Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-370/2024 14.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehlər Cavabdeh1, onun və digər cavabdeh X4 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X7 qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(010)-469/2023 nömrəli qətnaməsindən cavabdehlərin verdiyi apellyasiya şikayətlərinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 fevral 2016-cı il tarixli, 2(010)- 592/2016 nömrəli qətnaməsinə əsasən Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada dəymiş maddi zərərin əvəzi olaraq 5320 manat dəyərində ərzaq məhsullarının, 2220 manat dəyərində müayinə olunmaqla əlaqədar, 1483 manat zay olunmuş əşyalara görə, müalicə olunmaqla əlaqədar 17750 manat məbləğində alınmış borc, müalicə olunmağı iləəlaqədar həkimlərin təyin etdikləri reseptlər üzrə 4520 manat, nəğd aptek qəbzləri üzrə alınmış dərmanlara görə 3800 manat, üzərində əməliyyatlar keçirilməsi ilə əlaqədar xərcin əvəzi olaraq 7000 manat əməliyyat xərci, 300 manat məhkəmədə hüquqların müdafiəsi üçün, ümumilikdə 42393 manat və bundan sonrakı 3 il ərzində dolanacaq xərci olaraq hər ay 500 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2017-ci il tarixli, 2(103)- 5793/2017 nömrəli qətnaməsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, iddiaçılar İddiaçı və X5 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 fevral 2016-cı il tarixli qətnaməsi qismən, yəni-borc kimi alınmış 17750 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulmasına dair iddiası təmin edilməsi, eləcə də, 3000 manat məbləğində əldən çıxmış faydanın tutulmasına dair iddianın rədd edilməsi hissələrində ləğv edilmiş və həmin hissələrdə yeni qətnamə qəbul edilmiş, 17750 manat məbləğində borc kimi alınmış pul vəsaitinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tsa oğlundan tutulması hissəsində İddiaçı İsa oğlunun iddia ərizəsi rədd edilmiş, İddiaçı əldən çıxmış faydaya görə 3000 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulmasına dair iddia tələbi təmin edilmiş və əldən çıxmış faydanın əvəzi olaraq 3000 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, 5320 manat dəyərində ərzaq məhsullarının dəyərinin, 1483 manat avtomobildə zay olunmuş əşyaların dəyərinin, İddiaçı üzərində əməliyyat keçirilməsi ilə əlaqədar xərclərin əvəzi olaraq 7000 manat məbləğində pul vəsaitinin və 300 manat məbləğində məhkəmədə hüquqlarının müdafiəsi üçün çəkilmiş xərclərin, cəmi 14103 manat məbləğində pul vəsaiti dəymiş maddi ziyanın əvəzi olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilməsinə dair iddia tələbinin təmin edilməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanılmış, avtomobilə dəymiş 9775 manat məbləğində maddi zərərin, eləcə də tibb və kiçik tibb bacılarına verilmiş 1560 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulmasına dair iddianın rədd edilməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 dekabr 2017-ci il tarixli, 2(102)-8927/17 nömrəli qərarına əsasən iddiaçılar İddiaçı, X9 və Cavabdeh2 Əfqan oğlu, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 14 iyun 2017-ci il tarixli, 2(103)- 5793/17 nömrəli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 iyul 2019-cu il tarixli, 2(010)- 3404/2019 nömrəli qətnaməsinə əsasən iddiaçılar İddiaçı və Nümayəndə1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia tələbləri təmin edilməmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(103)-5704/2020 nömrəli qətnaməsinə əsasən iddiaçılar İddiaçı və Nümayəndə1 apelyasiya şikayəti qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada maddi zərərin əvəzi kimi 941,13 manat və mənəvi zərərin əvəzi kimi 3000 manat, cəmi 3941,13 manat pul vəsaiti tutularaq İddiaçı və Nümayəndə1 ödənilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdaiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinin 07 may 2019-cu il tarixli, 1963V60797 saylı arayışından görünür ki, İddiaçı 2-ci qrup əlil kimi 130 manat prezident təqaüdü alır və pensiya işinin müddəti 31 yanvar 2021-ci il tarixə qədərdir.
7. “Premium Clinic”in 20 avqust 2022-ci il tarixli, 178/22 saylı arayışından görünür ki, İddiaçı həqiqətən 11 avqust 2022-ci il tarixində “Premium Clinic”ə müayinə və müalicə üçün müraciət etmişdir. Xəstə 13 avqust 2022-ci il tarixində “Qabırğa qığırdağı ilə rinoseptoplastika, udlaq nahiyyəsində kisanın ləğvi, boyun nahiyyəsində çapıq deformasiyasının ləğvi” cərrahi əməliyyat olundu və 14 avqust 2022-ci il tarixində evə ambulator müalicəyə göndərilmiş, klinikaya ümumilikdə 6120 manat ödəmişdir.
8. “Premium Clinic”-in qəbzlərindən görünür ki, İddiaçı 10 manat dəyərində sarğı xidməti, 160 manat dəyərində Qastroskopiya xidməti. 50 manat dəyərində İS xidməti göstərilmiş, 67,39 manat dəyərində dərman preparatları satılmışdır.
9. “X14” MMC-nin ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən tibbi xidmət və beyin MRT-si üçün xəstəxanaya cəmi 270 manat məbləğində pul ödənilmişdir.
10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti Tədris Stomotoloji Klinikanın 13 sentyabr 2022-ci il tarixli 1/46 saylı arayışından görünür ki, İddiaçı klinikaya diş və damaq ağrıları ilə müraciət etmişdir. Klinikanın həkimstomotoloqu X11 tərəfindən qəbul olunmuşdur. Xəstə kliniki və rentgenoloji müayinə nəticəsində alt və üst çənələrdə sağ 11, 12, 13, 14, 16, 44, 45, 46-cı dişlərin və sol 21, 22, 23, 24, 25, 35, 37-ci dişlərin travmatik zədələnmələr aşkar olunmuşdur. Müalicə tam olundu və ortopedik qapaqlarla bərpa olundu. Xəstəyə mmüalicə təyinatı verildi, ambulator müşahidə məsləhət görüldü.
11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti Tədris Stomotoloji Klinikanın mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən klinikanın hesabına 870 manat məbləğində ödəniş olunmuşdur.
12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Vətəndaşların Respublikadan kənar müalicəyə göndərilməsi məsələləri üzrə Komissiyanın 30 yanvar 2017-ci il tarixli 1 saylı protokolundan çıxarışına əsasən İddiaçı kəllə beyin travması, aşağı ətrafların parezi diaqnozu ilə qrup şəklində növbəti kurs reablitasiya müalicəsi almaq üçün Respublikadan kənara aparılması qərara alınmışdır.
13. 17 dekabr 2019-cu il tarixli vəsiqədən görünür ki, həmin vəsiqə ilə ona ölkə ərazisində qalma və inteqrasiya haqqında qanunun 8-ci maddəsinə əsasən ölkə ərazisində yaşama hüququ təsdiq edilmişdir. Əmək fəaliyyəti üçün icazə və sertifikat tələb olunur. Digər vəsiqə isə sığınacaq axtaran şəxslər üçün sertifikatdır.
14. "xxxx" ASC-nin köçürmə qəbzlərindən görünür ki, Nümayəndə1 tərəfindən İddiaçı 2018-2020-ci illər ərzində bir neçə dəfəyə olmaqla cəmi 6155 manat məbləğində pul vəsaiti göndərilmişdir.
15. Qəbzdən görünür ki, iddiaçı tərəfindən uçuş xərci olaraq 1482,06 manat məbləğində ödəniş aparılmışdır.
Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı cavabdehlər Cavabdeh1 və X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada vurulmuş maddi zərərin əvəzi olaraq 15537,64 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddia onunla əsaslandırılmışdır ki, 07 iyul 2015-ci il tarixdə Cavabdeh1 polisin saxla əmrinə tabe olmamış, avtomobili saatda 100 km sürətlə idarə edərək, yolun əks istiqamətinə çıxaraq, onun idarə etdiyi "Hyundai Sonata" markalı avtomobillə toqquşmuş və hadisə yerindən qaçmışdır. Hadisənin törədilməsində Cavabdeh1 təqsirli olması təsdiq edilməyib. Hadisə ila bağlı ibtidai istintaq aparılaraq, hadisənin Cavabdeh1 16 yaşlı oğlu Cavabdeh2 tərəfindən törədildiyi barədə qərar qəbul edilib. Qeyd edilən qərardan şikayət vermişdir və hal-hazırda araşdırma davam etdirilir. Qəza nəticəsində o, 47 gün komada, 5 gün intensiv şöbədə qalmışdır. Ailəsinin onu xəstəxanada saxlamaq imkanı olmadığı üçün evə aparmalı olmuşlar. Çəkdiyi külli miqdarda xərc nəticəsində o, komadan ayıldıqdan sonra yaxşı olmuşdur. Lazım olan mualicələri lazımı dərəcədə etdirməyə ailəsinin imkanı olmadığı üçün, eləcə də ona xəsarət yetirən şəxsin heç bir maddi yardım etməməsi üzündən o, artıq sağtərrəfli iflic, nitq qüsurlu olmuşdur. Baş vermiş hadisə nəticəsində koma vəziyyətinə düşmüş və komadan ayılmağı üçün çəkilmiş əməliyyat və müalicə xərclərinin tələb edilməsi barədə Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Onun iddiası Suraxanı Rayon Məhkəməsinin 19 fevral 2016-cı il tarixli, 2(010)- 592/2016 nömrəli qətnaməsi ilə qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 5320 manat dəyərində ərzaq məhsullarının, 2220 manat dəyərində müayinə olunmaqla əlaqədar, 1483 manat zay olmuş əşyalara görə, müalicə olunmaqla əlaqədaq 17750 manat məbləğində alınmış borc, müalicə olunmağı ilə əlaqədar həkimlərin təyin etdikləri reseptlər üzrə 4520 manat, nəğd aptek qəbzləri üzrə alınmış dərmanlara görə 3800 manat, üzərində əməliyyatlar keçirilməsi ilə əlaqədar xərcin əvəzi olaraq 7000 manat əməliyyat xərci, 300 manat məhkəmədə hüquqlarının müdafiəsi üçün, ümumilikdə 42393 manat və bundan sonrakı 3 il ərzində dolanacaq xərci olaraq hər ay 500 manat məbləğində pulun tutularaq ona ödənilməsi qət edilmişdir. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2017-ci il tarixli, 2(103)-5793/2017 nömrəli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayətinin təmin edilməməsi, onun apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 fevral 2016-cı il tarixli qətnaməsinin qismən, yəni borc kimi alınmış 17750 manat məblǝğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulmasına dair iddianın təmin edilməsi, eləcə də, 3000 manat məbləğində əldən çıxmış faydanın tutulmasına dair iddianın rədd edilməsí hissələrində ləğv edilməsi və həmin hissələrdə yeni qətnamə qəbul edilməsi, 17750 manat məbləğində borc kimi alınmış pul vəsaitinin cavabdehlərdən tutulması hissəsində iddiasının rədd edilməsi, onun əldən çıxmış faydaya görə 3000 manat məbləğində pul vəsaitlərinin cavabdehlərdən tutulmasına dair iddiasınının təmin edilməsi və əldən çıxmış faydanın əvəzi olaraq 3000 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlərdən tutularaq ona ödənilməsi, 5320 manat dəyərində ərzaq məhsullarının dəyərinin, 1483 manat avtomobildə zay olmuş əşyaların dəyərinin, üzərində əməliyyat keçirilməsi ilə əlaqədar xərclərin əvəzi olaraq 7000 manat məbləğində pul vəsatinin və 300 manat məbləğində məhkəmədə hüquqların müdafiəsi üçün çəkilmiş xərclərin, cəmi 14103 manat məbləğində pul vəsaiti dəymiş maddi ziyanın əvəzi olaraq cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsinə dair iddia tələbinin təmin edilməsi hissəsində qətnamənin dəyişdirilmədən saxlanılması, avtomobilə dəymiş 9775 manat məbləğində maddi zərərin, eləcə də tibb və kiçik tibb bacılarına verilmiş 1560 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulmasına dair iddianın rədd edilməsi hissəsində qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 dekabr 2017-ci il tarixli, 2(102)- 8927/17 nömrəli qərarı ilə onun və cavabdehlərin verdiyi kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə 14 iyun 2017-ci il tarixli, 2(103)-5793/17 nömrəli qətnaməsinin həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin məhkəmə mübahisələrinin getdiyi müddətdə, eləcə də, həmin məhkəmə qərarları icra olunduğu 17 fevral 2019-cu il tarixinədək, cavabdehlər onun sağlamlığının bərpa olunması məqsədi ilə heç bir köməklik göstərməmiş, məhz buna görə də, səhhətti daha da ağırlaşmağa başlamışdır. O, koma vəziyyətindən çıxdıqdan sonra da müalicə və müayinələrə davam etmiş və bu məqsədlə kifayət qədər xərc çəkmişdir. Koma vəziyyətindən çıxdıqdan sonra müalicə və müayinə olunmağı üçün çəkdiyi xərclər yuxarıda adı çəkilən məhkəmə qərarlarında nəzərdə tutulmadığı üçün, 2019-cu ilin may ayında məhkəməyə təkrar iddia ərizəsi ilə müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsinin 11 iyul 2019-cu il tarixli, 2(010)-3404/2019 nömrəli qətnaməsi ilə iddiası təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(103)-5704/2020 nömrəli qətnaməsi ile iddia qismən təəmin edilmiş və 941,13 manatin maddi zərərin avazi olaraq, 3000 manatın isə mənəvi zərərin əvəzi olaraq cavabdehlərdən müştərək qaydada onun və anası Nümayəndə1 xeyrinə tutulması qət edilmişdir. Qeyd edilən iddia ilə məhkəməyə müraciət etdikdan sonra da müalicə və müayinəsinə kifayət qədər məbləğdə vəsait sərf etmişdir. Belə ki, müalicəsinin və müayinələrinin davam etdirilməsi va effektivliyinin surətləndirilməsi məqsədi ilə 03 avqust 2019-cu il tarixində Hollandiya Respublikasına, daha sonra isə Almaniya Respublikasına getmişdir. Həmin ölkələrdə 16 may 2022-ci il tarixinədək davamlı olaraq müalicələr almışdır. Müalicələrin həyata keçirilməsi Hollandiya və Almaniya Respublikasında dövlət hesabına olsa da, ölkə daxilində hərəkət etmək, yaşamaq və qidalanmaq üçün pul xərcləmək məcburiyyətində qalmışdır. Hollandiyaya gediş-dönüş üçün bilet xərci 1482,06 manat, tibbi sənədlərinin xaricdə istifadə olunması məqsədi ilə tərcümə xərci 75 manat, xaricdə telefon rabitəsindən istifadə üçün 50 Avro, xaricdə dəmir yolu nəqliyyatından istifadə üçün 350 Avro, xaricdə avtobus nəqliyyatından istifadə üçün 22,50 Avro, xaricdə qidalanmaq üçün marketlərə cəkilən xərc 2257,85 Avro pul xərcləmişdir. Xaricdə xərclədiyi pulları orada onun adına açılmış hesaba Bakı şəhərindən göndərmişlər. Göndərişin ümumi məbləği 6155 manat təşkil edir. Bundan başqa, Bakı şəhərində müalicə və müayinələr üçün klinikalara 515 manat pul xərcləmişdir. Daha sonra, həkim qeydiyyatına yazılma, dərman pereparatlarının alınması və Bakı şəhərində əməliyyat keçirməyi ilə əlaqədar ümumilikdə 6737,39 manat pul xərclənmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində onun dişlərində tökülmələr və qalıcı xəsarətlər yarnmışdır ki, bunların müalicə və müayinəsi üçün bu günə qədər 870 manat pul xərcləmişdir. Dişlərinin müalicə və müayinəsi davam edir və yaranacaq xərclərlə bağlı əlavə iddia verəcəkdir. Eyni zamanda, cavabdehlərin qanunsuz əməllərinə hüquqi qiymət verilməsi, məhkəmə qərarlarının icrasının təmin edilməsi və sair məsələlərlə bağlı yuxarı dövlət orqanlarına mütəmadi olaraq şikayət ərizələri ilə müraciətlər edirlər. Bunun üçün isə poçt xidmətlərinə ümumilikdə 168,44 manat pul xərcləmişlər. Məhkəmələrdə və dövlət orqanlarında məni təmsil etməsi üçün anası Nümayəndə1 etibarnamələrin verilməsi üçün isə ümumilikdə 49,75 manat notariat xərci vermişdir. Çünki, o, səhhətilə əlaqǝdar fiziki olaraq dövlət orqanlarına və məhkəmələrə getməkdə ciddi çətinliklər çəkir.
18. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(010)- 469/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 15244,45 manat məbləğində vurulmuş zərərin əvəzi tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
19. Qətnamə onunla əsaslandırılmışdır ki, cavabdeh X6 yol nəqliyyat hadisəsi törətməsi və nəticədə iddiaçının sağlamlığına maddi ziyan vurmaqla delikt törətməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsasında öz təsdiqini tapdığından həmin halların araşdırılmasına zərurət yoxdur. İş materiallarında olan və yuxarıda sadalanan arayış və qəbzlərdən açıq-aydın görünür ki, iddiaçı Hollandiyaya yol nəqliyyat hadisəsi nəticəsində sağlamlığına vurulmuş ziyanın müalicəsi məqsədilə getmiş və yol xərcini öz vəsaiti hesabına ödəmişdir. Eyni zamanda işin halları ilə müəyyən olunur ki, iddiaçının dişlərinin müalicəsi baş vermiş qəza nəticəsində dişlərində yaranmış travmatoloji xəsarətlərə görə məcburi olmuşdur. Ona görə də, qeyd edilən hissədə iddia tələbi tamamilə əsaslıdır. İddiaçı Almaniya və Hollandiyada uzun müddət yaşamış və müalicə almışdır. Müalicə xərci iddiaçı tərəfindən qarşılanmasa da, qeyd edilən ölkələrdə bu qədər müddət ərzində yaşamaq üçün tələb olunan zəruri xərclərin 6155 manat olması ağlabatandır. Eyni zamanda işdə olan sənədlərdən görünür ki, iddiaçı həmin ölkələrə müalicə almaq üçün getmiş və iş icazəsi olmamışdır. Bu səbəbdən anasının onu zəruri xərclərini qarşılaması üçün göndərdiyi 6155 manat vurulmuş zərərin əvəzi olaraq nəzərə alınmalıdır. Məhkəmə Bakı şəhərində iddiaçının keçirdiyi əməliyyat, müayinə və müalicələr üçün 6737,39 manat hissəsində də iddia tələbini əsaslı sayır və qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərlə iddiaçının qeyd edilən məbləği müalicəsi üçün xərcləməsi sübut olunur. Ona görə də, həmin hissədə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin 75 manat məbləğində tərcümələr üçün ödədiyi xərc, eyni zamanda 168,44 manat poçt və teleqraf rabitəsindən istifadə xərcinin və son olaraq 49,75 manat anasına verdiyi etibarnamələr üçün ödədiyi xərcin tutulması hissəsində iddia tələbini əsaslı saymır. Belə ki, iddia tələbinin iddiaçının anasına vediyi etibarnamərə görə 49,75 manat məbləğində tələb etdiyi hissə ilə bağlı qeyd edir ki, vurulmuş zərərin aradan qaldırılması ilə bağlı çəkilən xərclər deyildir və əlavə olaraq iddiaçının hazırki iş üzrə vəkili vardır və əlavə olaraq anasına etibarnamə verməsi zəruri olmamışdır. İddia tələbinin 75 manat tərcümələrə görə çəkdiyi xərc hissəsi ilə bağlı da məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən məbləğin hansı sənədlərin tərcümə edilməsi ilə bağlı olduğunu məhkəmədə sübut edə bilməmişdir. Son olaraq məhkəmə 168,44 manat məbləğində poçt xidmətlərindən istifadə üçün çəkdiyi xərcin tələb edilməsi ilə bağlı qeyd edir ki, həmin hissədə də iddia tələbi əsassızdır. Belə ki, iş materiallarında olan Azərpoçtun mədaxil qəbzlərindən görünür ki, qeyd edilən müraciətlər iddiaçının anası tərəfindən müxtəlif orqanlara və şəxslərə ünvanlanmışdır və həmin müraciətlərin hazırki işlə əlaqəsinin olması sübut olunmur.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096.1, 1096.2, 1097.1, 1104.1, 1104.2, 1108.1, 1113.1, 1115-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
21. Cavabdehlər qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilərək iddianın rədd olunmasını xahiş etmişlər.
22. Şikayətin dəlillərinə görə, məhkəmə iddiaçının xaricdə müalicə edilməsinə ehtiyacının olmasının təsdiqi kimi öz qətnaməsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Vətəndaşların Respublikadan kənar müalicəyə göndərilməsi məsələləri üzrə Komissiyanın xx.xx.2017-ci il tarixli 1 saylı protokolundan Çıxarışa istinad etmişdir. Həmin sənəddən görünür ki, İddiaçı kəllə beyin travması, aşağı ətrafların parezi diaqnozu ilə qrup şəklində növbəti kurs reablitasiya müalicəsi almaq üçün Respublikadan kənara aparılması qərara alınmışdır. Göründüyü kimi 30 yanvar 2017-ci il tarixdə iddiaçıya xaricdə reabilitasiya müalicəsi almaq qərarına gəlinsə də, iddiaçı bu müalicəyə getməmiş, bu 2 il 6 ay ərzində ölkədə müalicə almışdır. Onun 03 avqust 2019-cu il tarixdə xaricə getməsi və 16 may 2022-ci il tarixədək xaricdə olması isə onun orada müalicə məqsədi ilə getməsini və orada müalicə olunmasını təsdiq etmir. Çünki əgər iddiaçı xaricə müalicə üçün qeyd edilən Komissiyanın xx.xx.2017-ci il tarixli 1 saylı protokoluna əsasən getsə idi, onun xaricə müalicə üçün getməsi ilə əlaqədar verilən vizalarda bu öz əksini tapmalı idi. İddiaçı öz iddiasında onun Almaniya və Hollandiyaya müalicə üçün getməsini və orada dövlət hesabına müalicə olunmasını göstərsə də, bu barədə hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Yəni iddiaçı niyə Almaniya və Niderlandiya dövlətinin onu öz hesablarına müalicə etmələrini ən azından əsaslandırmalı idi. Belə olduqda isə iddiaçının xaricdə olması ilə əlaqədar xərclədiyi pul vəsaiti cavabdehlər tərəfindən ona vurulmuş zərər kimi qiymətləndirilə bilməz. Göründüyü kimi hətta iddiaçı xaricdə müalicə alınmasını sübut etsə idi belə, onun xaricdə qidalanması və nəqliyyatla hərəkət etməsini ona dəymiş maddi zərər kimi cavabdehlərdən tələb də bilməzdi. Belə ki, iddiaçının göstərdiyinə görə o, 33 ay müddətində yaşaması üçün 6155 manat, yəni bir aya 186 manat (6155:33=186) məbləğində pul vəsaiti xərcləmişdir. Bu isə insanın qidalanması üçün normal xərcdir və hətta iddiaçı yol nəqliyyat hadisəsində zərər çəkməsəydi belə o, qidalanmaq üçün bu xərci çəkməli idi. Yəni məhkəmə iddiaçının qidalanmasını, yaşamaq üçün zəruri tələblərinin ödənilməsi və nəqliyyat vasitələrinə çəkdiyi xərci ona dəymiş zərər kimi qiymətləndirməkdə haqlı olmamışdır. İddiaçı dişlərində olan tökülmələrin və qalıcı xəsarətlərin müalicə olunması üçün 870 manat məbləğində pul vəsaiti xərcləməsini göstərmiş və dişlərinin müalicəsini də məlum yol nəqliyyat hadisəsi ilə əlaqələndirmişdir. Məhkəmə də iddianı bu hissədə təmin edərkən Azərbaycan Respublikası Səhiyyə NazirliyiAzərbaycan Tibb Universiteti Tədris Stomotoloji Klinikanın xx.xx.2022-ciil tarixli 1/46 saylı arayışına əsaslanmışdır. Halbuki, həmin arayışda xəstənin kliniki və rentgenoloji müayinə nəticəsində dişlərində travmatik zədələnmələr aşkar olunması göstərilsə də, həmin zədələrin məlum yol nəqliyyat hadisəsi nəticəsində yaranması göstərilməmişdir. Yəni əgər iddiaçı dişlərinin 07 iyul 2015-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsini və 7 ildən sonra həmin zədələrə görə müalicə etməyə məcbur olmasını bildirirsə bunu, (dişlərinə məhz cavabdehlər tərəfindən zərər yetirilməsini) sübut etməli idi. Halbuki, Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2017-ci il tarixli 2(103)- 5793/2017 saylı qətnaməsi ilə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya EliTəcrübi və Tədris Birliyinin 766 nömrəli 05 avqust 2015-ci il tarixli ekspert rəyinə istinadən müəyyən edilmişdir ki, İddiaçı birinci dərəcəli koma ilə müşayət olunan baş beyin və beyin kötüyünün ağır dərəcəli əzilməsi, sağda İX qabırğa və körpücük sümüyünün yerdəyişmiş sınıqları, pnevmotoraks (döş boşluğunda sərbəst hava), başın əzilmiş yaraları olmuş, xəsarətlər 07 iyul 2015-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər. Göründüyü kimi 07 iyul 2015-ci il tarixdə yol nəqliyyat hadisəsi baş verdikdən sonra iddiaçı xəsarəti ilə əlaqədar məhkəmə tibbi-ekspertizadan keçirilmiş və onda dişlərinin zədə alması halı müəyyən edilməmişdir. Yəni iddiaçı dişlərinin müalicəsinin məhz məlum yol nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərlə əlaqədar olmasını sübuta yetirə bilmir, əksinə onun bu əsası 766 nömrəli 05 avqust 2015-ci il tarixli ekspert rəyi ilə təkzib edilir. Eyni zamanda məhkəmənin Bakı şəhərində iddiaçının keçirdiyi əməliyyat, müayinə və müalicələr üçün 6737,39 manat hissəsində iddia tələbini əsaslı sayması ilə də razı deyillər və iddiaçının keçirdiyi bu əməliyyatların da 7 il bundan əvvəl baş vermiş yol nəliyyat hadisəsi ilə heç bir əlaqəsi yoxdur. Belə ki, məhkəmənin istinad etdiyi “Premium Clinic”in xx.xx.2022-ci il tarixli, 178/22 saylı arayışından görünür ki, İddiaçı Aki oğlu xx.xx.2022-ci il tarixində “Premium Clinic”ə müayinə və müalicə üçün müraciət etmiş, xəstə xx.xx.2022-ci il tarixində “Qabırğa qığırdağı ilə rinoseptoplastika, udlaq nahiyyəsində kistanın ləğvi, boyun nahiyyəsində çapıq deformasiyasının ləğvi” cərrahi əməliyyat olunmuş və xx.xx.2022-ci il tarixində evə ambulator müalicəyə göndərilmişdir. Xəstə klinikaya ümumilikdə 6120 manat ödəmişdir. Lakin bu arayışla da iddiaçının üzərində aparılmış əməliyyatın cavabdehlərin vurduğu zərərin aradan qaldırılması üçün yerinə yetirilməsi öz təsdiqini tapmır. Belə ki, bu əməliyyatdan da görünür ki, iddiaçının udlaq nahiyyəsində kista əmələ gəlmiş, bu kistanın ləğvi ilə əlaqədar əməliyyat keçirilmiş və əməliyyat nəticəsində yaranmış çapıq deformasiyasının ləğvi əməliyyatı icra edilmişdir. İddiaçının udlaq nahiyyəsində kistanın yaranması ilə baş vermiş yol nəqliyyat hadisəsinin nə kimi əlaqəli olmasını təsdiq edən hər hansı bir sübut olmasa da, məhkəmə iddiaçının üzərində aparılmış bu əməliyyatın xərclərini də cavabdehlərdən tutmuşdur. Halbuki, cavabdehlər yalnız 07 iyul 2015-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin nəticələrini aradan qaldırmağa borcludurlar, həmin hadisədən 7 il keçəndən sonra zərərçəkmişin digər xəstəlikləri ilə əlaqədar çəkilmiş xərcləri ödəmək kimi öhdəlikləri yoxdur. Beləliklə də məhkəmə maddi və prosessual hüquq pozuntusu ilə qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə etirazın dəlillərinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Vətəndaşların Respublikadan kənar müalicəyə göndərilməsi məsələləri üzrə Komissiyanın 30 yanvar 2017-ci il tarixli 1 saylı protokolundan çıxarış, cavabdehlərin təqsiri ucbatından onun sağlamlığında yaranmış problemin müalicəsinin yalnız xaricdə mümkün olduğunu təsdiqləyir. İkincisi, o qəzadan sonra özünü idarə edə bilmirdi və müstəqil şəkildə hərəkəti mükünsüz idi. Xaricə gedib sağlamlığının müalicəsinə başlamağı üçün isə, onun ölkə daxilində müəyyən kurslardan keçməyi zəruri idi. 2019-cu ilədək Azərbaycan Respublikasında müxtəlif kurslara getdikdən və müalicələr aldıqdan sonra xaricdə müalicəsinin davamı şərt olmuşdu. Həmin vaxt dövlət büdcəsi hesabına hər hansı göndəriş yox idi və o qısa müddət ərzində xaricdə müalicəsini davam etdirməsəydi, səhhəti daha da pisləşə bilərdi. Bu səbəbdən də, öz vəsaiti hesabına xaricə gedib müalicə almalı idi. İddia ərizəsində göstərilən xərcləri çəkməklə xarici ölkələrdə həmin dövlətlərin vəsaiti hesabına müalicə almışdır. Buna görə də, cavabdehlərin ondan hansısa viza qeydi və sair tələb etməsi tamamilə absurddur. O, Almaniya və Niderlandda müalicə olunduğu və bunu təsdiq edən sənədləri məhkəməyə təqdim etmiş və iş materiallarında mövcuddur. Həmin ölkələrin dövlətləri tərəfindən onun pulsuz olaraq müalicə olunmağının səbəblərini araşdırmaq isə, tamamilə yersizdir və işin nəticəsinə təsir edəcək bir hal deyildir. Çünki, onun həmin hissə ilə bağlı cavabdehlərə qarşı tələbi yoxdur. 33 ay ərzində Almaniya və Niderlandda hotellərdə və ya kirayə evlərdə yaşaya bilərdi və bunun üçün çəkdiyi pul vəsaitini də cavabdehlərdən tələb edə bilərdi. Çünki, onların təqsiri ucbatından Avropa ölkəsinə getməyə məcbur olmuş və əlavə xərc çəkməyə məcbur olmuşdur. Lakin o, bunu etməmişdir, əslində bunu etməyi üçün maddi imkanı da olmayıb. Həmin müddətdə qohumlarımın evində qalmış və kirayə haqqı, kommunal xərc və sair ödəməmişdir. Almaniya və Niderland kimi ölkələrdə yaşayış səviyyəsi kifayət qədər yüksəkdir və insanların həmin ölkədə cavabdehlərin qeyd etdiyi kimi aylıq 186 manata yaşaması mümkün deyildir. Onun cavabdehlərdən tələb etdiyi məbləğ yalnız xəstəxanalara gedibgəlmək üçün yol xərci və gedib-gələrkən çöldən qidalanmağa məcbur olduğu hallarda çəkilmiş xərclərdir. Nəzərə alınmalıdır ki, o məhz cavabdehlərin təqsiri ucbatından xarici ölkəyə getməyə və qeyd edilən zəruri xərcləri çəkməyə məcbur olmuşdur. Onun dişləri məlum yol-nəqliyyat hadisəsindən öncə normal olmuş və dişlərində yaranmış problemin səbəbləri də məhkəməyə təqdim etdiyi tibbi sənədlərlə öz təsdiqini tapır. Yol-nəqliyyat hadisəsindən sonra onun tək dişlərində deyil, bütün əzalarında travmatik xəsarətlər yaranmışdır. Müalicənin bu qədər uzun müddət və çox vəsait tələb etməsinin səbəbi də məhz bu olmuşdur. Cavabdehlər apellyasiya şikayətində yalnız qəzadan 7 il keçməsinə istinad edərək iddianın 6737,39 manat tələbinə dair hissəsini inandırıcı hesab etməsələr də, nəzərə almamışlar ki, onun əməliyyat olunma səbəbləri iş materiallarında olan tibbi sənədlərdən görünür. O, məişət zəminində bədəninin hanısa hissəsinin zədələnməsinə görə əməliyyat olunmamışdır. İddia ərizəsində də qeyd etmişdir ki, iddia tələbində göstərilən xərclər məhz 07 iyul 2015-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində səhhətində yaranmış problemlərin aradan qaldırılması məqsədi ilə çəkilib. Qəza nəticəsində o 47 gün komada, 5 gün intensiv şöbədə qalmışdır. Səhhətində çox ciddi problemlər yaranıb və bunun fəsadlarının davam etmə ehtimalı var, qəzadan öncəki sağlamlığına bu gün də qovuşmamışdır və qovuşmağı mümkün də deyil. Lakin sağlamlığının qismən bərpa edilməsi üçün zəruru olan bütün hərəkətləri etməyə çalışır və bunun üçün çəkdiyi zəruri xərcləri cavabdehlər ödəməyə borcludurlar.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Cavabdehlərin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətlərin təmin olunmasını məhkəmədən xahiş etdilər.
25. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və etiraz ərizəsi ilə eyni məzmunlu izahat verdi.
26. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 2(103)- 5551/2023 nömrəli qərardadı ilə mülki iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.
27. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 yanvar 2024-cü il tarixli, 978/KEŞ nömrəli ekspert rəyinə əsasən Almaniya Federativ Respublikasından və Niderland Respublikasından təqdim edilmiş sənədlər azərbaycan dilinə tərcümə olunmadığı üçün İddiaçı bu sənədlərin oxunması və tədqiqi, eləcə də aparılmış müayinə və müalicələrin onun 07 iyul 2015-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlə bağlı olub-olmaması haqqında fikir söylənilməsi mümükün olmamış, 13 avqust 2022-ci il tarixdə “Premium Clinic” də təyin edilmiş “Qabırğa qığırdağı ilə rinoseptoplastika, udlaq nahiyyəsində kisanın ləğvi, boyun nahiyyəsində çapıq deformasiyasının ləğvi” cərrahi əməliyyat icra edilmiş, İddiaçı aparılmış tibbi müdaxilələr onun 07 iyul 2015-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərlə səbəbli əlaqəsinin olması inkar edilməmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti Tədris Stomotoloji Klinikanın 13 sentyabr 2022-ci il tarixli 1/46 saylı arayışda qeyd olunanlara əsasən, İddiaçı alt və üst çənələrdə sağ 11, 12, 13, 14, 16, 44, 45, 46-cı dişlərin və sol 21, 22, 23, 24, 25, 35, 37-ci dişlərin travmatik zədələnmələri qeyd edilmiş, bununla da əlaqədar tibbi manipulyasiyalar icra edilmiş, qeyd olunan travmatik zədələnmələr müştərək travmalarda dişlərin normal anatomik quruluşun pozulması hesabına yarana bilir və İddiaçı 07 iyul 2015-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərlə səbəbli əlaqəsinin olması inkar edilməmişdir.
Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1104.1. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. Maddə 1104.2. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur Maddə 1113.1. Birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
31. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, birinci instansiya məhkəməsinin bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilən qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən – iddianın təmin olunduğu hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayan hissələrə, tərəflər mübahisə etmədiyi üçün, toxunulmamalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi zərərin məbləği hissəsində dəyişdirilməlidir.
33. Apellyasiya şikayətinin birinci dəlili ondan ibarətdir ki, iddiaçının xaricə getməsinin təsdiqi kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Vətəndaşların Respublikadan kənar müalicəyə göndərilməsi məsələləri üzrə Komissiyanın 30 yanvar 2017-ci il tarixli 1 saylı protokolundan çıxarışa istinad edirsə, məhkəmə iddiaçının 03 avqust 2019-cu il tarixdə həmin Komissiyanın göndərişi ilə xaricə gedib-getməməsini müəyyən etməli idi.
34. Birinci instansiya məhkəməsi iddianı bu hissədə təmin edərkən yalnız həmin pul vəsaitinin iddiaçıya göndərilməsinə və xarici ölkələrdə qalınan müddət ərzində həmin vəsaitin gündəlik tələbat üçün xərclənməsinin ağlabatan olduğuna istinad etmişdir. Bu arqumentlərlə razılaşsaq belə, həmin məbləğin zərər hesab olunması üçün ilkin olaraq iddiaçının Almaniya Federativ Respublikasında və Niderland Respublikasında 2 il yaşamasının məhz müalicə ilə bağlı olması təsdiini tapmalıdır.
35. Kollegiya bu dəlilə münasibətdə onu qeyd edir ki, iddiaçı tərəfindən bu xüsusatla bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Digər tərəfdən şikayətin bu dəlilinin araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 2(103)-5551/2023 nömrəli qərardadı ilə mülki iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 yanvar 2024-cü il tarixli, 978/KEŞ nömrəli ekspert rəyinə əsasən Almaniya Federativ Respublikasından və Niderland Respublikasından təqdim edilmiş sənədlər azərbaycan dilinə tərcümə olunmadığı üçün İddiaçı bu sənədlərin oxunması və tədqiqi, eləcə də aparılmış müayinə və müalicələrin onun 07 iyul 2015-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlə bağlı olub-olmaması haqqında fikir söylənilməsi mümkün olmamışdır. Məhkəmə iclasında həmin sənədlərin tərcümə olunmuş variantının məhkəməyə təqdim olunması iddiaçının nümayəndəsinə təklif olunsa da, bu sənədlər məhkəməyə təqdim edilməmişdir. Buna görə də həmin sənədlərin həm ekspert, həm də məhkəmə tərəfindən qiymətləndirilməsi mümkün deyildir.
36. Apellyasiya şikayətinin ikinci dəlili ondan ibarətdir ki, məhkəmə məlum yol nəqliyat hadisəsində iddiaçının hansı xəsarətlər almasını, dişlərində və ya ağız boşluğunda xəsarətlərin olub-olmamasını, həmçinin məhkəmə iddiaçının “Premium Clinic”də keçirdiyi cərrahi əməliyyatın onun 07 iyul 2015-ci il tarixdə almış olduğu xəsarətlə əlaqədar olub-olmamasını aydınlaşdırmalı idi.
37. Apellyasiya şikayətinin bu dəlilinə münasibətdə isə məhkəmə kollegiyası onu qeyd edir ki, yuxarıda qeyd edilən ekspert rəyinə əsasən 13 avqust 2022-ci il tarixdə “Premium Clinic” də təyin edilmiş “Qabırğa qığırdağı ilə rinoseptoplastika, udlaq nahiyyəsində kistanın ləğvi, boyun nahiyyəsində çapıq deformasiyasının ləğvi” cərrahi əməliyyat icra edilmiş, İddiaçı aparılmış tibbi müdaxilələr onun 07 iyul 2015-ci il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərlə səbəbli əlaqəsinin olması inkar edilməmişdir.
38. Həmçinin apellyatorun Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti Tədris Stomotoloji Klinikanın 13 sentyabr 2022-ci il tarixli 1/46 saylı arayışı ilə İddiaçı dişlərin travmatik zədələnmələr aşkar olunmasının göstərilməsi, həmin zədələnmələrin 7 il bundan əvvəl baş vermiş yol nəqliyyat hadisəsində olan travmatik zədələr olmasını sübuta yetirməməsi barədə dəlilinə münasibtdə isə kollegiya onu qeyd edir ki, yuxarıda qeyd edilən ekspert rəyinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti Tədris Stomotoloji Klinikanın 13 sentyabr 2022-ci il tarixli 1/46 saylı arayışda qeyd olunanlara əsasən, İddiaçı alt və üst çənələrdə sağ 11, 12, 13, 14, 16, 44, 45, 46-cı dişlərin və sol 21, 22, 23, 24, 25, 35, 37-ci dişlərin travmatik zədələnmələri qeyd edilmiş, bununla da əlaqədar tibbi manipulyasiyalar icra edilmiş, qeyd olunan travmatik zədələnmələr müştərək travmalarda dişlərin normal anatomik quruluşun pozulması hesabına yarana bilir və İddiaçı 07 iyul 2015-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərlə səbəbli əlaqəsinin olması inkar edilməmişdir.
39. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdaiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinin 07 may 2019-cu il tarixli, 1963V60797 saylı arayışından görünür ki, İddiaçı 2-ci qrup əlil kimi 130 manat prezident təqaüdü alır və pensiya işinin müddəti 31 yanvar 2021-ci il tarixə qədərdir. Həmin tərixdən 2023-cü ilə kimi İddiaçı əlillik alması və bu əlillik əsasında pensiya alınması iş materialları ilə öz təsdiqini tapmamışdır. Həmçinin iddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında bildirmişdir ki, İddiaçı əlillik qrupunun müəyyən edilməsi prosessi davam edir və 31 yanvar 2021-ci il tarixdən hal – hazıra kimi ona əlillik təyin olunmamışdır.
40. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə etirazda göstərdiyi xüsusatlarla bağlı onu qeyd edir ki, iddiaçının müalicəsi dövlət hesabına aparılsa da, bununla bağlı hansı şəhər və xəstəxanada və hansı müddət ərzində müalicə alması ilə bağlı sübutlar məhkəməyə təqdim olunmamışdır. Almaniya Federativ Respublikasından və Niderland Respublikasından təqdim edilmiş sənədlər azərbaycan dilinə tərcümə olunmadığınndan onların tədqiqi mümkün olmamışdır.
41. Yuxarıda qeyd olunanlarla bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərlə, həmçinin ekspert rəyi ilə iddiaçının 13 avqust 2022-ci il tarixdə “Premium Clinic” də təyin edilmiş “Qabırğa qığırdağı ilə rinoseptoplastika, udlaq nahiyyəsində kisanın ləğvi, boyun nahiyyəsində çapıq deformasiyasının ləğvi” cərrahi əməliyyat icra edildiyi, İddiaçı aparılmış tibbi müdaxilələr onun 07 iyul 2015-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərlə səbəbli əlaqəsinin olması müyyən edildiyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti Tədris Stomotoloji Klinikanın 13 sentyabr 2022-ci il tarixli 1/46 saylı arayışda qeyd olunanlara əsasən, İddiaçı alt və üst çənələrdə sağ 11, 12, 13, 14, 16, 44, 45, 46-cı dişlərin və sol 21, 22, 23, 24, 25, 35, 37-ci dişlərin travmatik zədələnmələri qeyd edildiyi, bununla da əlaqədar tibbi manipulyasiyalar icra edildiyi, qeyd olunan travmatik zədələnmələr müştərək travmalarda dişlərin normal anatomik quruluşun pozulması hesabına yarana bildiyi və İddiaçı 07 iyul 2015-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərlə səbəbli əlaqəsinin olması müyyən edilsə də, Almaniya Federativ Respublikasından və Niderland Respublikasından təqdim edilmiş sənədlər əsasında İddiaçı üzrərində aparılmış müayinə və müalicələrin 07 iyul 2015-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlə bağlı olub-olmaması sübuta yetirilə bilməmiş və yalnız formal mülahizələrə əsaslanmışdır.
42. İddiaçı “Qabırğa qığırdağı ilə rinoseptoplastika, udlaq nahiyyəsində kisanın ləğvi, boyun nahiyyəsində çapıq deformasiyasının ləğvi” cərrahi əməliyyat olunmaqla “Premium Clinic”-ə 6120 manat, 10 manat dəyərində sarğı xidməti, 160 manat dəyərində Qastroskopiya xidməti, 50 manat dəyərində İS xidməti göstərilmiş, 67,39 manat dəyərində dərman preparatları satılması, “X14” MMC-yə tibbi xidmət və beyin MRT-si üçün 270 manat məbləğində pul ödənilməsi, həmçinin, dişlərin travmatik zədələnmələrinin müalicəsinə görə Azərbaycan Tibb Universiteti X1 870 manat məbləğində ödəniş etməsi sübutlarla təsdiqini tapdığından məhkəmə kollegiyası hesab edir ki, iddianın 7547,39 manat məbləğində hissəsinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaət əsaslıdır.
43. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə dəymiş zərərin məbləği hissəsində düzgün olmadığından, cavabdehlərin apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunmaqla, qətnamənin dəyişdirilməsinə əsas verir. Bununla bağlı olaraq, cavabdehlərin şikayəti qismən təmin edilməli, qətnamə müzakirə olunan qaydada dəyişdirilməlidir.
44. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(010)- 469/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və X10 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(010)- 469/2023 nömrəli qətnaməsi dəyişdirilərək Cavabdeh1 və X3 İddiaçı xeyrinə tutulmalı olan pul vəsaitinin məbləği 7547,39 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Elşən Kazımov
Xəyal Sarıyev