Məhkəmə qərarları › İş №2(103)-3696/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3696/2024

31.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3696/2024 31.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, 2(010)-84/2024 iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 mart 2024-cü il tarixli qətnamədən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X2 verdiyi apellyasiya şikayətinə əsasən mülki işin materiallarını nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı cavabdeh X3 qarşı və cavabdehin iddiaçıya qarşı “əmlak üzərində payların müəyyən edilməsi barədə” ilk və qarşılıqlı iddialara dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamədən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Könül Şərivova apellyasiya şikayəti vermişdir. Həmin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Məhkəmə) xx.xx.2024-cü il tarixli qərardadı ilə icraata qəbul edilərək apellyasiya baxışı iclasına təyin edilmişdir. Hazırda Rayon Məhkəməsi sorğu ilə məhkəməyə müraciət edərək iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qətnamədən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən də apellyasiya şikayətinin verildiyini bildirmiş və həmin apellyasiya şikayətinin qəbulu məsələsinə baxılması üçün mülki işin Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Rayon Məhkəməsinə daxil olduğundan Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi “işin icraata qəbul edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardad ləğv edilməli və iş apellyasiya baxışından çıxarılaraq Rayon Məhkəməsinə göndərilməlidir. Çünki Azərbaycan Respublikası MPM-in 384.0.6-cı maddəsinin mənasına görə, apellyasiya şikayəti icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan MPM-in 263-264, 364 və 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş “işin icraata qəbul edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardad ləğv edilsin və mülki iş, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı verdiyi apellyasiya şikayətinin qəbulu məsələsinin müzakirə edilməsi üçün apellyasiya baxışından çıxarılaraq Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar