Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3754/2023 03.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC cəlb edilməklə) avtomobilə dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: (maddi ziyan) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X1 və Məmməd Allahverdi oğlu Məmmədovdan ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 2(001)-1219/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilini zədələmiş və bunun nəticəsində dəymiş zərərin məbləği 5.230 manat məbləğində müəyyən edilmişdir. Həmin zərərin 5.000 manatı cavabdehin mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC Şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. 2.İddiaçı məhkəməyə müraciət edərək, avtomobilə 10.600 manat məbləğində zərər dəydiyini bildirmiş və bununla bağlı Diamond Tuning & Detailing tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli aktı məhkəməyə təqdim etmişdir. Ona görə iddiaçı cavabdehdən dəymiş zərərin 5600 manatını tələb edir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC cəlb edilməklə) qarşı avtomobilə dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə, daha sonra xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, avtomobilinə dəymiş zərərin 5600 manat məbləğinin və ödənilmiş 80 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində saat 13-00-də özünə məxsus “BMW 540 i” markalı,**-SY-*** qeydiyyat nişanlı avtomobili ilə Bakı Qazax yolunun 339-cu km-də üzü Bakı istiqamətində hərəkətdə olan zaman arxasında hərəkətdə olan, markası və nömrəsi ona sonradan məlum olan, “Opel” markalı, **-TP-*** qeydiyyat nişanlı avtomobil qabaq hissəsi ilə onun avtomobilinin arxa hissəsinə dəyərək toqquşdu. İddia ərizəsinə əlavə edilmiş İXP-4970048 nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh törətdiyi yolnəqliyyat hadisəsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş 22/37 nömrəli, xx.xx.2022-ci il tarixli qüsur aktından göründüyü kimi, qəza nəticəsində avtomobilini 10.600 manat məbləğində ziyan dəymişdir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Beynəlxlaq Bankına məxsus mobil tətbiq vasitəsindən çıxarışa əsasən "xxxx"ASC tərəfindən həmin qəza ilə bağlı dəymiş zərərin 5.000 manat məbləği hesabına köçürülmüşdür. Nəzərə çatdırır ki, qalıq 5.600 manat məbləğin ödənişi ilə bağlı dəfələrlə tərəfindən cavabdehlə əlaqə saxlanılsa da, cavabdeh qalıq məbləğin ödənişindən müxtəlif bəhanələr gətirərək icra etməkdən boyun qaçırmışdır.
5. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" ASC məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, Cavabdeh məxsus **-TP-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən xx.xx.2022 – xx.xx.2023 tarixlərini əhatə edən dövr üçün “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2022-ci il tarixində sözügedən **- TP-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtonəqliyyat vasitəsi ilə **-SY-*** dövlət qeydiyyat nişanlı “BMW 540i” markalı avtonəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Şirkətinin qəza komissarı avtonəqliyyat vasitələrinə baxış keçirmiş, fotoşəkillərini çəkmişdir. Şirkətnin qiymətləndirici eksperti tərəfindən **-SY-*** dövlət qeydiyyat nişanlı “BMW 540i” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, 5.230,00 manat məbləğində müəyyən edilmişdir. “İcbari sığortalar haqqında” Qanunun 56.1.2-ci maddəsinin tələbini nəzərə alaraq, **-SY-*** dövlət qeydiyyat nişanlı “BMW 540i” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə "xxxx" ASC tərəfindən İddiaçı hesabına 5.000,00 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. 6.Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, hadisə baş verdikdən sonra iddiaçıya dəymiş ziyan "xxxx" ASC tərəfindən hesablanmış və ziyanın məbləği 5.230 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğində 5.000 manatı sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. Hazırda ondan tələb etdiyi məbləğ əsassızdır. Bu halı "xxxx" ASC-də təsdiq edir. Çünki, sığorta aktı məhz həmin şirkət tərəfindən tərtib edilmiş və icbari sığorta haqqı da həmin şirkət tərəfindən ödənilmişdir. Əgər iddiaçı "xxxx" ASC-nin çıxardığı qüsür aktı ilə hesablanmış məbləğlə razı deyildisə bunu həmin vaxt mübahisələndirərdi. Lakin, iddiaçı həmin vaxt çıxarılan məbləğlə razı olmuş və sığorta Şirkətindən sığorta ödənişini qəbul etmişdir. Sonradan iddiaçı başqa yerlərdə avtomobilinə dəymiş ziyanı yenidən öz mənafeyinə görə yüksək hesablatdırırsa bunun ona hər hansı aidiyyəti olmamalı və o pul ondan tutulmamalıdır. 7.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 06 aprel 2023-cü il tarixli, 2(001)-1219/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Rəşad Qoşqarlı) iddia qismən təmin edilərək, Cavabdeh dəymiş maddi zərərə görə 230 (iki yüz otuz) manat və ödənilmiş dövlət rüsumunun 3 (üç) manatının tutularaq İddiaçı ödənilməsi, iddianının qalan hissədə təmin edilməməsi qət edilmişdir. 8.İş materiallarında olan AD 536365 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Opel Astra” minik, **-TP-*** nömrəli qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur. 9.İş materiallarında olan Vİİİ X2 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən inzibatı xəta törədilmişdir. 10.İş materiallarında olan xx.xx.2022-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, İddiaçı məxsus “BMW 540 i” markalı,**-SY-*** qeydiyyat nişanlı avtomobilə 5.230 manat məbləğində ziyan dəymişdir. Hesabatda aşağıdakılar göstərilir: Səsboğucunun arxa qazanı – 1350 manat, Arxa yük yerinin qapısı - 800 manat, Arxa sağ fara – 750 manat, Arxa bamper – 650 manat, Arxa park sensor (2 ədəd) – 200 manat, Arxa yük yeri qapısının sağ petləsi – 50 manat, Arxa yük yeri qapısının sol petləsi – 50 manat, Arxa bamperin alt şvelleri – 200 manat, Yapışqan (2 ədəd) – 30 manat, Düymə - 20 manat, Arxa bamperin xizəyi (dəst) – 120 manat. Dəmirçi ( stend, arxa panel, yuk qapısı, arxa sağ qanad, arxa sverler) – 380 manat, Rəngsaz (arxa panel, yuk qapısı iç -çöl, arxa sağ qanad, arxa bamper) – 460 manat, Armatur işi (arxa stoplar, arxa bamper, yuk yeri, arxa radarlar) – 100 manat, Çilingər ( arxa qazan s/y) – 50 manat, Elektrik (diaqostika) – 20 manat. 11.İş materiallarında olan xx.xx.2023-cü il tarixli sığorta aktından görünür ki, İddiaçı məxsus “BMW 540 i” markalı, **-SY-*** qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı "xxxx" ASC tərəfindən ona 5000 manat məbləğində sığorta ödənişi edilmişdir. 12.İş materiallarında olan xx.xx.2022-ci il tarixli Diamond Tuning & Detailing tərəfindən verilmiş aktın surətinə əsasən İddiaçı məxsus “BMW 540 i” markalı,**-SY-*** qeydiyyat nişanlı avtomobildə aşağıdakı işlər görülüb təhvil verilmişdir. Dəmirçi işləri (ümumi) – 2300 manat, bufer rənglənməsi (tam) – 265 manat, arxa baqaj rənglənməsi (tam) – 250 manat, arxa panel rənglənməsi – 250 manat, söküb yığma işləri (armaturşik) – 230 manat, batıq və əzik PDR üsulu ilə düzəldilməsi – 500 manat, arxa bufer təmiri – 30 manat, aqron qaynağı – 130 manat, səsboğucu quraşdırılması – 200 manat, əlavə deteylinq – 25 manat, qoruyucu plyonka - arxa bufer – 600 manat, qoruyucu plyonka – baqaj – 300 manat. Siyahıdakı işlərin görülməsi üçün avtomobil sahibi aşağıdakı ehtiyat hissələrini servisə təqdim etmişdir: - arxa baqaj – 1050 manat, arxa stoplar 520 manat, salazka 350 manat, bufer arxa – 1450 manat, arxa şveller – 420 manat, datçik – 450 manat, alt qoruyucu – 100 manat, arxa qazan – 1060 manat, səsboğucu - 120 manat. 13.İş materiallarında olan Diamond Tuning & Detailing tərəfindən verilmiş 22/37 nömrəli aktın surətinə əsasən İddiaçı məxsus “BMW 540 i” markalı, **-SY-*** qeydiyyat nişanlı avtomobildə aşğıdakı işlərin görülməsi zərurət olduğu müəyyən edilmişdir. Dəmirçi işləri (ümumi) – 3000 manat, bufer rənglənməsi (tam) – 300 manat, arxa bufer rənglənməsi (tam) – 300 manat, arxa sağ krilo rənglənməsi (hissəvi) – 300 manat, arxa baqaj rənglənməsi (tam) – 300 manat, arxa panel rənglənməsi – 300 manat, söküb-yığma işləri (armaturşik) – 250 manat, qoruyucu plyonka arxa bufer – 700 manat, qoruyucu plyonka krilo – 650 manat, qoruyucu plyonka baqaj – 300 manat, arxa baqaj – 1100 manat, arxa stoplar sağ – 550 manat, arxa şveller – 450 manat, salazka orta 220 manat, salazka sağ 160 manat, datçik – 480 manat, alt qoruyucu – 110 manat, bufer arxa 1500 manat, arxa qazan – 1100 manat, ümumi akt üzrə yekun məbləğ 11.770 manatdır. Qeyd: avtomobilin təmiri müddətində əlacə zədələnmiş ehtiyat hissələrinin üzə çıxması ehtimalı ilə əlaqədar yekun məbləğ şərtidir. 14.İş materiallarında olan Diamond Tuning & Detailing tərəfindən verilmiş 22/37 nömrəli aktın surətinə əsasən İddiaçı məxsus “BMW 540 i” markalı, **-SY-*** qeydiyyat nişanlı avtomobildə aşğıdakı işlərin görülməsi zərurət olduğu müəyyən edilmişdir. Dəmirçi işləri (ümumi) – 3000 manat, bufer rənglənməsi (tam) – 265 manat, arxa baqaj rənglənməsi (tam) – 250 manat, arxa panel rənglənməsi – 250 manat, söküb yığma işləri (armaturşik) – 230 manat, PDR– 500 manat, qoruyucu plyonka - arxa bufer – 600 manat, qoruyucu plyonka – baqaj – 300 manat, arxa bufer təmiri - 30 manat, aqron qaynağı – 130 manat, səsboğucu quraşdırılması – 200 manat, əlavə deteylinq – 25 manat. Ehtiyat hissələri: arxa baqaj – 1050 manat, arxa stoplar sağ – 520 manat, salazka 350 manat, bufer arxa – 1450 manat, arxa şveller – 420 manat, datçik – 450 manat, alt qoruyucu – 100 manat, arxa qazan – 1060 manat, səsboğucu – 120 manat. Ümumi akt üzrə yekun məbləğ 10.600 manat. Qeyd: avtomobilin təmiri müddətində əlacə zədələnmiş ehtiyat hissələrinin üzə çıxması ehtimalı ilə əlaqədar yekun məbləğ şərtidir. 15.Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilini zədələmiş və bunun nəticəsində dəymiş zərərin məbləği 5.230 manat məbləğində müəyyən edilmişdir. Həmin zərərin 5.000 manatı cavabdehin mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC Şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. 16.Məhkəmə hesab etmişdir ki, iddia qismən əsaslı olduğundan iddiaçının avtomobilinə dəymiş zərərin 230 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Belə ki, sığortaçı şirkət tərəfindən tərtib edilmiş hesabatdan görünür ki, yol nəqliyyat hadisəsi törədilən vaxt avtomobilə 5.230 manat məbləğində zərər dəymiş, iddiaçı buna etiraz etmədən 5.000 manat məbləğində icbari sığorta haqqını şirkətdən almışdır. İddiaçı yol nəqliyyat hadisəsi törədilən vaxtdan 1 aya yaxın müddət keçdikdən sonra öz mülahizəsinə uyğun olaraq seçdiyi Servis xidmətində avtomobilini təmir etdirmiş, həmin servis xidməti tərəfindən isə avtomobilə dəymiş zərər 10.600 manat məbləğində qiymətləndirilmişdir. Belə olan halda, avtomobilin baş vermiş hadisənin vaxtından 1 aya yaxın müddət keçdikdən sonra başqa formada zədələnməsi də istisna edilmir. Ona görə də, məhkəmə məhz "xxxx" ASC-nin hesabatını mötəbər sübut kimi əsas götürmüş və iddiaçıya ödənilməli zərərin məbləğini 230 (5230-5000) manat məbləğində müəyyən etmişdir. 17.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1, 1108.1; “İcbari Sığortalar” haqqında Azərbaycan Respublikası Qanununun 56.1.2-ci: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
18.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 19.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki iş üzrə sədirlik edən hakim iddiaçının Diamond Tuning & Detailing şirkətinə etdiyi ödənişlərin həqiqətən də 10.600 manat olması, hansı detalların dəyişildiyi, qəza nəticəsində hansı detalların yarasız vəziyyətə düşməsi, hansı detalların qismən sıradan çıxması barədə məlumat əldə etmədən və həmin iş üzrə ekspertiza təyin etmədən, avtomobil üçün xərclədiyi vəsaiti gözardı edərək, sadəcə "xxxx" ASC-nin verdiyi zərər aktı və həyata keçirdiyi ödənişi əsas gətirərək, heç bir araşdırma aparmadan qətnamə çıxarmışdır. Həmçinin hakim, hadisə vaxtından 1 aya yaxın müddətinin keçməsindən sonra avtomobilin hissəslərinin başqa formada zədələnməsinin istisna edilmədiyini qeyd etmişdir. Lakin, avtomobil qəza olduğu tarixdən maksimum 1 gün müddətində avtoservisə təhvil verilmiş və orada tam zədə görmüş, yararsız vəziyyətə düşmüş hissələr yenisi ilə əvəz edildikdən sonra, iddiaçıya təhvil verilmişdir. Həmçinin avtomobilin üzərində də olan ehtiyyat hisələr qəzadan öncə orjinal olmuş və qəzadan sonra da, həmin ehtiyyat hissələrin əvəzlənməsi iddiaçının istəyinə uyğun şəkildə (tez sıradan çıxan ehtiyyat hissələr olmamaq şərti ilə) əvəzlənmiş və ona təhvil verilmişdir. Hakim, qətnamə çıxararakən sonuncu xüsusata əsaslanmasına baxmayaraq, məhkəmə iclasında həmin xüsusatla bağlı nə iddiaçı, nə də ki, cavabdeh tərəfə hər hansı bir sual ünvanlamış və araşdırma etmədən qətnamə çıxarmışdır. Məhkəmə qətnamə çıxararkən iddiaçının çəkdiyi xərclərin hansı həcmdə olduğunu nəzərə almadan, heç bir araşdırma aparamdan avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı iddianı qismən təmin etmiş və bununla da maddi hüquq normalarının pozuntusu ilə müşayiət edilən qətnamə çıxarmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 20.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat vərərək onun təmin edilməsini xahiş etdi. 22.Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 23.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq 3-cü şəxs "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 24.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 25.Maddələr 21.1, 21.2, 21.3.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 26.Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 27.Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 28.Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “İcbari Sığortalar” haqqında Azərbaycan Respublikası Qanununu: 29.Maddə 56.1.2.Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5.000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 30.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 31.Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 32.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 33.Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
34.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 35.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin tələb bölünməz olduğundan, tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36.Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətini və iş materiallarını, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə zərərin məbləği ilə bağlı hissədə dəyişdirilməlidir. 37.Belə ki, işin faktiki halları ondan ibarətdir ki, cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilini zədələmiş və bunun nəticəsində dəymiş zərərin məbləği 5.230 manat məbləğində müəyyən edilmişdir. Həmin zərərin 5.000 manatı cavabdehin mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC Şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. İddiaçı məhkəməyə müraciət edərək, avtomobilə 10.600 manat məbləğində zərər dəydiyini bildirmiş və bununla bağlı Diamond Tuning & Detailing tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli aktı məhkəməyə təqdim etmişdir. Ona görə iddiaçı cavabdehdən dəymiş zərərin 5600 manatını tələb edir. 38.Kollegiya işin müəyyən edilmiş fakitki hallarına və qanunvericiliyn qeyd olunan müddəlarına əsasən hesab edir ki, cavabdeh törətdiyi yol nəqliyyat hadisəsində təqsirli olduğundan və bunun nəticəsində iddiaçının avtomobilinə zərər dəydiyindən dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. 39.Hazırda iş üzrə mübahisəli məqam dəymiş zərərin məbləğinin müəyyən edilməsi ilə bağlıdır. 40.Belə ki, sığortaçı "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən avtomobilə dəymiş zərər 5230 manat məbləğində qiymətləndirilmiş və sığortaçı tərəfindən “İcbari Sığortalar” haqqında Azərbaycan Respublikası Qanununun 56.1.2-ci maddəsinə uyğun olaraq iddiaçıya 5000 manat pul ödənilmişdir. 41.İddiaçı özünün təqdim etdiyi Diamond Tuning & Detailing tərəfindən verilmiş 22/37 nömrəli akta istinad edərək avtomobilə dəymiş zərərin məbləğini 10600 manat məbləğində olduğunu iddia edərək 5600 manatın cavabdehdən tutulmasını xahiş etmişdir. 42.Məhkəmə yol nəqliyyat hadisəsi törədilən vaxtdan 1 aya yaxın müddət keçdikdən sonra iddiaçının öz mülahizəsinə uyğun olaraq seçdiyi Servis xidmətində avtomobilini təmir etdir etdirdiyinə və bu müddət ərizində avbomobilin başqa formada da zədələnmə ehtimalı olduğunu nəzərə alaraq "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktı mötəbər sübut kimi qəbul etmiş və dəymiş zərərin məbləğini həmin akt əsasında 5230 manat məbləğində qiymətləndirərək iddianı sığortaçı tərəfindən iddiaçıya ödənilmiş 5000 manat çıxıldıqdan sonra qalan 230 manatı həcmində təmin etmişdir. 43.Kollegiya qeyd edir ki, dəymiş zərərin miqdarının obyektiv və tərəfsiz müəyyən edilməsi, o cümlədən mübahisənin ədalətli həlli üçün iş üzrə ekspertiza təyin edilməsi daha məqsədəmüfaviq olduğundan iş üzrə ekspertiza təyin edilərək ekspert rəyi alınmışdır. 44.Apellyasiya mərhələsində əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6241 saylı, 26 sentyabr 2023-cü il tarixli ekspert rəyinə əsasən: 1.Nəzəri hesablama yolu ilə, iş materiallarında olan Diamond Tuning & Detaling tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, № 22/37 qüsur aktı məlumatlarına əsasən (cild i.v 4) 2018-ci il buraxılışlı “BMW” minik markalı, “540” model, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci təxminən 7376,00 manat müəyyən edilir. O cümlədən: - dəyişilməli hissələrin qiyməti - 4136,00 manat; - təmir- bərpa işlərinin qiyməti - 3240,00 manat.
2. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC-nin tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qiymətləndirilməsinə dair hesabata (cild i.v 46) əsasən 2018-ci il buraxılışlı “BMW” minik markalı, “540” model, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 4866,00 manat müəyyən edilir. O cümlədən: - dəyişilməli hissələrin qiyməti - 3856,00 manat; - təmir- bərpa işlərinin qiyməti - 1010,00 manat. Ekspert rəyində həmçinin qeyd olunmuşdur ki, nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan, 2018-ci il buraxılışlı “BMW” minik markalı, “540” model, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 2(103)-3754/2023 №-li mülki iş materiallarında olan zərər aktları əsasında hesablanır. 45.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 46.Kollegiya hesab edir ki, avtomobilə dəymiş zərər ekspert rəyinə əsasən Diamond Tuning & Detaling tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, № 22/37 qüsur aktı məlumatları üzrə (cild i.v 4) 2018-ci il buraxılışlı “BMW” minik markalı, “540” model, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 7376,00 manat müəyyən edilməlidir. 47.Belə olan halda 7376 manatdan "xxxx" ASC tərəfindən iddiaçıya ödənilmiş 5000 manat çıxılmaqla yerdə qalan 2376 manat məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 48.Beləliklə qeyd olunan xüsusatları ümumləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 2(001)-1219/2023 saylı qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul vəsaitinin məbləğinin müəyyən olunması hissəsində dəyişdirilməli, dəymiş maddi zərərin məbləği 2376 manat (iki min üç yüz yetmiş altı) məbləğində müəyyən edilməlidir. 49.Kollegiya hesab edir ki, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq iş üzrə apellyasiya mərhələsində keçirilmiş məhkəmə ekspertizasının tədqiqatı dəyəri olan 60 manatın 25 manatı Cavabdeh, 35 manatı isə İddiaçı alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. 50.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 2(001)-1219/2023 saylı qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul vəsaitinin məbləğinin müəyyən olunması hissəsində dəyişdirilsin, dəymiş maddi zərərin məbləği 2376 (iki min üç yüz yetmiş altı) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə apellyasiya mərhələsində keçirilmiş məhkəmə ekspertizasının tədqiqatı dəyəri olan 60 (altmış) manatın 25 (iyirmi beş) manatı Cavabdeh, 35 (otuz beş) manatı isə İddiaçı alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Məmməd Məmmədov