Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-361/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, X1, İddiaçı2, onların vəkili və İddiaçı2 nümayəndəsi Vəkil2, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2738/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər X17 və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 41 saylı notariat kontoruna, X15, X5 qarşı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 41 saylı notariat kontorunun 4Ə-19 nömrəli xx xxxxxx 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi və 4Ə-20 nömrəli xx xxxxxx 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, müqavilələr əsasında Cavabdeh1 adına verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli və RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-147/2019 saylı xx xxx 2019-ci il tarixli qətnaməsi iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, X15, X5 qarşı bağ sahəsindən çıxarılma, alqı-satqı müqavilələrinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışların etibarsız hesab edilməsi barədə iddia tələbinin rədd olunması, 50 (əlli) manat ekspertiza xərci iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə qaydada tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) hesabına keçirilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər X17, X9 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 37 BTK 36G saylı bağ sahəsi ilə bağlı verilmiş B/S nömrəli orderin, bağ sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın, RX seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın,X13 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi,36 D saylı bağ sahəsi ilə bağlı verilmiş B/S nömrəli orderin, bağ sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və RX seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh1 İddiaçı1, İddiaçı2 və Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ təsərrüfatının İnkişafı X3 İnkişafı və İstismarı Birliyi ilə İddiaçı1 arasında Bakı şəhəri, Buzovna qəsəbəsi, 0.12 ha torpaq sahəsi 36 a nömrəli bağ sahəsinə dair imzalanmış xx.xx.2004-cü il tarixli müqavilənin və Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ təsərrüfatının İnkişafı X3 İnkişafı və İstismarı Birliyi ilə İddiaçı2 Məmməd oğlu ilə arasında Bakı şəhəri, Buzovna qəsəbəsi, 0.12 ha torpaq sahəsi 36 nömrəli bağ sahəsinə dair imzalanmış xx.xx.2005-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2738/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər X17, X9, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı orderlərin, qeydiyyatların və çıxarışların etibarsız hesab olunmasına dair iddia tələbinin təmin edilməsi, X4 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 37 BTK 36G saylı bağ sahəsi ilə bağlı verilmiş B/S nömrəli order, X13 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi,36 D saylı bağ sahəsi ilə bağlı verilmiş B/S nömrəli order, X4 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 37 BTK 36G saylı bağ sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat, X4 adına verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli, ********** nömrəli çıxarış, X13 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 36 D saylı bağ sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat, X13 adına verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli, ********** nömrəli çıxarış etibarsız hesab edilməsi, iş üzrə müstəqil tələb irəli sürən Cavabdeh1 İddiaçı1, İddiaçı2 və Bakı şəhər İcra Hakimiyyətinə qarşı müqavilələrin etibarsız hesab edilməsinə dair iddia tələbinin təmin edilməməməsi qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2738/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən müstəqil tələb irəli sürən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddiaçıların iddia ərizəsinin təmin edilməməsi, onun iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2738/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər X17 və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi də ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. Cavabdeh X17 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 36G, 36D, 36A və 36 sayı bağların koordinatları, həmin koordinatların üst-üstə düşməsi barədə iş materiallarında heç bir sübut mövcud deyildir.Belə olan halda iddiaçıların torpaq sahələrinin cavabdehlərin mülkiyyətində olmuş torpaq sahələri ilə üst-üstə düşməsi iddia ərizəsində əsaslandırılmamış və bu məsələ məhkəmə çəkişməsi zamanı müəyyən edilməmişdir.İddiaçıların cavabdehlərə qarşı hazırki mübahisəni qaldırmaq üçün subyektiv hüququ iş materialları ilə müəyyən edilmir.İddiaçıların və cavabdehlərin bağ sahələrinin nömrələrinin fərqli olması da həmin bağ sahələrinin ayrı-ayrı bağ sahələri olmasını, bununla da iddiaçıları cavabdehlərə aid bağ sahələri ilə bağlı iddia qaldırmaq hüququnun olmamasını təsdiq edir. İddiaçılarla bağlanmış bağ sahələrinin cavabdehlərə məxsus olmuş bağ sahələri ilə eyni bağ sahələrinin olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə qarşısında ekspertiza təyin edilməsi barədə vəsatət qaldırılsa da məhkəmə heç bir əsas olmadan vəsatəti təmin etməmiş, bununla da işin bütün hallarının araşdırılmasından imtina etmiş, ədalətli məhkəmə çəkişməsini təmin etməmişdir.İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X15, X5, Cavabdeh1 və DƏDRX-ə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının rədd edilməsi barədə Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2019- cu il tarixli qətnaməsi ilə nəticələnmiş mülki işə baxılarkən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıların iddia etdikləri bağ sahələri ilə cavabdehlərə məxsus olmuş bağ sahələri faktiki olaraq üst-üstə düşmür. Həmin fakt qeyd edilən iş üzrə təyin edilmiş məhkəmə ekspertiza rəyi ilə də təsdiq olunmuşdur.Göründüyü kimi, məhkəmənin hal-hazırda Cavabdeh1 xüsusimülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 36G və 36 D saylı bağ sahələri iddiaçıların istifadəsinə verilmiş 36A və 36 sayı bağ sahələri ilə üst-üstə düşməsi, nəticədə iddiaçılar qanuni əsaslarla onların icarəsinə verilmiş bağ sahələrini qeydiyyata almaq imkanından məhrum olmaları barədə məhkəmənin gəldiyi bu nəticə işin faktiki hallarına uyğun deyildir və iş materiallarında olan sübutlarla təsdiqlənmir.Həmçinin mübahisələndirilən orderlərin verildiyi torpaq sahələrindən iddiaçıların uzun müddət istifadə etmələri barədə iddia ərizəsində göstərdikləri də işin faktiki hallarına uyğun deyildir.Belə ki, həmin torpaq sahəsində heç bir tikili yoxdur, hətta torpaq sahəsi hasara da alınmamışdı. Torpaq sahəsi həqiqətən də iddiaçıların istifadəsində olsa idi onlar həmin torpaq sahəsində hər hansi bir iş görərdilər, torpaq sahəsi üzərində hüquqlar qeydiyyata alınan zaman DƏDRX əməkdaşları tərəfindən ölçmə işləri apararkən bununla bağlı məhkəməyə müraciət edərdilər və s. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki,aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 37 saylı BTK, 36G saylı bağ sahəsi xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X4 adına ilkin hüquqi qeydiyyatdan keçmişdir. xx.xx.2018-ci il tarixdə X9 ilə Cavabdeh1 arasında notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında xx.xx.2018-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir və hal-hazırda onun mülkiyyətindədir. Müvafiq bağ sahəsi üzərinə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3392/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadı və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11837/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur.Bundan əlavə,Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 36D saylı bağ sahəsi xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X13 adına ilkin hüquqi qeydiyyatdan keçmişdir. xx.xx.2018-ci il tarixdə X17 ilə Cavabdeh1 arasında notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında xx.xx.2018-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir və hal-hazırda onun mülkiyyətindədir. Müvafiq bağ sahəsi üzərinə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3392/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadı və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11837/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur.Yuxarıda qeyd olunan hallar birinci instansiya məhkəməsi tərəfindən düzgün araşdrrılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri məhkəmə tərəfindən nəzərə alınmamış, müvafiq torpaq sahələrinin iddiaçılara məxsus olması və müvafiq torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması zamanı İdarənin qanunsuz hərəkət və ya hərəkətsiziliyinin olması nə iddiaçılar, nədə məhkəmə tərəfindən sübuta yetirilməmiş, qeyd olunan mübahisənin araşdırılması məqsədilə müvafiq ünvanda məhkəmə torpaqşünaslıq ekspertizası keçirilməmiş, iddiaçıların təqdim etdiyi sənədlərdə qeyd olunan torpaq sahələrinin naturada yeri müəyyənləşdirilməmiş, müvafiq torpaq sahələrininözgəninkiləşməsi və hal-hazırda kimin mülkiyyətində olması məhkəmə tərəfindən nəzərə alınmamış, həmin hissəyə dair məhkəmə tərəfindən hər hansı rəsmi münasibət bildirilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6062/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə hər iki bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-361/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 41 saylı notariat kontoruna ,X15, X5 qarşı olan alqı-satqı müqavilələrinin və çıxarışların etibarsız hesab edilməsinə dair olan iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh1 təqdim etdiyi Barışıq Sazişi təsdiq edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-147/2019 saylı xx xxx 2019-ci il tarixli qətnaməsi ləğv edilməklə həmin iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-361/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2738/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh1 münasibətdə apellyasiya icraatına xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən X1, İddiaçı2, onların vəkili və İddiaçı2 nümayəndəsi Vəkil2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2738/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər X17 və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə etiraz edərək rədd edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh1 da Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2738/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər X17 və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə etiraz edərək rədd edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında işdə iştirak etməli olan digər şəxslərə məlumat verilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiya məhkəməsi, işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. Belə ki, işdə olan Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2019-cu il tarixli 7-2240/17 saylı məktubu ilə təsdiq olunur ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 663 saylı sərəncamı ilə vətəndaş X5 və X15 Buzovna qəsəbəsində bağ sahəsi ayrılmamışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2738/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi üzrə birinci instansiya məhkəməsi təqdim edilmiş sübutlara əsasən müəyyən etmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 36 A saylı bağ sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ təsərrüffatının İnkişaf Departamenti tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 32353 nömrəli müqaviləyə əsasən İddiaçı1, 36 saylı bağ sahəsi isə Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ təsərüffatının İnkişaf Departamenti tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 12662 nömrəli müqaviləyə əsasən İddiaçı2 istifadə və sahibliyindədir. Onlar 2018-ci ilədək həmin bağ sahələrindən maneəsiz istifadə etmişlər. Eyni zamanda, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 36 G və 36 D saylı bağ sahələri müvafiq olaraq X17 və X4 adına dövlət reyestrində qeydiyyata alınmış və sonradan Cavabdeh1 ilə bağlanmış alqı-satqı müqavilələri əsasında özgəninkiləşdirilmişdir. Hazırda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 36 G və 36 D saylı bağ sahələrinin mülkiyyətçisi Cavabdeh1dir və o, həmin əmlakların vicdanlı alıcısı hesab edilir. Hazırki mübahisə araşdırılarkən ilk növbədə tərəflərin mübahisəli torpaq sahələri üzərində hüquqlarının mövcudluğu müəyyən edilməlidir. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən 36 və 36 A saylı bağ sahələri Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı X3 inkişafı və istismarı Birliyi ilə iddiaçılar arasında bağlanmış müqavilələr əsasında onların istifadəsinə verilmişdir. İddiaçılar qeyd olunan bağ sahəsindən 2018-ci ilədək maneəsiz istifadə etmişlər. Qeyd olunan bağ sahələrinin iddiaçıların adına sənədləşdirilməsi ilə bağlı Bakı şəhəri icra Hakimiyyəti Başçısının sərəncamı ilə xx.xx.2004-cü il və xx.xx.2005-ci il tarixli protokollar tərtib edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx xxxxx 2018-ci il tarixli **********59 saylı məktubundan və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X11 izahatından görünür ki, iddiaçıların onlara məxsus bağ sahələrinin qeydiyyata alınmasına dair müraciətlərinin təmin edilməməsinə səbəb həmin bağ sahələrinin başqa şəxslərin adlarına qeydiyyata alınması olmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx xxxxx 2018-ci il tarixli **********59 saylı cavab məktubundan da göründüyü kimi, iddiaçıların onlara məxsus bağ sahələrinin qeydiyyata alınmasına dair müraciətlərinin təmin edilməməsinə səbəb həmin bağ sahələrinin başqa şəxslərin, yəni cavabdehlərin adına qeydiyyata alınması olmuşdur. Tədqiq edilən sənədlərdən və işin məhkəmə iclasında araşdırılan hallarından göründüyü kimi,36 A və 36 saylı bağ sahələri müvafiq olaraq 2004 və 2005-ci ildən etibarən iddiaçıların qanuni sahibliyində və istifadəsində olmuşdur. Həmin bağ sahələri 36 G və 36 D şəklində X13 və X4 adına dövlət reyestrində qeydə alınmış və sonradan Cavabdeh1 satılmış, hal-hazırda sonuncunun mülkiyyətindədir. Hal-hazırda Cavabdeh1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 36G və 36 D saylı bağ sahələri iddiaçıların istifadəsinə verilmiş 36A və 36 saylı bağ sahələri ilə üst-üstə düşür. Nəticədə iddiaçılar qanuni əsaslarla onların icarəsinə verilmiş bağ sahələrini qeydiyyata almaq imkanından məhrum olmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissələrdə ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2738/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər X17 və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərində qətnamənin ləğv edilməsi göstərilsə də şikayətlərin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsi qətnaməsinin bir hissəsi, yəni iddiaçıların iddiasının təmin edilməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətləin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə, yəni Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2738/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər X17 və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə, mübahisələndirilən hissələrdə yoxlanılır, onların mübahisələndirmədiyi hissələrdə isə qətnamə yoxlanılmır. Hazırki iş üzrə, iddiaçıların iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti və onun Bakı şəhər Ərazi İdarəsi tərəfindən iddiaçıların qanuni istifadələrində olan bağ sahələrinin onların adına rəsmiləşdirilməsinə dair müraciətə imtina məktublarında bildirilmişdir ki, bağ sahələri başqa fiziki şəxslərin adına 36G və 36D nömrələri ilə qeydiyyatdan keçdiyindən ərizənin icrası mümkün olmamışdır. Göründüyü kimi, cavabdeh qurum özü bəyan edir ki, iddiaçılara məxsus 36 və 36 A saylı bağ sahələrinin yerləşməli olan ərazisi cavabdehlərin adına 36G və 36D nömrəli bağ sahələri kimi qeydiyyatdan keçmişdir. Əks halda iddiaçıların 36 və 36 A saylı bağ sahələrinə olan hüquqlarını da daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin edərdilər. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti və onun 1 saylı Bakı Ərazi İdarəsi məktubda göstərdiklərini əslində nə üçün etdiklərinin səbəblərini açıqlamır, yalnız qanunvericilik normasına istinad edərək mübahisənin məhkəmə qaydasında həll edilməli olduğunu göstərir. Başqa sözlə cavabdeh İdarə məhkəmə mübahisəsinə səbəb olan bu qanunsuz hərəkətləri hansı əsasla etdiklərinə dair heç bir dəlil göstərmir. İddiaçıların Cavabdeh1 və digərlərinə qarşı olan alqı-satqı müqavilələrinin və çıxarışların etibarsız hesab edilməsinə dair iddia üzrə olan mülki işdə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən mübahisəli bağ sahələri ilə bağlı bir neçə sual üzrə mütəxəssis(ekspert, mühəndis) rəyi alınması qərara alınmışdır. Həmin İdarənin verdiyi xx xxxxxxxx 2019-cu il il tarixli rəyində 1-ci və 2-ci sual üzrə göstərilmişdir ki, keçmiş BTİ və İB tərəfindən vətəndaşlara torpaq sahəsi ayrılarkən kordinatlarla ayrılmadığından, həmçinin arxiv qovluğundakı 36 saylı bağın cizgisində sərhədləri şərti olduğundan və hər hansı istinad nöqtəsindən məsafə və ölçü göstərilmədiyindən 36 və 36 a saylı bağ sahələrinin kordinatlarını təyin etmək mümkün olmamışdır. 36g və 36d saylı bağ sahələrinin kordinatları “plan və ölçüyə əsasən məktuba əlavə olunmuşdur. Göründüyü kimi, iş materialında, o cümlədən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində və Bakı şəhər İcra Hakmiyyətində 36 və 36 a nömrəli bağlara dair kifayət qədər, hüquq müəyyənedici sənədlər(müqavilə, cizgi planı, bağın ayrılmasına dair sərəncamla bağlı arxiv arayışı və.s) olmasına, 36g və 36d saylı bağ sahəsinə dair isə heç bir hüquq müəyyənedici sənədələrin (yalınz əsası olmayan saxta orderlərdən başqa, çünki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2019-cu il tarixli 7-2240/17 saylı məktubu ilə təsdiq olunur ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 663 saylı sərəncamı ilə vətəndaş X5 və X15 Buzovna qəsəbəsində bağ sahəsi ayrılmamışdır) olmamasına baxmayaraq, nədənsə cavabdeh İdarə 36g və 36d saylı bağ sahələrinin kordinatlarını təyin edə bilir, ancaq 36 və 36a saylı bağ sahələrinin göstərdiyi səbəblərdən kordinatlarını təyin edə bilmir. Ağlabatan mühakimə də tələb edir ki, 36g və 36 d nömrəli bağ sahələri həqiqətən mövcud olmuşdursa, demək 36 və 36 a nömrəli bağ sahələri də lap elə onların yanında olmalıydı. Amma nədənsə dövlətin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparmağa səlahiyyət verdiyi, eləcə də keçmiş bağ torpaq sahələrinin arxivlərinin saxlandığı bu cavabdeh dövlət İdarəsi mövcudluğunu təkzib etmədiyi 36 və 36 a nömrəli bağ sahələrinin kordinatlarını müəyyən edə bilmir yaxud hansısa məlum olmayan səbəblərə görə etmək istəmir. Bunlardan başqa, qərardaddakı növbəti suallarda cavabdeh İdarədən bu bağ sahələrinin üst-üstə düşüb-düşməməsi, düşürsə hansı hissədə düşməsi, mübahisələndirilən ərazinin konkret olaraq qanuni əsaslarla hansı bağ sahələrinin ərazisi olduğu, 36 və 36a saylı bağ sahələrinin ərazisi olmuşdursa, onda hansı əsasla 36 g və 36d saylı bağ sahələri kimi cavabdehlərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına cavab istənilmişdir. Lakin həmin suallara verilən cavablarda da 36 və 36a saylı bağların kordinatlarını dəqiq təyin etmək mümkün olmadığına görə 36g və 36d nömrəli bağ sahələri ilə üst-üstə düşüb-düşməməsini aydınlaşdırmağın mümükün olmadığı göstərilmiş, mübahisələndirilən ərazinin də konkret hansı bağ sahələrinin ərazisi olduğu (4-cü suala cavabda) sualını da aid olmayan formada cavablandırmışdır. Ən nəhayət sonuncu sualda bir daha mübahisələndirilən ərazinin 36g və 36d saylı bağların ərazisisidirsə, onda 36 və 36a nömrəli bağ sahələrinin konkret olaraq harada yerləşdiyi yaxud yerləşməli olduğu ərazinin təyin edilməsi soruşulsa da, bunu da təyin etməyin mümkün olmadığını göstərmişdir. Əlbətdə ki, bu cür məlumatlar açıq-aşkar əsassız və həqiqətə uyğun olmamaqla yanaşı, həm də cavabdeh İdarənin vəzifəli şəxslərinin qanunsuz əməllərə yol verdiklərinə dəlalət edir və haqlı olaraq da birinci instansiya məhkəməsi tərəfindən iş üzrə cinayət əlamətləri aşkar edildiyindən xüsusi qərardad çıxarılaraq prokurorluq orqanlarına göndərilmişdir. Əks halda cavabdeh İdarə apellyasiya şikayəti verməsinə baxmayaraq dəfələrlə keçirilmiş məhkəmə iclaslarına gələrək öz apellyasiya şikayətində, əsassız da olsa göstərdiyi dəlilləri müdafiə etmək istəməmişdir. Apellyasiya şikayətində ümumi sözlərdən istifadə edərək İdarənin qanunsuz hərəkət və ya hərəkətsiziliyinin olmasının sübuta yetirilmədiyini göstərmişdir. Düzdür, ola bilsin ki, mülki mühakimə icraatı çərçivəsində cavabdeh İdarənin qanunusz hərəkət yaxud hərəkətsizliyinin cinayət hüquqi baxımından sübuta yetirilməsi mümkün olmasın. Lakin istintaq orqanı tərəfindən İdarənin və digər şəxslərin bu əməllərinə yəqin ki,hüquqi qiymət verilməsi təmin ediləcəkdir. Apellyasiya şikayətində həmçinin birinci instansiya məhkəməsinin məhkəmə torpaqşünaslıq ekspertizası keçirmədiyini və iddiaçıların təqdim etdiyi sənədlərdə qeyd olunan torpaq sahələrinin naturada yeri müəyyənləşdirilmədiyini göstərmişdir. Ümumiyyətlə cavabdeh İdarə torpaqşünaslıq ekspertizası dedikdə nəyi nəzərdə tutduğunu, eləcə də belə bir ekspertiza növünün həqiqətən mövcud olardısa, bunun nəticəsində nəyin müəyyən edilməsini istədiyini açıqlamamışdır. Çünki, yuxarıda qeyd olunduğu kimi apellyasiya instansiya məhkəməsi tərəfindən qərardad qəbul edilərək cavabdeh İdarə tərəfindən mübahisəli bağ sahələrinə dair mütəxəssis(ekspertiza) rəyi verilməsi tələb edilmişdir. Lakin cavabdeh İdarə apellyasiya instansiyası məhkəməsinin qərardadda göstərilən suallarına bilərəkdən düzgün yaxud tam olmayan məlumatlar vermişdir. Torpaq sahəsinin naturada yerini cavabdeh İdarədən başqa hansı səlahiyyətli qurum müəyyənləşdirə bilər? Əbətdə ki, keçmiş Bağlar təsərrüfatının arxivi cavabdeh İdarədə saxlandığından yalnız bu qurum dəqiq və müfəssəl rəy verə bilərdi ki, o da nədənsə vermək istəmir. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, bağ-torpaq sahəsi elə bir unikal təbiət obyektidir ki, onun yoxa çıxması yaxud məhv olması mümkün deyildir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə qərardadına əsasən verdiyi rəydən belə fikir hasil olur ki, sanki 36 və 36a nömrəli bağ sahələri yox olmuş yaxud məhv edilmişdir. Şübhəsiz ki, bu rəyin inandırıcı və ağlabatan olmadığı həm digər sübutlarla, həm də işin halları ilə açıq-aşkar təsdiq olunur. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehlərin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdehlər X17 və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin ayrıayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2738/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-361/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-361/2020
04.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver