Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3702/2025 28.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı işi üzrə Açar sözlər: ( “ mənəvi zərərin ödənilməsi”) hakimlər X4 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə,hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, İddiaçı1 və İddiaçı2 nümayəndəsi Vəkil1, Cavabdeh2 nümayəndəsi Vəkil2 və Cavabdeh1 iştirakları ilə, ilkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair və ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı mənəvi zərərə görə kompensasiya ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-349/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. İddiaçılar iddia tələbini dəqiqləşdirərək Cavabdeh1 10000 manat və Cavabdeh2 10000 manat olmaqla, cəmi 20000 manat mənəvi zərərin İddiaçı2 xeyrinə və Cavabdeh2 10000 manat Cavabdeh1 10000 manat olmaqla, cəmi 20000 manat mənəvi zərərin İddiaçı1 xeyrinə tutulması və vəkil bürosu üçün ödənilmiş 1040 manat və 152+152=304 manat dövlət rüsumu olmaqla cəmi 41304 manat pulun İddiaçı2 və İddiaçı1 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışlar ki, "X1 İnstitutu” X24 həkim-anestezioloq-reanimatoloqları (İ0.10.2022xx.xx.2023-illərdə işləmiş) Cavabdeh1 və (xx.xx.2006-0İ.07.2024-cü illərdə işləmiş) Cavabdeh2 tərəfindən iddiaçılara (direktor) İddiaçı2 və (baş həkim-direktor müavini) İddiaçı1 şər-böhtan atılaraq onların şəxsi və iş həyatlarına ləkə yaxmağa çalışılmışdır. Belə ki, İddiaçı1 və İddiaçı2 (iddiaçılar) haqqında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna məktub göndərərək guya onların xəstələrə pulsuz verilən dərman preparatlarını mənimsəmələri, şəxsi maraqları üçün xəstələri reanimasiyada saxlayaraq pensiya düzəltmələri və sair qanunsuz hərəkətlər etdiklərini bildirərək şikayət etmişlər. Cavabdeh1 və Cavabdeh2 (cavabdehlər) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ünvanlanmış xx.xx.2023 tarixli şikayət ərizəsi ilə bağlı xx.xx.2023-cü il tarixli, 88 nömrəli əmrlə yardılmış araşdırma komissiyası tərəfindən müvafiq protokol tərtib edilmiş və rəy verilmişdir. Rəydə qərar alındı hissəsində, komissiyanın araşdırmaları ilə əlaqədar əldə edilmiş nəticələrə əsasən şikayət ərizəsində irəli sürülən iddialar heç bir sübüt növü ilə təsdiqini tapmadığına görə əsassız hesab edilməsi, əmək qanunvericiliyinin tələbləri baxımından bütün tibb heyyəti üzvlərinin əmək funksiyalarına nəzərdə tutulan öhdəlikləri yerinə yetirməsinə nəzarətin gücləndirilməsi tövsiyyə edilmiş, institutun işgüzar nüfuzuna xələl gətirən qərəzli məlumatların, habelə təxribat xarakterli iddiaların təsdiqini tapmadığı əsas tutularaq təqsirli şəxslər barəsində müvafiq tədbirlərin görülməsi məqsədə uyğun hesab edilməsi qeyd edilmişdir. Bundan əlavə şikayət Nizami rayon prokurorluğu tərəfindən araşdırılmış, iddiaçıların və digər şəxlərin izahatı alınmış həmçinin təyin edilmiş yoxlamanın nəticəsi tam təkzib edilərək xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həkim-anestezioloq-reanimatoloqlar Cavabdeh1 və Cavabdeh2 tərəfindən, (direktor) İddiaçı2 və (baş həkim) İddiaçı1 atılan şər-böhtan yalan olduğu üçün heç bir yerdə öz təsdiqini tapmamış və iddiaçılara bununla bağlı mənəvi ziyan dəymişdir. Buna görə də, mənəvi ziyanın maddi cəhətdən qarşılığı olmasa belə, cavabdehlərin şər- böhtan atdıqlarına görə iddiaçıların hər birinə 10000 manat pul vəsaitinin ödənilməsi tələbi zəruri olmuşdur.
2. Qarşılıqlı iddia tələbi üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia tələbi üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənəvi zərərə görə cavabdehlər İddiaçı1 və İddiaçı2 hər birindən ayrı-ayrılıqda 2000 manat tutulmaqla, cəmi 4000 manat pul vəsaitinin iddiaçı Cavabdeh2, mənəvi zərərə görə cavabdehlər İddiaçı1 və İddiaçı2 hər birindən ayrı-ayrılıqda 2000 manat tutulmaqla cəmi 4000 manat pul vəsaitinin iddiaçı Cavabdeh1 ödənilməsi, hüquqi xidmətə görə cavabdehlər İddiaçı1 və İddiaçı2 300 manat tutulmaqla cəmi 300 manat pul vəsaitinin iddiaçı Cavabdeh2 ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 120 manat pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçılara ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh2 18 ilə yaxın müddət ərzində "X1 İnstitutu” X26 adlanan müəssisədə həkim-anestezioloq-reanimatoloq vəzifəsində işləmişdir. X10 bir ildən artıq müddət ərzində "X1 İnstitutu” adlanan müəssisədə həkim- anestezioloqreanimotoloq vəzifəsində işləmişdir. Müəssisədə qanun pozuntusu kimi gördükləri hallar barədə müxtəlif dövlət qurumlarına yazılı və şifahi qaydada şikayətlər etmişlər. Nəticədə araşdırmalar başlanmış, X7 Bakı şəhər İdarəsi tərəfindən müəssisənin direktoru İddiaçı2 iddiaçıların əmək hüquqlarının kobud pozulması hallarına sistematik yol verdiyinə görə üç dəfə inzibati qaydada tənbeh edilmişdir. Bundan sonra cavabdehlər tərəfindən onlara qarşı daha amansız münasibət başlanmış, dəfələrlə açıq təhdidlər və təhqirlər səsləndirilmiş, öz ərizələri ilə könüllü şəkildə vəzifələrindən azad olunmayacaqları təqdirdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən işdən çıxarılacaqları barədə xəbərdar olunmuşlar. 04 oktyabr 2023-cü il tarixdə cavabdehlərin rəhbərlik etdikləri tibb müəssisəsində baş verən hallarla bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, X9 və Azərbaycan Respublikası Prezident Administrasiyasına birlikdə kollektiv müraciətlər göndərmişlər. X13 Müfəttişliyi tərəfindən araşdırıldıqdan sonra məlum olmuşdur ki, həqiqətən də cavabdehlərin yaramaz və istismarçı fəaliyyəti nəticəsində iddiaçıların əmək hüquqları kobudcasına pozulmuş, qanunvericilikdə nəzərdə tutulmuş müddətdən artıq saatlar üzrə işlərin görülməsinə cəlb olunmuşlar, əmək haqqlarına əlavələri lazimi məbləğdə ödənilməmiş və istirahət hüquqları təmin edilməmişdir. Elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş X14 Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, onların şikayətləri əsasında "X1 İnstitutu” X24 direktoru cavabdeh İddiaçı2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4 və 198.1.5-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Belə ki, tərtib edilmiş MN1933569 nömrəli xx.xx.20223-cü il tarixli və MN1614172 nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərarlar məhz onların şikayətləri əsasında qəbul olunmuşdur. Bundan başqa iddiaçı Cavabdeh2 təkrar şikayəti əsasında əvvəlki inzibati tənbehlərdən nəticə çıxarmamış, cavabdeh İddiaçı2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4 və 198.1.5-ci maddələrinə əsasən xx.xx.2024-cü il tarixli MN2121685 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək həmin məcəllənin 192.4-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixli MN1613783 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, iş vaxtından artıq vaxta işəgötürən tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə əmək haqqına əlavələrin on gün müddətində əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq yenidən hesablanıb ödənilməsini təmin edib, nəticəsi barədə idarə rəhbərliyinə məlumat verilməsi ilə bağlı məktub göndərilmişdir. Buna baxmayaraq cavabdehlər ödənişləri təmin etməmişdirlər. Sonradan X7 MN1933569 nömrəli xx.xx.2023-cü il tarixli və MN ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərarlarından cavabdeh İddiaçı2 tərəfindən Nizami rayon Məhkəməsinə şikayət verilmişdir. Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(007)-1550/2024nömrəli qərarı ilə İddiaçı2 vediyi şikayət təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin rəis müavini Nərmin Mirzəyeva tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-17/1-890/2024 nömrəli qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(007)-13550/2024 nömrəli qərarından X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(007)-1550/2024 nömrəli qərarı ləğv edilmiş və X7 Bakı şəhər İdarəsinin qərarları dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı ilə həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 10/20xx-xx/2023-cü il tarixli işçinin şəxsi vərəqəsindən görünür ki, 2022-ci ilin oktyabr ayından dekabr ayına kimi cəmi 69 iş günü, onlardan 40 gecə növbəsi saatı, 9 bayram növbəsi saatı işləmiş və ona ümumilikdə 3639.19 manat ödəniş hesablanmaqla, VİSA Kartına cəmi 2930,77 manat, 2023-cü ilin yanvar ayından dekabr ayına kimi cəmi 186 iş günü onlardan 352 gecə növbəsi saatı, 87 bayram növbəsi saatı işləmiş və ona ümumilikdə 32374,33 manat hesablanmaqla, VİSA kartına cəmi 24473,2 manat ödəniş edilmişdir. Bununla da sübut olunur ki, yalnız 2023-cü il üzrə cavabdeh İddiaçı2 tərəfindən iddiaçı Cavabdeh1 32374,33-24473,20=7901.13 manat əmək haqqı ödənilməmişdir. Cavabdeh2 2023-cü il tarixli işçinin şəxsi vərəqəsindən görünür ki, 2023-cü ilin yanvar ayından dekabr ayına kimi cəmi 229 iş günü, onlardan 392 gecə növbəsi saatı, 6 bayram növbəsi saatı işləmiş və ona ümumilikdə 40907,33 ödəniş hesablanmaqla, VİSA kartına cəmi 30297,29 manat ödəniş edilmişdir. Bununla da, sübüt olunur ki, yalnız 2023-cü il üzrə cavabdeh İddiaçı2 tərəfindən iddiaçı Cavabdeh2 40907,33 - 30297,29= 10610,04 manat əmək haqqı ödənilməmişdir. Bundan başqa Nizami rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarla iddiaçıların şikayət ərizələri əsasında başlanmış araşdırma yekunlaşmış və cavabdehlərin əməlində cinayət tərkibi müəyyən edilməmişdir. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 tərəfindən aşkar şəkildə təhqir olunmuş, bu fakt həmkarlarının imzası ilə sənədləşdirilmişdir. Bundan başqa iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 tərəfindən təzyiqlərə məruz qalmış və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bu hallar onda mənfi emosiyalar doğurmaqla mənəvi zərər çəkməsinə səbəb olmuşdur. İddiaçı Cavabdeh2 İddiaçı1 tərəfindən yalan məlumatlarla şərlənmiş və onun barəsində həqiqətə uyğun olmayan informasiyalar yayılmışdır. xx.xx.2024-cü il tarixli təqdimatında Cavabdeh2 vəzifə öhdəliklərinə aid olmayan ilkin baxış və diaqnozun əsaslandırılması kimi əmək funksiyalarını icra etməməsi göstərilmiş, bununla yanaşı heç bir normativ hüquqi aktla onun üzərinə vəzifə kimi qoyulmamış digər vəzifə öhdəliklərinin yerinə yetirilməməsi kimi qeyd edilmişdir. Bundan başqa cavabdeh İddiaçı2 xx.xx.2024-cü il tarixli əmrlə iddiaçı Cavabdeh2 ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin "ç” bəndi ilə xitam verilməsi barədə əmr vermiş və əmrdə qeyd edilmişdir ki, guya iddiaçı Cavabdeh2 vəzifə öhdəliklərinə səhlənkar yanaşması xəstə ölümünün səbəblərindən biri olmuşdur. Bu böhtan və yalandır. Bu hallar onda mənfi emosiyalar doğurmaqla onun mənəvi zərər çəkməsinə səbəb olmuşdur.
3. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-349/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin olunması, Cavabdeh1 1000 manat mənəvi zərər tutularaq 500 manat İddiaçı1 və 500 manat İddiaçı2 ödənilməsi, Cavabdeh2 1000 manat mənəvi zərər tutularaq 500 manat İddiaçı1 və 500 manat İddiaçı2 ödənilməsi, ilkin iddianın qalan hissədə təmin olunmaması, iş üzrə iddiaçılar tərəfindən ödənilmiş 40 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı "mənəvi zərərə görə kompensasiya ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin olunmaması, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 aid olunması qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Konstitusiyasının 24, 26, 46; Mülki Məcəllənin 23; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına; Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarına; Mülki Prosessual Məcəllənin 14, 77, 88, 107, 119, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, işin mübahisəsiz hallarından müəyyən olunur ki, tərəflər müəyyən müddətdir ki, bir kollektivdə işləmiş, bir-birini yaxından tanıyır və onlar arasında əmək fəaliyyəti ilə bağlı iş birliyi olmuşdur. ”X1 İnstitutu” X24 həkim-anestezioloq-reanimatoloqları Cavabdeh1 və Cavabdeh2 tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Tibbi Ərazi bölmələrinin İdarəetmə Birliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X9 ünvanlanmış şikayət ərizəsindən müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh2 X1 İnstitutunda şikayət ərizəsində sadalanan özbaşınalıqlar, qanun pozuntuları, korrupsiya və yeyinti halları, əmək hüquqlarının pozulmasının hallarının günbəgün artması, direktor İddiaçı2 və baş həkim İddiaçı1 öz ətrafı ilə birlikdə tibb müəssisəsini soyub talamaları, heç nəyə məhəl qoymamaları, baxımsızlıq, səhlənkarlıq və dərmanların gizlədilməsi ucbatından xəstələrin ölmələri barədə məlumat verərək, bu hallara son qoyulması üçün ciddi şəkildə qanunamüvafiq tədbirlər götürülməsini xahiş etmişlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ünvanlanmış xx.xx.2023 tarixli şikayət ərizəsi ilə bağlı xx.xx.2023-cü il tarixli, 88 №-li əmrlə araşdırma komissiyası yaradılmış və komissiyanın araşdırmaları ilə əlaqədar əldə edilmiş nəticələrə əsasən şikayət ərizəsində irəli sürülən iddialar heç bir sübüt növü ilə təsdiqini tapmadığına görə əsassız hesab edilməsi, əmək qanunvericiliyinin tələbləri baxımından bütün tibb heyyəti üzvlərinin əmək funksiyalarına nəzərdə tutulan öhdəlikləri yerinə yetirməsinə nəzarətin gücləndirilməsi tövsiyyə edilmiş, institutun işgüzar nüfuzuna xələl gətirən qərəzli məlumatların, habelə təxribat xarakterli iddiaların təsdiqini tapmadığını əsas tutaraq təqsirli şəxslər barəsində müvafiq tədbirlərin görülməsi məqsədə uyğun hesab edilmişdir. Həmçinin Bakı şəhər Nizami rayon Prokurorluğu tərəfindən faktla bağlı araşdırma aparılmış və xx.xx.2024-cü il tarixdə toplanmış 24-3-2-2/316- 0257 nömrəli material üzrə cinayət işinin başlanması rədd olunması barədə qərar qəbul olunmuşdur. Həmin qərarla müəyyən olunmuşdur ki, materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş 13 iyun 2024-cü il tarixli, 3-28/2-4463/2024 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 02 may 2024-cü il tarixli, 3-28/3-3-22/2024 nömrəli sərəncamı ilə yaradılmış komissiya tərəfindən 06-13 may tarixlərində İnstitutda monitorinq keçirilmişdir. Monitorinq zamanı İnstitutun aptek şöbəsi üzrə illik hesabatlar, mədaxil və məxaric sənədləri yoxlanılmış, dərman vasitələri və tibbi ləvazimatların aylıq dövriyyəsi araşdırılmış və uyğunsuzluq aşkar edilməmişdir. Həkimlərin əmək haqqları dövlət büdcəsindən ayrılan vəsait hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 09 yanvar tarixli, 02 nömrəli qərarı ilə müəyyən edilmişdir. İcbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlərdən əldə olunan vəsait hesabına isə tibb işçilərinin aylıq əmək haqqlarına həvəsləndirici əlavələr edilir. Onların miqdarı xəstə sayına, müayinə və müalicə növünə, iş rejiminə uyğun hesablanır.Hüquqi nöqteyi-nəzərdən şərəf şəxsiyyətin sosial əhəmiyyət kəsb edən ictimai qiyməti deməkdir. Başqa sözlə desək, şərəf şəxsiyyətin cəmiyyət tərəfindən qiymətləndirilməsi, yəni ətrafdakıların konkret şəxsiyyət barədə müsbət rəyi deməkdir. Ləyaqət şəxsiyyətin öz əxlaqi, peşə və digər keyfiyyətlərinə özünün qiymət verməsidir. Ləyaqət cəmiyyətin ona verdiyi qiymətə əsaslanan özünə hörmət deməkdir. Yuxarıda deyilənlər əsasında belə nəticəyə gəlmək olar ki, şərəf və ləyaqət vətəndaşın yaşadığı cəmiyyətin ona verdiyi obyektiv qiyməti və onun özü-özünə verdiyi qiyməti əks etdirən, bir- biri ilə qarşılıqlı şəkildə əlaqəli və bir-birini tamamlayan anlayışlardır. Hüquqdan sui-istifadə (lat. aemulatio) vətəndaşların öz hüquqlarından hüququn təyinatına zidd şəkildə, yolverilməz üsullarla istifadə etməsi şəklində xüsusi hüquqi davranış növüdür ki, bunun da nəticəsində cəmiyyətə, dövlətə, konkret şəxsiyyətə zərər vurulur. Bu hüquqi konstruksiya hələ roma hüququ zamanından yaxşı məlumdur. Roma hüququnda həmin konstruksiyanın əsas ideyası belə ifadə olunur: hər bir hüququn həyata keçirilmə hüdudu olmalıdır, əks halda başqa şəxslərin hüquqları pozulur, bu da öz növbəsində mülki dövriyyə üçün vacib olan vicdanlılıq və məntiqilik prinsiplərinə əməl olunmasını qeyri-mümkün edir.Beləliklə, hüquqdan sui-istifadə olunması hüququn başqa şəxsə ziyan vuran yolverilməz konkret davranışda təzahür edən və yaxud özgəsinin hüququ üçün təhdid yaradan anormal (faydasız, qeyri-adi, zərərli,) həyata keçirilməsi deməkdir. Bir qayda olaraq, hüquqdan sui-istifadə subyektiv hüquqdan bu hüququn sərhədlərini pozmaqla istifadə etməkdir. Subyektiv hüququn qanunla müəyyən olunmuş təsir hüdudlarından kənara çıxma müəyyən hüquqi nəticələrə gətirib çıxarır, bir şərtlə ki, səlahiyyətli hüquq-mühafizə orqanları bu faktı müəyyən etmiş olsun. Hüquqdan suiistifadə kompleks hüquqi hadisə kimi qəbul olunmalıdır. Bir tərəfdən, bu hüquqi məhdudiyyət subyektiv mülki hüquqdan sui-istifadənin qadağan olunması şəklində yaradılmış hüquqi tənzimləmə elementidir. Bu qadağanın məzmunu heç nəyə baxmayaraq baş verməsi mümkün olan müəyyən davranış variantının hüquqi cəhətdən yolverilməzliyini göstərir. Mülki hüquqda bu hüquqi məhdudiyyət hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi şəklində öz ifadəsini tapır. Digər tərəfdən, bu fenomenin hüquqi təbiəti hüquqdan sui-istifadənin subyektiv mülki hüquq məhdudiyyətlərinə aid olunmasına dəlalət edir. Son kontekstdə hüquqdan suiistifadə mülki hüquq subyektinin sosial və hüquqi məhdudiyyəti (buraya əxlaqi və hüquqi prinsipləri də aid etmək olar) subyektiv dərk etməsinə uyğun olaraq öz xüsusi hüquqi marağının təmin olunması üçün mülki hüququnu həyata keçirmə variantını seçərkən, yol verilən hərəkət sərbəstliyinin həddi rolu oynayır. Hüquqdan sui-istifadə zamanı davranışın hüquqa zidd olması qanun pozuntusunun hüquqi əlaməti kimi açıq ifadə olunmur. Ona görə də hüquqdan sui-istifadə qanun pozuntusu kimi qiymətləndirilmir. Bununla yanaşı, hüquqdan sui-istifadə hüquqi davranış kimi də qiymətləndirilə bilməz, çünki sonuncu sosial baxımdan faydalıdır. Son nəticədə hüquqdan sui-istifadə ya hüquqi davranış fenomenidir (burada qiymətləndirici meyar qanunun hərfidir), ya da qeyri-qanuni davranış fenomenidir (burada qiymətləndirici meyar qanunun ruhudur). Hüquqdan sui-istifadə zamanı davranışın hüquqa zidd olması təkcə qanuna zidd olmasında deyil, qanunu pozan şəxsin hüquq və maraqlarına zidd olmasındadır. Hüquqdan sui-istifadə qeyri-qanuni xarakter kəsb edən, qanun pozuntusuna çevrilə bilən, amma qanun pozuntusu sayılmayan hüquqi davranış tipinə aid edilməlidir. Hüquqdan sui-istifadə faktının aşkar olunması halında o, müdafiə olunmur və qorunmur. Hüquqdan sui-istifadənin hüquqi nəticələri ənənəvi deyil, burada hüquq pozuntusu üçün səciyyəvi olan hüquqi məsuliyyət yaranmır. Konkret işin hallarından asılı olaraq hüquqdan sui-istifadənin aşağıdakı nəticələri meydana gəlir: bu hərəkət həqiqətə uyğun olmayan hesab olunur; bu hərəkət qadağan olunur; subyektiv hüquqdan məhrum etmədən ondan istifadəyə xitam verilir və s. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlmək olar ki, şərəf və ləyaqət hüququ hər bir fiziki şəxsin, əmək kollektivinin və ya təşkilatın ayrılmaz hüququdur. Bu hüququn pozulması böyük mənəvi ziyan, hərəkət azadlığına və ictimai mövqeyə zərbə vuraraq ətrafdakılarda əlverişsiz təəssürat yaradır. Hər bir şəxsiyyətin ləyaqətinin qorunması dövlətin vəzifələrindən biridir və hər hansı halın baş verməsi şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verməməlidir. İnsanın ləyaqəti qorunmalı və ona hörmət olunmalıdır. İddiaçıların ilkin iddia tələbi ilə mənəvi zərərin əvəzi kimi 40000 manat, qarşılıqlı iddia ilə bağlı 8000 manat mənəvi zərərin tələb etməsi barədə məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Hazırki iş materiallarından görünür ki, iş üzrə cavabdehlər Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Tibbi Ərazi bölmələrinin İdarəetmə Birliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X9 şikayət ünvanlayaraq iddiaçıları dərman pereparatlarını satıb talamaqda və mənimsəməkdə, xəstələrin ölməsinə şərait yaratmaqda, saxta arayışların tərtib olunmasında ittiham etmiş, İddiaçı1 və İddiaçı2 korrupsioner adlandırmışdır. Məhkəmə hesab edir ki, cavabdehlərin dövlət orqanlarına müraciətləri nəticəsində Səhiyyə Nazirliyi və Bakı şəhər Nizami rayon Prokurorluğu tərəfindən faktla bağlı araşdırma aparılmış, araşdırma nəticəsində şikayətdə qeyd olunan faktlar öz təsdiqini tapmamışdır. İddiaçılar barəsində verilən şikayət kütləvi informasiya vasitələrində və s. yayılmasa belə, dövlət orqanlarına göndərilmiş, bununla bağlı araşdırma aparılmışdır. Avropa Məhkəməsinin öz qərarlarında qeyd etdiyi kimi, həmin müddət ərzində iddiaçılar psixoloji ağrı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik kimi hisslərdən əziyyət çəkmiş və nəticədə mənəvi zərərə düçar olmuşlar. Məhkəmə hesab edir ki, iddiaçılardan biri "X1 İnstitutu” X24 direktorudur, onun əmək münasibətləri sahəsində işəgötürənin kimi işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, əmək müqavilələrini ləğv etmək, işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək və s. kimi səlahiyyətlərə malikdir. İddiaçı həmçinin hazırkı cavabdehlərə münasibətdə işəgötürənin kimi bu hüquqlarından istifadə etmək və cavabdehlərdən öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək səlahiyyətinə malikdir. Cavabdehlərin iddiaçılar barəsində əsassız ünvanlanan şikayəti isə hüquqdan sui-istifadə hesab olunur və həmin faktın aşkar olunması halında o, müdafiə oluna və qoruna bilməz. Cavabdehlərin hüquqdan sui-istifadəsi nəticəsində zərərçəkən şəxlərin şəxsiyyəti və ləyaqəti alçaldılmış, bununla da iddiaçıların konstitution hüquqlarını pozmaqla onların iztiraba məruz qalmasına səbəb olmuşdur. Beləliklə, məhkəmə diqqətəlayiq halları nəzərə almaqla hesab edir ki, zərərin məbləği ağlabatan və ədalətli olmalı və cavabdehlərin hər birindən 1000 manat pul vəsaiti tutularaq iddiaçılara ödənilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə hesab edir ki, cavabdehlər iddiaçılar tərəfindən onların əmək hüquqlarının kobudcasına pozulduğunu, qanunvericilikdə nəzərdə tutulmuş müddətdən artıq saatlar üzrə işlərin görülməsinə cəlb olunduğunu, əmək haqqlarına əlavələrin lazimi məbləğdə ödənilmədiyini və istirahət hüquqlarının təmin edilməməsini qeyd edərək bununla bağlı olaraq mənəvi zərərə məruz qaldıqlarını qeyd etmişlər. Tərəflərin verdiyi izahata görə cavabdeh tərəf öz hüquqlarının bərpa olunması məqsədilə işə bərpa tələbi ilə məhkəməyə müraciət etmiş, hal-hazırda həmin tələbə digər məhkəmə tərəfindən baxılır. Hal-hazırda iş materiallarından cavabdehlərin mənəvi zərərə məruz qalması müəyyən olunmur.
4. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər İdarəsi tərəfindən 13 yanvar 2024cü il tarixli №3-17-5/2-4-1591/2024 saylı Cavabdeh1 və digərinə ünvanlanmış məktubla “X1 İnstitutu” X24 direktoru İddiaçı2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4 və 198.1.5-ci maddəsinə əsasən tərtib olunmuş MN ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola uyğun olaraq bu Məcəllənin 192.4-cü maddəsinə əsasən MN1614172 nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin 10 gün müddətində Cavabdeh1 və Cavabdeh2 iş vaxtından artıq iş saatlarında işlərin yerinə yetirilməsinə cəlb olunmaqlarına görə əmək haqqlarına əlavələrin hesablanaraq son haqq-hesablarının qanunvericiliyin tələblərinə uyğun olaraq ödənilməsini təmin edib, nəticəsi barədə X14 Xidməti Bakı şəhər İdarəsinə məlumat verilməsi ilə bağlı “X1 İnstitutu” X24 direktoru İddiaçı2 3-17-5/2- 53929/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktub göndərilmişdir. Həmçinin təqdim olunmuş sənədlərə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən Cavabdeh1 ilə “X1 İnstitutu” X24 işəgötürəni arasında xx.xx.2022-ci tarixində bağlanmış müddətli (xx.xx.2022-ci tarixindən xx.xx.2023-cü il tarixinədək 1 il 1 gün müddətinə) əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsininin 68ci maddəsinin ikinci hissəsinin “b” bəndinə(əmək müqaviləsinin müddətininin qurtarması) əsasən bu Məcəllənin 73-cü maddəsinin ikinci hissəsinin tələbi gözlənilməklə xitam verildiyi, Cavabdeh2 ilə xx.xx.2006-ci tarixində bağlanmış əmək müqaviləsinə dair bildirişin isə qüvvədə olduğu məlum olmuşdur. Eyni zamanda müraciətlərin Cavabdeh1 əmək qabiliyyətini müvəqqəti itirməyinə görə müavinətinin düzgün hesablanıb ödənilməməsi hissəsi ilə bağlı bildirilmişdir ki, "X1 X15 Şəxsin rəhbərliyi tərəfindən təqdim olunmuş digər sənədlərdən və aktdan əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin Dövlət Sosial Müdafiə Fondu tərəfindən zədənin məişətdə və ya istehsalatda baş verməsi barədə sığortaolunanın izahatı işəgötürənə təqdim etməkdən imtina etdiyi məlum olmuşdur; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən 14 oktyabr 2024-cü il tarixli №3-17-5/2-1-72436/4/2024 tarixli Cavabdeh2 ünvanlanmış məktubla idarə tərəfindən müəssisənin direktoru İddiaçı2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 198.1.5-ci maddələrinə əsasən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək bu məcəllənin 192.4-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixli MN1613782 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyinə görə əmək haqlarına əlavələrin 10 gün müddətində əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq yenidən hesablanıb ödənilməsini təmin edib, nəticəsi barədə idarəyə məlumat verməsi ilə bağlı müəssisələrin rəhbərliyinə xx.xx.2024-cü il tarixli 3-17-5/263769/2024 nömrəli məktub göndərilmişdir. Eyni zamanda Cavabdeh2 izahatına əlavə edilmiş sənədlərdən intizam tənbehinə cəlb edilməsi barədə xx.xx.2024-cü il tarixli 415-k nömrəli və əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 511-k nömrəli əmrlərlə tanış olduğu məlum olmuş, lakin əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq Həmkarlar Komitəsinin qərarı nəzərə alınmış olsa da, 511-k nömrəli əmrdə əsas kimi göstərilmiş digər müvafiq sənədlər (təqdimat, izahat, xəstəlik tarixləri, həmkarlar komitəsinin xx.xx.2024-cü il tarixli 5 nömrəli protokolu) müəssisənin rəhbərliyi tərəfindən araşdırmaya təqdim olunmadığından İdarə tərəfindən həmin məsələyə münasibət bildirmək mümkün olmamışdır; - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(103)-1505/2024 tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X14 Xidmətinin Hüquq İdarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayətinin təmin edilməsi, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(007)-1550/2024 nömrəli qərarının ləğv edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X14 Xidmətinin Hüquq İdarəsi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 İnstitutu” X24 direktoru İddiaçı2 barəsində qəbul edilmiş inzibati tənbeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X14 Xidmətinin rəis müavini Nərmin Mirzəyeva tərəfindən qəbul edilmiş, xx.xx.2024-cü il tarixli, 3-17/1-890/2024 nömrəli qərarın dəyişdirilmədən qüvvədə saxlanılması müəyyən olunur; - xx.xx.2023-cü il tarixli Cavabdeh1 və Cavabdeh2 tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Tibbi Ərazi bölmələrinin İdarəetmə Birliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X9 ünvanlanmış şikayət ərizəsindən müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh2 X1 İnstitutunda şikayət ərizəsində sadalanan özbaşınalıqlar, qanun pozuntuları, korrupsiya və yeyinti halları, əmək hüquqlarının pozulmasının hallarının günbəgün artması, direktor İddiaçı2 və baş həkim İddiaçı1 öz ətrafı ilə birlikdə tibb müəssisəsini soyub talamaları, heç nəyə məhəl qoymamaları, baxımsızlıq, səhlənkarlıq və dərmanların gizlədilməsi ucbatından xəstələrin ölmələri barədə məlumat verərək, bu hallara son qoyulması üçün ciddi şəkildə qanunamüvafiq tədbirlər götürülməsini xahiş etmişlər; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "X1 İnstitutu” X26 tərəfindən xx.xx.2024-cü il tarixdə №415-k verilmiş İntizam tənbehinə cəlb etmə barədə əmrlə Cavabdeh2 iş növbəsində olduğu xx.xx.2024-cü, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərində xəstəlik tarixində heç bir qeydiyyat aparmadığına, xəstənin vəziyyətini qiymətləndirmədiyinə, xəstəlik tarixində yazılı təyinatı olmadan xəstəyə tibb bacısı tərəfindən "Natrium bikarbonat” (soda) köçürülməsinin qarşısını almadığına, xəstənin qan qazları nəzərə alınaraq respirator dəstəyi edilmədiyinə görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci bəndinin "a” yarımbəndinə əsasən "Töhmət” verilmişdir; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "X1 İnstitutu” X26 tərəfindən xx.xx.2024-cü il tarixdə №511-k verilmiş Vəzifədən azad etmə, əmək müqaviləsinə xitam verilməsi barədə əmrə əsasən,əvvəllər də işəgötürən tərəfindən verilmiş intizam tənbehlərindən nəticə çıxarmayaraq, 6 ay ərzində təkrar əmək funksiyasını pozduğuna görə (AR əmək məcəlləsi 72-ci maddəsinin "ə” bəndinə uyğun olaraq) Cavabdeh2 ilə bağlanmış xxxxxxx000107 saylı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixində xitam verilmişdir; - İcbari Tibbi sığortası üzrə X20 Ərazi Bölmələrini İdarəetmə Birliyi "X1 İnstitutu” tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Xəbərdarlıq edilməsi barədə 477 nömrəli Əmrlə "X1 İnstitutunun anesteziologiya reanimasiya və intensiv terapiya şöbəsinin müdir əvəzi Cavabdeh2 şöbədaxili iş prosesini düzgün qura bilmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186cı maddəsinin üçüncü bəndinə əsasən, "Xəbardarlıq” edilmişdir; - Azərbaycan Respublikası İcbari Tibbi sığortası üzrə X20 Ərazi Bölmələrini İdarəetmə X23 şəxs Səhiyyə Nazirliyi "X1 İnstitutu” X26 tərəfindən xx.xx.2022-ci tarixli 397-k nömrəli əmrdən müəyyən olunur ki, Cavabdeh2 anesteziologiya,reanimasiya və intensiv terapiya şöbəsinin həkim-anestezioloqreanimatoloqu xx.xx.2022-ci tarixində "Anesteziologiya-Reanimatologiya” ixtisası üzrə test imtahanında iştirak etmiş, 39 bal toplamışdır. Keçid balının 40 olduğunu nəzərə alaraq, onun topladığı bal sayı qeyri-məqbul sayılmış və o sertifikasiyadan keçməyən işçi hesab olunmuşdur; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "X1 İnstitutu” X26 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş Xəbərdarlıq edilməsi barədə 288 nömrəli Əmrdən müəyyən olunur ki, həkim-anestezioloq-reanimatoloq Cavabdeh1 oksigendən asılı olan xəstələrin müalicə aldığı şöbədə siqaret çəkərək, infeksion rejim qaydalarını pozduğuna görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin üçüncü bəndinə əsasən "Xəbərdarlıq” edilmişdir; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "X1 İnstitutu” X26 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş İntizam tənbehinə cəlb edilmə barədə 15-k nömrəli Əmrdən müəyyən olunur ki, həkim-anestezioloq- reanimatoloq Cavabdeh2 işə vaxtında gəlmədiyinə və iş növbəsi zamanı vəzifə öhdəliklərini yerinə yetirmədiyinə görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci bəndinə əsasən, "Töhmət” verilmişdir; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "X1 İnstitutu” X26 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş Xəbərdarlıq edilməsi barədə 233-k nömrəli Əmrdən müəyyən olunur ki, həkim-anestezioloq- reanimatoloq Cavabdeh2 dəfələrlə edilmiş şifahi xəbərdarlıqlara məhəl qoymayaraq, təkrarən işə gecikdiyinə və işə davamiyyət jurnalına imza etmədiyinə görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin üçüncü bəndinə əsasən, "Xəbərdarlıq” edilmişdir; - Bakı şəhər Nizami rayon Prokurorluğu tərəfindən xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında Qərardan müəyyən olunur ki, toplanmış 24-3-2- 2/316-0257 nömrəli material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Bakı şəhər Nizami rayon Prokurorluğu tərəfindən xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında Qərardan müəyyən olunur ki, materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş 13 iyun 2024-cü il tarixli, 3-28/2- 4463/2024 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 02 may 2024-cü il tarixli, 3-28/3-3-22/2024 nömrəli sərəncamı ilə yaradılmış komissiya tərəfindən 06-13 may tarixlərində İnstitutda monitorinq keçirilmişdir. Monitorinq zamanı İnstitutun aptek şöbəsi üzrə illik hesabatlar, mədaxil və məxaric sənədləri yoxlanılmış, dərman vasitələri və tibbi ləvazimatların aylıq dövriyyəsi araşdırılmış və uyğunsuzluq aşkar edilməmişdir. Həkimlərin əmək haqqları dövlət büdcəsindən ayrılan vəsait hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 09 yanvar tarixli, 02 nömrəli qərarı ilə müəyyən edilmişdir. İcbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlərdən əldə olunan vəsait hesabına isə tibb işçilərinin aylıq əmək haqqlarına həvəsləndirici əlavələr edilir. Onların miqdarı xəstə sayına, müayinə və müalicə növünə, iş rejiminə uyğun hesablanır; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ünvanlanmış xx.xx.2023 tarixli şikayət ərizəsi ilə bağlı xx.xx.2023-cü il tarixli, 88№-li əmrlə yaradılmış araşdırma komissiyasının rəyindən müəyyən olunur ki, komissiyanın araşdırmaları ilə əlaqədar əldə edilmiş nəticələrə əsasən şikayət ərizəsində irəli sürülən iddialar heç bir sübüt növü ilə təsdiqini tapmadığına görə əsassız hesab edilməsi, əmək qanunvericiliyinin tələbləri baxımından bütün tibb heyyəti üzvlərinin əmək funksiyalarına nəzərdə tutulan öhdəlikləri yerinə yetirməsinə nəzarətin gücləndirilməsi tövsiyyə edilmiş, institutun işgüzar nüfuzuna xələl gətirən qərəzli məlumatların, habelə təxribat xarakterli iddiaların təsdiqini tapmadığını əsas tutaraq təqsirli şəxslər barəsində müvafiq tədbirlərin görülməsi məqsədə uyğun hesab edilmişdir; xx.xx.2023-cü il tarixli əlyazmadan görünür ki, xx.xx.2023-cü il tarixində ETAXİ- nin direktoru, reanimasiya şöbəsinin həkimləri ilə müşavirə keçirmiş və müşavirə zamanı ETAXİ-nin baş həkimi İddiaçı1 ayağa qalxaraq yüksək səslə kollektivin içində Cavabdeh1 rus dilində tərbiyyəsiz adlandırmışdır; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "X1 İnstitutu” X26 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş Xəbərdarlıq edilməsi barədə 451 nömrəli Əmrdən müəyyən olunur ki, Cavabdeh2 xəstəlik tarixlərinin doldurulmasında yol verdiyi nöqsanların aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin üçüncü bəndinə əsasən, "Xəbərdarlıq” edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
5. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinine- 2(010)-349/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsini ləğv edərək, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 24, 26, 60; Mülki Prosessual Məcəllənin 4.1, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, o, müddətli əmək müqaviləsi əsasında 1 il müddətinə tibb müəssisəsinə işə qəbul olunmuşdu. Müqavilə müddəti 2023-cü ilin oktyabr ayında bitirdi. O, 04 oktyabr 2023-cü il tarixdə “X1 İnstitutu” X21 direktor İddiaçı2 və tibb müəssisəsinin baş həkimi olan İddiaçı1 qanunsuz əməlləri barədə müxtəlif qurumlara şikayət ərizələri göndərdikdən sonra İddiaçı2 onunla qərəzçilik aparmağa başladı. Şikayət etdiyinə görə onunla olan müqavilənin uzadılmayacağını açıq aşkar üzünə dedi. Halbuki, bu gün ölkədə ciddi reanimatoloq çatışmazlığı vardır, xüsusən də ağciyər institutunda. Çünki dünyada və ölkəmizdə pandemiya rejimi bitməyib və hər an risk davam etməkdədir. İnstitutda yaşı altmışdan yuxarı olan ixtisası isə reanimatoloq belə olmayan həkimlər reanimasiya şöbələrində çalışır və onlar İddiaçı2 dırnaqarası xidmət edir deyə onlarla əmək müqavilələri uzadılır. xx.xx.2023-cü il tarixdə Səhiyyə Nazirliyində onların şikayətlərinin araşdırma müddətində direktor İddiaçı2 onunla olan əmək müqaviləsinin müddətinin bitməsini bəhanə gətirərək 908 nömrəli əmrlə onui işdən azad edərək, əmək müqaviləsinə xitam vermişdir. Kimlər ki, müəssisə rəhbərliyinə etiraz edir onları yavaş-yavaş işdən uzaqlaşdırırlar. Hal-hazırda X2 İnstitutunda bu cür hərc-mərclik baş alıb gedir. Bizim kimi haqqını hüququnu tələb edən gənc həkimləri uzaqlaşdırılar ki, öz yeyintilərini rahat şəkildə həyata keçirsinlər. Belə ki, xx.xx.2022-ci il tarixədək digər tibb müəssisələrindən fərqli olaraq burada çalışan həkimlərə əmək haqlarına əlavə olaraq bonuslar verilmirdi. Bununla bağlı icbari tibbi sığorta agentliyinin səlahiyyətli şəxsi Hikmət müəlimlə görüşüb bonusların verilmə qaydaları barədə öyrəndi. Tibb müəssisəsində kiçik bir araşdırma apardıqdan sonra məlum oldu ki, çalışdıqları tibb müəssisəsində çalışan həkimlərə də əmək haqlarına əlavə bonuslar verilməlidir.Lakin tibb müəssisəsinin rəhbərliyi bu bonusları həkimlərə vermir, mənimsəyirdilər. Rəhbərlikdən tələb etməyə başladılar ki, bonuslarını versinlər. Bundan sonra az-az da olsa verməyə başladılar. Bonusları tələb etdiklərinə görə rəhbərlik onları “qara siyahısına” saldı. Sonradan məlum oldu ki, Baş həkim ve direktor özünə yaxın həkimləri ixtisası uyğun olmadığı halda 1-ci və 2-ci reanimasiya şöbələrinə təyin etməklə onların əmək haqlarına bonusları yazdırıb və mənimsəyib. Əmək hüquqlarının pozulması ilə bağlı tərəfindən müxtəlif qurumlara şikayət ərizələri ünvanlanmışdır, o cümlədən də X14 Xidmətinə. Həmin qurumda aparılmış araşdırma zamanı təqdim olunmuş sənədlər əsasında müəyyən edilmişdir ki, işçilərlə bağlanmış əmək müqaviləsində iş saatları 09:00-dan 15:00-dək, nahar fasiləsi isə 13:00-dan 13:30-dək razılaşdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 103.5-ci maddəsinə əsasən, nahar fasiləsi müddəti iş vaxtına daxil edilmədiyindən sözügedən müqavilə üzrə işçilər üçün gündəlik iş saatı 5.5 saat müəyyən edilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş, həm müəssisənin mühasibi, həm də direktoru tərəfindən təsdiq edilmiş iş vaxtının uçotu tabelindən görünür ki, işçilər hər gün 6 saat işə cəlb edilmişlər. Araşdırmanın nəticəsi olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X18 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbe vermə haqqında qərarla və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin rəis müavini Nərmin Mirzəyeva tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, 3-17/1-890/2024 nömrəli qərarla “X1 İnstitutu” X21 direktoru İddiaçı2 inzibati qaydada cərimə edilmişdir. İddiaçı2 Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət ərizəsi ünvanlayaraq Azərbaycan Respublikasının Əmək və X16 Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X18 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin rəis müavini Nərmin Mirzəyeva tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-17/1890/2024 nömrəli qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(007)-1550/2024 nömrəli qərarı ilə İddiaçı2 verdiyi şikayət təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X18 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar və Azərbaycaı Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyanında X14 Xidmətinin rəis müavini Nərmin Mirzəyeva tərəfindən qət edilmiş 30 .01.2024-cü il tarixli, 3-17/1-890/2024 nömrəli qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Hüquq İdarəsi apellyasiya qaydasında şikayət verərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(007)-1550/2024 nömrəli qərarının ləğv edilməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1 İnstitutu” X24 direktoru İddiaçı2 barəsin qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəs Nazirliyi yanında X14 Xidmətinin rəis müavini Nərmin Mirzəyeva tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3- 17/1-890/2024 nömrə qərarların qüvvədə saxlanılmasını barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyasında işə baxılarkən o da, şahid kimi məhkəməyə dəvət olundu və orada qarşılaşdığı problem barədə ifadəsini bildirdi. Apellyasiya qaydasında verilmiş şikayət onunla əsaslandırılmışdır ki, Xəyal Mənsimovun İddiaçı2 tərəfindən hüquqlarının pozulmasını dair müraciətə baxılarkən təqdim olunmuş sənədlər əsasında müəyyən edilmişdir ki, işçilərlə bağlanmış əmək müqaviləsində iş saatları 09:00-dan 15:00dək, nahar fasiləsi isə 13:00-dan 13:30-dək razılaşdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 103.5-ci maddəsinə əsasən, nahar fasiləsi müddəti iş vaxtına daxil edilmədiyindən sözügedən müqavilə üzrə işçilər üçün gündəlik iş saatı 5.5 saat müəyyən edilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş, həm müəssisənin mühasibi, həm də direktoru tərəfindən təsdiq edilmiş iş vaxtının uçotu tabelindən görünür ki, işçilər hər gün 6 saat işə cəlb edilmişlər. Bu halda hər gün üçün işçilər müvafiq olaraq 30 dəqiqə əlavə işə cəlb edilmiş hesab edilməlidir. Müəssisə tərəfindən işçilərin iş vaxtından artıq işlərə cəlb edilməsinə görə əlavə əmək haqqının ödənilməsini sübut edən hər hansı sənəd təqdim edilməmişdir. Həmçinin, təqdim edilmiş əmək haqqının ödənilməsinə dair sənədlərə və məhkəmə prosesi zamanı verilmiş ifadələrə əsasən, belə müəyyən etmək olur ki, müəssisənin rəhbərliyi əmək müqaviləsi üzrə razılaşdırılmış şərtləri ümumiyyətlə yanlış şərh edərək, adıçəkilən işçilərə 6 iş saatı üçün haqq ödənilməsini qanunauyğun hesab edirlər. Məhkəmə zamanı istinad edilən Əmək Məcəlləsində nəzərdə tutulan əmək şəraitinin xarakterinə görə işi dayandırmaqla fasilənin vaxtını və davamiyyətini müəyyən etmək mümkün olmadıqda işəgötürənin işçiyə nahar etmək üçün şərait yaratmaq vəzifəsi əmək müqaviləsi ilə nahar fasiləsinin müəyyən edilmədiyi hallara şamil edilir. Hazırkı işdə adıçəkilən işçilərin əmək müqaviləsində nahar fasiləsinin müddəti dəqiq göstərilmişdir. Göstərilən saatda işçinin artıq işlərə cəlb edilməsi yalnız onun razılığı ilə və haqqı ödənilməklə mümkündür. Bu halda işçilərin iş saatı müqaviləyə əsasən, 5.5 saat olaraq nəzərə alınmalı və artıq işə cəlb edildikləri 30 dəqiqəlik müddət. üçün işçilərə Əmək Məcəlləsinin 165.1-ci maddəsinə əsasən, saatlıq vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla əlavə haqq ödənilməlidir. Məhkəmə, apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab etdi ki, verilmiş şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1 İnstitutu” X28 direktoru İddiaçı2 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərar və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin rəis müavini Nərmin Mirzəyeva tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-17/1-890/2024 nömrəli qərar dəyişdirilmədən saxlanılmalıdır. Göründüyü kimi onlara qarşı olan haqsızlıqlarla bağlı müxtəlif dövlət qurumlarına etdikləri şikayətlərə ilk növbədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən operativ şəkildə reaksiya verilmiş və araşdırma nəticəsində şikayətləridə göstərdikləri fakt öz təsdiqini tapmışdır. Bunun nəticəsində də “X1 İnstitutu” X26 barəsində müvafiq inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmiş və bununla bağlı artıq qanun qüvvəsini almış məhkəmə aktı mövcuddur. Şikayətlərində qeyd etdikləri digər faktlarla bağlı isə Bakı şəhər Nizami rayon Prokurorluğunda araşdırma aparılmış, lakir cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra həmin qərardan tərəfimizdən Bakı şəhər Prokurorluğuna və məhkəmə nəzarəti qaydasında Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət ərizələri ünvanlansa da şikayətləri səthi şəkildə araşdırılmış və nəticədə rədd qərarı dəyişdirilmədən saxlanılmışdır. Halbuki, əllərində kifayət qədər sübutlar var idi və həmin sübutları istintaq orqanına da təqdim etmişdilər. Bu halda da onlar öz konstitusion hüquqlarından istifadə edərək qarşılaşdıqlar haqsızlıqlarla və ən azından vətəndaşlıq borcunu yerinə yetirərək çalışdıqları qurumda baş verən neqativ hallar barədə müvafiq dövlət qurumlarına şikayətlər ünvanlamışlar. Onlar hansısa formada mətbuat və sosial şəbəkələr vasitəsi ilə bu müraciətləri etməmişlər. Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının qanununa və digər normativ aktlara əsaslanaraq hüquqların müdafiəsini tələb etmişlər. Bundan başqa bildirir ki, tərəfindən məhkəməyə müvafiq akt təqdim olunmuşdur. Həmin akta imza çəkən şəxslər (keçmiş iş yoldaşları) çalışdığı qurumda keçirilən iclasların birində yenə də baş verən haqsızlıqla bağlı etirazını bildirdikdə ETAXİ-nin baş həkimi İddiaçı1 ayağa qalxaraq yüksək səslə, rus dilində kollektivin içində onu “tərbiyəsiz” adlandırmasını təsdiq etmişlər. Məhkəmə iclasında ifadə verən şahidlər də bu halı təsdiq etmişlər. Şahidlər həmçinin ifadələrində müəssisədə baş verən neqativ halların mövcudluğunu da gizlətməmişlər. Lakin işə baxan məhkəmə nədənsə ilkin iddia üzrə iddiaçıların şərəf və ləyaqətini üstün tutaraq onlara ziyan ödənilməsini qət etmişdir. Halbuki, o, baş həkim İddiaçı1 fərqli olaraq kollektiv içində hər hansı alçaldıcı ifadələrə yol verməyərək öz hüququnun bərpasını dövlət qurumlarına müraciət etməklə tələb etmişdir.
6. Cavabdeh2 apellyasiya şikayəti vermiş və qətnamənin ilkin iddia tələbinin təmin edilmiş hissədə ləğv edilməsi, həmin hissədə iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsinə dair hissədə ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Mülki Məcəllənin 23; Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, cavabdehlər “X1 İnstitutu” X24 işçiləri olmuşlar. Onlar müəssisədə müşahidə etdikləri və qanun pozuntusu hesab etdikləri hallarla bağlı aidiyyəti orqanlara müraciət etmişlər. Müraciət Baş Prokurora, Əmək Müfəttişliyinə, Səhiyyə Nazirliyinə ünvanlanmışdır. Müraciətdə qeyd edilib ki, müəssisədə dərman çatışmazlığı var, qeyri-peşəkar rəhbərlik nəticəsində ölüm hadisələri baş verir, əmək hüquqları pozulur və digər qanun pozuntularına yol verilir. İş materialları ilə müəyyən edilir ki, sözü gedən müraciət Nizami rayon prokurorluğu və Əmək müfəttişliyi tərəfindən araşdırılmışdır. Nizami rayon prokurorluğu dərman çatışmazlığı (korrupsiya hüquqpozmaları), Əmək Müfəttişliyi isə əmək hüquqlarının pozulması hissəsində araşdırmamışdır. Müraciət digər hissələrdə araşdırılmamışdır. İş materiallarında olan Nizami rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, müstəntiq dərman çatışmazlıqları ilə bağlı şahid izahataları və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yoxlamasının nəticələrinə əsaslanan qərar qəbul etmişdir. Şikayətin digər hissələri ilə bağlı araşdırma aparılması qərardan görünmür. Bununla belə, qərarda yazılır ki, dərmanların talanması ilə bağlı aparılmış yoxlama müsbət nəticə verməmişdir. Əmək müfəttişliyinə göndərilmiş şikayət nəticəsində İddiaçı2 inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyində şikayətdə göstərilmiş dəlillərlə bağlı araşdırmanın aparılması iş materialları ilə müəyyən edilmir. Cavabdehlərin iddiaçılar barəsində müvafiq səlahiyyətli müxtəlif dövlət orqanlarına müraciət edərək onlarla bağlı verdikləri məlumatlar şikayət xarakterli olmaqla yalnız müvafiq dövlət orqanlarına bildirilmiş, iddiaçının şərəf və ləyaqəti, işgüzar nüfuzu ilə bağlı qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmamışdır. Buna görə də, həmin məlumatların sübut olunub-olmunmasından asılı olmayaraq şərəf və ləyaqəti alçaldan, işgüzar nüfuzu ləkələyən məlumatlar hesab oluna və həmin məlumatların yayılması kimi qiymətləndirilə bilməz. Cavabdehlərin müraciətlərində verdiyi məlumatların iddiaçıların yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, hər hansı hüquqlarının məhdudlaşdrılması və digər onun üçün arzuolunmaz nəticələrə səbəb olmasına dair iddiaçı tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Digər tərəfdən, cavabdehlərin ayrı-ayrı qurumlara yazdığı şikayət ərizələrində niyyəti iddiaçıların şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməyə (alçaltmağa) yönəlməyib. Əksinə, onlar bilavasitə çalışdıqları “X1 İnstitutu” X26də olan nöqsanlarla bağlı öz subyektiv fikirlərini ifadə ediblər. Sözü gedən nöqsanların mövcudluğuna dair şübhələrin əsaslı olması (dərman çatışmazlıqları və xəstə ölümləri) iş materiallarına əlavə edilmiş xəstəlik tarixləri və şahid ifadələri ilə təsdiq olunur. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 11 - 2.2-ci maddəsinə əsasən korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ya ləyaqətini alçaltmaq qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Hazırki iddia ərizəsi öz xarakterinə görə iddiaçıları təzyiqə məruz qoyur və onlara maddi ziyan vurmaq məqsədi daşıyır, bununla da Qanunun məqsədlərinə nail olmağa mane olur. Belə ki, Respublikamızın çiçəklənməsi üçün qurulan qanunvericilik bazasının bir hissəsi olan “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu korrupsiya hüquqpozmaları ilə bağlı şikayət verən şəxslərin dövlət müdafiəsinə təminat verir və belə məlumatvermənin tam təhlükəsiz olmasını təmin edir. Cavabdehlərin iddiaçılar barədə səlahiyyətli qurumlara göndərdikləri şikayətlər həmin Qanunun təsiri altına düşür və müraciət müəlliflərinin immuniteti təmin edilir. Bu səbəbdən də iddia tələbi əsassız hesab edilməlidir. Qeyd olunmalıdır ki, cavabdehlərin ünvanladığı şikayət ərizəsində iddiaçıların barəsində onların şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən (alçaldan) söz və ifadələr işlədibişlətməməsi və bu məlumatların yayılması nəticəsində onların hər-hansı mənəvi sarsıntı və iztirab keçirib-keçirməməsi, həmin məlumatların doğru olub-olmaması və bu məlumatların yayılması ilə bağlı işin halları birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər araşdırılmayıb. Həmçinin, cavabdehlərin hər ikisi iddiaçıların rəhbər vəzifə tutduqları “X1 İnstitutu” X26də həkim vəzifəsindən azad edilmişlər. Cavabdeh2 İddiaçı2 xx.xx.2024-cü il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən azad edilmişdir. Nizami rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh2 iddiası təmin edilmişdir, onun işə bərpa olunması qət edilmişdir. Qətnamənin 39-cu bəndində qeyd edilir ki, "iddiaçıları dərman pereparatlarını satıb talamaqda və mənimsəməkdə, xəstələrin ölməsinə şərait yaratmaqda, saxta arayışların tərtib olunmasında ittiham etmiş, İddiaçı1 və İddiaçı2 korrupsioner adlandırmışdır". Qeyd edilən şikayət məzmunu korrupsiya hüquqpozmaları barədədir. Bu məlumatları verən şəxslərin hüquqları “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müdafiə olunur. Əks yanaşma müstəqil Azərbaycan Respublikasında korrupsiya ilə mübarizəyə həsr olunmuş Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planına da zidd olardı. Korrupsiya hüquqpozmaları ilə bağlı məlumat vermək istəyən potensial adamlar bunun gələcəkdə mülki məsuliyyət riskinin yaradacağını anlasalar, onlar bunu etməyəcək və korrupsiyaya qarşı mübarizədə əhalinin iştirakı siyasəti tamamilə əhəmiyyətsiz olmaqla müvafiq qanun işləməyəcək. Qarşılıqlı iddia ərizəsini tam müdafiə edirik. Təmin edilməsini xahiş edir. İlkin iddia tamamilə əsassızdır. Tam rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi aydınlaşdırmalı idi: 1) şikayət ərizəsində vurğulanan halların hansıları ətrafında real araşdırma aparılmışdır? 2) Araşdırma aparılan hallardan hansı öz təsdiqini tapıb, hansı tapmayıb? Məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilkin iddianın rəddinə və qarşılıql iddianın təmin edilməsinə yönələn sübut kimi qəbul edilirmi? Qəbul edilmirsə, hansı səbəbdən qəbul edilmir? İddiaçıların iddiaçının şərəf vs ləyaqəti, işgüzar nüfuzuna xələl dəymişdirmi? Müsbət halda bu necə ifadə olunmuşdur (məlumatların iddiaçıların yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, hər hansı hüquqlarının məhdudlaşdrılması və digər onun üçün arzuolunmaz nəticələrə səbəb olması)? Şikayət ərizəsi göndərmiş cavabdehlər "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 11-2-c maddəsinin ehtiva etdiyi dövlət müdafiəsi ilə əhatə olunurlarmı? Qarşılıqlı iddia tələbi üzrə cavabdehlərin yol verdikləri qanun pozuntularına ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Halbuki qarşılıqlı iddia ərizəsində göstərilən hallar həm sənədlər, həm də şahid ifadələri ilə sübuta yetirilmişdir. Nizami rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi sübutlar siyahısına daxil edilməmişdir. Halbuki, həmin qətnamə ilə Nuridə xanım İslamzadənin iddiaçıların rəhbəri olduğu müəssisəyə işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi qət edilmişdir. İddiaçılar barəsində cavabdehlərin yazdıqları şikayət ərizəsinin hansı hissəsinin müvafiq orqanlar tərəfindən araşdırılması, yayılıb-yayılmaması, onların şərəfi, ləyaqəti və işgüzar nüfuzuna necə toxunması aydınlaşdırılmadıgı halda, onlara görə mənəvi zərərin dəyməsi halı müəyyən edilmiş, lakin sübüt edilməmişdir. Heç bir sübutlar müəyyən edilmir ki, iddiaçılara hər-hansı mənəvi zərər dəyib. Şikayət ərizəsi tam qanunidir, "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun yaratdığı hüquqi şəraitə üygündür, heç bir süi-istifadə movcüd deyil, şahid ifadələri ilə də şikayətlərin əsasında real hadisələrin durduğu məlum oldü. Buna baxmayaraq birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçılar barədə verilmiş şikayət onlara mənəvi zərər dəyməsinə səbəb olmuş, lakin qarşılıqlı iddia tələbi üzrə iddiaçılara heç bir mənəvi zərər dəyməyib. Nizami rayon prokurorluğunun "cinayət işinin başlanmasının rədd edilməsi" haqqında qərarı sübüt novü kimi nəzərə alıb ilkin iddia tələbinin qismən təmin edilməsi üçün kifayət hesab edən birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, həmin qərar şikayət ərizəsində gostərilən bütün halları əhatə etmir, yalnız "dərmanların mənimsənilməsi" hissəsində şikayəti əhatə edir. Şikayətin yerdə qalan hissəsi ümumiyyətlə həmin qurum tərəfindən yoxlanılmayıb, əmək hüquqlarının pozulması hissəsində də şikayətin dəlilləri əsaslı olmaqla inzibati tənbehə əsas olmuşdur. Birinci instansiya məhkəməsi ölkə rəbərliyinin korrupsiyaya qarşı mübarizədə əhalinin fəal iştirakını dəstəkləyən siyasətini görməzdən gəlmiş, "korrupsiya hüquqpozmaları barədə məlumat vermək istəsəniz 100 ölçüb 1 biçin, əks halda mülki məsuliyyətə cəlb oluna bilərsiniz, başınızı aşağı salıb işinizlə məşğul olun, "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunu boş verin..." fikrini ifadə etmişdir. Bununla da birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Apellyasiya icraatı zamanı müəyyən edilən hallar
7. İddiaçı1 və İddiaçı2 nümayəndəsi Vəkil1 etiraz təqdim etmiş və qeyd etmişdir ki, X1 İnstitutu" X24 həkim-anestezioloq-reanimatoloqlar (xx.xx.2022-xx.xx.2023-ci illərdə işləmiş) Cavabdeh1 və (xx.xx.2006-xx.xx.2024-cü illərdə işləmiş) Cavabdeh2 tərəfindən onlara (direktor) İddiaçı2 və (baş həkim-direktor müavini) İddiaçı1 şər-böhtan ataraq bizim şəxsi və iş həyatlarına ləkə yaxmağa çalışmışlar. Cavabdeh2 qıznın əmək intizamını pozması və cinayət əməli barədə bizdə video görüntülər var və bu video görüntülərin bəzilərini məhkəməyə təqdim etmişlər. Bundan başqa onlar haqqında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna məktub göndərərək guya xəstələrə pulsuz verilən dərman preparatlarını mənimsəmədiklərini, şəxsi maraqları üçün xəstələri reanimasiyada saxlayaraq pensiya düzəltdiklərini və sair qanunsuz hərəkətlər etdikləri iddia edərək müraciət göndərmişlər. Cavabdehlərin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ünvanlanmış xx.xx.2023 tarixli şikayət ərizəsi ilə bağlı xx.xx.2023-cü il tarixli, 88 nömrəli əmrlə yaradılmış araşdırma komissiyası tərəfindən müvafiq protokol tərtib edilmiş və rəy verilmişdir. Rəydə qeyd edilən aşağıdakı nüansları məhkəmənin diqqətinə çatdırır ki; 1. Komissiyanın araşdırılmaları ilə əlaqədar əldə edilmiş nəticələrə əsasən şikayət ərizəsində irəli sürülən iddialar heç bir sübut növü ilə təsdiqini tapmadığına görə əsassız hesab edilsin. 2. Əmək qanunvericiliyinin tələbləri baxımından bütün tibb heyyəti üzvlərinin əmək funksiyalarında nəzərdə tutulan öhdəlikləri yerinə yetirməsinə nəzarətin gücləndirilməsi tövsiyyə edilsin. 3. İnstitutun işgüzar nüfuzuna xələl gətirən qərəzli məlumatların, habelə təxribat xarakterli iddiaların təsdiqini tapmadığını əsas tutaraq təqsirli şəxslər barəsində müvafiq tədbirlərin görülməsi məqsədəuyğun hesab edilsin. Nizami rayon prokurorluğunda bizim və digər şəxslərin izahatı alınmış, həmçinin təyin edilmiş yoxlamanın nəticəsi ilə şikayətçilərin ərizəsi tam rədd edilərək xx.xx.2024-cü il tarixli (cinayət işinin başlanmasının rədd edilməsi haqqında) qərar qəbul edilmişdir. Beləliklə, həkim-anestezioloq-reanimatoloqlar Cavabdeh1 və Cavabdeh2 tərəfindən bizə (direktor) İddiaçı2 və (baş həkim) İddiaçı1 atılan şər-böhtan yalan olduğu üçün heç bir yerdə öz təsdiqini tapmamış və bizə mənəvi ziyan dəymişdir. Buna görə də, bizim mənəvi ziyan maddi cəhətdən qarşılığı olmasa belə, cavabdehlərin şərböhtan atdıqlarına görə bizə dəymiş mənəvi ziyanın qarşılığı pul vəsaiti kimi bizə ödənilməsi çəkdiyimiz mənəvi sarsıntının qarşılığı kimi məqsədə müvafiqdir. İddiaçı2 və (baş həkim-direktor müavini) İddiaçı1 beynəlxalq tədbirlərdə Azərbaycan Respublikasını təmsil edirlər və çox saylı elmi əsərlərin, monoqrafiyaların və məqalələrin müəllifi olmaqla beynəlxalq aləmdə nüfuz qazanmış alimlərdir. Bu cür şər-böhtan xarakterli ləkə yaxmalar isə onların işgüzar nüfuzuna və həkimlik peşəsinə kölgə salır. Cavabdeh2 işlədiyi müddətdə əvvəlki rəhbərlikdən və hazırkı rəhbərlikdə ümumilikdə on dəfədən çox "töhmət" və "xəbərdarlıq" almışdır. Cavabdeh öz üzərində işləyib buraxdığı nöqsanları aradan qaldırıb islah olunmaqdansa şər-böhtan atmaqla vəziyyətdən çıxış yolu axtarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilir: Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. 7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. 8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. 9. Məhkəmələr nəzərə almalıdırlar ki, mülki qanunvericilikdə müəyyən olunmuş zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları eyniliklə mənəvi zərərin ödənilməsi barədə iddialara da aiddir (məsələn, yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə (Mülki Məcəllənin 1108.1-ci maddəsi)və.s. Cavabdehlər öz üzərində işləyib buraxdığı nöqsanları aradan qaldırıb islah olunmaq yolunu seçmək əvəzinə, şərböhtan atmaqla vəziyyətdən çıxış yolu axtarmasını nəzərə alaraq apellyasiya şikayətinin rədd edilməsi barədə qərar qəbul etməyinizi xahiş etmişdir.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə etmiş və qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 11 -2.2-ci maddəsinə əsasən korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ya ləyaqətini alçaltmaq qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Əlavə olaraq qeyd etmişdir ki, Ali Məhkəmənin 2(102)- 805/2023 saylı xx.xx.2023-cü il tarixli və 2(102)-284/2023 saylı xx.xx.2023-cü il tarixli qərarları elektron kabinetə yerləşdirilmişdir. Ali Məhkəmənin mövqeyi ondan ibarətdir ki, dövlət orqanında vəzifə tutan, publik funksiya daşıyan şəxsin barəsində korrupsiya əməli barədə səlahiyyətli dövlət orqanına və vəzifəli şəxsinə məlumat verən şəxsə qarşı mülki-hüquqi xarakterli məhdudlaşdırıcı tədbirin tətbiq olunması, yuxarıda sadalanan normaların hüquqi mahiyyətinə və ümumən korrupsiyaya qarşı mübarizə qanunvericiliyinin güddüyü məqsədə uyğun gəlmir, qeyd edilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
9. Məhkəmə kollegiyasının iclasında iştirakı edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə etdiyini bildirmişdir.
10. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı1 və İddiaçı2 nümayəndəsi Vəkil1 etiraz ərizəsi ilə eyni məzmunda izahat verərək bildirmişdir ki, İddiaçı2 və İddiaçı1 beynəlxalq tədbirlərdə Azərbaycan Respublikasını təmsil edirlər və çox saylı elmi əsərlərin, monoqrafiyaların və məqalələrin müəllifi olmaqla beynəlxalq aləmdə nüfuz qazanmış alimlərdir. Bu cür şər-böhtan xarakterli ləkə yaxmalar, bu cür məlumatların yayılması, müxtəlif orqanlara müraciətlərin edilməsi onların işgüzar nüfuzuna və həkimlik peşəsinə kölgə salır, Mülki Məcəllənin 23 və 1097-ci maddələrinə müvafiq olaraq iddiaçıların işgüzar nüfuzuna xələl gəlmiş, iddiaçılara mənəvi zərər dəymişdir. Cavabdeh2 işlədiyi müddətdə əvvəlki rəhbərlikdən və hazırkı rəhbərlikdə ümumilikdə on dəfədən çox "töhmət" və "xəbərdarlıq" almışdır. Qeyd edilənlərə əsasən, şikayətlərin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinə əsasən: 12. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 46. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. 47. Hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. 57.Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır.
13. Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə əsasən: 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.3. Mediada hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş (yayımlanmış) fiziki şəxsin həmin mediada öz cavabının dərc edilməsi (yayımlanması) hüququ vardır. 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 23.5. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. 23.6. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
14. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmçinin göstərilir ki, mənəvi zərərin ödənilməsi,habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
15. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də, mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
16. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü,peşə və sənəti,cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Məhkəmə kоllegiyası apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmə kollegiyası ilkin iddia tələbinə münasibətdə qeyd edir ki, iş üzrə cavabdehlər Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Tibbi Ərazi bölmələrinin İdarəetmə Birliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X9 şikayət ünvanlayaraq iddiaçıları dərman pereparatlarını satıb talamaqda və mənimsəməkdə, xəstələrin ölməsinə şərait yaratmaqda, saxta arayışların tərtib olunmasında ittiham etmiş, cavabdehlərin dövlət orqanlarına müraciətləri nəticəsində Səhiyyə Nazirliyi və Bakı şəhər Nizami rayon Prokurorluğu tərəfindən faktla bağlı araşdırma aparılmış, araşdırma nəticəsində şikayətdə qeyd olunan faktlar öz təsdiqini tapmamışdır. İddiaçılar cavabdehin dövlət orqanlarına ünvanladığı şikayət ərizələrində onun barəsində yalan məlumatlar yaymasına istinad edərək hazırkı iddia tələblərini irəli sürmüşdürlər. Hazırkı işdə irəli sürülən iddia tələblərinin qanuni əsası kimi şərəf və ləyaqətin müdafiəsinə, şəxsiyyət haqqının pozulması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsinə dair normalar nəzərdən keçirilə bilər. Belə ki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Məlum olduğu kimi, şəxsiyyət haqqına müdaxilə, o cümlədən şərəf və ləyaqətin, işgüzar nüfuzun ləkələnməsi mülki hüquq pozuntusu sayılır. Cavabdehlərin delikt normaları çərçivəsində iddiaçı qarşısında məsuliyyət daşıması üçün aşağıdakı hallar mövcud olmalıdır: şərəf və ləyaqəti, işgüzar nüfuzu ləkələyən məlumatları yayma əməli, həmin əməlin hüquqa zidd (qeyri-hüquqi) olması, iddiaçının şəxsiyyətinə dəymiş zərər, əməl ilə zərər arasında səbəbli əlaqə və təqsir. Sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin ünsürlərdən birinin aşkar edilməməsi iddianın rədd edilməsi üçün kifayətdir, digər əlamətlərin araşdırılmasına gərək yoxdur. Əməlin hüquqa zidd olması onu törədən şəxs tərəfindən qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizliyin edilməsi başa düşülür, yəni törədilmiş əməl qanunvericiliklə qadağan edilmiş və ya yol verilən qanuni hədləri aşmış olmalıdır. Qadağan edilməyən davranış, yaxud Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında nəzərdə tutulmuş hüququn həyata keçirilməsi hüquqa zidd əməl sayıla bilməz. Hazırkı işdə cavabdehlərin dövlət orqanlarına şikayət ərizələri göndərməsi və həmin müraciətlərdə vəzifəli şəxs olan iddiaçının qanunsuz hərəkətləri barədə məlumat verməsi işin mübahisəsiz hallarıdır. Həmin şikayətlərdə korrupsiya halı barədə verdiyi məlumatlar prokurorluq orqanı tərəfindən araşdırılmış və sübuta yetmədiyinə görə cinayət işinin başlanması rədd edilmişdir. Burada önəm ona verilməlidir ki, ilk iddia üzrə iddiaçılar vəzifəli şəxslərdir, müraciətlər onların vəzifərinin icrası ilə əlaqəli olmuşdur, habelə tərəflər arasında əmək mübahisəsi mövcuddur. Cavabandehlərin dövlət (hakimiyyət) təşkilatlarına müraciəti iddiaçılar vəzifələri ilə bağlı olmuş və onlar barədə məlumatların yayılma səciyyəsi daşımamışdır. Belə olan halda, şikayətlər və onlarda əks olunmuş ifadələr iddiaçıların şəxsiyyətini ləkələməyə yönəlmiş müraciət hesab oluna bilməz. Bundan başqa, Konstitusiyanın 57-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirirlər. Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır. İrqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətinə görə şəxsin müraciət etmək hüququnu məhdudlaşdırmaq qadağandır (“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 1.1, 1.2, 1.3-cü maddələri). Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Bu hüquqlardan biri də vətəndaşın məruz qaldığı korrupsiya əməli barədə dövlət orqanlarına şikayət etmək imkanıdır. Vətəndaş şikayətini əsaslandırmaq üçün ona qarşı törədilmiş qanunsuz hərəkət, o cümlədən dövlət orqanının vəzifəli şəxsinin qanunsuz davranışı haqqında məlumat verməkdə sərbəsdir, belə məlumatların araşdırılması və cavablandırılması hüququna malikdir. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ ilə yanaşı, fikir və söz azadlığı, habelə vətəndaşın öz hüquqlarını və azadlıqlarını müdafiə etmək üçün dövlət orqanlarına müraciət etmək hüququ da konstitusion səviyyədə tanınır və onlara təminat verilir. Konkret mülki mübahisədə tərəflərin istinad etdikləri bu hüquqlar bir-biri ilə toqquşduqda məhkəmə həmin hüquqların hədlərini və məhdudlaşdırılma əsaslarını dəqiq müəyyən etməlidir. Bu zaman nəzərə alınmalıdır ki, hüququn məhdudlaşdırılmasına yalnız qanunla nəzərdə tutulduqda, qanuni məqsəd daşıdıqda və bu məqsədə mütənasib (demokratik cəmiyyətdə zəruri) olduqda haqq qazandırmaq olar. Dövlət orqanına korrupsiya faktı barədə məlumat vermiş vətəndaşın şikayətinin sübuta yetməməsinə görə mülki mühakimə icraatında məsuliyyətə alınması yolverilməzdir. Əks yanaşma şəxsin müraciət hüququnun demokratik cəmiyyətdə zəruri (mütənasib) olmayan şəkildə məhdudlaşdırılmasına gətirib çıxara bilər. Belə ki, vətəndaşın korrupsiya halı barədə verdiyi məlumat üzrə aparılan araşdırma nəticəsində onun bildirdiklərinin sübuta yetməməsi mümkündür. Məlum olduğu kimi, korrupsiya əməlləri bir qayda olaraq gizli törədildiyi üçün onların sübut edilməsi həmişə asan olmur. Hətta korrupsiyaya qarşı mübarizə aparan dövlət orqanı, belə əmələri ifşa etmək üçün xüsusi sübutetmə vasitələrindən istifadə edir. Lakin bu hal konkret və mötəbər sübutlara malik olmayan vətəndaşın məruz qaldığı korrupsiya əməli barədə dövlətə məlumat vermək hüququnu əlindən ala bilməz. Vətəndaşın üzərinə düşən öhdəlik dövlət orqanına vicdanlı və dürüst məlumat vermək, əgər varsa bu barədə sübutlar təqdim etməkdən ibarətdir. Həmin fakt üzrə tam və hərtərəfli araşdırma aparmaq, qanunsuz hərəkəti sübuta yetirmək isə dövlət orqanının vəzifəsidir. Buna baxmayaraq müraciətdə göstərilən hal sübuta yetmədikdə şikayət rədd edilə bilər. Belə bir qərarın qəbul edilməsi müraciət edən şəxs üçün arzuedilməz olmaqla, bir tərəfdən də şikayət olunan vəzifəli şəxsin qanun pozuntusuna yol verməməsinin rəsmən təsdiq olunmasıdır. Qanuni hədlər çərçivəsində dövlət orqanına müracət etmiş şəxsin şikayəti rədd edildikdən sonra mülki məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Kollegiya onu da vurğulayır ki, dövlət orqanına edilmiş müraciətin qanuni hədlər çərçivəsində olub-olmaması hər bir işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən qiymətləndirilməlidir. Bununla belə, müraciətin nədən qaynaqlanması, tərəflər arasında narazılığın meydana gəlməsinə səbəb ola biləcək real münasibətin mövcudluğu, şikayətin məzmun etibarilə bu münasibətə uyğun və bildirilən narazılıqla əlaqəli olması, o cümlədən müraciətdə yer alan məlumatların vəzifəli şəxsin xidməti fəaliyyətinə, yoxsa bu fəaliyyətlə bağlı olmadan şəxsinə yönəlik, açıqaşkar əsassız və böhtan xarakterli olması, yaxud şəxsi ləkələmək məqsədini güdməsi, baş vermə şəraiti, vaxtı, yeri, iştirakçıları və digər şərtləri baxımından hadisələr obyektiv qiymətləndirildikdə məlumatın inandırıcılığı, işlədilən ifadələrin mahiyyətcə qiymətləndirici rəy, tənqid, yoxsa təhqir məzmununda olması, müraciətin aidiyyəti dövlət qurumuna göndərilməsi, yəni həmin qurum tərəfindən şikayətə baxılmasında müraciət edənin əsaslı mənafeyinin və gözləntisinin olması, yoxsa belə mənafe olmadan yalnız şəxsi işlədiyi kollektivdə gözdən salmaq niyyətinin güdülməsi və s. kimi hallar dəyərləndirmə meyarları kimi çıxış edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə hesab edir ki, şəxsin dövlət orqanlarına müraciət etmək hüququndan, o cümlədən söz və fikir azadlığından haqlı bir mənafe çərçivəsində və qanuni hədlərdə (başqasını açıq-aşkar ləkələmək niyyəti olmadan) istifadə etməsi MM-in 1096.1-ci maddəsində nəzərdə tutulan “hüquqa zidd”lik əlamətini aradan qaldıran hal kimi qiymətləndirilməlidir. Başqa sözlə, şəxs bu azadlığından qanunvericiyə uyğun qaydada özünün pozulmuş hüquqlarının bərpası üçün aidiyyəti orqana müraciət edirsə belə hərəkət hüquqa uyğun sayılır. Nəticəsindən asılı olmayaraq, şəxs həmin müraciətə görə mülki hüquqi məsuliyyətə cəlb edilə bilməz. Qeyd edilməlidir ki, cavabdehlər iddiaçıların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələməsi ehtimal olunan sözügedən məlumatları yaymamış, bu məlumatlar kütləvi informasiya vasitələri ilə verilməmişdir. Cavabdehlər iddiaçılar barəsində həmin məlumatları bilavasitə müvafiq səlahiyyətinə malik orqanlara göndərmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, işə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmamış, göstərilən maddi hüquq normasını düzgün tətbiq etməmişdir.
19. Qarşılıqlı iddia tələbinə dair münasibətdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır, şikayətlərində əsaslı dəlillərlə müdafiə etmədikləri və münasibətlərin əmək hüquqlarının müdafiəsi ilə bağlılığı, habelə ondan irəli gələn digər məhkəmə çəkişmələrinin olması nəzərə alınaraq cavabdehlərin mənəvi zərərə məruz qalması halı ayrılıqda müzakirə edilə bilməz və bunlar əmək hüquqlarının müdafiəsi müstəvisində nəzərdən keçirilməli olduğundan hazırki münasibətlər baxımından təmin edilə bilməz.
20. Beləliklə, məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-349/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi qismən- ilkin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi rədd edilməklə yeni qətnamə qəbul edilməlidir.
21. Kollegiya qeyd edir ki, iddiaların və apellyasiya şikayətlərinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.
22. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, hazırki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
23. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-349/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi qismən- ilkin iddia tələbinin təmin edilən hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair ilkin iddia ərizəsi təmin edilən hissədə - Cavabdeh1 1000 (bir min) manat mənəvi zərər tutularaq 500 (beş yüz) manat İddiaçı1 və 500 (beş yüz) manat İddiaçı2; Cavabdeh2 1000 (bir min) manat mənəvi zərər tutularaq 500 (beş yüz) manat İddiaçı1 və 500 (beş yüz) manat İddiaçı2 ödənilməsi hissəsində rədd edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın.