Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3720/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh “X6” MMC-nin nümayəndəsi və vəkili X2 ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4847/2018 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadından cavabdeh “X6” MMC tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər “X6” MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(005)- 4847/2018 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmişdir. Daha sonra cavabdeh “X6” MMC-nin nümayəndəsi və vəkili X4 ərizə təqdim edərək apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(005)- 4847/2018 saylı qərardadı ilə cavabdeh “X6” MMC-nin nümayəndəsi və vəkili X4 tərəfindən apelyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulan prosessual müddətin buraxılması üzrlü hesab edilərək bərpa edilmişdir. Daha sonra Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(103)- 8403/2020-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və mülki iş apelyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4847/2018 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(005)- 4847/2018 saylı qərardadı ləğv edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(005)-4847/2018 saylı qətnaməsindən cavabdeh “X6” MMC tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan cavabdeh “X6” MMC şikayət verərək qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4847/'2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh X7 MMC (bundan sonra-Şirkət), Cavabdeh2 və Cavabdeh3 4384,80 (dörd min üç yüz səksən dörd manat səksən qəpik) manat İddiaçı xeyrinə tutulması qət olunmuşdur. Qətnamədən şirkətin vəkili X4 apelyasiya şikayəti vermiş. Eyni zamanda vəkil müddətin bərpası barədə ərizə vermiş və xx.xx.2020-ci il tarixli Qərardadla buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilmişdir. İş baxılması üçün aidiyyəti üzrə Bakı Apelyasiya məhkəməsinə göndərilmiş və xx.xx.2020-ci il tarixli 2(003)-8403/2020 saylı Qərardadla (məruzəçi hakim - Rafael Eyvazov) apelyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün rayon məhkəməsinə göndərilmiş və xx.xx.2021 -ci il tarixli qərardadla xx.xx.2020-ci il tarixli Qərardadını ləğv etmiş, apelyasiya şikayətini geri qaytarmışdır. Bunu onunla əsaslandırmışdır ki, Şirkətin vəkil və nümayəndəsi X4 apelyasiya şikayətini imzalamış, lakin müvafiq səlahiyyəti təsdiq edən etibarnamə əlavə olunmamış, hətta işdə olan etibarnamə kserosurət olmaqla yanaşı, məhkəmə aktından şikayət verilməsi xüsusi olaraq orada göstərilməmişdir. Qeyd edir ki, xx.xx.2020-ci il tarixdə şirkətin nümayəndəsi və vəkil olaraq əlavə Apelyasiya şikayəti (müvafiq sənədlər etibarnamə və vəkil orderi) Nərimanov Rayon Məhkəməsinə tərəfindən şəxsən təqdim olunmuşdur. Lakin mülki iş apelyasiya instansiyasında olduğu üçün şikayət yuxarı instansiyaya göndərilməmişdir. Sonradan məlum olmuşdur ki, Şirkətin əvvəlki vəkili X1 verdiyi apelyasiya şikayəti qeyri-mümkün hesab olunmuş və xx.xx.2021-ci il tarixli Nərimanov Rayon Məhkəməsinin Qərardadı ilə xx.xx.2020-ci il tarixli Qərardad ləğv olunmuşdur. Hesab edir ki, tərəfindən verilmiş ikinci apelyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun olaraq verilmiş və xx.xx.2021-ci il tarixli qərardadla müddətin bərpa ediməsi barədə qərardadın ləğv- edilməsi Şirkətin hüquqlarını pozmaqla onun konstitusiyon məhkəmə müdafiəsi hüququndan istifadə etməsini məhdudlaşdırır. Belə ki, iş materialları ilə tanış olduqdan sonra məlum olmuşdur ki, şirkətin iddiaçı qarşısında heç bir öhdəliyi olmamış, sadəcə tərəflərdən biri avtoqəza zamanı zərərlə bağlı Şirkətə müraciət etmiş və Zərər aktı almışdır. Zərər aktı alınması Şirkətin iddiaçı qarşısında öhdəlik götürməsi mənasına gələ bilməz və məhkəmələr qətnamələrində bu halı araşdırmamış, nəticədə qeyri-obyektiv, qərəzli, iddiaçı tərəfin xeyrinə qətnamələr çıxarılmışdır. Bu halın qanunvericiliyin verdiyi imkanlardan istifadə edərək araşdırılmasına və ədalətli qərarın qəbul edilməsinə ehtiyac vardı. Lakin göründüyü kimi müddətin bərpası bəhanəsi ilə məhkəmə Şirkətin ərizələrini geri qaytarmış, nəticədə onun konstitusiyon hüququnu pozmuşdur. Göründüyü kimi Şirkətin qanunvericiliklə nəzərdə tutulmuş hüquqları pozulmaqda davam edir. Bu halın aradan qaldırılmasına zərurət vardır. Hesab edir ki, xx.xx.2021-ci il tarixli Qərardad ləğv edilməklə apelyasiya şikayəti verilməsi müddəti bərpa edilməli, iş baxılması üçün apelyasiya instansiyasına göndərilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4847/2018 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh “X6” MMC-nin nümayəndəsi və vəkili X5 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İş üzrə digər tərəflərin məhkəmə kollegiyasının iclasına üzrlü səbəb olmadan gəlmədikləyinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4847/2018 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materiallarından müəyyən olunur ki, vəkil X4 tərəfindən cavabdeh «X8» MMC-nin nümayəndəsi (vəkili) kimi apelyasiya şikayəti imzalanmış, lakin apelyasiya şikayətinə müvafiq səlahiyyəti təsdiq edən etibarnamə əlavə olunmamış, işdə olan (iş vərəq 208) xx xxxxxxxx 2020-ci il tarixli etibarnamə isə özlüyündə kserosurət olmaqla yanaşı, orda məhkəmə aktından şikayət verilməsi səlahiyyəti xüsusi olaraq göstərilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 73.5-ci maddəsinə əsasən vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. Həmin Məcəllənin 68.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Həmçinin, qeyd edilməlidir ki, X1 vəkil olması özü-özlüyündə apelyasiya şikayəti vermək (onu imzalamaq) səlahiyyətini ehtiva etmir. MPM-in 68.3-cü maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 363.1.1-ci maddəsinə görə, apelyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, şikayət onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmış kimi qəbul edilərək apelyasiya şikayəti onu verən şəxsə geri qaytarılmalıdır. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə göstərilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi artıq iki dəfə (iddiaçının və Cavabdeh2 verdikləri apelyasiya şikayətləri üzrə) apelyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin «apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair» xx xxxxxxx 2020-ci il tarixli qərardadına əsasən, məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Belə olan halda kollegiya hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4847/2018 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh “X6” MMC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4847/2018 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3720/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3720/2021
21.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver