Məhkəmə qərarları › İş №2(103)-3732/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3732/2024

30.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3732/2024 30.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh7, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Bakı şəhəri 19 saylı Notariat Ofisinə, Bakı şəhəri 46 saylı Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbinə dair iddiaları; Cavabdeh4 iddiaçılar İddiaçı1 və İddiaçı2, qarşılıqlı iddia üzrə cavabdehlər X25, X19, X29, X42 qarşı tələbinə dair qarşılıqlı iddiası üzrə (Açar sözlər: əqdin etibarsız hesab edilməsi və daşınmaz əmlaka mülkiyyət hüququnun bərpa edilməsi, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat yazısının ləğv edilməsi, qətnamənin icrasına dönüş edilməsi, mülkiyyət hüququnun bərpa edilməsi, mənzildən və qeyri-yaşayış sahəsindən çıxarılma, mənzilin və qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh4 nümayəndəsi (əri) Nümayəndə, nümayəndəsi və vəkili Vəkil1, Qarşılıqlı iddia üzrə cavabdeh X37 nümayəndəsi və vəkili Vəkil5, Qarşılıqlı iddia üzrə cavabdeh X26 nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-206/2024 nömrəli, 28 fevral 2024cü il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2, X51, X38 və ilkin iddia tələbi üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. Bakı şəhəri 53 saylı Notariat ofisində bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə- 1708 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X11 xüsusi mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu X6 ev 9 ünvanda yerləşən ümumi sahəsi 28,5 kv.m, yaşayış sahəsi 28,5 kv.m olan 2 otaqlı mənzili X27 51.282,50 manata satmışdır. X2 əvəzindən Bakı şəhəri 41 saylı Notariat kontorunda xx.xx.2007-ci il tarixdə verdiyi 11036 reyestr nömrəli etibarnaməsinə əsasən Cavabdeh7 imzalamışdır.

2. xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu X6 ev 9 ünvanda yerləşən ümumi sahəsi 28,5 kv.m olan mənzili X20 adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır.

3. 16.02.2004-cü il tarixli 002114 nömrəli şəhavdətnaməyə əsasən Bakı şəhəri Yasamal rayonu X6 ev 9 ünvanda yerləşən 3 saylı emalatxana X28 xüsusi mükiyyətində olmuşdur.

4. xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X39 Bakı şəhəri Yasamal rayonu X6 ev 9 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (3 saylı emalatxana) X25 7500 manata satmışdır.

5. 04.02.2012-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu X6 ev 9 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (3 saylı emalatxana) xüsusi mülkiyyət hüquqi ilə X21 adına qeydiyyata alınmışdır.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)- 1330/2016 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və X12 cavabdehlər X25, Cavabdeh7 və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, miras payına vərəsəlik və mülkiyyət hüququnun tanınması, birgə nikah dövründə əldə edilmiş paya mülkiyyət hüququnun tanınması və buna müvafiq mülkiyyət hüquqlarının qeydiyyatının aparılması, həmçinin qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilmiş, X39 ilə X33 arasında Bakı şəhəri Yasamal rayonu X6 ev 9 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə (3 saylı emalatxana) dair bağlanmış xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, miras qoyan X22 miras qalmış Bakı şəhəri Yasamal rayonu X6 ev 9 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (3 saylı emalatxana) üzərində İddiaçı2 1/2 hissədə, İddiaçı1 1/2 hissədə payı tanınmışdır. Cavabdehlər X21 və Cavabdeh7 həmin qeyri-yaşayış sahəsindən çıxarılması qət edilmişdir.

7. xx.xx.2016-cı il tarixli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu X6 ev 9 ünvanda yerləşən ümumi sahəsi 15,6 kv.m olan qeyri-yaşayış sahəsi (3 saylı emalatxana) paylı mülkiyyət hüququ üzrə X20 adına ½ hissə, İddiaçı1 adına ½ hissə olmaqla daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh7, Cavabdeh1, Cavabdeh2, ünvan 3ə qarşı “əqdin etibarsız hesab edilməsi və daşınmaz əmlaka mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə, daha sonra İddiaçı1 nümayəndəsi və vəkili X43 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə təqdim edərək, Cavabdeh4, ünvan 4 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsini əlavə olaraq cavabdehlər qismində cəlb olunmasını xahiş edərək, yekun olaraq məhkəmədən: Bakı şəhəri Yasamal rayonu X6 9 saylı ünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət mənzilinə dair ünvan 3in Xüsusi X8 tərəfindən 4Ə-422 reyestr nömrəsi ilə təsdiq edilmiş İddiaçı2 adından Bakı şəhəri 19 saylı Notariat Ofisində verilmiş 07 oktyabr 2019-cu il tarixli 15189 reyestr nömrəli etibarnamə əsasında hərəkət edən Cavabdeh2 ilə Cavabdeh7 arasında 08 oktyabr 2019cu il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlama müqaviləsini; Bakı şəhəri Yasamal rayonu X6 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə (3 saylı emalatxana) dair ünvan 3in Xüsusi X8 tərəfindən 4Ə-441 reyestr nömrəsi ilə təsdiq edilmiş İddiaçı1 və İddiaçı2 adından Bakı şəhəri 19 saylı Notariat Ofisində verilmiş 25 oktyabr 2019-cu il tarixli 16207 və 16208 reyestr nömrəli etibarnamələr əsasında hərəkət edən Cavabdeh2 ilə Cavabdeh7 arasında 26 oktyabr 2019-cu il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi; Bakı şəhəri Yasamal rayonu X6 9 saylı ünvanda yerləşən sahəsi 28.5 kv.mdən ibarət mənzilinə dair ünvan 4n Xüsusi X3 tərəfindən 4Ə-461 reyestr nömrəsi ilə təsdiq edilmiş Cavabdeh7 ilə Cavabdeh4 arasında 30 oktyabr 2019-cu il tarixdə bağlanmış daşınmaz əmlakın alqısatqı müqaviləsinin; Bakı şəhəri Yasamal rayonu X6 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.mdən ibarət qeyri-yaşayış sahəsinə (3 saylı emalatxana) dair Bakı şəhər 30 saylı Notariat Ofisinin xüsusi X3 tərəfindən 4Ə-505 reyestr nömrəsi ilə təsdiq edilmiş Cavabdeh7 ilə Cavabdeh4 arasında 14 noyabr 2019-cu il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; Cavabdeh7 adına verilmiş Bakı şəhəri Yasamal rayonu X6 9 saylı ünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət mənzilinə dair Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********01- 05101-093003 reyestr nömrəli, 09 oktyabr 2019-cu il tarixli və Bakı şəhəri Yasamal rayonu X6 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə (3 saylı emalatxana) dair Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********01-05101- 083001 reyestr nömrəli, 31 oktyabr 2019-cu il tarixli çıxarışların və Cavabdeh7 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi; Cavabdeh4 adına verilmiş Bakı şəhəri Yasamal rayonu X6 9 saylı ünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət mənzilinə və Bakı şəhəri Yasamal rayonu X6 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə (3 saylı emalatxana) dair çıxarışların və Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi; Bakı şəhəri Yasamal rayonu X6 9 saylı ünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət mənzilinə İddiaçı2 və Bakı şəhəri Yasamal rayonu X6 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə (3 saylı emalatxana) dair isə iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyət hüquqlarının bərpa edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən müvafiq olan adlarına çıxarışların verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)- 1011/2020 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh7, Cavabdeh2, ünvan 3ə qarşı“əqdin etibarsız hesab edilməsi və daşınmaz əmlaka mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair iddiaları təmin edilmiş, Bakı şəhəri Yasamal rayonu X6 9 saylı ünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət mənzilinə dair ünvan 3in Xüsusi X8 tərəfindən 4Ə-422 reyestr nömrəsi ilə təsdiq edilmiş İddiaçı2 adından Bakışəhəri 19 saylı Notariat Ofisi tərəfindən 07 oktyabr 2019-cu il tarixdə verilmiş 15189 reyestr nömrəli etibarnamə əsasında hərəkət edən Cavabdeh2 ilə Cavabdeh7 arasında 08 oktyabr 2019-cu il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlama müqaviləsi etibarsız hesab edilmişdir. Bakı şəhəri Yasamal rayonu X6 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə (3 saylı emalatxana) dair Bakı şəhəri 19 saylı Notariat Ofisinin Xüsusi X8 tərəfindən 4Ə-441 reyestr nömrəsi ilə təsdiq edilmiş İddiaçı1 və İddiaçı2 adından Bakı şəhəri 19 saylı Notariat Ofisində 25 oktyabr 2019-cu il tarixdə verilmiş 16207 və 16208 reyestr nömrəli etibarnamələr əsasında hərəkət edən Cavabdeh2 ilə Cavabdeh7 arasında 26 oktyabr 2019-cu il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlama müqaviləsi etibarsız hesab edilmişdir. Bakı şəhəri Yasamal rayonu X6 9 saylı ünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət mənzilinə dair ünvan 4n Xüsusi X3 tərəfindən 4Ə-461 reyestr nömrəsi ilə təsdiq edilmiş Cavabdeh7 ilə Cavabdeh4 arasında 30 oktyabr 2019-cu il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Bakı şəhəri Yasamal rayonu X6 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.mdən ibarət qeyri-yaşayış sahəsinə (3 saylı emalatxana) dair Bakı şəhəri 30 saylı Notariat Ofisinin Xüsusi X3 tərəfindən 4Ə-505 reyestr nömrəsi ilə təsdiq edilmiş Cavabdeh7 ilə Cavabdeh4 arasında 14 noyabr 2019-cu il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Cavabdeh7 adına verilmiş Bakı şəhəri Yasamal rayonu X6 9 saylı ünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi Hüquqlarının X41 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, **********01- 05101- 093003 reyestr nömrəli, 09 oktyabr 2019-cu il tarixli və Bakı şəhəri Yasamal rayonu X6 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə (3 saylı emalatxana) dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi Hüquqlarının X41 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, **********01- 05101-083001 reyestr nömrəli, 31 oktyabr 2019-cu il tarixli çıxarışlar və Cavabdeh7 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd ləğv edilməsi, Cavabdeh4 adına verilmiş Bakı şəhəri Yasamal rayonu X6 9 saylı ünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət mənzilə və Bakı şəhəri Yasamal rayonu X6 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə (3 saylı emalatxana) dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhərƏrazi İdarəsi Hüquqlarının X41 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışlar və Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd ləğv edilmişdir. Bakı şəhəri Yasamal rayonu X6 9 saylı ünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət mənzilinə İddiaçı2 və Bakı şəhəri Yasamal rayonu X6 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə (3 saylı emalatxana) dair isə iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyət hüquqlarının bərpa edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən adlarına çıxarışların verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir.

10. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli 2(011)- 1011/2020 nömrəli qətnaməsi icra edilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-4507/2023 qərardadı ilə Cavabdeh4 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli 2(011)-1011/2020 nömrəli qətnaməsi işə ərazi və müstəsna aidiyyəti qaydalarının pozulması ilə baxıldığından ləğv edilmiş və mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir.

12. Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil1 elektron kabinet vasitəsilə “müvəqqəti təminat tədbirinin tətbiqinə dair” ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, mübahisəyə məhkəmədə baxılıb qurtaranadək müvəqqəti təminat tədbiri olaraq Bakı şəhəri Yasamal rayonu X6 9 saylı ünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət mənzilin və Bakı şəhəri Yasamal rayonu X6 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin (3 saylı emalatxana) özgəninkiləşdirilməsi ilə bağlı hərəkətlərin aparılmasının cavabdehlər İddiaçı1, İddiaçı2, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və başqa şəxslərə qadağan olunması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir.

13. Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil1 “müvəqqəti təminat tədbirinin tətbiqinə dair” ərizə ilə eyni vaxtda, yəni xx.xx.2023-cü il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2(004)-4854/2023 nömrəli mülki iş üzrə ilkin iddianın rədd olunmasını, qarşılıqlı iddianın təmin edilərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli 2(011)-1011/2020 nömrəli qətnaməsinin icrasına dönüş edilməsini, Bakı şəhəri Yasamal rayonu X6 9 saylı ünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət mənzilin və Bakı şəhəri Yasamal rayonu X6 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.mdən ibarət qeyri-yaşayış sahəsinin (3 saylı emalatxana) üzərində Cavabdeh4 mülkiyyət hüququnun bərpa olunması, cavabdehlər İddiaçı1 və İddiaçı2 həmin sahələrdən çıxarılaraq, sahələrin boşaldılıb Cavabdeh4 təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(004)- 390/2023 nömrəli qərardadı ilə Cavabdeh4 “müvəqqəti təminat tədbirinin tətbiqinə dair” ərizəsi təmin edilmişdir. Məhkəmədə mübahisə həll edilənədək (mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənə kimi), müvəqqəti təminat tədbiri kimi Bakı şəhəri Yasamal rayonu X6 9 saylı ünvanda yerləşən sahəsi 28.50 kv.m-dən ibarət mənzilin (reyestr nömrəsi **********01-05101-093003, qeydiyat nömrəsi **********) və Bakı şəhəri Yasamal rayonu X6 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin (3 saylı emalatxana) (reyestr nömrəsi **********01- 05101-083001, qeydiyyat nömrəsi **********) özgəninkiləşdirilməsinə qadağa (həbs) qoyulmuşdur. Qərardad dərhal icra edilmişdir. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə tapşırılmışdır.

15. Daha sonra Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil1 elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə qarşılıqlı iddia tələbinin həcmini artırılması barədə ərizə təqdim edərək, Cavabdeh4 iddiaçılar İddiaçı1 və İddiaçı2, qarşılıqlı iddia üzrə cavabdehlər X25, X19, X29, X42 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat yazısının ləğv edilməsi, qətnamənin icrasına dönüş edilməsi, mülkiyyət hüququnun bərpa edilməsi, mənzildən və qeyri-yaşayış sahəsindən çıxarılma, mənzilin və qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 5 ünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət mənzilə dair İddiaçı2 (İddiaçı2 əvəzinə xx.xx.2019-cu il tarixli 16298 reyestr nömrəli etibarnamə əsasında Cavabdeh7) ilə X33 arasında Bakı şəhəri 5 saylı Notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-327 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi; ünvan 5 ünvanda yerləşən sahəsi 39,9 kv.m-dən ibarət mənzilə dair X33 ilə X51 arasında Bakı şəhəri 5 saylı Notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-25 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi; Cavabdeh X37 ünvan 5 ünvanda yerləşən sahəsi 39,9 kv.m-dən ibarət mənzili üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə aparılmış qeydiyyat (reyestr nömrəsi **********01-05101-093003, qeydiyyat nömrəsi **********) yazısının ləğv edilməsi; ünvan 5 ünvanda yerləşən 15,6 kv.m qeyri-yaşayış sahəsinə (emalatxanaya) dair İddiaçı1 (İddiaçı1 əvəzinə xx.xx.2019-cu il tarixli 16297 reyestr nömrəli etibarnamə əsasında Cavabdeh7), İddiaçı2 (İddiaçı2 əvəzinə xx.xx.2019-cu il tarixli 16298 reyestr nömrəli etibarnamə əsasında Cavabdeh7) və X17 (X17 əvəzinə xx.xx.2015-ci il tarixli 41909 reyestr nömrəli etibarnamə əsasında X33) arasında Bakı şəhəri 5 saylı Notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-326 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi; ünvan 5 ünvanda yerləşən 15,6 kv.m qeyri-yaşayış sahəsinin 7,8 kv.m hissəsinə (emalatxanaya) dair X30 (X17 əvəzinə xx.xx.2015-ci il tarixli 41909 reyestr nömrəli etibarnamə əsasında X33) ilə X38 arasında Bakı şəhəri 5 saylı Notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-450 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi; ünvan 5 ünvanda yerləşən 15,6 kv.m qeyri-yaşayış sahəsinin 7,8 kv.m hissəsinə (emalatxanaya) dair X30 (X17 əvəzinə xx.xx.2020-ci il tarixli 7098 reyestr nömrəli etibarnamə əsasında X33) ilə X38 arasında Bakı şəhəri 5 saylı Notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-420 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi; Cavabdeh X26 ünvan 5 ünvanda yerləşən 15,6 kv.m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə (7,8 kv.m) (reyestr nömrəsi **********01-05101-083001, qeydiyyat nömrəsi **********), xx.xx.2021-ci il tarixdə (15,6 kv.m) aparılmış qeydiyyat (reyestr nömrəsi **********01-05101-083001, qeydiyyat nömrəsi **********) yazısının ləğv edilməsi; Ləğv edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-1011/2020 nömrəli qətnaməsinin icrasına dönüş edilməsi; ünvan 5 ünvanda yerləşən sahəsi 28.5 kv.m olan mənzilin və Bakı şəhəri Yasamal rayonu X6 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin (3 saylı emalatxana) üzərində Cavabdeh4 mülkiyyət hüququ bərpa edilməsi və Cavabdeh4 adına həmin əmlaklara dair daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışlar verilməsi; Cavabdehlərin ünvan 5 ünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət olan mənzildən və Bakı şəhəri Yasamal rayonu X6 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsindən (3 saylı emalatxana) çıxarılmaları və həmin sahələrin boşaldılıb Cavabdeh4 təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Cavabdeh7 nümayəndəsi və vəkili Vəkil4 elektron kabinet vasitəsilə məhkəməyə yazılı etiraz göndərərək bildirmişdir ki, Cavabdeh4 ilə Cavabdeh7 arasında Bakı şəhəri Yasamal rayonu X6 9 saylı ünvanda yerləşən müvafiq olaraq sahəsi 28,5 kv.m. və 15,6 kv.m. təşkil edən daşınmaz əmlaklara dair bağlanmış müqavilələr onların həqiqi iradəsini əks etdirməmişdir. Çünki, nə Cavabdeh4, nə də onun həyat yoldaşı, həmçinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə müqavilə predmetini təşkil edən əmlaklarla, ümumiyyətlə tanış olmamışlar. Başqa sözlə, Cavabdeh4 əmlakları əldə etmək niyyəti olmamışdır. Əslində, Cavabdeh7 Nümayəndə faiz ödənilməsi şərtilə borc pul aldığına görə, adı çəkilən daşınmaz əmlaklar borcun qaytarılmasının təminatı kimi formal olaraq Cavabdeh4 (Nümayəndə həyat yoldaşının) mülkiyyətinə verilmişdir (iş materiallarında Cavabdeh7 tərəfindən Nümayəndə kart hesabına borc üzrə faiz ödənilsinə dair təsdiqedici sənəd mövcuddur). Cavabdeh7 ilə Nümayəndə razılaşması ondan ibarət olmuşdur ki, borc qaytarıldıqda, əmlaklar da Cavabdeh7 mülkiyyətinə veriləcəkdir, qaytarılacaqdır. Borc məbləği Cavabdeh7 tərəfindən Nümayəndə tam ödənilmişdir. Bundan başqa, Nümayəndə və Cavabdeh4 Xətai Rayon Məhkəməsinin icraatında olmuş, yəni İddiaçı1 və İddiaçı2 onlara və Emin Nəsirliyə qarşı iddiaları üzrə məhkəmə mübahisəsindən də məlumatları olmuşdur. Lakin sonradan Emin Nəsirli ilə Nümayəndə arasında borc üzrə faizlərin ödənilməsində müəyyən problemlər yarandığına görə, Cavabdeh4 Xətai Rayon Məhkəməsinin müvafiq qətnaməsindən apellyasiya şikayəti, hazırda isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şərh olunanlardan belə nəticə hasil olur ki, Emin Nəsirli ilə Cavabdeh4 arasında müvafiq əmlaklara dair bağlanmış alqı-satqı müqavilələri yalan əqdlərdir və bağlandığı andan etibarsızdır. Göstərilənləri nəzərə alaraq, iş üzrə məhkəmə baxışını onların iştirakı olmadan keçirilməsini və Cavabdeh4 qarşılıqlı iddiasının rədd edilməsini xahiş etmişdir.

17. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-206/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Vahid Hacıyev) ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edilmiş, ünvan 5 ünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət mənzilə dair İddiaçı2 (İddiaçı2 əvəzinə xx.xx.2019-cu il tarixli 16298 reyestr nömrəli etibarnamə əsasında Cavabdeh7) ilə X33 arasında Bakı şəhəri 5 saylı Notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-327 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 5 ünvanda yerləşən sahəsi 39,9 kv.m-dən ibarət mənzilə dair X33 ilə X51 arasında Bakı şəhəri 5 saylı Notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-25 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh X37 ünvan 5 ünvanda yerləşən sahəsi 39,9 kv.m-dən ibarət mənzili üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə aparılmış qeydiyyat (reyestr nömrəsi **********01-05101-093003, qeydiyyat nömrəsi **********) yazısının ləğv edilməsi, ünvan 5 ünvanda yerləşən 15,6 kv.m qeyri-yaşayış sahəsinə (emalatxanaya) dair İddiaçı1 (İddiaçı1 əvəzinə xx.xx.2019-cu il tarixli 16297 reyestr nömrəli etibarnamə əsasında Cavabdeh7), İddiaçı2 (İddiaçı2 əvəzinə xx.xx.2019-cu il tarixli 16298 reyestr nömrəli etibarnamə əsasında Cavabdeh7) və X17 (X17 əvəzinə xx.xx.2015-ci il tarixli 41909 reyestr nömrəli etibarnamə əsasında X33) arasında Bakı şəhəri 5 saylı Notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-326 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 5 ünvanda yerləşən 15,6 kv.m qeyri-yaşayış sahəsinin 7,8 kv.m hissəsinə (emalatxanaya) dair X30 (X17 əvəzinə xx.xx.2015-ci il tarixli 41909 reyestr nömrəli etibarnamə əsasında X33) ilə X38 arasında Bakı şəhəri 5 saylı Notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-450 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 5 ünvanda yerləşən 15,6 kv.m qeyri-yaşayış sahəsinin 7,8 kv.m hissəsinə (emalatxanaya) dair X30 (X17 əvəzinə xx.xx.2020-ci il tarixli 7098 reyestr nömrəli etibarnamə əsasında X33) ilə X38 arasında Bakı şəhəri 5 saylı Notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-420 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh X26 ünvan 5 ünvanda yerləşən 15,6 kv.m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə (7,8 kv.m) (reyestr nömrəsi **********01-05101-083001, qeydiyyat nömrəsi **********), xx.xx.2021-ci il tarixdə (15,6 kv.m) aparılmış qeydiyyat (reyestr nömrəsi **********01-05101-083001, qeydiyyat nömrəsi **********) yazısının ləğv edilməsi, ləğv edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-1011/2020 nömrəli qətnaməsinin icrasına dönüş edilməsi, ünvan 5 ünvanda yerləşən sahəsi 28.5 kv.m olan mənzilin və Bakı şəhəri Yasamal rayonu X6 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin (3 saylı emalatxana) üzərində Cavabdeh4 mülkiyyət hüququnun bərpa ediləsi və Cavabdeh4 adına həmin əmlaklara dair daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışların verilməsi, daşınmaz əmlakın dövlət reyestrində hazırkı iş üzrə çıxarılmış qətnaməyə uyğun olaraq müvafiq dəyişiklik aparılmasının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, X37 ünvan 5 ünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət olan mənzildən və X26 Bakı şəhəri Yasamal rayonu X6 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsindən (3 saylı emalatxana) çıxarılması və həmin sahələrin boşaldılıb Cavabdeh4 təhvil verilməsi, xx.xx.2020-ci il tarixli 4Ə-327 reyestr nömrəli daşınmaz əmlakın alqısatqısı müqaviləsi üzrə ödənilmiş 120.000 (yüz iyirmi min) manatın İddiaçı2 alınaraq X25 qaytarılması, xx.xx.2021-ci il tarixli 4Ə-25 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi üzrə ödənilmiş 186.150 (yüz səksən altı min yüz əlli) manat X18 alınaraq X42 ödənilməsi, xx.xx.2020-ci il tarixli 4Ə-326 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi üzrə müqaviləsi üzrə ödənilmiş 100.000 (yüz min) manat pulun - 50.000 (əlli min) manatının İddiaçı1 alınaraq X19, 50.000 (əlli min) manatının isə İddiaçı2 alınaraq X19 ödənilməsi, xx.xx.2020-ci il tarixli 4Ə-450 reyestr nömrəli daşınmaz əmlakın alqısatqısı müqaviləsi üzrə ödənilmiş 50.000 (əlli min) manat və xx.xx.2021-ci il tarixli 4Ə-420 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi üzrə ödənilmiş 30.000 (otuz min) manat olmaqla, cəmi 80.000 (səksən min) manatın X13 alınaraq X29 ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29.1, 29.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.2, 16.1, 140, 152.4, 157.2, 337, 359.1, 394, 399.1, 567, 646.1, 646.2, 648.1, 666.1, 667.1, 668.1.1-ci maddələrinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və X36 haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 236-1.1, 236-1.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətlərinin dəlilləri

19. Qətnamədən qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2, X51, X38 və ilkin iddia tələbi üzrə İddiaçı1 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. İlkin iddia tələbi üzrə İddiaçı1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-1011/2020 nömrəli qətnaməsinin icra olunmasından sonrakı müddətdə ünvan 5 ünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət mənzil İddiaçı2 tərəfindən X4, sonuncu isə həmin əmlakı X7. Digər əmlak - ünvan 5 ünvanda yerləşən 15,6 kv.m qeyri-yaşayış sahəsi isə sahənin paylı mülkiyyətçiləri (İddiaçı2 və İddiaçı1) tərəfindən X1. Sonuncu isə sözügedən əmlakı X5. Göründüyü kimi, adı çəkilən şəxslər qanunvericiliyin mənasına görə əmlaklara münasibətdə vicdanlı əldə edən sayılırlar. Lakin məhkəmə, bu halları da nəzərə almamış, qarşılıqlı iddianı təmin edərkən maddi hüquq normasının tələbini pozmuşdur. İddiaçı1 və İddiaçı2 tərəfindən əmlakların - Bakı şəhəri Yasamal rayonu X6 ev 9 ünvanda yerləşən ümumi sahəsi 28,5 kv.m olan mənzilin və Bakı şəhəri Yasamal rayonu X6 ev 9 ünvanda yerləşən ümumi sahəsi 15,6 kv.m olan qeyri-yaşayış sahəsinin (3 saylı emalatxananın) Cavabdeh7 bağışlanmasına dair əqdlər qanunvericiliyin tələblərini pozmaqla bağlandığına görə, həmin əqdlər etibarsızdır (tələbin əsasları ilk iddia ərizəsində təfərrüatı ilə qeyd olunub). Bundan əlavə, Cavabdeh4 ilə Cavabdeh7 arasında Bakı şəhəri Yasamal rayonu X6 9 saylı ünvanda yerləşən müvafiq olaraq sahəsi 28,5 kv.m. və 15,6 kv.m. təşkil edən daşınmaz əmlaklara dair bağlanmış müqavilələr formal xarakter daşımışdır. Çünki, nə Cavabdeh4, nə də onun həyat yoldaşı- etibarnamə üzrə nümayəndəsi Nümayəndə müqavilə predmetini təşkil edən əmlaklarla, ümumiyyətlə tanış olmamışlar. Başqa sözlə, Cavabdeh7 əmlakları satmaq, Cavabdeh4 isə əmlakları əldə etmək niyyəti olmamışdır. Əslində, Cavabdeh7 Nümayəndə faiz ödənilməsi şərtilə borc pul aldığına görə, adı çəkilən daşınmaz əmlaklar borcun qaytarılmasının təminatı kimi formal olaraq Cavabdeh4 (Nümayəndə həyat yoldaşının) mülkiyyətinə verilmişdir (iş materiallarında Cavabdeh7 tərəfindən Nümayəndə kart hesabına borc üzrə faiz ödənilsinə dair təsdiqedici sənəd/qəbz mövcuddur və həmin qəbz icarə haqqı ödənişi deyil). Cavabdeh7 ilə Nümayəndə razılaşması ondan ibarət olmuşdur ki, borc qaytarıldıqda, əmlaklar da Cavabdeh7 mülkiyyətinə veriləcəkdir/qaytarılacaqdır. Borc məbləği Cavabdeh7 tərəfindən Nümayəndə tam ödənilmişdir. Bundan başqa, Nümayəndə və Cavabdeh4 Xətai Rayon Məhkəməsinin icraatında olmuş, yəni İddiaçı1 və İddiaçı2 onlara və Emin Nəsirliyə qarşı iddiaları üzrə məhkəmə mübahisəsindən də məlumatları olmuşdur. Lakin sonradan Emin Nəsirli ilə Nümayəndə arasında borc üzrə faizlərin ödənilməsində müəyyən problemlər yarandığına görə, Cavabdeh4Xətai Rayon Məhkəməsinin müvafiq qətnaməsindən apellyasiya şikayəti, hazırki iş üzrə isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şərh olunanlardan belə nəticə hasil olur ki, Emin Nəsirli ilə Cavabdeh4 arasında müvafiq əmlaklara dair bağlanmış alqı-satqımüqavilələri yalan əqdlərdir və bağlandığı andan etibarsızdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi ilk iddia tələbinə münasibətdə maddi hüquq normasını tətbiq etməli olduğu halda tətbiq etməmiş, nəticədə hüquq normasının pozuntusuna yol vermişdir.

21. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı1 və İddiaçı2 tərəfindən əmlakların - Bakı şəhəri Yasamal rayonu X6 ev 9 ünvanda yerləşən ümumi sahəsi 28,5 kv.m olan mənzilin və Bakı şəhəri Yasamal rayonu X6 ev 9 ünvanda yerləşən ümumi sahəsi 15,6 kv.m olan qeyri-yaşayış sahəsinin (3 saylı emalatxananın) Cavabdeh7 bağışlanmasına dair əqdlər qanunvericiliyin tələblərini pozmaqla bağlandığına görə, həmin əqdlər etibarsızdır (tələbin əsasları ilk iddia ərizəsində təfərrüatı ilə qeyd olunub). Bundan əlavə, Cavabdeh4 ilə Cavabdeh7 arasında Bakı şəhəri Yasamal rayonu X6 9 saylı ünvanda yerləşən müvafiq olaraq sahəsi 28,5 kv.m. və 15,6 kv.m. təşkil edən daşınmaz əmlaklara dair bağlanmış müqavilələr formal xarakter daşımışdır. Çünki, nə Cavabdeh4, nə də onun həyat yoldaşı- etibarnamə üzrə nümayəndəsi Nümayəndə müqavilə predmetini təşkil edən əmlaklarla, ümumiyyətlə tanış olmamışlar. Başqa sözlə, Cavabdeh7 əmlakları satmaq, Cavabdeh4 isə əmlakları əldə etmək niyyəti olmamışdır. Əslində, Cavabdeh7 Nümayəndə faiz ödənilməsi şərtilə borc pul aldığına görə, adı çəkilən daşınmaz əmlaklar borcun qaytarılmasının təminatı kimi formal olaraq Cavabdeh4 (Nümayəndə həyat yoldaşının) mülkiyyətinə verilmişdir (iş materiallarında Cavabdeh7 tərəfindən Nümayəndə kart hesabına borc üzrə faiz ödənilsinə dair təsdiqedici sənəd/qəbz mövcuddur və həmin qəbz icarə haqqı ödənişi deyil). Cavabdeh7 ilə Nümayəndə razılaşması ondan ibarət olmuşdur ki, borc qaytarıldıqda, əmlaklar da Cavabdeh7 mülkiyyətinə veriləcəkdir/qaytarılacaqdır. Borc məbləği Cavabdeh7 tərəfindən Nümayəndə tam ödənilmişdir. Bundan başqa, Nümayəndə və Cavabdeh4 Xətai Rayon Məhkəməsinin icraatında olmuş, yəni İddiaçı1 və İddiaçı2 onlara və Emin Nəsirliyə qarşı iddiaları üzrə məhkəmə mübahisəsindən də məlumatları olmuşdur. Lakin sonradan Emin Nəsirli ilə Nümayəndə arasında borc üzrə faizlərin ödənilməsində müəyyən problemlər yarandığına görə, Cavabdeh4Xətai Rayon Məhkəməsinin müvafiq qətnaməsindən apellyasiya şikayəti, hazırki iş üzrə isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şərh olunanlardan belə nəticə hasil olur ki, Emin Nəsirli ilə Cavabdeh4 arasında müvafiq əmlaklara dair bağlanmış alqı-satqımüqavilələri yalan əqdlərdir və bağlandığı andan etibarsızdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi ilk iddia tələbinə münasibətdə maddi hüquq normasını tətbiq etməli olduğu halda tətbiq etməmiş, nəticədə hüquq normasının pozuntusuna yol vermişdir. Qeyd edirik ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-1011/2020 nömrəli qətnaməsinin icra olunmasından sonrakımüddətdə ünvan 5 ünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət mənzil İddiaçı2 tərəfindən X4, sonuncu isə həmin əmlakıX7. Digər əmlak ünvan 5 ünvanda yerləşən 15,6 kv.m qeyri-yaşayış sahəsi isə sahənin paylımülkiyyətçiləri (İddiaçı2 və İddiaçı1) tərəfindən X1. Sonuncu isə sözügedən əmlakıX5. Göründüyü kimi, adı çəkilən şəxslər qanunvericiliyin mənasına görə əmlaklara münasibətdə vicdanlı əldə edən sayılırlar. Lakin məhkəmə, bu halları da nəzərə almamış, qarşılıqlı iddianı təmin edərkən maddi hüquq normasının tələbini pozmuşdur.

22. Qarşılıqlı iddia üzrə cavabdeh X37 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından məlumdur ki, cavabdeh X51 Bakı şəhəri Yasamal rayonu, X6 9 saylı ünvanda yerləşən sahəsi 39,90 kv.m-dən ibarət mənzili xx.xx.2021-ci ildə bağlanmış alqı-satqı müqaviləsi əsasında X18 almışdır. Həmin mənzilə görə yüksək məbləğdə - 186150 manat dəyərində pul vəsaiti ödənilmişdir. Hazırda da həmin mənzilin mülkiyyətçisi olaraq sahiblik və istifadə hüquqlarını həyata keçirir. Məhkəməyə də bildirilmişdir ki, cavabdeh Qasımov Vüsal Q asım oğlunun mübahisəli mənzilə dair üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmamış, mənzili vicdanlı alıcı olaraq əldə etmiş və dəyərini ödəmişdir. Cavabdeh4 tərəfindən də cavabdeh V.Q.Qasımovun vicdanlı alıcı olmadığına dair hər hansı sübut təqdim edilməmişdir. Cavabdeh4 hüquqları pozulmuş olsa belə, bu pozuntu mübahisəli mənzili vicdanla əldə etmiş şəxsin hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. Birinci instansiya məhkəməsi isə işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini pozaraq iş üzrə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N. Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Birinci instansiya məhkəməsi qətnamədə göstərir ki, “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd edilir ki, mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda Mülki Məcəllənin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir”. Ona görə də məhkəmə hesab etmişdir ki, “iddia tələbinin vicdanlı alıcı olaraq Cavabdeh4 münasibətdə təmin edilməsi, onun dəyərini ödəməklə qanuni əsaslarla əldə etdiyi əmlaklar üzrərində qanuni əsaslarla yaranmış mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilər...”. Halbuki, məhkəmənin istinad etdiyi bu qərar Cavabdeh4 münasibətində deyil, məhz sonuncu vicdanlı alıcı olaraq cavabdeh Vüsal Qasımovun münasibətində tətbiq edilməlidir. Məhkəmənin bu mövqeyi Mülki Məcəllənin 148.2-ci maddəsinə də tamamilə ziddir və həmin Məcəllənin 337.5-ci maddəsinin tələbləri düzgün tətbiq edilməmişdir. İş materiallarından məlumdur ki, sonuncu olaraq və hazırda mübahisəli Bakı şəhəri Yasamal rayonu, X6 9 saylı ünvanda yerləşən sahəsi 39,90 kv.m-dən ibarət mənzilin mülkiyyətçisi cavabdeh X44r. Qətnamədə onun vicdanlı alıcı olaraq hüquqların pozulmasına dair məhkəmə ümumiyyətlə qiymət verməmişdir. İş materiallarından görünür ki, “Bakı şəhəri 46 saylı Notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə-461 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh7 tam mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu X6 ev 9 ünvanda yerləşən ümumi sahəsi 28,5 kv.m olan 2 otaqlı mənzili alıcı Cavabdeh488.000 manata satmışdır”. Məlumdur ki, həmin mənzil sonradan Fəridə Zeynalovanın mülkiyyətində olduğu zaman mənzilin ümumi sahəsi dəyişdirilmiş və iş materiallarından göründüyü kimi ünvan 5 ünvanda yerləşən sahəsi 39,9 kv.m-dən ibarət mənzilinin 186.150 manat satılmasına dair X33 ilə X51 arasında Bakı şəhəri 5 saylı Notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-25 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanmışdır. Göründüyükimi, mübahisəli mənzilin həm ümumi sahəsi fərqlidir, həm mənzilin dəyərini V.Qasımov 2 dəfədən artıq məbləğdə ödəmişdir. Cavabdeh LaləƏliyeva mənzili 2019-cu il tarixdə əldə edilməsinə baxmayaraq, mənzil cavabdeh Vüsal Qasımovun istifadəsində olduğu müddət bir dəfə də olsun mənzilə gəlməmiş, ümumiyyətlə onu təhvilalmamış və ondan sahiblik və istifadə hüquqlarını həyata keçirməmişdir. Yalnız 4 ildən sonra məhkəməyə müraciət etmişdir. Bu illər ərzindəmənzili nədən təhvil almadığını soruşduqda, Cavabdeh4 nümayəndəsi bildirmişdir ki, güya Cavabdeh7 ilə razılaşmışdır ki, mənzil kirayəyə verilsin və onun əvəzinə müəyyən məbləğdə pul vəsaiti alsın. Lakin, məhkəməyəheç bir kirayə və ya icarə müqaviləsi təqdim edilməmişdir. Bu faktlara məhkəmə qiymət verməmişdir. Məhkəmə işin hallarına birtərəfli baxaraq, yalnız Cavabdeh4 mənafelərinə uyğun mövqe bildirmişdir. Məhkəmənin də istinad etdiyi Mülki Məcəllənin 337.5- ci maddəsində qeyd edilir ki, “.....tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir”. Yuxarıda göstərilən faktlardan da görünür ki, məhkəmə həmin maddəni düzgün tətbiq etməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il27 oktyabr tarixli Qərarında qeyd edildiyi kimi, “mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır”. Mülki Məcəllənin 148.2-ci maddəsinə müvafiq olaraq mülkiyyət hüququ əldə etmiş X37 bu hüququ qanunla qorunmalıdır. Bundan əlavə, məhkəmənin istinad etdiyi MPM-in 236-1.1-ci maddəsinin məzmunundan da görünür ki, ləğv edilmiş qətnamə üzrə əmlakı qaytarmaq mümkün olmadıqda həmin əmlakın dəyəri tutulmalıdır. Beləliklə, mübahisəli mənzil hazırda vicdanlı alıcı kimi tanınan X37 mülkiyyətində olduğundan, yəni onun mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının mövcudluğuna görə həmin mənzilin qaytarılması mümkün deyil və ona görə də Mülki Məcəllənin 337.5-ci maddəsinə müvafiq olaraq mənzilin dəyəri hüququ pozan şəxs tərəfindən Cavabdeh4 ödənilə bilər. Mülki qanunvericiliyin tələblərinə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il15sentyabr tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi vacib hesab edir ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair”2021-ci il 2aprel tarixli Qərarı). Qeyd edilənlərə əsasən, hesab edirik ki, Bakı şəhəri Yasamal rayonMəhkəməsinin 2(004)-206/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsicavabdeh X37 münasibətində ləğv edilməli, Cavabdeh4 qarşılıqlı iddia tələblərinin ünvan 7 ünvanındakı mənzilə aid hissədə - X33 ilə X37 arasında Bakı şəhəri5 saylı Notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli, 4Ə-25 reyestr nömrəli, Daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, X37 həmin mənzil üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın (reyestr №**********01-093003, qeydiyyat nömrəsi **********) ləğv edilməsi, mənzildən çıxarılması və Cavabdeh4 təhvil verilməsi, alqı-satqı müqaviləsi üzrə ödənilmiş 186.150 manat X18 alınaraq X42 ödənilməsibarədə tələbləri rədd edilməlidir.

23. Qarşılıqlı iddia üzrə cavabdeh X26 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 5 ünvanda yerləşən 15,6 kv.m qeyri-yaşayış sahəsinin 7,8 kv.m hissəsinə (emalatxanaya) dair X30 ilə X38 arasında Bakı şəhəri 5 saylı Notariat ofisində xx.xx.2020-ci il tarixli 4Ə-450 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanmışdır. ünvan 5 ünvanda yerləşən 15,6 kv.m qeyri-yaşayış sahəsinin 7,8 kv.m hissəsinə (emalatxanaya) dair X30 ilə X38 arasında Bakı şəhəri 5saylı Notariat ofisində xx.xx.2021-ci il tarixli 4Ə-420 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanmışdır. ünvan 5 ünvanda yerləşən 15,6 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh X26 adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona xx.xx.2021-ci il tarixdə çıxarış verilmişdir. Cavabdeh X56oğlu ünvan 5 ünvanda yerləşən 15,6 kv.m qeyri-yaşayış sahəsini almaq üçün X24 80.000 manat ödəmişdir. Bununla da X38 qeyd-şərtsiz vicdanlı alıcı hesab edilir. Belə ki, onun bu qeyri-yaşayış sahəsi ilə bağlımübahisənin olması barədə heç bir məlumatı olmamışdır və bu məlumatın onda olmasını təsdiqləyən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Hesab edirik ki, Lalə Quliyevanın hüquqlarıpozulmuş olsa belə, bu pozuntu mübahisəli qeyriyaşayış sahəsini vicdanla əldə etmiş şəxsin hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. Mülki Məcəllənin182.1-ci maddəsine görə isə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadiğini bilirmirsə ve ya bilməli idisə, vicanlı əlde edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. AR Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarında qeyd olunur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçininvurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdinbağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. AR Konstitusiya Məhkəməsi Plenumunun 15 sentyabr 2014-cü il tarixli qərarında göstərilir ki, mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqısatqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Belə ki, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı. Həmçinin AR Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında birbaşa göstərilir ki. əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Lakin məhkəmə formalaşmış bu hüquqi mövqeyə zidd qətnamə qəbul etməklə vicdanlılıq prinsipini pozmuşdur. Bir daha xüsusi vurğulamaq istərdim ki, X38 dəyərini ödəyərək aldığı qeyri-yaşayış sahəsinə dair üçüncü çəxslərin mübahisələrinin mövculuğundan xəbəri olmamış və bunun ona məlum olması qeyri-mümkün olmuş, həmin sahəni vicdanlı alıcı olaraq əldə etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

25. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə cavabdeh X37 nümayəndəsi və vəkili Vəkil5 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

26. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə cavabdeh X26 nümayəndəsi və vəkili Vəkil3 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

27. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi (əri) Nümayəndə, nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.

28. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı1, cavabdeh Bakı şəhəri 19 saylı Notariat Ofisi və Bakı şəhəri 46 saylı Notariat Ofisinin nümayəndələri, İddiaçı2, cavabdehlər Cavabdeh7, Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi, qarşılıqlı iddia üzrə cavabdehlər X33 və X30 məhkəmə kollegiyasının iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılması mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının

29. 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

30. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

31. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X36 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

32. 5.3-cü maddəsində mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olmaları öz təsbitini tapmışdır.

33. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

34. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

35. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

36. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

37. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

38. 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.

39. 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsi ilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.

40. 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.

41. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

42. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

43. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

44. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.

45. 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir.

46. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

47. 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.

48. 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

52. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

53. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

54. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

55. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

56. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

57. Hazırki halda, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2, X51, X38 və ilkin iddia tələbi üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 apellyasiya şikayətlərində qətnamənin tam ləğv edilərək, ilkin iddianın təmin edilməsinə, qarşılıqlı iddianın rədd eilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-206/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

60. İş materiallarından görünür ki, Bakı şəhəri 53 saylı Notariat ofisində bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-1708 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X11 xüsusi mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu X6 ev 9 ünvanda yerləşən ümumi sahəsi 28,5 kv.m, yaşayış sahəsi 28,5 kv.m olan 2 otaqlı mənzili X27 51.282,50 manata satmışdır. X2 əvəzindən Bakı şəhəri 41 saylı Notariat kontorunda xx.xx.2007-ci il tarixdə verdiyi 11036 reyestr nömrəli etibarnaməsinə əsasən Cavabdeh7 imzalamışdır.

61. xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu X6 ev 9 ünvanda yerləşən ümumi sahəsi 28,5 kv.m olan mənzili X20 adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır.

62. 16.02.2004-cü il tarixli 002114 nömrəli şəhavdətnaməyə əsasən Bakı şəhəri Yasamal rayonu X6 ev 9 ünvanda yerləşən 3 saylı emalatxana X28 xüsusi mükiyyətində olmuşdur.

63. xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X39 Bakı şəhəri Yasamal rayonu X6 ev 9 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (3 saylı emalatxana) X25 7500 manata satmışdır.

64. 04.02.2012-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu X6 ev 9 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (3 saylı emalatxana) xüsusi mülkiyyət hüquqi ilə X21 adına qeydiyyata alınmışdır.

65. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)- 1330/2016 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və X12 cavabdehlər X25, Cavabdeh7 və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, miras payına vərəsəlik və mülkiyyət hüququnun tanınması, birgə nikah dövründə əldə edilmiş paya mülkiyyət hüququnun tanınması və buna müvafiq mülkiyyət hüquqlarının qeydiyyatının aparılması, həmçinin qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilmiş, X39 ilə X33 arasında Bakı şəhəri Yasamal rayonu X6 ev 9 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə (3 saylı emalatxana) dair bağlanmış xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, miras qoyan X22 miras qalmış Bakı şəhəri Yasamal rayonu X6 ev 9 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (3 saylı emalatxana) üzərində İddiaçı2 1/2 hissədə, İddiaçı1 1/2 hissədə payı tanınmışdır. Cavabdehlər X21 və Cavabdeh7 həmin qeyri-yaşayış sahəsindən çıxarılması qət edilmişdir.

66. xx.xx.2016-cı il tarixli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu X6 ev 9 ünvanda yerləşən ümumi sahəsi 15,6 kv.m olan qeyri-yaşayış sahəsi (3 saylı emalatxana) paylı mülkiyyət hüququ üzrə X20 adına ½ hissə, İddiaçı1 adına ½ hissə olmaqla daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır.

67. Bakı şəhəri 19 saylı Notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə- 422 reyestr nömrəli bağışlma müqaviləsinə əsasən X34 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu X6 ev 9 ünvanda yerləşən ümumi sahəsi 28,5 kv.m olan mənzilini oğlu Cavabdeh7 bağışlamışdır. X2 əvəzindən Bakı şəhəri 19 saylı Notariat ofisində xx.xx.2019cu il tarixdə verdiyi 15189 reyestr nömrəli etibarnaməsinə əsasən Cavabdeh2 imzalamışdır.

68. xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu X6 ev 9 ünvanda yerləşən ümumi sahəsi 28,5 kv.m olan mənzili Cavabdeh7 adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır.

69. Bakı şəhəri 19 saylı Notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə- 441 reyestr nömrəli bağışlma müqaviləsinə əsasən X34 və İddiaçı1 paylı mülkiyyətlərində olan Bakı şəhəri Yasamal rayonu X6 ev 9 ünvanda yerləşən ümumi sahəsi 15,6 kv.m olan qeyri-yaşayış sahəsini (3 saylı emalatxana) (hər birinin pay ½ hissə) Cavabdeh7 bağışlamışlar. X2 əvəzindən Bakı şəhəri 19 saylı Notariat ofisində xx.xx.2019-cu il tarixdə verdiyi 16208 reyestr nömrəli etibarnaməsinə əsasən Cavabdeh2 imzalamışdır. Müqaviləni İddiaçı1 əvəzindən Bakı şəhəri 19 saylı Notariat ofisində xx.xx.2019-cu il tarixdə verdiyi 16207 reyestr nömrəli etibarnaməsinə əsasən Cavabdeh2 imzalamışdır.

70. xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu X6 ev 9 ünvanda yerləşən ümumi sahəsi 15,6 kv.m olan qeyri-yaşayış sahəsi (3 saylı emalatxana) tam mülkiyyət hüququ üzrə Cavabdeh7 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. B

71. Bağışlanan mənzilə və qeyri-yaşayış sahəsinə dair məhdudiyyət və yüklülük qeydə alınmamışdır. Bağışlama müqaviləsi bağlanarkən notarius tərəfindən Mülki Məcəllənin 666-674-cü maddələrinin məzmunu tərəflərə izah edilmişdir. Tərəflərin şəxsiyyəti müəyyən edilmiş, onların fəaliyyət qabiliyyəti və özgəninkiləşdirilən əmlakların X27 və İddiaçı1 məxsus olması yoxlanılmışdır. Bağışlama müqavilələrini Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən X20 və İddiaçı1 əvəzindən onların etibarnamə üzrə səlahiyyətli nümayəndələri olan Cavabdeh2 imzalamışdır. X20 öz əmlakını oğlu Cavabdeh7, İddiaçı1 isə qardaşı Cavabdeh7 bağışlamışlar. Notarius tərəfindən bağışlama müqavilələri təsdiq edilmişdir. Bağışlama müqavilələri bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Cavabdeh7 bağışlanmış əmlakları qəbul etmiş və daşınmaz əmlakın dövlət reyestrində öz adına qeydiyyatdan keçirməklə çıxarışlar əldə etmişdir. Daha sonra isə Cavabdeh7 Mülki Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ hüququndan istifadə etməklə mülkiyyətində olan mənzilin və qeyri-yaşayış sahəsinin hüquqi müqəddəratını həll etməklə Cavabdeh4 satmışdır. Lakin özdəliyini tam olaraq yerinə yetirməmiş, müqavilədə göstərilən müddət ərzində əmlakları Cavabdeh4 sahibliyinə təhvil verməmişdir.

72. Bakı şəhəri 46 saylı Notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə- 461 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh7 tam mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu X6 ev 9 ünvanda yerləşən ümumi sahəsi 28,5 kv.m, yaşayış sahəsi 28,5 kv.m olan 2 otaqlı mənzili alıcı Cavabdeh4 88.000 manata satmışdır. Müqavilənin 11-13-cü bəndinə əsasən satıcı Cavabdeh7 əmlakı xx.xx.2020-ci il tarixdə akt tərtib etməklə alıcı Cavabdeh4 təhvil verməyi öhdəsinə götürmüşdür. Müqaviləni alıcı Cavabdeh4 əvəzindən Nümayəndə imzalamışdır.

73. xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu X6 ev 9 ünvanda yerləşən ümumi sahəsi 28,5 kv.m olan mənzili Cavabdeh4 adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır.

74. Bakı şəhəri 46 saylı Notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə- 505 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh7 tam mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu X6 ev 9 ünvanda yerləşən ümumi sahəsi 15,6 kv.m olan qeyri-yaşayış sahəsini (3 saylı emalatxana) alıcı Cavabdeh4 60.000 manata satmışdır. Müqavilənin 11-13-cü bəndinə əsasən satıcı Cavabdeh7 əmlakı xx.xx.2020-ci il tarixdə akt tərtib etməklə alıcı Cavabdeh4 təhvil verməyi öhdəsinə götürmüşdür. Müqaviləni alıcı Cavabdeh4 əvəzindən Nümayəndə imzalamışdır.

75. xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu X6 ev 9 ünvanda yerləşən ümumi sahəsi 15,6 kv.m olan qeyri-yaşayış sahəsi (3 saylı emalatxana) tam mülkiyyət hüququ üzrə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır.

76. Kollegiya ilk növbədə qeyd edir ki, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Başqa sözlə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsini qadağan edir. Bu zaman ən mühüm amil fərdin mülkiyyət hüququ ilə, həmin hüququ məhdudlaşdıran maraqlar arasında ədalətli tarazlığın müəyyən edilməsi və gözlənilməsidir.

77. Məhkəmə kollegiyası qeyd edir ki, mənzilə və qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqavilələri bağlanarkən tərəflərin fəaliyyət qabiliyyəti və özgəninkiləşdirilən əmlakların Cavabdeh7 məxsus olması notarius tərəfindən yoxlanılmışdır. Müqavilələr bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Cavabdeh4 aldığı əmlakları daşınmaz əmlakın dövlət reyestrində öz adına qeydiyyatdan keçirməklə çıxarışlar əldə etmişdir. Cavabdeh4 daşınmaz əmlaklar üzərində mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmişdir, onun mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə edilməlidir.

78. Göründüyü kimi, Cavabdeh7 ilə satdığı mənzil və qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı danışıqları Cavabdeh4 nümayəndəsi (əri) Nümayəndə aparmışdır. Belə ki, Nümayəndə 2019-cu ilin oktyabr ayının sonlarında Cavabdeh7 ünvan 5 ünvanda yerləşən mənzilini və obyektini (qeyri-yaşayış sahəsini) satmaq istədiyini bilib, onunla əlaqə saxlamış və əmlakların qiyməti ilə bağlı müvafiq danışıqlar apararaq, mənzili 90.000 manata, qeyri-yaşayış sahəsini isə 60.000 manata satın almağa razılaşmışdır. Danışıqlar zamanı, Cavabdeh7 əmlakların qiymətini 10.000 manat baha demiş, lakin Nümayəndə razılaşmamışdır. Belə olanda, Cavabdeh7 şərt qoymuşdur ki, hər iki əmlak kirayədə olduğu üçün ona əmlakların boşaldılıb təhvil verilməsinə 6 ay möhlət verilsin və həmin müddət ərzində kirayə haqqını özünə götürsün. Nümayəndə onun bu şərtinə razı olmuşdur. Qeyd edir ki, əmlaklara yerində baxış keçirərkən və danışıqlar aparılarkən, Emil hər iki əmlakın özünün olduğunu demiş və bunu təsdiq edən çıxarışları göstərmişdir, əmlaklarla bağlı hər hansı bir mübahisənin olduğu barədə heç bir söhbət, danışıq olmamışdır. İlkin razılaşmadan sonra Cavabdeh7 ilə Cavabdeh4 arasında Bakı şəhəri 46 saylı notariat ofisində mənzilin satın alınmasına dair xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi, qeyri-yaşayış sahəsinə dair xx.xx.2019-cu il tarixli alıq-satqı müqaviləsi bağlanmışdır. Mənzilə dair müqavilə bağlayarkən, alqı-satqı xərclərini (vergi və s.) ödəmək üçün Cavabdeh7 Fizuli Əliyevdən 2000 manat nağd şəkildə almış, ona görə də müqavilədə mənzilin qiyməti 88.000 manat göstərilmiş, ümumilikdə Emilə 90.000 manat pul ödənilmişdir. Alğı-satqı müqavilələrini etibarnamə əsasında Nümayəndə imzalamışdır. Müqavilələrdə Cavabdeh7 öhdəsinə götürmüşdür ki, mənzili xx.xx.2020-ci ildə, qeyriyaşayış sahəsini isə xx.xx.2020-ci il tarixdə boşaldıb Cavabdeh4 təhvil verəcəkdir.

79. Alqı-satqı müqavilələri əsasında Cavabdeh4 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, mənzilə dair xx.xx.2019-cu il tarixli, qeyri-yaşayış sahəsinə dair xx.xx.2019-cu il tarixli çıxarışlar verilmişdir. Lalə və Nümayəndələrin həmin əmlakları almaqda məqsədləri icarəyə vermək olmuşdur. Göstərilən müddətlərin başa çatması vaxtı pandemiya dövrünə düşdüyündən, Cavabdeh7 bildirmişdir ki, kirayəçi tapmaq çətindir, imkan verilsin əmlaklar özündə qalsın, hər ay mənzilə görə 1000 manat, qeyri-yaşayış sahəsinə görə 400 manat, cəmi 1400 manat icarə haqqını özü ödəyəcəkdir. Cavabdeh7 özünü dürüst, vicdanlı bir insan kimi göstərdiyindən, Cavabdeh4 və həyat yoldaşı onun sözlərinə etibar edib razılaşmışlar. Cavabdeh7 bir müddət Nümayəndə fasilələrlə təxminən 10.000 manata qədər pul ödəmiş, hər dəfə də ondan ödənilməyən pulu tələb edəndə müxtəlif bəhanələr gətirərək, xaricdə olduğunu, qayıdanda hesablaşacağını, icarə pulunun qalan hissəsini ödəyəcəyini demişdir. Nəhayət, xx.xx.2023-cü il tarixdə Cavabdeh4 həyat yoldaşı Nümayəndə növbəti dəfə əmlaklara baş çəkməyə gedəndə, Emil də oraya gəlmiş və kobud şəkildə davranaraq bildirmişdir ki, sizin burada əmlakınız yoxdur. Həmin tarixədək Emil bir dəfə də olsun əmlakların Cavabdeh4 adından çıxarılmasına dair hər hansı bir formada fikir bildirməmişdir. Emilin həmin davranışından sonra Cavabdeh4 sözügedən əmlaklara dair texniki sənədlərin surətlərinin əldə olunması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə etdiyi müraciətə həmin idarədən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan məlum olmuşdur ki, həmin əmlaklar üzərində Cavabdeh4 mülkiyyət hüququ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-1011/2020 nömrəli qətnaməsi əsasında ləğv olunmuşdur. Məhz, bundan sonra, Cavabdeh4 vəkillə müqavilə bağlamış və xx.xx.2023-cü il tarixdə qətnamənin surəti rəsmi qaydada əldə edərək apellyasiya şikayəti vermişdir.

80. Belə ki, Cavabdeh4 əmlaklarla bağlı kimlərinsə arasında mübahisə yarada biləcək halın olmasını, əmlakların üzərində başqalarının da hüququ olduğunu bilmədiyi vəziyyətdə satın aldığı əmlaklara münasibətdə o, vicdanlı alıcı (əldə edən) hesab olunur, ona görə də alqı-satqı müqavilələri etibarsız sayıla bilməz. Yuxarıda qeyd olunduğu kimi, sözügedən əmlaklara dair daşınmaz əmlakın reyestrindən çıxarışlar Cavabdeh7 adına olmuşdur. Cavabdeh4 ilə Cavabdeh7 arasında bağlanılmış hər iki müqavilə mülki qanunvericilikdə əqdlərin etibarlılığını şərtləndirən bütün tələblərə uyğun olmuş və işdə həmin müqavilələrin formal bağlanıldığını təsdiq edən heç bir sübut yoxdur.

81. Bu baxımdan, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

82. Kollegiya qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).

83. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.

84. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.

85. “X23 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı.

86. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

87. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd edilir ki, mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda Mülki Məcəllənin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir.

88. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış 25 iyun 2020-ci il tarixli **********55 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-1011/2020 nömrəli qətnaməsinə əsasən Cavabdeh4 adına verilmiş dövlət reyestrdən elektron çıxarış xx.xx.2020-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ləğv edilmişdir.

89. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)- 1011/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamə Cavabdeh4 apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ləğv edilərək, iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir.

90. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

91. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

92. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

93. ünvan 5 ünvanda yerləşən sahəsi 28.5 kv.m-dən ibarət mənzilin 120.000 manata satılmasına dair İddiaçı2 (İddiaçı2 əvəzinə xx.xx.2019-cu il tarixli 16298 reyestr nömrəli etibarnamə əsasında Cavabdeh7) ilə X33 arasında Bakı şəhəri 5 saylı Notariat ofisində xx.xx.2020-ci il tarixli 4Ə-327 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanmışdır.

94. ünvan 5 ünvanda yerləşən sahəsi 39,9 kv.m-dən ibarət mənzilinin 186.150 manat satılmasına dair X33 ilə X51 arasında Bakı şəhəri 5 saylı Notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-25 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanmışdır.

95. ünvan 5 ünvanda yerləşən sahəsi 39,9 kv.m-dən ibarət mənzili üzərində X37 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyat (reyestr nömrəsi **********01-05101-093003, qeydiyyat nömrəsi **********) aparılmışdır.

96. ünvan 5 ünvanda yerləşən 15,6 kv.m qeyri-yaşayış sahəsinin (emalatxana) 100.000 manata satılmasına dair İddiaçı1 (İddiaçı1 əvəzinə xx.xx.2019-cu il tarixli 16297 reyestr nömrəli etibarnamə əsasında Cavabdeh7), İddiaçı2 (İddiaçı2 əvəzinə xx.xx.2019cu il tarixli 16298 reyestr nömrəli etibarnamə əsasında Cavabdeh7) və X17 (X17 əvəzinə xx.xx.2015-ci il tarixli 41909 reyestr nömrəli etibarnamə əsasında X33) arasında Bakı şəhəri 5 saylı Notariat ofisində xx.xx.2020-ci il tarixli 4Ə-326 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanmışdır.

97. ünvan 5 ünvanda yerləşən 15,6 kv.m qeyri-yaşayış sahəsinin 7,8 kv.m hissəsinin (emalatxana) 50.000 manata satılmasına dair dair X30 (X17 əvəzinə xx.xx.2015-ci il tarixli 41909 reyestr nömrəli etibarnamə əsasında X33) ilə X38 arasında Bakı şəhəri 5 saylı Notariat ofisində xx.xx.2020-ci il tarixli 4Ə-450 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanmışdır.

98. ünvan 5 ünvanda yerləşən 15,6 kv.m qeyri-yaşayış sahəsinin 7,8 kv.m hissəsinin (emalatxana) 30.000 manata satılmasına dair X30 (X17 əvəzinə xx.xx.2020-ci il tarixli 7098 reyestr nömrəli etibarnamə əsasında X33) ilə X38 arasında Bakı şəhəri 5 saylı Notariat ofisində xx.xx.2021-ci il tarixli 4Ə-420 reyestr nömrəli daşınmaz əmlakın alqısatqısı müqaviləsi bağlanmışdır.

99. ünvan 5 ünvanda yerləşən 15,6 kv.m qeyri-yaşayış sahəsi üzərində X26 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə (7,8 kv.m) (reyestr nömrəsi **********01-05101-083001, qeydiyyat nömrəsi **********), xx.xx.2021-ci il tarixdə (15,6 kv.m) qeydiyyat (reyestr nömrəsi **********01-05101-083001, qeydiyyat nömrəsi **********) aparılmışdır.

100. X9, X26 apellyasiya şikayətlərinə münasibətdə qeyd edir ki, iddia tələbinin vicdanlı alıcı olaraq Cavabdeh4 münasibətdə təmin edilməsi, onun dəyərini ödəməklə qanuni əsaslarla əldə etdiyi əmlaklar üzərində qanuni əsaslarla yaranmış mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh4 mübahisəli mənzili və qeyriyaşayış sahəsini üçüncü şəxslərin gələcəkdə qaldıracaqları iddialardan məlumatı olmadan, əmlakların mülkiyyətçisi olan Cavabdeh7 dəyərini ödəməklə, vicdanlı olaraq əldə etmiş və əmlakın real bazar dəyərini bank vasitəsilə notariusun depozit hesabı vasitəsilə satıcı-mülkiyyətçi Cavabdeh7 ödəmişdir. Alqı-satqı müqavilələri notarial qaydada təsdiq edilmişdir.

101. Kollegiya iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətlərinə münasibətdə hesab edir ki, iddiaçıların mənzil və qeyri-yaşayış sahəsini “satmaq niyyətləri olmadığına” dair mülahizələri əsassızdır. İşdə olan etibarnamələrdə iddiaçıların təmsil edənə “harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlamaq, o cümlədən, almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka qoymaq və ipotekanı qəbul etmək haqqında əqdlər bağlamaq, bu əqdlər üzrə haqq-hesabı aparmaq və sair səlahiyyətləri”ni verdikləri təsbit olunmuşdur. İddiaçıların əmlakları satmaq niyyətinin olduğu etibarnamədə açıq-aydın göstərilmişdir

102. Kollegiya bir daha iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətlərinə münasibətdə qeyd edir ki, şikayətdə göstərilənlər iddiaçıların şəxsi mülahizələri və qənaətləri olmaqla, heç bir mötəbər yazılı sübuta söykənmir və məhkəmə iclasında öz təsdiqini tapmamışdır. İddiaçı1, İddiaçı2 və Cavabdeh7 arasında bağlanmış bağışlama müqaviləsinin və Cavabdeh7 ilə Cavabdeh4 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün qanuni əsaslar yoxdur. Odur ki, ilk iddia düzgün olaraq rədd edilmiş, qarşılıqlı iddia isə təmin edilmişdir.

103. Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbinə uyğun olaraq əqdlərin etibarsızlığının nəticələri tətbiq edilməlidir. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

104. Həmçinin ləğv edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-1011/2020 nömrəli qətnaməsinin icrasına dönüş edilməlidir. ünvan 5 ünvanda yerləşən sahəsi 28.5 kv.m olan mənzilin və Bakı şəhəri Yasamal rayonu X6 9 saylı ünvanda yerləşən sahəsi 15.6 kv.mdən ibarət qeyri-yaşayış sahəsinin (3 saylı emalatxana) üzərində Cavabdeh4 mülkiyyət hüququ bərpa edilməli və Cavabdeh4 adına həmin əmlaklara dair daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışlar verilməlidir.

105. Azərbaycan Respublikası MPM-in 236-1.1-ci maddəsinə əsasən icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır.

106. Azərbaycan Respublikası MPM-in 236-1.2-ci maddəsinə əsasən məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir.

107. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı rədd etməklə, qarşılıqlı iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətlərində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

108. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

109. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

110. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayətləri təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorların özlərinə aid edilməlidir.

111. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2, X51, X38 və ilkin iddia tələbi üzrə İddiaçı1 tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-206/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorların özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar