Məhkəmə qərarları › İş №2(103)-3633/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3633/2022

26.04.2022 · İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3633/2022 26.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi X2, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı icarə, alqı-satqı müqavilələrinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 2(005)-2459/2021 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(005)- 2459/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı icarə, alqı-satqı müqavilələrinin və çıxarışın etibarsız hesab edilməsi tələbi təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti apellyasiya şikayətləri vermiş, Bakı Apellyasiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli 2(103)-3633/2022 saylı qərardadı ilə apellyasiya mümkün hesab edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə məktub göndərilərək həmin məhkəmənin 18 mart 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən şikayət verilməsi bildirilmiş və şikayətə baxılması üçün mülki işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılması xahiş edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 2(005)-2459/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin verilməsi üçün ötürülmüş müddətin bərpası barədə ərizələri təmin edilmiş, İddiaçı tərəfindən həmin qərardaddan şikayət verilmişdir. Azərbaycan Respublikası MPM-in 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiyanın mümkünlüyü barədə Bakı Apellyasiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli 2(103)-3633/2022 saylı qərardadı ləğv edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 2(005)- 2459/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayətləri apellyasiya baxışından çıxarılmalı, mülki iş qərardaddan şikayətə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiyanın mümkünlüyü barədə Bakı Apellyasiya Məhkəməsinin 18 aprel 2022ci il tarixli 2(103)-3633/2022 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 2(005)- 2459/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Qətnamədən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli 2(005)- 2459/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar