Məhkəmə qərarları › İş №2(103)-3686/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3686/2025

17.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3686/2025 17.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Kazımov Elşən Calədddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, iddiaçının nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3430091Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, e-2(008)-393/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 16 yanvar 2016-cı il tarixli müqavilədən görünür ki, "xxxx" MMC-nin təsisçisi və direktoru Şahid, İddiaçı olan 188000 manat və 25000 ABŞ dolları məbləğində borcu müqabilində, yeganə təsisçisi və Nizamnamə kapitalındakı 100% paya mənsub olduğu "xxxx" MMC-nin mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsindəki 29/31 saylı binanın zirzəmisində 137,8 kv.m ümumi, 64,9 kv.m əsas, 72,9 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsini 6 ay müddətinə İddiaçı əvəzsiz istifadəsinə verir və 6 ay ərzində 188000 manat və 25000 ABŞ dolları məbləğində borcu İddiaçı qaytarmağı öhdəsinə götürür.

2. 01 noyabr 2017-ci il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MMC-nin təsisçisi və direktoru Şahid, İddiaçı olan 111000 manat və 15000 ABŞ dolları məbləğində borcu müqabilində, yeganə təsisçisi və Nizamnamə kapitalındakı 100% paya mənsub olduğu "xxxx" MMC-nin mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsindəki 29/31 saylı binanın zirzəmisində 137,8 kv.m ümumi, 64,9 kv.m əsas, 72,9 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsini 6 ay müddətinə İddiaçı əvəzsiz istifadəsinə verir və 6 ay ərzində 111000 manat və 15000 ABŞ dolları məbləğində borcu İddiaçı qaytarmağı öhdəsinə götürür.

3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin 10 aprel 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı 63000 manat və 9000 ABŞ dolları məbləğində pulunun Cavabdeh tərəfindən qaytarılmaması ilə bağlı şikayəti əsasında İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsində aparılan araşdırma ilə Cavabdeh təqdim etdiyi 18000 manat və 1000 ABŞ dolları pulun İddiaçı ödənildiyi məlum olmuşdur. Cavabdehla aralarında olan mübahisə mülki xarakterli olduğundan və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə işlərə mülki məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxıldığından mülki qaydada məhkəməyə müraciət etmək hüququ İddiaçı izah olunmuşdur.

4. 01 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Cavabdeh 18000 manat və 1000 ABŞ dolları pulu təhqiqata təqdim etdi və həmin pullar Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin polis baş leytenantı X4 tərəfindən sayılaraq təhvil götürüldü.

5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsində İddiaçı tərəfindən verilmiş 05 dekabr 2021-ci il tarixli izahatdan görünür ki, 2014-cü ildə Cavabdeh İddiaçı 200000 manat, bir müddət sonra isə 25000 ABŞ dolları məbləğində borc almış, işi alınmadığı üçün 12000 manatı geri qaytarmışdır. Qalan 188000 manat və 25000 ABŞ dolları məbləğində borc üçün İddiaçı təkidi ilə müqavilə bağlanmış, sonradan 125000 manat və 16000 ABŞ dolları Cavabdeh tərəfindən qaytarılmışdır. Hazırda 63000 manat və 9000 ABŞ dolları məbləğində borcu qalıb.

6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsində Cavabdeh tərəfindən verilmiş 10 dekabr 2021-ci il tarixli izahatdan görünür ki, onunla İddiaçı arasında 2017-ci ildə bağlanmış müqaviləyə əsasən Cavabdeh borcu 111000 manat təşkil edir. Təqribən 70000 manat İddiaçı geri qaytarılmışdır.

7. Cavabdeh tərəfindən verilmiş iltizamdan görünür ki, o, İddiaçı müraciəti əsasında aparılan araşdırma ilə bağlı sonuncu ilə olan yaxın münasibətlərini, həmçinin tikinti ilə bağlı çəkdiyi xərcləri nəzərə alaraq mübahisəli məsələnin həlli istiqamətində ona maddi köməklik göstərəcəyinə dair söz verir.

8. Qəbzlərdən görünür ki, Cavabdeh müəyyən tarixlərdə İddiaçı aralarında olan borc məsələsi ilə əlaqədar 15000 manat, 10000 ABŞ dolları, 32000 manat və 20000 manat məbləğində pul vermişdir.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25000 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının etibarından istifadə edərək, ona yalan vəd verməklə pulunu ələ keçirmiş, bununla bağlı iddiaçı cavabdehdən Bakı Şəhəri Baş Polis İdarəsinə şikayət etmiş, şikayəti həmin idarə tərəfindən araşdırılmış cavabdeh ələ keçirdiyi pulun bir hissəsini həmin araşdırma zamanı ödəmiş və cavabdehin iddiaçıya 25000 (iyirmi beş) min manat borcu qalmışdır. Bakı Şəhər Baş Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, mübahisə mülki xarakterli olduğundan pulun ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmək lazımdır. Cavabdeh 2023-cü ildə borcunu etiraf edərək bir hissəsini ödəsə də, cinayət işinin başlanması rədd edildikdən sonra pulu ödəməkdən yenə də yayınır və ödəmir. Ümumiyyətlə zənglərə cavab vermir. Ona görə də, iddiaçı məcbur qalaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir

11. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh 1993-cü ildən 2017-ci ilə qədər Azərbaycan Respublikasının Milli Məclisində müxtəlif vəzifələrdə-baş məsləhətçi, şöbə müdirinin müavini və sektor müdiri vəzifələrində işləmişdir. Bununla yanaşı Milli Məclis Aparatında Həmkarlar İttifaqı Komitəsinin sədr müavini olmaqla mənzil-məişət komissiyasının sədri olmuş və Aparatda mənzil məsələlərinin müzakirəsi daim onun iştirakı ilə olub. 2004-cü ildə Milli Məclis əməkdaşlarının mənzillə təmin edilməsi baxımından "xxxx" MTK ilə Milli Məclis rəhbərliyi arasında razılaşma olub və həmin ildən o, "xxxx" MTK-nın əməkdaşı kimi İddiaçıla tanış olmuşdur. İddiaçı, daim özünü "xxxx" MTK-nın təsisçilərindən biri kimi təqdim etdiyindən "xxxx" MTK-nın sədri ilə birlikdə istər Milli Məclisdə, istərsədə MTK-da Milli Məclis əməkdaşlarının mənzil məsələlərinin həllində yaxından iştirak edib. Milli Məclis rəhbərliyinin razılığı ilə Vahid tərəfindən Milli Məclis əməkdaşları üçün tikilməsi nəzərdə tutulan yaşayış binasının tikinti işləri ilə əlaqədar pul xərclənib ki, bu barədə onun özü tərəfindən tərtib edilmiş sənədlər var (əlavə olunur). Vahid tərəfindən tikinti ilə əlaqədar xərclənən pullar borc kimi 01 noyabr 2017-ci il tarixdə müqavilə ilə Cavabdeh adına rəsmiləşdirilmişdir ki, onun da əsas səbəbi tikinti işləri ilə əlaqədar layihə tamamlanmadığından və iş tam dayandığından, gələcəkdə onun tərəfindən xərclənən pullarla bağlı yarana biləcək mübahisələrin dəqiqləşdirilməsi baxımından irəli gəlmişdir. Bütün bunlar Milli Məclisin sabiq rəhbərliyinin razılığı ilə olub. Vahidlə Cavabdeh arasında bağlanmış 01 noyabr 2017-ci il tarixli müqavilədə cavabdehin ona 111000 manat və 15000 ABŞ dolları borcu olması qeyd edilib ki, sonradan Cavabdeh tərəfindən Vahidə hissə-hissə qaytarmaqla ümumilikdə 67000 manat və 10000 ABŞ dolları qaytarılmışdır. Bütün bunlar Vahidin özünün imzaladığı sənədlə rəsmiləşdirilmişdir (əlavə olunur). Bundan başqa Cavabdeh tərəfindən Vahidə 15000 manat və 1000 ABŞ dolları qaytarılmışdır ki, bununla zağlı da BŞBPİ-nin məktubunda qeyd var. Bütün bunlardan əlavə Vahid tərəfindən Milli Məclis əməkdaşları üçün tikilməkdə olan bina ilə əlaqədar xərclədiyi pulun (45900 manat) hara xərclənməsi və həmin məbləğin 01 noyabr 2017-ci il tarixli müqavilədə qeyd edilən məbləğin tərkib hissəsi olmasına dair tərtib edilmiş sənəd var. Eyni zamanda 45900 manat pulun Vahid tərəfindən Milli Məclis əməkdaşları üçün tikilməkdə olan binanın tikinti işləri ilə əlaqədar xərclənməsinə dair Milli Məclis rəhbərliyinin də rəsmi məktubu var (əlavə olunur). Göründüyü kimi, Cavabdeh tərəfindən İddiaçı heç bir vəd verilməyib, pul alınmayıb və hal-hazırda da heç bir borcu yoxdur. Əksinə, müqavilədə nəzərdə tutulduğundan artıq məbləğ Vahidə qaytarılıb ki, bütün bunları da subut edən sənədlər var (əlavə olunur). Bu baxımdan qeyd edilənlər tamamilə yalan və əsassızdır və iddia rədd edilməlidir. Ərizədə qeyd edilir ki, cavabdeh 2023-cü ildə borcunu etiraf edərək bir hissəsini ödəsə də, cinayət işinin başlanması rədd edildikdən sonra pulu ödəməkdən yenə də yayınır və ödəmir. Ümumiyyətlə zənglərə cavab vermir. Bu halda da iddia tamamilə əsassız və qərəzli formada irəli sürülüb. Çünki, iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilə üzrə mübahisəli öhdəliklərin araşdırılmasının məhkəmə qaydasında aparıldığını bilə-bilə Cavabdeh simasında guya cinayət işinin başlanılmasının rədd edilməsi qərarından sonra öhdəlikdən yayınan şəxs obrazı yaratmaq istəyir. Və ümumiyyətlə son iki ildə Vahid tərəfindən ona heç bir dəfə də olsun nəinki zəng, hətta heç bir söhbəti belə olmayıb və onun Vahidin hansı zənginə cavab vermədiyinə dair sübut var ki, iddiaçı bununla da Cavabdeh qarşı növbəti yalan danışır. Əlavə olaraq BŞBPİ tərəfindən İddiaçı adına ünvanlanmış məktubdakı göstərilən məbləğ də (63000 manat və 9000 ABŞ dolları) həqiqəti əks etdirmir, çünki müqavilədə qeyd edilən məbləğdən (111000 manat və 15000 ABŞ dolları) hissə-hissə qaytarılan məbləğlərə (67000 manat və 10000 ABŞ dolları) dair Vahidin şəxsən özü tərəfindən tərtib edilmiş sənədlər var və onlar tərəfindən araşdırma zamanı BŞBPİ-nin təhqiqatçısına verilib. Hansı səbəbdən məktubda qeyd edilən məbləğin fərqli olması ona məlum deyil. Dediklərinin subutu olaraq həmin sənədlərin surətini halhazırda ərizəyə əlavə edir.

12. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, e-2(008)- 393/2025 nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək, Cavabdeh 25000 manat məbləğində pul vəsaiti və 169 manat 60 qəpik ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

13. Qətnamə onunla əsaslandırılmışdır ki, işin mübahisəsiz halıdır ki, xx.xx.2017-ci il tarixli müqavilə İddiaçı ilə Şahid arasında bağlansa da, 111000 manat və 15000 ABŞ dolları məbləğində pul Cavabdeh verilmişdir. Müəyyən vaxtlarda 15000 manat, 10000 ABŞ dolları, 32000 manat, 20000 manat, 18000 manat və 1000 ABŞ dolları məbləğində pul Cavabdeh tərəfindən İddiaçı qaytarılmışdır. Hal-hazırda iddiaçı cavabdehdən 25000 manat qalan borc məbləğini tələb edir ki, bu tələbin əsaslı olub-olmaması araşdırılır. İş üzrə təqdim edilmiş əsas sübut olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsində Cavabdeh tərəfindən verilmiş izahat ilə iddiaçının tələb etdiyi pulun Cavabdeh verilməsi faktı təsdiq olunur. Eyni zamanda cavabdeh məhkəməyə etiraz ünvanlayaraq aralarında xx.xx.2017-ci il tarixli müqavilə ilə 111000 manat və 15000 ABŞ dolları borcunun olmasını, daha sonra hissə-hissə qaytarmaqla ümumilikdə 85000 manat və 11000 ABŞ dollarının qaytarıldığını qeyd etsə də, 45900 manatın (111000 manatın tərkib hissəsi olan) Milli Məclis əməkdaşları üçün tikilməkdə olan binanın tikinti işləri ilə əlaqədar olduğunu bildirir və iddiaçıya heç bir borcu olmadığını əksinə artıq məbləğdə pul verdiyini qeyd edir. Beləliklə məhkəmə müəyyən edir ki, Cavabdeh 45900 manatın (111000 manatın tərkib hissəsi olan) Milli Məclis əməkdaşları üçün tikilməkdə olan binanın tikinti işləri ilə əlaqədar olduğunu bildirsə də, həmin hissədə ödənişlər edib (hansı ki artıq pul ödədiyini özü bildirir xx.xx.2024-cü il tarixli etirazda) həmin borcun ona məxsus olduğunu qəbul etdiyini təsdiq edən hərəkət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 25000 manat məbləğində pul tutularaq iddiaçıya qaytarılmalıdır. Faktiki olaraq cavabdehlə iddiaçı arasında kredit müqaviləsi bağlanmış və cavabdeh bağlanmış kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmışdır. Buna görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi icra etməlidir.

14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 439, 1091, 1092-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv, iddianın rədd olunması xahiş edilmişdir.

16. Apellyasiya şikayətlərinin dəlillərinə görə birinci instansiya Məhkəməsində işə baxılarkən iş üzrə əhəmiyyət kəsb edən müəyyən olunmuş hallar və iddia tələbinin əsassızlığını göstərən xüsusatlar aşağıdakılardır: Məhkəmə 2017-ci il tarixdə bağlanmış müqavilə üzrə öhdəlik daşıyan şəxsləri müəyyən etmədən (etsə də belə) bu məsələyə düzgün hüquqi qiymət verməmişdir. Həmin müqavilə əsasında müqaviləyə aidiyyatı olmayan şəxsin üzərinə öhdəlik qoymaq və sonrada həmin şəxsdən öhdəliyi olmadığı halda pul tələb etməyə iddiaçının subyektiv hüquqinin olub olmamasını yoxlamamışdır. Halbuki iddiaçının həmin müqavilə üzrə cavabdehdən pul tələb etməyə subyektiv hüququ yoxdur. Məhkəmə bunu gördüyü halda mübahisəyə düzgün hüquqi qiymət verməmişdir. Həmin müqavilədə aşkar formada tərəflərin adları, öhdəlikləri və şərtlər göstərilmişdir. Məkəmə qətnamədə qeyd etmişdir ki, “İşin mübahisəsiz halları ondan ibarətdir ki, müəyyən vaxtlarda 15000 manat, 10000 ABŞ dolları, 32000 manat, 20000 manat, 18000 manat və 10000 ABŞ dolları məbləğində pul Cavabdeh tərəfindən İddiaçı qaytarılmışdır.” Mübahisəsiz hal olaraq qeyd olunan rəqəmlər hesablandıqda ödənilmiş pullar 119000 manat təşkil edir. Bu halda Məhkəmə necə qənaətə gəlibdir ki, cavabdehin iddiaçıya 25000 manat borcu vardır? Cavabdeh iddiaçıya 2017-ci ildə bağlanmış müqavilə əsasən borclu olmadığı halda müqavilədə qeyd olunan rəqəmlər artıq məbləğ ödəmişdir. Ödəməyinə səbəb borclu olması deyildir, ona qarşı olan şikayətlər əsasında təziqlər olmuşdur. Məhkəmə necə hesablama apararaq bu qənaətə gəlmişdir ki, cavabdehin iddiaçıya 25000 manat borcu vardır? İddiaçı ərizədə nə qeyd etmişdirsə məhkəmə araşdırmadan həmin rəqəmi təsdiqləmişdir. Bundan başqa Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2022-ci il tarixli məhkəməyə təqdim olunmuş məktubu olsa da məhkəmə qətnamə qəbul edərkən həmin məktuba əhəmiyyət verməmiş, məktubda qeyd olunanlara hüquqi qiymət verməyərək digər sübutlarla əlaqəli şəkildə təhlil etməmişdir. Halbuki, həmin məktubda qeyd edilənlər iş üçün əhəmiyyətlidir, cavabdehi məsuliyyətdən azad edir. Lakin məhkəmə işin obyektiv, ədalətli qiymətləndirilməsinə yox iddiaçının əsassız iddiasını təmin etməyə yönəlmişdir. Cavabdeh etirazda bildirmişdir ki, iddiaçının eyni məzmunlu Azərbaycan Respublikası Milli Məclisinə qarşı iddia ərizəsinə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılır, lakin məhkəmə bunu yoxlamamış, qətnamədə bununla bağlı heç bir qeyd aparmamışdır. Bütün bunlar göstərir ki, məhkəmə araşdırma aparmadan tələsik olaraq iddiaçının xeyrinə qətnamə çıxarmışdır. Bütün yuxarıda qeyd olunanlar və hətta daha çox qanun pozuntusu iş araşdırılarkən ortaya çıxmış, lakin məhkəmə həmin hallara qiymət verməyərək gizlətmişdir,çünki qeyd etdiklərimiz və aşkar olunan hallar iddiaçının mənafeyinə ziddir, onlara istinad olunsa iddia rədd olunmalı idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İddiaçının nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3430091Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək təmin olunmamasını məhkəmədən xahiş etdi və əlavə olaraq izahatında göstərdi ki, 01 noyabr 2017-ci il tarixli müqavilədə borcun məbləği 111000 manat və 15000 ABŞ dolları müəyyən olunmuş, sonradan 67000 manat və 10000 ABŞ dolları qaytarılmış, Bakı şəhər Baş Polis İdarəsində isə 18000 manat və 1000 ABŞ dolları qaytarılmışdır. Sonuncu dəfə 10000 manat və 1000 ABŞ dolları qaytarılarkən tərəflərin arasında razılaşma belə olmuşdur ki, iddiaçı da qaytarılmalı olan pulun məbləği ilə bağlı güzəştə gedir və qalan borcun məbləği çox olsa da məbləği azaldaraq 25000 manat müəyyən edir.

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

20. Cavabdehin nümayəndəsi Vəkil2 iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 432.1. Əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası). Maddə 432.2. Əgər bu Məcəllədə, öhdəliyin şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, kreditor öhdəliyin hissə-hissə icrasını qəbul etməyə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

22. Azərbaycan Respublikası Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarı: “Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar).”

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli Qərarı: “Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən suiistifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi. Beləliklə, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər;  müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.”

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın rədd olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

27. Apellyasiya şikayətinin əsas dəlilini o təşkil edir ki, tərəflər arasında öhdəlik münasibətləri olmamışdır, müqavilədə qeyd olunan məbləğ üzrə öhdəliklərin daşıyıcısı o, deyildir. Lakin birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdeh ödənişlər aparmaqla həmin borcun ona məxsus olduğunu qəbul etdiyini təsdiq edən hərəkət etmişdir. Mülki Məcəllənin Maddə 351.2 və 3513-cü maddələrinin məzmununa əsasən əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.

28. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli Qərarında estoppel prinsipinin mahiyyətinə toxunularaq qeyd edilir ki, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər. Hazırkı mübahisə üzrə də cavabdeh öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər etməklə əqdin şərtlərini qəbul etmiş və razılaşmışdır.

29. Apellyasiya şikayətinin digər dəili kimi ona istinad olunur ki, məhkəmə tərəfindən borcun hansı əsasla 25000 manat müəyyən olunması əsaslandırılmamışdır.

30. Məhkəmə kollegiyası şikayətin bu dəlilinə münasibətdə qeyd edir ki, 01 noyabr 2017-ci il tarixli müqavilədə borcun məbləği 111000 manat və 15000 ABŞ dolları müəyyən olunmuş, sonradan 67000 manat və 10000 ABŞ dolları qaytarılmış, Bakı şəhər Baş Polis İdarəsində isə 18000 manat və 1000 ABŞ dolları qaytarılmışdır. Yəni, ümumilikdə qaytarılan məbləğ müvafiq olaraq 85000 manat və 11000 ABŞ dolları, qalıq məbləğ isə 26000 manat və 4000 ABŞ dolları təşkil edir. Məbləğlə bağlı məsələ məhkəmə kollegiyası tərəfindən araşdırılarkən iddiaçının nümayəndəsi tərəfindən bildirmişdir ki, sonuncu dəfə 10000 manat və 1000 ABŞ dolları qaytarılarkən tərəflərin arasında razılaşma belə olmuşdur ki, iddiaçı da qaytarılmalı olan pulun məbləği ilə bağlı güzəştə gedir və qalan borcun məbləği çox olsa da məbləği azaldaraq 25000 manat müəyyən edir.

31. Mülki prosessual qanunvericiliyin mahiyyətindən irəli gələn dispozitivlik prinsipinə əsasən tələbin həcminin müəyyən olunması iddiaçının səlahiyyətindədir və məhkəmə yalnız verilmiş tələblər üzrə qətnamə çıxarır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, borcun məbləği ilə bağlı da hər hansı bir anlaşılmazlıq mövcud deyildir.

32. Digər bir dəlil kimi ona istinad olunur ki, cavabdeh etirazda bildirmişdir ki, iddiaçının eyni məzmunlu Azərbaycan Respublikası Milli Məclisinə qarşı iddia ərizəsinə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılır, lakin məhkəmə bunu yoxlamamış, qətnamədə bununla bağlı heç bir qeyd aparmamışdır.

33. Bu dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, sübutların təqdim olunması tərəflərin hüququ olsa da, cavabdehin özü tərəfindən bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır, yəni, bu araşdırmanı aparmaq məhkəmənin vəzifəsi deyildir. Bundan başqa, cavabdehin digər hüquqi və ya fiziki şəxsə qarşı iddia qaldırmasının hazırkı iş, yəni, iddiaçı və cavabdeh arasında olan öhdəlik münasibətlərinə heç bir aidiyyatı yoxdur.

34. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

35. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, e-2(008)- 393/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, e-2(008)- 393/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar