Məhkəmə qərarları › İş №2(103)-3604/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3604/2023

11.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3604/2023 11.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (“Azərbaycan Beynəlxalq Bankı” ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs cəlb olunmaqla) mülki iş üzrə (Açar sözlər: müqavilənin ləğvi, mənzilin boşaldılması, təhvil verilməsi və kompensasiya ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi-vəkili Vəkil, üçüncü şəxs “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (“Azərbaycan Beynəlxalq Bankı” ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “müqavilənin ləğvi, mənzilin boşaldılması və s.” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, e-2(008)-2878/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 24 may 2016-cı il tarixli “Birgə fəaliyyət haqqında” müqavilə ilə İddiaçı MTK və “Azərbaycan Beynəlxalq Bankı” ASC MTK-nın inşa etdiyi binada mənzillərin daxili ipoteka krediti əsasında satışı üçün alıcılara bank tərəfindən kreditin ayırması barədə razılığa gəlmişlər.

2. 12 iyul 2016-cı il tarixli, 293 saylı Mənzilin alqı-satqı müqaviləsi ilə İddiaçı MTK ünvan 1 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 5-girişli, 12 mərtəbəli yaşayış binasının 1-ci girişi, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 116,79 kvadrat metrdən ibarət 3 otaqlı 37 nömrəli mənzili alıcı Cavabdeh təhvil verməyi, alıcı isə bunun qarşılığında icraçıya razılaşdırılmış pul vəsaiti ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1 və 3.2-ci bəndləri ilə müqavilənin qiyməti 14.148 manat müəyyən olunmuş, həmin məbləğin 14.015 manat hissəsi alıcının vəsaiti hesabına, qalan 126.133 manatın isə “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə bağlanmış kredit müqaviləsi əsasında ödənilməlidir. 12 iyul 2016-cı il tarixli, 125-xx-xx-2016-RA-XA nömrəli Təminatlı kredit müqaviləsinə əsasən “Azərbaycan Beynəlxalq Bankı” ASC Cavabdeh, sonuncunun İddiaçı MTK ilə aralarında imzalanmış 12 iyul 2016-cı il tarixli, 293 nömrəli müqavilənin predmeti olan mənzilin alınması üçün illik 10% olmaqla 240 ay müddətinə qaytarılmaq şərtilə 126.133 manat məbləğində kredit vermişdir.

3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh və X3 müştərək qaydada 121474,60 manat əsas borc, 29353,31 manat faiz borc olmaqla, cəmi 150827,91 manat kredit borcunun, 30 manat dövlət rüsumunun və 0,40 qəpik xidmət haqqının tutularaq iddiaçı “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 dekabr 2021-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 11 may 2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı (“Azərbaycan Beynəlxalq Bankı” ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “müqavilənin ləğvi, mənzilin boşaldılaraq geri qaytarılması və kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-ci il tarixli, 293 nömrəli müqavilənin ləğv edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanında inşa edilmiş 37 nömrəli mənzilin Cavabdeh qanunsuz sahibliyindən geri alınması, mənzildə yaşayan şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılması və "xxxx" MTK-ya təhvil verilməsi, xx.xx.2022-ci il tarixdən mənzil boşaldılanadək hər ay hesablanmaqla 500 (beş) yüz manat məbləğində kompensasiyanın və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulararaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MTK ilə Cavabdeh arasında bağlanan xx.xx.2016-cı il tarixli, 293 nömrəli Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev 152 ünvanında inşa edilmiş çox mənzilli yaşayış binasında fərdi mənzilin alqısatqı müqaviləsinə əsasən, "xxxx" MTK həmin ünvanda inşa edilmiş 5 girişli, 12 mərtəbəli yaşayış binasının 1-ci girişi, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 116.79 kv.m ibarət 3 otaqlı, 37 nömrəli mənzili alıcıya təhvil verməyi, alıcı isə bunun qarşılığında MTK-ya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.4.1ci bəndinə əsasən, alıcı mənzilin təmir-quraşdırma işlərinə "Azərbaycan Beynəlxalq Bankı" ASC ilə bağlanılmış kredit müqaviləsinə əsasən həmin tarixə borcu olmadıqda və alıcı bu müqaviləyə görə digər pul öhdəliklərini tam ödədikdən sonra başlamalıdır. Həmin müqavilənin 3.1-ci və 3.2- ci bəndlərinə əsasən, müqavilənin cəmi qiyməti 140 148 manat müəyyən edilmiş və 14 015 manat alıcının şəxsi vəsaiti hesabına, qalan 126 133 manat isə "Azərbaycan Beynəlxalq Bankı" ASC ilə bağlanılmış kredit müqaviləsi əsasında 5 iş günü ərzində ödənilir. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən, Alıcı "Azərbaycan Beynəlxalq Bankı" ASC qarşısında öhdəliklərini tam icra edənə qədər MTK "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin lehinə müvafiq məhdudlaşdırma tədbirlərini həyata keçirə bilər. Alıcı bu məhdudlaşdırma ilə bağlı heç bir formada etiraz (pretenziya) irəli sürə bilməz. Həmin müqavilənin 5.6-cı bəndində əsasən, Alıcı tərəfindən Alıcı və "Azərbaycan Beynəlxalq Bankı" ASC arasında bağlanmış kredit müqaviləsi ilə nəzərdə tutulan ödəniş cədvəli üzrə ödənişlər 90 gün müddətində aparılmadıqda, yaranmış borc tələblərinin ödənilməsi üçün Alıcı və MTK arasında imzalanmış müqavilənin predmeti olan mənzil üzrə bütün hüquqlar "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə keçir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, müqavilənin şərtlərinin pozulması və ya lazımınca icra olunmaması nəticəsində tərəflər bir-birinə vurduqları zərərə (dəymiş ziyanın əvəzi və ziyan dəymiş tərəfin əldən çıxmış gəlirlərinin əvəzinə) görə mülki hüquqi məsuliyyət daşıyırlar. Həmin müqavilənin 10.1-ci bəndinə əsasən, alıcı tərəfindən hər hansı bir səbəbə görə müqavilə şərtləri (bir və ya bir neçə maddənin tələbləri tam və ya qismən) pozularsa MTK-nın müqaviləni birtərəfli qaydada ləğv etmək və həmin mənzilə dair üçüncü şəxslərlə yeni şərtlərlə müqavilə bağlamaq hüququ var. Alıcı bununla əlaqədar MTK-ya qarşı heç bir pretenziya (tələb) irəli sürə bilməz. Həmin müqavilənin 10.2-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi halında alıcı tərəfindən MTK-ya ödənilmiş vəsait müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr və MTK-ya dəymiş ziyan (o cümlədən mənzillə əlaqədar "Azərbaycan Beynəlxalq Bankı" ASC ilə bağlanmış kredit müqaviləsi ilə əlaqədar MTK-nın birbaşa və ya dolayı bütün məsrəfləri və "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin tələbləri) çıxıldıqdan sonra həmin mənzilə dair üçüncü şəxslərdən müqavilə üzrə ödənişin qəbulundan sonrakı 7 (yeddi) iş günü ərzində alıcıya qaytarılacaq. "Azərbaycan Beynəlxalq Bankı" ASC ilə Cavabdeh arasında bağlanan xx.xx.2016-cı il tarixli, 125-xx-xx-2016-RA-XA nömrəli daxili ipoteka üçün təminatlı kredit müqaviləsinə əsasən Borc verən Borcalan ilə "xxxx" MTK arasında imzalanmış xx.xx.2016-cı il tarixli, 293 nömrəli müqavilənin predmeti olan mənzilin alınması üçün Borcalana illik 10 % olmaqla 240 ay müddətinə qaytarılmaq şərtilə 126133 manat məbləğində kredit vermişdir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən, kredit müqaviləsi üzrə təminat kimi çıxış edən xx.xx.2016-cı il tarixli, 293 nömrəli "xxxx" MTK və Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində tikilməkdə olan bina 152, blok 1, mərtəbə 8, ümumi sahəsi 116,79 kv.m ibarət 3 otaqlı 37 nömrəli mənzil üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış alındıqdan sonra qeyd olunan əmlak ipoteka ilə rəsmiləşdirilməlidir. Həmin müqavilənin 15.8-ci bəndinə əsasən, Borcalan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda, yaranmış borc tələblərinin ödənilməsi üçün xx.xx.2016-cı il tarixli, 293 nömrəli "xxxx" MTK və Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində tikilməkdə olan bina 152, blok 1, mərtəbə 8, ümumi sahəsi 116,79 kv.m ibarət 3 otaqlı 37 nömrəli mənzil üzrə bütün hüquqlar Borc verənə keçir. Cavabdeh həm "xxxx" MTK ilə bağladığı xx.xx.2016-cı il tarixli, 293 nömrəli alqı-satqı müqaviləsinin tələblərini, həm də "Azərbaycan Beynəlxalq Bankı" ASC ilə bağladığı xx.xx.2016-cı il tarixli, 125-xxxx-2016- RA-XA nömrəli kredit müqaviləsinin tələblərini və üzərinə götürdüyü öhdəlikləri kobud surətdə pozmuşdur. Belə ki Cavabdeh "xxxx" MTK-dan aldığı S.Qocayev 152 saylı küçəsində inşa edilmiş 5 girişli, 12 mərtəbəli yaşayış binasınin 1-ci girişi, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 116.79 kv.m ibarət 3 otaqlı, 37 nömrəli mənzilə dair verilmiş kredit üzrə "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə borcu olduğu və uzun müddətdir heç bir ödəniş etmədiyi halda qeyd edilən mənzildə heç kimdən razılıq almadan və xx.xx.2016-cı il tarixli, 293 nömrəli alqı-satqı müqaviləsinin 2.4.1-ci bəndinin tələblərini pozaraq təmir-quraşdırma işləri aparmış və həmin işləri yekunlaşdırdıqdan sonra uzun müddətdən bəri hal-hazıradək mənzildə yaşayır. Bundan əlavə, Cavabdeh verilən kredit yuxarıda qeyd edilən mənzilin əldə edilməsi üçün verilmişdir və kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərdən biri də həmin mənzili "Azərbaycan Beynəlxalq Bankı" ASC-də ipoteka ilə yüklü etmək olmasına baxmayaraq, Cavabdeh həmin öhdəliklərin icrasından da yayınmışdır. Cavabdeh xx.xx.2016-cı il tarixli, 125-xx-xx-2016-RA-XA nömrəli daxili ipoteka üçün təminatlı kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyinə görə "Azərbaycan Beynəlxalq Bankı" ASC Cavabdeh və zamin X6 qarşı "borc" tələbi barədə iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, həmin kredit və zaminlik müqavilələrinə əsasən Cavabdeh və X3 müştərək qaydada 121474,60 manat əsas borc, 29353.31 manat faiz borcu olmaqla, cəmi 150827.91 manat kredit borcu və 30 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı tutularaq iddiaçı "Azərbaycan Beynəlxalq Bankı" ASCnin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)- 3876/2021 saylı qətnaməsi ilə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin iddia tələbi təmin edilmiş və yuxarıda qeyd edilən məbləğin Cavabdeh və X3 müştərək qaydada "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən verilən şikayətlərə Bakı Apellyasiya Məhkəməsində xx.xx.2021-ci il tarixdə baxılaraq 2(103)-11080/2021 saylı qətnamə ilə şikayətlər təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-11080/2021 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilən kassasiya şikayətinə Ali Məhkəmədə xx.xx.2022-ci il tarixdə baxılaraq 2(102)- 2436/2022 kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. "xxxx" MTK ilə "Azərbaycan Beynəlxalq Bankı" ASC arasında bağlanan xx.xx.2016-cı il tarixli "Birgə fəaliyyət haqqında" müqavilənin 6.5-ci bəndinə əsasən, Bank ilə Sifarişçi Borcalan arasında bağlanacaq kredit müqaviləsi üzrə verilən kreditin və ona hesablanacaq faizlərin, cərimə faizlərinin və dəbbə pulunun qaytarılmasının təminatı kimi MTK zaminlik müqaviləsi bitənədək Sifarişçi-Borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə Bank qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu əmlakı (daşınar və daşınmaz, bankdakı vəsaitləri, qiymətli kağızları və s.) hesabına ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən, MTK özünün və Bankın lehinə mənzil və ya qeyri-yaşayış sahəsi barəsində Bank qarşısında öhdəliklər tam icra olunanadək müvafiq məhdudlaşdırma tədbirlərini həyata keçirə bilər. Sifarişçi-Borcalan bu məhdudlaşdırma ilə bağlı heç bir formada etiraz (pretenziya) irəli sürə bilməz. Həmin müqavilənin 6.7-ci bəndinə əsasən, Sifarişçi-Borcalana verilmiş kredit üzrə ödənişlər Sifarişçi-Borcalana təqdim edilmiş ödəniş cədvəlinə müvafiq olaraq 61 gündən 90 günədək gecikdirildikdə, MTK zaminlik müqaviləsi bitənədək tam olaraq bütün borcu və hesablanmış faizləri Bankdan şifahi və yaxud yazılı formada (yəni məktub, elektron poçt, sms və digər bu kimi vasitələr) aldığı zamandan 5 gün müddətindən gec olmayaraq tam ödənilməsini və ya Bankın qabaqcadan yazılı razılığı və Bank tərəfindən məqbul hesab edilən kredit şərtləri əsasında, müvafiq komisyon haqqı tutulmaqla Sifarişçi-Borcalan və MTK arasında imzalanmış müqavilə üzrə hüquq və vəzifələrin üçüncü şəxslərə ötürülməsini öhdəsinə götürür. Həmin müqavilənin 6.14-cü bəndinə əsasən, Sifarişçi- Borcalan və Bank arasında imzalanmış kredit müqaviləsi üzrə ödənişlər 90 gündən çox gecikdirildikdə MTK zaminlik müqaviləsi bitənədək Sifarişçi-Borcalan və MTK arasında imzalanmış müqavilənin predmeti olan mənzilin və ya qeyri-yaşayış sahəsinin boşaldılmasını təmin edir. "xxxx" MTK ilə "Azərbaycan Beynəlxalq Bankı" ASC arasında bağlanan xx.xx.2022-ci il tarixli, 01 saylı zaminlik müqaviləsinə əsasən "xxxx" MTK Cavabdeh ilə Bank arasında bağlanmış xx.xx.2016-cı il tarixli 125-xx-xx-2016-RA-XA saylı Kredit müqaviləsi üzrə Borc alanın Bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün Borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixdə "xxxx" MTK tərəfindən Cavabdeh bildiriş göndərilərək Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və tərəflər arasında bağlanan müqavilənin 10.1-ci və 10.2-ci bəndlərinə, habelə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin müraciətinə əsaslanaraq, xx.xx.2016-cı il tarixli, 293 nömrəli müqaviləyə xx.xx.2022-ci il tarixdə "xxxx" MTK tərəfindən birtərəfli qaydada xitam verildiyi və mənzilin başqa şəxsə təkrar satışı həyata keçirilməsi yolu ilə əldə olunan vəsaitin həmin mənzilin əldə edilməsi üçün "Azərbaycan Beynəlxalq Bankı" ASC tərəfindən Cavabdeh verilmiş pul məbləğinə görə yaranmış borcun ödənilməsinə yönəldilməsinin qərara alındığı bildirilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə cavabdehə pretenziya məktubu ünvanlanmış, S.Qocayev küçəsi 152 (yeni qaydalarla S.Qocayev 21) ünvanda inşa edilmiş 37 nömrəli mənzilin xx.xx.2022ci il tarixədək boşaldılaraq "xxxx" MTK-ya təhvil verilməsi tələb edilmiş, əks təqdirdə mənzilin qanunsuz sahiblikdən geri alınması, mənzildə yaşayan şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılması və MTK-ya təhvil verilməsi, mənzil boşaldılanadək hər ay 500 (beş) yüz manat məbləğində kompensasiya ödənilməsi, o cümlədən məhkəmə xərclərinin tutulması tələbi ilə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. "xxxx" MTK tərəfindən göndərilən pretenziyaya R. Babayeva tərəfindən heç bir münasibət bildirilməmiş və hal-hazıradək mənzili təhvil verməkdən yayınmışdır.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2878/2022 saylı, 26 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçı ilə aralarında bağlanmış 12 iyul 2016-cı il tarixli mənzilin alqı-satqı müqaviləsi üzrə üzərinə düşmüş olduğu öhdəliyi icra edərək, mənzilin dəyərini tam şəkildə iddiaçıya ödəmişdir. Mənzilin dəyərini ödəməsi üçün banka borcu yaranmışdır. Demək ki, cavabdeh bağlanmış 12 iyul 2016-cı il tarixli alqı-satqı müqaviləsi üzrə qanunun ona verdiyi imkandan istifadə edərək qabaqcadan ödənişlərini etmişdir. Bu isə, iddiaçının bildirdiyi kimi, cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə öhdəliklərin pozulması ilə bağlı istinad etdiyi halların öz təsdiqini tapmadığını göstərir. Qeyd edilən məsələ ilə bağlı iddiaçının nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, təmsil etdiyi təşkilat kredit müqaviləsi üzrə zamin qismində çıxış etdiyindən kredit müqaviləsi üzrə o da məsuliyyət daşıyır. Bu səbəbdən də, hazırkı mübahisənin həllini mənzilə dair alqı-satqı müqaviləsinin ləğv edilməsində və mənzilin iddiaçıya geri qaytarılmasında görür. Məhkəmə iddiaçının bu əsasları ilə razılaşmayaraq bildirmişdir ki, alqı-satqı müqaviləsi ilə kredit müqaviləsini qarışdırmaq olmaz. Bu müqavilələr ayrı-ayrı tərəflər arasında müstəqil şəkildə bağlanmaqla, özündə biri-birindən fərqli olan öhdəliklərin icrasını nəzərdə tutmuşdur.

8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 421.1, 421.2, 423.2, 421.3, 442-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

9. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanan xx.xx.2016-cı il tarixli 293, nömrəli S.Qocayev 152 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqı müqaviləsinə əsasən, İddiaçı MTK Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev 152 küçəsində inşa edilmiş 5 girişli,12 mərtəbəli yaşayış binasınin 1-ci girişi, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 116.79 kv.m ibarət 3 otaqlı, 37 nömrəli mənzili Alıcıya təhvil verməyi, Alıcı isə bunun qarşılığında MTK-ya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.4.1-ci bəndinə əsasən, Alıcı mənzilin təmir-quraşdırma işlərinə “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə bağlanılmış kredit müqaviləsinə əsasən həmin tarixə borcu olmadıqda və Alıcı bu müqaviləyə görə digər pul öhdəliklərini tam ödədikdən sonra başlamalıdır. Həmin müqavilənin 3.1-ci və 3.2-ci bəndlərinə əsasən, müqavilənin cəmi qiyməti 140 148 manat müəyyən edilmiş və 14 015 manat Alıcının şəxsi vəsaiti hesabına, qalan 126 133 manat isə “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə bağlanılmış kredit müqaviləsi əsasında 5 iş günü ərzində ödənilir. Həmin müqavilənin 5.4cü bəndinə əsasən, Alıcı “Azərbaycan Beynəlxalq Bankı” ASC qarşısında öhdəliklərini tam icra edənə qədər MTK “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin lehinə müvafiq məhdudlaşdırma tədbirlərini həyata keçirə bilər. Alıcı bu məhdudlaşdırma ilə bağlı heç bir formada etiraz (pretenziya) irəli sürə bilməz. Həmin müqavilənin 5.6-cı bəndində əsasən, Alıcı tərəfindən Alıcı və “Azərbaycan Beynəlxalq Bankı” ASC arasında bağlanmış kredit müqaviləsi ilə nəzərdə tutulan ödəniş cədvəli üzrə ödənişlər 90 gün müddətində aparılmadıqda, yaranmış borc tələblərinin ödənilməsi üçün Alıcı və MTK arasında imzalanmış müqavilənin predmeti olan mənzil üzrə bütün hüquqlar “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə keçir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, müqavilənin şərtlərinin pozulması və ya lazımınca icra olunmaması nəticəsində Tərəflər bir-birinə vurduqları zərərə (dəymiş ziyanın əvəzi və ziyan dəymiş tərəfin əldən çıxmış gəlirlərinin əvəzinə) görə mülki hüquqi məsuliyyət daşıyırlar. Həmin müqavilənin 10.1-ci bəndinə əsasən, Alıcı tərəfindən hər hansı bir səbəbə görə müqavilə şərtləri (bir və ya bir neçə maddənin tələbləri tam və ya qismən) pozularsa MTK-nın müqaviləni birtərəfli qaydada ləğv etmək və həmin mənzilə dair üçüncü şəxslərlə yeni şərtlərlə müqavilə bağlamaq hüququ var. Alıcı bununla əlaqədar MTK-ya qarşı heç bir pretenziya (tələb) irəli sürə bilməz. Həmin müqavilənin 10.2-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi halında Alıcı tərəfindən MTK-ya ödənilmiş vəsait müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr və MTK-ya dəymiş ziyan (o cümlədən mənzillə əlaqədar “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə bağlanmış kredit müqaviləsi ilə əlaqədar MTK-nın birbaşa və ya dolayı bütün məsrəfləri və “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin tələbləri) çıxıldıqdan sonra həmin mənzilə dair üçüncü şəxslərdən müqavilə üzrə ödənişin qəbulundan sonrakı 7 (yeddi) iş günü ərzində alıcıya qaytarılacaq “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Cavabdeh arasında bağlanan xx.xx.2016-cı il tarixli, 125-12-07- 2016-RA- XA nömrəli daxili ipoteka üçün təminatlı kredit müqaviləsinə əsasən Borc verən Borcalana Borcalan ilə İddiaçı MTK arasında imzalanmış xx.xx.2016-cı il tarixli 293 nömrəli müqavilənin predmeti olan mənzilin alınması üçün illik 10 % olmaqla 240 ay müddətinə qaytarılmaq şərtilə 126133 manat məbləğində kredit vermişdir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən, kredit müqaviləsi üzrə təminat kimi çıxış edən xx.xx.2016-cı il tarixli, 293 nömrəli İddiaçı MTK və Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində tikilməkdə olan bina 152, blok 1, mərtəbə 8, ümumi sahəsi116,79 kv.m-dən ibarət 3 otaqlı 37 nömrəli mənzil üzrə AR ƏMDK yanında DƏDRX-dən Hüquqların Dövlət Qeydiyyatı haqqında Çıxarış alındıqdan sonra qeyd olunan əmlak ipoteka ilə rəsmiləşdirilməlidir. Həmin müqavilənin 15.8-ci bəndinə əsasən, Borcalan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda, yaranmış borc tələblərinin ödənilməsi üçün xx.xx.2016-cı il tarixli 293 nömrəli İddiaçı MTK və Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində tikilməkdə olan bina 152, blok 1, mərtəbə 8, ümumi sahəsi 116,79 kv.m ibarət 3 otaqlı 37 nömrəli mənzil üzrə bütün hüquqlar Borc verənə keçir. Cavabdeh İddiaçı MTK ilə bağladığı xx.xx.2016-cı il tarixli, 293 nömrəli alqı-satqı müqaviləsinin tələblərini, həm də “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə bağladığı xx.xx.2016-cı il tarixli, 125-xx-xx-2016-RA-XA nömrəli kredit müqaviləsinin tələblərini və üzərinə götürdüyü öhdəlikləri kobud surətdə pozmuşdur. Belə ki, Cavabdeh İddiaçı MTK-dan aldığı S.Qocayev 152 saylı küçəsində inşa edilmiş 5 girişli, 12 mərtəbəli yaşayış binasınin 1-ci girişi, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 116.79 kv.m ibarət 3 otaqlı, 37 nömrəli mənzilə dair verilmiş kredit üzrə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə borcu olduğu və uzun müddətdir heç bir ödəniş etmədiyi halda qeyd edilən mənzildə heç kimdən razılıq almadan və xx.xx.2016-cı il tarixli, 293 nömrəli alqı-satqı müqaviləsinin 2.4.1-ci bəndinin tələblərini pozaraq təmir quraşdırma işləri aparmış və həmin işləri yekunlaşdırdıqdan sonra uzun müddətdən bəri hal-hazıradək mənzildə yaşayır. Bundan əlavə, Cavabdeh verilən kredit yuxarıda qeyd edilən mənzilin əldə edilməsi üçün verilmişdir və kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərdən biri də həmin mənzili “Azərbaycan Beynəlxalq Bankı” ASC-də ipoteka ilə yüklü etmək olmasına baxmayaraq, Cavabdeh həmin öhdəliklərin icrasından da yayınmışdır. Cavabdeh xx.xx.2016-cı il tarixli, 125-xx-xx- 2016-RA-XA nömrəli daxili ipoteka üçün təminatlı kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyinə görə “Azərbaycan Beynəlxalq Bankı” ASC Cavabdeh və zamin X6 qarşı “borc tələbi” barədə iddia ərizəsi ilə Sabuncu Rayon Məhkəməsinə müraciət etmiş, həmin kredit və zaminlik müqavilələrinə əsasən Cavabdeh və X3 müştərək qaydada 121474,60 manat əsas borc, 29353.31 manat faiz borc olmaqla, cəmi 150827.91 manat kredit borcu və 30 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı tutularaq iddiaçı “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)- 3876/2021 saylı qətnaməsi ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin iddia tələbi təmin edilmiş və yuxarıda qeyd edilən məbləğin Cavabdeh və X3 müştərək qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən verilən şikayətlərə Bakı Apellyasiya Məhkəməsində xx.xx.2021-ci il tarixdə baxılaraq 2(103)-11080/2021 saylı qətnamə ilə şikayətlər təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-11080/2021 saylı qətnaməsindən verilən kassasiya şikayətlərinə Ali Məhkəmədə xx.xx.2022-ci il tarixdə baxılaraq kassasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı MTK ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC arasında bağlanan xx.xx.2016-cı il tarixli “Birgə fəaliyyət haqqında” müqavilənin 6.5-ci bəndinə əsasən, Bank ilə Sifarişçi-Borcalan arasında bağlanacaq kredit müqaviləsi üzrə verilən kreditin və ona hesablanacaq faizlərin, cərimə faizlərinin və dəbbə pulunun qaytarılmasının təminatı kimi MTK zaminlik müqaviləsi bitənədək Sifarişçi Borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə Bank qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu əmlakı (daşınar və daşınmaz, bankdakı vəsaitləri, qiymətli kağızları və s.) hesabına ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən, MTK özünün və Bankın lehinə mənzil və ya qeyri-yaşayış sahəsi barəsində Bank qarşısında öhdəliklər tam icra olunanadək müvafiq məhdudlaşdırma tədbirlərini həyata keçirə bilər. Sifarişçi-Borcalan bu məhdudlaşdırma ilə bağlı heç bir formada etiraz (pretenziya) irəli sürə bilməz. Həmin müqavilənin 6.7-ci bəndinə əsasən, Sifarişçi-Borcalana verilmiş kredit üzrə ödənişlər Sifarişçi-Borcalana təqdim edilmiş ödəniş cədvəlinə müvafiq olaraq 61 gündən 90 günədək gecikdirildikdə, MTK zaminlik müqaviləsi bitənədək tam olaraq bütün borcu və hesablanmış faizləri Bankdan şifahi və yaxud yazılı formada (yəni məktub, elektron poçt, sms və digər bu kimi vasitələr) aldığı zamandan 5 gün müddətindən gec olmayaraq tam ödənilməsini və ya Bankın qabaqcadan yazılı razılığı və Bank tərəfindən məqbul hesab edilən kredit şərtləri əsasında, müvafiq komisyon haqqı tutulmaqla Sifarişçi-Borcalan və MTK arasında imzalanmış müqavilə üzrə hüquq və vəzifələrin 3-cü şəxslərə ötürülməsini öhdəsinə götürür. Həmin müqavilənin 6.14-cü bəndinə əsasən, Sifarişçi-Borcalan və Bank arasında imzalanmış kredit müqaviləsi üzrə ödənişlər 90 gündən çox gecikdirildikdə MTK zaminlik müqaviləsi bitənədək Sifarişçi- Borcalan və MTK arasında imzalanmış müqavilənin predmeti olan mənzilin və ya qeyriyaşayış sahəsinin boşaldılmasını təmin edir. İddiaçı MTK ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC arasında bağlanan xx.xx.2022-ci il tarixli, 01 saylı zaminlik müqaviləsinə əsasən İddiaçı MTK Cavabdeh ilə Bank arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 125-xxxx-2016- RA-XA saylı kredit müqaviləsi üzrə Borc alanın Bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün Borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.1-ci bəndi ilə Borc alan Kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, həmin öhdəliklərin tam şəkildə icrasını, o cümlədən belə icra edilməmə nəticəsində Banka dəymiş zərərin əvəzinin və hesablanmış penyanın ödənilməsini Zamindən tələb etmək, 2.2.2-ci bəndi ilə Zamin bu Müqavilədə göstərilmiş öhdəliklərini icra etmədikdə Zaminə qarşı mövcud olan tələblər məbləğində pul vəsaitlərini Zaminin Bankdakı hesablarında akseptsiz qaydada (Zaminin sərəncamı olmadan) silmək, 2.2.3-cü bəndi ilə Kredit müqaviləsi üzrə əsas borcun qaytarılmasını, faizlərin, eləcə də dəbbə pulunun ödənilməsini təmin etmək üçün müvafiq məbləğdə pul vəsaitlərinin Zaminin Bankdakı bütün bank hesablarında bloklaşdırmaq, Borc alan tərəfindən xx.xx.2016-cı il tarixli 125-xx-xx-2016-RA-XA saylı kredit müqaviləsinin 4.3, 7.3, 12.2 və 12.6-cı bəndlərinin tələbləri icra edilməyərək müqavilə üzrə öhdəliklər pozularsa, Zaminə yazılı və ya şifahi qaydada müraciət etmək, mənzilə dair Bankın xeyrinə müvafiq məhdudlaşdırma tədbirlərinin həyata keçirilməsi, mənzilin Bankda ipoteka hüququ ilə rəsmiləşdirilməsi və ya üçüncü şəxsə (və ya şəxslərə) təkrar satışının həyata keçirilməsi yolu ilə əldə olunan vəsait hesabına Banka olan borc məbləğinin tam ödənilməsi üçün xx.xx.2016-cı il tarixli, 125-xx-xx-2016-RA-XA saylı kredit müqaviləsinin 15.8-ci bəndi ilə zamin və borc alan arasında bağlanılan xx.xx.2016-cı il tarixli 293 nömrəli “S.Qocayev 152 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqısatqı müqaviləsi”nin 5.6-cı bəndi ilə nəzərdə tutulmuş mənzil üzrə bütün hüquqların zaminə ötürülməsinə yazılı və ya şifahi qaydada razılıq vermək bankın hüquqları kimi təsbit edilmişdir. Həmin müqavilənin 2.3.1-ci bəndi ilə borc alanın kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərini tam şəkildə yerinə yetirməsinə görə borc alanla birlikdə məsuliyyət daşımaq, 2.3.4-cü bəndi ilə zamin və borc alan arasında bağlanılan xx.xx.2016-cı il tarixli 293 nömrəli “S.Qocayev 152 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqı müqaviləsi”nin 5.4, 5.6, 10.1 və 10.2-ci bəndlərinin müddəalarına əsasən həmin müqaviləyə birtərəfli qaydada xitam verərək mənzilə dair bankın xeyrinə müvafiq məhdudlaşdırma tədbirlərinin həyata keçirilməsini, mənzilin bankda ipoteka hüququ ilə rəsmiləşdirilməsini və ya üçüncü şəxsə (və ya şəxslərə) təkrar satışının həyata keçirilməsi yolu ilə əldə olunan vəsait hesabına, lakin bununla məhdudlaşmayaraq həm də öz hesabına banka olan borc məbləğinin tam olaraq ödənilməsini təmin etmək (bu zaman mənzildə yaşayış olduqda, onun boşaldılmasına dair iddiaların məhkəmədə qaldırılması və qısa müddətdə həll edilməsi üçün zamin zəruri tədbirləri görməlidir) zaminin vəzifələri kimi təsbit edilmişdir. xx.xx.2022ci il tarixdə İddiaçı MTK tərəfindən Cavabdeh pretenziya məktubu ünvanlanmış, S.Qocayev küçəsi 152 (yeni qaydalarla S.Qocayev 21) ünvanda inşa edilmiş 37 nömrəli mənzilin xx.xx.2022-ci il tarixədək boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməsi tələb edilmiş, əks təqdirdə müqavilənin ləğv edilməsi, mənzilin qanunsuz sahiblikdən geri alınması, mənzildə yaşayan şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılması və MTK-ya təhvil verilməsi, mənzil boşaldılanadək hər ay 500 (beş) yüz manat məbləğində kompensasiya ödənilməsi, o cümlədən məhkəmə xərclərinin tutulması tələbi ilə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaçı MTK tərəfindən göndərilən pretenziyaya Cavabdeh tərəfindən heç bir münasibət bildirilməmiş və halhazıradək mənzili təhvil verməkdən yayınmışdır. xx.xx.2022-ci il tarixdə “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən İddiaçı MTK-ya rəsmi qaydada müraciət olunmuş və Cavabdeh xx.xx.2016-cı il tarixli, 125-12-07- 2016-RA-XA nömrəli daxili ipoteka üçün təminatlı kredit müqaviləsi üzrə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə olan borcunun ödənilməsi üçün zəruri tədbirlərin görülməsi tələb edilmiş, əks təqdirdə qanunvericiliklə və zaminlik müqaviləsində nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Kredit müqaviləsi üzrə borcunun ödənilməsi və mənzilin ipoteka ilə yüklü edilməsi barədə Cavabdeh ilə aparılmış bütün danışıqlar nəticəsiz qalmış və və onun tərəfindən ödəniş edilməsinə dair hər hansı müsbət addım atılmamışdır. O cümlədən mənzili bankda girov qoymaq öhdəliyindən də yayınmışdır. Nəticədə yuxarıda qeyd edilən müqavilələrə əsasən İddiaçı MTK-nın “Azərbaycan Beynəlxalq Bankı” ASC qarşısında öhdəliyi meydana gəlmiş, bank hesablarının bloklaşdırılması, hesablarda olan vəsaitin akseptsiz qaydada silinməsi riski yaranmışdır. Apellyasiya instansiyası məhkəməsində ilkin icraat

11. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6745/2022 saylı 22 noyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, e-2(008)-2878/2022 nömrəli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin qismən təmin olunması, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış 12 iyul 2016-cı il tarixli, 293 nömrəli alqısatqı müqaviləsinin ləğv edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 5 girişli, 12 mərtəbəli yaşayış binasının 1-ci girişi, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 116,79 kvadrat metrdən ibarət 3 otaqlı 37 nömrəli mənzilin Cavabdeh sahibliyindən geri alınması, mənzilin boşaldılaraq İddiaçı MTKya təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış 12 iyul 2016-cı il tarixli müqavilənin 2.4.1-ci bəndinə əsasən, alıcı mənzilin təmir-quraşdırma işlərinə “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə bağlanılmış kredit müqaviləsinə əsasən həmin tarixə borcu olmadıqda və alıcı bu müqaviləyə görə digər pul öhdəliklərini tam ödədikdən sonra başlamalıdır. Müqavilənin 3.1-ci və 3.2-ci bəndlərinə əsasən, müqavilənin cəmi qiyməti 140148 manat müəyyən edilmiş və 14015 manat alıcının şəxsi vəsaiti hesabına, qalan 126133 manat isə “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə bağlanılmış kredit müqaviləsi əsasında 5 iş günü ərzində ödənilir. Müqavilənin 5.4cü bəndinə əsasən, alıcı, “Azərbaycan Beynəlxalq Bankı” ASC qarşısında öhdəliklərini tam icra edənə qədər MTK, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin lehinə müvafiq məhdudlaşdırma tədbirlərini həyata keçirə bilər. Alıcı bu məhdudlaşdırma ilə bağlı heç bir formada etiraz (pretenziya) irəli sürə bilməz. Müqavilənin 5.6-cı bəndinə əsasən, alıcı tərəfindən alıcı və “Azərbaycan Beynəlxalq Bankı” ASC arasında bağlanmış kredit müqaviləsi ilə nəzərdə tutulan ödəniş cədvəli üzrə ödənişlər 90 gün müddətində aparılmadıqda, yaranmış borc tələblərinin ödənilməsi üçün alıcı və MTK arasında imzalanmış müqavilənin predmeti olan mənzil üzrə bütün hüquqlar “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə keçir. Müqavilənin 10.1-ci bəndinə əsasən, alıcı tərəfindən hər hansı bir səbəbə görə müqavilə şərtləri (bir və ya bir neçə maddənin tələbləri tam və ya qismən) pozularsa MTK-nın müqaviləni birtərəfli qaydada ləğv etmək və həmin mənzilə dair üçüncü şəxslərlə yeni şərtlərlə müqavilə bağlamaq hüququ var. Alıcı bununla əlaqədar MTK-ya qarşı heç bir pretenziya (tələb) irəli sürə bilməz. Müqavilənin 10.2-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi halında alıcı tərəfindən MTK-ya ödənilmiş vəsait müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr və MTK-ya dəymiş ziyan (o cümlədən mənzillə əlaqədar “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə bağlanmış kredit müqaviləsi ilə əlaqədar MTK-nın birbaşa və ya dolayı bütün məsrəfləri və “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin tələbləri) çıxıldıqdan sonra həmin mənzilə dair üçüncü şəxslərdən müqavilə üzrə ödənişin qəbulundan sonrakı 7 (yeddi) iş günü ərzində alıcıya qaytarılacaq.

13. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdeh bank qarşısında kredit öhdəliyini yerinə yetirməməklə iddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsinin şərtlərini pozmuş, nəticədə mübahisəli mənzilə görə iddiaçının depozit hesabına köçürülmüş və bu günə kimi bank tərəfindən bloklaşdırılmış vəziyyətdə olan 126133 manat pul vəsaitindən iddiaçı məhrum olmuş, bankın nümayəndəsinin bildirdiyinə görə, məhkəmə qətnaməsi əsasında cavabdehdən tutulması qət edilən 150827,91 manat məbləğində pul həmin depozit hesabına silinməsi həyata keçiriləcəkdir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin yuxarıda qeyd edilən bəndləri ilə alıcı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmədikdə hansı hərəkətləri ediləcəyi açıq qeyd edilmişdir. Cavabdeh müqaviləni əhəmiyyətli dərəcədə pozmuş və iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur

14. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir.

Kassasiya instansiyası məhkəməsində icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1284/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti isə təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6745/2022 saylı 22 noyabr 2022-ci il tarixli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

16. Ali Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə isə mənzilin alqı-satqısı barəsindədir. Həmin müqavilə üzrə iddiaçı inşa etdiyi binada razılaşdırılmış mənzili təhvil verməyi, cavabdeh isə həmin mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşlər. İşin müəyyən olunmuş hallarına görə, cavabdeh müqavilə üzrə iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliyi tam icra etmiş və mənzilin dəyərini öz vəsaiti, habelə “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən aldığı kredit hesabına tam ödəmişdir. Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin müqavilənin digər şərtlərinin tam və ya qismən icra edilməməsi nəticəsində Mülki Məcəllənin 421.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulan nəticələrə səbəb olması əlavə əsaslandırılmalı idi ki, apellyasiya məhkəməsi tərəfindən bununla bağlı araşdırma aparılmamışdır.

17. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında imzalanmış müqavilənin apellyasiya məhkəməsinin istinad etdiyi bəndləri Mülki Məcəllənin 404-cü maddəsinə uyğun təfsir olunmalıdır. Belə ki, məhkəmə kollegiyasının mövqeyinə görə müqavilənin 2.4.1-ci bəndininmümkün pozuntusu heç bir halda bu müqavilənin ləğvi üçün əsas ola bilməz.

18. Müqavilənin 5.6-cı bəndi isə kredit müqaviləsi üzrə alıcı tərəfindən ödənişlərin aparılmaması halında borcun ödənilməsi üçün mənzil üzrə hüquqların “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə keçməsini nəzərdə tutur. Göründüyü kimi, müqavilənin bu bəndləri ilə kredit verən banka mənzilə tələb hüququ vermişdir ki, bank belə tələblə məhkəməyə müraciət etməmişdir.

19. Həmçinin kollegiya qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi üçüncü şəxsin nümayəndəsinin həmin izahatını Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən qiymətləndirməmiş, cavabdehin öhdəliyini icra etməməsi nəticəsində iddiaçının bank hesabındakı vəsaitlərinin bloklaşdırılmasına dair sübutların iş materiallarında mövcud olmamasını nəzərə almamış, belə bloklaşdırma baş verdiyi halda isə bunun qanuniliyinə və cavabdehlə bağlınmış müqavilənin ləğvi üçün əsas olmasına qanunvericiliyin tələblərinə əsasən səbəb olmasına hüquqi qiymət verməmişdir.

20. Kollegiya qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçı olan MTK-nın zamin olması və cavabdehin kredit verən banka olan öhdəliyini tam yerinə yetirməsi müəyyən olunmamışdır. Əksinə işdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına görə zaminliyi X7 adlı fiziki şəxsin üzərinə götürməsi müəyyən olunmuş və həmin qətnamə ilə borc kredit alan hazırki cavabdehlə yanaşı həmin zamindən tutulmuşdur. Yəni hazırki işdə iddiaçı MTK-nın cavabdehin banka olan borcunun ödənilməsi və ya məhkəmə qətnaməsi ilə belə öhdəliyinin yaranması müəyyən olunmur. İddiaçının məhkəməyə ünvanladığı 14 noyabr 2022-ci il tarixli arayışına əsasən X5 İddiaçı MTK-nın sədr müavini vəzifəsində işləməsi iddiaçıya hazırki iddia verməyə subyektiv hüquq vermir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti təmin olunmalıdır. Burada İddiaçı marağında olan məsələ bankın hesabında olan pul vəsaitidir, hansıki, bank onu dondurub və hər an onu silə bilər. Bank bu məhkəmənin nəticəsini gözləyir. Müsbət nəticə olduğu halda onlar bu dəqiqə də silə bilərlər. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, tərəflərindən bankda depozit hesabı olduğuna dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Bank akseptsiz qaydada pulu hesabdan silə bilər. İddiaçı bankla zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsi 2022-ci il tarixində bağlanmışdır. Zaminlik müqaviləsi bankın təklifi əsasında bağlanmışdır. Əvvəlki zaminlik müqaviləsində heç bir problem yoxdur. Bank cavabdehə həmin pulu İddiaçınə görə vermişdir. Bank bugün İddiaçı ilə əməkdaşlıq münasibətlərinə görə hesabdan pulu silmir. İddiaçı vətəndaşla arasında bağlanmış müqavilənin ləğv olunmasını istəyir. Müqavilə şərtlərinə görə cavabdehin banka ödəməli olduğu məbləğdə 3 aydan artıq müddətə gecikmə olduğu halda bankın müqaviləni ləğv etmək hüququ vardır. Həmçinin müqavilə şərtlərinə görə vətəndaşla müqavilə ləğv olunaraq mənzil üçüncü şəxsə satıla bilər. Mənzilə çıxarış alınmamışdır. Vətəndaş İddiaçı qarşısında banka qarşı olan ödənişlərini vaxtında icra edəcəyinə dair öhdəlik götürmüşdür. Müqavilənin 5.6-cı bəndinə əsasən vətəndaş İddiaçı qarşısında öz üzərinə öhdəlik götürmüşdür. Zaminlik müqaviləsi bağlanan zaman borclunun razılığı tələb olunmur. Onlar cavabdehə mənzili girova qoymasına dair təklif edib, lakin razı olmurlar.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Apellyasiya şikayəti təmin oluna bilməz. Hazırki mülki iş üzrə pulla, mənzillə bağlı olan məsələlər bankla vətəndaş arasında olan mübahisəyə nisbətdə hazırkı icra mərhələsindəki iş bu iddia ilə əlaqədar olaraq dayandırılmışdır. Pulun tutulması ilə bağlı bildirir ki, müqavilənin təminatı kredit müqaviləsidir, orada girov yoxdur. Burada isə zamin kimi Əzizov Fəzli göstərilmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməyibdir. Birincisi ortada müqavilə vardır, ikincisi isə müqavilə üzrə mənzil cavabdehə təhvil verilib, cavabdeh isə bankla kredit müqaviləsi bağlamışdır. Cavabdehin öhdəliyi birbaşa İddiaçı ilə deyildir, çünki İddiaçın pulu ödənilmişdir. İddiaçı vəsaiti ödənilmişdir, vəsait ödənilməsə idi kredit vəsaiti vətəndaşa ayrılmazdır. Üçüncü isə bugünə qədər çoxsaylı iddialar rədd olunubdur. 2016-cı il tarixli zaminliyə xitamla bağlı iddia rədd olunmuşdur. Mənzillə bağlı öhdəliklər bankla vətəndaş arasında bağlanan müqaviləyə nisbətdə olan münasibətlərdir. Vətəndaş bununla bağlı hər hansı təzyiqə məruz qala bilməz. Vətəndaş bu öhdəliyi icra edər, yaxud etməz bu vətəndaşla bank arasında olan münasibətlərdir. Vətəndaş bankla olan münasibətlərə görə İddiaçı qarşısında mənzili təhvil verdiyinə və o pulu aldığına görə heç bir məsuliyyət daşıya bilməz. Vətəndaş buna görə hər hansı məcburiyyət tədbirlərinə məruz qala bilməz. Vətəndaş qətnaməyə görə banka olan borc vəsaitini geri qaytarmalıdır. Bundan başqa iddiaçının dediyi ikinci zaminlik müqaviləsindən heç məlumatı yoxdur, həmin zaminlik müqaviləsini qəbul etmir. Çünki həmin hüquq münasibətləri köhnə tarixə tətbiq olunarsa cavabdeh dəvət olunaraq müqavilədə üçüncü tərəf kimi onun razılığı tələb olunardı. Müqavilə heç bir halda ləğv oluna bilməz. Çünki burada bankın mənafeyinə toxunan heç bir hal yoxdur. İş üzrə banka münasibətdə məhkəmə qətnaməsi vardır və icra mərhələsindədir. Bugün MTK müqavilənin ləğvini tələb edə bilməz. Birincisi Ali Məhkəmənin qərarında da göstərilmişdir ki, müqavilənin ləğv olunmasına əsaslar yoxdur, ikincisi isə müqavilə ləğv olunduğu halda icra mexanizmi necə olacaq? Vətəndaşın qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən banka 150 min manat borcu vardır,eyni zamanda müqavilə ləğv olunur və mənzil vətəndaşdan geri tələb olunur.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin nümayəndəsi X4 qeyd etmişdir ki, İddiaçı tikdiyi binalar “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən maliyyələşdirilir. Həmin kreditlərin təminatı olaraq Əzizov Fəzli və İddiaçı zamin durur və şərtlərə əsasən bina tam hazır olduqdan sonra həmin əmlak "xxxx" ASC-nin xeyrinə girova qoyulmalıdır. İddiaçındə kreditlərin əksəriyyəti girovla təmin edilib, lakin bu kredit üzrə girov təminatı banka təqdim olunmayıbdır. Çıxarışın alınıb-alınmamasından məlumatları yoxdur. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, kredit verilən zaman şərt olur ki, "xxxx" kreditləri maliyyələşdirir, İddiaçındən ev alır, bina hazır olunub, bütün nazirliklərdən keçdikdən sonra çıxarış alarkən əmlak banka girov qoyulmalıdır. "xxxx"ın MTK-larla layihəsi bu qaydada qurulubdur. Daxili ipotekadır. Hazırda bina hazırdı. Onlar bu işi məhkəməyə verməmişdən qabaq gözləmiş, əksər borc alanlar çıxarışı alaraq gətirib "xxxx"a girov qoydular və kredit təminatlı oldu. Sadəcə bu və bir neçə digər hallar var ki, şəxs çıxarış almaqdan imtina edir. Çıxarışı ala bilmirlər, ala bilmədikləri üçün girova qoya bilmirlər və kredit ipoteka təminatlı olmur. Bu halda onlar adi qaydada borclu və zaminlərdən borcların tutulması ilə bağlı məhkəməyə müraciət edirlər. İcra mərhələsi tərəflər arasındakı hazırkı mübahisəyə görə qalmışdır. İddiaçı tərəfindən banka qoyulmuş pul məbləğləri bloklanmışdır. Bankın nümayəndəsi kimi bu halı təsdiq edir. Onlar İddiaçı MTK -ilə işləyir və onlara bank tərəfindən müəyyən limitlər ayrılır və onların bankda olan vəsaitlərini bloklayırlar. Bloklanma sırf bu mənzillə bağlı deyildir, ümumi olaraq bloklaşdırılır. X11 və Cavabdeh borcun tutulmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. 2022-ci il tarixində bankla İddiaçı MTK arasında bağlanmış zaminlik müqaviləsi ilə bağlı bildirir ki, qətnamədən sonra öhdəliyin üçüncü şəxs tərəfindən icrasına qanunla hər hansı qadağa yoxdur. Eyni zamanda mülki qanunvericilikdə də zaminlik müqaviləsi bağlanarkən borcalanın mütləq razılığının alınmasına dair də hər hansı bir göstəriş yoxdur. Yəni zaminlik müqaviləsi bağlanarkən mütləq borcalanın razılığının, imzasının alınmasına dair hər hansı tələb yoxdur. Hazırda tərəflər arasında mübahisə olduğu üçün qətnamənin icrası dayandırılmışdır. Lakin hazırkı iş üzrə yekun məhkəmə aktı çıxdıqdan sonra hər hansı bir dəyişiklik olmasa, yəni vəsait ödənilməsə onlar Əzizov Fəzlinin vəsaitindən həmin məbləği silə bilərlər. Bundan başqa İddiaçı MTK da Beynəlxalq Bankın müştərisidir, onun da hesabına məbləğ daxil olduğu halda onu da aksepsiz qaydada silə bilər. Onlar iddiada müqavilənin ləğvini istəməmiş, sadəcə pulun tutulmasını xahiş etmişlər. Mənzildən çıxarılma ilə bağlı tələbləri yoxdur. Hazırda onlar iddiaçının iddiasını əsaslı hesab edir, iddianın təmin olunmasını xahiş edir. Həmin kredit üzrə cavabdeh tərəfindən ödəniş edilməyibdir. X9 “Beynəlxaq Bank”da olan cari hesabları bloklanıb. Bundan başqa İddiaçı MTK da "xxxx"ın müştərisidir, onun da hesabına məbləğ daxil olduğu halda onu da akseptsiz qaydada silə bilərlər. Sadəcə qətnamənin icrası hazırkı mübahisəyə qədər dayandırılıb. Cavabdeh ayrılmış kredit üzrə MTK-ya pulun ödənilib-ödənilməməsindən məlumatı yoxdur. Kredit üzrə əlavə təminatların olması cavabdehin vəziyyətini ağırlaşdırmır, əksinə yüngülləşdirir. Zaminlik müqaviləsi bağlanan zaman cavabdehin mütləq razılığının alınmasına dair qanunvericilikdə tələb yoxdur. Cavabdeh ilə bank arasında kredit müqaviləsi bağlanan zaman çıxarış olmadığı üçün əmlak girova qoyulmamışdır.

Apellyasiya baxışının hədləri

25.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 26.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 27.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1284/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6745/2022 saylı 22 noyabr 2022-ci il tarixli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, həmin hissədə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bunu nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmetini qətnamənin həmin hissədə yoxlanılması təşkil edir.

Tətbiq edilən maddi hüquq norması

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

29. 193.1-ci maddəsinə əsasən, güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. 30.196-cı maddəsinə görə əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. 31.404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcəmüqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 32.404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədənmüqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 33.421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

34. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

35. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 36.422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

37. 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma,əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 38.425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icraedərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 39.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 40.560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərindəhəyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

Tətbiq edilən prosessual hüquq norması

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

41. 14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 42.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 43.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 44.106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan vəonlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 45.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 46.220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. 47.“M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlərüzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

48.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. 49.İddia ərizəsindən və apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, iddiaçı cavabdehlə bağlanmış müqavilənin ləğv edilməsini və müqavilənin predmeti olan mənzilin MTK-nın sahibliyinə qaytarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh həm MTK ilə bağladığı xx.xx.2016-cı il tarixli, 293 nömrəli alqı-satqı müqaviləsinin tələblərini, həm də "Azərbaycan Beynəlxalq Bankı" ASC ilə bağladığı xx.xx.2016-cı il tarixli, 125-xx-xx-2016- RA-XA nömrəli kredit müqaviləsinin tələblərini və üzərinə götürdüyü öhdəlikləri kobud surətdə pozduğuna istinad etmişdir. 50.Qeyd edilməlidir ki, müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. 51.Belə ki, Mülki Məcəllənin 421.1-ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. 52.Hazırki işdən qanunvericiliyin bu maddələrində nəzərdə tutulan halların baş verməsini, yəni tərəflərin müqavilənin ləğvi ilə bağlı razılığa gəlməsi ya da onlardan birinin müqaviləni əhəmiyyətli dərəcədə pozması, həmçinin müqavilə bağlanarkən tərəflərin əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hallarını müəyyən etmək mümkün olmamışdır. 53.İşdən isə görünən odur ki, "Azərbaycan Beynəlxalq Bankı" ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 125-xx-xx-2016-RA-XA nömrəli kredit müqaviləsinin şərtlərinin sonuncu tərəfindən pozulması nəticəsində Bank ödənişlərin vaxtında həyata keçirilmədiyinə istinadən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüququndan istifadə edərək məhkəməyə müraciət etmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh və tərəf olduğu kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üzrə zamin qismində çıxış edən X3 (fiziki şəxs olaraq) müştərək qaydada əsas borc üzrə 121.474,60 manat, faiz borcu üzrə 29.353,31 manat, cəmi 150.827,91 manat məbləğində pulun “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə tutulması qət edilmişdir. 54.İşin halları araşdırılarkən müəyyən edilmişdir ki, cavabdeh-borc alanın 125-xx-xx- 2016-RA-XA saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası əlavə olaraq xx.xx.2022-ci tarixli zaminlik ilə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən cavabdeh – zamin İddiaçı MTK borc alan tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icrası üçün cavabdehdir. 55.Yuxarıda qeyd edildiyi kimi sözügedən kredit müqaviləsi üzrə irəli gələn öhdəlikləri lazımi qaydada icra etməyən borclu Cavabdeh barəsində Bank tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət olunmuş, ondan və onun öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürən X3 Bankın xeyrinə borcun tutulması qət edilmişdir. 56.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarda göstərilmişdir ki, mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal - Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Məhkəmədən kənar qayda iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə şərtləndirildiyi halda, xüsusi qayda məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. 57.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, öhdəliklərin icrasının təminatı olaraq bağlanmış 01 saylı, xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinin predmeti olan 125-xx-xx-2016-RA-XA saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi mövcud deyildir, cavabdeh müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozduğuna görə Bankın birtərəfli iradə ifadəsinə əsasən aradan qaldırılmışdır. Hazırda borclu Cavabdeh və X5 Bank qarşısında daşıdığı öhdəliyin yaranması səbəbi isə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qətnaməsidir. 58.Beləliklə hazırki iş üzrə isə iddiaçı olan MTK-nın zamin olması və cavabdehin kreditverən banka olan öhdəliyini tam yerinə yetirməsi halları müəyyən olunmamışdır. Əksinə işdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına görə zaminliyi X7 adlı fiziki şəxsin üzərinə götürməsi müəyyən olunmuş və həmin qətnamə ilə borcun kredit alan hazırki cavabdehlə yanaşı həmin zamindən də tutulması qət edilmişdir. Yəni hazırki işdə iddiaçı MTK-nın cavabdehin banka olan borcunun ödənilməsi və ya məhkəmə qətnaməsi ilə belə öhdəliyinin yaranması müəyyən olunmur. İddiaçının məhkəməyə ünvanladığı 14 noyabr 2022-ci il tarixli arayışına əsasən X5 iddiaçı MTK-nın sədr müavini vəzifəsində işləməsi iddiaçıya hazırki iddianı verməyə subyektiv hüquq vermir. 59.Bundan başqa, iddiaçı cavabdehin bank qarşısında kredit öhdəliyini yerinə yetirməməsi nəticəsində mübahisəli mənzilə görə MTK-nın depozit hesabına köçürülmüş pul vəsaitinin bank tərəfindən bloklaşdırıldığını iddia edir. Əvvəla qeyd edilməlidir ki, işin bu halı yalnız Bank və MTK nümayəndələrinin izahatı ilə müəyyən edilir və məhz cavabdehin öhdəliyini icra etməməsi nəticəsində iddiaçının bank hesabındakı vəsaitlərinin bloklaşdırılması işdə olan hər hansı digər sübutlarla öz təsdiqini tapmır. 60.Bununla əlaqədar kollegiya qeyd etməyi zəruri sayır ki, iddiaçının istinad etdiyi bu hal cavabdehlə bağlanmış müqavilənin vaxtından əvvəl birtərəfli qaydada ləğv edilməsi üçün heç bir halda əsas deyildir. Akseptsiz qaydada silinmə baş verdiyi təqdirdə isə öhdəlik icra etmiş MTK-yə kreditorun, hazırki halda Bankın həmin öhdəlik üzrə hüquqlarının, tələbini ödədiyi həcmdə keçməsinin mümkünlüyü qanunvericilikdə öz əksini tapmışdır. Belə ki, Mülki Məcəllənin 193.1 və 196-cı maddələrindən tələb sahibinin özünə mənsub olan tələb hüququnun üçüncü şəxsə güzəşt edilməsinin mümkün olması anlaşılır. İlkin kreditorun güzəşt etdiyi tələb yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. 61.Tərəflərin bağladıqları xx.xx.2016-cı il tarixli, 293 nömrəli alqı-satqı müqaviləsinin şərtlərinin cavabdeh tərəfindən pozulması halı üzrə isə müəyyən edilmişdir ki, iddiaçı həmin müqavilənin 2.4.1-ci bəndinin pozulduğuna istinad edir. Bu müqavilənin 2.4.1-ci bəndinə əsasən, alıcı mənzilin təmir-quraşdırma işlərinə "Azərbaycan Beynəlxalq Bankı" ASC ilə bağlanılmış kredit müqaviləsinə əsasən həmin tarixə borcu olmadıqda və alıcı bu müqaviləyə görə digər pul öhdəliklərini tam ödədikdən sonra başlamalıdır. 62.Halbuki müqavilənin bu bəndi ilə əlaqədar nəzərə alınmalıdır ki, hazırki müqavilənin predmeti olan daşınmaz əmlak vətəndaşın daimi yaşaması üçün yararlı olan və müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara cavab verən ayrıca yaşayış sahəsidir. Həmin əmlakdan təyinatı üzrə istifadə edilməsi mənzildə normal şəraitdə yaşamaq məqsədilə orada təmir-quraşdırma işlərinin aparılması zəruriliyini də ehtiva edir. 63.Beləliklə iddiaçı ilə cavabdehin tərəf olduqları xx.xx.2016-cı il tarixli, 293 nömrəli alqı-satqı müqaviləsinin 240 ay müddətinə bağlanması, həmin müddət (20 il) ərzində bu mənzilin təmirsiz qalması kimi qiymətləndirilməməlidir. Məhz bu səbəbdən müqavilənin 2.4.1-ci bəndinin mümkün pozuntusu heç bir halda bu müqavilənin ləğvi üçün əsas ola bilməz. Belə ki, Mülki Məcəllənin 404-cü maddəsinin məzmununa görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 64.Kollegiya xüsusi olaraq qeyd etməyi zəruri sayır ki, hər bir halda müqavilənin 5.6-cı bəndinə əsasən kredit müqaviləsi üzrə alıcı tərəfindən ödənişlərin aparılmaması halında borcun ödənilməsi üçün mənzil üzrə hüquqların “Azərbaycan Beynəlxalq Bankı”ASC-yə keçməsini nəzərdə tutur. Göründüyü kimi, MTK müqavilənin bu bəndləri ilə kredit verən banka mənzilə dair tələb hüququ vermişdir ki, bank isə müvafiq iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malik olmasına baxmayaraq özünə məxsus bu hüquqdan istifadə etməmişdir. Belə olan halda MTK bankla cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtlərinin pozulması əsası ilə mübahisəli mənzili tələb etmək üzrə subyektiv hüququ yoxdur.

65. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

66. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

67. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2878/2022 saylı, 26 iyul 2022-ci il tarixli qətnaməsi apelyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar