Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3703/2022 26.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məhərrəmova Şeyda Ədalət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı su axıdılmasının qarşısı alınması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 26.11.2021-ci il tarixli, 2(007)-2291/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı su axıdılmasının qarşısı alınması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri,Q.Qarayev küçəsi,68 saylı evin 16-cı mənzili xüsusi mülkiyyət hüququ əsasında onun mülkiyyətimdə olmaqla həmin ünvanda yaşayır. Ona məxsus mənzil 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir.Həmin evin 2-ci mərtəbəsində olan 19 saylı mənzilin mülkiyyətçisi cavabdeh X1r,lakin mənzildə özü yaşamır.Xeyli müddətdir ki,mənzili kirəyə verib. Özü isə faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu,S.Cabbarov küçəsi,ev 2,mənzil 5-də yaşayır.Cavabdehin mülkiyyətində olan 19 saylı mənzildən xeyli müddətdir ki,onun yaşadığı mənzilə su və kanalizasiya artıqları axıdılaraq ona müxtəlif vaxtlarda ziyan dəyib. Dəfələrlə cavabdehə bu barədə məlumat versə də buna heç bir məhəl qoymayıb.Əksinə anası üstünə gələrək onunla köbud danışmış, hədə qorxu gəlmişdir.O,da söz-söhbətin davam etməsini istəmədiyi üçün məcbur olub bir neçə dəfə öz vəsaiti hesabına mənzilini təmir etdirmişdir. Cavabdeh isə bundan nəticə çıxarmaq əvəzinə eyni ilə ona zərər vurmaqda davam edir.Artıq onun yenidən mənzili təmir etmək imkanı yoxdur.Himayəsində yaşayan 93 yaşlı anası ilə öz mənzilində rahat, sakit yaşamaq hüquqları cavabdehin qanunsuz hərəkətləri nəticəsində pozulub.Onun bu hərəkətləri barədə dəfələrlə Nizami RPİ-nin 25-ci PB-nə,120 saylı MKİS-nə və digər orqanlara müraciət etsə də cavabdehin qanuna zidd hərəkətlərinin qarşısı alınmayıb. Mənzilinə su və kanalizasiya artıqlarının mütəmadi olaraq axıdılması nəticəsində evində dözülməz vəziyyət yaranıb. Evdə zərərli iydən qoca anasının halı pisləşdiyi üçün onu məcbur olub başqa ünvanda yaşayan qardaşınım evinə qoymuşdur. 93 yaşlı anası məcbur olub həmişə yaşadığı və öz rahatlığını tapdığı mənzilində yaşamaqdan məhrum olub. Cavabdehin dəfələrlə ona vurduğu zərər nəticəsində mənzilində yaranan nəmişlik və pis qoxular yaşlı anasının və onun mənəvi psixioloji sarsıntılar keçirməilərinə səbəb olub. Demək olar ki əsəb xəstəsi olmuşlar.O,hər dəfə mənzilində yaranmış vəziyyətlə əlaqadar cavabdehi məlumatlandırsa da, o, heç nə olmayıb kimi məsələni həll etmir. Cavabdeh ona vurulan ziyanı aradan qaldırmasa vergi ödəmədən mənzildə qanunsuz kirayənişin saxlaması barədə vergiyə məlumat verəcəyini bildirdiyi üçün o,kirayənişinləri başa salb ki,kim soruşsa desinlər qohum evi kimi yaşayırlar. Guya kirayənişin deyillər.Ona görə də həmin məsələnin də araşdırılmasını istəyir. Cavabdehin qeyd edilən hərəkətinin qarşısının alınması üçün o, bir necə dəfə 120 saylı MKİS-nə də müraciət etmişəm.MKİS-nin əməkdaşları müraciətlərinə əsasən 19.03.2021-ci il tarixdə mənzilinə baxış keçirərək bu barədə cavabdehi məlumatlandırdılar. Yenə heç bir reaksiya verilmədi.MKİS-nin əməkdaşları tərəfindən baxış zamanı müəyyən edildi ki, həqiqətən Qara Qarayev prospekti ev 68,mənzil 19-dan mütəmadi olaraq onun yaşadığı 16-cı mənzilə su axıdılır və nəticədə mənzilinin giriş qapısının ətraf divarları, dəhlizin divarları,divar kağızları,hamam-tualetin tavan və divarları yararsız vəziyyətə düşüb. Cavabdehin mənzilindən onun mənzilimə mütəmadi olaraq su və kanalizasiya artqlarının axıdıİmasına qonşular da şahiddir və təsdiq edə bilərlər.Tərəfindən çəkilmiş mənzilin görüntüsünü əks etdirən foto şəkillərdən də görünür ki,qeyd edilən cəbəblərdən mənzili yararsız vəziyyətə düşüb. Cavabdeh qeyd edilən qanuna zidd hərəkətləri ilə onun və 93 yaşlı anasının Azərbaycan Respublikası Konstitutsiyası və qanunları ilə qorunan və müdafiə olaunan hüququnı pozub və pozmaqda davam edir. Cavabdehin qeyd edilən hərəkətlərinin qarşısının alınması və vurduğu zərərin ödənilməsinin təmin edilməsi üçün o,məcbur olub məhkəməyə müraciət etmişdir. Cavabdehin qanuna zidd hərəkətləri nəticəsində mənzilinə vurduğu zərər 3000 manat,mənəvi zərər isə 2000 manat olmaqla cəmi 5000 manat təşkil edir. Hesab edirən ki,işin qeyd edilən halları məhkəmə tərəfindən tam obyektiv və hərtərəfli araşdırılaraq tələbi təmin edilməlidir.Qeyd olunlara əsasən Cavabdeh onun xeyrinə 3000 manat maddi zərərin,2000 manat mənəvi zərərin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 26.11.2021-ci il tarixli, 2(007)-2291/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə vurulmuş maddi ziyana görə 546 manat tutulması, qalan hissədə iddianın təmin olunmaması, ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 26.11.2021-ci il tarixli ( İş № 2(007)-2291/2021) qətnaməsinin tamamilə ləğv edilərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak etmiş və işin hərtərfli obyektiv araşdırılaraq qanuni və ədalətli qətnamə qəbul olunması üçün, iş üzrə ekspertiza təyin olunması, ekspert qarşında Bakı şəhəri, Nizami rayonu, Q.Qayarev prospekti 68 saylı binanın 16 saylı mənzilinə axan su və kanalizasiya artıqlarının həmin binanın 19-cu mənzilindən axıdılıb–axıdılmamasının müəyyən olunması barədə suallar qoyulması və ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə 08.06.2021-ci il tarixli Qərardadla vəsatəti təmin etsə də, ekspert qarşısında vəsatətə uyğun suallar qoymamışdır. Onlar məhkəməyə verdikləri vəsatətdə Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti 68 saylı binanın 16 saylı mənzilinə axan su və ya kanalizasiya artıqlarının həmin binanın 19-cu mənzilindən və ya başqa yerdən axıdılmasının müəyyən olunması barədə ekspertiza keçirilməsini xahiş etmişlər və əsas olaraq göstərmişlər ki, Bakı şəhəri Nizami rayonu, Q.Qarayev pr. ev 68, mənzil 19 xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Mənzil binanın 2-ci mərtəbəsində yerləşir. Cavabdehin mənzili binanın 1-ci mərtəbəsində yerləşir. Onun mənzilindən cavabdehin mənzilinə su və ya kanalizasiya artıqları axa bilməz. Bakı şəhəri Nizami rayonu. Q.Qarayev pr. 68 saylı bina istismarı başa çatmış binadır. Binanın divarları və kanalizasiya sistemi tamamilə sıradan çıxmışdır. Cavabdehin mənzilinə suyun və kanalizasiya artıqlarının haradan axmasını müəyyən etmək lazımdır. Lakin məhkəmə ekspert qarşısında vəsatətə uyğun sual qoymamış və bu səbəbdən ekspert formal olaraq 16 saylı mənzilə suyun axmasının müəyyən edilməsi ilə kifayətlənmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq apellyasiya baxışının hədlərini müəyyən edərkən qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilsə da, qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bu səbəbdən hazırki apellyasiya baxışının predmetini yalnız qətnamənin iddianın təmin edilən hisəssinin qanuniliyinin və əsaslılığının yoxlanıması təşkil edir. İş materiallarında olan ÖM seriyalı 247084 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri,Q.Qarayev küçəsi,68 saylı evin 16-cı mənzilə İddiaçı mülkiyyət hüququ 23.09.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22.10.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri,Q.Qarayev küçəsi,68 saylı evin 16-cı mənzilinə həmin evin 19 saylı mənzilindən su sızma müəyyən olunmuşdur. Su sızma nəticəsində yaranməş qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 546 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddia tələbini 546 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin etməklə məhkəmə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin hallarından görünür ki, Bakı şəhəri,Q.Qarayev küçəsi, 68 saylı evin iddiaçıya məxsus olan 16-cı mənzilinə həmin evin 19 saylı mənzilindən su sızma müəyyən olunmuşdur. Su sızma nəticəsində yaranməş qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 546 manat təşkil edir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və qeyd edir ki, məhkəmə ekspertizasının rəyində su sızmasının cavabdehə məxsus olan mənzildən bağ verdiyi müəyyən edilmişdir. Həmin ekspert rəyi işin digər halları ilə əlaqəli şəkildə araşdırılan zaman rəylə müəyyən edilmiş halın baş verməsi mübahisə doğurmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddianın mübahisələndirilən hissəsində qiyməti 5000 manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 26.11.2021-ci il tarixli, 2(007)-2291/2021 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə və mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3703/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3703/2022
26.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver