Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3669/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(004)-4689/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 10.000 manat maddi ziyan, 30.000 manat mənəvi ziyan və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətanmə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4689/2021 saylı, 15.09.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh maddi ziyana görə 9.000 (doqquz min) manat, 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(004)-4689/2021 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh tərəfindən həmin qərardaddan verilmiş şikayət məhkəmənin 07 aprel 2022-ci il tarixli qərardadı təmin edilməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 269.3-cü maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh şikayətində qeyd edir ki, sözügedən qətnamədən icra mərhələsində, yəni 2022-ci ilin fevral ayının ortalarında xəbəri olmuş, məhkəməyə müraciət edərək həmin qətnamənin rəsmi qaydada təqdim edilməsini xahiş etmiş, 16.02.2022-ci il tarixdə qətnamə məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada verilmişdir. Cavabdeh apellyasiya şikayəti isə 14.03.2022-ci il tarixdə elektron kabinetə yerləşdirilmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, şikayət əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, iş materiallarında olan qəbzdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4689/2021 saylı, 15.09.2021-ci il tarixli qətnaməsi 24.09.2021-ci il tarixdə Cavabdeh rəsmi qaydada təqdim edilmişdir və 24.09.2021-ci il tarixdən 24.10.2021-ci il tarixinədək olan müddət qətnamədən apellyasiya şikayəti verilməsi üçün son müddət hesab olunur. Lakin, Cavabdeh tərəfindən 14.03.2022-ci il tarixdə, saat 17:54- də elektron kabinetinə yerləşdirilməklə, apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti geri qaytarılır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti düzgün olaraq geri qaytarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 397.2, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(004)- 4689/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-3669/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3669/2022
27.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver