Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3673/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, hazırkı iş üzrə xx.xx.2020-ci il tarixli qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılsın. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət əsassızdır. Belə ki, qətnamədən apellyasiya şikayəti verilməsi müddəti 1 aydır, bu müddətin axımı qətnamənin işdə iştirak edən şəxslərə verildiyi tarixdən başlayır. Qətnamənin surəti xx.xx.2020-ci il tarixdə iddiaçıya verilib, bu barədə qəbz var (iş v. 106). Apellyasiya şikayəti həmin tarixdən 1 ay 1 gün keçdikdən sonra – xx.xx.2020-ci il tarixdə poçt rabitəsinə verilib. Göründüyü kimi, apellyasiya şikayət verilməsi müddəti keçib. Mülki- Prosessual Məcəllənin 363.1.3-cü maddəsinə görə belə halda apellyasiya şikayəti qaytarılır. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq apellyasiya şikayətinin geri qaytarılmasını qərara alıb. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət rədd olunsun. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3673/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3673/2021
12.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver