il tarixdə xitam verildiyini bildirir və borcun ödənilməsinin gecikdirildiyi 4 il 8 ay müddət üçün gecikdirilmiş məbləğə illik beş faizin cavabdeh tərəfindən ödənilməsini tələb edir. Cavabdeh isə icra işi ilə bağlı müxtəlif dövrlərdə ödənişlər etdiyini, bu ödənişləri təsdiq edən sənədlərin icra məmuruna verildiyini, lakin buna baxmayaraq icra məmuru tərəfindən tələbin onun mülkiyyətində olan əmlakalara yönəldildiyini, bu səbəbdən aralarında məhkəmə mübahisələrinin yarandığını bidirərək, iddianı əsassız hesab edir və rədd edilməsini xahiş edir.
35. İşin hallarından göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5062/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə xx.xx.2018-ci il tarixdə icraata başlama haqqında qərar verilsə də, bundan sonra icra məmuru tərəfindən bir sıra məcburi icra tədbirləri həyata keçirilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(009)-473/2018 saylı qərardadı ilə borclu Cavabdeh məxsus bir sıra daşınar və daşınmaz əmlakların üzərinə həbs qoyulmuş, əmlakların qiymətləndirilməsi üçün xx.xx.2018-ci il tarixdə "xxxx" MMC-yə, hərracın keçirilməsi ilə bağlı xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-yə sifariş məktubları göndərilmişdir. Qeyd edilən qərardaddan borclu Cavabdeh verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsinin 8(103)-487/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. İcra sənədi üzrə borclu Cavabdeh tərəfindən qiymətləndirmə rəyi mübahisələndirildiyindən onun müraciəti əsasında xx.xx.2019-cu il tarixli qərar əsasında icra sənədi üzrə icraat dayandırılmış və hərrac təşkilatına müvafiq məktub ünvanlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6087/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraat təzələnmişdir.
36. Bununla belə, ilk növbədə qeyd edilməlidir ki, xx.xx.2017-ci il tarixli icra vərəqəsi xx.xx.2018-ci il tarixdə verilmiş və onun əsasında xx.xx.2018-ci il tarixdə icra icraatına başlamaq haqqında qərar qəbul edilmiş, lakin nəticə etibarı ilə həmin icra sənədi 2022-ci ilin dekabr ayında icra edilmişdir. İcra sənədinin 4 ildən artıq müddət ərzində icra edilməməsi cavabdeh tərəfindən icra məmurunun hərəkətlərinin, o cümlədən qərarların mübahisələndirilməsi ilə bağlı olmuşdur. Belə ki, cavabdeh həmin icra sənədi üzrə müəyyən edilmiş məbləğin onun tərəfindən ödənildiyini iddia etmiş və məhz bu səbəbdən borcun ödənilməsinin təmin edilməsi üçün mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması, qiymətləndirilməsi (hərraca çıxarılması məqsədi ilə), habelə borcluya təklif edilməsi ilə razlaşmamış və əmlakın üzərinə həbs qoyulması barədə məhkəmənin qərardadını, əmlakların qiymətləndirilməsi barədə hesabatları, habelə icra məmurunun qərarını mübahisələndirmişdir. Nəzərə alınmalıdır ki, icra sənədinin icrası dövrünə aid olan xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək müddət ərzində cavabdeh tərəfindən həqiqətən də 267.630 manat (cavabdehin izahatına əsasən 282.630 manat) məbləğində pul vəsaiti ödənilmişdir.
37. Nəzərə alınmalıdır ki, həmin mübahisələr çərçivəsində cavabdehin mövqeyi heç də həmişə əsassız və ya birmənalı şəkildə əsassız olmamışdır. Belə ki, icra məmurunun təqdimatı əsasında mülkiyyətində olan əmlakların üzərinə həbs qoyulması barədə qərardaddan onun tərəfindən verlmiş şikayət apellyasiya instansiya məhkəməsi tərəfindən təmin edilməsə də, həmin əmlakların qiymətləndirilməsi barədə hesabatların mübahisələndirildiyi digər işdə onun apellyasiya şikayəti qismən təmin edilmiş və bir əmlak istisna olmaqla digər 6 əmlakla bağlı "xxxx" MMC-nin hesabatları ləğv edilmiş və əmlaklara daha yüksək qiymətlər müəyyən edilmişdir. Bu barədə qətnaməni tərəflər, o cümlədən iddiaçı mübahisələndirməmişdir. Bundan başqa cavabdeh tələbin onun mülkiyyətində olan 4 əmlaka yönəldilməsi barədə icra məmurunun qərarı ilə də razılaşmayaraq, onu mübahisələndirmiş və birinci instansiya məhkəməsi onun şikayətini əsaslı hesab edərək, təmin etmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsi 8(103)-192/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin bu barədə qərardadını ləğv edərək, cavabdehin şikayətini təmin etməmişdir. Daha sonra cavabdeh icra sənədinin icrası qaydasında ödədiyini iddia etdiyi 267.630 manat məbləğində pulun iddiaçıdan tutulması barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində iddia qaldırmış və bu halı əsas götürüb, xx.xx.2022-ci il tarixli şikayətlə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, icra icraatının dayandırılmasını xahiş etmiş, lakin onun şikayəti Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. Cavabdeh bu qərardaddan şikayət verməmiş və 2022-ci ilin dekabr ayının əvvəlində icra sənədi üzrə müəyyən edilmiş borcu tam ödəmişdir.
38. Bununla belə, cavabdeh şikayətçi və iddiaçı olaraq iştirak etdiyi məhkəmə mübahisələri üzrə öz mövqeyində konkret əsasa söykənmiş və mövqeyini sübut etmək üçün məhkəmə müdafiəsi hüququndan istifadə etmişdir. Əks yanaşma birmənalı şəkildə şəxsin konstitusion hüququnun məhdudlşadırılması mənasını daşımış olur ki, bu da yolverilməzdir. Bu səbəbdən onun bu hərəkətləri qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasından yayınmaq, o cümlədən müəyyən edilmiş məbləğin ödənilməsini gecikdirmək kimi qiymətləndirilə bilməz. Hüquqi nəticə etibarı ilə icra sənədi üzrə müəyyən edilmiş məbləğin ödənilməsi 4 ildən artıq müddət ərzində gecikdirilməmiş, həmin müddət ərzində obyektiv səbəblərdən ödənilməmişdir. Artıq müəyyən edildiyi kimi, cavabdehin istinad etdiyi məbləğ uydurma məbləğ deyil, real olaraq 2018-2019-cu illər ərzində ödənilmiş məbləğdir və bu məbləğin icra sənədinin icrası qaydasında ödənilmiş məbləğ olmadığı məhkəmə qaydasında öz təsdiqini tapdıqdan sonra cavabdeh icra sənədini icra etmişdir.
39. Məhkəmə kollegiyası o halı da vurğulayır ki, tərəflər arasında daha əvvəl baş tutmuş digər bir məhkəmə mübahisəsinin nəticəsi olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən verilmiş 2(102)-3253/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən iddiaçıdan cavabdehin xeyrinə 320.000 manat məbləğində pul tutulmalı idi. Hazırki iş üzrə istinad edilən xx.xx.2017-ci il tarixli icra sənədi 1 ildən artıq müddət keçdikdən sonra verilmiş və onun əsasında icra icraatına başlanmışdır. xx.xx.2018-ci il tarixdə isə cavabdeh ərizə ilə İcra şöbəsinə müraciət edərək, iddiaçının borcunun icra sənədləri üzrə əvəzləşdirildiyini, onun borcunun qalmadığını bildirmiş və həmin icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Lakin iddiaçının icranı gecikdirməsinə baxmayaraq, cavabdeh həmin qətnamənin məcburi qaydada icra edilməsini, habelə sonradan gecikdirilmiş vaxt üçün illik 5 faizin ödənilməsini tələb etməmişdir. Cavabdehin iddiaçı qarşısında öhdəliyin yaranmasını əks etdirən xx.xx.2017-ci il tarixli icra sənədi icraatda olan dövrdə, yəni 2018-2019-cu illər ərzində cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 267.630 manat məbləğində pul vəsaiti ödənilmişdir.
40. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-192/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən cavabdeh aparılmış ödənişlər barədə “whatsapp” proqram tədbiqi vasitəsi ilə uşaqlarına mesajlar göndərmiş, bəzi mesajlarda isə hətta ödənişlərin konkret təyinatlarını belə qeyd etmişdir. Həmin mesajlara əsasən bu pullar kirayə haqqının, xadimə və bağın mühafizəçisinin əmək haqqının, uşaqların müəllimlərinin pulunun ödənilməsi, habelə digər xərclərin, o cümlədən uşaqların və iddiaçının səyahət (Barselona, Bilbao, London, Paris), Bakı və Şamaxı şəhərində istirahət xərclərinin qarşılanması məqsədi ilə göndərilmişdir.
41. Nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış nikah 2012-ci il tarixdə məhkəmə qaydasında pozulmuş və uşaqlar iddiaçının yanında saxlanılmışdır. Bu ödənişlərin hər hansı hissəsi aliment öhdəliyinin icrası məqsədi ilə edilməmişdir. Həmin vaxt tərəflərin hər birinin digəri qarşısında icra sənədindən irəli gələn pul öhdəliyi mövcud olmuşdur (yəni tərəflər mübahisəli münasibətlərdə idi)i. Bu ödənişlərdən uşaqlarla yanaşı iddiaçı özü də bilavasitə faydalanmış, habelə onların hesabına bir sıra ödənişlərin aparılması (məsələn, xadimə, müəllimlər, bağın mühafizəçisi) yükündən azad edilmişdir. Hər bir halda, cavabdehin bu ödənişləri aparmaq öhdəliyi müəyyən edilməmiş və ən azı müəllimlərin, xadimənin, bağın mühafizəçisinin pulu cavabdeh tərəfindən ödənilmədiyi təqdirdə, onların ödənilməsi iddiaçı tərəfindən təmin edilməli idi. Bu məbləğin təkcə (17.350+14.480+34.000 + sair xərclər) 65.000 manatdan artıq hissəsi iddiaçının da iştirak edəcəyi səyayətin reallaşdırılması üçün verilmişdir. Mövcud vəziyyətdə (artıq qanuni qüvvəsini almış məhkəmə aktı olduğundan) bu məbləğ cavabdeh tərəfindən onun iddiaçı qarşısında 332.000 manat öhdəliyinin olmasına baxmayaraq, ödənilmişdir. Bütün məbləğlər cavabdeh tərəfindən bilavasitə iddiaçının hesabına köçürülmüş, iddiaçı da onları qəbul etmişdir. Nəticə etibarı ilə iddiaçının 4 il 9 ay üçün tələb etdiyi məbləğ (78.850 manat) cavabdehin bir il ərzində hər hansı əsas və öhdəlik olmadan iddiaçının hesabına göndərdiyi pul vəsaitinin (267.630 manat) 1/3 hissəsindən də az məbləğdir və bu baxımdan mesajlarda göstərilən xərclərin yalnız 1/3 hissəsinin qarşılanması üçün yetərlidir, Bilbao və Barselona şəhərlərinə səyahəti isə yalnız xəyallarda mümkün edir. Sadə dildə deyilsə həmin məbləğin cavabdeh tərəfindən ödənilməməsi qeyd edilən müddət ərzində iddiaçının vərdiş etdiyi həyat şəraitinə əhəmiyyətli dərəcədə mənfi təsir etmiş olardı.
42. Hər bir halda, həmin vaxt iddiaçı hazırki mövqedən çıxış edəcəyini göstərməmiş, hətta bu barədə hər hansı fikir söyləməmişdir. Cavabdeh də iddiaçının belə bir davranış sərgiləyəcəyini nəinki bilməzdi, hətta gözləməzdi. Əks halda, şübhəsiz ki, bu məbləğləri iddiaçıya göndərməzdi. Hüquqi nəticə etibarı ilə mövcud vəziyyətdə (39-41-ci bəndlər) iddiaçı hazırki iddianı qaldırmaqla cavabdehin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququnu həyata keçirmişdir ki, bu da onun hüquqdan suiistifadə etməsi kimi qiymətləndirilməlidir. Qeyd edilənlər öz növbəsində iddianın rədd edilməsini şərtləndirir.
43. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Səbail rayon İcra şöbəsinə ünvanladığı ərizədə ona cavabdeh tərəfindən ödənilməli olan 332.000 manat vəsaitin köçürülməsinə göstəriş verilməsini və həmin vəsait onun hesabına ödənildikdən sonra icra sənədi üzrə görülmüş məcburi icra tədbirlərinin ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Lakin nə həmin ərizədə, nə də ki, iş üzrə icraata xx.xx.2022-ci il tarixdə xitam verilərkən cavabdehdən gecikdirməyə görə faizlərin ödənilməsini tələb etməmişdir. Həmin iş üzrə icraata da icra sənədi üzrə müəyyən edilmiş borcun ödənilməsi (öhdəliyə icra) nəticəsində xitam verilmişdir. Bu halın mövcudluğu ümumiyyətlə iddiaçının hazırda hər hansı dərəcə ilə faiz tələb etmək hüququnu istisna edir.
44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassızdır və bu səbəbdən təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-177/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-177/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.