Məhkəmə qərarları › İş №2(103)-4206/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4206/2022

31.05.2022 · İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4206/2022 31.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı müqavilələrin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli 2(005)-2459/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı müqavilələrin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 2(005)- 2459/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 Fariz oğlu arasında bağlanmış 11 yanvar 2018-ci il tarixli «Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında» 10004 nömrəli müqavilə, icarəyə verilmiş əmlakın 22 yanvar 2018-ci il tarixli 6855 nömrəli alqı-satqı müqaviləsi və Cavabdeh1 Fariz oğlunun adına verilmiş RX seriyalı № ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilmişdir. Cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin həmin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli 2(005)- 2459/2021 saylı qərardadı ilə həmin məhkəmənin 08 dekabr 2021-ci il tarixli 2(005)- 2459/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin verilməsi üçün ötürülmüş müddətin bərpası barədə Cavabdeh1 ərizəsi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin apellyasiya şikayətləri mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2(005)-2459/2021 nömrəli qərardadından şikayət verərək qərardadının ləğv edilməsini və hər iki cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin geri qaytarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2(103)-3633/2022 saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 2(005)- 2459/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayətləri apellyasiya baxışından çıxarılmış, qətnamədən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli 2(005)-2459/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 2(005)-2459/2021 saylı qətnaməsi tərəfə 08 fevral 2022-ci il tarixdə təqdim edilmiş, qətnamədən apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sisteminində yaradılmış elektron kabinet vasitəsilə verilsə də müəyyən olunmuş formada tərtib edilməmiş, digər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemi ilə müəyyən edilmiş qaydalara uyğun olaraq verilməmişdir. Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri qanunvericilikdə müəyyən edilmiş müddətin ötürülməsi ilə verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli 2(005)- 2459/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Hazırkı işin materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 2(005)-2459/2021 saylı qətnaməsi tərəflərə 21 dekabr 2021-ci il tarixdə göndərilmişdir. Lakin qətnamədən verilmiş apellyasiya şikayətləri mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığından Bakı Apellyasiya Məhkəməsinin 04 fevral 2022-ci il tarixli 2(103)-2091/2022 saylı qərardadı ilə apellyasiya şikayətləri üzrə apellyasiya qeyri-mümkün hesab olunmuşdur. Hazırda cavabdehlər elektron kabinet vasitəsilə apellyasiya şikayətlərini yenidən təqdim etmiş və şikayətə ötürülmüş prosessual müddətin bərpası barədə ərizə təqdim etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : ---360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. ---130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. ---133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayəti verilməsi üçün müddətin buraxılmasını üzrlü saymaqla müddəti bərpa etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli 2(005)-2459/2021 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Prosessual müddətin bərpası haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli 2(005)-2459/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar