Məhkəmə qərarları › İş №2(103)-3668/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3668/2022

14.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3668/2022 14.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi, reyestr qeydinin və reyestr çıxarışının ləğv edilməsi, pul vəsaitinə vərəsəlik hüququnun tanınması və həmin vəsaitin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 24.02.2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq müəyyən etdi: Cavabdeh apellyasiya şikayətinin verilməsinə görə 88,5 manat dövlət rüsumu ödənilməli olduğu halda 5 manat dövlət rüsumu ödəmişdir. Mülki-Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə görə belə halda apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Odur ki, apellyasiya qeyri-mümkün hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 366-cı maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Cavabdeh apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar