Məhkəmə qərarları › İş №2(103)-3633/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3633/2020

11.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3633/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X9 və X3 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı X10 nümayəndəsi Seyidov İkram Möhlüd oğlunun iştirakı ilə, İddiaçı X10 cavabdehlər İslamov X19 və X4 qarşı avtomobilin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(001)-7338/2017 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X14 cavabdehlər İslamov X19 və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququ əsasında ona məxsus olan “Kia Rio” markalı, Az ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyət hüququ əsasında özünə məxsus olan "Kia Rio" markalı, Az ** VM *** dövlət qeydiyyat nişanlı avtomobili ipoteka ilə yüklü edərək, xx.xx.2013-cü il tarixdə "Bank VTB (Azərbaycan)" ASC ilə aralarında bağlanmış avtomobil krediti müqaviləsi üzrə "Bank VTB (Azərbaycan)" ASC-dən kredit götürmüşdür. Bu müqavilə üzrə banka qrafikə uyğun, 24 ay müddətində, hər ay 434 ABŞ dolları məbləğində ödənişlər etdikdən sonra maddi vəziyyətinin pisləşməsi səbəbindən bank qarşısında öhdəliyini yerinə yetirə bilmədiyi üçün ipoteka predmeti olan bu avtomobili xx xxxxxx 2016-cı il tarixdə etibarnamə əsasında tanışı olan cavabdeh X2 istifadəsinə vermişdir. Cavabdeh S.Qəhrəmanovla aralarında olan razılaşmaya əsasən o, iddiaçının əvəzindən aylıq olaraq bankın ödənişlərini etməli, ödəniş bitdikdən sonra avtomobil alqısatqı yolu ilə S.Qəhrəmanovun adına rəsmiləşdirilməli idi. Lakin cavabdeh S.Qəhrəmanov aralarındakı razılaşmaya məhəl qoymadan bankın ödənişlərini etməmiş və avtomobili etibarnamə əsasında digər cavabdeh İslamov X17 istifadəsinə vermişdir. "Avtomobil krediti müqaviləsi" üzrə öhdəlik yerinə yetirilmədiyindən "Bank VTB (Azərbaycan)" ASC ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, 8999,53 ABŞ dolları məbləğində pul vəsaitinin Ramin Zairovdan tutulması və tutmanın ipoteka predmeti olan "Kia Rio" markalı, Az ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi qət edilmişdir. Həmin qətnamənin icrasını Suraxanı rayon icra və probasiya şöbəsi ondan tələb etdiyindən, cavabdehlərə avtomobilin geri qaytarılması barədə çoxsaylı müraciətlər etmiş, onlar hər dəfə müxtəlif bəhanələr gətirərək avtomobili geri qaytarmaqdan imtina etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(001)- 7338/2017 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən Cavabdehpelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "Kia Rio" markalı, Az ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilə dair iddiaçı Ramin Zairov tərəfindən cavabdeh X4 etibarnamə verilmiş, bundan sonra Sərxan Qəhrəmanov həmin avtomobili Cavabdeh satmışdır. Avtomobilin müqabilində o, Sərxan Qəhrəmanova 3000 manat pul vermiş, daha sonra iki ay müddətində hər ay 250 ABŞ dolları olmaqla avtomobilə görə banka 500 ABŞ dolları məbləğində kredit borcu ödəmişdir. Bundan sonra o, avtomobili xx xxxxxx 2017-ci il tarixdə Binəqədi rayonu ərazisində yerləşən notariat kontorunda avtomobil alqı-satqısı ilə məşğul olan, əvvəllər tanımadığı İlham adlı şəxsə mülki etibarnamə verməklə 2200 manata satmışdır. xx xxxxxx 2017-ci il tarixdən həmin avtomobil onda deyil. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(001)- 7338/2017 saylıqətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(010)-8203/2016 saylı icra vərəqəsinə əsasən məlum olur ki, cavabdeh X8 8999,53 ABŞ dolları məbləğində pul və 30 manat dövlət rüsumunun iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulması, tələbin cavabdeh X11 məxsus olan və bankın xeyrinə ipotekaya qoyulmuş “Kia Rio minik” markalı, Az ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləği və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsi, Bank VTB (Azərbaycan) ASC ilə X14 arasında bağlanmış 111978-1-6051 saylı, xx.xx.2013-cü il tarixli avtomobil krediti müqaviləsinin ləğv edilməsi, ipoteka predmeti olan əmlakın satışından artıq qalan məbləğin X11 qaytarılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin X11 ünvanladığı xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatlarına əsasən, "Kia Rio" markalı, Az ** VM *** dövlət qeydiyyat nişanlı avtomobil Ramin Zairovun mülkiyyətində olmaqla İslamov X19 etibarnamə ilə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 016-686257-3217 saylı məktuba əsasən məlum olur ki, DİN Baş Dövlət Yol Polisi idarəsinin Qeydiyyat-İmtahan Şöbəsinin kompüter uçot bazasına görə "KİA RİO" markalı, Az ** VM *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2013-cü il tarixdən hal-hazıra kimi X10 adında qeydiyyatdadır və etibarnamə əsasında Bakı şəhər sakinləri X5, X7, X2 və İslamov X17 istifadəsinə verilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli etibarnamədən görünür ki, X10 adından etbarnamə əsasında çıxış edən X1 İslamov X19 ötürmüşdür. İş materiallarında olan X14 tərəfindən Bakı şəhəri 6 saylı notariat kontoruna verilmiş xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, o, xx.xx.2016-cı il tarixində 6 saylı notariat kontorunda X4 verdiyi etibarnamənin ləğv edilməsini xahiş etmiş, ərizə həmin tarixdə notariat reyestrində qeydə alınmışdır. Beləliklə, iş materiallarından görünür ki, “KİA RİO” minik markalı, Az ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X12r. Avtomobilin mülkiyyətçisi Ramin Zairov həmin avtomobilə dair xx.xx.2016-cı il tarixində X4 etibarnamə vermiş, xx.xx.2017-ci il tarixdə bu etibarnaməni ləğv etdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yolverməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası nəzərə alır ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyanın mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırkı işin halları ilə iddia tələbinin əsaslı olması baxımından tələb olunan bu 3 komponentin hamısı mövcuddur. Hazırki iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, iş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür. Mülki iş materiallarından görünür ki, iddiaçı ona məxsus avtomobilin cavabdehlərin qanunsuz sahibliyində olduğunu sübut etmişdir. Cavabdeh apelyasiya şikayətində avtomobili etibarnamə əsasında xx xxxxxx 2017ci il tarixdə İlham adlı şəxsə satdığını bildirsə də, məhkəməyə bu barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh bu dəlili əsassızdır. Belə ki, Ramin Zairov xx xxxxxx 2017-ci il tarixdə Sərxan Qəhrəmanova verdiyi etibarnaməni ləğv etdirdiyinə görə, xx xxxxxx 2017-ci il tarixdə etibarnamə üzrə səlahiyyətlərin başqa şəxsə ötürülməsi mümkün deyildi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. İddiaçı öz iddia tələbini tələb etməkdə haqlıdır. Apelyasiya şikayətinin dəlillərinə gəldikdə isə kollegiya qeyd edir ki, apelyasiya şikayətində göstərilənlər formal mülahizələrdən ibarət olmaqla faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh İslamov X17 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(001)- 7338/2017 saylıqətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar