Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3660/2023 19.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Bakı Şəhəri BPİ-nin X6 İdarəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-11/2023 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhəri BPİ-nin X7 İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin qanunazidd hərəkətləri nəticəsində dəymiş 5.000 manat maddi və 3.000 manat mənəvi zərər olmaqla, cəmi 8.000 manat məbləğində pulun, habelə 30 manat dövlət rüsumunun cavabdehdən onların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdilər. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 4230/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-13328/2019 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)-1871/2020 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra iddiaçının yeni açılmış hallarla əlaqədar ərizəsi əsasında Ali Məhkəmənin Plenumunun xx.xx.2022-ci il tarixli 13(102)-1/2022 saylı qərardadına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)-1871/2020 saylı qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-13328/2019 saylı və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 4230/2019 saylı qətnamələri ləğv edilərək, mülki iş yenidən baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Mülki iş xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş və yenidən məhkəmə baxışına verilmişdir. Bundan sonra iddiaçıların razılığı ilə cavabdeh Bakı Şəhəri BPİ-nin X6 İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə əvəz edilmiş, Bakı Şəhəri BPİnin X6 İdarəsi isə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-11/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən “QAZ 33021” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə itirilmiş dəyərinin əvəzi olaraq 425 manat, mənəvi zərərin əvəzi olaraq 500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat olmaqla, cəmi 955 manat məbləğində pulun iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2, habelə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, apellyasiya şikayəti İddiaçı1 tərəfindən imzalanmadıqından ona münasibətdə apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və ona münasibətdə apellyasiya şikayətinin geri qaytarılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, apellyasiya şikayəti hər iki iddiaçı tərəfindən verilməsinə baxmayaraq, elektron məhkəmə informasiya sistemində yaradılmış İddiaçı2 elektron kabinetinə yerləşdirilmiş və yalnız onun tərəfindən imzalanmışdır. İddiaçı1 elektron kabinetinin olması, habelə elektron imzaya malik olması müəyyən edilməmişdir. Nəticə etibarı ilə apellysiya şikayətində bu iddiaçının apellyator kimi adı, soyadı və atasının adı göstərilmiş, lakin şikayət onun tərəfindən imzalanmamışdır. Bu da öz növbəsində ona münasibətdə apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsini və apellyasiya şikayətinin qaytarılmasını şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 361.2-ci maddəsinə görə apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. 363.1.1-ci maddəyə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 366.1-ci maddəyə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti İddiaçı1 tərəfindən imzalanmadığından, apellyasiya ona münasibətdə qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti ona geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci, 363-cü, 366-cı, 400-cü, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-11/2023 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya ona münasibətdə qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti ona qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3660/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3660/2023
19.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver