Məhkəmə qərarları › İş №2(103)-3719/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3719/2025

25.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3719/2025 25.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “X24” Şirkətinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin də üçüncü şəxs qismində cəlb olunduqları “maneələrin aradan qaldırılması və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maneələrin aradan qaldırılması və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X14 (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-102/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən müstəqil tələbi irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Cavabdeh1 verdiyi apellyasiya şikayətləri üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (0.00874 ha torpaq sahəsi) xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində tam hissədə xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi (0.01462 ha torpaq sahəsi) xüsusi mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində tam hissədə xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır.

3. xx.xx.2015-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu X13 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, X1 vərəsəsi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, korpus 37, ev 305 ünvanında qeydiyyatda olan Cavabdeh1dur və o, miras əmlakdan pay almalıdırlar. Şəhadətnamə üzrə verilən miras əmlak Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə X4 verilmiş **********80 -10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında istifadəsində 0.01462 kv.m. torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 116.4 kv.m., yaşayış sahəsi 75.8 kv.m., yardımçı sahəsi 40.6 kv.m. olan 4 (dörd) otaqlı fərdi yaşayış evindən ibarətdir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi (0.01462 ha torpaq sahəsi) xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində tam hissədə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır.

5. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 10/5735 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-35123/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunmuşdur ki, göstərilən torpaq sahəsi faktiki olaraq 944.0 kv.m təşkil edir. İki torpaq sahəsi ümumi hasar daxilindədir (ara sərhədləri yoxdur). Hər bir sahənin ayrı giriş darvaza qapısı vardır. Ümumi torpaq sahəsində iki ədəd birmərtəbəli yaşayış evi və köməkçi tikililər mövcuddur. İddiaçı adına olan hissə **********79-10301, digər hissə isə Cavabdeh1 adına olmaqla **********80-10301 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir (Binəqədi Oil).

6. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3371/12 nömrəli iş üzrə xx.xx.2012- ci il tarixli qətnaməsi ilə X1 apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2201/2012 saylı iş üzrə xx.xx.2012-ci il tarixli qətnaməsinin ləğv edilməsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iddiasının təmin edilməməsi qət edilmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-701/13 saylı xx.xx.2013-cü il tarixli qərarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin verdiyi kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3371/12 nömrəli iş üzrə xx.xx.2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 1233/15 saylı xx.xx.2015-ci il tarixli qərarından görünür ki, cavabdeh Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1105/15 saylı 03 iyul 2015-ci il tarixli qərarı ləğv edilmiş, iddiaçı “X24” şirkətinin hazırki iddiası mümkün sayılmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 37, ev 305 ünvanında yerləşən ev mülkiyyətçi tərəfindən A tikilisində yerləşən torpaq sahəsi X4, V tikilisində yerləşən torpaq sahəsi X6 və B tikilisində yerləşən torpaq sahəsi İddiaçı, yəni ona bağışlanmışdır və bu barədə bölgü sxemi tərtib edilmişdir. A tikilisində yerləşən torpaq sahəsinin mülkiyyətçisi X8 onun anasıdır. Anası 17 dekabr 2014-cü il tarixdə vəfat etmişdir. Anası vəfat etdikdən sonra A tikilisində yerləşən torpaq sahəsində yerləşən evdə qardaşı Cavabdeh1 və arvadı Cavabdeh2 yaşayırlar. Cavabdeh1 faktiki vərəsəliyi qəbul etmiş və hazırda da həmin evdə ailəsi ilə birgə yaşayır. Hər bir tikilinin çıxarışı və bölgü sxemi vardır. Bölgü sxemində həyətyanı sahə də tikililərə uyğun olaraq bölünmüşdür. O, texniki pasportla müəyyən edilmiş bölgü sxeminə uyğun olaraq həyətyanı sahənin özünə məxsus hissəsindən mişar daşları ilə daş hasar çəkmək istəyir, lakin cavabdehlər buna imkan vermirlər. Həmin yerə dəmir borular və daş tökərək ona maneələr yaradırlar. Öz hesabına hasar çəkdirdiyini bildirsə də, buna imkan vermirlər, dava-dalaş salır, mübahisələr yaradır, qarğış edir, nalayiq sözlər və ifadələr işlədir, şərəf və ləyaqətini alçaldır. Hər davadan sonra ona psixoloji travmalar yaşadırlar və ona 1000 manat məbləğində mənəvi ziyan dəymişdir. Özü xəstədir, qulağı eşitmir, eşitmə cihaz ilə gəzir. Həyətində rahat gəzə bilmir, özünü evində rahat hiss edə bilmir.

10. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157, 165 və 178.1-ci maddələri ilə əsaslandıraraq, ona məxsus ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin texniki pasportla müəyyən edilmiş torpaq sahəsinin planına uyğun olaraq sərhəd boyu mişar daşı ilə hasarlanmasına yaradılan maneələrin aradan qaldırmaq vəzifəsinin cavabdehlərə həvalə edilməsi, onun mülkiyyət hüquqlarının pozulmasına görə 1000 manat məbləğində mənəvi zərərin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

11. “X24” Şirkətinin nümayəndəsi X9 iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, “X24” Şirkətinin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etiraz ərizəsində göstərmişdir ki, iddiaçının “maneələrin aradan qaldırılması və mənəvi zərərin ödənilməsi" tələbi məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi hələ, məlum “Hasilatın pay bölgüsü haqqında” saziş və “Birgə Əməliyyat” sazişi imzalanmamışdan da öncə, Dövlət mülkiyyətində olan, sənaye təyinatlı torpaqlar kateqoriyasına aid edilən torpaq sahələrinin hüdudları daxilində olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qanuni istifadəsində olmuş və məlum Saziş əsasında neft-qaz əməliyyatlarının aparılması məqsədilə “X24” şirkətinin qanuni istifadəsinə verilmişdir. Belə ki, 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməkı, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X27 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş (“Säzış”) imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Bildirmişlər ki, “Hasilatın pay bölgüsü haqqında” Saziş əsasında neftqaz əməliyyatlarını həyata keçirmək hüququnu əldə etdiyi andan Şirkət paralel olaraq Saziş ərazisində inşa edilmiş özbaşına tikililərə qarşı da daima mübarizə aparmış, qanunsuz tikililərin sökülməsi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının sərəncamlarının etibarsızlığının tanınması tələbi ilə bağlı aidiyyatı qurumlara müraciət etmişdir. Bundan başqa, iş materiallarında olan xx.xx.2024- cü il tarixli, 3-16-16/2-10/5735 saylı ekspert rəyindən görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən tək koordinatla sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (X26) istifadəsinə verilmiş ərazidir və sahə Dövlət mülkiyyəti torpağıdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2013-cü il tarixli RX ******* saylı çıxarışı ilə, fərdi yaşayış evi üzrə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır”. Ali Məhkəmənin 2- 1(102)-1233/15 saylı, 10 noyabr 2015-ci İİ tarixli Qərarı ilə (sədrlik edən hakim Nigar Rəsulbəyova, hakimlər Rahib Nəbizadə, İlqar Hüseynovdan ibarət tərkibdə) Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 1105/15 saylı, 03 iyul 2015-ci il tarixli qərarı ləğv edilmiş və Şirkətin Binəqədi rayon İcra Hakimiyyətinə qarşı (X2 üçüncü şəxs olmaqla) “Binəqədi rayon İcra Hakimiyyətinin X2sın istifadəsinə torpaq sahəsinin ayrılmasına dair 1377 saylı, 12 yanvar 2001- ci il tarixli sərəncamının ləğv edilməsi tələbinə dair” iddiası mümkünsüz sayılmışdır (Surəti əlavə olunur). Yuxarıda qeyd edilənlərə əsasən iddiaçı tərəfindən təqdim olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, RX *** **** saylı çıxarış özü-özlüyündə etibarsız inzibati aktdır. Göstərilənləri nəzərə alaraq, etiraz ərizəsində İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması və mənəvi zərərin ödənilməsi’’ tələbinə dair iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir.

12. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iş üzrə koordinatlar elektron məhkəmə sisteminə əlavə edilməmişdir. Lakin "xxxx" Şirkətinin yerli baxış zamanı götürdüyü və elektron məhkəmə sistemində (şəxsi kabinetdə) olan cizgisində qeyd edilən koordinatlar əsasında müvafiq qaydada araşdırma aparılmışdır. Müəyyən olunmuşdur ki, cizgidə göstərilən koordinatlarda yerləşən 1456 kv.m torpaq sahəsi uzun illər ərzində neftqaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində olmuş, daha sonra neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901- İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X24” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, cizgidə göstərilən koordinatlarda yerləşən torpaq sahəsinin hüdudları daxilində 142052 saylı ləğv olunmuş neft-qaz quyusu mövcuddur. Eləcə də cizgidə göstərilən koordinatlarda yerləşən torpaq sahəsi piezometrik fondda olan 142148 saylı işlək neft-qaz quyusunun 25 metrlik məsafəsində, mancanaq dəzgahı ilə istismar olunan 140496 saylı işlək neft-qaz quyusunun 58 metrlik məsafəsində, mancanaq dəzgahı ilə istismar olunan 142181 saylı işlək neft-qaz quyusunun 63 metrlik məsafəsində, mancanaq dəzgahı ilə istismar olunan 142022 saylı işlək neft-qaz quyusunun 66 metrlik məsafəsində, mancanaq dəzgahı ilə istismar olunan 142200 saylı işlək neft-qaz quyusunun 75 metrlik məsafəsində, mancanaq dəzgahı ilə istismar olunan 142046 saylı işlək neft-qaz quyusunun 90 metrlik məsafəsində, 142038 saylı ləğv olunmuş neft-qaz quyusunun 23 metrlik məsafəsində, 142140 saylı ləğv olunmuş neft-qaz quyusunun 25 metrlik məsafəsində, 142019 saylı ləğv olunmuş neft-qaz quyusunun 40 metrlik məsafəsində, 142026 saylı ləğv olunmuş neft-qaz quyusunun 43 metrlik məsafəsində, 142024 saylı ləğv olunmuş neft-qaz quyusunun 68 metrlik məsafəsində, 142020 saylı ləğv olunmuş neft-qaz quyusunun 70 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 11-ci maddəsinə əsasən torpaq sahələrindən məhdudiyyətli istifadə rejimi müəyyən edilmişdir ki, həmin rejim torpaq sahəsindən onun məqsədli təyinatı üzrə istifadəsini nəzərdə tutur. Həmin Məcəllənin 22-ci maddəsinin 1-ci hissəsinə əsasən “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlarda” sənaye, rabitə, nəqliyyat və digər bu kimi obyektlərin yerləşdirilməsinə icazə verilir. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 5-ci hissəsinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi” Qaydalarının 2-ci bəndinə əsasən sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye təyinatlı torpaqlar sayılır. Göründüyü kimi sənaye təyinatlı torpaqlarda yalnız sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci hissəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Belə xüsusi hüquqi rejimli mühafizə zonaları müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında xx.xx.2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndinə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Qərara əsasən, ləğv olunmuş quyuların mühafizə zonası şəxsi tikililərə qədər minimum 75 metr müəyyən olunmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli Qanununun 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.” Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4- cü hissəsinə əsasən, torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Həmin Məcəllənin 86cı maddəsinin 2-ci hissəsinin tələbinə görə, dövlət torpaqları alqı-satqı obyekti ola bilməz. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin qeyd olunan normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə Dövlətə əsaslı şəkildə maddi ziyan dəyir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarına əsasən, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci maddəsinə görə - məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. İnzibati İcraat haqqında Qanunun 24.1-ci maddəsinin tələbinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinin tələbinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti olmaqla) “maneənin aradan qaldırılması və mənəvi ziyanın tutulmasına” dair iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.

13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-102/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı məxsus ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin texniki pasportla müəyyən edilmiş torpaq sahəsinin planına uyğun olaraq sərhəd boyu mişar daşı ilə hasarlanmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 37, 305b saylı fərdi yaşayış evi İddiaçı məxsusdur və müvafiq ekspert rəyi ilə təsdiq edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 944.0 kv.m təşkil edir. İki torpaq sahəsi ümumi hasar daxilindədir (ara sərhədləri yoxdur). Hər bir sahənin ayrı giriş darvaza qapısı vardır. Ümumi torpaq sahəsində iki ədəd birmərtəbəli yaşayış evi və köməkçi tikililər mövcuddur. İddiaçı adına olan hissə **********79-10301, digər hissə isə Cavabdeh1 adına olmaqla **********80-10301 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Belə olduğu təqdirdə məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı məxsus ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin texniki pasportla müəyyən edilmiş torpaq sahəsinin planına uyğun olaraq sərhəd boyu mişar daşı ilə hasarlanmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Mənəvi zərərlə bağlı iddia tələbini əsassız hesab edən məhkəmə qeyd etmişdir ki, məsuliyyətin yaranması üçün mülki-hüquq pozuntsunun tərkibini təşkil edən aşağıdakı elementlərin olması zəruridir: ziyanın vurulması; ziyanvuranın hüquqa və ya qanunazidd hərəkəti; əvvəlki iki elementlər arasında səbəbli əlaqə; ziyanvuranın təqsiri. Məhkəmə belə qənaətə gəlmişir ki, hazırkı işdə qeyd olunan dörd elementin mövcudluğu obyektiv olaraq öz təsdiqini tapmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29- cu maddələrinə, Mülki Məcəlləsinin 152, 157.2, 157.4, 157.8, 165-ci; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1 – ci; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarı və Mülki Prosessual Məcəllənin 77.1, 81, 14.2, 218.3 və 216-220-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti apellyasiya şikayəti verərək qətnamənin iddianın qismən təmin edilən hissədə ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdmişdir.

17. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, “... iş materiallarında olan sübutlarla təsdiq edilir ki, mübahisəli Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 37, 305b saylı fərdi yaşayış evi İddiaçı məxsusdur və müvafiq ekspert rəyi ilə təsdiq edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 944.0 kv.m təşkil edir. İki torpaq sahəsi ümumi hasar daxilindədir (ara sərhədləri yoxdur). Hər bir sahənin ayrı giriş darvaza qapısı vardır. Ümumi torpaq sahəsində iki ədəd birmərtəbəli yaşayış evi və köməkçi tikililər mövcuddur. İddiaçı adına olan hissə **********79-10301, digər hissə isə Cavabdeh1 adına olmaqla **********80- 10301 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı məxsus ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin texniki pasportla müəyyən edilmiş torpaq sahəsinin planına uyğun olaraq sərhəd boyu mişar daşı ilə hasarlanmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır”. Göründüyü kimi, məhkəmə qətnaməsi əsaslandırılmamış, iddianın hansı əsasla təmin edilməsinə münasibət bildirilməmişdir. Halbuki, iddia tələbinin əsasını təşkil edən “maneələrin aradan qaldırılması” hissəsində maneələrin məhz nədən ibarət olduğu, kim tərəfindən edildiyi, hansı formada özünü göstərdiyi, iş materiallarında olan hansı sübutlarla öz əksini tapdığına dair heç bir araşdırma və ya əsaslandırma mövcud deyildir. Bununla belə, iddiaya dair yazılı etiraz təqdim etsələr də, birinci instansiya məhkəməsi tərəfindən həmin etiraza ümumiyyətlə münasibət bildirilməmişdir. Bildirir ki, iş üzrə koordinatlar elektron məhkəmə sisteminə əlavə edilməmişdir. Lakin, Binəqədi OYL-un yerli baxış zamanı götürdüyü və elektron məhkəmə sistemində (şəxsi kabinetdə) olan cizigisində qeyd edilən koordinatlar əsasında müvafiq qaydada araşdırma aparılmışdır. Müəyyən olunmuşdur ki, cizgidə göstərilən koordinatlarda yerləşən 1456 m2 torpaq sahəsi uzun illər ərzində neftqaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində olmuş, daha sonra neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X24” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, cizgidə göstərilən koordinatlarda yerləşən torpaq sahəsinin hüdudları daxilində 142052 saylı ləğv olunmuş neft-qaz quyusu mövcuddur. Eləcə də cizgidə göstərilən koordinatlarda yerləşən torpaq sahəsi piezometrik fondda olan 142148 saylı işlək neft-qaz quyusunun 25 metrlik məsafəsində, mancanaq dəzgahı ilə istismar olunan 140496 saylı işlək neft-qaz quyusunun 58 metrlik məsafəsində, mancanaq dəzgahı ilə istismar olunan 142181 saylı işlək neft-qaz quyusunun 63 metrlik məsafəsində, mancanaq dəzgahı ilə istismar olunan 142022 saylı işlək neft-qaz quyusunun 66 metrlik məsafəsində, mancanaq dəzgahı ilə istismar olunan 142200 saylı işlək neft-qaz quyusunun 75 metrlik məsafəsində, mancanaq dəzgahı ilə istismar olunan 142046 saylı işlək neft-qaz quyusunun 90 metrlik məsafəsində, 142038 saylı ləğv olunmuş neft-qaz quyusunun 23 metrlik məsafəsində, 142140 saylı ləğv olunmuş neft-qaz quyusunun 25 metrlik məsafəsində, 142019 saylı ləğv olunmuş neft-qaz quyusunun 40 metrlik məsafəsində, 142026 saylı ləğv olunmuş neft-qaz quyusunun 43 metrlik məsafəsində, 142024 saylı ləğv olunmuş neft-qaz quyusunun 68 metrlik məsafəsində, 142020 saylı ləğv olunmuş neft-qaz quyusunun 70 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Göründüyü kimi, sözügedən ərazidə hətta işlək neft quyularının olmasına belə birinci instansiya məhkəməsi tərəfindən heç bir münasibət bildirilməmişdir. Halbuki, SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin qeyd olunan normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə Dövlətə əsaslı şəkildə maddi ziyan dəyir. İş materiallarında olan Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 10/5735 nömrəli ekspert rəyindən görünür ki, sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir (Binəqədi Oil). Beləliklə də, ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə əsaslandırılmalı olduğu halda birinci instansiya məhkəməsində əsaslandırılmamışdır.

18. Qətnamədən həmçinin Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

19. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun və iddiaçı qardaşı İddiaçı istifadəsində olan fərdi yaşayış evinin və həmin evə dair çıxarış, həmçinin texniki pasportla əlaqəli olan aşağıda qeyd edilən hallar nəzərə alınmamışdır: Keçmiş ata mülkü qanuni əsaslarla 2 ünvana bölünmüş və hərə ona ayrılan hissəsində yaşayır. Anası sağ olanda qardaşına öz mülkündən pay vermiş, mülk onun adına 2013-cü ildə sənədləşdirilmişdir. Qardaşı İddiaçı keçmiş ata mülkündən yaranan törəmə ünvandakı ata yurdlarından valideynləri tərəfindən onların sağlıgında pay verilmiş və o, ailəsi ilə qanuni bölgüsü aparıldıqdan sonra Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsi, 37-ci korpus ev 305 “b” unvanına köçərək orada yaşamağa başlamışdır. Hal hazırda da həmin ünvanda yaşayır. Bu hadisələr bütün ailə üzvlərinin iştirakı ilə edildiyindən aralarından mişar daşından hasar qaldırılmasına ehtiyac olmamışdır. Anasının vəfatından sonra qaradaşının cavabdehin həyətyanı sahəsinə yiyələnməyinə etiraz etdiyindən o, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, saxta bölgü sxemi əsasında cavabdehə məxsus həyətyanı sahənin bir hisəsinin ondan alınaraq iddiaçıya verilməsini xahiş edir. Məhkəməyə təqdim edilən bölgü sxemi mənşəyi bəlli olmayan, heç bir hüquqi qüvvəsi olmayan, təsdiqsiz və imzasız kağız parçasıdır. Heç bir yerdə də qeydiyyatdan keçməmişdir. Cavabdeh nə qədər desə də, məhkəmə onun xahişlərini nəzərə almamışdır. Mülkiyyət hüququna əsas verən sənəd Daşınmaz əmlakın Dövlət reyesterindən əmlak üzərində hüquqlarını sübüt edən çıxarış və mülkə aid texniki pasportdur. Hakim cavabdehin və qardaşının Daşınmaz Əmlakın Dövlət Reyesterindən çıxarışlarda cavabdehin 0,01462 kv.m torpaq sahəsinin və qardaşının 0,00874 kv.m torpaq sahəsi olduğunu bilərəkdən görmək istəməmiş və bu istiqamətdə araşdırma aparmamışdır. Cavabdehin yaşadığı ev mərhum anası X8 tərəfindən ona vəsiyyət edilmişdir. Anasının vəfatından sonra o,(cavabdeh) mülkü qanuna uyğun şəkildə sənədləşdirərək öz adına keçirmişdir. Daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alınaraq cavdbehə xx.xx.2015-ci il tarixində RX seriyalı ******* nömrəli Daşınmaz əmlakın Dövlət reyesterindən əmlak üzərində hüquqlarını sübüt edən çıxarış veriımişdir. Həmin çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsi, 37-ci korpus ev 305“a” cavabdehin istifadəmdə 0,01462 kv.m torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 116,4 kv.m yaşayış sahəsi və yardımçı sahəsi 40,6 kv.molan 4 (dörd) otaqlı fərdi yaşayış evi cavabdehə məxsusudur. Qardaşı İddiaçı da, Daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alınaraq ona xx.xx.2013-cü il tarixində RX seriyalı ******* nömrəli Daşınmaz əmlakın Dövlət reyesterindən əmlak üzərində hüquqlarını sübüt edən çıxarış veriımişdir. Həmin çıxarışa əsasən Bakı şəhəri, ünvan 5 ünvanında onun istifadəsində 0,00874 kv.m torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 67,5 kv.m, yaşayış sahəsi 33.6 kv.m və yardımçı sahəsi 33,9 kv.m olan 2 (iki) otaqlı fərdi yaşayış evi ona məxsusudur. Qardaşı İddiaçı da evinə öz vəsaiti hesabına dövlət reyesterindən çıxarış alaraq ona vermişdir. Yəni, onların ortaq mülkü yoxdur. Cavabdeh həmişə məsələnin barış yolu ilə həll edilməsinin tərəfdarı olsa da qardaşı aralarındakı sərhəddin cavabdehin həyətyanı sahəsini mənimsəmək yolunu seçərək onunla razılaşmadı. Hesab edir ki, məhkəmə araşdırılması ədalətl iaparılmamışdır. 1-ci instansiya məhkəməsinin qərarının aşağıdakılara görə ədalətsiz və qanundan kənardır. Çünki, hakim onun tərəfindən məhkəmə iclaslarında qeyd edilən halları nəzərə almadan və aidiyyatı üzrə dəqiq araşdırılma aparılmadan iki başlı qərar qəbul etmişdir: 1.Məhkəmədə dəfələrlə bildirmişdir ki, aralarında daş hasar çəkilməsinə etiraz etmir. Hətta, hasar çəkilməsi xəbərinə sevinir. Çünki, onda cavabdehin ailəsi də rahatlıq tapar. Onun üçün hasarın çəkiləcəyi xəttin cavabdehin Daşınmaz əmlakın Dövlət reyesterindən çıxarışına uyğun olaraq, torpaq və əmlak mütəxəssilərinin rəyinə əsasən çəkilməsidir. Lakin, məhkəmə tərəfindən nədənsə buna diqqət yetirilməmişdir. 2.Cavabdehin yaşadığı ev mərhum anası X8 tərəfindən cavabdehə vəsiyyət edilmişdir. Anasının vəfatından sonra o, mülkü qanuna uyğun şəkildə sənədləşdirərək öz adına keçirmişdir. Daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alınaraq cavabdehə xx.xx.2015-ci il tarixində RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyesterindən çıxarış veriımişdir. 3.Qardaşı İddiaçı də anaları tərəfindən hədiyyə edilmiş torpağa və mülkə aid cavabdeh öz vəsaiti hesabına dövlət reyesterindən çıxarış alaraq ona vermişdir. Yəni, bunların ortaq mülkü yoxdur. Məhkəmənin nəzərinə onu da çatdırır ki, bu validynləri tərəfindən qardaşı Əliyə 2-ci dəfə edilən mülk hədiyyəsidir. Birinci dəfə ona valideynləri Qərbi Azərbaycanın Çəmbərək rayonunun Ardanış kəndində ev tikib və içini ev əyaları ilə doldurub. Həyətlərində olan mal qaranında yarısını ona pay veriblər. Məcburi köçkün kimi Bakı şəhərinə köçəndən sonra da anası öz həyətindən ona torpaq ayırıb və ev tikdirib. Onun evinin tikilməsində bütün qardaş-bacılarının zəhməti var. Onun evinə Daşınmaz Əmlakın Dövlət Reyesterindən çıxarışı cavabdeh öz vəsaiti hesabıma alaraq ona hədiyyə etmişdir. 4.Onun və qardaşı Əlinin adına olan Daşınmaz əmlakın Dövlət reyesterindən əmlak üzərində hüquqlarını sübüt edən çıxarışlar verilmişdir. Hər ikisinin mənzilinin sahəsi və istifadələrində olan ARDNŞ-a (SOCAR) məxsus torpaq sahələri dəqiqliklə çıxarışlarda və texniki pasportlarda göstərilmişdir. Lakin, hakim qərar qəbul edərkən aralarında tikiləcək daş hasarın keçəcəyi xəttin müəyyən edilməsi üçün cavabdehin vəsatətləri əsasında mütəxəssis rəyini əldə etmədən yanlış qərar qəbul etmişdir. Daş hasarın hansı xətt üzrə tikiləcəyi görünmür və bu qərar onların arasında mübahisəni davam etdirəcək. Həmçinin, hakim nədənsə 2013-cü ildə qardaşına verilən Daşınmaz Əmlakın Dövlət Reyesterindən çıxarışla 2015-ci ildə verilən fərdi yaşayış evinin texniki pasportu arasındakı uyğunsuzluğa hüquqi qiymət verməmişdir. 5. Cavabdeh dəfələrlə müvafiq dövlət orqanlarının arxivlərindən və Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1 saylı Bakı şəhər idarəsindən torpağın, mülkün ilkin arxiv sənədlərinin və çıxarışların, həmçinin texniki pasportların məhkəməyə təqdim edilməsini xahiş etsə də, onun xahişlərinə məhəl qoyulmamışdır. 6.Məhkəmə ekspertizası tərəfindən əlaqəli əlavə sənədlərin təqdim edilməsi üçün vəsatət təqdim edilsə də, hakim tərəfindən vəsatətdə qaldırılan məsələlər təmin edilməmişdir. Torpağa baxış keçirən ekspertə arxiv sənədləri təqdim edilmədiyindən və bölgü sxemi etibarsız olduğuna görə (təsdiq edilmədiyindən, möhürü imzası olmadığından) o da, neytrallıq nümayiş etdirmişdir. 7.Nədənsə hakim qərar verərkən əmlaka dair dövlət qeydiyyatından keçən çıxarışları və texniki pasportu deyil, məhz əsassız və etibarsız olan, dürüstlüyü şübhə doğuran bölgü sxemini rəhbər tutmuşdur. Cavabdeh dəfələrlə tələb etsə də bölgü sxeminə hüquqi qiymət verilməmişdir. Anası sağlığında qardaşı İddiaçı həyətyanı torpaq sahəsinin yenidən bölünməsinə imtina etmişdir. Anası cavabdehin ailəsi ilə yaşadığından buna tam əmindirlər. Lakin, o, məhkəməyə təqdim etdiyi texniki pasportdan və bölgü sxemindən məlum olur ki, 2015-ci ildə anasının ölümündən sonra cavabdehə məlum olmayan bölgü sxemi tərtib edilmişdir. Hakim sorğu verərək, 2 ünvana bölünmüş ata mülklərinin həyətyanı sahəsinin bölgü sxeminin və ona əsas verən sənədlərin təsdiqli surətini arxivdən tələb etməmişdir. 8. Hakimin məsələ ilə bağlı tam məlumatlı olması və ədalətli qərara qəbul etməsi üçün cavabdeh hakimə bildiriərək növbəti iclasa qardaş bacılarını məhkəməyə gətirmişdir. Onlardan, qardaşı X7, X10 və bacısı X11 məhkəmə iclasında analarının vəsiyyətinə uyğun torpaq üzərinədə sərhəddi müəyyənləşdirmək üçün dindirilməli idilər. Lakin, hakim onların heç birini dinləmədən polis çağıraraq onları hörmətsizcəsinə zaldan üzaqlaşdırdı. Halbuki, onların niyyəti qardaşı İddiaçı təqdim etdiyi saxta bölgü sxeminin qanuni əsası olmadığını sübut etmək idi. Texniki pasport və saxta bölgü sxemi arasında uyğunsuzluq göz qabağındadır. 2013-cü ildə qardaşına verilən Daşınmaz Əmlakın Dövlət Reyesterindən çıxarışla 2015-ci ildə verilən fərdi yaşayış evinin texniki paspotrtu arasındakı uyğunsuzluğa hüquqi qiymət verməmişdir. Buna hakim bilərəkdən diqqət yetirmədi. Hətta cavabdehə irad bildirdi ki, heç bir hakim sənin nazınla bu qədər oynamaz. Cavabdeh hakimə bildirdi ki, bölgü sxemi saxtadır. Hakimin ona cavabı o oldu ki, cavabdeh torpaq üzrə mütəxəssis deyil. Bəs onda necə olur ki, Texniki pasport, çıxarış və saxta bölgü sxemi arasında uyğunsuzluq olduğu halda araşdırma aparılmadan saxta bölgü sxemi əsasında sərhəddin müəyyənləşdirilməsi haqqında qərar verdi. Sual doğur: bəs hakimin torpaq üzrə mütəxəssis olmadığı halda yerli baxış keçirməsi nəyə lazım idi? Hətta yerli baxış zamanı cavabdeh, qardaşları X7 və X10 ona anasının sağ vaxtı aralarından keçəcək sərhəd xəttinin keçdiyi yeri gösrərdi. Əfsuslar olsun ki, hakim qərar qəbul edərkən onun və qardaşlarının verdiyi məlumatı nəzərə almadı. Məhkəmə tərəfindən cavabdehin təqdim etdiyi çıxarışlar və texniki pasportları nəzərə almaması hesab edir ki, məhkəmənin iş materillarına və digər sübutlarına baxmayaraq bu qənaətə gəlməsi MPM-nin müvafiq madəsinin pozuntusu hesab edilməlidir. Cavabdeh üçün hasarın çəkiləcəyi xəttin onun Daşınmaz əmlakın Dövlət reyesterindən çıxarışına uyğun olaraq, torpaq və əmlak mütəxəssilərinin rəyinə əsasən çəkilməsidir. Lakin, məhkəmə tərəfindən nədənsə buna diqqət yetirilməmişdir. Mütəxəssis rəyi olmadan qərar qəbul edimişdir. Məhkəmə nədənsə qardaşı İddiaçı 2013-cü ildə verilən Daşınmaz Əmlakın Dövlət Reyesterindən çıxarış ilə 2015-ci ildə verilən fərdi yaşayış evinin texniki pasportu arasındakı uyğunsuzluğa hüquqi qiymət verməmişdir. Hakim qərar verərkən əmlaka dair dövlət qeydiyyatından keçən çıxarışları və texniki pasporu deyil, məhz əsassız və etibarsız olan, dürüstlüyü şübhə doğuran bölgü sxemini rəhbər tutmuşdur. Hakim sorğu verərək, 2 ünvana bölünmüş ata mülkünün həyətyanı sahəsinin bölgü sxemini və ona əsas verən sənədlərin təsdiqli surətini arxivdən tələb etməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək izahatında qeyd etdi ki, torpaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisidir. Bu ərazidə ləğv edilmiş və işlək neft quyuları var. Qarşı tərəf digər mülki işə istinad etsə də bildirmək istəyir ki, o iş mənzildən çıxarılma ilə bağlı idi. Həmin iş üzrə iddianın təmin edilməməsi, ərazinin Dövlət Neft Şirkətinin ərazisi olmadığını deməyə əsas vermir, həmin ərazi saziş ərazisidir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək izahatında qeyd etdi ki, onun hasar çəkilməsinə etirazı yoxdur. Bu adam iki dəfə ata evindən mülk alıb. Anası və atası ona ev tikib verir. Qarşı tərəf saxta bölgü sxemi çıxarıb.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətlərini qəbul etmədi, izahatında qeyd etdi ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisindən söhbət gedə bilməz, bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı var, həmin torpaq Dövlət Neft Şirkətinin ərazisi deyil. Mülkiyyətçilərin hər ikisində çıxarış var. Torpağın sənədləri var, texniki pasportu da var. Onların məqsədi hasar çəkilməsidir.

24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq digər Cavabdeh2 və üçüncü şəxs “X24” Şirkətinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

25. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

26. Azərbaycan Respublikası Torpaq Məcəlləsi

Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər Maddələr 385.1.1, 385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.

Apellyasiya baxışının hədləri

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

30. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir. Çünki cavabdeh və üçüncü şəxs qətnaməni həmin hissələrdə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir.

Məhkəmə kollegiyasının mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək iddia tələbi həmin hissədə təmin edilməməlidir.

32. Belə ki, iddiaçı özünə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 37, ev 305 ünvanında A tikilisində yerləşən torpaq sahəsində bölgü sxeminə uyğun olaraq həyətyanı sahənin özünə məxsus hissəsindən mişar daşları ilə daş hasar çəkmək istədiyini, lakin cavabdehlər tərəfindən buna imkan verilmədiyini iddia edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

33. Birinci instansiya məhkəməsi həmin ünvanda yerləşən fərdi yaşayış evinin texniki pasportla müəyyən edilmiş torpaq sahəsinin planına uyğun olaraq sərhəd boyu mişar daşı ilə hasarlanmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılması qənaətinə gələrkən işdə olan eskpert rəyinə istinad edərək qeyd etmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 944.0 kv.m təşkil edir. İki torpaq sahəsi ümumi hasar daxilindədir (ara sərhədləri yoxdur). Hər bir sahənin ayrı giriş darvaza qapısı vardır. Ümumi torpaq sahəsində iki ədəd birmərtəbəli yaşayış evi və köməkçi tikililər mövcuddur. İddiaçı adına olan hissə **********79-10301, digər hissə isə Cavabdeh1 adına olmaqla **********80-10301 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir.

34. Üçüncü şəxs apellyasiya şikayətində qeyd edir ki, mübahisə predmeti olan ərazi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir. Cizgidə göstərilən koordinatlarda yerləşən 1456 m2 torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində olmuş, daha sonra neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X24” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edilmişdir.

35. Cavabdeh isə iddia edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən bölgü sxemi mənşəyi bəlli olmayan, heç bir hüquqi qüvvəsi olmayan, təsdiqsiz və imzasız kağız parçasıdır, heç bir yerdə qeydiyyatdan keçməmişdir, o hasarın çəkilməsinə etiraz etmir, sadəcə olaraq iddiaçının hasar çəkmək istədiyi sahə dəqiq göstərilməmişdir ki, bu da cavabdehə məxsus sahənin mənimsənilməsinə mübahisənin davam etməsinə səbəb olacaq.

36. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-102/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı məxsus ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin texniki pasportla müəyyən edilmiş torpaq sahəsinin planına uyğun olaraq sərhəd boyu mişar daşı ilə hasarlanmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir.

37. Apelyasiya baxışında məhkəmə kollegiyası məhkəmə tikinti obyektlərinin tədqiqi ekspertizası təyin edərək torpaq sahəsinin sərhəd boyu mişar daşı ilə hasarlanmasının hansı qaydada (cizgi, sxem və ölçülər göstərilməklə) həyata keçirilməsi barədə ekspert qarşısında sual qoymuşdur.

38. Apellyasiya mərhələsində əldə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-49809/2025 nömrəli mütəxəssis yərinə əsasən:

1. İddiaçının iştirakı ilə torpaq sahəsinə baxış keçirilmiş, göstərilən torpaq sahəsi fakitki olaraq 944,0 kv.m təşkil edir. İki torpaq sahəsi ümumi hasar daxilindədir (ara sərhədləri yoxdur). Hər bir sahənin özünün istifadə etdiyi ayrı giriş darvaza qapısı vardır. Ümumi torpaq sahəsində iki ədəd birmərtələbi yaşayış evi və köməkçi tikililər mövcuddur. Texniki baxış zamanı sahədə yerləşən digər yaşayış evində yaşayan cavabdeh tərəflər iddiaçı arasında (torpaq sahələrinin ara sərhəddinin haradan olması barədə) mübahisə yaşandı. Sözügedən torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməyib. 2.Vahid Elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə iki hissədən ibarət olmaqla hər birinin ayrıca sənədləri mövcuddur. İddiaçı adına olan hissə **********79- 10301 (305b saylı ev), digər hissə isə Cavabdeh1 adına olmaqla **********80-10301 (305a saylı ev) reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir (Binəqədi Oil).

39. Beləliklə, müəyyən edilir ki, İddiaçı məxsus 0.00874 ha torpaq sahəsi üzərində yerləşən 305b saylı ev onun adına, cavabdehə məxsus 0.01462 ha torpaq sahəsi üzərində yerləşən 305a saylı ev isə Cavabdeh1 adında dövlət reystrində qeydiyyata alınmışdır. Mübahisələndirilən torpaq sahəsi ümumilikdə 944,0 kv.m təşkil edir, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməyib. Torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir.

40. Göründüyü kimi iddiaçının mülkiyyətində olan torpaq sahəsi onun evinin yerləşdiyi sahə ilə məhdudlaşır. Hasarın çəkilməsi tələb edilən sahəyə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməyib. Deməli, iddiaçının mübahisə predmeti olan torpaq sahəsinə dair mülkiyyət hüququ yoxdur. Həmin torpaq sahəsi hər iki cavabdehin istifadəsindədir.

41. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

42. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

43. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edilərkən birinci instasiya məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur.

44. Buna görə də üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Cavabdeh1 apellyasiya şikayətləri təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-102/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən – iddianın təmin edilən hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Cavabdeh1 apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-102/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən – iddianın təmin edilən hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar