Məhkəmə qərarları › İş №2(103)-3691/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3691/2020

29.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3691/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı Ağayeva X5 nümayəndəsi (vəkili) X3 iştirakı ilə Ağayeva X5 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ümumi paylı mülkiyyətdə olan evin texniki pasporta uyğun olaraq ilkin vəziyyətə bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ağayeva X2 Əzizə Məmmədağa qızına, Cavabdeh2 və Cavabdeh3 qarşıiddiaərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3saylı fərdi yaşayış evi üzrə xx xxxxxx 2016-cı il tarixdə və xx xxxxxx 2015-ci il tarixdətərtib edilmiş Texniki Pasportun göstəricilərinə uyğun olaraq “A” tikilisinin planı ( İ mərtəbə) üzrə sahəsi 13,49 kv.m olan 3 saylı yaşayış otağı ilə sahəsi 10,74 kv.m olan 4 saylıyaşayış otağı arasındakı arakəsmənin bərpa olunması, həmin otaqların pəncərələrininyerində açılmış qapıların bağlanması və pəncərələrin əvvəlki vəziyyətə bərpa edilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Böyük Qalaküçəsi 24 saylı ev anası Baxşıyeva Böyükxanım Ağa Həsən qızının mülkiyyətində olmuş, anasının vəfatından sonra qanun üzrə vərəsəlik hüququna əsasənonunla bacısı Cavabdeh1 mülkiyyətinə keçmiş, sonradan evin 1-ci mərtəbəsindən 3 otaq və 3-cü mərtəbəonun, 1-ci mərtəbəsindən 2 otaq Cavabdeh2Namiq qızının, 2-ci mərtəbəsi isə Cavabdeh3 adına qeydə alınmışdır. Lakin1-ci mərtəbədə yerləşən otaqlardan hansılarınona, hansıların isə Leylaya məxsus olması müəyyən edilməmiş, bundan istifadəedən Əzizə 1-ci mərtəbədə küçəyə çıxışı olan işıqlı və əlverişli yerdə yerləşən iki otağı özmülkiyyəti kimi mənimsəyərək onu qeyri-qanuni olaraq həyət tərəfdə olan qaranlıq vəgün şüası düşməyən otaqlardan istifadə etməyə məcbur etmişdir. Evin 1-ci mərtəbəsindəyerləşən texniki pasport üzrə 3 və 4 saylı otaqlar arasındakı arakəsmənin cavabdehlərtərəfindən müvafiq icra hakimiyyəti orqanından lazımi icazə almadan qanunsuz olaraqsökülməsi, otaqların birləşdirilməsi və həmin otaqların pəncərələrinin yerində qapılarınaçılması evin ümumi dayanıqlığına mənfi təsir edir və evi uçma təhlükəsi qarşısında qoyur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmuş, Ağayeva X5, Cavabdeh2 və ƏliyevNatiq Namiq oğlunun ümumi paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisinin planı (İ mərtəbə)üzrə sahəsi 13,49 kv.m olan 3 saylı yaşayış otağı ilə sahəsi 10,74 kv.m olan 4 saylıyaşayış otağı arasındakı arakəsmənin bərpa edilməsi, həmin otaqların pəncərələrinin yerindəaçılmış qapıların bağlanması və pəncərələrin əvvəlki vəziyyətə bərpa edilməsi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisinin planı (İ mərtəbə) üzrə sahəsi 13,49 kv.m olan 3 saylı yaşayış otağı ilə sahəsi 10,74 kv.m olan 4 saylı yaşayış otağı arasındakı arakəsmənin bərpa edilməsi, həmin otaqların pəncərələrinin yerində açılmış qapıların bağlanması və pəncərələrin əvvəlki vəziyyətə bərpa edilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, dövlət rüsumunun əvəzi qismində 10 manatın cavabdehlərdən tutulub Ağayeva X6 verilməsi, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın cavabdehlərdən müştərək qaydada tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, FHN X1 Dövlət Agentliyi tərəfindən keçirilmiş xx.xx.2019-cu il tarixli ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın cavabdehlərdən müştərək qaydada tutulub FHN X1 Dövlət Agentliyinin hesabına (hesab: VÖEN**********; “xxxxxxx” ASC-nin Sahil filialı,kod:501305;müxbir hesab:AZ81NABZ********************; S.W.İ.F.T. AZFİAZ22) köçürülməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 və Cavabdeh3 birgə apellyasiya şikayəti verərək onun ləğv, iddia tələblərinin isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikаyətlərini işə iştirakları olmadan baxıldığı, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisinin planı (İ mərtəbə)üzrə sahəsi 13,49 kv.m olan 3 saylı yaşayış otağı ilə sahəsi 10,74 kv.m olan 4 saylıyaşayış otağına qanuni qüvvədə olan qətnamə əsasında Cavabdeh2 istifadə hüququnun tanınmış olması səbəbilə iddiaçının müvafiq iddia tələbini irəli sürmüyə subyektiv hüququnun olmadığı, həmin otaqlar arasındakı arakəsmənin yerində olduğu, evin fasadında aparılmış dəyişikliklərin “İçərişəhər” Dövlət-X11 İdarəsinin razılığı əsasında həyata keçirildiyi arqumentləri ilə əsaslandırmışlar. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndələri, Cavabdeh3 vəkili X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətinin təmin olunmasını, iddiaçı Ağayeva X5 nümayəndəsi (vəkili) Kərimbəyli AbbasYaqub oğlu isə şikayətin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 1-ci mərtəbəsindən 3 otaq və 3-cü mərtəbə xx.xx.2015-ci il tarixdən Ağayeva X5, 1-ci mərtəbəsindən 2 otaq xx.xx.2016-cı il tarixdən Cavabdeh2, 2-ci mərtəbəsi isə 6.02.2016-cı il tarixdən Cavabdeh3 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın xx xxxxxx 2019-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, ünvan 2ünvanında yerləşən fərdi yaşayış evinin 1-ci mərtəbəsi üzrə texniki pasportdan kənarmüəyyən konstruktiv dəyişikliklər, o cümlədən söküntü və yenidənqurma işləriaparılmış, evin 1-ci mərtəbəsində yerləşən texniki pasport üzrə 3 və 4 saylı otaqlararasındakı arakəsmə qismən sökülmüş, həmin otaqların pəncərələri yerində qapılaraçılmış, texniki pasport üzrə 8 saylı bağlı eyvanın daxilində birgə sanitariya qovşağı(hamam-tualet) yaradılmış, 9 saylı mətbəx və həyətdəki pilləkən tamamilə sökülmüş,eləcə də 5 və 6 saylı otaqlarda 3 və 4 saylı otaqlara keçid qapıları açılmışdır və həmin konstruktiv dəyişikliklərin, o cümlədənarakəsmənin sökülməsinin və pəncərələr yerində qapıların açılmasının evin dayanıqlığınavə yükgötürmə qabiliyyətinə müəyyən dərəcədə təsir etməsi ehtimal olunur. Rəyə görə, ünvan 2 ünvanındayerləşən fərdi yaşayış evinin 1-ci mərtəbəsi üzrə texniki pasportdan kənar aparılmışkonstruktiv dəyişikliklərin, o cümlədən arakəsmənin sökülməsinin və pəncərələr yerində qapıların açılmasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli160 №li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeniobyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcudşəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edənmüvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na uyğun olmadığımüəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 226.1-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən, yaşayışbinasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmətedən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digəravadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayışbinasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Yaşayış binasının tərkib hissəsimülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyəthüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkibhissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinəyetirsin. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.4-cü maddəsinə görə isə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli 160nömrəli qərarı ilə təsdiq edilmiş, “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeniobyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcudşəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edənmüvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1-ci bəndinə əsasənsifarişçi, mülkiyyət sahibi və ya icarədar, ilk növbədə, mövcud obyektdə ediləcəkdəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciətetməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiqolunmuş formada təqdimat əlavə edilməlidir. Müraciətə yerli icra hakimiyyəti tərəfindəntəyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texnikirəy verməlidir. İşin müəyyən olunan hallarından göründüyü kimi, tərəflərin birgə mülkiyyətində olan evdə cavabdehlər tərəfindən müəyyən konstruktiv dəyişikliklər, o cümlədən söküntü vəyenidənqurma işləri aparılmış, evin 1-ci mərtəbəsində yerləşən texniki pasport üzrə3 və 4 saylı otaqlar arasındakı arakəsmə qismən sökülmüş, həmin otaqlarınpəncərələri yerində qapılar açılmış, texniki pasport üzrə 8 saylı bağlı eyvanın daxilindəbirgə sanitariya qovşağı (hamam-tualet) yaradılmış, 9 saylı mətbəx və həyətdəkipilləkən tamamilə sökülmüş, eləcə də 5 və 6 saylı otaqlardan 3 və 4 saylı otaqlara keçidqapıları açılmaqala evin dayanıqlılığına və yükgötürməqabiliyyətinə müəyyən dərəcədə təsir edən işlər görülmüşdür. Evdə aparılmış konstruktiv dəyişikliklərin “İçərişəhər” Dövlət-X11 İdarəsinin razılığı əsasında həyata keçirildiyi arqumentinə münasibətdə kollegiya qeyd edir ki, apellyatorların bununla bağlı istinad etdikləri adı çəkilən İdarənin xx.xx.2016-cı il tarixli məktubunda, “mənzilin daxilində heç bir rekonstruksiya işləri etmədən binanın fasad dəmir qapısının yeni taxta qapı ilə əvəzlənməsinin və mənzildə cari təmir işlərinin aparılmasının məqsədəuyğun sayıldığı” göstərilmişdir; işin müəyyən olunan halına görə isə cavabdehlər evdə konstruktiv dəyişikliklər aparmış, 3 və 4 saylı otaqlar arasındakı arakəsməni qismən sökmüş, həmin otaqlarınpəncərələri yerində qapılar açmış, evin dayanıqlılığına və yükgötürməqabiliyyətinə müəyyən dərəcədə təsir edən işlər görmüşlər. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri, habelə tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Kollegiya, məhkəmə iclasında iştiraklarının təmin olunmaması barədə apellyatorların arqumentini də əsassız hesab edir. Belə ki, iş materiallarından onların nümayəndələrinin əvvəlki məhkəmə iclaslarında iştirak etdiyi, vəsatət verdiyi, hətta məhkəmənin ekspertiza təyinatı haqqında qərardadından şikayət etdiyi, sonradan cavabdehlərə göndərilən bildirişlərin isə qeydiyyatda olduqları ünvanda yaşamamaları səbəbindən geri qaytarıldığı aydın olur; məhkəməyə məlum olan ünvanda yaşamamaları səbəbindən sonrakı məhkəmə prosesi barədə məlumat əldə etməmələrinin məsuliyyətini isə cavabdehlər özləri daşımaqla bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayətində irəli sürülənlər yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-62/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Ziya Şirinov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar