Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3697/2022 30.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X16 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X28 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 və ilk iddia üzrə İddiaçı1 nümayəndəsi və vəkili X17, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, onun vəkili və nümayəndəsi Vəkil3 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, e-2(007)- 988/2021 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 73200 manat pul məbləğinin və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul məbləğinin alınaraq iddiaçılar X18 və İddiaçı1 qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2018-ci ilin sentiyabr ayından başlayaraq müxtəlif vaxtlarda iddiaçılar X7 və İddiaçı1 sahibkarlıq fəaliyyətini həyata keçirmək adı ilə 73200 manat məbləğində pul vəsaiti almışlar. Əvvəl vaxtlarda cavabdehlər işlərin yaxşı olduğunu tezliklə hər şeyin düzələcəyi vədi ilə danışsalar da, sonradan məlum olmuşdur ki, cavabdehlər faktiki olaraq həmin pulu mənimsəmişdir. Bundan sonra iddiaçılar tərəfindən cavabdehlərdən verilmiş pul məbləğləri tələb edilməyə başlanmış və həmin vaxt cavabdehlər müxtəlif bəhanələr gətirməklə alınmış məbləği qaytarmaqdan imtina etmişlər. Belə olan halda iddiaçılardan İddiaçı1 cavabdehlər tərəfindən aldadıldığı üçün Bakı şəhər Yasamal rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş, Yasamal rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi Emin Abbasovun 25 yanvar 2020-ci il tarixli qərarında cavabdehlərdən Cavabdeh2 73200 manat pul vəasaitini müxtəlif vaxtlarda iddiaçılardan aldığını etiraf etmişdir. Lakin Yasamal rayon Polis İdarəsinin 25 yanvar 2020-ci il tarixli qərarı ilə tərəflər arasında mübahisənin mülki xarakterli olması qeyd edilərək, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Cavabdeh2 qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdeh X8 iddiaçı Cavabdeh2 xeyrinə 80000 (səksən min) manat məbləğində dəymiş maddi zərər və 20000 (iyirmi min) manat məbləğində mənəvi zərər olmaqla, cəmi 100000 (bir yüz min) manat məbləğində pulun tutulması, ilkin iddia üzrə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, X26 və İddiaçı1 Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbi barədə iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçılar iddia ərizəsində qeyd etmişdir ki, guya o və qardaşı Cavabdeh1 ilkin iddiaçılar X8 və İddiaçı1 guya müxtəlif vaxtlarda sahibkarlıq fəaliyyətini həyata keçirmək adı ilə 73200 manat məbləğində pul alımışlar, o da bununla bağlı Yasamal Rayon Polis İdarəsinə müraciət etmiş, polis idarəsində məsələnin mülki xarakterli olması əsasına görə cinayət işinin rədd edilməsi barədə 25 yanvar 2020-ci il tarixdə qərar qəbul edilmişdir. Bununla bağlı bildirir ki, X11 və İddiaçı1 yazdıqları tamamilə yalandır, nə o, nədəki qardaşı İddiaçı1 ümumiyyətlə tanımırlar, onunla heç bir təmasları olmamış, lakin digər iddiaçı X19 tanıyır. Belə ki, X26 özü 2018-ci ildə onunla tanış olandan sonra ona Rusiyada biznes fəaliyyəti ilə məşğul olmaları üçün təklif vermiş, ona təkid etmişdir ki, şərikli olaraq gedib Rusiya Federasiyasının hansısa bir yerində kaferestoran fəaliyyəti ilə məşğul olub pul qazansınlar. İlk öncə o, buna razılıq vermirmiş, lakin sonradan o, təkidlərindən sonra onunla birlikdə Rusiyaya getmiş, orada 1 həftə birlikdə qalmış, restoran üçün yer axtarmış, sonra o Bakıya qayıtmışdır. Bakıya qayıtdıqdan sonra X26 onun Bakı şəhərində olan bəzi avtomobilini və müəyyən əşyalarını satıb həmin pulların bir hissəsini ona göndərmiş, o da həmin pullarla və özü ilə apardığı əlavə pullarla müəyyən işlər həyata keçirməyə başlamışdır. Ümumilikdə isə həmin şərikli biznesə şəxsən o, özü 80000 (səksən min) manat məbləğində pul xərcləmişdir. Onu da qeyd edir ki, X4 şəhərində şərikli restoranı açdıqdan sonra X26 ikinci dəfə ora gəlmiş, 15 gün müddətində orda qalmış, işlərə nəzarət etmişdir. Həmin vaxt isə o, Bakı şəhərində imiş. Sonra o Bakıya gəlmiş, bir gün sonra o, Rusiyaya qayıtmışdır. Elə həmin vaxtlar o, X18 işlərin yaxşı olmadığını belə bildirmiş, restoranı bağlamağı təklif etmişdir. X3 razı olmamışdır ki, bağlamayaq yaxşı olacaqdır. Lakin buna baxmayaraq bir müddət də işləmişlər, restoranın fəaliyyəti özü-öz xərclərini ödəmirmiş. Bu səbəbdən iflas etmişlər, heç bir qazanc əldə edə bilməmişlər. Belə olan halda onun X18 və onun qohumu İddiaçı1 necə borcu yarana bilərmiş? - sual özü cavabın bəlli edir. Onda o prizmayla yanaşırıqsa onda onun da çəkdiyi xərcləri, yəni 80000 (səksən min) manat məbləğində pul vəsaiti X8 tutularaq ona ödənilməlidir. Qeyd edir ki, biznes ortaqlığına başlamaqları üçün pulun əsas hissəsini o ödəmiş, X26 isə cuzi məbləğ xərcləmişdir. Nəzərə onu da çatdırır ki, X26 özü polis əməkdaşıdır, polis əməkdaşı olan şəxs birinci növbədə sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzmiş, amma bunu etmişdir. Digər tərəfdən isə qanunun yol vermədiyi halda onun barəsində etdiyi şikayəti öz işlədiyi rayonun polis idarəsinə edib ona təzyiqlər etmək istəmişdir. Beləliklə də, X11 özü saxta biznesə onu istiqamətləndirdiyi üçün ona 80000 (səksən min) manat məbləğində pul ziyan vurulmuşdur. Həmçinin, onun barəsində əsassız etdiyi şikayətlər nəticəsində də ona 20000 (iyirmi min) manat məbləğində mənəvi ziyan vurmuşdur. Hansı ki, polis əməkdaşına yaraşmayan hərəkətlər edir. Beləliklə də cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 80000 (səksən min) manat məbləğində maddi zərər dəymiş və 20000 (iyirmi min) manat məbləğində mənəvi zərər olmaqla, cəmi 100000 (bir yüz min) manat məbləğində zərər dəymişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, e-2(007)- 988/2021 nömrəli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 73200 manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul tutularaq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 və ilkin iddia üzrə İddiaçı1 ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 qarşı “qarşılıqlı iddia üzrə cavabdeh X8 iddiaçı Cavabdeh2 xeyrinə 80000,00 (səksən min) manat məbləğində dəymiş maddi zərərin və 20000 (iyirmi min) manat məbləğində mənəvi zərər olmaqla, cəmi 100000,00 (bir yüz min) manat məbləğində pulun tutulması, ilkin iddia üzrə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi” hissəsində rədd edilməsi qət olunmuşdur. Qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-988/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinin tam ləğv edilməsini, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 73.200 manat məbləğındə pul və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul tutularaq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X18 və ilkin iddia üzrə İddiaçı1 ödənilməsi hissəsində iddia tələbinin təmin edilməməsini, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X18 qarşı “qarşılıqlı iddia üzrə cavabdeh X8 iddiaçı Cavabdeh2 xeyrinə 80 000 manat məbləğində dəymiş maddi zərərin və 20 000 manat məbləğində mənəvi zərər olmaqla, cəmi 100 000 manat məbləğində pulun tutulması, ilkin iddia üzrə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi” hissəsində rədd edilməsi hissəsində iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, Cavabdeh2 İddiaçı1 70 000 manat pul borc istəməsi, bu məqsədlə sonuncunun hansı ünvandakı mənzilin, hansı qiymətə və kimə satması kimi faktiki halları aydınlaşdırmamışdır. İddiaçı X11 Cavabdeh2 verdiyini iddia etdiyi pulun dəqiq məbləği, mənbəyi, həmin məbləğin hansı hissəsinin Emilə, hansı hissəsinin Ceyhuna aid olması kimi faktiki halları aydınlaşdırmamışdır. İş materialları ilə X33 Xəlilova məxsus avtomaşını, sexi, sexdəki malları satması barədə mötəbər subutlar olmasına baxmayaraq məhkəmə bu faktiki halları da aydınlaşdırmamışdır. İş materiallarına əlavə edilmiş iddiaçıların təqdim etdiyi və işin hallarının obyektiv həlli üçün sübutu əhəmiyyətli olan məlumatları özündə əks etdirən pul köçürmə sənədləri üzrə araşdırma aparılmamış və bu sənədlərə hüquqi qiymət verilməmiş, pulların mənbəyi, bununla bağlı digər hallar aydınlaşdırmamışdır. Cavabdeh2 iddiaçılar X26 və İddiaçı1 biznes qurmaq üçün 73.200 manat pul borcalması, Ceyhunun şərikli biznes qurmaq barədə Gülşən Həsənovla hər hansıbir danışıq aparıb razılığa gəlmələri halları sübut edilməmişdir. İddiaçı1 mənzilini 57000 manata satıb pulu Cavabdeh2 verməsi, Emil Əmrahovun özünə məxsus qızıl-zinət əşyalarını lombarda qoyub pul götürüb Ceyhuna verməsi halları sübut edilməmişdir. Cavabdeh2 göndərilmiş pulların bütün məbləğinin iddiaçılar X26 və İddiaçı1 məxsus olması sübut edilməmişdir. İddiaçı X26 tərəfindən Cavabdeh2 məxsus sexin işlədilməməsi, sexdəki avtomaşının, avadanlıqların, malların və sexin satılmaması, Emilin Moskvaya kafenin fəaliyyəti ilə bağlı yox, istirahətə getməsi halları sübut edilməmişdir. Cavabdeh2 iddiaçı Emil Əmrahovla şərikli biznes fəaliyyəti ilə bağlı sonuncuya zərər vurması, qazanc əldə etməsi, əsassız varlanması kimi hallar sübut olunmamışdır. Məhkəmə Cavabdeh2 iddiaçılar X26 və İddiaçı1 2018-ci ilin yayında Ceyhunun şərikli biznes qurmaq barədə onlarla danışıq aparıb razılığa gəldıkləri, sonuncuların Ceyhuna biznes qurmaq üçün 73.200 manat pul borc verdikləri, Ceyhunu öhdəliyi icra etməyib, onları aldadıb pulu ələ keçirməklə onlara maddi zərər vurduğu, onların pulları hesabına Ceyhunun əsassız varlandığı, Emilin isə Ceyhuna maddi və mənəvi zərər vurmadığı kimi səhv nəticəyə gəlmişdir. İddiaçı X26 tərəfindən Cavabdeh2 Moskva şəhərində olduğu müddətdə sonuncuya məxsus sexin işlədilməsi, sexdəki avtomaşının, avadanlıqların, malların və sexin satılması ilə bağlı bəzi şahidlərin olduğu yer müəyyən edilmədiyindən birinci instansiya məhkəməsinə gəlib iş üzrə ifadə vermələri üzürlü səbəbdən mümkün olmamışdır. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, onun vəkili və nümayəndəsi Vəkil3 qarşılıqlı iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 73.200 manat məbləğındə pul və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul tutularaq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X18 və ilkin iddia üzrə İddiaçı1 ödənilməsi hissəsində iddia tələbinin təmin edilməməsini, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X18 qarşı “qarşılıqlı iddia üzrə cavabdeh X8 iddiaçı Cavabdeh2 xeyrinə 80 000 manat məbləğində dəymiş maddi zərərin və 20 000 manat məbləğində mənəvi zərər olmaqla, cəmi 100 000 manat məbləğində pulun tutulması, ilkin iddia üzrə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi” hissəsində rədd edilməsi hissəsində iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Həmçinin, “Ford Tranzit” yük avtomobilinin Cavabdeh2 məxsus olması və bu avtomobilin X26 tərəfindən satılması ilə bağlı sənədlərin və digər sənədlərin, həmçinin X6 və X2 ərizələrinin sübut kimi qəbul olunması barədə vəsatətini müdafiə etmişlər. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 və ilk iddia üzrə İddiaçı1 nümayəndəsi və vəkili X30 ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.Həmçinin, vəsatət apellyasiya mərhələsində verildiyindən, həmçinin “Ford” avtomobilinin alqı-satqı deyil, etibarnamə əsasında idarəetmə barədə sənədləri, həm də kserosurət təqdim edildiyindən vəsatətin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya mərhələsində verildiyindən və Məhkəmə Kollegiyası təqdim olunan həmin sənədləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 380.1-ci maddəsinə əsasən onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab etmədiyindən (Belə ki, Cavabdeh2 birinci instansiya məhkəməsində məhkəmə iclaslarında iştirak etmiş, vəsatəti məhkəməyə təqdim etmək imkanı olmuş, peşəkar hüquqi yardım alaraq vəkillə təmsil olunmuş, odur ki, sübutları birinci instansiya məhkəməsinə təqdim etmək imkanından məhrum olmamışdır, beləliklə, sənədlərin birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğu əsaslandırılmamışdır) araşdırmaqdan imtina etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 380.1-ci maddəsinə əsasən tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. 380.2.-ci maddəsinə əsasən tərəflər əlavə şahidlərin çağırılması və dindirilməsi, birinci instansiya məhkəməsinin araşdırmadan imtina etdiyi digər sübutların tələb edilməsi haqqında vəsatətlər verə bilərlər. İş üzrə digər tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir.Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini, tərəflərin izahatını araşdıraraq hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Kollegiya apellyasiyanın hədləri ilə bağlı qeyd edir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini tam olaraq mübahisələndirir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, Cavabdeh2 İddiaçı1 70 000 manat pul borc istəməsi, bu məqsədlə sonuncunun hansı ünvandakı mənzilin, hansı qiymətə və kimə satması kimi faktiki halları aydınlaşdırmamışdır. Şikayətin digər dəlili isə ondan ibarəddir ki, iddiaçı X11 Cavabdeh2 verdiyini iddia etdiyi pulun dəqiq məbləği, mənbəyi, həmin məbləğin hansı hissəsinin Emilə, hansı hissəsinin Ceyhuna aid olması kimi faktiki halları aydınlaşdırmamışdır. Bununla bağlı Kollegiya qeyd edir ki, ilk iddia üzrə iddiaçıların iddia tələbləri işin digər halları ilə yanaşı Cavabdeh2 Polis İdarələrində verdiyi özünün izahatları ilə təsdiqini tapmışdır. Həmçinin, Cavabdeh2 Emilin Yasamal rayon Polis İdarəsində işləməsi səbəbindən ondan məcburi izahat alındığını bildirsə də, Yasamal RPİ-nin İstintaq Şöbəsinin 25 yanvar 2020ci il tarixli qərarından sonralar heç bir yuxarı orqana şikayət vermədiyini bildirmişdir.Kollegiya onu da qeyd edir ki, Cavabdeh2 eyni xüsusatlarla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində də oxşar məzmunlu izahat vermişdir.Odur ki, Cavabdeh2 bu dəlili əsaslı qəbul edilməmişdir. Belə ki, iş materiallarında olan Yasamal RPİ-nin İstintaq Şöbəsinin 25 yanvar 2020-ci il tarixli qərarından görünür ki, İddiaçı1 şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan İddiaçı1 Yasamal RPİ-nin İstintaq Şöbəsində vermiş olduğu izahatından görünür ki, (i/v-2-3, İ cild) 2018-ci ilin yay aylarında tanıdığı, ailəvi dostluq münasibətləri olan Cavabdeh2 onların evində olarkən iş qurmaq üçün RF-na gedib Moskva şəhərində restoran fəaliyyəti ilə məşğul olacağını bildirmiş, ona 70000 manat pul verəcəyi halda ortaq olacaqlarını, yaxşı qazanc əldə edəcəklərini deyərək onu və kürəkənini inandırmışdır. Onun təklifi ilə razılaşmışlar. 2018-ci ilin sentyabr ayında Ceyhun Moskva şəhərinə yola düşmiiş, ilkin olaraq 2000 manat istəmiş, yeznəsi İddiaçı2 vasitəsilə həmin məbləği almışdır. Bundan sonra onlar dəfələrlə müxəlif banklar vasitəsilə pullar göndərmişlər. Ceyhunla razılaşdıqları üçün evini 57000 manata satmış, kürəkənin və onun dostlarının vasitəsi ilə hissə-hissə Ceyhuna pul göndərmişlər. Lakin Ceyhun qazanc verəcəyi barədə vədinə əməl etmədiyindən Emili Moskva şəhərinə göndərmişdir. Emil qayıdıb Ceyhunun danışıqlarının yalan olduğunu, onlara votsapla göstərdiyi restoranın şəkillərinin isə qeyri-rəsmi münasibətdə olduğu Dinara Sadıqovaya məxsus olduğunu bildirmişdir. O, aldandığını başa düşmüşdür. Ceyhunla əlaqə saxlamaq istəsə də, buna nail ola bilməmişdir, 2019-cu ilin yanvar ayında Ceyhunla danışmışdır. Dinaranın həmin restoranı işlədə bilmədiyindən icarəyə götürəcəyini deyib 6000 manat pul lazım olduğunu bildirmiş, borc edərək 6000 manat pulu Ceyhuna göndərmişdir. Bu dəfə də Ceyhun tərəfindən aldadıldığını başa düşmüşdür. İş materiallarında olan Azərbaycan Resöublikası Daxili İşlər Nazirliyi Baş X40 İdarəsinin xx.xx.2020-ci il tarixli 016-120791-1220 saylı məlumatından görünür ki, DİN-in Baş X40 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh1 adında xx.xx.2019-cu il tarixdən “RENAULT MEGANE” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı və xx.xx.2019-cu il tarixdən “RENAULT MEGANE” markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobillər qeydiyyatdadır. Həmçinin bildirirlər ki, xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh2 adına nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. İş materiallarında olan Cavabdeh2 Yasamal RPİ-nin İstintaq Şöbəsində vermiş olduğu izahatından görünür ki, (i/v-2-3, İ cild) o, 2017-ci il və 2018-ci ilin ortalarına qədər olan müddət ərzində Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsində plastmas çeşidləmə sexi işlədərkən həmin ərəfədə İddiaçı2 adlı şəxslə tanış olmuşdur. Həmin şəxs ona öz deməsinə görə Bakı şəhəri Yasamal RPİ-də polis nəfəri vəzifəsində işləyirmiş. Həmin ərəfədə Emil onunla səmimi dostluq münasibətləri yaratmış və onlar birlikdə iş görmək barədə razılaşmışlar. Razılıqlarına əsasən o və Emil qərara gəlmişlər ki, Rusiya Federasiyasının Moskva şəhərində kafe açaraq işlədib pul qazansınlar. Belə ki, o, əvvəllər Moskva şəhərində işlədiyi üçün bu işə razılıq vermişdir. Lakin Emillə onun razılığına əsasən qərara gəlmişlər ki, Bakı şəhərində yerləşən onun işlətdiyi sexi də Emil işlədəcəkdir. Həmçinin bildirir ki, o və Emil Bakı şəhərində fəaliyyət göstərən sex üçün şərikli bir ədəd yük daşımaq üçün “FORD” avtomobili almışlar. Həmin ford avtomobilini 20000 manata almışlar və həmin pulun 7000 manatı ona, 13000 manatı isə Emilə məxsus olmuşdur. Həmin avtomobili onlar birlikdə sexdə şərik işlədirmişlər. Həmin avtomobilə görə o, vaxtaşırı 100-300 manat arası Emilə pul vermişdir. O, Moskva şəhərində birgə kafe açmaq üçün 2018-ci ilin avqust ayında Emillə birlikdə Rusiya Federasiyasına yola düşmüşlər. Həmin vaxt onlar birlikdə Moskva şəhəri Lüberç rayonunda kafe icarəyə götürmüşlər. Emil 5 gün sonra geri Bakı şəhərinə qayıtmışdır. O isə Moskva şəhərində qalmışdır. Bundan sonra Emil ona bank vasitəsi ilə hissə-hissə olmaqla özünün və digər şəxslərin adından pul göndərməyə başlamışdır. O isə həmin pulların müqabilində kafeyə müxtəlif avadanlıqlar alıb, reklam işləri və icarə haqqını ödəmişdir. Təxminən 1 aydan artıq bir müddətdə kafe işləsə də, hər-hansı bir gəlir gətirmədiyinə görə o, məcbur olub həmin kafeni Emilə məlumat verməklə bağlamışdır və sonra Naqenski rayonundan digər bir kafe icarəyə götürmüşdür. Emil isə 2019-cu ilin yanvar ayında Moskva şəhərinə gələrək kafe ilə tanış olmuşdur. Emil kafeyə xərclənən pullarla tanış olmuşdur. Bildirir ki, Emil ona Moskva şəhərinə təxminən 65000 manat civarında pulu bank vasitəsi ilə göndərmişdir. Belə ki, həmin pulun təxminən 25000 manat hissəsi ona məxsus olmuşdur. Emil ilə birgə aldıqları “FORD” avtomobilini də Emil satıb pulunu ona göndərmişdir. Həmçinin, Emil sexdə olan bəzi avadanlıqları satıb ona pulunu göndərmişdir, icarəyə götürdükləri digər kafedə də gəlir əldə edilmədiyindən və kafe zərərlə işlədiyindən, icarə haqqın çox olduğundan və kafe ilə bağlı sair xərclər artdığından o, Emilin onun üçün göndərdiyi pulları özünün pulu ilə birlikdə xərcləyib qurtarmışdır. O, bu barədə 2019-cu ilin may ayında Emilə məlumat verərək kafeni bağlayıb təhvil vermişdir. Həmçinin ona məlum olmuşdur ki, Emil ona məxsus olan Bakı şəhərində yerləşən sexi də işlədə bilmədiyi üçün həmin sexdə bağlanmışdır. Əlavə olaraq qeyd etmək istəyir ki, Emil onun üçün göndərdiyi bütün pulları onun məlumatı olmaqla kafeyə və bununla əlaqədar sair işlərə xərcləmişdir. İş materiallarında olan Cavabdeh2 Xətai RPİ-nin İstintaq Şöbəsində vermiş olduğu izahatından görünür ki, (i/v-28-31, İ cild) o, 2017-ci ilin iyun ayından X27 ilə tanış olmuşdur.Qeyd edir ki, Emillə münasibətləri yaxşı imiş və onlar hətta ailəvi olaraq biribirilərinin mənzilinə qonaq gedibgəlirmişlər. 2018-ci ilin sentyabr ayında Emil Əmrahov ona müraciət edərək pul qazanmaq üçün birlikdə iş qurmağı təklif etmişdir.O, Rusiya Federasiyasının Moskva şəhərinin Lyubersk rayonunda icarəyə götürmək üçün münasib obyekt tapmış və bu barədə Emilə məlumat vermişdir. Emillə obyekti icrəyə götürmək barədə razılıq aldıqdan sonra həmin obyekti tanışı Dinaranın adına icrə müqaviləsi əsasında götürərək fəaliyyətə başlamışdır. İcarəyə obyekti götürən zaman heç bir əşya olmadığından onlar Emillə razılaşmışlar ki, obyektə əşya alsımlar və təmir etdirsinlər. Həmin obyektin təmirinə və əşyaların alınmasına xərclər getməyə başlamışdır. Emil Bakı şəhərindən 1000 ABŞ dolları məbləği olmaqla müxtəlif vaxtlarda ümumilikdə manat məzənnəsi ili 73200 manat məbləğində pullar göndərmişdir. Onlar Moskva şəhərinin Lyubertsi rayonunda kafe 2 ay fəaliyyət göstərərək gəlir əldə edə gətirmədiyi üçün Emillə razılaşıb kafeni bağlamaq qərarına gəlmişlər. Bundan sonra Emillə razılaşdırılmış qaydada Moskva şəhərinin Naqinski rayonunda başqa bir kafe açmaq qərarına gəlmişlər və həmin kafenində fəaliyyətinə pullar xərcləmişlər. Emil dəfələrlə Moskva şəhərinə gələrək həmin kafelərin fəaliyyət göstərdiyinin şahidi olmuşdur. Emilin bir ay müddətində orada qalaraq kafeni özü də işlətmişdir. Lakin hər iki biznes uğursuzluğa düçar olmuşdur. Qeyd edir ki, Emilin ona Moskva şəhərinə göndərdiyi 73200 manat pulun təxminən 45000 manat məbləği Emilə məxsus olmuş, digər 28000 manat məbləğində pulu isə ona məxsus olmuşdur ki, Emil sadəcə həmin məbləğləri bank vasitəsi ilə ona göndərmişdir. Bundan başqa göstərilən bizneslərə o, əlavə olaraq qardaşından borc 18480 manat və əmisi oğlundan 15800 manat borc alaraq yatırmışdır və əlavə xərcləri yaranmışdır. İş materiallarında olan məhkəməyə Cavabdeh2 hesabına edilmiş ödənişlərlə bağlı qəbzlər təqdim edilmişdir. Apellyasiya şikayətində həmçinin bildirilir ki, iş materialları ilə X33 Xəlilova məxsus avtomaşını, sexi, sexdəki malları satması barədə mötəbər subutlar olmasına baxmayaraq məhkəmə bu faktiki halları da aydınlaşdırmamışdır. Bununla bağlı Kollegiya qeyd edir ki, Cavabdeh2 ilə İddiaçı2 şərikli biznes qurmaları və Cavabdeh2 sexdə olan avadanlıqlarının məhz İddiaçı2 tərəfindən satılması halı müəyyən edilməmişdir. Digər mübahisə doğuran məqam isə o olmuşdur ki, ilkin iddia üzrə Cavabdeh2 qeyd edir ki, ona 73200 manat məbləğində pul göndərilsə də, həmin pulun hamısı İddiaçı2 məxsus olmamış, həmin pulun bir hissəsi ona məxsus pul olmuşdur. Belə ki, onlar İddiaçı2 ilə birlikdə aldıqları “Ford” markalı maşını satmışlar, həmçinin İddiaçı2 sexdə olan bəzi avadanlıqları sataraq ona pul göndərmişdir. Halbuki, birinci intansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, ilkin iddiaçı üzrə Cavabdeh2 adına “Ford” markalı maşın mövcud deyil. İlkin iddiaçı üzrə Cavabdeh2 maşını İddiaçı2 adına aldıqlarını bildirsə də, izahatında qeyd etdiyi kimi maşının alınması üçün ödənilmiş 20000 manat məbləğində pulun 7000 manatının onun tərəfindən verilməsi halı öz təsdiqini tapmamışdır. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil3 “Ford Tranzit” yük avtomobilinin Cavabdeh2 məxsus olması və bu avtomobilin X26 tərəfindən satılması ilə bağlı sənədlərin və digər sənədlərin, həmçinin X6 və X2 ərizələrinin sübut kimi qəbul olunması barədə vəsatətini təqdim etmişlər. Məhkəmə kollegiyasının iclasında ilk iddiaçıların nümayəndəsi və vəkili X30 vəsatət apellyasiya mərhələsində verildiyindən, həmçinin “Ford” avtomobilinin alqı-satqı deyil, etibarnamə əsasında idarəetmə barədə sənədləri, həm də kserosurət təqdim edildiyindən vəsatətin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya mərhələsində verildiyindən və Məhkəmə Kollegiyası təqdim olunan həmin sənədləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 380.1-ci maddəsinə əsasən onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab etmədiyindən (Belə ki, Cavabdeh2 birinci instansiya məhkəməsində məhkəmə iclaslarında iştirak etmiş, vəsatəti məhkəməyə təqdim etmək imkanı olmuş, peşəkar hüquqi yardım alaraq vəkillə təmsil olunmuş, odur ki, sübutları birinci instansiya məhkəməsinə təqdim etmək imkanından məhrum olmamışdır, beləliklə, sənədlərin birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğu əsaslandırılmamışdır) araşdırmaqdan imtina etmişdir.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 380.1-ci, 380.2.-ci maddələrinə əsasən). Həmçinin sexdə olan avadanlıqların İddiaçı2 tərəfindən satıldığı iddia edilsə də, İddiaçı2 sexdəki işlərə qarışmadığını bildirmiş və sexdəki avadanlıqların onun tərəfindən satılması halını inkar etmişdir. Belə ki, məhkəmə tərəfindən sexdə olan əşyaların İddiaçı2 tərəfindən satılması halı müəyyən olunmamışdır. İlkin iddia üzrə iddiaçı sexdəki əşyalardan drabelkanın qiymətinin 7000 manat olmasını bildirsə də, bunu təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, birinci intansiya məhkəməsinin iclasında şahid kimi ifadə vermiş Şahid1 göstərmişdir ki, drabelka əldə düzəltmə olduğu üçün dəyəri 3000 manat olarmış. Belə olan halda mübahisəli məqamlar yaranmış və Cavabdeh2 dəlillərini təsdiq edəcək mötəbər sübutlar müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci intansiya məhkəməsinin araşdırması zamanı İddiaçı2 ilə Cavabdeh2 biznes qurmaq məqsədi ilə şərikli fəaliyyətlə məşğul olmaları halı, İddiaçı2 tərəfindən Cavabdeh2 göndərilmiş pulun bir hissəsinin Cavabdeh2 məxsus olması halı öz təsdiqi tapmamışdır. Ümumiyyətlə tərəflərin şərikli fəaliyyətlə məşğul olması halını müəyyən edilməmişdir. Belə ki, tərəflər arasında göndərilmiş pullar bir istiqamətli olmuş, yəni Cavabdeh2 göndərilmişdir. İddiaçı2 şərikli biznes qurmaq niyyətinin olması müəyyən edilməmiş və onun Cavabdeh2 Rusiya Federasiyasında göstəridiyi fəaliyyətdən hər hansı bir qazanc əldə etməsi halı görünməmişdir. Apellyasiya şikayətinin iş materiallarına əlavə edilmiş iddiaçıların təqdim etdiyi və işin hallarının obyektiv həlli üçün sübutu əhəmiyyətli olan məlumatları özündə əks etdirən pul köçürmə sənədləri üzrə araşdırma aparılmaması və bu sənədlərə hüquqi qiymət verilməməsi, pulların mənbəyi, bununla bağlı digər hallar aydınlaşdırmaması dəlili ilə bağlı Kollegiya qeyd edir ki, yuxarıda qeyd olunan polis idarələrində verdiyi izahatlarda Cavabdeh2 65.000,0 manatın bank köçürməsi vasitəsilə Emil tərəfindən ona göndərildiyini bildirmişdir. Daha sonra apellyasiya şikayətində qeyd edilmişdir ki, Emilin Moskvaya kafenin fəaliyyəti ilə bağlı yox, istirahətə getməsi halları sübut edilməmişdir.Cavabdeh2 iddiaçı Emil Əmrahovla şərikli biznes fəaliyyəti ilə bağlı sonuncuya zərər vurması, qazanc əldə etməsi, əsassız varlanması kimi hallar sübut olunmamışdır. Göstərilənlərlə bağlı Kollegiya qeyd edir ki, işin yuxarıda sadalanan materialları ilə birinci instansiya məhkəməsinin iclasında müəyyən olunmuşdur ki, ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 və İddiaçı1 Fərruz qızı tərəfindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 müxətlif vaxtlarda 73200 manat məbləğində pul biznes qurmaq məqsədi ilə verilmişdir. Hazırda ilkin iddia üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 Fərruz oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 73200 manat pul məbləğinin və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul məbləğinin alınaraq iddiaçılar X18 və İddiaçı1 qaytarılmasını xahiş etmiş, Cavabdeh2 isə qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək qarşılıqlı iddia üzrə cavabdeh X8 iddiaçı Cavabdeh2 xeyrinə 80000 (səksən min) manat məbləğində dəymiş maddi zərərin və 20000 (iyirmi min) manat məbləğində mənəvi zərər olmaqla, cəmi 100000 (bir yüz min) manat məbləğində pulun tutulmasını, ilkin iddia üzrə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ilkin iddia ərizəsinə münasibətdə qeyd edir ki, İddiaçı2 iddiasında göstərmişdir ki, o, öz vəsaiti və qayınanası İddiaçı1 Fərruz oğlunun vəsaiti hesabına ilkin iddia üzrə Cavabdeh2 Rusiya Federasiyasında biznes qurmaq məqsədi ilə ümumilikdə 73200 manat məbləğində pul göndərmişdir. Hazırda Cavabdeh2 ona ümumilikdə 73200 manat məbləğində pulun göndərilməsini qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında Cavabdeh2 göndərilmiş pulun miqdarı ilə bağlı mübahisə mövcud deyil. İddiaçı2 Cavabdeh2 pul göndəriməsinin səbəbinini Cavabdeh2 Rusiya Federasiyasında biznes qurmaq məqsədi ilə pul istəməsi olduğunu qeyd etmiş, Cavabdeh2 isə bunu qəbul etməyək bildirmişdir ki, onlar şərikli olaraq Rusiya Federasiyasının Lubersk şəhərində cafe açmış, sonra isə oranı bağlayaraq Naqinski rayonunda başqa bir kafe açmışlar. Birinci intansiya məhkəməsində tərəflər arasında şərikli fəaliyyətin qurulması ilə bağlı sübutların məhkəməyə təqdim edilməsi Cavabdeh2 təklif edilsə də, Cavabdeh2 tərəfindən bu faktı təsdiq edəcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Nəticədə, İddiaçı2 ilə Cavabdeh2 biznes qurmaq məqsədi ilə şərikli fəaliyyətlə məşğul olmaları halı birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ilkin iddia üzrə Cavabdeh2 izahat verən zaman bildirmişdir ki, onunla İddiaçı2 birlikdə şərikli biznes qurmağa dair razılıq əldə etdikləri üçün birlikdə Moskva şəhərinə getmiş və obyekti açacaqları yeri seçmişlər, lakin daha sonra İddiaçı2 işlərinə görə Azərbaycana qayıtmalı olmuşdur. Ümumiyyətlə Rusiya Federasiyasında restoranla bağlı işləri o həll edir, İddiaçı2 isə lazım olan pulu göndərirmiş. O, özü Azərbaycana qayıdarkən Əmirahov X20 gələrək təxminən bir ay müddətində restoranın işinə nəzarət etmişdir. İddiaçı2 isə qeyd etmişdir ki, Rusiyaya ilk gedişinin səbəbi istirahət etmək olmuş və səfəri qısa müddətili olmuşdur. O, 5 günə biznes qurulmadığını vurğulamışdır. İkinci gedişi zamanı isə restorana nəzarət etməmiş, bir aya yaxın Rusiyada qalmışdır. Hər iki gedişi istirahət məqsədi olmuşdur. Bununla bağlı Məhkəmə Kollegiyası qeyd edir ki, Elektron məhkəmə informasiya sistemində Sərhədkeçmə məlumatları səhifəsindən əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı2 Rusiya Federasiyasına ikinci gedişi xx.xx.2019-cu il tarixdə olmuş, xx.xx.2019cu il tarixdə isə ölkəyə qayıtmışdır. Cavabdeh2 isə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasına daxil olmuş, xx.xx.2019-cu il tarixdə isə Rusiya Federasiyasına qayıtmışdır. Birinci intansiya məhkəməsində araşdırma tələb edən digər bir məqam da o olmuşdur ki, Cavabdeh2 İddiaçı2 bir ay ərzində restorana nəzarət etdiyini bildirsə də, İddiaçı2 xx.xx.2019-cu il tarixdə Rusiya Federasiyasına gedən zaman Xəlilov X14 olmuş və ölkəni xx.xx.2019-cu il tarixdə tərk etmişdir. Halbuki, iki həftə ərzində ikisi də Rusiya Federasiyasında olmuşdur. Bu vaxt ərzində Cavabdeh2 ölkədə olması nəzərə alınarsa restorana İddiaçı2 nəzarət etməsi müəyyən olunmur. Həmçinin Cavabdeh2 xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasına gəldikdən 10 gün sonra, yəni xx.xx.2019-cu il tarixdə İddiaçı2 da ölkəyə qayıtmışdır. Cavabdeh2 onu da qeyd etmişdir ki, o və İddiaçı2 Azərbaycanda olarkən restorana Elmar adlı işçi nəzarət etmişdir. Nəticədə, məhkəmə tərəfindən Cavabdeh2 Rusiya Federasiyasında yerləşən restoranda yoxluğu zamanı işə İddiaçı2 nəzarət etməsi halı da öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci intansiya məhkəməsinin iclasında şahid kimi dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, tərəflər şərikli olaraq Rusiya Federasiyasında biznes qurmuşlar. Belə ki, o əvvəl Cavabdeh2 məxsus sexdə işləmiş, daha sonra isə Rusiya Federasiyasında açılan ikinci restoranda dönərçi işləmiş, həm də işə nəzarət etmişdir. O, 2018-ci ilin dekabr ayında Rusiya Federasiyasına getmişdir. Cavabdeh2 ilə İddiaçı2 şərikli fəaliyyət göstərmiş və İddiaçı2 Cavabdeh2 məxsus olan maşınları, sexdə olan avadanlıqları və tonlarla malı satmışdır. Qeyd edilənlərə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, Şahid3 uzun illər Cavabdeh2 ilə birlikdə işləməsi, onlar arasında işçi və işəgötürənlə bağlı münasibətlərin mövcud olması hazırda Şahid3 mübahisəli məqamlarla bağlı verdiyi ifadəsində şübhələr doğurur. Belə ki, Şahid3 sexdə olan əşyaların, maşınların və s. İddiaçı2 tərəfindən satıldığını vurğulasa da, o, 2018-ci ilin dekabr ayından ölkəni tərk etmiş, nəticədə, həmin vaxt sexdə işləmədiyi üçün baş verənləri birbaşa görməmişdir. Məhkəmə kollegiyası şahid X1 vermiş olduğu ifadəyə də yuxarıda göstərilən mövqedən yanaşır. Belə ki, X5 daha əvvəl Rusiyada Cavabdeh2 ilə, həmçinin Cavabdeh1 ilə işləmiş, respublikaya qayıtdıqdan sonra da Cavabdeh2 sexində sürücü kimi işləmişdir. Yəni onlar arasında tabelik münasibətləri olmuşdur. Digər şahid X24 ifadə verərək göstərmişdir ki, o sexdə mühafizəçi vəzifəsində işləmiş, Emillə Ceyhunun birlikdə işlədiyini görməmiş, gecə növbəsində işlədiyi üçün sacədə məlumatı olmuşdur. Sexdə satılma işləri olarkən orada işləməmişdir. Nəticədə, X9 vermiş olduğu ifadələrlə Cavabdeh2 ilə İddiaçı2 şərikli biznes qurmaları və Cavabdeh2 sexdə olan avadanlıqlarının məhz İddiaçı2 tərəfindən satılması halı müəyyən edilməmişdir. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bir-birilərini tanımaları, İddiaçı2 Moskvaya gedərkən Cavabdeh2 ilə görüşməsi və onun restoranında olması onların şərikli biznes qurmasını sübut etmir. Bundan başqa, Cavabdeh2 qeyd etmişdir ki, o, biznes qurmaq üçün restoran axtararkən restoranın şəkillərini İddiaçı2 göndərmiş, o bəyəndikdən sonra restoranı seçmişlər. Lakin o, bu halı təsdiq edən də hər hansı sübutu (telefon danışıqların, yazışmaları, şəkilləri və s.) məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçıların hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçıların tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. MPM-in: 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Bieinci instansiya məhkəməsinin araşdırması zamanı ilkin iddia üzrə Cavabdeh2 ilkin iddia ilə bağlı istinad etdiyi halları sübut edə bilməmiş, buna dair sübutları məhkəməyə təqdim etməmiş və göstərilən faktlar öz təsdiqini tapmamışdır. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ilkin iddia üzrə iddiaçılar tərəfindən Cavabdeh2 biznes qurmaq məqsədi ilə 73200 manat məbləğində pul verilmiş, lakin hazırda vaxtadək həmin pul onlara qaytarılmamışdır. Hazırda ilkin iddia üzrə iddiaçılar haqlı olaraq pulun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Bu baxımdan, hazırkı iş üzrə araşdırma predmetini ilkin iddia üzrə cavabdehlərin ilkin iddia üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 qarşısında əsassız varlanma qaydasında öhdəlik daşıyıb-daşımaması halının müəyyən olunması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Göründüyü kimi, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün iş üzrə aşağıdakı şərtlər müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi, həmin əmlakı mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxsin əmlakı hesabına əldə edilməsi və bu əldəetmə üçün heç bir hüquqi əsas olmaması. Həmin şərtlərdən hər hansı biri təsbit olunmazsa əsassız varlanma üzrə tələb təmin edilə bilməz. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı2 və İddiaçı1 vəsaiti hesabına formalaşdırılan 73200 manat məbləğində pul Cavabdeh2 göndərilmiş, Cavabdeh2 isə həmin pulu birtərəfli qaydada mənimsəyərək qaytarmamışdır. Bununla belə, məhkəmə kollegiyası aparılmış araşdırmanın nəticələrini, habelə sərbəst daxili inamını rəhbər tutub, belə qənaətə gəlir ki, ilkin iddia üzrə Cavabdeh2 hər hansı hüquqi əsas olmadan İddiaçı2 və İddiaçı1 məxsus pulu almış və bu səbəbdən bu hal onun tərəfindən hər hansı hüquqi əsas olmadan İddiaçı2 və İddiaçı1 hesabına əmlak əldə etmə və bununla da onun əsassız varlanması kimi qiymətləndirilməlidir. Belə olan halda, Cavabdeh2 hər hansı hüquqi əsas olmadan əldə etdiyindən İddiaçı2 və İddiaçı1 məxsus olan pulu onlara qaytarmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia tələbi Cavabdeh2 73200 manat məbləğində pulun tutulması hissəsində təmin edilməlidir. Məhkəmə kollegiyası ilkin iddianın Cavabdeh1 aid hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında yaranmış mübahisəli məqamlarla bağlı Cavabdeh1 iştirakı müəyyən edilməmiş, ilkin iddia üzrə iddiaçınınların Cavabdeh1 yönələn konkret tələbləri olmamış və onlar tərəfindən Cavabdeh1 pul verilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməməlidir. Məhkəmə kolegiyası qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, Cavabdeh2 oğlu X18 qarşı iddia qaldıraraq şərikli biznesə şəxsən xərclədiyi 80000 manat və mənəvi zərərə görə 20000 manat məbləğində pulun ödənilməsini xahiş etmişdir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia tələbində qeyd etmişdir ki, o, şərikli fəaliyyətə 80000 manat məbləğində pul xərcləmiş, restoranlara xərcləmiş pulların əksər hissəsini də o ödəmiş, X26 isə cüzi məbləğ xərcləmişdir. İş materiallarında olan Cavabdeh2 Xətai RPİnin istintaq şöbəsində vermiş olduğu izahatından görünür ki, o, qeyd edir ki, obyektlərə xərclənmiş 73200 manat məbləğində pulun təxminən 45000 manat məbləği Emilə məxsus olmuş, digər 28000 manat məbləğində pulu isə ona məxsus olmuşdur ki, Emil sadəcə həmin məbləğləri bank vasitəsi ilə ona göndərmişdir. Bundan başqa, Xəlilov X21 RPİ-nin istintaq şöbəsində vermiş olduğu izahatında göstərmişdir ki, Emil ona Moskva şəhərinə təxminən 65000 manat civarında pulu bank vasitəsi ilə göndərmişdir. Belə ki, həmin pulun təxminən 25000 manat hissəsi ona məxsus olmuşdur. Nəticədə, üç ayrı-ayrı vaxtlarda deyilmiş fikirlər arasında ziddiyyətlər vardır. Halbuki, qeyd edilənlər iş üzrə zəruri və mübahisələndirilən hallardır. Həmçinin Cavabdeh2 X11 ona məxsus olan avtomobili satdığını bildirsə də, daha əvvəl vermiş olduğu izahatında da qeyd etmişdir ki, “Ford” markalı avtomobilin pulunun 13000 manatını X26, qalan 7000 manatını isə özü ödəyərək almışlar. Nəticədə, X11 qarşılıqlı iddiada göstərildiyi kimi Cavabdeh2 məxsus avtomobilin satması halı da onun daha əvvəl vermiş olduğu izahatla da təkzib olunur. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən restoranlarda olan əşyaların daha sonrakı aqibətinin müəyyən edilməsi ilə bağlı Cavabdeh2 fikirləri soruşulan zaman məlum olmuşdur ki, restoranda olan əşyalar Cavabdeh2 tərəfindən satılmışdır. Belə ki, Cavabdeh2 bildirmişdir ki, restoranı ilkin vəziyyətdə, bütün əşyaları boşaldaraq sahibinə təhvil vermiş və çətinliklə olsa da, oradakı əşyaları satmışdır. Beləliklə, birinci intansiya məhkəməsi tərəfindən Cavabdeh2 X11 təkidi ilə Rusiya Federasiyasında restoranlar açması və nəticədə 80000 manat dəyərində ona zərər dəyməsi halı müəyyən edilməmiş və öz təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə kollegiyası xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən qarşılıqlı iddia üzrə iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda qarşılıqlı iddia üzrə iddiaçı iddia ərizəsində maddi ziyanın ödənilməsi tələbinə dair göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 qarşı “qarşılıqlı iddia üzrə cavabdeh X8 iddiaçı Cavabdeh2 xeyrinə 80000,00 (səksən min) manat məbləğində dəymiş maddi zərərin tutulması” tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə kollegiyası qarşılıqlı iddianın “qarşılıqlı iddia üzrə cavabdeh X8 20000 (iyirmi min) manat məbləğində mənəvi zərərin tutulması” tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəlləin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndi ilə Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda ödənilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməlin hüquqazidd olmalıdır; ikincisi-törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü-mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbi “mənəvi ziyana görə 20000 manat pulun cavabdehdən onun xeyrinə ödənilməsi” hissəsində də rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 73200 manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul tutularaq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 və ilkin iddia üzrə İddiaçı1 ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 qarşı “qarşılıqlı iddia üzrə cavabdeh X8 iddiaçı Cavabdeh2 xeyrinə 80000,00 (səksən min) manat məbləğində dəymiş maddi zərərin və 20000 (iyirmi min) manat məbləğində mənəvi zərər olmaqla, cəmi 100000,00 (bir yüz min) manat məbləğində pulun tutulması, ilkin iddia üzrə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi” hissəsində rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, e-2(007)- 988/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3697/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3697/2022
30.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver