Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3659/2022 18.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli 2(004)-113/2022 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Əli qızı Cavabdeh1 Sığorta şirkətinə qarşı “tikinti işlərinin aparılmasının qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, İzmir kuçəsi, 5A ünvanında tikinti işlərinin aparılmasının Cavabdeh1 Sığorta şirkəti ASC-yə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Əli qızı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, İzmir kuçəsi, 5A ünvanda Cavabdeh1 Sığorta şirkəti ASC tərəfindən inşa edilmiş tikililərin sökülməsi və binanın həyətinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli 2(004)- 113/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli 2(004)-113/2022 saylı qətnaməsindən İddiaçı1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası işin materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli 2(004)-113/2022 saylı qətnaməsindən İddiaçı1 və onun vəkili Nümayəndə2 tərəfindən verilmiş apelyasiya şikayətinin ilk səhifəsi hazırki işlə bağlı olsa da, apelyasiya şikayətinin digər səhifələri tamamilə başqa bir işlə bağlı olmaqla, hazırki işə heç bir aidiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli 2(004)-113/2022 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, şikayət geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 366, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli 2(004)- 113/2022 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-3659/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3659/2022
18.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver