Məhkəmə qərarları › İş №2(103)-3680/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3680/2021

16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - İtirilmiş adsız qiymətli kağızlar və orderli qiymətli kağızlar üzrə hüquqların bərpa edilm
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3680/2021 16.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcü üzrə “pul” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-95/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17064 (on yeddi min altmış dörd) manat əsas borcu, 11959 (on bir min doqquz yüz əlli doqquz) manat faiz borcu, 1000 (min) manat cərimə borcu olmaqla, cəmi 30023 (otuzmin iyirmi üç) manat pul vəsaitinin, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, həmin məbləğin girov qoyulmuş Cavabdeh mülkiyyətində olan, daşınmaz əmlakın dövlət reyestri xidmətində 147 nömrəli reyestr kitabının 13414 nömrəli vərəqində qeydiyyata alınmış, ümumi sahəsi 158.4 kv.m, yaşayış sahəsi 67.6 kv.m, yardımçı sahəsi 90.8 kv.m, tikintialtı sahəsi 27 kv.m ibarət olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən, 3 otaqlı, 1q saylı fərdi yaşayış evinə yönəldilərək açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin borcun ödənilməsinə yönəldilməsi, həmin fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, fərdi yaşayış evinin ən geci bir ay ərzində boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı-nin Həzi Aslanov filialı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə, 739 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 24 % ödəmək şərti ilə 45000 manat məbləğində kredit verilmişdir. Cavabdeh ilə bağlanmış xx xxxx 2012-ci il tarixində 89 saylı ipoteka müqaviləsinə əsasən mülkiyyətində olan, daşınmaz əmlakın dövlət reyestri xidmətində 147 nömrəli reyestr kitabının 13414 nömrəli vərəqində qeydiyyata alınmış, 158.4 kv.m. ümumi sahədən, 67.6 kv.m. yaşayış sahəsindən, 90.8 kv.m. yardımçı sahədən, 27 kv.m. tikintialtı sahədən ibarət Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, yavər Əliyev küçəsində yerləşən 3 otaqlı, 1q saylı yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin 3.3-cü maddəsinə əsasən, kredit üzrə faizlər kreditin borcalana verildiyi gündən hesablanır və həmin vəsait kreditora tam ödənildiyi günə qədər hesablanır. Lakin, cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, hal-hazıradək kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, borc ödənilməmişdir. Hazırda cavabdehin banka 17.064 (on yeddi min altmış dörd) manat əsas borcu, 11959 (on bir min doqquz yüz əlli doqquz) manat faiz borcu, 1000 (min) manat cərimə borcu olmaqla, cəmi 30023 (otuz min iyirmi üç) manat borcu vardır. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 4.3.2-ci maddəsinə əsasən, borclu götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmədikdə ipoteka saxlayan ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərrac vasitəsilə satılması üçün tədbirlər görmək hüququna malikdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-95/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, Cavabdeh xx xxxx 2012-ci il tarixli 739 saylı kredit müqaviləsi üzrə 9008 (doqquz min səkkiz) manat əsas borc, 100 cərimə olmaqla, cəmi 9108 (doqquz min yüz səkkiz) manat məbləğində borc, iddia ərizəsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən ümumi sahəsi 158.4 kv.m, yaşayış sahəsi 67.6 kv.m, yardımçı sahəsi 90.8 kv.m, tikintialtı sahəsi 27 kv.m ibarət olan 3 otaqlı, 1q saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin 149.000 (yüz qırx doqquz min) manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitinin hesabına iddiaçıya ümumilikdə 9108 (doqquz min yüz səkkiz) manat məbləğində borc, iddia ərizəsinə görə pdənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi, evə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin evin boşaldılması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 290 manatın 145 manatının iddiaçıya, 145 manatının cavabdehə aid edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir (sədrlik edən: Zaur Hacıyev). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-95/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin əsas borc, faiz borcu və cərimə hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı-nin Həzi Aslanov filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2012-ci il tarixli, 739 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 24 (iyirmi dörd) faiz dərəcəsi ilə 45000 (qırx beş min) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2012-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən 3 otaqlı, lq saylı, 158.4 kv.m ümumi sahə, 67.6 kv.m yaşayış sahəsindən, 90.8 kv.m yardımçı sahəsindən, 27 kv.m tikintialtı sahəsindən ibarət fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Belə ki, Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı (bank lisenziyası ləğv edilməmişdən öncə) “kredit borcu üzrə pul tələbinə, mənzildə qeydiyatda olan şəxslərin mənzildən çıxarılmasına və ipoteka qoyulmuş əmlaka tələb yönəldilməsi” tələbi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Çəmi 30023 (Otuz min iyirmi üç manat) manat - bundan 17064 (On yeddi min altmış dörd manat) manat əsas, 11959 (On bir min doqquz yüz əlli doqquz manat) manat faiz, 1000 (Bir min) manat cərimə borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən 3 otaqlı, lq saylı, 158.4 kv.m ümumi sahə, 67.6 kv.m yaşayış sahəsindən, 90.8 kv.m yardımçı sahəsindən, 27 kv.m tikintialtı sahəsindən ibarət fərdi yaşayış evinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış evinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi 2(008)-95/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbini aşağıdakı kimi qismən təmin etmişdir. Birinci instansiya məhkəməsi iş üzrə sübutlara obyektiv və qərəzsiz qiymət verilməsini təmin etməmiş, iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Bu səbəbdən də hesab edirik ki, mübahisələndirdiyimiz qətnamə ləğv edilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar aşağıdakılardır: məhkəmə tərəfindən iş üzrə iki dəfə (ilkin və əlavə) məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.1-ci maddəsinə əsasən, “Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. ” Qeyd edilən normanın mətnindən də göründüyü kimi ekspert rəyi kifayət qədər aydın və tam olmadığı üçün məhkəmə tərəfindən əlavə ekspertizanın keçirilməsi zəruri bilinmişdir. Lakin əlavə ekspertiza keçirilən zaman ekspert öz rəyini kifayət qədər əsaslandırmamışdır ki, ekspert rəyinə baxdıqda bunu görmək mümkündür. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Ekspertin rəyinin məhkəmə üçün məcburi olmaması dedikdə - rəydə gəlinmiş nəticələrin, rəyin məzmununun məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Lakin, ayrı-ayrı hallarda ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, bu hal da ekspert rəyinin “xüsusi ”, “müstəsna ” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Nəzərə alınmalıdır ki, ekspertin rəyi də mülki iş üzrə sübut növlərindən biridir və hüquqi baxımdan hər hansı digər sübut növünə nisbətdə heç bir üstünlüyə malik deyil. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi M.Sultanlı, apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan xx xxxx 2012-ci il tarixli 739 nömrəli kredit müqaviləsinə görə, İddiaçı Cavabdeh 36 ay müddətində, illik 24 faiz olmaqla 60.000 manat məbləğində kredit vermişdir. xx xxxx 2012-ci il tarixli 89 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan, daşınmaz əmlakın dövlət reyestri xidmətində 147 nömrəli reyestr kitabının 13414 nömrəli vərəqində qeydiyyata alınmış, 158.4 kv.m. ümumi sahədən, 67.6 kv.m. yaşayış sahəsindən, 90.8 kv.m. yardımçı sahədən, 27 kv.m. tikintialtı sahədən ibarət Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən 3 otaqlı, 1q saylı yaşayış evi ipoteka ilə yüklü edilmişdir. RX seryalı, ******* №-li xx.xx.2012-ci il tarixli Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, yavər Əliyev küçəsində yerləşən 3 otaqlı, 1q saylı yaşayış evi İddiaçı “Həzi Aslanov” filialının xeyrinə yüklü edilmişdir. DƏDRX-m **********18 nömrəli, xx xxxxxx 2017-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, yavər Əliyev küçəsində yerləşən 3 otaqlı, 1q saylı yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 22767 saylı, xx.xx.2019-cuu il tarixli ilkin ekspert rəyindən görünür ki, cavabdehin əsas borc üzrə 9.008.06 AZN, faiz borcu üzrə 0.00 AZN borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 22277 saylı, xx.xx.2020-ci il tarixli əlavə ekspert rəyinə əsasən, cavabdehin əsas borc üzrə 15.424 AZN, faiz borcu üzrə 133.68 Azn borcu vardır. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: Mülki Məcəllənin 739.1-ci və 741-ci maddələrinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 445.1-ci, 445.2.1-ci və 445.4-cü maddələrinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcra üçün təqvimgünütəyinedildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 39.1-ci maddəsində göstərilir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 33-cü maddəsinə əsasən borjlu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka rredmetinə tutma yönəldilə bilər. Qeyd edilən Qanunun 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 269.4-cü maddəsində göstərilir ki, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşmar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinin tələbindən isə görünür ki, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir və həmin Məcəllənin 319.6-cı maddəsinin tələbinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində qətnamənin tam deyil, iddianın təmin olunmayan hissəsinin ləğv olunması xahiş olunduğundan, apellyasiya instansiyası məhkəməsi qətnaməni mübahisələndirilən hissədə yoxlayır. Belə ki, iş materialların, ekspert rəyinə və qeyd edilən hüquq normalarının tələblərinə əsasən kollegiya hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi lazımınca icra etməmiş və bununla da həm müqavilənin, həm də Mülki Məcəllənin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının cavabdehdən məhkəmə qaydasında tələb etdiyi məbləğlə bağlı mübahisə olduğundan, məhkəmə iş üzrə ilkin və əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, hər iki ekspert rəylərində Cavabdeh İddiaçı-yə faiz borcunun olmadığı, əsas borcunun 9008 (doqquz min səkkiz) manat olduğu nəticəyə gəlmişdir. İddiaçı hazırda apellyasiya şikayətində həmin ekspert rəyinin mötəbərliyini mübahisələndirir. Kollegiya iddiaçının apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı ekspert rəyinin qeyri-mötəbər olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması zamanı iş materiallarında aşkar edilmişdir. Odur ki, iş üzrə alınmış ekspert rəyləri toplanmış mötəbər sübutlarla müəyyən edilən halları özündə əks etdirən məlumatlar əsasında elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparıldığından və işin müəyyən olunmuş halları ilə üst-üstə düşdüyündən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin ekspert rəyinə istinad etməkdə haqlı olmuşdur. Kollegiya iddia tələbinin cərimə məbləği ilə bağlı hissəsinə müasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinin cərimə məbləğinin 100 (yüz) manat məbləğində müəyyən etməsi qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbayjan Respublikasının Mülki Məjəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məjəllənin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borjlu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məjəllənin 448.1-ci və 448.2-ci maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məjəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qeyd edilən maddələrin tələblərinə müvafiq olaraq kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmişdir və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbayjan Respublikasının Mülki Məjəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki Məcəllənin sadalanan müddəalarının tələbini nəzərə alaraq kollegiya hesab edir ki, faiz borcu olmayan cavabdehdən 100 məbləğində cərimənin tutulmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə tərəflərin maraqlarına uyğun və qanuna müvafiq hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-95/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar