Məhkəmə qərarları › İş №2(103)-3686/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3686/2022

14.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3686/2022 14.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı Məmmmədov Sabir Saleyeviç, onun nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Məmmmədov Sabir Saleyeviçin Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-104/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı Məmmmədov Sabir Saleyeviç Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12 iyun 2012-ci il tarixdən hal-hazıradək olan dövr üçün 200.000 ABŞ dolları məbləğində olan pul vəsaitinə faizlərin (bank uçot dərəcəsinin) hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 25 ildir ki, tanıyır. Artıq aralarında münasibətlər yarandığından ona hörmətlə yanaşdığı üçün onun xahişi ilə ona bir neçə dəfəyə külli miqdarda borc pul vermişdir. 12 iyun 2012-ci il tarixdə Cavabdeh yenə ona 200.000 ABŞ dolları lazım olmasını bildirərək, ona həmin məbləğdə borc verməyini xahiş etdi və 12 iyun 2012-ci il tarixdə 200.000 ABŞ dolları borcun əvəzinə ünvan 1 ünvanda yerləşən sahəsi 82,8 kvm olan qeyri-yaşayış sahəsini ona pul borcunun əmalakla əvəz olunması barədə müqavilə bağladılar. Borc əvəzi kimi ona verdiyi ünvan 1 ünvanda yerləşən sahəsi 82,8 kvm olan qeyri-yaşayış sahəsinin onun adına rəsmiləşdirilməsini xahiş etdi. Lakin Cavabdeh ona bildirdi ki, ona olan 200.000 ABŞ dolları borcunu qaytarmayacaq və qeyri-yaşayış sahəsini onun adına keçirməyəcək. Buna görə də, məcbur olaraq mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdi. Səbail Rayon Məhkəməsinin 2(009)-599/2016 saylı, 22 iyul 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı Salayeviçin (onun) Cavabdeh qarşı Cavabdeh 200.000 ABŞ dolları məbləğində borcun, göstərilən borcun əvəzinə ünvan 2 ünvanda yerləşən sahəsi 82,8 kvm olan qeyri-yaşayış sahəsinin onun mülkiyyətinə verilərək, həmin qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına (onun adına) qeydə alınması barədə iddiası və Cavabdeh İddiaçı Salayeviçə (ona) qarşı 160 000 manat məbləğində pulun tutulması barədə qarşılıqlı iddiası təmin edilməmişdir. Həmçinin Səbail Rayon Məhkəməsinin 2(009)-3809/2017 saylı, 11 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Əli-zadə Rasimə Əli-Əşrəf qızının cavabdeh İddiaçı Salayeviçə qarşı «müqavilənin etibarsız hesab edilməsi barədə» iddiası təmin edilərək, ünvan 3 ünvanında yerləşən, 82,8 kvm qeyri-yaşayış sahəsinin İddiaçı verilməsinə dair Cavabdeh ilə İddiaçı Salayeviç arasında bağlanmış 12 iyun 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Səbail rayon məhkəməsinin 2(009)-599/2016 saylı, 22 iyul 2016-cı il tarixli qətnaməsi və Səbail rayon məhkəməsinin 2(009)-3809/2017 saylı, 11 oktyabr 2017-ci il tarixli qətnaməsi əsasında verilmiş apellyasiya şikayətləri əsasında işə apellyasiya məhkəməsində baxılması zamanı işlər bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2017-ci il tarixli qətnaməsi ilə Səbail rayon məhkəməsinin 2(009)-599/2016 saylı, 22 iyul 2016-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə və Səbail rayon məhkəməsinin 2(009)-3809/2017 saylı, 11 oktyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Göstərilən məhkəmə aktları ilə onunla Cavabdeh arasında bağlanmış müqavilə etibarsız hesab edilsə də, etibarsız əqdin qaydaları tətbiq edilməmişdir. Buna görə də, o, Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə Səbail rayon məhkəməsinə müraciət edərək, Cavabdeh 200.000 ABŞ dolları məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasım xahiş etdi. Səbail rayon məhkəməsinin 2(009)-1979/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin edilməmişdir. Bakı Apellyaşiya Məhkəməsinin 2(103)-892/2020 saylı, 27 yanvar 2020-ci il tarixli qətnaməsi ilə onun apellyaşiya şikayəti təmin edilərək, Səbail rayon məhkəməsinin 2(009)-1979/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmış, iddia təmin edilərək, Cavabdeh 200.000 (iki yüz) min ABŞ dollarının (ödəniş günü gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) alınaraq İddiaçı Saleyviçə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4847/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyaşiya Məhkəməsinin 2(103)- 892/2020 saylı, 27 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Göstərilənlərə əsasən, Cavabdeh 12 iyun 2012-ci il tarixdən hal-hazıradək onun 200.000 ABŞ dolları məbləğində pulunu qaytarmaması yenidən mübahisələndirilə bilməz və həmin fakt yenidən sübut edilməməlidir (Azərbaycan Respublikası MPM-nin 82.3-cü mad.). Göstərilənlərə əsasən, Cavabdeh 12 iyun 2012-ci il tarixdən halhazıradək ona olan 200.000 ABŞ dolları məbləğində borcunu qaytarmadığından həmin məbləğə hesablanan faizləri (bank uçot dərəcəsi) ona ödəməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra,edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini, əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-104/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Mədinə Bağırova).

4. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayət verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri və dəlilləri:

5. Apellyasiya şikayətində qeyd edilmişdir ki, Cavabdeh 12 iyun 2012-ci il tarixdə İddiaçı 200.000 ABŞ dolları almış, həmin pul məbləğini əsassız olaraq özündə saxlayaraq geri qaytarmamış, buna görə də Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə Səbail rayon məhkəməsinə müraciət edərək, Cavabdeh 200.000 ABŞ dolları məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasım xahiş etdi. Səbail rayon məhkəməsinin 2(009)-1979/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin edilməmişdir. Bakı Apellyaşiya Məhkəməsinin 2(103)- 892/2020 saylı, 27 yanvar 2020-ci il tarixli qətnaməsi ilə onun apellyaşiya şikayəti təmin edilərək, Səbail rayon məhkəməsinin 2(009)-1979/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmış, iddia təmin edilərək, Cavabdeh 200.000 (iki yüz) min ABŞ dollarının (ödəniş günü gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) alınaraq İddiaçı Saleyviçə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4847/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyaşiya Məhkəməsinin 2(103)-892/2020 saylı, 27 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Qanuni qüvvədə olan məhkəmə aktları ilə müəyyən edilmişdir ki, Cavabdeh 12 iyun 2012-ci il tarixdə İddiaçı 200.000 ABŞ dolları almış, həmin pul məbləğini əsassız olaraq özündə saxlayaraq geri qaytarmamışdır. Səbail rayon məhkəməsinin 2(009)- 1979/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin edilməmişdir. Bakı Apellyaşiya Məhkəməsinin 2(103)-892/2020 saylı, 27 yanvar 2020-ci il tarixli qətnaməsi ilə onun apellyaşiya şikayəti təmin edilərək, Səbail rayon məhkəməsinin 2(009)-1979/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmış, iddia təmin edilərək, Cavabdeh 200.000 (iki yüz) min ABŞ dollarının (ödəniş günü gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) alınaraq İddiaçı Saleyviçə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4847/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyaşiya Məhkəməsinin 2(103)- 892/2020 saylı, 27 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Göstərilənlərə əsasən, Cavabdeh 12 iyun 2012-ci il tarixdən hal-hazıradək İddiaçı 200.000 ABŞ dolları məbləğində pulunu qaytarmaması yenidən mübahisələndirilə bilməz və həmin fakt yenidən sübut edilməməlidir (Azərbaycan Respublikası MPM-nin 82.3cü mad.). Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi əsası kimi ona istinad etmişdir ki, iddiaçı cavabdeh tərəfindən onun pul vəsaitinin qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplanması nəticəsində faydalanması, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Birinci instansiya məhkəməsinin göstrilən hallara əsaslanmaqla iddinın təmin edilməməsinə dair gəldiyi nəticə əsassızdır. Belə ki, göründüyü kimi, qanuni qüvvədə olan məhkəmə aktları ilə müəyyən edilmişdir kı, Cavabdeh 12 iyun 2012-ci il tarixdə 200.000 ABŞ dolları məbləğində pul vəsaitini İddiaçı almışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, “..həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama....Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-nin bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-nin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Qanuni qüvvədə olan məhkəmə aktları ilə müəyyən edilmişdir kı, Cavabdeh 12 iyun 2012-ci il tarixdə 200.000 ABŞ dolları məbləğində pul vəsaitini İddiaçı almışdır. Pul vəsaitini isə bir şəxsdən digər şəxs o halda alır ki, borclarını ödəmək, əmlak əldə etmək və.s hallarda. Heç bir əsas və beləliklə də, ehtiyac olmadan bir şəxsin digər şəxsdən pul vəsaiti alması ağılabatan mühakimə deyildir. Odur kı, alınmış pul vəsaitinin alan şəxs tərəfindən istənlən, lakin öz məsrsflərinə sərf etməsi, yəni borclarını ödəməsi, əmlak əldə etməsi və.s hallar alınmış pul vəsaitlərinin faydalı təbii xassələrini hasil etmək və bununla da, AR MM-nin 152.3-cümaddəsi ilə müəyyən edilmiş istifadəni, yəni alınmış pul vəsaitindən faydalanmanı təsdiq edir. Tərəflərin izahatları:

6. Kollegiya iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etdilər.

7. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməlidir. Sübutların tədqiqi:

9. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə bağlanmış Pul borcunun əmlakla əvəz olunması barədə müqavilədən görünür ki, Cavabdeh vətəndaş İddiaçı aldığı borc pul məbləğlərindən 200 000 ABŞ dollarının əvəzinə onun mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən sahəsi 82,8 kv.m.olan və dəyəri 200 000 ABŞ dolları olan qeyri-yaşayış sahəsini İddiaçı mülkiyyətinə verir. İddiaçı vətəndaş Cavabdeh verdiyi borc pul məbləğlərindən 200 000 ABŞ dollarının əvəzinə Cavabdeh mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən sahəsi 82,8 kv.m.olan və dəyəri 200 000 ABŞ dolları olan qeyri-yaşayış sahəsinin onun mülkiyyətinə verilməsi şərtini qəbul edir.

10. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-892/2020 nömrəli, 27 yanvar 2020-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1979/2019 saylı iş üzrə 22 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin təmin edilməsi, Cavabdeh 200 000 ABŞ dollarının (ödəniş günü gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) alınaraq İddiaçı Saleyviçə ödənilməsi qət edilmişdir.

11. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4847/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 yanvar 2022ci il tarixli, 9/9572 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında qoyulmuş sual üzrə xx.xx.2020-ci il tarixdən 200.000 ABŞ dolları pulun hal-hazırki dövr üçün (yəni xx.xx.2021-ci il tarixli qərardadın tarixinədək) Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi uçot faiz dərəcəsinə müvafiq olaraq hesablanan faiz məbləği illər üzrə, eyni zamanda ABŞ dollarının ekvivalenti Mərkəzi bankın müvafiq dövrü üzrə AZN-ə konvertasiya edilərək aşağıdakı kimi müəyyən edilir: ABŞ dolları ilə hesablanan faiz məbləği - cəmi 12120,83 ABŞ dolları. 2020-ci il üzrə hesablanan faiz məbləği -1336,0 ABŞ dolları; 2021-ci il üzrə hesablanan faiz məbləği- 10784,83 ABŞ dolları. AZN ilə hesablanana faiz məbləği cəmi - 20695,14 manat. 2020-ci il üzrə hesablanan faiz məbləği -3069,44 manat; 2021-ci il üzrə hesablanan faiz məbləği- 17625,70 manat müəyyən edilmişdir. Apellyasiya baxışının həddləri:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

14. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Tətbiq edilən hüquq:

16. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Hüquqi dəyərləndirmə:

19. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.

20. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qətnaməni onunla əsaslandırmışdır ki, “...iddiaçı cavabdeh tərəfindən onun pul vəsaitinin qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplanması nəticəsində faydalanması, yəni gəlir, artım, bəhər və ya sair maddi gəlir əldə etməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir.”

21. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, Ali Məhkəmənin son zamanlar formalaşdırdığı hüquqi mövqeyə əsaslanaraq qeyd edir ki, əsas borca görə hesablanan faiz məbləği Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən hesablanmalıdır.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir.

23. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir.

24. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür.

25. Kollegiya hesab edir ki, hazırki borc məbləği üzrə faiz məbləği Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmalıdır.

26. Belə ki, əsas borcun tutulması ilə bağlı Ali Məhkəmənin qərarının qəbul edildiyi xx.xx.2020-ci il tarixindən iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi xx.xx.2021-ci il tarixinədək olan müddət 10 ay 9 gün təşkil edir. Yəni, cavabdehin iddiaçıya ödəməli olduğu 200.000 ABŞ dolları məbləğində əsas borc 313 gün gecikdirilmişdir. Belə olan halda, cavabdehin 313 gün üçün gecikdirdiyi illik 5 faiz 8575.34 ABŞ dolları təşkil edir (313x10000:365=8575.34).

27. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, iddia tələbi qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə gecikdirilmiş vaxt üçün 8575.34 ABŞ dolları məbləğində vəsait (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatl ilə) tutulmalıdır.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

29. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

30. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

31. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

32. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə:

33. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, iddia tələbi qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə gecikdirilmiş vaxt üçün 8575.34 ABŞ dolları məbləğində vəsait (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatl ilə) tutulmalıdır.

34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı Salayeviç tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-104/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia qismən edilsin. Cavabdeh əsas borcun gecikdirilməsinə görə 8575,34 (səkkiz min beş yüz yetmiş beş dollar otuz dörd sent) ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatl ilə) alınaraq İddiaçı Salayeviçə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar