Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3688/2025 30.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Q İY A B İ Q Ə T N A M Ə S İ Açar sözlər: (pul) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1618/2025 saylı işi üzrə 12 mart 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 26000 ABŞ dolları manat ekvivalenti ilə 44200 manat pulun, ödənilmiş 223 manat dövlət rüsumunun, hüquqi yardıma görə vəkilə ödənilmiş 320 manat pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o 2021-ci il avqust ayının axırlarında Cavabdeh iki ay sonra qaytarmaq şərti ilə 30000 ABŞ dolları, ondan bir həftə sonra isə 20000 ABŞ dolları,cəmi 50000 ABŞ dolları borc pul vermişdir. Həmin məbləğdə pul borc verməyinin səbəb o olmuşdur ki, o, Cavabdeh 2015-ci ildən tanıyır. 2015-ci ildən sonra onunla münasibətləri normal olub. O, özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim edib. Dəfələrlə tələb etdikdən sonra Cavabdeh 2022-ci ildən 2023-cü ilin iyun ayına kimi hissə- hissə olmaqla ona milli valyuta ilə 40800 manat ekvivalentində, ümumilikdə 24000 ABŞ dolları qaytarmışdır. Sonuncu dəfə 2023-cü ilin iyun ayında pul vermişdir. Həmin vaxtdan dəfələrlə tələb etməyinə baxmayaraq, Cavabdeh ona hər hansı məbləğdə pul qaytarmamışdır. Cavabdeh onun etibarından sui-istifadə edərək onu aldatmış və yerdə qalan borcunu 26000 ABŞ dollarını manat ekvivalentində 44200 manatı ödəyəcəyinə söz versə də ödəməmişdir. Məsələ ilə bağlı Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin istintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X3, icraatında olan HK-1/692 nömrəli materiala baxaraq, iş mülki xarakter daşıdığından və mülki qanunvericiliyə əsasən bu qəbildən olan mübahisələrin məhkəmə qaydasında həll edilməsi nəzərdə tutulduğundan, 12 iyun 2024-cü il il tarixdə "cinayət işinin başlanmasının rədd edilməsi haqqında ” qərar qəbul etmişdir. 2.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1618/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 16000 ABŞ dolları məbləğində (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) pul, 171.60 dövlət rüsumu və 320 manat vəkil xərcinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445, 448.1, 739.1, 739.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 88, 119.1, 121,217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı məhkəməyə müraciət edərək cavabdehin ondan 50000 ABŞ dolları məbləğində pul aldığını, bunun 24000 ABŞ dolları məbləği hissəsini ödədiyini, bildirsə də, iddiaçı cavabdehin borc aldığı məbləğin 50000 ABŞ dolları olduğunu sübut edə bilməmişdir.Belə olan halda, iddia tələbi yalnız cavabdehin etiraf etdiyi hissədə yəni hazırda iddiaçıya 16000 ABŞ dolları məbləğində borcunun qalması hissəsində təmin edilə bilər. İddia tələbinin "məhkəməyə müraciət etmək üçün ödənilmiş 223 manat dövlət rüsumunun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin dövlət rüsumuna aid olan hissəsidə qismən 171.60 manat hissədə təmin edilməlidir. İddia tələbinin 320 manat hüquqi yardıma görə vəkil xərcinin ödənilməsi” hissəsinə münasibətdə qeyd edilməlidir ki, sözügedən hüquqpozması cavabdeh tərəfindən törədildiyində iddiaçının məhkəməyə müraciət etməsi üçün zəruri olan çəkilmiş xərcdə cavabdehə aid edilməlidir. 3.Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsini haqqında qərarında Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı təxminən 10 il olar ki, tanıyır, onunla qohumluğu yoxdur, əvvəllər aralarında ədavət və ziddiyyət olmamışdır. İddiaçı ilə 2015-ci ildə Bakı şəhərində təsadüfən tanış olmuşlar və həmin vaxtdan aralarında əlaqə və münasibət yaranmışdır. Avtomobil alveri ilə əlaqədar bəzi hallarda pula ehtiyacı olduğundan əvvəllər bir neçə dəfə İddiaçı müxtəlif məbləğlərdə borc pul almış və vəd etdiyi müddət ərzində ona olan borcunu geri qaytarmışdır. Bunun müqabilində İddiaçı qazanc da təşkil etmişdir. 2020-ci ilin fevral ayında avtomobil alıb satmaq üçün pula ehtiyacı olduğundan Faislə görüşüb danışaraq bir il sonra qaytarmaq şərti ilə ona 35000 ABŞ dolları məbləğində borc pul verməsini xahiş etmişdir. Fais etiraz etməyib razılaşaraq elə həmin ərəfələrdə yaşadığı mənzildə ona bir il sonra qaytarmaq şərti ilə 35000ABŞ dolları məbləğində borc pul vermişdir. Təxminən altı ay müddətində Faisə olan borcundan hissə-hissə olmaqla 19000 ABŞ dolları qaytarmışdır. Avtomobil alveri ilə əlaqədar işləri yaxşı getmədiyindən imkan tapıb Faisə olan borcunu tam həcmdə qaytara bilməmişdir. Hazırda Faisə cəmi 16000 ABŞ dolları məbləğində borcu vardır. İmkan tapan kimi ona olan borcunu tam həcmdə geri qaytaracaqdır; - iddiaçı tərəfindən 223 manat dövlət rüsumunun ödənilməsi barədə ********** nömrəli qəbz təqdim edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 4.İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli e-2(008)-1618/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1,1096.1, 1096.2, 1097.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 129-cu maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmənin gəldiyi nəticə ilə razı deyil. Məhkəmə cavabdehin “ cinayət işinin başlanılmasının rədd edilməsi haqqında ” qərarda göstərdiklərini əsas götürərək qətnamə çıxarmışdır. Halbuki, məhkəmə bildirişi cavabdehə təqdim edilməsinə baxmayaraq, cavabdeh məhkəmə prosesində iştirak etməmiş, iddia tələbinə qarşı hər hansı etiraz bildirməmişdir. Bu isə o, deməkdir ki, o, iddia tələbi ilə razılaşmışdır. Bu hal isə məhkəmənin gəldiyi nəticənin düzgün olmasını şübhə altına alır.O, iddia tələbində göstərmişdir ki, cavabdeh ondan 50000 ABŞ dolları borc alıb və onun 24000 ABŞ dollarını gecikdirməklə müəyyən müddətə hissə-hissə qaytarmışdır. Lakin, borc məbləğindən qalan 26000 ABŞ dollarını qaytarmır. Cavabdeh isə həmin halı təkzib etmək üçün məhkəmə prosesindən istifadə etməmiş, məhkəmə proseslərində iştirak etməmişdir. Bununla da onun iddia tələbini qəbul etdiyini göstərmişdir. Bu hal isə onu sübut edir ki, o, cavabdehə 50000 ABŞ dolları verdiyini sübut etmişdir. Məhkəmənin cavabdehin polisin qərarındakı etirafını əsas götürməsi halı isə tam aydınlaşdırılmamış və əsaslandırılmamışdır. Borclunun ( cavabdehin ) öhdəlikləri icra etməməsi barədə mülki qanunvericiliyin tələblərinin pozulması məhkəmə tərəfindən tam araşdırılmamış və əsaslandırılmamıçdır.Sübutlar tam yoxlanılmadığından məhkəmə öz qətnaməsini iş üzrə müəyyən edilə biləcək həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmamışdır. Apellyasiya icraatında müəyyən edilən hallar və proses iştirakçılarının izahatları: 5.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir. 6.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 7.Apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi vəkil Nümayəndə ərizə ilə müraciət edərək, hazırkı mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsinə dair yazılı ərizə təqdim etmişdir. 8.Məlumatlandırlması üçün qanunvericlikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin məhkəmə iclasında iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. 9.Apellyasiya baxışının yeri və vaxtı barədə rəsmi qeydiyyatda olduğu ünvana xəbərdar olunmuş cavabdeh apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə məhkəmələrə məlumat verməmişdir. Bu səbəbdən, məhkəmə iddiaçının ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 238 və 376-cı maddələrinə əsasən işə qiyabi icraat qaydasında baxmağı qərara almışdır. Apellyasiya baxışının hədləri: 10.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
11. Qiyabi icraat qaydasında işə baxan məhkəmə kollegiyası mülki işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq MPM-nin 76, 77, 80-82, 106.2, 220.5, 238-253; MM-in 385, 748-750-ci maddələrini rəhbər tutaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli,Sabunçu Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli və iş üzrə yeni (qiyabi) qətnamə qəbul edilməlidir. Belə ki, cavabdehin iddiaçıdan 35000 ABŞ dolları məbləğində borc alması və onun müəyyən bir hissəsini qaytarması işin mübahisəsiz halıdır. Hazırkı mərhələdə mübahisə edilən hal cavabdehin iddiaçı nə qədər qaytarmasından ibarətdir. İş materiallarından mövcud olan Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 12 iyul 2024-cü il tarixli qərarına nəzər yetirildikdə görünür ki, cavabdeh iddiaçıdan 50000 ABŞ dolları deyil, 35000 ABŞ dolları məbləğində borc aldığını və həmin məbləğdən də 19000 ABŞ dollarını iddiaçıya geri qaytardığını və iddiaçıya cəmi 16000 ABŞ dolları borcunun qaldığını etiraf etmişdir. Kollegiya qeyd edir ki, cavabdeh öz izahatında qeyd etdiyi 35000 ABŞ dolları məbləğində borcu almasını etiraf etməsi ilə borcun qalıq hissəsinin də sübutetmə yükünü də öz üzərinə götürmüş olur. Cavabadhə həm birinci instansiya məhkəməsində icraat zamanı, həm apellyasiya baxışı zamanı məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarına gəlməmiş, həmin borc məbləğinin konkret olaraq nə qədər olması ilə bağlı hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Beləliklə, kollegiya hesab edir ki, nə qədər ki, cavabdeh polisdə aparılan araşdırma zamanı ərz etdiyi izahatında qeyd etdiyi kimi iddiaçıdan 35000 ABŞ dolları borc almasını və həmin borc məbləğindən 19000 ABŞ dollarını qaytarmasını qeyd etsə də, iddiaya etiraz olaraq bunu sübut edə bilməmişdir. Ona görə də, məhkəmə kollegiyası mövcud iddia tələbi çərçivəsində işə baxaraq iddia tələbinin təmin edilməsini əsaslı hesab edir.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.220.5. Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.2. İşdə bir neçə cavabdeh iştirak etdikdə, məhkəmə iclasına bütün cavabdehlər gəlmədikdə işə qiyabi icraat qaydasında baxılması mümkündür. 238.3. İşdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. 238.5. İşə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır. 239. Məhkəmə iclasına gəlmiş iddiaçı işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına razı olmadıqda, məhkəmə işin baxılmasını təxirə salır və cavabdehə yeni məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərir. 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. 241.2. Qətnaməni tərtib edərkən hakim bu Məcəllənin 16cı fəslinin müddəalarını rəhbər tutur. 241.3. İşə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz.241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.241.5. İddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə, cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir. 243.1. Qiyabi qətnamə çıxarıldıqdan sonra 10 gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir 243.2. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qiyabi qətnaməni elektron imzası ilə təsdiq etməklə qiyabi qətnamə çıxarıldığı vaxtdan 10 (on) gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. 244.Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. 245.1. Qiyabi qətnamənin ləğvi haqqında ərizədə aşağıdakılar göstərilməlidir: 245.1.1.qiyabi qətnamə çıxaran məhkəmənin adı; 245.1.2. ərizə verən şəxsin adı; 245.1.3.cavabdehin məhkəmə iclasına üzürlü səbəbdən gəlməməsini əks etdirən hallar və bu halları təsdiq edən sübutlar; 245.1.4. ərizə verən şəxsin xahişi; 245.1.5. ərizəyə əlavə edilmiş materialların siyahısı. 245.2. Qiyabi qətnamənin ləğvi haqqında ərizə cavabdeh və ya onun səlahiyyətli nümayəndəsi və işdə iştirak edən şəxslərin sayına müvafiq surətdə tərtib edilərək, işə baxan məhkəməyə təqdim edilir. 245.3. Ərizədən dövlət rüsumu alınmır. 246. Qiyabi qətnamənin ləğvi haqqında ərizədən imtina edildikdə apellyasiya şikayətindən imtina edilməsi haqqında qaydalar tətbiq edilir.248. Qiyabi qətnamənin ləğvi haqqında ərizəyə hakim, həmin ərizə məhkəməyə daxil olduğu vaxtdan 10 gün müddətində məhkəmə iclasında baxır. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş şəxslərin məhkəmə iclasına gəlməməsi ərizəyə baxılmasına mane olmur. Hakim, qiyabi qətnamənin ləğvi haqqında ərizəyə baxaraq, ərizənin təmin olunmaması haqqında, yaxud qiyabi qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarır. 250. Əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir. 251.Qiyabi məhkəmə qətnaməsini ləğv edərkən hakim işə mahiyyəti üzrə baxılmasını təzələyir. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh gəlmədikdə, işə yenidən baxılarkən çıxarılan məhkəmə qətnaməsi qiyabi qətnamə hesab edilmir. Cavabdehin qiyabi icraat qaydasında bu qətnaməyə yenidən baxılması üçün təkrar ərizə vermək hüququ yoxdur. 252. Qiyabi qətnamə bu Məcəllənin 233-cü maddəsində nəzərdə tutulmuş qaydalar əsasında qüvvəyə minir. 253.1. Qiyabi məhkəmə qətnaməsi ziyanına ləğv olunmuş tərəf çıxarılmış qərardaddan apellyasiya qaydasında şikayət verə bilməz. 253.2. Apellyasiya qaydasında aşağıdakılardan şikayət verilə bilər: 253.2.1. bu Məcəllənin 241.5-ci və 251-ci maddələrində nəzərdə tutulmuş qaydada qətnamə qəbul edildikdə; 253.2.2. cavabdehin ərizəsi ilə qiyabi məhkəmə qətnaməsinin ləğvindən imtina edildikdə; 253.3. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. 14.Tələb olmadığından apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci şəxsin özünə aid olmalı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119 və 121-ci maddələrinə əsasən isə iddianın verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu və ağlabatan olduğundan vəkilin göstərdiyi yardıma görə qeyd edilən məbləğ cavabdehdən alınıb iddiaçının xeyrinə tutulmalıdır.
15. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qiyabi icraat qaydasında, qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1618/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni - qiyabi qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 26000 (iyirmi altı min) ABŞ dolları məbləğində (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) pul vəsaiti və iş üzrə ödənilmiş 223 (iki yüz iyirmi üç) manat dövlət rüsumu və vəkil xidmətə görə ödənilmiş 320 ( üç yüz iyirmi) manat xidmət haqqı tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnamə ona rəsmi qaydada verildikdən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Apellyasiya Məhkəməsinə ərizə verə bilər və ya işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, qətnamədən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.