Məhkəmə qərarları › İş №2(103)-3666/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3666/2025

13.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3666/2025 13.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Azərbaycan Respublikasının Mənzil İnşaat Dövlət X2rşı “alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-797/2025 saylı qərardadından Cavabdeh1 MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Azərbaycan Respublikasının Mənzil İnşaat Dövlət X2rşı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 MMC-yə məxsus, Azərbaycan Respublikası Mənzil X5 sərəncamında olan Yasamal – 2 layihəsində yerləşən 26 saylı bina, 33 saylı giriş, təmir növü 2 olan, 3 otaqdan ibarət 1 saylı mənzilə (DƏDRX çıxarışı üzrə ünvan: ünvan 1əyyən edilməklə, onunla alqı-satqı müqaviləsinin bağlanması vəzifəsi cavabdehlərin üzərinə qoyulmasını, cavabdehlərdən müştərək qaydada 01 noyabr 2023cü il tarixdən 01 may 2025-ci il tarixədək hesablanmaqla aylıq 450 manat məbləğində kirayə haqqının, habelə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Cavabdeh1 MMC vəsatətlə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-797/2025 saylı qərardadına əsasən mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə vəsatət rədd edilmişdir. Həmin qərardaddan Cavabdeh1 MMC şikayət verərək, qərardadın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mənzil X6, eləcə də onun tabeliyində olan Cavabdeh1 MMC inzibati səlahiyyətə malik qurumlardır. Hər ikisi dövlət tərəfindən təsis olunmuş hüquqi şəxslərdir və dövlətə məxsusdurlar (Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli, 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil X5 Nizamnaməsi”nin 1.1-ci və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli, 858 nömrəli Fərmanı ilə təsdiq edilmiş Cavabdeh1 Nizamnaməsi”nin 1.2-ci bəndləri). Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “inzibati orqan” və “inzibati akt” anlayışları aşağıdakı kimi təsbit edilmişlər: “2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.” Eyni zamanda, sözügedən Qanuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən “inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər” inzibati orqanlar kateqoriyasına aid edilmişlər. Belə olan halda isə “inzibati orqan” funksiyasını yerinə yetirən qurumlar üzrə işə mülki qaydada baxılması aidiyyət qaydalarının pozulmasına səbəb olur. Digər tərəfdən Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 may tarixli, 1418 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Güzəştli mənzil” sistemi haqqında Əsasnamə”nin 1.2-ci bəndinə görə həmin elektron sistemin fəaliyyətinin təşkili və inkişafı elektron sistemin inzibatçısı – Azərbaycan Respublikasının Mənzil X6 tərəfindən, 1.3-cü bəndinə əsasən isə bu elektron sistemin fəaliyyətinin təmin edilməsi elektron sistemin operatoru – Cavabdeh1 MMC tərəfindən təmin edilir. Heç təsadüfi deyildir ki, “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mənzil X5 fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” 2016-cı il 16 noyabr tarixli, 1113 nömrəli və “Azərbaycan Respublikasının Mənzil X5 fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında” 2018-ci il 7 fevral tarixli, 1819 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 fevral tarixli, 935 nömrəli Fərmanı qəbul olunanadək Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli, 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil X5 sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın qüvvədə olan 2.4-cü bəndi aşağıdakı redaksiyada təsbit olunmuşdur: “2.4. Mənzillərin əvəzləşdirilməsi onun sahibinin Agentliyə, habelə mənzili əldə etdiyi cəmiyyətə əsaslandırılmış yazılı müraciəti ilə həyata keçirilir və bu məsələyə Agentlik tərəfindən növbədənkənar olaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada baxılır. Mənzillərin əvəzləşdirilməsinə yol verilən halları Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.” Qeyd edilənlərlə yanaşı, qərardadda da istinad edilən “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 15.4-cü bəndində inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verildiyi halda iş üzrə icraata xitam verilməli olduğu təsbitlənmişdir. Bunu, həmçinin hər iki cavabdehin dövlət tərəfindən yaradılmış hüquqi şəxs olduğunu, “Güzəştli mənzil” sistemi vasitəsilə mənzillərin seçiminin təşkili və yekunu barədə müvafiq qərarın bildiriş formasında potensial alıcının, mənzili seçmiş elektron kabinet verilmiş şəxsin kabinetinə yerləşdirilməsini, yəni vətəndaş mənzili seçdikdən sonra ilkin olaraq inzibati orqan funksiyasını yerinə yetirən Cavabdeh1 MMCnin mənzilin seçiminin təsdiqi və satışının təşkili barədə qərar qəbul edərək buna dair bildirişi sistem vasitəsilə vətəndaşa təqdim etmək səlahiyyətinə malik olduğunu, o cümlədən bu mərhələdə satıcı və sistem inzibatçısı hərəkətlərini normativ hüquqi aktlardan irəli gələn qaydada həyata keçirdiklərini və Cavabdeh1 MMC-nin müvafiq qərar qəbul edərək vətəndaş qarşısında inzibati orqan kimi fəaliyyət göstərdiyini, bu mərhələnin mənzili almaq hüququnu təsdiqləyən müvafiq bildirişin (inzibati aktın) qəbulu ilə yekunlaşdığını nəzərə alaraq, sözügedən işin inzibati məhkəməyə aid olduğu müəyyən edilir və bununla da şikayət əsaslandırılmış olur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-797/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-797/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 saylı “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Qərarının: 6.3-cü bəndinə əsasən dövlət və bələdiyyə əmlakının müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı yaranan mübahisələrin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən nəzərə alınmalıdır ki, müsabiqə və ya hərracın keçirilməsi səbəbindən, məqsədindən, sifarişçinin kimliyindən, eləcə də müsabiqə və ya hərraca çıxarılan əmlakın mənsubiyyətindən asılı olmayaraq hər bir halda bu cür müsabiqə və ya hərracların təşkili, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı münasibətlər mülkihüquqi xarakter daşıyır və bu münasibətlərdən yaranan mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Müsabiqə və ya hərracı keçirən təşkilatın fəaliyyətini tənzimləyən ümumi hüquq sahəsinə aid edilə bilən ayrıca hüquqi aktın mövcudluğu müsabiqə və ya hərracın mülki-hüquqi xarakterini və qaliblə bağlanmış əqdlərin qarşılıqlı iradə azadlığına əsaslandığını ortadan qaldırmır; 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPMin 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-in 261.0 və 261.0.1-ci maddələrinə əsasən işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, ümumi məhkəmənin icraatına verilmiş iddianın sonradan inzibati məhkəməyə aid olması müəyyən edildiyi halda ümumi məhkəmə işin aidiyyəti üzrə baxılması üçün inzibati məhkəməyə göndərilməsi barədə deyil, iş üzrə icraata işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməsi barədə qərar qəbul etməli və həmin qərarda iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi qüvvədə olan MPM-də nəzərdə tutulmamışdır. Bu baxımdan cavabdeh işin məhkəmə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə vəsatət verməklə, hüquqi nəticə etibarı ilə iş üzrə icraata MPM-nin 261.1-ci maddəsi ilə xitam verilməsini tələb edir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qeyd edilən qərardadından verilmiş şikayətdə məhz iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Lakin hazırki iş üzrə icraata qeyd edilən əsasla xitam verilə bilməz və birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, “Güzəştli mənzil” sistemi vasitəsilə mənzillərin seçiminin təşkili və yekunu barədə müvafiq bildiriş mülki dövriyyə münasibətinə aid olan alqı-satqı müqaviləsinin bağlanması ilə əlaqədardır, mənzilə dair alışı həyata keçirməsi üçün məlumat xarakterli, xahiş edici məzmundadır və mənzil seçimi təsdiqlənmədiyi halda, vətəndaşa qarşılaşmalı olduğu real situasiya barədə sadəcə məlumat vermə məqsədi daşıyır. Bu bildirişlərin heç biri hər hansı bir qərara, hər hansı bir inzibati akta istinad etmir və mənzil seçimi olan vətəndaş üçün heç bir formada məcburi xarakter daşımır. Cavabdeh1 MMC bu bildirişi inzibati tənzimləyici bir qərar olaraq deyil, elektron sistemin fəaliyyətinin bir hissəsi kimi, alıcı rolunda çıxış edən vətəndaşın sistemdə öz iradəsinə əsasən seçdiyi mənzil barədə texniki məlumatlandırma məqsədilə göndərir. Bu bildiriş həqiqətən də hüquqi nəticə doğuran və konkret məsuliyyət yaradan inzibati akt olsa idi, o zaman həmin mənzilə dair “birinci gözləyən” və “ikinci gözləyən” şəxslər anlayışının hər hər hansı hüquqi əhəmiyyəti olmazdı. Belə ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş və bu proseduru tənzimləyən müvafiq qaydalar mənzil üzrə alqı-satqı hüququnun mənzilin ilkin seçim edən şəxsdən birinci və ikinci gözləyən şəxslərə keçməsi hallarını (müəyyən edilmiş müddət ərzində müvafiq tələbləri yerinə yetirmədikdə, o cümlədən göstərilən tarixə qədər notariat kontoruna yaxınlaşmadıqda) təsbit etmişdir. Qeyd edilənlər bildirişin vətəndaşın hüquqi vəziyyətini müəyyən etmədiyini, yalnız şərti və keçid xarakteri daşımaqla hüquqi öhdəlik və ya məsuliyyət yaratmadığını təsdiq edir. Münasibətlərin bu şəkildə formalaşması məhz onun inzibati xarakter daşımadığını təsdiq edir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi öz mövqeyində haqlı olmuşdur. Vəsatətin təmin edilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-797/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261-ci, 263-264-cü, 397- 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-797/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar