Məhkəmə qərarları › İş №2(103)-3744/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3744/2022

08.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3744/2022 08.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı, cavabdehlər X2 və Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xətai rayon İcra şöbəsinin icra məmuru X5 iştirakları ilə, İddiaçı cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3380/2021 saylı, 06 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı cavabdehlərdən iddiaçının mənzilinə və əşyalarına vurulmuş maddı zərərə görə 1430 manat, sərf olunmuş elektrik enerjisinə görə 322 manat, sərf olunmuş 843 m3 qazın dəyəri olan 84 manat, ümumilikdə 836 manat, maddi və mənəvi zərərə görə isə cəmi 8000 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-1714/2020 saylı qətnaməsi ilə xx.xx.2021-il tarixdə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmurları tərəfindən cavabdehlərin iştirakı olmadan icra olunmuşdur. Belə ki, cavabdehlər xx.xx.2021-ci il tarixdə gecə saat 3:00 radələrində, evdə olan, demək olar ki, bütün əşyalara qəsdən qərəzli şəkildə xəta yetirərək və hətta bəzi əşyalara özləri ilə apararaq gizlincə tərk etmişdirlər. Vəziyyətlə əlaqədar qonşuların iştirakı və imzası ilə mənzilə əşyaların vəziyyəti barədə akt tərtib edildi. Ümumi hesablamalara görə mənzilə 1430 manat dəyərində qəsdən zərər vurulmuşdur. Eyni zamanda, Xətai Rayon Enerji Satış Departamenti tərəfindən verilmiş M.Hadi küçəsi 51, mənzil 96 saylı ünvanın 322 manat elektrik borcunun olması barədə qəbz aşkar edildi. Ertəsi gün elektrik enerjisinin təminatı dayandırıldı. Daha sonra “Azəriqaz” İB-nin əməkdaşlarının iştirakı ilə qaz sayğacına baxış keçirildi və sayğacdaa 843 m3 yəni, 84 manat 30 qəpik borcun olduğu aşkar edildi. Bununla yanaşı, cavabdehlər iddiaçıya mənəvi ziyan da vurmuşdurlar. Belə ki, iddiaçı, həyat yoldaşı və ailəsi cavabdehlərin günahı ucbatından mənəvi iztirablar, sıxıntılar və sarsıntılar keçirərək, sağlamalıqlarında ciddi problemlər yaranmışdır. Bu hadisəyə görə iddiaçı və onun ailə üzvləri qəza keçirtmişlər. Onlar bədən xəsarətləri almasalar da, ciddi depressiya və sarsıntı keçirtmişdirlər. Daha sonra iddiaçı tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, məhkəmədən iddiaçıya məxsus mənzil və əşyalara vurulmuş maddı zərərə görə 4000 manat, sərf edilmiş elektrik enerjisinə görə 322 manat, sərf edilmiş 843 m3 qazın dəyərinə görə 64 manat, ümumilikdə 4386 manat maddi və mənəvi ziyana görə 2000 manat, ümumilikdə 6386 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etdi. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3380/2021 saylı, 06 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh X1 iddiaçıya məxsus mənzil və əşyalara vurulmuş maddı zərərə görə 4000 manat, sərf edilmiş elektrik enerjisinə görə 321,99 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı dəymiş ziyan tələbi olaraq cavabdeh X2 onun mülkiyyətində olan icarə predmeti olan əşyalara qəsdn qərəzli şəkildə xəta yetirərək və hətta bəzi əşyaları özü ilə apararaq gizlicə tərk etməsi və vəziyyətlə əlaqədar olaraq qonşuların iştirakı ilə mənzilə 1430 manat dəyərində qəsdən ziyan vurmasını iddia etsə də, məhkəmə "xxxx" MMC ilə iddiaçı arasında imzalanmış xx.xx.2021-ci il tarixli “Podrat müqaviləsi”nə istinad edrək icarə predmeti olan mənzilin ümumi sahəsi 24 kv metr olan mənzilin təmir və bərpa olunması üçün 4000 manat təmir işlərinin görülməli olması əsası ilə iddiaçının iddia etdiyi əşyalara dəymiş 1430 mnat ziyan məbləğini deyil, mənzili yenidən təmir olunması üçün tələb edilən pul vəsaiti həddində ziyan məbləği müəyyən etmişdir. Halbuki, iş materiallarında akt tərtib edən qonşuların şəxsiyyəti, həqiqətən də işdə maraqlı olmaması, qonşu olmalarına dair, eləcə də icarəyə verilmiş evin cavabdehə təhvil verildiyi vaxta olan xarici görünüşü, yəni təmirli ya təmirsiz vəziyyətdə olub-olmaması, ümumiyyətlə icarə müqaviləsi üzrə evi tam təmirli vəziyyətdə təhvil verməli olub-olmaması məhkəmə tərəfindən müəyyən edilərək araşdırılmamışdır. Eləcə də, icarəyə verilmiş mənzil tam təmirsiz vəziyyətdə olmuş, mənzilin ilki və sonrakı vəziyyəti arasında fərqin olmasına dair hər hansı bir sübut iş materiallarına iddiaçı tərəfindən əlavə edilməmiş, iş üzrə ekspert və ya mütəxəssis qismində xüsusi biliyə malik mütəxəssis cəlb edilməmiş, hətta evin təmiri mübahisələndirilsəydi də belə qiymət qoyulmamış, "xxxx" MMC tərəfindən həmin mənzilin təmin edilməsinə və iddiaçının təmirlə bağlı hər hansı bir xərc çəkməsinə dair hər hansı bir sübut iş materiallarına əlavə edilməmiş, mənzilə ziyan vurulması faktının özü ümumiyyətlə sübuta yetirilə bilməmişdir. Tərəflər arasında evin təhvil verildiyi günə təhvil-təslim aktı iş materiallarında yoxdur, hansı əşyaların v evin hansı vəziyyətdə təhvil verilməsinə dair iş materiallarında sübut yoxdur. xx.xx.2019-cu il tarixə qədər cavabdeh X2 icarə müqaviləsi tarixindən, yəni xx.xx.2018-ci il tarixdən iddiaçıya ayda 400 manat ödəməsi, xx.xx.2019-cu il tarixdən isə icarə haqqının ödəməməsi, bununla bağlı əldən çıxmış fayda olaraq 1800 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair qanuni qüvvəyə minmiş Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-7486/2019 saylı qətnaməsi işin mübahisəsiz halıdır. Həmin məbləğ də icra prosesində ödənilmişdir. Mübahisələndirilən məhkəmə qətnaməsinin 3-ci səhifəsində ilk abzasdan da görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli icar müqaviləsinin şərtlərinə əsasən də, icarəçi Qəmbər Qurbanov hər ay kirayə haqqı ödəməsini, ev əşyalarının qorunmasına və saxlanmasına cavabdehliyi öz öhdəsinə götürür. Lakin həmin müqavilədə evi təhvil verərkən Qəmbər Qurbanovun evi tam təmir edilməsinə dair hər hansı bir öhdəlik yoxdur. Cavabdeh icarə müddəti ərzində yəni 17 aylıq kirayə haqqını ödəməsi (13 aylığını könüllü, 4 ayını məhkəmə qətnaməsi əsasında) işin mübahisəsiz halıdır. Bununla da, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etmişdir. Lakin məhkəmə tərəfindən cavabdehin üzərinə əlavə öhdəlik, kirayədə olduğu mənzilin tam təmir edilməsi öhdəliyi qoyulmuşdur. Eləcə də, məhkəmə iddia tələbindən kənara çıxmışdır. İddiaçının digər tələbi elektrik borcu tələbi olmuşdur ki, məhkəmə tərəfindən qanunsuz olaraq tam olaraq həmin tələb təmin edilmişdir. Məhkəmə, materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli bildirişindəm əsalanaraq hesab etmişdir ki, mənzilin həmin tarixə 322 manat elektrik borcu cavabdeh tərəfındən ödənilməlidir. Halbuki, iddiaçının sübut qismində iş materiallarına əlavə etdiyi "xxxx" ASCnin icarəyə verilmiş mənzil üzrə elektrikdən istifadə və ödəmə cədvəlindən də görünür ki, cavabdehin evi təhvil aldığı xx.xx.2018-ci il tarixdən son göstərici xx.xx.2021-ci il tarixə kimi 30026 kilovat işıq istifadə etmişdir. Belə ki, xx.xx.2018-ci il tarixdə göstərici 21090 kilovat, xx.xx.2021-ci il tarixə son göstərici 51066 kilovat olmuşdur ki, fərq 30 026 kilovatdır s (30026x0,07= 2101,82 man). Nəzərə alsaq ki, elə həmin cədvəldə işığın hər kilovati 0,07 qəpikdən hesablanmışdır, cavabdehin istifadə etdiyi elektrikə görə ödəməli olduğu dörv 2101,82 manat olmuşdur. Elə həmin cədvəl üzrə cavabdehin icarə müddəti ərzində ödədiyi ödənişlərdən görünür ki, (son ödəniş tarixi a xx.xx.2020 -100 manat) cəmi 2549 manat kirayə müddəti ərzində hissə-hissə olmaqla hər ay ödənilmişdir). (2549man :0,07=36414,3 kilovat) Göründüyü kimi, cavabdehin kirayə müddəti ərzində elektrikdən istifadəyə dair borcu qalmamış, əksinə 447,18 manat artıq (istifadə etmədiyi, lakin ödədiyi kilovat 6 388,3) ödəmişdir. Belə ki, mənzilin cavabdehlərdən əvvəlki vaxta istifadə edilmiş elektrikə görə borcunun icarə müqavilə bağlanana qədər olması və aylar üzrə artması açıq-aşkar görünür. İddiaçının özünün və 2 nəfər şəxsiyyəti məlum olmayan və qonşu olub-olmaması müəyyən olmayan, MİS tərəfindən imzaları təsdiq edilməyən aktdan görünür ki, evin təmir olunması ilə bağlı qüsur aşkar edilməmiş, ev əşyalarının qüsurlu olması müəyyən edilmiş, "xxxx" MMC tərəfindən isə evin hər kv metri üçün təmir haqqı müəyyən edilmişdir. "xxxx" MMC fəaliyyət göstərib-göstərməməsi, mövcu olub-olmaması, fəaliyyət növü və s. araşdırılmamışdır, yoxlanılmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs qismində cəlb olunmuş Xətai rayon İcra şöbəsinin icra məmuru Türkay Yusifli izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədi xx.xx.2020-ci il tarixdə icra şöbəsinə daxil olmuşdur. İcra sənədi Cavabdeh2 şəxsən təqdim edilmişdir. Onlara mənzildən çıxarılmaları bildirilsə də, lakin çıxmamışlar. Bildirişlər göndərilsə də, nəticəsi olmamışdır. xx.xx.2021-ci il tarixdə məcburi icra hərəkətləri etmək barədə qərar qəbul edilmişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə danışıqlar aparılarkən cavabdehlər mənzili tərk edəcəklərini bildirmişlər. xx.xx.2021-ci il tarixdə isə cavabdehlər mənzili tərk etmişdilər. Onlar mənzilə daxil olarkən mənzildə qırılan hər hansı əmlak və ya əşya olmasını xatirlamır. İcra hərəkətlərinin sonunda hər hansı bir tərəf narazılıq etməmişdir. Bu barədə akt tərtib olunmuş və akta tərəflərin hər hansı bir əlavələri olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdehin nümayəndəsi-vəkili isə şikayət verməklə iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, аpеllyаsiyа şikаyəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə X3 arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, tərəflər aşağıda göstərilən şərtlərlə razılaşmışdırlar: - ünvan 1 ünvanındakı mənzil icarədar İddiaçı tərəfindən Qurbanov Qəmbər Nurəddin oğluna icarəyə verir (1.1); - icarədar mənzildə normal yaşayış üçün şərait yaradır(1.3). - icarəçi mənzili icarəyə götürür, icarə haqqını hər ayın 05-də ödəyir, ev əşyalarının qorunmasına və saxlanılmasına cavab verir, elektrik enerjisindən istifadə haqqını və telefon danışıq haqqını hər ay ödəyir, şəxsiyyətini təsdiq edən sənədin surətini icarədara təqdim edir, vasitəçinin haqqını ödəyir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7486/2019 nömrəli, xx.xx.2019-cu il tarixli Qətnaməsinin surətindən görünür ki, cavabdehlər Qurbanov Qəmbər Nurəddin oğlu, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu M.Hadi küçəsi, 51 saylı evin, 96 saylı mənzildən çıxarılaraq, qeyd edilən mənzilin əşyaları ilə bərabər İddiaçı təhvil verilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-1714/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, qətnamə ilə Xətai Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli qətnaməsi qismən-iddia tələbinin “əldən çıxmış faydanın tutulması” hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamənin qəbul edilməsi, iddia tələbi həmin hissədə də təmin edilməsi, cavabdeh Qurbanov Qəmbər Nurəddin oğlundan 1800 manatın alınaraq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədə göstərilmişdir ki,tərəflər arasında kirayə müqaviləsinin olması, müqavilə üzrə aylıq kirayə haqqının 400 manat olması və xx.xx.2019-cu il tarixdən kirayə haqqının cavabdeh tərəfindən ödənilməməsi işin mübahisəsiz hallarıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-4442/2020 nömrəli Qərarının surətindən görünür ki, Qurbanov Qəmbər Nurəddin oğlunun kasasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 14 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində göstərmişdir ki, o, İddiaçı qonşusudur. Cavabdehləri 2018-ci ildən tanıyır. Belə ki, onlar iddiaçıya məxsus evdə kirayə qalırdılar. Onları evdən çıxardanda, o, iştirak etmişdir. İcra məmurları evə içəri girdilər, videoya da çəkmişdilər. Cavabdehlər evi dağıdıb getmiş, həmçinin soyuducu, paltaryuyan, kolonka, qapı, jalüz və sairə əşyaları sındırmışdılar. Beləliklə, işdə olan sübutlarla müəyyən olunur ki, İddiaçı ilə Qurbanov Qəmbər Nurəddin oğlu arasında xx.xx.2018-ci il tarixdə “Daşınmaz Əmlakın icarəyə verilməsi haqqında Müqavilə” bağlanılmış və İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 51 saylı evin 96 saylı mənzili Qurbanov Qəmbər Nurəddinə icarəyə verilmişdir. X12 Nurəddin oğlu və onun ailə üzvləri xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ünvan 2 ünvanında yaşamışdır və daha sonra aralarında yaranan mübahisələrdən sonra mənzili tərk etmişlər. Birinci instansiya məhkəməsi özünün müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1091 və 1092-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, xx.xx.2018-ci il tarixdə “Daşınmaz Əmlakın icarəyə verilməsi haqqında Müqavilə” üzrə tərəf olan Qurbanov Qəmbər Nurəddin oğlu ev əşyalarının qorunması və saxlanılmasına görə, həmçinin elektrik enerjisindən istifadə haqqını ödənilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq o, iddiaçıya məxsus əmlaka vurduğu zərərə görə məsuliyyət daşımalı və əmlaka dəyən zərərin aradan qaldırılması üçün iddiaçının çəkməli olduğu xərcləri nəzərə alaraq, Qurbanov Qəmbər Nurəddin oğlundan 4000 manat, eyni zamanda istifadə edilmiş elektrik enerjisinə görə hesablanmış 321,99 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia digər cavabdehlərə münasibətdə təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın elektrik enerjisinə görə hesablanmış 321,99 manat pul vəsaitinin Qurbanov Qəmbər Nurəddin oğlundan tutularaq İddiaçı ödənilməli hissəsində mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin “Abunə haqqında” məlumatında görünür ki, ünvan 2 ünvanı üzrə (abonent kodu:**********10096 üzrə) 2018-ci ilin iyul ayının üçündən 2021-ci ilin fevral ayının yeddisinədək 2101,82 manat dəyərində elektrik enerjisindən istifadə edilmişdir. Məlumatın çap edildiyi tarixə, yəni xx.xx.2021-ci il tarixə elektrik enerjisindən istifadəyə görə borc 321,99 manat təşkil edirdi. Cavabdeh tərəf qeyd edilən borcun onların mənzildən kirayə qalmamışdan əvvəlki borc olduğunu bilidrsə də, bunu təsdiq edən hər hansı bir sənəd təqdim etməmişdir. Əksinə iş materialarında olan "xxxx" ASC-nin “Abunə haqqında” məlumatından görünür ki, xx.xx.2018-ci il tarixə 9.66 manat elektrik enerjisi borcu olmuş və həmin məbləğ ödənilmişdir. Faktiki cavabdehlərin kirayə yaşamağa başladığı tarixdə mənzilin heç bir elektrik enerji borcu olmamışdır. Kollegiya qətnaməni mənzil və əşyalara vurulmuş maddı zərərə görə 4000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsassız hesab edir. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində evinə ziyan dəydiyini göstərsə də, bu halları mötəbər sübutlarla və birmənalı faktlarla sübut edə bilməmişdir. Belə ki, məhkəmə kollegiyası iddiaçı tərəfində təqdim olunmuş və iddianın əsasını təşkil edən qonşuların iştirakı ilə tərtib edilmiş akta və şahid ifadəsinə tənqidi yanaşır. Belə ki, aktın tərtibində iştirak etmiş şəxslərin kimliyi məlum deyil, həmin şəxslərin ünvan 3 ünvanında olan qonşular olması belə müəyyən deyildir. Digər tərəfdən iş materiallarında olan Bakı şəhər Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru Türkay Yusifli, icra məmuru Ülvi Əkbərli, hal şahidləri X9, X6, ARFHNDYMXnin daxili xidməti leytenantı X7 iş üzrə tələbkar İddiaçı, Cavabdeh2 iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 1714 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası xx.xx.2021-ci il tarixə təyin olunmuş və barədə bildiriş tərəflərə göndərilmişdir. Təyin olunmuş vaxtda ünvan 3 ünvanında gəldilər, mənzilin giriş qapısını döysələr də qapını açan olmadı. Aktı tərtib edən şəxslər tərəfindən tələbkarın iştirakı ilə mənzilin giriş qapısı açıldı və onlar mənzilə daxil oldular. Sözügedən mənzil əşyaları ilə birlikdə tələbkar İddiaçı təhvil verildi. İcra hərəkətləri nəticəsində heç bir insident yaşanmamışdır. Göründüyü kimi icra hərəkətində iştirak edən tələbkar İddiaçı evdə olan əşyalarının sındırılması, mənzilə maddi ziyan vurulması ilə bağlı hər hansı bir iradını bildirməmiş və aktda bununla bağlı hər hansı bir qeyd aparılmamışdır. Bundan başqa iş materiallarında olan "xxxx" MMC ilə X4 arasında imzalanmış xx.xx.2021-ci il tarixli “Podrat müqaviləsi”nin surətindən görünür ki, podratçı şirkət İddiaçı məxsus ünvan 2 ünvanında görüləcək ümumi sahəsi 24 kv.m. olan – 1 mətbəx, 1 hamam otağı və tualet, dəhlizin təmiri və bərpa olunması üçün materiallar daxil olmaqla, 1 kv.m. görə 160 manat hesablanmaqla, materialların daşınması üçün 160 manat nəzərə alınmaqla, mənzilin ümumi təmiri üçün 4000 manat dəyərində təmir işləri görüləcək. Təmir işlərinin müddəti 1 ay müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edilən “müqavilə”ni işin maddi ziyan tələbinin sübut olunması hissəsində əhəmiyyətsiz hesab edir. Belə ki, “müqavilə” üzrə mübahisəli mənzildə müəyyən təmir işlərinin aparılması zəruriliyi qeyd edilsə də, qeyd edilən təmir işlərinin faktiki olaraq cavabdehlərin əməlləri nəticəsində mənzilə ziyan dəydiyi üçün aparılması təsdiq olunmur. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Göründüyü kimi mübahisəli mənzilində hətta təmir olunması nəzərdə tutulan hissələrin məhz cavabdehlərin hərəkətləri nəticəsində yaranmasını təsdiq edən hər hansı bir sübut iş materiallarına əlavə edilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Məhkəmə kollegiyası xüsusi ilə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3380/2021 saylı, 06 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən - cavabdeh X1 iddiaçıya məxsus mənzil və əşyalara vurulmuş maddı zərərə görə 4000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə ödənilmiş dövlət rüsumları onu ödəmiş şəxslərin özlərinə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar