Məhkəmə qərarları › İş №e-2(3-6)-2455/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2455/2026

02.09.2026 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2455/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № *(3-6)-2455/2026 (Açar sözlər: zərərin ödənilməsi, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı İddiaçı, vəkili-nümayəndəsi Vəkil, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “zərərin ödənilməsi”tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ######## 2026-cı il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanılmış bank hesabı müqaviləsinin, tam kart müqaviləsinin ləğv edilməsi, müqavilə öhdəliyinin pozulması nəticəsində vurulmuş birbaşa zərər olan 139.956 manat və zərərdən əlavə faiz qismində 10.146 manat - cəmi 150.102 manat pulun ödəniş gününün məzənnəsinə uyğun olaraq cavabdehdən alınıb iddiaçı X2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2023-cü il tarixdə iddiaçı cavabdeh “xxxx” ASC ilə müqavilə bağlamaqla ******************** saylı bank hesabı açaraq həmin hesaba BPM************ nömrəli mədaxil qəbzi ilə 180.000 (yüz səksən min) AZN pul qoymuşdur. Eyni zamanda hesablaşmaların aparılması üçün cavabdeh iddiaçı ilə BPM ************ nömrəli “Tam kart müqaviləsi” bağlamışdır və ona “tam kart” verilmişdir. Lakin “Bank hesabı” və “Tam Kart” müqavilələri ilə üzərinə düşən öhdəlik və vəzifələr (iddiaçının pulunu qoruyub saxlamaq, mühafizə etmək, kibertəhlükəsizliyi təmin etmək, kartına qanunsuz müdaxilə olduqda onun məlumatı əsasında dərhal kartı bloklaşdırmaq və s.) cavabdeh tərəfindən lazımi qaydada yerinə yetirilmədiyindən iddiaçının istifadəsində olan ****-****-****-**** nömrəli ödəniş tam kartından ##.##.2024-cü il tarixdə naməlum dələduz şəxslər tərəfindən 139.956 AZN (yüz otuz doqquz min doqquz yüz əlli altı) manat pulu oğurlanmışdır. Belə ki, iddiaçının yeznəsi Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsi, 133 “a” nömrəli ünvanda yaşayan X6 avtomaşınını internetdə satışa qoymuşdu. ##.##.2024-cü il tarixdə Eldost ona zəng edərək rus dilində danışan qadınların avtomaşını almaq istədiklərini, lakin özü rus dilini bilmədiyindən, iddiaçı rus dilində sərbəst danışa bildiyi üçün telefon nömrəsini onlara verdiyini bildirmiş və onlarla danışmasını xahiş etmişdir. Həmin qadınlar iddiaçıya zəng edərək Qazaxıstan Respublikasında yaşadıqlarını, əslən Gəncədən olduqlarını, yay aylarında Gəncəyə gələrək istirahət etdiklərini, bununla əlaqədar avtomaşını almaq istədiklərini bildirmişlər və xahiş etmişlər ki, bank kartının nömrəsini onlara göndərsin, 1000 manat beh ödəyəcəklər. İddiaçı da özündə olan boş, yəni hesabında pul olmayan tam kartının nömrələrini onlara vermişdir. Bundan sonra telefonuna daxil olan məlumatlardan görmüşdür ki, digər tam kartından, hansı ki, həmin kart hesabında 149.456 AZN pulu var idi, saat 15:25 dəqiqədən başlayaraq külli miqdarda pullar silinir. İddiaçı pullarının həmin dələduz qadınlar tərəfindən oğurlanmasını başa düşərək dərhal yeznəsi Eldostla birlikdə hərəsi öz telefonu ilə, yəni iddiaçı ***-***-**-** nömrəli, Eldost isə ona məxsus ***-***-**-** nömrəli mobil telefonları ilə cavabdeh bankın 937 “Qaynar Xətt” əlaqə mərkəzinə aramsız zənglər etməyə başlamışlar, lakin xətt daim məşğul olduğundan təcili olaraq cavabdehin rayon filialına gedərək orada işləyən Günay Əliyeva adlı işçiyə kartından pulların oğurlandığını bildirmiş və o, telefonunu alıb 937 qaynar xəttə zəng etməyə başlamış, nəhayət onlar həmin işçinin köməyi ilə saat 16:43, 16:44, 16:45-də 937 “Qaynar Xətt” əlaqə mərkəzi ilə əlaqə yarada bilmiş, hadisə barədə məlumat vermişlər və filialın işçisi demişdir ki, “artıq narahat olmayın, kartı blok etdilər”. Telefonu iddiaçıya vermişdir ki, “özün də eşit, əmin ol”. Ona telefonda bildirilmişdir ki, narahat olmasın, kartını bloklamışlar, daha oğrular kartdan pul çəkə bilməyəcəklər. Həmin vaxt iddiaçı baxmışdır ki, dələduzlar qısa müddətdə kartından xeyli məbləğdə pul oğurlamışlar və bloklandıqdan sonra hesabında 74.600 AZN manat və 1900 ABŞ dolları qalmışdır. Lakin iddiaçı filialdan çıxmamış telefonuna təkrarən nəzər yetirdikdə görmüşdür ki, bloklanmasına baxmayaraq, kartından pulların oğurlanması davam edir, dərhal filialın əməkdaşından soruşmuşdur ki, “bu nədir, kartı bloklanmasına baxmayaraq, yenə pullar oğurlanır?”. Xahiş etmişdir ki, heç olmasa bloklandıqdan sonra hesabında qalmış 74.600 AZN manat və 1900 ABŞ dollarının başqa karta köçürülməsinə, oğurlanmamasına kömək etsinlər, lakin filial işçiləri bank əməliyyatlarının saat 17-də bağlandığını, artıq heç nə edə bilməyəcəklərini bildirmişlər. İddiaçı məcbur qalaraq filialı tərk etmiş və dərhal AR DİN-nin 102 Xidmətinə cinayət barədə məlumat vermiş, eyni zamanda birbaşa Biləsuvar rayon polis şöbəsinə də gedərək oğurluq barədə şikayət ərizəsi yazmışdır. İddiaçı əlacsız vəziyyətdə qalaraq axşam saat 20:21 və 20:27-də yenə də 937 “Qaynar Xətt” əlaqə mərkəzinə zəng edərək kartından pulların yenə silinməkdə davam etdiyini, nə üçün saat 17:00-dan etibarən bankın əməliyyatları dayandırıldığı, kartı blok olunduğu halda pullarının oğurlanmasının davam etdiyini soruşmuş, onu aldatdıqları üçün şikayət edəcəyini bildirmişdir. Bank işçiləri isə kartın həqiqətən bloklandığını bildirmiş və kart bloklandığı halda kartdan pulların necə silindiyinin səbəbini bilmədiklərini demişlər. Beləliklə, həmin gün saat 23:00-dək kartımdan pulların böyük hissəsi oğurlanmış və o, nəhayət əlacsız qalıb cavabdehdən əlini üzərək dost-tanışdan öyrənməklə cavabdehin işçilərinin köməyi ilə saat 23:00-da kartından cəmi 9500 manat pulu başqa karta ataraq saxlaya bilmişdir. Ərizəsinə əlavə etdiyi telefon zənglərinin izahlı qaiməsindən göründüyü kimi ##.##.2024-cü il tarixdə yeznəsi X6 (070-343- 07-70) telefonundan 937 “Qaynar Xətt” əlaqə mərkəzinə aşağıdakı qaydada zənglər olunmuşdur: saat 16.43.48-də danışıq müddəti: 11 saniyə; saat 16.44.06-da danışıq müddəti 58 saniyə; saat 16.45.12-də danışıq müddəti 851 saniyə; saat 20.21.28-də danışıq müddəti 332 saniyə; saat 20.27.49-da danışıq müddəti 659 saniyə. İddia ərizəsinə əlavə etdiyi bank sənədləri ilə təsdiq edilir ki, kartından pulların oğurlanması isə aşağıdakı ardıcıllıqla baş vermişdir: 5000, 5000, 1000, 5000, 10000, 10000, 10000, 9500, 91.00, 9000, 5000, 10000, 1000, 1000, 13748, 5000, 5000, 5000, 10000, 8522, 1.00, 3000, 1000, 8592, 3000, 5000 manat. Hesab kartının və telefon zənglərinin çıxarışlarından müqayisəli şəkildə göründüyü kimi, kartdan pullar naməlum şəxslər tərəfindən mərhələli şəkildə, yəni bir neçə dəqiqədən başlamış bir neçə saatlar zaman kəsiyində, hissə-hissə (1000-10000 manat həcmində) tədricən olmaqla oğurlanmış və hətta iddiaçı

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Günay Abidova) iddia qismən təmin edilmiş, cavabdeh “xxxx” ASC-dən 77.591 manat məbləğində maddi zərərin əvəzinin tutularaq iddiaçı İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun 229 manat hissəsinin cavabdeh “xxxx” ASC-dən tutularaq iddiaçı İddiaçı ödənilməsi, dövlət rüsumunun qalan hissəsinin iddiaçı İddiaçı aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 220 manat məbləğində pulun 114 manat hissəsinin cavabdeh “xxxx” ASCdən, qalan 106 manat hissəsinin isə iddiaçı İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE00000000000002088501, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ01360100000000003944, SWIFT BIK: CTREAZ22) köçürülməsi qət edilmişdir.

4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 14.2.1, 14.2.6, 21, 386.1, 425, 449.1, 456, 954.1, 957.4, 968-ci maddələri, maraqlı şəxs2 ##.##.2022ci il tarixli, **/* nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın 7.10-cu bəndi, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 80, 88, 101.7, 103.1, 106.1, 106.3, 119.1, 207.2, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun qismən, iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, Bakı Apellyasiya Məhkəməsi tərəfindən iddia tələbinin həmin hissədə də rədd edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclaslarında ABB-nin rəsmi internet səhifəsinə yerləşdirilmiş və tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsi olan standart şərtlərə dəfələrlə istinad edərək, cavabdehin iddiaçıya məxsus olan, bank hesablarında saxlanılan pul vəsaitlərininin təhlükəsizliyini təmin etmək öhdəliyi olduğunu bildirmiş, məhkəmə də qəbul etdiyi qətnamədə eyni mövqeyi qeyd etmişdir. Halbuki cavabdehin nümayəndəsi bankın təhlükəsizliyi təmin etmək öhdəliyinin limitsiz olmadığını, bankın qanundan və ya müqavilədən irəli gəlməyən öhdəliklərlə yüklü edilməsinin əsassız olduğunu bildirmişdir. Belə ki, iddiaçı tərəfin məhkəmədə səsləndirdiyi eyni standart şərtə əsasən ödəniş kartı/Əlavə kart/ŞEN-kod itirildikdə, oğurlandıqda, məhv olduqda, səlahiyyəti olmayan şəxs tərəfindən qanunsuz istifadə edildikdə, zədələndikdə, habelə fırıldaqçılıq (fraud) əməliyyatları baş verdikdə, o cümlədən Ödəniş kartı vasitəsilə (o cümlədən internet vasitəsilə) əməliyyatların aparılması zamanı Ödəniş kartının rekvizitlərinin üçüncü şəxslərə açıqlanması şübhələri yarandıqda Ödəniş kartının bloklaşdırılması üçün 18.9.18-ci yarımbənddə nəzərdə tutulmuş qaydada ABB-yə məlumat vermək müştərinin həm hüququ, həm də vəzifəsi olaraq müəyən edilmişdir. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” AR Qanunun 39.1-ci maddəsinə əsasən ödəniş xidməti istifadəçisi tərəfindən bu Qanunun 38.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda verilən bildirişdən dərhal sonra ödəniş alətini bloklaşdırmaq ödəniş alətini emissiya edən ödəniş xidməti təchizatçısının vəzifələri sırasına daxil edilmişdir. Həmin Qanunun 38.1.3-cü maddəsinə əsasən ödəniş alətinin itirilməsini, oğurlanmasını və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə olunmasını müəyyən etdikdə ödəniş xidməti təchizatçısını və ya onun tərəfindən səlahiyyətləndirilmiş digər şəxsi dərhal məlumatlandırmaq ödəniş xidməti istifadəçisinin ödəniş alətinə münasibətdə vəzifəsi olaraq qeyd olunmuşdur. İlk öncə nəzərə alınmalıdır ki, müştəri ##.##.2025-ci il saat 15:39-dan başlayaraq OTP-ləri qarşı tərəfə ötürmüş olsa da, banka özünün də dediyi kimi 16:40 radələrindən sonra yaxınlaşaraq kartından aparılan məxariclər barədə məlumat vermiş, o cümlədən bankın çağrı mərkəzi ilə əlaqə saxlamışdır. Yəni müştəri özü yuxarıda qeyd olunan Qanunun tələblərini pozmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, Qanunda bankın öhdəliyi öz əksini aydın tapmışdır və nə iddiaçı, nə də məhkəmə tərəfindən geniş təfsir edilməsinə əsas yoxdur. Qanun cavabdehin üzərinə “ödəniş alətini bloklaşdırmaq” vəzifəsi qoyur. Mülki iş üzrə mübahisəsiz haldır ki, müştərinin banka ilk müraciəti zamanı müştəriyə aid ödəniş alətləri – bank kartları - tərəfimizdən dərhal bloklanmışdır. İddiaçı tərəf və məhkəmə isə bank hesabını da “ödəniş alətləri” anlayışına daxil edir və bankın öz təşəbbüsü ilə bloklaşdırma anlayışına daxil olmayan hərəkət etməli olduğunu bildirirlər. Yuxarıda adı çəkilən Qanunun “əsas anlayışlar” adlı 1-ci maddəsinə əsasən bloklaşdırma dedikdə ödəniş aləti vasitəsilə əməliyyatların həyata keçirilməsinin dayandırılması; ödəniş aləti dedikdə isə ödəniş xidməti istifadəçisi tərəfindən ödəniş sərəncamının verilməsi məqsədilə istifadə olunan və ödəniş xidməti təchizatçısı ilə razılaşdırılmış hər hansı bir fərdiləşdirilmiş alət və (və ya) prosedurlar toplusu nəzərdə tutulur. Aydındır ki, bank hesabı ödəniş aləti deyil və Qanunun 38-39-cü maddələrində ödəniş alətinin bloklaşdırılması dedikdə bank hesabına məhdudiyyət tətbiq edilməsi nəzərdə tutulmur. Bu məqam məhkəmə iclaslarında cavabdehin nümayəndəsi tərəfindən məhkəmənin diqqətinə çatdırılmış və zəruri olduqda bu barədə müvafiq rəyin alınması üçün sorğu göndərilməsinin mümkünlüyü bildirilmişdir. Buna baxmayaraq məhkəmə ümumi formada “bankın ən birinci vəzifəsinin müştəriyə məxsus vəsaitin təhlükəsizliyini təmin etmək” olduğunu qətnamədə qeyd edir. İddiaçı tərəf də tərəflər arasında bağlanmış müqavilədə bu məqamın öz əksini tapdığını, “banka verdiyi pulun ondan oğurlanması ehtimalı barədə dürüst məlumatlandırılacağı halda iddiaçının bankla müqavilə bağlamış olmayacağını” bildirmişdir. Nə məhkəmə, nə də iddiaçı tərəf nəzərə almır ki, cinayət və digər hüquqpozmaların baş verməsi və nəticədə şəxsə maddi zərər dəyməsi istisna deyil və məhz bu hallar mühafizəedici hüquq münasibətlərinin yaranmasında hüquqi fakt olaraq çıxış edir. Bu zaman əsas məqam hüquqpozmanının nədən ibarət olmasını müəyyən etməkdir, “pul vəsaitləri bankdaydı, necəsə qoruyardı” yanaşması ilə qanuni əsaslar olmadan bankı təqsirli bilmək deyil. Məhkəmə hətta qətnamədə cavabdehin simasında banklara tövsiyə xarakleri qeyd də aparmışdır : “Müştəri ilə aparılan bütün danışıqlar və yazışmalar da məhz bu məqsədə xidmət etməlidir ki, müştəri etibar edib pulunu müvafiq bankdakı hesabında saxlasın”. Bu yanaşma ilə məhkəmə qanuni əsas göstərmədən bankı əlavə məsuliyyətlərlə yüklü edir və gəldiyi nəticəni əsaslandırmağa çalışır. Mülki qanunverciliyin tələbinə əsasən münasibət iştirakçıları münasibətlərin məzmununa - öz hüquq və vəzifələrinə münasibətdə vicdanlı davranmalı, birgə hərəkət etməlidirlər. “ABB” müqavilə üzrə üzərinə öhdəlik götürmüşdür ki, müştərinin müvafiq müraciəti əsasında ona aid ödəniş alətlərini bloklaşdıracaq. Müştəri isə bank tərəfindən ona göndərilmiş, paylaşılmalı olmadığı çoxsaylı OTP-ləri kənar şəxslərə ötürmüş, dərhal məlumat verməli olmasına baxmayaraq, pul vəsaitlərinin məxaricinə başlanılmasından 1 saat sonra banka müraciət etmək qərarına gəlmiş, müraciət edərkən də tətbiqinin AR Mərkəzi Bankına aid ödəniş aləti olan “Anipay”dən qeydiyyat keçməsi barədə məlumatlı olmasına baxmayaraq, bank kartlarından fərqli ödəniş aləti olan “Anipay”də qeydiyyat barədə Banka heç bir məlumat verməmiş, məhz özünə aid ABB kartlarının bloklanmasını istəmiş, bank onun müraciəti əsasında hər iki kartını dərhal bloklamış, banka sonraki zənglərində də məhz bank kartından pul vəsaitlərinin çıxıldığını bildirmiş, bank operatoru tərəfindən isə bunun imkansız olduğu qeyd edilmişdir. Məhkəmə də bu hadisələr fonunda bankı səbəbkar bilmiş, əsaslandırma olaraq “bank hər ehtimala qarşı müştərinin bank hesablarını da bloklayardı” mülahizəsi olmuşdur. Yuxarıda qeyd edilənlərdən hansı tərəfin müqavilə üzrə öhdəliklərinə vicdanlı, hansı tərəfin vicdansız yanaşmış olması tam aydındır. Məhkəmənin mövqeyinə əsasən bank bundan sonra müştərilərə münasibətdə “vicdanlı” davranmaq üçün müştərinin kartından pul vəsaitinin çıxarıldığını bildirməsi və kartının bloklanmasını xahiş etdikdə müştərinin bütün bank hesablarını, bütün online cüzdanlarını (Apple, Google Wallet, Amazon, Trendyol, Temu və s), bir sözlə müştəriyə dair bütün bank xidmətlərini dayandırmalıdır. Belə bir normativ tələb heç bir Qanun, Qayda və Təlimatda qeyd olunmamış, işə baxan məhkəmənin fərdi yanaşması olaraq AR Mülki Məcəlləsinin 1-ci maddəsinin tələblərinin, mülki dövriyyənin azadlığının və sabitliyinin təmin edilməsi vəzifəsinin kobud pozuntusudur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e- *(***)-****/**** nömrəli qətnaməsinin “Məhkəmə tərəfindən müəyyən edilən hallar” bölməsinin ilk abzasında qeyd olunur “...iddiaçı...qalan pulun çıxarılıb ona verilməsi məqsədilə cavabdeh bankın çağrı mərkəzinə müraciət etmiş, həmçinin fiziki olaraq da bankın müvafiq filialına yaxınlaşmışdır”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Halbuki bu qətnamənin “iş materialları” adlı bölməsində sadalanan məhkəmə tərəfindən tədqiq olunmuş heç bir sübut iddiaçının bank kartında olan pul vəsaitinin nağdlaşdırılması üçün banka zəng etdiyini və ya filiala yaxınlaşdırığını təsdiq etmir. Hətta bunun əksini təsdiq edən sübut – səs yazısı – iş materiallarında mövcuddur. Belə ki, ##.##.2025-ci il tarixdə saat 23:04 –də aparılmış telefon danışığının 1:15-ci dəqiqəsidə baş verən danışığı diqqətinizə çatdırırıq : bank əməkdaşı – “siz filialda həmin vəsaiti hesabdan götürə bilərdiz” İddiaçı – “Bəs mən bu boyda banka etibar edib pul qoymuşam, niyə götürərdim”. İddiaçı filialda pul vəsaitini nağdlaşdırmaq istəmiş, lakin buna nail olmamış olsaydı, bank əməkdaşının sualına cavab olaraq bu barədə məlumat tədqim etməli idi. Lakin bunun əksinə nağdlaşdırmamasının səbəbi olaraq banka etibar etdiyini qeyd edən iddiaçı filialda belə bir əməliyyat aparmaq niyyətində olmadığını təsdiq etmişdir. Bununla belə qətnamədə heç bir tədqiq olunmuş sübuta əsaslanmadan baş vermiş faktın əksinə istinad edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 217.4-cü maddəsinin birbaşa pozuntusudur. Məhkəmə bu hissədə yalnız iddiaçı tərəfin izahatını yeganə və mötəbər sübut kimi qəbul edərək, izahatda qeyd ediləni məhkəmə tərəfindən müəyyən edilən hal kimi təqdim etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin 42-ci, 46-cı, 47-ci bəndlərində cavabdehin nümayəndəsinin ##.##.2025ci il tarixdə məhkəməyə verdiyi izahatında qeyd etdiyi bir cümləyə istinad olunaraq qətnamənin əsaslandırması demək olar ki, bu cümlənin üzərində qurulmuşdur. Belə ki, cavabdehin nümayəndəsi ##.##.2025-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında bank hesabının bloklandığını bildirmişdir. Sonrakı məhkəmə iclaslarında cavabdehin fərqli nümayəndəsi bank hesabına hər hansı məhdudiyyət qoyulmadığını, ümumiyyətlə belə bir məhdudiyyət tətbiq edilməsi üçün banka müraciət edilmədiyini və buna görə də bankın bu məhdudiyyəti tətbiq etmək öhdəliyi olmadığını bildirmişdir. Bankın fərqli nümayəndələri tərəfindən verilmiş izahatlarda olan bu ziddiyyətə münasibətdə məhkəmə birmənalı olaraq ilk nümayəndənin izahatını mötəbər sübut kimi qəbul etmiş, sonrakı nümayəndənin izahatını “səmimiyyətdən kənar”, mülki iş üzrə verilmiş mütəxəssis rəyləri ilə əlaqədar formalaşmış yeni əsassız mövqe kimi qəbul etmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qətnaməsinin “iş materialları” adlı bölməsində 12 bənddə iş materiallarının qeyd olunmasına baxmayaraq, “məhkəmənin mövqeyi” bölməsinin məhz cavabdehin nümayəndəsinin məhkəmə iclaslarının birində qeyd etdiyi bir cümlə üzərində qurulması yuxarıda qeyd olunan normanın tələbinin birbaşa pozuntusudur. Diqqət edilməli məqamlardan biri də odur ki, qətnamənin 47-ci bəndinə bankın nümayəndəsinin izahatına istinad edilərək, onun bank hesabının bloklandığını qeyd etdiyi, daha sonra eyni bəndə eyni nümayəndənin izahatında bank hesabının bloklanmasına cəhd edilsə də baş tutmadığı qeyd edilmişdir. Nümayəndənin ziddiyyətli izahatlar verməsinə baxmayaraq məhkəmə bankın ilk nümayəndəsinin izahatını mötəbər saymışdır. Halbuki nəzərə almamışdır ki, bankın nümayəndəsi olsa da həmin şəxs verdiyi çoxsaylı izahatların və gərgin keçən prosessin fonunda kart və hesab sözlərini bir anlıq eyniləşdirə və cümləsində kartın bloklanması yerinə hesabın bloklanmasını qeyd edə bilər. Burda diqqətə çatdırmaq istədiyimiz məqam nümayəndənin texniki səhv etməsi ehtimalından daha çox, məhkəmənin hansı səbəbdən irihəcmli izahatların içində işlədilmiş bir cümləyə əsasən yekun nəticəyə gəlməsidir. İş materillarında cavabdeh bank tərəfindən bank hesabına məhdudiyyət tətbiq edilməsi və ya buna cəhd barədə heç bir sübut mövcud deyil. Və belə bir halın olmaması da sonrakı məhkəmə iclaslarında iştirak edilmiş nümayəndə tərəfindən dəfələrlə bildirilmiş və əsaslandırılmışdır. Buna baxmayaraq məhkəmə bu izahatı heç bir əsas olmadan “qeyri-səmimi” adlandırmışdır. Xüsusilə nəzərə alınmalıdır ki, mülki iş üzrə araşdırma aparan məhkəmə ilk öncə nəticəyə gələrək, daha sonra bu nəticəsini əsaslandıracaq halları qabardaraq, digər zəruri hallara qiymət verməkdən çəkinməməli, əksinə bütün iş materiallarına vahid sistem şəklində qiymət verərək, nəticəyə bu qiymətləndirmədən sonra gəlməlidir. Məhkəmə qətnaməsində əsaslandırma əsasən iki hal üzərində qururulmuşdur. Bunlardan birincisi yuxarıda qeyd edilən cavabdehin nümayəndəsinin izahatında qeyd etdiyi bir cümlə, ikincisi isə AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin mütəxəssisləri tərəfindən verilmiş rəy olmuşdur. Məhkəmənin ##.##.2026-ci il tarixdə keçirilmiş baxış iclasında cavabdehin nümayəndəsi tərəfindən sözügedən mütəxəssis rəyinə edilmiş etirazlar əsasında məhkəmə tərəfindən rəy vermiş mütəxəssis məhkəmə iclasında dəvət edilmiş və ##.##.2026cı il tarixli baxış iclasında iştirakı təmin edilmişdir. Cavabdeh tərəfin bu mütəxəssis rəyinə etdiyi etirazlar qətnamədə öz əksini tapmasa da, iclas videolarına baxış keçirilməsi yolu ilə etirazın əsasları, o cümlədən mütəxəssisin cavabdehin nümayəndəsi tərəfindən verilən suallara cavabları ilə tanış olduqda aydın olur ki, rəydə heç bir əsaslandırma mövcud deyil. Birinci instansiya məhkəməsi tərəfindən istinad edilmədiyindən etirazları qısa şəkildə apellyasiya şikayətində qeyd edərək bildiririk ki, “..Mümkün olduğu təqdirdə, bunda bankın təqsiri varmı? Vardırsa, nədən ibarətdir?” sualına cavab olaraq rəydə “kart bloklansa da Bank tərəfində olan texniki nasazlıq səbəbi ilə hesab bloklana bilməmişdir” qeyd olunur. Lakin texniki nasazlığın nədən ibarət olması barədə ümumiyyətlə qeyd mövcud deyil. İclasda iştirak etmiş mütəxəssis bu suala cavab olaraq iki faktı əsas gətirir. Bunlardan biri baxış keçirilən zaman hansısa bank əməkdaşının belə bir söz bildirməsi, ikincisi isə “texniki nasazlıq olmayıbsa, pulun məxaric edilməsinin necə mümkün ola bilməsi”nə dair retorik sualdır (məhkəmə iclasında sual-cavabın dəqiqliklə bu istiqamətdə olması mübahisəsizdir və baxış keçirilməklə təsdiq edilə bilər). Ən vacibi isə belə bir texniki nasazlığın olması üçün ilk bank tərəfindən hesaba məhdudiyyət tətbiq edilməsi cəhdi olmalıdır ki, belə cəhd də mövcud deyil və iş materillarında olan heç bir başqa sübut belə bir cəhdin olduğunu göstərmir. Məhkəmə tərəfindən müvafiq rəylərin alınması üçün müxətlif idarə və müəssisələrə ünvanlanmış qərarın icrası ilə bağlı daxil olmuş çoxsaylı rəylərin arasında yalnız AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (bundan sonra ETX) mütəxəssisləri aydın olmayan səbəblərdən belə bir cəhdin olduğu qənaətinə gəlməklə yanaşı, texniki nasazlıq nəticəsində cəhdin uğursuz olduğunu da qeyd edirlər. Halbuki həmin mütəxəssisin özünün də qeyd etdiyi kimi baxışda Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri də iştirak etmişdir və həmin ekspertlər də bank əməkdaşının texniki nasazlıq barədə qeyd etdiklərini eşitmişlər. Halbuki ekspert rəyində nə bank tərəfindən hesaba məhdudiyyət tətbiq edilməsi barədə, nə də hansısa texniki nasazlıq barədə hər hansı məlumat əksini tapmamışdır. Halbuki mütəxəssisin dediklərini əsas götürsək, belə bir fakt önəmli hal olub ekspertlər qarşısında qoyulmuş suallarla birbaşa əlaqədardır, bu səbəbdən də ekspert rəyində mütləq eyd edilməlidir. Qeyd olunanlarla yanaşı “texniki nasazlıq olmayıbsa, pulun məxaric edilməsinin necə mümkün ola bilməsi” barədə suala cavab tapa bilməməsi mütəxəssisə hazırki məzmunda rəy verməyə qətiyyən əsas vermir. Kartın bloklanma əməliyyatından sonra məxaric əməliyyatlarının aparılmasının mümkünlüyü DTX tərəfindən verilmiş rəydə aydın göstərilmişdir. Rəydə qeyd olunur “müəyyən edilmişdir ki, vətəndaşlara məxsus ödəniş kartlarının bloklanmasına baxmayaraq, köçürmələrin AR Mərkəzi Bankına məxsus “Anipay” vasitəsi ilə bilavasitə hesablararası icra edilməsi səbəbindən əməliyyatlar uğurla başa çatmışdır”. “xxxx” MMC tərəfindən verilmiş rəydə də eyni mövqe qeyd olunmuşdur. ETX tərəfindən verilmiş rəydə müştərinin bank kartı və hesabın bloklanması üçün ##.##.2024cü il tarixdə müraciət edildiyi qeyd olunur. ETX mütəxəssisləri məhkəmə birmənalı yanlış informasiya vermişdir. Belə ki cavabdehin etirazının əsas məqamlarından biri məhz müştərinin yalnız bank kartlarının bloklanması üçün müraciət etməsi təşkil edir. ETX mütəxəssisləri isə rəydə əsas olmadan istədikləri məzmunda məlumatlar qeyd etmiş, təqdim etdikləri rəyin məhkəmədə sübut qismində qiymətləndirilməsinin mühümlüyünü nəzərə almamışlar. Rəyin əsassızlığına dəlalət olan bu hallar qətnamədə əksini tapmamış, rəyə qeyd edilən məzmunda etirazlar olmamış kimi davranan məhkəmə rəyi birbaşa mötəbər sübut kimi qəbul etmiş və əsaslandırmanın mühüm hissəsini bu rəy üzərində qurmuşdur. Qətnamənin 47-ci bəndində məhkəmə qeyd edir : “Həmçinin, bununla yanaşı, hazırkı məhkəmə iclasında mütəxəssis qismində dindirilən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin mütəxəssisi X4 fikirlərinə istinadən məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, bankda ona məxsus olan pul vəsaitini tamamilə itirmə təhlükəsi ilə üz-üzə qalan iddiaçının bank əməliyyatlarının heç bir vasitə ilə həyata keçirilməməsi niyyətində olması, cavabdeh banka məhz bu məqsədlə müraciət edərək kömək istəməsi əlavə sübuta və ya hər hansı izaha ehtiyacı olmayan faktdır. Yəni iddiaçının “kartı bloklayın”, yoxsa “hesabı bloklayın” kimi təlimatları əməliyyat sistemini iddiaçıdan yaxşı bilən və bilməli olan, iddiaçı kimi yüzlərlə şəxsə xidmət göstərən cavabdeh bank üçün önəmli olsa da, baş verə biləcək bütün mənfi hallar və ehtimallar nəzərə alınaraq iddiaçıya izah edilməli, bank əməkdaşı tərəfindən lazımi tədbirlərin görülməsi üçün zəruri bütün razılıqlar iddiaçıdan alınmalı idi. Yəni kartı və ya hesabı bloklamağın bankın vəzifəsi olub-olmaması ona görə heç bir əhəmiyyət daşımır ki, bankın ən birinci vəzifəsi müştərisinə məxsus vəsaitin təhlükəsizliyini təmin etməkdir. Müştəri ilə aparılan bütün danışıqlar və yazışmalar da məhz bu məqsədə xidmət etməlidir ki, müştəri etibar edib pulunu müvafiq bankdakı hesabında saxlasın”.Yuxarıda kartı və ya hesabı bloklamağın bankın vəzifəsi olub-olmamasının heç bir əhəmiyyət daşımadığını qeyd edən məhkəmənin izahatını mötəbər saydığı cavabdehin nümayəndəsinə verdiyi suallardan biri məhz bankın hesaba məhdudiyyət tətbiq etməli olması, o cümlədən bank əməkdaşlarının iddiaçıya belə bir məhdudiyyət tətbiq etmək təklifi vermək öhdəliyi barədə hansısa qayda və təlimatda tələbin olub-olmaması olmuşdur. Nümayəndə məhkəmə tərəfindən mötəbər sayılmış izahatında mobil tətbiq üzərində yalnız bank kartının bloklana bildiyini, hesaba məhdudiyyət tətbiq edilməsi üçün müştərinin filiala yaxınlaşaraq müraciət etməli olmasını bildirmişdir. Həmçinin sonraki nümayəndə də bank kartının bloklanması və bank hesabına məhdudiyyətin tətbiq edilməsinin fərqli anlayışlar olduğunu, müraciət daxil olmadığı halda bankın hesaba məhdudiyyət tətbiq etmək öhdəliyinin olmadığını, əksinə müraciət olmadığı halda məhdudiyyət tətbiq edilməsinin qanunsuz olmasını bildirmişdir. Eyni zamanda hazırki məhkəmə araşdırmasının mülki hüquq münasibəti üzrə olmasını, əmək hüququndan fərqli olaraq tərəflərin bərabər hüquqlu olmasını unudan məhkəmə qanuni əsaslar olmadan cavabdehi əlavə məsuliyyətlə yüklü etmişdir. Məhkəmə nəzərə almamışdır ki, müştəri məhz özü AR Mərkəzi Bankına aid “Anipay” tətbiqində qeydiyyatdan keçməsi üçün ona göndərilmiş OTP-ni qarşı tərəfə ötürsə də, bu faktı bankdan gizlətmiş, məhz özünə aid iki bank kartına müdaxilə olduğunu bildirmiş və bu kartların bloklanmasını xahiş etmişdir. Halbuki “Anipay” tətbiqi də bank kartları kimi ödəniş alətidir və bu ödəniş aləti Mərkəzi Banka məxsusdur. Bank tərəfindən müştərinin verdiyi məlumat əsasında ona aid kartlar dərhal bloklanmışdır. Hər hansı qayda və ya təlimatda əksini tapmasa da, müraciət olmadığı halda bank tərəfindən “hər ehtimala qarşı” müştərinin bank hesabına məhdudiyyət tətbiq edilməsi AR Mülki Məcəlləsinin 1-ci maddəsində qeyd olunmuş mülki qanunvericiliyin məqsəd və vəzifələri ilə (mülki dövriyyənin azadlığını və sabitliyini təmin etmək) ilə ziddiyət təşkil edir. Buna baxmayaraq məhkəmə cavabdehi hazırki mülki işdə işəgötürən statusu daşıyırmış kimi ilk öncə əlavə vəzifələrlə yüklü etmiş, ardınca isə bu vəzifələri icra etməməsini iddianın qismən təmin edilməsi əsası olaraq göstərmişdir. Baxmayaraq ki, cavabdeh tərəf məhkəmə tərəfindən ona ünvanlanmış suala cavab olaraq, eyni məntiqlə müştərinin bütün bank hesablarına “hər ehtimala qarşı” məhdudiyyət tətbiq edilməli olmasını, əks halda “siz bank olaraq bilirdirdiniz ki müştərinin kartından pul vəsaitləri qanunsuz olaraq çıxarılır, o zaman niyə onun başqa bank hesablarına da məhdudiyyət tətbiq etmədiniz, buna görə də həmin hesablardan çıxarılan vəsaitlərə görə də məsuliyyət daşıyırsınız, çünki işinizin xüsusiyyətindən irəli gələrək belə bir ehtimalın olmasını bilməli idiniz” düşüncəsi ilə bank qanuni əsas olmadan hüquq məsuliyyətli elan ediləcəkdir. Halbuki məhkəmənin qətnamədə istinad etdiyi bu düşüncə mülki dövriyyənin sabitliyini və azadlığını kobud surətdə pozur və hesab sahibinə əsas verir ki, müraciəti olmadan hesabının bloklanması nəticəsində çəkdiyi zərər və əldən çıxmış faydanı bankdan tələb etsin. Məhkəmə bu hissədə məhz ehtimallara əsaslanaraq qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək təmin edilməməsini xahiş etmişdir.

b) Proses iştirakçılarının izahatı

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, Kart ödəniş alətidir ki, müştəri kənardan öz hesabına müdaxilə edə bilsin. Müştəriyə məxsus hesab isə ödəniş aləti deyil. Hazırki iş üzrə isə ödəniş aləti heç müştərinin kartı belə olmamış, ödəniş Anypay tətbiqi üzərindən aparılmışdır. Həmin tətbiq də kart olmadan ödəniş aparılmasına imkan verir. Anypay tətbiqinin təchizatçısı Mərkəzi Bankdır. Qanuna əsasən təchizatıya əgər ödəniş alətinə müdaxilə edilməsi barədə müraciət edilərsə, həmin ödəniş aləti bloklanmalıdır. Həmçinin müştəri zəng edərək kartın bloklanmasını istəmiş, hesabın bloklanması isə xahiş olunmamışdır. Bank olaraq müştərinin sərəncamı olmadan hesab bloklansa idi, şəxsin dövriyyəsi dayanmış olardı. Məsələn, müştəri hüquqi şəxs olsa idi, Banka qarşı iddia qaldıraraq onun iradəsi olmadan aparılmış əməliyyat nəticəsində dövriyyəsi dayanması əsası ilə zərər tələb edə bilərdi.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndə-vəkili Vəkil apelyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişlər ki, qarşı tərəfin vermiş olduğu izahata görə, sanki vətəndaş zəng edərək sadəcə kartını bloklanılmasını istəmişdir. Vətəndaş təlaşla zəng edərək aldadılığını, kartından pul çıxarıldığını bildirmiş, cavabdeh isə bloklanma aparıldığını qeyd etmişdir. Mütəxəssis rəylərindən görünür ki, bank hesabı tərəf bloklamaq istəsə də, texniki nasazlıq olmuşdur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

10. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

11. Maddə 14.2 və 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

12. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

13. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

14. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

15. Maddə 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.

16. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.

17. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

18. Maddə 456. Borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır.

19. Maddə 954.1. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür.

20. Maddə 957.4. Əgər bank hesab sahibinin həqiqi iradəsini ifadə etməyən sərəncam əsasında pul vəsaitini həmin hesabdan silərsə, bunun üçün məsuliyyət daşıyır, bir şərtlə ki, belə sərəncamın hesab sahibinin öz təqsiri üzündən verildiyini sübut edə bilməsin.

21. Maddə 968. Müştərinin hesabdakı pul vəsaitinə dair sərəncam vermək hüquqlarının məhdudlaşdırılmasına yol verilmir, amma qanunda nəzərdə tutulan hallarda məhkəmənin qərarı ilə hesabdakı pul vəsaiti üzərinə həbs qoyulduğu və ya hesab əməliyyatlarının dayandırıldığı, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna təşkil edir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Cavabdeh tərəfindən qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, apelyasiya baxışının hədlərini qətnamənin həmin hissədə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

30. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

31. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, iddiaçı İddiaçı cavabdeh “xxxx” ASCyə məxsus plastik debet kartların istifadəçisi olmuşdur. İddiaçı ##.##.2023-cü il tarixdə özünə məxsus olan 180.000 manat məbləğində pulu cavabdeh bankda olan hesabına mədaxil etmişdir. ##.##.2024-cü il tarixdə iddiaçıya məxsus həmin pulun bir hissəsi onun özünə məxsus nömrəyə gələn OTP kodun verilməsi yolu ilə üçüncü şəxslər tərəfindən ələ keçirildikdən sonra iddiaçı əməliyyatların həyata keçirilməsinin məhdudlaşdırılması və qalan pulun çıxarılıb ona verilməsi məqsədilə cavabdeh bankın çağrı mərkəzinə müraciət etmiş, həmçinin fiziki olaraq da bankın müvafiq filialına yaxınlaşmışdır. Bloklama əməliyyatının həyata keçirildiyi, qalan vəsaitinin çıxarıla bilməyəcəyi, məhdudlaşdırma tətbiq edildiyindən qalan pulunun onun özünə belə verilməsinin mümkün ola bilməməsi bank əməkdaşı tərəfindən ona bildirilmişdir. Kartın bloklanmasına baxmayaraq, hesab üzərindən pulun oğurlanması davam etmişdir. Hazırda iddiaçı tərəf iş materiallarındakı mütəxəssis və ekspert rəylərinin nəzərə alınaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh bank isə iddianı qəbul etməyərək bildirir ki, müştəri kartın bloklanmasını xahiş etdiyi üçün bloklanan kart olmuşdur, hesabın bloklanması xahiş olunmadığı halda müdaxilə edilməsi mümkünsüz olmaqla bərabər hazırki iş üzrə köçürmə təchizatçısı Mərkəzi Bank olan tətbiq vasitəsilə aparılmışdır ki, bununla bağlı ABB məsuliyyət daşımır.

32. Kollegiya hazırki tələbə qiymət vermək üçün ilk növbədə aşağıdakı suallara cavab verilməsini məqsədəuyğun sayır: 1) İddiaçıdan pulun silinməsinin qarşısını almaq üçün cavabdeh bank zəruri tədbirlər görməli idimi? 2) Əgər görməli idisə, bu tədbirlər icra olunmuşdurmu?

33. Belə ki, işin mübahisəsiz hallarına görə iddiaçının hesabında olan pulun bir hissəsi onun özünün də qəbul etdiyi kimi özünə məxsus nömrəyə gələn OTP kodun üçüncü şəxsə ötürülməsi ilə əlaqədar məxaric olunmuş və bu səbəbdən də həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin olunmamışdır. Hazırda mübahisəli məqam isə müştərinin cavabdeh Banka olan müraciətindən sonra köçürülmüş pullarla bağlıdır ki, müştəri kart hesabının bloklanmasını xahiş etdiyi halda ondan yenə də pulların çıxılmasını bildirmişdir.

34. Birinci instansiya məhkəməsində aparılan tədqiqat zamanı Sübutların tələb edilməsinə dair məhkəmə qərardadının icrası ilə əlaqədar cavabdeh bankdan əldə edilmiş arayışda qeyd edilmişdir ki, iddiaçıya məxsus olan 552209********** nömrəli kart ##.##.2024cü il tarixdə saat 16:53:13-də, 552209********** nömrəli kart isə ##.##.2024-cü il tarixdə saat 16:49:49-da bloklanmış, kartların bloklanmasından əvvəl həyata keçirilmiş əməliyyatların cəmi məbləği 71.500 manat, kartların bloklanmasından sonra həyata keçirilmiş əməliyyatların cəmi məbləği isə 68.000 manat təşkil etmişdir.

35. “xxxx” MMC tərəfindən müvafiq qərardadın icrası istiqamətində verilmiş məlumatlardan kartın 16:46-da mobil tətbiq üzərindən əvvəl müştərinin özü tərəfindən, daha sonra 16:53-də isə bank operatoru tərəfindən bloklanması, kart bloklandıqdan sonra heç bir uğurlu sorğu ilə nəticələnən əməliyyat keçməməsi, sonrakı əməliyyatların emitent hesabı ilə UFX vasitəsi ilə həyata keçirilməsi, kart bloklandıqdan sonra kartın birbaşa iştirakını nəzərdə tutan hər hansı əməliyyat aparmağın mümkün olmaması, bu funksiyanın bank hesabları vasitəsilə əməliyyat aparılmasını məhdudlaşdırmadığı müəyyən edilmişdir.

36. maraqlı şəxs2 İnformasiya texnologiyaları əməliyyatları departamentinin Ödəniş sistemlərinin təminatı şöbəsinin rəisi X13 tərəfindən hazırlanmış mütəxəssis rəyindən kart və hesabların kart prosessinq mərkəzində bloklansa da, bankın əsas əməliyyat sistemində hesabların bloklanmasının həyata keçirilməməsi, kartın yalnız prosessinq tərəfindən bloklanmasının sadəcə kart infrastrukturu üzərindən icra edilən əməliyyatlara təsir etməsi və bunun hesab üzrə bütün kanallar vasitəsilə aparılan ödənişlərin qarşısını almaq üçün kifayət olmaması, belə ki, hesabların hərtərəfli bloklanması üçün bütün ödəniş kanallarının nəzərə alınması və hesabların müvafiq sistemlərdə də tam şəkildə bloklanmasının tələb olunması, məhkəmə işindəki materiallara əsasən bu tədbirin tam şəkildə icra olunmadığı müəyyən edilmişdir.

37. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin məhkəməyə təqdim etdiyi məlumatlar isə belə olmuşdur ki, ##.##.2024-cü il tarixində vətəndaş İddiaçı “xxxx” ASCdə olan hesablarına keçirilmiş baxış nəticəsində onların “X5” (“Anypay”) vasitəsilə icra edildiyi müəyyənləşdirilmişdir. Müəyyən edilmişdir ki, “Anypay” Mərkəzi Bank tərəfindən idarə edilir, fiziki və hüquqi şəxslər arasında, həmçinin, bu şəxslərlə dövlət orqanları arasında hesablaşmaların aparılmasını təmin edir. Bu sistem vasitəsilə vəsaiti ödəyənlə vəsaiti alan arasında aparılan hesablaşmalar qısa bir zamanda hər iki tərəfin xəbərdarlıq alması ilə tam başa çatdırılır. Sistemdə aparılan əməliyyatlar üzərində autentifikasiya, avtorizasiya, klirinq və hesablaşmalar vahid tranzaksiya formatında real vaxt rejimində həyata keçirilir. İddiaçı məxsus “ABB”də olan mövcud hesablar üzrə ##.##.2025-ci il tarixində həyata keçirilmiş əməliyyatların təhlili nəticəsində “Anypay” ödəniş sistemi vasitəsilə ümumilikdə 139.500 manat həcmində şübhəli ödəniş əməliyyatları icra edilmişdir. Belə ki, bu əməliyyatların 5.000 manatının bankın “ABB Mobile” adlı tətbiqindən istifadə edilməklə “Anypay” üzərindən, 134.500 hissəsi isə “ABB Mobile” tətbiqi istifadə edilmədən həyata keçirilmişdir. Vətəndaşın ödəniş əməliyyatlarından yalnız “ABB Mobile” tətbiqi üzərindən baş verən əməliyyatda birdəfəlik şifrə (OTP) tələb edilmişdir. “Anypay” ödəniş sistemi vasitəsilə baş verən ödəniş əməliyyatlarında isə “ABB”nin monitorinq sistemlərində hər hansı autentifikasiya prosesi qeydə alınmamışdır. ##.##.2023-cü il tarixində açılmış 33882018405262333334 hesab nömrəsi USD valyutalı ********** saylı ödəniş kartına bağlı fiziki şəxslər üçün nəzərdə tutulmuş cari hesabdır. Həmin tarixdə ümumilikdə 30.500 manat məbləğində vəsaitlər köçürülmüşdür. Blokdan öncə ümumilikdə 27.500 manat (onlardan 5.000 manat “ABB Mobile” vasitəsilə), blokdan sonra isə 3.000 manat həcmində şübhəli əməliyyatlar qeydə alınmışdır. Həmin ödəniş kartı “ABB” tərəfindən ##.##.2024-cü il tarixdə saat 16:49:49 radələrində bloklanmışdır. ******************** saylı hesab nömrəsinə şübhəli köçürmələrin baş verdiyi müştərinin ******2597 ödəniş kartına bağlı cari AZN hesabıdır. İlk əməliyyat ##.##.2024-cü il tarixdə saat 15:25-də başlamış və ##.##.2024-cü il tarixdə saat 22:25-də son əməliyyat qeydə alınmışdır. Həmin ödəniş kartı bankın “məlumat mərkəzi” tərəfindən ##.##.2024-cü il tarixdə saat 16:53-də bloklanmışdır. Bundan sonra blokun tətbiq edilməsinə baxmayaraq ümumilikdə 65.000 manat həcmində əməliyyatlar həyata keçirilmişdir. Blokdan əvvəl həyata keçirilən ümumi əməliyyat həcmi isə 44.000 manat təşkil etmişdir. Vətəndaşa məxsus ödəniş kartlarının bloklanmasına baxmayaraq, köçürmələrin bilavasitə hesablararası icra edildiyi (“ABB” hesabları – Mərkəzi Banka aid “Anypay” vasitəsilə) səbəbindən ödəniş əməliyyatları uğurla başa çatdırılmışdır.

38. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin mütəxəssisi X4 tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, beynəlxalq təcrübələr və texniki məqamları nəzərə alaraq, müştəri və ya bank tərəfindən hesabların və kartların bloklanması əməliyyatından sonra həmin kart və hesablardan hər hansı vəsait silinməsinin, köçürülməsinin, balansın artırılmasının və s. bu kimi əməliyyatların aparılması mümkün deyildir. Bu halın mümkünlüyü yalnız bank sistemlərində olan texniki nasazlıq nəticəsində mümkün ola bilər. Məsələn, bloklanma əməliyyatına cəhd olunduğu təqdirdə əməliyyatın aparılmaması və ya bank kartlarının bloklanması halında karta bağlı hesabın bloklanmaması və s. Bank kartı və hesabın bloklanması üzrə müştəri tərəfindən ##.##.2024-cü ildə 16:46:25-də müraciət edilmişdir. Bu proses nəticəsində kart bloklansa da, bank tərəfində olan texniki nasazlıq səbəbilə hesab bloklana bilməmişdir. Bundan sonra müştəri təkrar bloklanma üçün çağrı mərkəzinə müraciət etmişdir. Operator yenidən bloklama əməliyyatı icra etmişdir. Bu halda da hesab bloklana bilməmişdir. Müştəriyə çağrı mərkəzi tərəfindən hesabların da bloklandığı bildirilmişdir. Bundan sonra hesabdan vəsait çıxarılması davam etmişdir. Bankda olan texniki nasazlıq səbəbi ilə sözügedən hal baş vermişdir. Mütəxəssis hazırkı məhkəmə iclasında əlavə olaraq onu da bildirmişdir ki, bank sistemində texniki nasazlığın olması onun şəxsi mülahizəsinin nəticəsi deyil, bu fakt bankın sisteminə baxış zamanı bank tərəfindən dəfələrlə bloklama və blokdan çıxarma əməliyyatının həyata keçirilməsinin müşahidəsi ilə onun tərəfindən aşkar edilmiş, cavabdeh bankın baxışda iştirak etmiş əməkdaşı tərəfindən də həmin buraxılış tam kartların hamısında hesabın bloklanması ilə bağlı analoji problem yaşandığı, buna görə də bank tərəfindən dəfələrlə bloklama və blokdan çıxarma əməliyyatının həyata keçirilməsi təsdiqlənmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti də kompüter-texniki ekspertizası ilə bağlı suallara cavabında bu rəyə istinad etmişdir.

39. İş materiallarından və tərəflərin izahatlarından da göründüyü kimi iddiaçı Banka müraciət edən zaman Bank tərəfindən yalnız kartın bloklanması aparılmış, pulların məxarici isə hesabdan Anipay tətbiqi vasitəsilə aparılmış köçürülmə ilə baş tutmuşdur. Nəticə etibarilə pulun məxaric olunması ilə bağlı lazımi təhlükəsizlik tədbirinin mövcud olmaması işin mübahisəsiz halı olmaqla yuxarıda məhkəmə qarşısında qoyulmuş birinci sualının cavabını təşkil edir.

40. Hazırda diqqət yetirilməli məqam isə bu tədbirin mövcud olmamasının iddiaçının lazımi sayıqlıq göstərməməsi, yaxud Bankın bu barədə öz üzərinə düşəni icra edib-etməməsi ilə bağlıdır.

41. Yuxarıda da qeyd edildiyi kimi iddiaçı bankın 937 “Qaynar Xətt” əlaqə mərkəzinə zəng edərək yaşadığı situasiyanı və kiberdələduzluğa məruz qaldığını Bankın əməkdaşına izah etmiş, ardınca kartın bloklanmasını xahiş etmişdir, cavabdeh bank isə bu hissədə müxtəlif mövqelər sərgiləmişdir. Belə ki, mütəxəssis rəyləri və cavabdehin müəyyən izahatlarında kartla bərabər hesabın da bloklanmasına cəhd göstərildiyi, lakin texniki nasazlıq səbəbindən bunun baş tutmadığı əks olunmuşdur.

42. İlk növbədə bu arqumentə münasibət bildirən kollegiya qeyd edir ki, Mülki Məcəllənin 443.7 və 448.4-cü maddələrinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Nəticə etibarilə Bankın sistemində baş vermiş texniki nasazlıqla bağlı cavabdeh özü məsuliyyət daşımaqla iddiaçını məruz qaldığı zərərin qarşısını almaq imkanından məhrum etmişdir.

43. Cavabdehin digər bir mövqeyi isə ondan ibarətdir ki, kartla bərabər hesabın da bloklanması, ümumiyyətlə, Bankın öhdəliyi olmamaqla hazırki iş üzrə iddiaçının zərərə məruz qalması onun öz niyyətini lazımi ifadə etməməsi ilə bağlı olmuşdur, çünki müştəri yalnız kartın bloklanmasını xahiş etmiş, hesabın bloklanması isə tamamilə ayrı prosedur olmaqla müştərinin bu barədə hər hansı formada müraciəti olmamışdır. Kollegiya cavabdehin bu mövqeyi ilə də razılaşmayaraq qeyd edir ki, əvvəla, apelyasiya icraatı zamanı iddiaçının cavabdeh bankın 937 “Qaynar Xətt” əlaqə mərkəzinə etdiyi zəng üzrə aparılmış səs qeydiyyatı dinlənilmiş, həmin səsdə müştərinin ilkin olaraq içində olduğu situasiyanı izah etdiyi və kartı bloklamasını xahiş etdiyi, daha sonra Bankın əməkdaşı ilə apardığı müzakirələrdən sonra hesabı da bloklamağı xahiş etdiyi müşahidə olunur.

44. Bununla belə məhkəmə qeyd edir ki, müştəri danışığın davamında hesabın bloklanmasını xahiş etməsə idi belə, bu, bankın əməkdaşı tərəfindən anlaşılan olmalı, müştəridən bank terminologiyasını dərindən bilməsi gözlənilməməli idi. Çünki bu hal zəngi qəbul edən bank əməkdaşının, xüsusən də həmin dövrlər ölkədə kibercinayətkarlığın geniş vüsət alması nəzərə almaqla tez-tez qarşılaşdığı vəziyyət olmuşdur və bu halda əməkdaş ya özü vətəndaşın pul itirmə təhlükəsinin qarşısını almaq üçün hesabı bloklamalı, ən pis halda isə müştəriyə baş verə biləcək bütün mənfi hallar və ehtimalları izah etməli və ona hesabı bloklamağı təklif etməli idi. Lakin cavabdeh bankın əməkdaşı tərəfindən sözügedən sayıqlığın da göstərilməsi işin halları ilə müəyyən olunmur.

45. Mülki Məcəllənin 456-cı maddəsinə əsasən borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır.

46. Nəticə etibarilə kollegiya hesab edir ki, apelyasiya baxışının predmeti olan məbləğin iddiaçının hesabından məxaric olunması, yəni iddiaçıya dəymiş ziyan ilə cavabdehin öz öhdəliklərini lazımi icra etməməsi arasında səbəbli əlaqə olduğundan, iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı hesab olunmalıdır.

47. Beləliklə, qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.

48. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).

49. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

50. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

51. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

52. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

53. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məkhəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Sabit Bəhramzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar