Məhkəmə qərarları › İş №2(103)-3754/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3754/2025

23.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3754/2025 23.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4573/2025 saylı, 08 may 2025-ci il tarixli qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlərə Maraqlı şəxs1 binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 aprel 2023-cü il tarixdə heç bir alqı-satqı müqaviləsi bağlanmadığını və 14 oktyabr 2024- cü il tarixli qətnamənin mövcud olmadığını nəzərə alaraq, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli e41421/2025-1-30-004 nömrəli qərəzli, əsassız, qanunsuz qərarının ləğv edilməsi, icrası mümkün olmayan icra sənədinin icra olunmadan geri qaytarılması barədə ədalətli, əsaslı, qanuni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4573/2025 saylı, 08 may 2025-ci il tarixli qərardadı ilə (hakim Leyla Şövkətli-Mənsimli) iddia ərizəsinin qəbulundan imtina edilməsi qərara alınmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 ayrı-ayrılıqda həmin qərardaddan şikayət verərək ləğv edilməsini xahiş edib. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4573/2025 saylı, 21 may 2025-ci il tarixli qərardadı ilə şikayətlər təmin edilməmiş və baxılmaları üçün iş materialları ilə birlikdə Maraqlı şəxs1nə göndərilmələri qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətlərə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 153.2-ci və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. “İcra haqqında” Qanunun 8.5-ci maddəsinə əsasən tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. “İcra məmurları haqqında” Qanunun 11-ci maddəsinə əsasən icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə icra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. “İcra haqqında” Qanunun 26-ci maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Məhkəmə tərkibi hesab edir ki, şikayətlərdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas deyildir. Çünki Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli e41421/2025- 1-30-004 nömrəli qərarı icra məmuru tərəfindən qəbul edilmiş icraata başlamaq haqqında qərardır və ondan “İcra haqqında” Qanunun 8.5-ci maddəsinə əsasən şikayət verilə bilməsi nəzərdə tutulub. Ancaq həmin qərardan şikayət etmək üçün iddia icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edib qətnamə qəbul edilməsini xahiş etmək düzgün olmamışdır. Çünki qeyd olunan qərardan icra icraatı çərçivəsində şikayət vermək nəzərdə tutulub. Göründüyü kimi, birinci instansiya məhkəməsi öz qərardadı ilə iddia ərizəsinin qəbul edilməsindən imtina edərkən iddiaçılara icra icraatı çərçivəsində şikayət edə bilməsini izah etmişdir. Lakin iddiaçılar bu göstərişlərə məhəl qoymayaraq qərardaddan şikayət vermək qərarına gəlmişdir. Ancaq nail olmaq istədiyi məqsədə çatmaq üçün seçdiyi vasitə düzgün olmamışdır. Çünki bu cür tələbə iddia icraatı qaydasında baxılmasının mümkünsüzlüyünü birinci instansiya məhkəməsi kifayət qədər aydın və anlaşılan şəkildə öz qərardadında göstərmişdir. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətlər təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4573/2025 saylı, 08 may 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayətlər təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4573/2025 saylı, 08 may 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar