Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3726/2024 02.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə (Açar sözlər: xx.xx.1995-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X9 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “xx.xx.1995-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-515/2024 nömrəli 09 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 02 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. 16 may 2012-ci il tarixli arxiv arayışına görə Göyçay rayon ZDS icraiyyə komitəsinin 08 aprel 1960-cı il tarixli iclas protokolundan çıxarışa əsasən Göyçay rayon ZDS icraiyyə komitəsi Göyçay Rayon kolxozlararası tikinti şurası idarəsinə baza tikmək üçün Kirov adına kolxozun ictimailəşdirilmiş torpaq sahəsindən bir hektar yarım verilməsi haqqında həmin kolxozun 22 mart 1960-cı il tarixli ümumi iclasının qərarının təsdiq edilməsi, həmin sahənin kolxozun dövlət torpaq kitabından çıxarılması qərara alınmışdır.
2. 18 aprel 2019-cu il tarixli Təsərrüfatlararası Sənaye Tikinti Birliyi üzrə əmr kitabından çıxarışı əks etdirən arxiv arayışına görə 01 avqust 1995-ci il tarixli 37 nömrəli əmrə əsasən “Azəraqrartikinti" Dövlət şirkətinin xx.xx.1994-cü il 265 nömrəli əmrini və 143 nömrəli 14 iyul 1995-ci il tarixli məktubu əsas tutaraq TSTB-nin rəisi TSTB-nin Natavan küçəsi 2 ünvanında hazırki binasının qalan hissəsinin, yəni 2-ci mərtəbənin girişi ilə birlikdə "xxxx" dövlət şirkətinin xx.xx.1995-ci il tarixli 143 saylı məktubuna əsasən Natavan küçəsi 2a ünvanında yaşayan X2, qiymətləndirmə komissiyasının hesabatına əsasən X10 12800000 (on iki milyon səkkiz yüz min) manatın alınaraq birliyin kassasına mədaxil olunması, təhvil-təslimin əlyazma aktla rəsmiləşdirilməsi, baş mühasib Vəliyev S.S oğluna binanın satışından əldə olunan 20800000(iyirmi milyon səkkiz yüz min) manat vəsaitin ******* (beş milyon) manatının "xxxx" şirkətinin hesablaşma hesabına ödəməsinin tapşırılması, qalan hissəsi 15800000 (on beş milyon səkkiz yüz min) manatın ixtisar olunan işçilərin əmək haqlarına və son hesablaşmalarının ödənilməsinə sərf olunması əmr edilmişdir.
3. 01 avqust 1995-ci il tarixli akta görə aktı imza edən komissiya üzvləri və sədri aktı tərtib etmişlər ona görə ki, 01 avqust 1995-ci il tarixli 37 nömrəli əmrin icrasını təmin etmək məqsədilə TSTB-nin Natəvan küçəsi 2 ünvanında yerləşən idarə binasının 2ci mərtəbəsini girişi ilə birlikdə İddiaçı 12800000 (on iki milyon səkkiz yüz min) manata satmışlar. İddiaçı qeyd olunan məbləğə binanın 2-ci mərtəbəsini razılaşaraq almış və məbləği ödəyərək tikintini qəbul etdiyini imzası ilə təsdiq etmişdir.
4. X5 Tikinti birliyinin xəzinədarlığına pul vəsaitinin qəbul olunmasına dair qəbzə görə X10 12800000 (on iki milyon səkkiz yün min) manat qəbul edilərək xəzinəyə mədaxil edilməsi imzalarla təsdiq edilmişdir.
5. Ağsu RQİİ tərəfindən verilmiş 17 yanvar 2024-cü il tarixli arayışa görə X1 Rasim Kalbış oğlunun verdiyi etibarnamə əsasında ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsini Ağsu RQİİ-nin Göyçay Xidmət sahəsinə icarəyə vermişdir. X4 hər ay 1250 manat bank hesabına, 203,49 manat isə dövlət büdcəsinə ödəmə mənbəyindən gəlir vergisi, ümumilikdə 1453,49 manat ödənilməkdədir.
6. İcarəyə verən X11 etibarnamə üzrə nümayəndəsi X6 ilə icarəçi Ağsu RQİİ arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə görə icarəyə verən ünvan 3 ünvanında yerləşən 2 mərtəbəli 367 kv.m sahəli bina və 1500 kv.m həyətyanı sahəni icarəçinin istifadəsinə verməyi, icarəçi isə müəyyən edilmiş icarə haqını ödəməyi öhdəsinə götürmüşdür. İcarə haqqı 1 təqvim ayı üçün 1453,49 manat, 12 təqvim ayı üçün isə 17441,88 manat müəyyən edilmişdir.
7. Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən X13 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Göyçay RİH başçısının Göyçay şəhəri inzibati ərazi idarəsi üzrə nümayəndəliyinin verdiyi arayışa əsasən, “Kolxozlararası Tikinti” İdarəsinin sonradan struktur dəyişikliyik olaraq Azəraqrar Tikinti Dövlət Şirkətinin ünvan 6 ünvanda yerləşir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin (keçmiş Azəraqrartikinti Dövlət Şikrətinin) xx.xx.1994-cü il tarixli, 265 saylı əmri üzrə, xx.xx.1995-ci il tarixli, 143 saylı məktubu əsasında ünvan 3 ünvanında yerləşən inzibati binanın 2-ci mərtəbəsinin girişi ilə birlikdə xx.xx.1995-ci il tarixdə ona satılmasına dair aralarında rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi belə əsaslandırılmışdır ki, Təsərrüfatlararası Sənaye Tikinti Birliyinin xx.xx.1995-ci il tarixli, 37 saylı əmri ilə Cavabdeh Dövlət Şirkətinin xx.xx.1994-cü il tarixli, 265 saylı əmri və xx.xx.1995-ci il tarixli 143 saylı əmri əsasında TSTB-nin Natavan küçəsi 2 ünvanında hazırki binasının qalan hissəsi, yəni 2-ci mərtəbə girişi ilə birlikdə ona satılmışdır. Həmin əmrdə qiymətləndirmə komissiyasının hesabatına əsasən ondan 12800000 (on iki milyon səkkiz yüz min) manat alınaraq birliyin kassasına mədaxil olunması, təhvil-təslimin əlyazma aktla rəsmiləşdirilməsi qeyd olunmuşdur. Tərəflər arasında xx.xx.1995-ci il tarixdə yazılı təhvil-təslim aktı tərtib olunmuşdur. Həmin təhvil-təslim aktında TSTB-nin Natavan küçəsi 2 ünvanında hazırki binasının qalan hissəsi, yəni 2-ci mərtəbə girişi ilə ona satılması və əvəzində ondan (məndən) 12800000 (on iki milyon səkkiz yüz min) manat alınaraq birliyin kassasına mədaxil olunması öz təsdiqini tapmışdır. Yuxarıda qeyd etdiyi sənədlərlə eyni zamanda TSTB-nin Natavan küçəsi 2 ünvanında hazırki binasının qalan hissəsi, yəni 2-ci mərtəbə girişi ilə birlikdə ona verilmişdir. O zamandan bugünə qədər həmin tikili sahiblik və istifadəsindədir. TSTB-nin Natavan küçəsi 2 ünvanında hazırki binasının qalan hissəsi, yəni 2-ci mərtəbə girişi ilə birlikdə ona satılarkən, alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilməməsi, həmin tikili üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına maneə yaradır və gözlənilən mülkiyyət hüququnu pozur. İş materiallarında olan aktdan, qəbzdən, arxiv arayışının məzmunundan aydın görünür ki, Azəraqrartikinti Dövlət Şirkətinin əmr və məktubuna əsasən tabeliyində olan Təsərrüfatlararası Sənaye və Tikinti Birliyinin 37 nömrəli əmri əsasında Göyçay şəhəri Natəvan küçəsi 2 ünvanında yerləşən 2 mərtəbəli inzibati binanın satılmamış hissəsi, yəni 2-ci mərtəbəsi girişi ilə birlikdə xx.xx.1995-ci il tarixdə ona 12800000 (on iki milyon səkkiz yüz min) manata satılmışdır. Alqı-satqı aktla rəsmiləşdirilmiş, satıcı əmlakı alıcıya təhvil vermiş, alıcı 12800000 (on iki milyon səkkiz yüz min) manat pulu satıcıya ödəmiş və əmlakı qəbul etmişdir. Aktla, qəbzlə, arxiv arayışında sadalanan faktlar öz təsdiqini tapsa da, cavabdehin nümayəndəsi etirazda bu faktları təhrif etmiş, formal mülahizələri ilə Mülki Məcəllənin təməl prinsipləri olan vicdanlılıq, ədalət prinsiplərinə diqqət etməməklə, hüquqdan suiistifadəyə yol verilməməsinə əhəmiyyət verməmişdir.
10. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X14 bildirmişdir ki, o, 1995-ci ilin mart ayından Təsərrüfatlararası Sənaye Tikinti Birliyində işləmişdir. Göyçay şəhəri Natəvan küçəsi 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi kalxozlararası təsərüfat sahəsi olmuşdur. Onların vəzifəsi kalxozlarda ferma tikmək və pambıq sahələri ilə məşğul olmaq idi. Lakin dövlət tərəfindən onlara heç bir maddi vəsait xərclənmirdi. Çünki o vaxtı onlar öz vəsaitləri hesabına maliyyələşirdi. Baş idarəyə məktub yazılıb razılıq aldıqdan sonra Göyçay şəhəri Natəvan küçəsi 2 ünvanda yerləşən qeyriyaşayış sahəsi X13 12800000 (on iki milyon səkkiz yüz min) manata satılmışdır. Həmin məbləğdən baş idarəyə və işçilərin əmək haqqılarını ödəmişlər. Göyçay şəhəri Natəvan küçəsi 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh ASC (keçmiş Cavabdeh Dövlət Şirkəti) tərəfindən X13 12800000 (on iki milyon səkkiz yüz min) manata satılmasını təsdiq edir. Nümayəndə və vəkilin suallarına cavab olaraq şahid S.S.Vəliyev bildirmişdir ki, ünvan 7 ünvanda yerləşən qeyri-yaşayış sahəsi 60-cı illərdə tikilmiş binadır. Kalxozlararası sistem öz vəsaiti hesabına maliyyələşimiş, digər yerdən maliyyələşmirmiş. Həmin binanın sifarişçisi də elə həmin qurum olmuşdur. Sədrlik edənin suallarına cavab olaraq şahid X14 bildirmişdir ki, 1995-ci ilin mart ayından Təsərrüfatlararası Sənaye Tikinti Birliyində işləmişdir, ünvan 7 ünvanda yerləşən qeyri-yaşayış sahəsi kalxozlararası təsərüfat sahəsi olmuşdur. Onların vəzifəsi kalxozlarda ferma tikmək və pambıq sahələri ilə məşğul olmaq olmuşdur. ünvan 7 ünvanda yerləşən qeyri-yaşayış sahəsi X13 12800000 (on iki milyon səkkiz yüz min) manata satılmışdır.
11. 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən Yasamal Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Göyçay şəhəri Natəvan küçəsi 2 ünvanında Azəraqrartikinti ASC-nin adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, Göyçay şəhəri Natəvan küçəsi 2 ünvanına dair balans saxlayıcı İqtisadi İnkişaf Nazirliyi olmaqla Göyçay 67 saylı X3 adına İqtisadi İnkişaf Nazirliyi 01 saylı, xx.xx.2001-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Əmlakın İnventarlaşdırılması Bürosunun xx.xx.2003-cü il tarixli, 9236 inventar nömrəli texniki parpost tərtib edilmişdir.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 09 aprel 2024-cü il tarixli 2(004)-515/2024 nömrəli qətnaməsi ilə (hakim Toğrul Axundov) iddia təmin edilmiş, Cavabdeh ASC-nin (keçmiş Cavabdeh Dövlət Şirkətinin) xx.xx.1994-cü il tarixli, 265 saylı əmri üzrə xx.xx.1995-ci il tarixli, 143 saylı məktubu əsasında ünvan 3 ünvanında yerləşən inzibati binanın 2-ci mərtəbəsinin girişi ilə birlikdə xx.xx.1995-ci il tarixdə İddiaçı satılmasına dair İddiaçı ilə Cavabdeh ASC arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması qət edilmişdir.
13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, X7 şəhəri Natəvan küçəsi 2 ünvanında yerləşən binanın qalan hissəsini yəni 2-ci mərtəbənin girişi ilə birlikdə "xxxx" dövlət şirkətinin xx.xx.1995-ci il tarixli 143 saylı məktubuna əsasən 12800000(on iki milyon səkkiz yüz min) manata almış, tərəflər arasında bununla bağlı şifahi alqı-satqı müqaviləsi bağlanmış, əmr və akt tərtib edilmişdir. Həmin vaxtdan da iddiaçı qeyd edilən əmlakı istifadə edir, ona sahiblik edir. Qeyd edilən əmlakın alınmasını iş materiallarında olan əmr, İddiaçı tərəfindən 12800000(on iki milyon səkkiz yüz min) manatın ödənilməsini təsdiq edən qəbz, şahid ifadəsi də təsdiq edir.
14. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında şifahı şəkildə bağlanmış alqısatqı müqaviləsi və buna müvafiq olaraq verilmiş akt və əmr 1995-ci ilə təsadüf etdiyi üçün həmin vaxt qüvvədə olan Mülki Məcəllənin müvafiq maddələrinə istinad edilməli və həmin normalara müvafiq olaraq müqavilə bağlanmış hesab edilməlidir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarına, F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarına, Alqı-satqı zamanı qüvvədə olmuş Mülki Məcəllənin 43, 228, 152, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi, mübahisəli daşınmaz əmlakın Cavabdeh ASC-nin adına qeydiyyata alınmadığını, ümumiyyətlə, həmin əmlakın dövlət mülkiyyəti olmaqla balans saxlayıcısının İqtisadi İnkişaf Nazirliyi olduğunu təsdiq edən rəsmi məlumatı (sübutu) bir kənara qoyaraq, həmin əmlaka dair nə 1994 və ya 1995-ci ildə, nə də ondan sonrakı dövrdə və hazırda sərəncam vermək (özgəninkiləşdirmək) hüququ olmayan Cavabdeh ASC ilə iddiaçı arasında “alqı-satqı müqaviləsinin” bağlanmış hesab edilməsinə dair qətnamə qəbul etmişdir. Məhkəmə daşınmaz əmlaka dair əqdin notarial qaydada təsdiq olunmaması ilə bağlı belə mövqeyini istinad edilən Məcəllənin 43-cü maddəsinin ikinci hissəsi ilə əsaslandırmışdır. Lakin nəzərə almaq lazımdır ki, həmin norma hazırkı mübahisəyə tətbiq edilə bilməzdi. Belə ki, birincisi, qeyd edilən normanın tətbiqini qanunverici “əqddə qanuna zidd əməl olmadıqda” şərti ilə məhdudlaşdırmışdı ki, hazırkı işdə də “əqddə qanuna zidd əməl”- yəni, səlahiyyətsiz şəxsin dövlət əmlakı üzərində sərəncam verməsi faktı aşkardır; ikincisi, qeyd edilən “əqdin” subyekti hazırkı iş üzrə iddiaya cavab verməli olan şəxs cavabdeh olmadığı üçün əqdin “digər tərəfi” də deyil və istənilən halda onun imzaladığı əqdi notarius səlahiyyətsiz şəxsin imzaladığı əqd kimi təsdiq edə bilməzdi. Belə olan halda həmin əqdin etibarlı hala gətirilməsi qeyrimümkündür. İş materiallarından da göründüyü kimi, səlahiyyətli dövlət orqanının - ƏMDX DƏDKR-in p.h.ş. 16 saylı Ucar Ərazi İdarəsinin məhkəməyə göndərdiyi xx.xx.2024-cü il tarixli cavab məktubunda mübahisə obyekti olan əmlakın Cavabdeh ASC-nin adına qeydiyyata alınmış daşınmaz əmlak olmadığı, həmin əmlakın balans saxlayıcının İqtisadi İnkişaf Nazirliyi olduğu bildirilmişdir. Belə olan halda, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair tələbin həmin əmlaka (dövlət mülkiyyətində olan əmlaka) dair sərəncam vermək hüququ olan şəxsə qarşı deyil, hazırkı iş üzrə “cavabdeh” kimi cəlb edilmiş Cavabdeh ASC-yə qarşı yönəlmədiyini sübut etməyə ehtiyac yoxdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz ünvanlayaraq, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
20. İddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Mülki Məcəllə (mülki-hüquq münasibətlərinin əmələ gəldiyi zaman qüvvədə olan, yəni 2000-ci il sentyabrın 01-dək qüvvədə olmuş)
21. Maddə 88-1. Dövlət, kolxozlararası, dövlət-kolxoz və sair dövlət-kooperativ təşkilatlarına təhkim olunmuş əmlak həmin təşkilatlar tərəfindən operativ idarə olunur, onlar qanunla müəyyən edilmiş hədlərdə, öz failiyyət məqsədlərinə, plan tapşırıqlarına və əmlakın təyinatına uyğun olaraq əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərancam vermək hüququnu həyata keçirirlər.
22. Maddə 91.2. SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə vətəndaşlara satıla bilən bəzi əmlak növlərindən başqa, dövlət təşkilatlarının əsas vəsaitinə aid olan binalar, qurğular, avadanlıqlar və sair dövlət əmlakı vətəndaşlara özgəninkiləşdirilə bilməz.
23. Maddə 144. Hər hansı bir üsulla qanunsuz özgəninkiləşdirilmiş dövlət əmlakı müvafiq təşkilatlar tərəfindən onları hər bir əldə edəndən tələb oluna bilər. Mülki Prosessual Məcəllə
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən
28. ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir.
33. 18 aprel 2019-cu il tarixli Təsərrüfatlararası Sənaye Tikinti Birliyi üzrə əmr kitabından çıxarışı əks etdirən arxiv arayışından görünür ki, 01 avqust 1995-ci il tarixli 37 nömrəli əmrə əsasən “Azəraqrartikinti" Dövlət şirkətinin xx.xx.1994-cü il 265 nömrəli əmrini və 143 nömrəli 14 iyul 1995-ci il tarixli məktubu əsas tutaraq TSTB-nin rəisi TSTB-nin Natavan küçəsi 2 ünvanında hazırki binasının qalan hissəsinin, yəni 2-ci mərtəbənin girişi ilə birlikdə "xxxx" dövlət şirkətinin xx.xx.1995-ci il tarixli 143 saylı məktubuna əsasən Natavan küçəsi 2a ünvanında yaşayan X2, qiymətləndirmə komissiyasının hesabatına əsasən X10 12800000 (on iki milyon səkkiz yüz min) manatın alınaraq birliyin kassasına mədaxil olunması, təhvil-təslimin əlyazma aktla rəsmiləşdirilməsi, baş mühasib Vəliyev.S.S oğluna binanın satışından əldə olunan 20800000 (iyirmi milyon səkkiz yüz min) manat vəsaitin ******* (beş milyon) manatının "xxxx" şirkətinin hesablaşma hesabına ödəməsinin tapşırılması, qalan hissəsi 15800000 (on beş milyon səkkiz yüz min) manatın ixtisar olunan işçilərin əmək haqlarına və son hesablaşmalarının ödənilməsinə sərf olunması əmr edilmişdir.
34. 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Göyçay şəhəri Natəvan küçəsi 2 ünvanında Cavabdeh ASC-nin adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Göyçay şəhəri Natəvan küçəsi 2 ünvanına dair balans saxlayıcı İqtisadi İnkişaf Nazirliyi olmaqla Göyçay 67 saylı X3 adına İqtisadi İnkişaf Nazirliyi 01 saylı, xx.xx.2001-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Əmlakın İnventarlaşdırılması Bürosunun xx.xx.2003-cü il tarixli, 9236 inventar nömrəli texniki pasport tərtib edilmişdir.
35. Göründüyü kimi Göyçay şəhəri Natəvan küçəsi 2 ünvanında Cavabdeh ASC-nin adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir və mübahisəli əmlak dövlət mülkiyyətində olmaqla, balans saxlayıcısı İqtisadi İnkişaf Nazirliyidir.
36. Mübahisəli əmlak dövlət mülkiyyətində olduğundan, mülkiyyətçisinin razılığı olmadan onun barəsində hər hansı əqd bağlamaq və ya başqa yolla ona yiyələnmək qanuna ziddir və bağlanmış belə əqdlər əhəmiyyətsizdir.
37. «Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istiəfadə edilməsinin təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2007-ci il tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə» Dövlət Proqramının İ bəndində proqramın məqsədi kimi dövlət əmlakının idarə edilməsinin səmərəliliyinin artırılması, dövlət əmlakının qorunub saxlanılması və istifadəsi üzərində dövlət nəzarətinin təkmilləşdirilməsi yolu ilə dövlət müəssisələrinin rəqabət qabiliyyətini yüksəltmək və bütövlükdə iqtisadiyyatın daha dinamik inkişafına nail olmaq, əsas vəzifələrindən biri kimi isə dövlət müəsissə və təşkilatlarının istifadəsində olan əmlakın qorunub saxlanmasını və səmərəli istifadəsini təmin etmək olduğu göstərilmişdir.
38. Alqı-satqı zamanı qüvvədə olan Mülki Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə əsasən, tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanunazidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə onu bağlanmış hesab edə bilər. Bu halda əqdin notariat tərtibatı tələb olunmur.
39. Göründüyü kimi qanunverici əqdi icra etmiş tərəfin tələbi üzrə əqdin bağlanmış hesab edilə bilməsini əqddə qanunazidd əməl olmaması ilə şərtləndirmişdir.
40. Baxılan iş üzrə isə bağlanmış hesab edilməsi tələb edilən əqd subyekt tələbinə cavab vermir, səlahiyyətli subyekt olmamışdır, dövlət əmlakı üzərində səlahiyyətli olmayan şəxs tərəfindən sərəncam verilmişdir. Mübahisəli əmlakın həmin alqı-satqı müqaviləsinin predmeti olması qanunsuz olmuşdur.
41. Beləliklə, Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər əsaslıdır, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddiaçının əsassız tələbi rədd edilməlidir.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-515/2024 nömrəli iş üzrə 09 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh ASC-yə qarşı “xx.xx.1995-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.