Məhkəmə qərarları › İş №2(103)-3698/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3698/2021

17.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3698/2021 17.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçılar İddiaçı1, X1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(011)-5847/2020 saylı qərardadından iddiaçıların nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, X1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 Rəhim oğluna qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(011)-5847/20202 saylı qərardadı ilə iddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılaraq, ümumi qaydada hər bir cavabdehə qarşı müstəqil iddia tələbi ilə cavabdehlərin yerləşdiyi yerin məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İddiaçıların nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(011)-5847/2020 saylı qərardadından verdiyi şikayət həmin məhkəmənin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil məhkəmədə şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 Rəhim oğlu məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(011)-5847/2020 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, iddia ərizəsindən müəyyən olunur ki, iddiaçılar bir-biri ilə əlaqəsi olmayan, hər birinin öz tərəfləri üçün hüquq və vəzifələr yaradan, yaratdığı hüququ nəticələrinin birinin digəri üçün heç bir əhəmiyyəti olmayan, yəni bir-biri ilə bağlılığı olmayan oxşar tələbləri bir iddia ərizəsində birləşdirmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1-ci maddəsi iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə; 152.1.7-ci maddəsi bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə. Kollegiya hesab edir ki, bir-biri ilə bağlılığı olmayan və yalnız iddiaçının maraqlarına görə bir icraatda birləşdirilmiş iddia tələblərinə bir icraatda baxılması, tərəflərin prosessual hüquq və vəzifələrinin təmin edilməsində, mülki işə qanunla müəyyən olunmuş müddətlər çərçivəsində baxılmasına maneələr yaradır. Buna görə də, birinci instansiya məhkəməsi iddia ərizəsini yuxarıda qeyd olunan əsaslara görə qaytarmaqla, düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuş, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, X1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(011)- 5847/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar