Məhkəmə qərarları › İş №2(103)-3683/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3683/2023

25.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3683/2023 25.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, İddiaçı cavabdeh "X1 Mərkəzi" MMC-yə qarşı (Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qiymətləndirmə rəyinin və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-346/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "X1 Mərkəzi" MMC-ya qarşı (Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə) “qiymətləndirmə rəyinin və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, istifadəsində olan ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzil barədə qiymətləndirilmə rəyinin və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-346/2023 saylı qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə “Elektron kabinet” vasitəsilə iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-346/2023 saylı qətnaməsindən apelyasiya şikayəti vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-346/2023 nömrəli qərardadına əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 346/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qanunla nəzərdə tutulmuş müddətdə verilmədiyindən geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı şikayət verərək onun ləğv edilməsini və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayətdə qeyd olunan normanın tələblərindən də göründüyü kimi, tərəf “elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişsə məhkəmə ona sənədi poçt və s. vasitəsilə deyil, elektron məhkəmə sistemi ilə çatdırılır. Belə olduğu halda, həmin sənəddən apellyasiya şikayəti vermə müddəti sənəd elektron sistemə yükləndiyi tarixdən hesablanır. Lakin hazırki vəziyyətdə onun “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatı olmamışdır və məhkəmənin də qeyd etdiyi kimi elektron sistemdə qeydiyyatı xx.xx.2023-cü il tarixində baş vermişdir. Məhkəmə birinci instansiyası məhkəməsində iştirak edən vəkilin elektron kabinetinin olmasını əsas gətirərək, onun şəxsi kabinetinə 17 mart 2023-cü ildə qətnamənin yüklənildiyini və bu səbəblə tərəfindən apellyasiya şikayəti vermək üçün müddətin buraxıldığını əsas gətirmişdir. Mülki iş üzrə yekun nəticədən bəllidir ki, qətnamə onun ziyanına olmuş və vəkil işdə istədiyi kimi onu müdafiə edə bilməmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq vəkil ilə müqavilə bağlanarkən və işə order əlavə olunarkən yalnız bir məhkəmə instansiyası üçün nəzərdə tutulur. Məhkəmə əgər vəkilin elektron kabinetinə yüklənmiş sənədi ona da rəsmi çatdırılmış hesab etmiş olsa idi, qətnaməni poçt vasitəsilə ona göndərməzdi. Bundan başqa, həmin vəkililə müqaviləsi davam etmiş olsa belə özü şikayətini elektron kabineti ilə göndərmiş olardı. Göstərilənlən normalardan və işin faktiki hallarından görünür ki, iş üzrə çıxarılan qərardad onun hüquqlarını pozur, bununla da bərabər tam əsassızdır. Belə ki, məhkəməyə birinci instansiya məhkəməsində hüquqlarını qoruyan vəkilinin apellyasiya şikayətini poçt vasitəsilə və ya əlbəəl deyil, yeni qaydada tərtib edilmiş məzmunda və elektron qaydada qəbul edildiyindən elə həmin gün “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişdir. Qətnamənin ona rəsmi çatdırıldığı tarixdən bir ay prosessual müddət keçmədən apellyasiya şikayəti elektron kabinet vasitəsilə göndərilmiş və belə olduğu halda müddət buraxılmamış hesab edilməlidir. Bundan başqa, məhkəmə əsassız yerə qərardadda apellyasiya şikayətinin MPM-nə əlavə 2-də göstərilən formada verilmədiyi də bildirmişdir. “Elektron məhkəmə” informasiya sisteminə əlavə edilmiş apellyasiya şikayətinin “pdf” formasından da, hazır cədvəl formasından da göründüyü kimi, apellyasiya şikayəti MPM-nin tələblərinə uyğun formada tərtib edilmiş və göndərilmişdir. Bundan başqa, maddi və prosessual hüquq normalarının pozulmasına dair bütün dəlillər və məlumatlar apellyasiya şikayətində açıq şəkildə qeyd olunmuş və açıqlama verilmişdir. Məhkəmənin əsassız yerə apellayasiya şikayətimi geri qaytarması onun hüquqlarının pozulması ilə nəticələnmişdir. Hesab edir ki, qətnamənin ona rəsmi xx.xx.2023-cü il tarixində çatdırılmasını nəzərə alaraq məhkəmə tərəfindən müddəti buraxılmamış hesab etməli və qərardadı ləğv edərək apellyaisya şikayətini baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-346/2023 saylı, 04 may 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs şikayətə etiaz təqdim edərək qeyd etmişdir ki, iddiaçının qətnaməni rəsmi qaydada alması vaxtı mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, qətnamənin ilkin olaraq iddiaçının nümayəndəsi və vəkilinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirildiyi vaxt, yəni xx.xx.2023-cü il tarixi hesab olunmalıdır. İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-346/2023 saylı qətnaməsindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Göründüyü kimi, İddiaçı apelyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş 1 aylıq müddəti buraxmış və iddiaçının qətnaməni rəsmi qaydada aldığı 17 mart 2023-cü il tarixdən 1 ay müddətində apelyasiya şikayəti verməmişdir. Yəni, iddiaçı 17 mart 2023-cü il tarixdə məhkəmə qətnaməsini rəsmi qaydada aldığına görə, o, ən geci 18 aprel 2023-cü il tarixdə (saat iyirmi dördə qədər) apelyasiya şikayətini elektron qaydada göndərməli idi. Lakin, yuxarıda qeyd edildiyi kimi, İddiaçı apelyasiya şikayətini xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etmişdir ki, bununla da o, qətnamədən apelyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti iki gün ötürmüşdür. Yuxarıda qeyd olunanlara əsasən, İddiaçı Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 346/2023 nömrəli qərardadından verdiyi şikayətin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslıdır. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Birinci instansiya məhkəməsi şikayətin geri qaytarılması barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı 17 mart 2023-cü il tarixdə məhkəmə qətnaməsini rəsmi qaydada aldığına görə, o, ən geci 18 aprel 2023-cü il tarixdə apelyasiya şikayətini elektron qaydada göndərməli idi. Lakin, İddiaçı apelyasiya şikayətini xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etməklə qətnamədən apelyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti iki gün ötürmüşdür. Kollegiya qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-346/2023 saylı qətnaməsi 17 mart 2023-cü il tarixdə iddiaçını birinci instansiya məhkəməsində təmsil edən nümayəndəsi, eyni zamanda hüquqlarını müdafiə edən vəkili Nümayəndə2 elektron kabinetinə yerləşdirilmişdir; həmin qətnamə İddiaçı təqdim edilməsi üçün poçt vasitəsilə onun ünvanına göndərilmişdir. İş materiallarından müəyyən olunur ki, qətnamə İddiaçı tərəfindən imza edilməklə 27 mart 2023-cü il tarixdə təhvil alınmışdır (i.m.İİ cild səh -24), apelyasiya şikayəti də məhz iddiaçının öz adına 27 mart 2023-cü il tarixdə qeydiyyata alınmış elektron kabinet vasitəsilə məhkəməyə 20 aprel 2023-cü il tarixdə təqdim edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxılmamışdır. Nəzərə alınmalıdır ki, apellyasiya şikayətinin vəkili vasitəsilə, onun elektron kabinetindən deyil, məhz iddiaçının öz adına 27 mart 2023-cü il tarixdə qeydiyyata alınmış elektron kabinetdən göndərilməsi İddiaçı birinci instansiyada hüquqlarını müdafiə edən vəkilin hüquqi xidmətindən artıq istifadə etmədiyini ehtiva edir. O hal da qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin qətnaməni Nümayəndə2 elektron kabinetinə yerləşdirməklə bərabər poçt vasitəsilə İddiaçı göndərməsi yuxarıda qeyd olunan halı ehtimal olaraq nəzərə alması olmuşdur. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyətinə malikdir. Göstərilənlər onu deməyə əsas verir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-346/2023 saylı 20 aprel 2023-cü il tarixli qərardadı ləğv edilməli, sözügedən qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə müddət ötürülməmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263, 267, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-346/2023 saylı 20 aprel 2023-cü il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-346/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə müddət ötürülməmiş hesab edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Məhəmməd Rüstəmli Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar