Məhkəmə qərarları › İş №2(103)-3641/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3641/2025

25.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3641/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı “cavabdehə öhdəliyin icrasının həvalə edilməsi” barədə iddiasına dair mülki iş üzrə (Açar sözlər:öhdəliyin icrasının cavabdehin üzərinə qoyulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3238/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. AR-İİ №911368 nömrəli xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, X1 Əfsanə Aftandil qızına Abşeron rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 1483 nömrəli sərəncamına əsasən Abşeron rayonu, X11 ünvanında yerləşən 7.0 ha torpaq sahəsindən yalnız 0.02 ha torpaq sahəsinin icarə hüququnun üzərində sərəncam verməyi, tikinti işləri aparmağı, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar ərizə verməyi və digər hərəkətləri etməyi etibar edir. ƏMDK yanında DƏDRX-nın istənilən Ərazi İdarəsində nümayəndəsi olmağı, ona məxsus daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məsələlərini həll etməyi, sənədləri təqdim etməyi, adından ərizə verməyi, ərizəni imza etməyi, ona çatası çıxarış, forma-1 arayışı və digər sənədləri almağı, imza etməyi, rüsumları ödəməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar edir.

2. Cavabdeh İB-nin xx.xx.2025-ci il tarixli, 14-2-2/2-Ş-1236- 5/2025 saylı məktubdan görünür ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun xx.xx.2023-cü il tarixindən qüvvəyə minmiş dəyişikliyə istinad edilməklə iddiaçının ünvanına qaz xəttinin quraşdırılmasından imtina edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilməsi və Bakı şəhəri, Sabunçu rayonu, X6 yerləşən 2 sot torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin qaz xətti ilə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011 -ci il tarixli 1483 nömrəli sərəncamına əsasən Abşeron rayon X11 ərazisində ev tikilməsi üçün 2 sot torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində iddiaçının ailəsinin yaşaması üçün ev inşa etmişdir. Məlumat üçün bildirir ki, həmin torpaq sahəsinin üzərində 2021-ci ilin dekabr ayında tikintisinin başa çatdığı gündən ailə ilə birlikdə evə köçərək yaşamağa başlamışlar. Həmin gündən evə elektrik xətti və su xətti çəkdirmiş və bu barədə həmin kommunal xətlərə sayğac quraşdırılmışdır. Bundan sonra iddiaçı yenidən istifadəsində olan fərdi yaşayış evinin qaz xətti ilə təmin edilməsi barədə cavabdehə, yəni Cavabdehnə qaz xəttinin çəkilməsi barədə xx.xx.2025-ci il tarixində ərizə ilə müraciət etmiş, lakin cavabdeh təşkilat ona 14 fevral 2025-ci ildə ərizəsinə əsasən yazdıqları 14-2- 2/2-Ş-1236-5/2025 saylı məktublarında imtina haqqında məlumat bildirmişlər. Həmin məktubda Cavabdeh Azərbaycan Respublikasının Qanununda xx.xx.2023-cü il tarixdən qüvvəyə minmiş dəyişikliyə (maddə 13. Bənd 10-1) görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə olan, lakin belə icazə alınmadan inşa edilmiş və tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və tikilməkdə olan tikinti obyektlərinin qaz xətlərinin şəbəkəyə qoşulması qadağan olunmuşdur. Yuxarıda göstərilən səbəblərdən iddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının istifadəsində olan yaşadığı Sabunçu rayonu X6 yerləşən fərdi yaşayış evinə qaz xəttinin çəkilməsinin təmin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. İddia ərizəsinə əlavə etdiyi mülkiyyət haqqında çıxarışdan da görünür ki, həmin torpaq sahəsi iddiaçının istifadəsindədir. Mülkiyyət isə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi ilə qorunur. İddiaçının inşa etdirdiyi fərdi yaşayış evini şəhərsalma qaydalarına uyğun inşa etdirmiş və çəkiləcək kommunal xətlər tam nəzərə alınmış, heç bir mühafizə zolağına düşmür. Bundan başqa cavabdehin imtina etdiyi əsaslardan biri də sənaye təyinatlı ərazilərdə məskunlaşmanın və özbaşına zəbt olunma hallarının qarşısını almaq məqsədi ilə qaz xətti ilə təmin etmə yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış daşınmaz əmlaklara münasibətdə təmin edilməsidir. Göründüyü kimi bu da əsassız imtinadır. Çünki həmin torpaq sahəsi zəbt olunmayıb. Cavabdehin əsaslandığı daşınmaz əmlak tərəfindən həmin torpaq sahəsinin mülkiyyətə verilməsinə dair çıxarış verilmişdir. Bundan başqa cavabdehin imtinasından biri də “AzəriQaz İstehsalat Birliyinin” Azərbaycan Respublikasının Qanununda xx.xx.2023-cü il tarifdən qüvvəyə minmiş dəyişikliklə bağlıdır. Hesab edir ki, bu da əsassız imtinadır. Çünki iddiaçı həmin qanuna dəyişiklikdən çox qabaq həmin fərdi yaşayış evini inşa etdirərək burada yaşamışdır. Bunu sübut edən onun evinə çəkilmiş su xəttidir. İddiaçı hesab edir ki, Cavabdeh imtinası qanunsuz və əsassızdır. Cavabdeh bu hərəkəti ilə iddiaçının AR Konstitusiyasında təsbit edilmiş konstition hüquqlarını kobud surətdə pozur. Ona görə də hesab edir ki, cavabdehin imtinası əsassızdır. Odur ki, iddia təmin edilməli, məhkəmə cavabdehin imtinasının əsassız hesab edilməsi, 2 sot torpaq sahəsində inşa etdiyim fərdi yaşayış evinin qaz xəttinin çəkilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qətnamə çıxarılmalıdır.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3238/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. 6.Məhkəmə müəyyən etmişdir ki, İddiaçı Abşeron rayonu, X11 ünvanında yaşamaq məqsədi ilə fərdi yaşayış evini inşa etmiş və hazırda orada yaşayır. Qeyd edilən ünvana su və elektrik xətləri çəkilmiş və sayğaclar quraşdırılmışdır. Lakin qaz xətlərinin çəkilməsi və sayğacların quraşdırılması üçün Cavabdeh İB-yə müraciət etməsinə baxmayaraq, cavabdeh təşkilat bundan imtina etmişdir. İddiaçının qeyd edilən ünvana dair mülkiyyətini təsdiq edən sənədi mövcud olmamışdır. Həmin torpaq sahəsinə dair “sənəd” olaraq yalnız X7 İddiaçı səlahiyyətlərin ötürülməsi barədə xx.xx.2023-cü il tarixli AR-İİ № 911368 nömrəli etibarnamə iş materiallarına əlavə edilmişdir. Həmin etibarnamədən görünür ki, X3 rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 1483 nömrəli sərəncamına əsasən Abşeron rayonu, X11 ünvanında yerləşən 7.0 ha torpaq sahəsindən yalnız 0.02 ha torpaq sahəsinin icarə hüququnun üzərində sərəncam verməyi, tikinti işləri aparmağı, ƏMDK yanında DƏDRX-nın istənilən Ərazi İdarəsində nümayəndəsi olmağı, ona məxsus daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məsələlərini həll etməyi, sənədləri təqdim etməyi, adından ərizə verməyi, ərizəni imza etməyi, ona çatası çıxarış, forma-1 arayışı və digər sənədləri almağı, imza etməyi, rüsumları ödəməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar etmişdir. Hazırda iddiaçı cavabdehin imtina etməsinin əsassız hesab edilməsini və ünvanında yerləşən fərdi yaşayış evinə qaz xəttinin quraşdırılması öhdəliyinin cavabdehə həavlə edilməsini məhkəmədən xahiş etmişdir. 7.Məhkəmə iddianın rədd edilməsi üzrə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının hazırda ünvanına qaz xəttinin quraşdırılmasını tələb etdiyi fərdi yaşayış evinin inşası üçün müvafiq icazələr tələb edildiyi halda onlar alınmamışdır. Həmçinin qeyd edilən torpaq sahəsi də iddiaçının xüsusi mülkiyyətində deyildir. Ona görə də cavabdeh təşkilat tərəfindən qaz xətlərinin çəkilməsi və sayğacın quraşdırılmasında imtina etməsi əsaslı olmuşdur. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2023-cü il tarixli qanunun 1-ci maddəsinə əsasən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə aşağıdakı məzmunda 10-1-ci hissə əlavə edilmişdir: “10-1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.” Həmin Qanunun 2-ci maddəsinə əsasən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2023-cü il tarixli qanunu 2023-cü il oktyabrın 1-dən qüvvəyə minir. Göründüyü kimi iddiaçı artıq evi inşa edib bitirdikdən sonra cavabdeh təşkilata müraciət etmiş və o, müraciət edən vaxt qanun qeyd edilən müddəası qüvvədə olmuşdur. Məhkəmə “fərdi yaşayış evinin qaz xətti ilə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” məsələsinə münasibətdə qeyd etmişdir ki, “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması” Qaydalarına əsasən tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması üçün texniki şərtlər verilməlidir. Yuxarıda sadalanmış normalardan görünür ki, iddiaçının qazla təchiz edilməsini tələb etdiyi obyektin qazlaşdırılması bununla bağlı cavabdeh təşkilat tərəfindən texniki şərtlərin verilməsi yolu ilə mümkündür. Yəni ki, ünvana qaz sayğacının quraşdırılması və qaz xətlərinin çəkilməsi üçün cavabdeh təşkilat tərəfindən qeyd edilən ünvana dair texniki şərtlər verilməlidir. 8.Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsi, 98-ci və 149-cu maddəsinin İİİ hissəsi; “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin 1-ci hissəsi, 13.10-1 və 2-ci; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2023-cü il tarixli qanunun 1-ci maddəsi; Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2023-cü il 30 avqust tarixli 297 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması” Qaydalarının 1.11 və 1.2-ci bəndləri; Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 02.03.09. tarixli 17 №-li əmri ilə təsdiq edilib, xx.xx.2009-cu ildən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları Qaz təchizatının layihələndirmə normaları”nın 8.33-cü bəndi; Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 80.1 və 80.4-cü; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.10.2-ci; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 87.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi qətnaməsində həmin evin yeni tikili olmamasını, həmin torpağın çıxarışının olmasını, həmin evdə uzun müddətli yaşayışın olmasını, həmin evdə işıq və su xəttlərinin olmasını göstərsə də yekunda səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsi iddiaçının vəziyyətini ağırlaşdırır. Qeyd etdiyi kimi o, yaşadığı fərdi yaşayış evini məhkəmin əsaslandırdığı qanun qüvvəyə minməmişdən çox əvvəl inşa edərək burada yaşamışdır. Bundan başqa ev özbaşına tikili deyil. Həmin fərdi yaşayış evini Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 1483 nömrəli sərəncamı əsasında inşa etdirmişdir. Həmin evə səlahiyyətli orqanların icazələri ilə işıq və su xəttləri çəkdirərək ondan istifadə edir. Bütün bunlardan da belə qənaətə gəlmək olur ki, dövlət özü iddiaçını mülkiyyətçi kimi tanıyır. Məhkəmə baxışında onun iştirakını təmin etməməklə prossesual hüquq normsı kobud surətdə pozmuşdur. Çünki məhkəmədə onun iştirakı təmin edilsəydi daha obyektiv araşdırılma aparılardı və mübahisəli torpaq sahəsi notarial alqı-satqı müqaviləsi əsasında iddiaçının mülkiyyətinə keçdiyi məlum olardı. Məhkəmə qətnamə çıxararkən onun qeyd etdiyi faktlara diqqət yetirməyib.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Avtandil qızı apellyasiya şikayətini müdafiə etdi, izahatında və ona verilən suallara cavab olaraq bildirdi ki, əvvəl məsafə uzaq idi onlara, sonra istədilər ki, qaz çəksinlər qərar çıxdı ki, çəkmək olmaz, Azəriqaza bir dəfə demişdilər, onlar da demişdir ki, çəkə bilməzlər. Texniki şərtləri əldə etməmişdir. Rəsmi müraciətləri yoxdur, Sabunçu qaz idarəsinə müraciət etmişdir, onlar da demişdir ki, məhkəmə icazə versə qaz çəkə bilərlər, verməsə yox.

13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh İBnin nümayndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

14. Azərbaycan Respublikası Konstitusiyasının

26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 98-ci maddəsinə əsasən qanunun və Azərbaycan Respublikası Milli Məclisinin qərarının özündə başqa qayda nəzərdə tutulmayıbsa, qanun və qərar dərc edildiyi gündən qüvvəyə minir. 149-cu maddəsinin İİİ hissəsinə əsasən qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir.

15. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun

Maddə 2, 2-ci hissə: bu Qanun qaz və maye halında enerji daşıyıcısı kimi işlədilən bütün (təbii qazlar da daxil olmaqla) qaz növlərinin (bundan sonra “qaz”) istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyətləri tənzimləyir. Maddə 13.10-1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.

16. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2023-cü il 30 avqust tarixli 297 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması” Qaydalarının

Maddə 1.11. Qaz paylayıcısı bu Qaydaya uyğun olaraq sifarişçinin tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması üçün texniki şərtlər verir. Texniki şərtlər Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsi ilə müəyyən edilmiş tələblər və həmin Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş ərazi planlaşdırılması sənədləri nəzərə alınmaqla hazırlanır.

Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin Maddə 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Maddə 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Maddə 80.4. sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun:

Maddə 8.0.10.2. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin,məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaqsahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd əsas hesab edilir.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası qətnamənin qanuniliyini və əsaslılğını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 24.Belə ki, iş materiallarının tədqiqi ilə müəyyən olunur ki, İddiaçı Abşeron rayonu, X11 ünvanında yaşamaq məqsədi ilə fərdi yaşayış evini inşa etdirmiş və hazırda orada yaşayır. Qaz xətlərinin çəkilməsi və sayğacların quraşdırılması üçün Cavabdeh İB-yə müraciət etməsinə baxmayaraq, cavabdeh təşkilat bundan imtina etmişdir. İddiaçının qeyd edilən ünvana dair mülkiyyətini təsdiq edən sənədi mövcud olmamışdır. Həmin torpaq sahəsinə dair “sənəd” olaraq yalnız X7 İddiaçı səlahiyyətlərin ötürülməsi barədə xx.xx.2023-cü il tarixli AR-İİ № 911368 nömrəli etibarnamə iş materiallarına əlavə edilmişdir. Həmin etibarnamədən görünür ki, X3 rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 1483 nömrəli sərəncamına əsasən Abşeron rayonu, X11 ünvanında yerləşən 7.0 ha torpaq sahəsindən yalnız 0.02 ha torpaq sahəsinin icarə hüququnun üzərində sərəncam verməyi, tikinti işləri aparmağı, ƏMDK yanında DƏDRX-nın istənilən Ərazi İdarəsində nümayəndəsi olmağı, ona məxsus daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məsələlərini həll etməyi, sənədləri təqdim etməyi, adından ərizə verməyi, ərizəni imza etməyi, ona çatası çıxarış, forma-1 arayışı və digər sənədləri almağı, imza etməyi, rüsumları ödəməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar etmişdir. İddiaçı cavabdehin imtina etməsinin əsassız hesab edilməsini və ünvanında yerləşən fərdi yaşayış evinə qaz xəttinin quraşdırılması öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. 25.İddiaçı tərəfindən fərdi yaşayış evinin inşası üçün tələb olunan icazələrin alınmaması və ünvana qaz sayğacının quraşdırılması və qaz xətlərinin çəkilməsi üçün cavabdeh təşkilat tərəfindən qeyd edilən ünvana dair texniki şərtlər verilmədiydən məhkəmə cavabdehin imtinasını əsaslı hesab edərək iddia tələbini rədd etmişdir. 26.Məhkəmənin mövqeyi ilə razılaşan kollegiya qeyd edir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2023-cü il tarixli qanunun 1-ci maddəsinə əsasən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə aşağıdakı məzmunda 10-1-ci hissə əlavə edilmişdir: 27.Qanunun 13.10-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.” 28.Həmin Qanunun 2-ci maddəsinə əsasən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2023-cü il tarixli qanunu 2023-cü il oktyabrın 1-dən qüvvəyə minir.

29. Hazırki işin faktiki hallarında isə müəyyən olunur ki, iddiaçı artıq evi inşa edib bitirdikdən sonra (xx.xx.2025-ci il tarixdə) cavabdeh təşkilata müraciət etmiş və o, müraciət edən vaxt qanun qeyd edilən müddəası qüvvədə olmuşdur.

30. Göründüyü kimi iddiaçının hazırda ünvanına qaz xəttinin quraşdırılmasını tələb etdiyi fərdi yaşayış evinin inşası üçün müvafiq icazələr tələb edildiyi halda onlar alınmamışdır. Həmçinin qeyd edilən torpaq sahəsi də iddiaçının xüsusi mülkiyyətində deyildir. 31.Belə ki, AR-İİ №911368 nömrəli xx.xx.2023-cü il tarixli etibarnaməyə əsasən X1 Əfsanə Aftandil qızına Abşeron rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 1483 nömrəli sərəncamına əsasən Abşeron rayonu, X11 ünvanında yerləşən 7.0 ha torpaq sahəsindən yalnız 0.02 ha torpaq sahəsinin icarə hüququnun üzərində sərəncam verməyi, tikinti işləri aparmağı, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar ərizə verməyi və digər hərəkətləri etməyi etibar edir. ƏMDK yanında DƏDRX-nın istənilən Ərazi İdarəsində nümayəndəsi olmağı, ona məxsus daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məsələlərini həll etməyi, sənədləri təqdim etməyi, adından ərizə verməyi, ərizəni imza etməyi, ona çatası çıxarış, forma-1 arayışı və digər sənədləri almağı, imza etməyi, rüsumları ödəməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar edir.

32. Bundan başqa, “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması” Qaydalarına əsasən tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması üçün texniki şərtlər verilməlidir.

33. Kollegiya qeyd edir ki, iddiaçının qazla təchiz edilməsini tələb etdiyi ünvana dair texniki şərt də alınmamışdır.

34. Cavabdeh tərəfin iddiaçıya ünvanladığı məktubda qeyd edilir ki, fərdi yaşayış evlərinin qazlaşdırılması ilə əlaqədar texniki şərtin alınması üçün müvafiq mülkiyyət sənədinin (çıxarış, plan ölçü sənədi, texniki pasport və sair) təqdim edilməklə Asan Xidmət və Asan Kommunal Mərkəzlərinə müraciət edilməlidir (i.v.6). 35.Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, hazırki vəziyyətdə cavabdehin imtinası əsassız olmamışdır. Qaz xəttinin çəkilməsi tələb olunan daşınmaz əmlaka dair lazımı sənədləşdirmə işləri aparıldıqdan sonra texniki şərtin alınması, qaz xəttinin çəkilməsi ilə bağlı yenidən müraciət edilə bilər.

36. İddiaçının iştirakının təmin edilməməsi ilə bağlı dəlili də əsassız hesab edən kollegiya qeyd edir ki, iddiaçı məhkəmə iclasında iştirak edərək izahat da vermişdir.

37. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

38. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3238/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3238/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Akif İsgəndərov Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar