Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3644/2025 20.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “fərdi yaşayış evinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-2558/2025 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, Sabunçu rayonu, “Ramana südçülük sovxozu” adlandırılan ərazidə yerləşən, iddiaçıya məxsus olan 0,03 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması vəzifəsi cavabdehin üzərinə qoyulsun. Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya şikayəti təmin edilə bilməz, qətnamə dəyişdirimədən saxlanılmalıdır. Belə ki, iddiaçının evə və evin yerləşdiyi torpaq sahəsinə dair hüquq müəyyənedici sənədi yoxdur, ev özbaşına tikinti obyektidir. İddiaçı evin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması üçün cavabdehə müraciət edib, lakin cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubu verib. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 10-1-ci hissəsinə görə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. Odur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-2558/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3644/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3644/2025
20.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver