Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-3670/2025 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2, X2 və cavabdeh1 qarşı mülki iş üzrə (açar sözlər: müqavilənin ləğv edilməsi, maddi ziyan tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X9 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi (vəkili) vəkil2, Cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) vəkil1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2, X2 və cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi, avtomobilə görə ödənilmiş 22.800 manatın, maddi ziyana görə 5.000 manatın tutulması, avtomobilin cavabdehlərə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı “X12” Mercedes-Benzin Azərbaycandaki rəsmi dileri tərəfindən tərtib edilmiş ##.##.2023cü il tarixli qüsur aktından müəyyən edilir ki, yürüşü 314920 km olan “Mercedes-Benz E-320 CDİ” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 24.616 manat təşkil edir. AR DİN BDYPİ-nin ##.##.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, “Mercedes- Benz E-320 CDİ” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2019-cu il tarixdə cavabdeh1 mülkiyyətinə keçmiş, ##.##.2022-ci il tarixdə cavabdeh2 nəqliyyat vasitəsinə sərəncam hüququ verən etibarnamə verilmişdir. Satıcı cavabdeh1 ilə alıcı İddiaçı arasında bağlanmış ##.##.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən satıcı 2006-cı il buraxılışlı “Mercedes-Benz E-320 CDİ” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobili 22.500 manata alıcıya satmış, müqaviləni satıcının nümayəndəsi Behbudov imzalamışdır. AR DİN BDYPİ-nin ##.##.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, “Mercedes- Benz E-320 CDİ” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı tərəfindən X11 ##.##.2024-cü il tarixdən -##.##.2030-cu il tarixədək, X1 ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək, X5 ##.##.2024-cü il tarixdən ##.##.2026-cı il tarixədək, X6 ##.##.2024cü il tarixdən ##.##.2025-ci il tarixədək, Əliyev Rəşad İmamverdi oğluna ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək, X10 ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək, X3 ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək, X4 ##.##.2024-cü il tarixdən ##.##.2025ci il tarixədək olan dövr üçün etibarnamələr vermişdir. “X12” MMC-nin ##.##.2025-ci il tarixli, *** nömrəli texniki rəyi ilə aşağıdakılar müəyyən olunmuşdur: Sual 1. 2006-cı il buraxılışlı WDB2110221B051928 BAN nömrəli “Mercedes Benz E320 CDI” minik markalı, **-EE-*** qeydiyyat nişanlı avtomobildə hal-hazırda hansı qüsurlar vardır? Cavab: ##.##.2025-ci il tarixli müarciətə əsasən təmir sifarişi açılaraq 2006-cı il buraxılışlı, WDB2110221B051928 BAN nömrəli “Mercedes Benz E320 CDI” minik markalı, **-EE-*** qeydiyyat nişanlı avtomobilin texniki baxışı keçirilmişdir. Avtomobildə hal-hazırdakı qüsurlar ##.##.2025-ci il tarixli, 00000006489 № ilkin təmir sifarişdə qeyd olunub. Sual 2. 2006-cı il buraxılışlı WDB2110221B051928 BAN nömrəli “Mercedes Benz E320 CDI” minik markalı, **-EE-*** qeydiyyat nişanlı avtomobildə mövcud olan qüsurların yaranma səbəbi (nəqliyyat vasitəsinin uzun müddət istismar edilməsi və s.) nədir? Cavab: 2006-cı il buraxılışlı WDB2110221B051928 BAN nömrəli Mercedes Benz E320 CDI” minik markalı, **-EE-*** qeydiyyat nişanlı avtomobildə mövcud olan qüsurların yaranma səbəbi avtomobilin 17 (on yeddi) illik istismar müddəti, keçdiyi yüksək yürüş, təbii aşınma və vaxtaşırı texniki qulluğun göstərilməməsi ola bilər. Sual 3. 2006-cı il buraxılışlı WDB2110221B051928 BAN nömrəli “Mercedes Benz E320 CDI” minik markalı, **-EE-*** qeydiyyat nişanlı avtomobildə aşkar olunan qüsurların yaranma tarixi ##.##.2023-cü il tarixdən əvvələ və ya sonraya aid olmasının müəyyən edilməsi mümkündürmü? Cavab: 2006-cı il buraxılışlı WDB2110221B051928 BAN nömrəli “Mercedes Benz E320 CDI” minik markalı, **-EE-*** qeydiyyat nişanlı avtomobilin texniki baxışı zamanı aşkar olunmuş qüsurların dəqiq yaranma tarixini müəyyən etmək mümkün deyil. Bu cür nasazlıqlar zamanla formalaşdığından onların konkret tarixə aid edilməsi texniki olaraq qeyri-mümkündür. Sual 4. 2006-cı il buraxılışlı WDB2110221B051928 BAN nömrəli “Mercedes Benz E320 CDI” minik markalı, **-EE-*** qeydiyyat nişanlı avtomobildə aşkar olunan qüsurların yaranma səbəbi ##.##.2023-cü il tarixdən sonra avtomobilin mühərrikinə keyfiyyətsiz yağ tökülməsi, avtomobilin yüksək surətlə idarə edilməsi ola bilərmi? Cavab: 2006-cı il buraxılışlı WDB2110221B051928 BAN nömrəli “Mercedes Benz E320 CDI” minik markalı, **-EE-*** qeydiyyat nişanlı avtomobildə aşkar olunan qüsurların yaranma səbəbi keyfiyyətsiz yağın istifadəsi və ya avtomobilin istismar qaydalarına riayət etməməsi ola bilər. Sual 5. 2006-cı il buraxılışlı WDB2110221B051928 BAN nömrəli “Mercedes Benz E320 CDI” minik markalı, **-EE-*** qeydiyyat nişanlı avtomobildə mövcud olan qüsurların aradan qaldırılması üçün (görülməli işlərin və ehtiyyat hissələrinin dəyəri ayrı-ayrılıqda göstərilməklə) nə qədər vəsait tələb olunur? Cavab: ##.##.2025-ci il tarixli 00006489 və ******** №-li ilkin təmir sifarişlərinə asasən 2006-cı il buraxılışlı WDB2110221B051928 BAN nömrəli “Mercedes Benz E320 CDI” minik markalı, **-EE-*** qeydiyyat nişanlı avtomobildə mühərrikin (dəqiq məbləğ mühərrik söküldükdən sonra təyin olunur) və işlək hissələrin bərpası üçün təxminən 43.000 (qırx üç min) manat tələb olunur. Sual 6. 2006-cı il buraxılışlı WDB2110221B051928 BAN nömrəli “Mercedes Benz E320 CDI” minik markalı, **-EE-*** qeydiyyat nişanlı avtomobilin ##.##.2023-cü il tarixinə real satış qiyməti (mövcud qüsurlarla və qüsurlarsız) nə qədər olmuşdur? Cavab:xxxx MMC yalnız yeni “Mercedes-Benz” markalı avtomobillərin distribyutoru olduğundan, ikinci əl avtomobillərin satış qiymətləri barədə bilgiyə malik deyildir. Sual 7. 2006-cı il buraxılışlı WDB2110221B061928 BAN nömrəli “Mercedes Benz E320 CDI” minik markalı, **-EE-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsində “X12” MMC tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli aktında qeyd olunan nasazlıqların hansıları nəqliyyat vasitəsində müşahidə olunur? Cavab: 2006-cı il buraxılışlı WDB2110221B051928 BAN nömrəli “Mercedes Benz E320 CDI” minik markalı, **-EE-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsində X12 MMC tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli aktında qeyd olunan nasazlıqlardan: mühərrikdə yağ itkisi, sürət qutusu problemi, amortizator və işlək hissələrin nasazlıqları müşahidə olunur. Sual 8. 2006-cı il buraxılışlı WDB2110221B051928 BAN nömrəli “Mercedes Benz E320 CDI” minik markalı, **-EE-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsində “X12” MMC tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli aktda sifariş olunmuş işlərdən hansıları görülmüşdür? Cavab: 2006-cı il buraxılışlı WDB2110221B051928 BAN nömrəli “Mercedes Benz E320 CDI” minik markalı, **-EE-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsində “X12” MMC tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli aktda sifariş olunmuş işlər görülməmişdir, yalnız avtomobilin texniki baxışı aparılmışdır. Sual 9. 2006-cı il buraxılışlı WDB2110221B051928 BAN nömrəli “Mercedes Benz E320 CDI” minik markalı, **-EE-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsində “X12” MMC tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli akta əsasən görülmüş işlərin dəyəri nə qədərdir? Cavab: 2006-cı il buraxılışlı WDB2110221B051928 BAN nömrəli “Mercedes Benz E320 CDI” minik markalı, **-EE-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsində “X12” MMC tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli aktda sifariş olunmuş işlər görülməmişdir. Sual 10. Şərti olaraq texniki cəhətdən saz olan “Mercedes Benz E320 CDI” minik markalı avtomobildə cəmi 2,6 həftə ərzində X12 MMC tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli aktda göstərilən nasazlıqlar normal istismar şəraitində yarana bilərmi? Cavab: Xeyr, şərti olaraq texniki cəhətdən saz olan “Mercedes Benz E320 CDI”xxxx“X12 MMC” tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli aktda göstərilən nasazlıqların normal istismar şəraitində yaranması texniki baxımdan mümkün deyil. Onlar uzunmüddətli istismar nəticəsində formalaşmışdır. Sual 11. 2006-cı il buraxılışlı WDB2110221B051928 BAN nömrəli “Mercedes Benz E320 CDI” minik markalı, **-EE-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsində 2,5 həftə ərzində mühərrikin yağının 2 litr azalması mümkündürmü? Cavab: Bəli, 2006-cı il buraxılışlı WDB2110221B051928 BAN nömrəli “Mercedes Benz E320 CDI” minik markalı, **-EE-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsində 2,5 həftə ərzində mühərrikin yağının 2 litr azalması mümkündür. Bu, mühərrikdə aşınma və yağ keçirmə problemləri ilə bağlı ola bilər. Bu hallar köhnə dizel mühərriklərində rast gəlinə bilər. Sual 12. Əgər mümkündürsə, bunun səbəbi (həmin markalı nəqliyyat vasitələrinin mühərriklərinə xas olan hal, qüsurun olması və s.) nədir? Cavab: Səbəb kimi mühərrikdə porşen üzüklərinin aşınması, yağ keçirmə sistemində nasazlıq və ya turbinin yağ sərfiyyatına təsiri və s. göstərilə bilər. Bu, həmin model üçün tipik texniki risklərdən biridir. Sual 13. “Mercedes Benz E320 CDI” markalı, **-EE-*** qeydiyyat nişanlı avtomobilin mühərrikin və sürət qutusunun tam saz vəziyyətdə bərpasına nə qədər vəsait tələb olunur? Cavab: “Mercedes Benz E320 CDI” markalı, **-EE-*** qeydiyyat nişanlı avtomobilin mühərrikin və sürət qutusunun tam bərpası üçün təxminən 22.318 manat vəsait tələb olunur. Dəqiq qiymət təyin etmək üçün mühərrik və ötürmələr qutusunun sökülüb yoxlanışdan keçməsi tələb olunur. Bu məbləğ ehtiyyat hissələri və işçilik xərclərini əhatə edir. Bu texniki baxışın aparılması və rəyin hazırlanması üzrə xidmətin ümumi dəyəri 1,000 (bir min) manat təşkil edir (ƏDV daxil). “X12” MMC-nin ********** nömrəli, ##.##.2025-ci il tarixli təmir sifarişindən görünür ki, “Mercedes Benz E320 CDI” markalı, **-EE-*** qeydiyyat nişanlı avtomobil üçün sifariş olunmuş ehtiyyat hisssələrinin məbləği 22.317,28 manat (ƏDV daxil) təşkil edir. “X12” MMC-nin ********** nömrəli, ##.##.2025-ci il tarixli ilkin təmir şifarişindən görünür ki, “Mercedes Benz E320 CDI” markalı, **-EE-*** qeydiyyat nişanlı avtomobil üçün sifariş olunmuş ehtiyyat hisssələrinin məbləği 19.711,05 manat (ƏDV daxil) təşkil edir. “X12” MMC-nin ********** nömrəli, ##.##.2023-cü il tarixli təmir sifarişindən görünür ki, “Mercedes Benz E320 CDI” markalı, **-EE-*** qeydiyyat nişanlı avtomobil üçün sifariş olunmuş ehtiyyat hisssələrinin məbləği 15.237,34 manat (ƏDV daxil) təşkil edir. Mərkəzi Ekspertiza Bürosunun ##.##.2026-cı il tarixli, MEB-***-**** nömrəli hesabatından aşağıdakılar müəyyən olunmuşdur:
1. 2006-cı il buraxılışlı, WDB2110221B051928 BAN nömrəli “Mercedes Benz E320 CDI2” minik markalı, **-EE-*** qeydiyyat nişanlı avtomobilin ##.##.2023-cü il tarixinə olan Avtomobilin bazar dəyəri (qüsursuz):20,500 (iyirmi min beş yüz) manat; Avtomobilin bazar dəyəri (qüsurlu) 16,400 (on altı min dörd yüz) manat;
2. “Mercedes Benz E-320 CDI” markalı, **-EE-*** qeydiyyat nişanlı avtomobilin mühərrikinin və sürət qutusunun tam saz vəziyyətdə bərpası üçün 6,266 (altı min iki yüz altmış altı) manat tələb olunur. 3.“xxxx" MMC tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli rəy üzrə müəyyən olunan mühərrik və sürət qutusu bərpa xərcləri bazar qiymətlərinə uyğun hesab edilmir və iqtisadi cəhətdən əsaslandırılmamışdır.
4. “X12" MMC tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli akt üzrə göstərilən ümumi dəyər tam obyektiv qiymətləndirilə bilməz və iqtisadi cəhətdən əsaslandırılmamış, bazar qiymətləri ilə uyğunsuz hesab edilir.
Birinci instansiya məhkəməsində icraat
İddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi, avtomobilə görə ödənilmiş 22.800 manatın, maddi zərərə görə 5.000 manatın tutulması, avtomobilin cavabdehlərə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ## ###### 2023-cü il tarixdə bankdan 23.000 manat kredit götürmüş, təxminən 1 ay sonra isə cavabdeh2 məxsus 2006-cı il buraxılışlı “Mercedes-Benz E-320 CDİ” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobili xarici görünüşündən bəyənib almışdır. Həmin avtomobili almazdan əvvəl cavabdeh2 oğlu Hafizlə danışmış, ilkin satış qiyməti 23.000 manat dəyərinin 22.800 manata endirilməsinə razılaşmışlar. İddiaçı əhəmiyyətli endirim edilməsini xahiş etsə də, cavabdehlər bildirmişlər ki, avtomobil əla vəziyyətdə olduğundan ciddi endirim mümkün deyildir. Avtomobilin rəsmi mülkiyyətçisi cavabdeh1 adından iddiaçı ilə ##.##.2023-cü il tarixdə muqaviləni bağlayan cavabdeh2 olmuş, 22.800 manat pul vəsaiti isə cavabdeh2 oğlu cavabdeh3 BDYPİ-də elə həmin gün verilmişdir. Həmin avtomobilin mühərriki servisdə yoxlanılarkən iddiaçıya bildirilmişdir ki, mühərrikin yağ sərfiyyatının normadan artıq olub-olmamasını vizual baxışdan müəyyən etmək mümkün deyildir, elə cihazlar mövcud deyildir, bunun üçün mühərrik sökülməli və yoxlanılmalıdır. Avtomobil dizel yanacaqla işlədiyindən həmin işlərin görülməsi üçün kifayət qədər ciddi məbləğdə pul və vaxt tələb edilir. cavabdeh2, onun oğlanları Hafiz Behbudov və cavabdeh3 ayrı-ayrılıqda iddiaçını əmin etmişlər ki, avtomobil saz vəziyyətdədir, iddiaçı onlara inanıb avtomobili almaq qərarına gəlmişdir. Sözügedən avtomobilin mühərrikinin yağı sonuncu dəfə 312800 km yürüşdə, yəni, avtomobil alınan ərəfədə dəyişdirilmişdir. Lakin, cəmi 10-15 gün sonra “yağ azalması” işarəsi yandığından iddiaçı avtomobili servisə aparmış və müəyyən edilmişdir ki, avtomobildə 2 litr miqdarında yağ əskikdir. İddiaçı tərəfindən sürülən cəmi 2000 km məsafəyə 2 litr yağ yeyilmişdir. Yağ azalmasının avtomobil əvvəlki sahibi, yəni cavabdehlər bilə bilərdi. Bundan sonra, əlavə xərcləri çəkməyə məcbur olaraq iddiaçı avtomobili yoxlatdırmış və məlum olmuşdur ki, avtomobilin digər hissələri-sürət qutusu, amortizator, yastıq və digər hissələrdə problemlər mövcuddur və avtomobili tam saz vəziyyətə gətirmək üçün 24.616 manat vəsait tələb olunur. Həmçinin, avtomobil satılarkən qət etdiyi ümumi məsafə 312800 km göstərilsə də, xüsusi cihazlar vasitəsilə yoxlama zamanı müəyyən edilmişdir ki, avtomobilin yürüşü 465000 km-dir. İddiaçı bundan sonra cavabdehlərə zəng edərək iradını bildirmiş və pulun geri qaytarılmasını xahiş etmişdir. Lakin, cavabdehlər buna məhəl qoymamışlar. Avtomobilin ciddi qüsurları olduğundan eyni məbləğə satmaqda çətinlik yaradır. Cavabdehlər avtomobilin real vəziyyətini, texniki nöqsanlarını iddiaçıdan gizlətmişlər. Həmin avtomobilə iddiaçı tərəfindən 5000 manat xərc qoyulmuşdur. Tam saz vəziyyətə gətirmək üçün iddiaçının maddi imkanı yoxdur. BDYPİ-dən təqdim edilən ##.##.2019-cu il tarixli alqı-satqı müqaviləsindən, həm də müqaviləyə əlavə edilmiş həmin tarixli ərizələrdən görünür ki, sözügedən avtomobilin texniki vəziyyətində olan nasazlıqlarla bağlı cavabdehlər tərəfindən hər hansı qeyd aparılmamışdır. İddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh cavabdeh3 məhkəmə iclasında iştirak edərək iddia tələbinin əsassız olduğunu bildirmiş və tələbin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil3 məhkəmə iclasında iştirak edərək iddia tələbinin əsassız olduğunu bildirmiş və tələbin təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi, avtomobilə ödənilmiş 22.800 manat, maddi zərərə görə 5.000 manatın tutulması, avtomobilin cavabdehlərə qaytarılması” tələbinə dair iddiasının təmin edilməməsi, mülki iş üzrə ödənilmiş 159 manat dövlət rüsumunun iddiaçı İddiaçı aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “Mercedes-Benz E-320 CDİ” markalı **- EE-*** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2019-cu il tarixdə cavabdeh1 mülkiyyətinə keçmiş, mülkiyyətçi tərəfindən ##.##.2022-ci il tarixli nəqliyyat vasitəsinə sərəncam hüququ verən etibarnamə əsasında cavabdeh2 satılmış, sonuncu həmin avtomobili mülkiyyət hüququ əsasında təxminən 18 ay idarə etmiş, daha sonra avtomobil cavabdeh2 tərəfindən ##.##.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən İddiaçı satılmış və hazırda sonuncunun mülkiyyətindədir. İddia ərizəsində qeyd edilmişdir ki, alqı-satqı zamanı sözügedən avtomobil iddiaçı tərəfindən servisə aparılmaqla yoxlanılmış, lakin mühərrikə dair hissədə servis xidmətindən bildirilmişdir ki, mühərrikin yağ azaltmasını vizual qaydada müəyyən etmək mümkün deyildir. Yəni, avtomobil alınan zaman iddiaçının onu yoxlatmaq imkanı olmuş, avtomobilin bütün texniki qüsurlarını (mühərrik nəzərə alınmasa da) müəyyən etmək imkanı olmuşdur. Avtomobilin fotoşəkilləri, buraxılış ili, markası nəzərə alınmaqla 22.500 manat dəyərində alqı-satqı predmeti olması ağlabatandır. Lakin, avtomobilin 0 km yürüşü olan yeni avtomobil deyil, 2006-cı il buraxılışlı, 17 il istismar edilmiş avtomobil olması, alqı-satqıdan sonra avtomobil iddiaçı tərəfindən 2000 km idarə edildikdən sonra müvafiq problemlərin aşkar edilməsinin iddia edilməsi, alqı-satqının üzərindən hazırki vaxtda qədər 18 aydan çox müddətin keçməsi, həmin vaxt ərzində (hazıradək) avtomobilin iddiaçının sahibliyi və istifadəsində olması xüsusatı nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Nəzərə alınır ki, cavabdeh məhkəmə iclaslarında iddia tələbinə etiraz edərək bildirir ki, avtomobilin hər hansı texniki probleminin olması iddiaçının mühərrikə keyfiyyətsiz yağ əlavə etməsi və ya avtomobilin kobud formada idarə edilməsi, ona lazımi qulluq etməməsi səbəbindən baş verə bilər. Həmçinin, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən xüsusatlar sübuta yetirilmir, bu barədə əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. Avtomobilin iddiaçının özü tərəfindən uzun müddətdir istifadə edilməsi səbəbindən hazırda avtomobilin texniki qüsurların mövcud olub-olmaması barədə müvafiq ekspertizanın təyin edilməsi mübahisə üzrə hər hansı nəticəyə gəlmək üçün əsas verməyəcəkdir. Yəni, hər hansı qüsur olsa da, həmin qüsurun məhz cavabdehin təqsiri ucbatından baş verdiyini, avtomobil satılarkən həmin qüsurların mövcud olub-olmadığını müəyyən etmək mümkün olmayacaqdır. İddiaçının MM-in 587-ci maddəsinin şərtləri nöqteyi-nəzərdən iddia irəli sürməsi yolveriləndir. Hazırki situasiyada isə müqavilənin ləğv edilməsinin dispozitiv şərtləri müəyyən edilmir. “X12” Mercedes-Benzin Azərbaycandaki rəsmi dileri tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli qüsur aktına əsasən mübahisə predmeti olan “Mercedes-Benz E-320 CDİ” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 24.616 manat olmaqla avtomobilin öz dəyərindən artıq məbləğ təşkil etməsi ağlabatan deyildir. Odur ki, sözügedən qüsur aktı mötəbər sübut kimi qiymətləndirilmir. Əgər avtomobilin sözügedən xərcləri var idisə, vizual müşahidə edilə bilən həmin xərclərin (mühərrik xaric) iddiaçı tərəfindən avtomobilin alqı-satqı zamanı servisdə yoxlanılmaqla müəyyən edilməsi mümkün idi. Yəni, satıcı tərəfindən alıcıya avtomobilin yoxlanılması məqsədilə hər cür şərait yaradılmışdır. Cavabdeh tərəfindən avtomobili satarkən mühərrikin yağ azaltması barədə məlumata sahib olması, əşyanın qüsuru barədə alıcıya qəsdən məlumat verməməsi sübuta yetirilmir. İddiaçının vəkili ##.##.2025-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında bildirmişdir ki, iddiaçı ilə cavabdehlər Bərdə rayonundan olduğundan iddiaçı cavabdehlərə güvənərək avtomobili yoxlatmaq üçün ustaya aparmasına baxmayaraq ətraflı yoxlatmadan almışdır. Məhkəmə qeyd edir ki, bu səbəbdən qanuni baxımdan sözügedən risk iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən avtomobilin qüsurlarının aradan qaldırılması məqsədilə 5.000 manat xərc çəkməsi barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Avtomobil cavabdeh cavabdeh2 hüquqi baxımdan mülkiyyətində olmaması, avtomobilin etibarnamə əsasında cavabdeh tərəfindən idarə edilməsi və onun faktiki mülkiyyətində olması diqqətə alınır. Belə ki, oxşar situasiyalar cəmiyyətdə yayqın olduğundan məhkəmə hesab edir ki, tərəflərin niyyəti və daxil olmaq istədikləri müqavilə şərtləri əsas götürülməklə formal əsaslarla alqı-satqının cavabdeh1 ilə bağlanmış hesab edilməsi məqsədə uyğun deyildir. Müqavilənin pərdələnməsi və ya etibarnamə üzrə nümayəndənin (təmsilçi) mülkiyyətiçınin adından (təmsil edilən) sonuncunun maraqlarına zidd müqavilə bağlaması səbəbindən etibarsızlığı xüsusatının mövcudluğu müəyyən edilmir. Cavabdehlər cavabdeh3 hüquqi baxımdan və cavabdeh1 isə faktiki baxımdan alqı-satqı müqaviləsinin tərəfi olmamışlar, iddiaçı ilə müqavilə münasibətlərinə daxil olmamışlar. Odur ki, iddia tələbi həmin cavabdehlərə aid hissədə əsassızdır. MM-in 423.2ci maddəsinin tələblərinə əsasən yazılı pretenziya qaydasına əməl edilməməsi hazırki tələbin baxılmamış saxlanılması üçün əsas deyildir. Belə ki, tərəflər arasında eyni mübahisə 2024-cü ildə məhkəmə müstəvisində yaranmış, bir neçə məhkəmə iclası keçirilmiş, cavabdehlər məhkəmə iclasında iştirak etmiş, daha sonra isə iddia ərizəsi iddiaçı tərəfindən geri götürülmüşdür. Faktiki olaraq iddiaçı tərəfindən cavabdehlərə məhkəmədən kənar və məhkəmə müstəvisində müqavilənin ləğvi ilə bağlı bir neçə dəfə iradə ifadəsi bildirilmişdir. Qanunun şərtlərinin hərfi mənada olduğu kimi tətbiq edilməsi normanın qarşısına qoyduğu məqsədlərə uyğun olduqda tətbiq edilməsi məqsədə müvafiqdir. Bundan əlavə, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, yalnız kommersiya mübahisələri üzrə yazılı pretenziya qaydasına əməl edilməsi imperativ xarakter daşıyır. Hazırki mübahisə isə kommersiya mübahisəsi deyildir. Aydın, anlaşılan hüquq normalarının hüquq tətbiq edən məhkəmələr tərəfindən geniş formada təfsir olunması yolverilməzdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 337.1, 337.2, 337.3, 337.4, 421.2, 423.1, 423.2, 587.1, 587.1.1, 587.1.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam həcmdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, cavabdeh cavabdeh2 və digərlərinə qarşı Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh cavabdeh1 adından çıxış edən cavabdeh2 ilə «Mercedes-Benz E-320 CDI» markalı **-EE-*** dövlət nömrə nişanlı avtomobilə dair aralarında bağlanmış ## ######## 2023-cü il tarixli alqı-satqı müqaviləsinin ləğv olunması; cavabdehlər cavabdeh3 və cavabdeh2 maddi zərər qismində avtomobilin ödənilmiş dəyərinə görə 22.800 manat, təmirinə görə çəkilmiş xərclər qismində 5.000 manat, habelə məhkəməyə müraciət olunarkən ödənilmiş dövlət rüsumu qismində 174 manat məbləğində, cəmi isə 27.974 manat məbləğində pul vəsaitin alınaraq ona ödənilməsi; 2006-cı il buraxılışı olan «Mercedes-Benz E-320 CDI» markalı **-EE-*** dövlət nömrə nişanlı avtomobilin cavabdehlərə qaytarılması; cavabdehlərdən pul vəsaitinin tam məbləğdə tutulması və avtomobilin cavabdehlərə qaytarılması tələblərin eyni anda icra olunmasına dair qətnamənin qəbul olunmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-507\**** nömrəli ## ##### 2025-ci il il tarixli qətnaməsi ilə qeyd olunan iddia təmin edilməmişdir. Aşağıdakılara görə hesab edir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-507\**** nömrəli ## ##### 2025-ci il il tarixli qətnaməsi hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv edilməli və iddianın təmin olunmasına dair yeni qətnamə qəbule dilməlidir. İşin faktiki halları: o, özünə avtomobil almaq məqsədi ilə ## ###### 2023-cü il tarixdə «xxxx» QSC-dən 23.000 manat məbləğində kredit götürüb. Təxminən bir aydan sonra cavabdeh2 Kərim oğluna məxsus 2006-cı il buraxılışı olan «Mercedes-Benz E-320 CDI» markalı **-EE-*** dövlət nömrə nişanlı avtomobili xarici görünüşündən bəyənib almağa qərara gəlib. Həmin avtomobili almaqdan əvvəl cavabdeh2 oğlu Hafizlə danışıb və ilkin satış qiyməti olan 23.000 manat dəyərinin cəmi 22.800 manata endirilməsinə razılaşıblar. Onlardan bir neçə dəfə təkidlə xahiş edib ki, daha əhəmiyyətli endirim etsinlər, lakin həm cavabdeh2, həm də övladları Hafiz və Murad hər birisi ayrılıqda ona bildirmişdirlər ki, avtomobil əla vəziyyətdə olduğundan ciddi endirimə yeri yoxdur. Bu səbəblərdən də məcbur olub onlarla avtomobilin 22.800 manatın ödənilməsi müqabilində almağa razılaşıb. Avtomobilin rəsmi mülkiyyətçisi cavabdeh1 adından onunla ## ######## 2023-cü il tarixdə alqı-satqı müqaviləsi bağlayan cavabdeh2 olmuş, 22.800 manat məbləğində pul vəsaiti isə cavabdeh2 digər oğlu cavabdeh3 Baş Dövlət Yol Polisi İdarəsində elə həmin günü verib. Mühərrikini servisdə yoxlayarkən ona deyilmişdir ki, mühərrikin yağ sərfiyyətinin normadan artıq olub-olmamasını vizual baxışından müəyyən etmək mümkün deyil, elə cihazlar da mövcud deyil, bunun üçün mühərrik sökülməli və yoxlanılmalıdır. Avtomobil dizel yanacaqla işlədiyindən həmin işlərin görülməsi üçün isə kifayət qədər ciddi məbləğdə pul vəsaiti və vaxt tələb edilirdi. Nizami, Hafiz və cavabdeh3lar ayrı-ayrılıqda ona avtomobilin tam saz vəziyyətdə olduğunu təkidlə əmin etməyə çalışdıqları üçün onlara inanıb avtomobili almağa qərara gəlib. Sözügedən avtomobilin mühərrikin yağı sonuncu dəfə 312800 km. yürüşündə, yəni alınan ərafədə dəyişdirilmişdir. Lakin cəmi 10-15 gündən sonra «yağ azalması» işarəsi yandığından avtomobili servisə aparıb və məlum olmuşdur ki, mühərrikdə 2 (iki) litr miqdarda yağ əskikdir. Yəni tərəfindən sürülən cəmi 2.000 km olan məsafəyə artıq 2 litr yağ yeyilmişdir. Heç bir servisdə mühərrik sökülmədən yağ sərfiyyətinin azalması barədə əvvəlcədən məlumat verilə bilməz, bunun yalnız əvvəlki sahiblər bilə bilərdi. Bundan sonra əlavə xərcləri çəkməyə məcbur olub avtomobili tam ətraflı yoxlatdırıb və məlum olmuşdur ki, mühərrikin yağ problemindən savayı avtomobilin digər hissələrdə – sürət qutusunda, amortizator, yastıqlar və sair hissələrdə də problemlər var, həmin qüsurları aradan qaldırıb və avtomobili tam saz vəziyyətə gətirmək üçün 24.616 manat tələb olunur. Həmçinin «Mercedes-Benz E-320 CDI» markalı **-EE-*** dövlət nömrə nişanlı avtomobil ona satılarkən qət etdiyi ümumi məsafənin təxminən 312800 km yürüşü kimi göstərilsə də, xüsusi cihazlar vasitəsi ilə həmin yürüşün əslində 465000 km-ə yaxın idi. Bundan sonra cavabdeh2, övladları Hafiz və Murada zəng vurub dəfələrlə irad bildirib avtomobilin alıb pulun geri qaytarılmasını xahiş etsə də, onlar bundan qəti imtina ediblər, guya ona tam saz vəziyyətdə avtomobili satdıqlarını deyirlər. cavabdeh2 isə hara istəyir şikayət edə biləcəyini ona kobudcasına cavab vermişdir. Cəmi iki həftə ərzində və 2000 km məsafəli olan yürüşün nəticəsində bu qədər problemlərin yaranmasının qeyri-mümkün olmağı barədə dəlillərinə isə heç bir məhəl qoymurlar. O, isə «Mercedes-Benz E-320 CDI» markalı **-EE-*** dövlət nömrə nişanlı avtomobilin bu qədər ciddi qüsurlarla aldığı məbələğə sata bilməz. cavabdeh2, övladları Hafiz və Muradla birlikdə avtomobilin real vəziyyəti, texniki nasazlığı barədə məlumatları ondan gizlədib onu aldadıblar, indi isə məsələnin həllindən yayınırlar. Həmin avtomobilin texniki vəziyyəti 312800 km-ə yox, məhz 465000 km-dən artıq olan yürüşə uyğundur. Avtomobildə daimi «yağ azalması» işarəsi yanır. Həmin avtomobilə artıq 5.000 manata yaxın xərci çıxıb, tam saz vəziyyətə gətirmək üçün isə maddi imkanı yoxdur, kredit ödəməyə məcbur olur. Baş Dövlət Yol Polisi İdarəsindən təqdim olunan həm mübahisəli ## ######## 2019-cu il tarixli alqı-satqı müqaviləsindən, həm də müqaviləyə əlavə edilmiş həmin tarixli ərizələrdən göründüyü kimi, 2006-cı il buraxılışı olan «Mercedes-Benz E-320 CDI» markalı **-EE-*** dövlət nömrə nişanlı avtomobilin texniki vəziyyətində mövcud olan nasazlıqlarla bağlı cavabdehlər tərəfindən hansı qeydlər aparılmamışdır. Nəticə olaraq isə zərər çəkməkdə davam edir. Haqqında apellyasiya şikayəti verilmiş qətnamədə qeyd olunur: «X12» Mercedes-Benzin Azərbaycandakı rəsmi dileri tərəfindən tərtib edilmiş ## ####### 2023-cü il tarixli qüsur aktına əsasən mübahisə predmeti olan «Mercedes-Benz E-320 CDİ» markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 24.616 manat olmaqla avtomobilin öz dəyərindən artıq məbləğ təşkil etməsi ağlabatan deyildir. Odur ki, sözügedən qüsur aktı mötəbər sübut kimi qiymətləndirilmir. Əgər avtomobilin sözügedən xərcləri var idisə, vizual müşahidə edilə bilən həmin xərclərin (mühərrik xaric) iddiaçı tərəfindən avtomobilin alqı-satqı zamanı servisdə yoxlanılmaqla müəyyən edilməsi mümkün idi. Yəni, satıcı tərəfindən alıcıya avtomobilin yoxlanılması məqsədilə hər cür şərait yaradılmışdır. Cavabdeh tərəfindən avtomobili satarkən mühərrikin yağ azaltması barədə məlumata sahib olması, əşyanın qüsuru barədə alıcıya qəsdən məlumat verməməsi sübuta yetirilmir», «…Avtomobilin iddiaçının özü tərəfindən uzun müddətdir istifadə edilməsi səbəbindən hazırda avtomobilin texniki qüsurların mövcud olub-olmaması barədə müvafiq ekspertizanın təyin edilməsi mübahisə üzrə hər hansı nəticəyə gəlmək üçün əsas verməyəcəkdir. Yəni, hər hansı qüsur olsa da, həmin qüsurun məhz cavabdehin təqsiri ucbatından baş verdiyini, avtomobil satılarkən həmin qüsurların mövcud olub-olmadığını müəyyən etmək mümkün olmayacaqdır». Birinci instansiya məhkəməsinin hakimi zəruri texniki, digər xüsusi biliklərə malik olmadığı halda, faktiki olaraq sadəcə formal mülahizələr əsasında Mercedes-Benzin Azərbaycandakı rəsmi dileri olan «X12» tərəfindən tərtib edilmiş ## ####### 2023-cü il tarixli qüsur aktını ağlabatan hesab etməmiş və sübut kimi qiymətləndirməkdən imtina etdi, həm də buna hüquqi əsasları olmadan ekspertlərin əvəzinə ekspertizanın nəticəsində hər hansı rəyə gəlməsi barədə mümkün olub-olmaması barədə özü qərar verdi! Habelə Yasamal Rayon Məhkəməsi ## ##### 2025-ci il tarixli qətnaməsində qeyd edir ki, «…cavabdeh məhkəmə iclaslarında iddia tələbinə etiraz edərək bildirir ki, avtomobilin hər hansı texniki probleminin olması iddiaçının mühərrikə keyfiyyətsiz yağ əlavə etməsi və ya avtomobilin kobud formada idarə edilməsi, ona lazımi qulluq etməməsi səbəbindən baş verə bilər». Lakin bu mülahizəni də hər hansı real və mötəbər sübutlarla müəyyən edib təsdiq etmək üçün heç bir prosessual atdım atmamış, müvafiq ekspertizanı təyin etməmişdir. Nəticədə cəmi iki həftə ərzində guya tam saz olan avtomobilin bu hala salınması barədə əsaslandırılmış və inandırıcı bir mövqeyi də ortalığa qoya bilmədi. Belə olan halda birinci instansiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş hesab edilə bilməz. Cavabdehlər avtomobilin yerində müayinə zamanı mühərrikin yağ sərfiyyəti ilə bağlı problemlərini müəyyən etmək qeyri-mümkün olduğunu, yalnız idarə edəndən sonra bunu bilmək mümkün olduğunu inkar etmədilər. Cavabdeh cavabdeh2 çilingər işlədiyini də inkar etmədi. Cavabdehlər məhkəmə iclasında həmçinin etiraf etmişdirlər ki, o, mübahisəli avtomobili alandan sonra iki həftə keçməmiş mühərrikdə yağın sərfiyyəti ilə bağlı onlara iradlarını bildirib. Həm də cavabdehin məhkəmədə bildirdiyinə görə, avtomobilə guya vaxtlı-vaxtında qulluq olunmuş, mühərrikdə yağın sərfiyyəti ilə bağlı heç bir problem olmayıb. Lakin avtomobilə vaxtlı-vaxtında qulluq edən şəxs mümkün deyil ki, mühərrikdə yağ sərfiyyətinin həddindən artıq olmasından xəbərsiz olmaz. Çünki cəmi iki həftə ərzində normal mühərrikdə birdən-birə hər 1000 km. üçün 1 (bir) litrə yağın sərfiyyəti yarana bilməz, bunu iddia etmək sadəlövlükdür. Yasamal Rayon Məhkəməsi ## ##### 2025-ci il tarixli qətnaməsində Mülki Məcəllənin normalarına istinad etsə də, aşağıdakı mövqeyini nümayiş etdirir: «İddia ərizəsində qeyd edilmişdir ki, alqı-satqı zamanı sözügedən avtomobil iddiaçı tərəfindən servisə aparılmaqla yoxlanılmış, lakin mühərrikə dair hissədə servis xidmətindən bildirilmişdir ki, mühərrikin yağ azaltmasını vizual qaydada müəyyən etmək mümkün deyildir. Yəni, avtomobil alınan zaman iddiaçının onu yoxlatmaq imkanı olmuş, avtomobilin bütün texniki qüsurlarını (mühərrik nəzərə alınmasa da) müəyyən etmək imkanı olmuşdur. Avtomobilin fotoşəkilləri, buraxılış ili, markası nəzərə alınmaqla 22.500 manat dəyərində alqı-satqı predmeti olması ağlabatandır. Lakin, avtomobilin 0 km yürüşü olan yeni avtomobil deyil, 2006-cı il buraxılışlı, 17 il istismar edilmiş avtomobil olması, alqı-satqıdan sonra avtomobil iddiaçı tərəfindən 2.000 km idarə edildikdən sonra müvafiq problemlərin aşkar edilməsinin iddia edilməsi, alqı-satqının üzərindən hazırki vaxtda qədər 18 aydan çox müddətin keçməsi, həmin vaxt ərzində (hazıradək) avtomobilin iddiaçının sahibliyi və istifadəsində olması xüsusatı nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir». Bununla yanaşı ## ##### 2025-ci il tarixli qətnamədə qeyd olunur: «…mübahisə əvvəllər məhkəmənin icraatında olmuş, iddiaçının ərizəsi əsasında iddia geri götürülmüş və məhkəmənin ## ### 2024-cü il tarixli qərardadı ilə MPM-in 259.0.11-ci maddəsinin tələblərinə əsasən baxılmamış saxlanılmışdır…». İş materiallarından göründüyü kimi, mübahisəli alqı-satqını cavabdeh cavabdeh2 ilə ## ######## 2023-cü il tarixdə etsə də, artıq ## ####### 2023-cü il tarixdə, yəni cəmi 2,5 həftədən sonra «X12» Mercedes- Benzin Azərbaycandaki rəsmi dileri tərəfindən tərtib edilmiş qüsur aktına əsasən mübahisə predmeti olan «Mercedes-Benz E-320 CDİ» markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 24.616 manat məbləğində olması müəyyən olunmuşdur. Dəfələrlə vurğulamışıq ki, texniki cəhətdən saz olan avtomobilində cəmi 2,5 həftə ərzində bu qədər ciddi qüsurlar əmələ gələ bilməz. O, avtomobili qısa müddət ərzində sürüb nasazlıqları müəyyən edən kimi, dərhal cavabdehlərə bu barədə məlumat verib, məhkəmənin iddia etdiyi kimi 18 ay müddət ərzində yox. Cavabdehlər avtomobilin yerində müayinə zamanı mühərrikin yağ sərfiyyəti ilə bağlı problemlərini müəyyən etmək qeyri-mümkün olduğunu, yalnız idarə edəndən sonra bunu bilmək mümkün olduğunu inkar etmədilər. İddia tələbləri isə maşının təmir xərcləri üçün ## ####### 2023-cü il tarixli qüsur aktına uyğun 24.616 manat məbləğindən ibarət deyil, avtombilin mühərrikin yağ sərfiyyətinin nasazlığı ilə bağlı çəkilən xərclərin əvəzinin ödənilməsindən ibarətdir. Ona görə də hesab edir ki, Yasamal Rayon Məhkəməsi Mülki Məcəlləsinin 421.2, 423, 587.1 və digər maddələrinin müddəalarını düzgün tətbiq etmədi və onları iddiası münasibətdə səhv təfsir etmişdir. Məhkəməyə bildirmişdir ki, cavabdehlər Bərdə rayonundan olduğundan onlara güvənərək avtomobili yoxlatmaq üçün ustaya aparmasına baxmayaraq ətraflı yoxlatmadan almışdı. Lakin bu hallar da alqı-satqı müqaviləsini gələcəkdə mübahisələndirmək və ləğvini tələb etmək hüququndan məhrum etməsi mülki qanunvericilikdə səbəb deyillər.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
Cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) vəkil1 apellyasiya şikayətinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, cavabdeh avtomobili iddiaçıya hər iki tərəfin azad iradə ifadəsinə əsaslanmaqla alqı-satqı müqaviləsi əsasında satmışdır. Ənənəvi qaydada iddiaçıya maşını servisə aparmağa və yoxlatdırmağa, texniki müayinə etdirməyə şərait yaradılmışdır. İddiaçı maşını öz istəyi ilə Muradla bərabər aparıb yoxlatdırdıqdan sonra bəyəndiyini bildirmiş və alqısatqı müqaviləsi bağlamağı təklif etmişdir. Qeyd olunan hallar iddiaçının özü tərəfindən də təkzib edilmir. Göründüyü kimi müqavilənin bağlanması zamanı hər hansı məcburiyyət və ya digər təzyiqdən söhbət gedə bilməz. Digər tərəfdən iddiaçı bildirir ki, aldadılıb və avtomobilin texniki nasazlıqları barədə ona əvvəldən məlumat verilməyib. Bildirir ki, bu barədə qeyd olunanlar iddiaçının formal mülahizələrindən başqa heç bir sübuta və əsasa söykənmir. Əvvəla qeyd edildiyi kimi, avtomobilin müayinəsi üçün əvvəlcədən şərait yaradılıb və iddiaçı bu imkandan istifadə edib. İkincisi iddiaçı tərəfindən sübut qismində yalnız servis aktı təqdim edilmişdir ki, onu da birinci instansiya məhkəməsi haqlı olaraq qeyri-mötəbər sübut kimi qiymətləndirmişdir. Hamıya məlumdur ki, bu gün müəyyən bir servisə yaxınlaşıb avtomobilin irili-xırdalı bütün xərclərini servis aktına qeyd etdirmək mümkündür. Təqdim edilən aktda nəinki xərclərin ümumi dəyəri maşının öz qiymətindən baha çıxır, eyni zamanda aktda göstərilən xərclərin hazırki işə heç bir aidiyyəti yoxdur. Radiatorun antifrizinə qədər, əyləc mayesinə qədər xərc çıxardılıb. Aktda qeyd edilənlərin böyük əksəriyyəti absurd xərclərdir. Belə ki, söhbət 17 ilin avtomobilindən gedir. İddiaçının sıfır km zavod göstəricilərinə uyğun avtomobil gözləntisində olması qəbuledilən deyil. Eyni zamanda, cavabdeh avtomobilin istifadəsi zamanı heç vaxt qeyd edilən problemlərlə, xüsusilə də yağ azalması problemi ilə rastlaşmamışdır. Avtomobilin mühərriki iddiaçının iştirakı ilə təxminən 40 dəqiqə ərzində detallı şəkildə iddiaçının öz ustası tərəfindən yoxlanılmış və nasazlıq aşkar edilməmişdir. Yalnız avtomobili satdıqdan sonra alıcının belə bir iddiası olduğunu bilmişdir. Göründüyü kimi, iş materiallarında avtomobilin belə bir probleminin olması, həmin problemin alqı-satqıdan əvvəl mövcud olması, eləcə də cavabdehlərin bu barədə məlumatlı olmaqla alıcıdan gizlətməsi heç bir sübutla təsdiq edilmir. Bundan başqa, “xxxx” MMC tərəfindən verilmiş 147 N-li, ##.##.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, avtomobildə mövcud olan qüsurlar ümumilikdə həm 17 illik istismar müddəti, təbii amortizasiya, yüksək yürüş məsafəsi, həmçinin düzgün texniki qulluq olmaması səbəbindən yarana bilər. Eyni zamanda, qüsurların hansı tarixdən yaranmasını müəyyən etmək qeyri-mümkündür, qüsurlar keyfiyyətsiz yağ istifadəsi və istismar qaydalarının pozulmasından yarana bilər. 5-ci suala cavab olaraq, göstərilir ki, avtomobildə olan mövcud qüsurların aradan qaldırılması üçün təxminən 43.000 manat tələb olunur. Göründüyü kimi bu məbləğ avtomobilin hazırki satış qiymətindən qat-qat artıqdır. Bu səbəbdən verilmiş cavab ağlabatan hesab edilə bilməz. 10-cu suala cavab olaraq, qeyd edilmişdir ki, qüsurların normal istismar şəraitində yaranması mümkün deyil, uzunmüddətli istismar şəraitində yaranmışdır. Lakin normal istismarın avtomobilin uzun müddətli istismarı ilə nə kimi əlaqəsinin olduğu əsaslandırılmamışdır. Belə ki, avtomobil normal istismar şəraitində kifayət qədər uzun müddətli istismar edilə bilər, onun uzun müddət idarə edilməsi normal istismar olunmaması demək deyil. 13-cü suala cavab olaraq, qeyd edilir ki, mühərrikin və surətlər qutusunun bərpası üçün 22.318 manat tələb olunur, dəqiq qiymət təyin edilməsi üçün isə sökülüb yoxlanışdan keçməsi tələb olunur. Rəydən görünür ki, tədqiqata təqdim edilən avtomobilin mühərrik və surətlər qutusu sökülməyib və daha detallı yoxlanılmayıb. İddiaçı avtomobili alanda da mühərrik və surətlər qutusu öz ustası tərəfindən sökülmədən yoxlanılıb. İddiaçı özü də iddia edir ki, avtomobili alan zaman mühərrikdə mövcud olan nasazlığı mühərriki sökmədən müəyyən etmək mümkün deyildi. Belə olan halda, əgər hələ də, mühərrik sökülməyibsə, həmin problemin mövcud olması, olsa belə nə vaxtdan mövcud olması ziddiyyətlidir. Beləliklə nə ##.##.2023-cü il tarixli akt, nə də hazırki rəy həmin hissədə mötəbər hesab oluna bilməz. Birinci instansiya məhkəməsində işə baxılması zamanı da iddiaçının qeyd etdiyi xüsusatlar sübuta yetirilməmişdir. Mülki Məcəllənin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Göründüyü kimi, qanunvericilik əşyada mövcud olan qüsurun əşyanın satılmasından əvvəl yaranmasının sübut edilməsi yükünü bunu iddia edən alıcının üzərinə qoyur. Hazırki vəziyyətdə isə alıcı tərəfindən göstərilən hallar sübut edilə bilmir. Qeyd olunan halları, eləcə də qətnamənin ləğv edilməsi üçün heç bir hüquqi və faktiki əsas olmadığını nəzərə alaraq, hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, məhkəmədən iddiaçı X8 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı, l8.04.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunur.
Məhkəmə icraatı iştirakçılarının izahatları
Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndəsi (vəkili) vəkil2 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) vəkil1 apellyasiya şikayəti ilə razılaşmayıb, şikayətə qarşı təqdim etdiyi etirazın məzmununa uyğun izahat vermişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər cavabdeh3 və cavabdeh1 rəsmi qaydada məlumat verilmiş, lakin bu cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlər cavabdeh3 və cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Maddə 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Maddə 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Maddə 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Maddə 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Maddə 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № *****/**, §282). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli Qərarı:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir.
3. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. ...
Apellyasiya baxışının hədləri
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia təmin edilmədiyindən və qətnamə apellyasiya şikayətinə əsasən iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, tərəflər İddiaçılə cavabdeh1 arasında alqısatqı müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmış, cavabdeh cavabdeh1 mülkiyyətində olan nəqliyyat vasitəsini sonuncunun etibarnaməsi əsasında cavabdeh cavabdeh2 iddiaçı İddiaçı satmışdır. İddiaçının iddia tələblərindən və apellyasiya şikayətinin dəlillərindən müəyyən olunur ki, alqı-satqı müqaviləsi bağlandıqdan 10-15 gün sonra cavabdehlər M.cavabdeh2 və N.K. Behbudov tərəfindən ona satılan nəqliyyat vasitəsinin qüsurlu vəziyyətdə olmasını müəyyən etdiyindən tərəflər arasında bağlanmış müqavilə ləğv edilməli, alqı-satqı zamanı ödənilmiş vəsait, təmir üçün çəkilmiş xərc ona ödənilməli, nəqliyyat vasitəsi cavabdehlərə geri qaytarılmalı, iddia tələbləri üzrə icra edilməli olan hərəkətlər eyni vaxtda icra edilməlidir. Kollegiya qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər MM-də və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Kollegiya eyni zamanda qeyd edir ki, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: alış qiymətinin mütənasib azaldılmasını; əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını; əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Əgər əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulmuşsa (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Məhkəmə kollegiyası işin apellyasiya instansiyasında araşdırlması zamanı iddiaçının iddia tələbində və apellyasiya şikayətinin dəlillərində istinad etdiyi halların yoxlanılması üçün mütəxəssis rəyləri almışdır. Kollegiya ilk növbədə qeyd edir ki, mütəxəssis rəyi “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilə bilməz mütəxəssis rəyi də məhkəmə iclasında digər sübutlarla birlikdə tədqiq edilməli və işə əlavə edilmiş digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Məhkəməyə təqdim olunan mütəxəssis rəyləri mülki işdə olan digər sübutlarla birlikdə tədqiq olunarkən müəyyən olunmuşdur ki, 2006-cı il buraxılışlı WDB2110221B051928 BAN nömrəli “Mercedes Benz E320 CDI” minik markalı, **-EE-*** qeydiyyat nişanlı avtomobildə mövcud olan qüsurların yaranma səbəbi avtomobilin on yeddi illik istismar müddəti, keçdiyi yüksək yürüş, təbii aşınma və vaxtaşırı texniki qulluğun göstərilməməsi ola bilər. Avtomobilin texniki baxışı zamanı aşkar olunmuş qüsurların dəqiq yaranma tarixini müəyyən etmək isə mümkün deyildir. Bu cür nasazlıqlar zamanla formalaşdığından onların konkret hansı tarixə aid edilməsi texniki olaraq qeyri-mümkündür. Avtomobildə aşkar olunan qüsurların yaranma səbəbi keyfiyyətsiz yağın istifadəsi və ya avtomobilin istismar qaydalarına riayət edilməməsi də ola bilər. ##.##.2025ci il tarixli 00006489 və ******** №-li ilkin təmir sifarişlərinə asasən 2006-cı il buraxılışlı WDB2110221B051928 BAN nömrəli “Mercedes Benz E320 CDI” minik markalı, **-EE-*** qeydiyyat nişanlı avtomobildə mühərrikin və işlək hissələrin bərpası üçün dəqiq məbləği mühərrik söküldükdən sonra təyin etmək mümkündür. 2006-cı il buraxılışlı WDB2110221B051928 BAN nömrəli “Mercedes Benz E320 CDI” minik markalı, **-EE-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsində X12 MMC tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli aktında qeyd olunan nasazlıqlardan: mühərrikdə yağ itkisi, sürət qutusu problemi, amortizator və işlək hissələrin nasazlıqları müşahidə olunur. Şərti olaraq texniki cəhətdən saz olan “Mercedes Benz E320 CDI”xxxx“X12 MMC” tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli aktda göstərilən nasazlıqların normal istismar şəraitində yaranması texniki baxımdan mümkün deyildir. Onlar uzunmüddətli istismar nəticəsində formalaşmışdır. 2006-cı il buraxılışlı WDB2110221B051928 BAN nömrəli “Mercedes Benz E320 CDI” minik markalı, **-EE-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsində 2,5 həftə ərzində mühərrikin yağının 2 litr azalması mümkündür. Bu, mühərrikdə aşınma və yağ keçirmə problemləri ilə bağlı ola bilər. Bu hallar köhnə dizel mühərriklərində rast gəlinə bilər. Bunun səbəbi kimi mühərrikdə porşen üzüklərinin aşınması, yağ keçirmə sistemində nasazlıq və ya turbinin yağ sərfiyyatına təsiri və s. göstərilə bilər. Bu, həmin model üçün tipik texniki risklərdən biridir. Araşdırma zamanı tədqiq olunan sübutlarla eyni zamanda müəyyən olunmuşdur ki, alqısatqı müqaviləsi bağlanarkən iddiaçı 2006-cı il buraxılışlı nəqliyyat vasitəsini almasını bilmiş, özünün seçdiyi, güvəndiyi usta vasitəsi ilə nəqliyyat vasitəsinə baxış keçirmiş, hazırda nəqliyyat vasitəsində olan qüsurun yalnız mühərrik söküldükdən sonra təyin edilməsinin mümkün olmasını bilsə də, ehtimal etdiyi qüsurun ola biləcəyini yoxlamamış, nəqliyyat vasitəsini aldıqdan sonra 8 nəfərə etibarnamə verməklə nəqliyyat vasitəsini onların istifadəsinə vermişdir. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, seçdiyi dizel mühərriki olan köhnə nəqliyyat vasitəsində hazırkı iddia tələbində iddia etdiyi qüsurun ola biləcəyini ehtimal etsə də, müqavilə bağlanarkən bu halı yoxlamamaqla iddiaçı faktiki olaraq nəqliyyat vasitəsini mövcud vəziyyətdə qəbul etməyə razılıq vermişdir. Araşdırma zamanı 2006-cı il buraxılışlı WDB2110221B051928 BAN nömrəli “Mercedes Benz E320 CDI” minik markalı, **-EE-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsində mövcud olan qüsurların köhnə dizel mühərriklərində rast gəlinən olmaqla bu model üçün tipik texniki risklərdən biri olması, konkrent hansı vaxt dönəmində baş verməsinin müəyyən edilməsinin mümkün olmaması öz təsdiqini tapdığından kollegiya hesab edir ki, bu hal tərəflər arasında bağlanan müqavilənin ləğv edilməsi üçün əsas ola bilməz. Bundan başqa iddiaçı nəqliyyat vasitəsinin təmiri ilə bağlı vəsait xərcləməsini qeyd etsə də, bu tələbi üzrə hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. İddiaçı İddiaçı mütəxəssis rəyinin verilməsinə görə 1.000 (bir min) manat “X12” MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.