Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3758/2024 31.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” X6rşı “sığorta ödənişi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (sığorta üzrə kompensasiya ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X29 və X2 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2(004)-934/2024 saylı qətnaməsindən “İcbari Sığorta Bürosu” X30 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.20 may 2012-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsində iddiaçının anası X22 vəfat etmişdir. İddiaçı, anasının vəfatı ilə əlaqədar kompensasiya ödənişin verilməsi üçün “İcbari sığorta Bürosu” Hüquqi şəxslər ittifaqına ərizə ilə müraciət etmişdir. 2.Cavabdeh şirkət tərəfindən kompensasiya ödənişinin verilməsindən imtina olunmuşdur. 3.Bu səbəbdən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” X6rşı “sığorta ödənişi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh “İcbari Sığorta Bürosu” tərəfindən ona kompensasiya ödənişi verilməsindən imtina edilməsinin qanunsuz hesab edilməsi və cavabdeh “İcbari Sığorta Bürosu” X8 5000 (beş min) manat sığorta ödənişi (kompensasiya) tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 20 may 2012-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsində anası X22 vəfat etmişdir. Anasının vəfatı ilə əlaqədar kompensasiya ödənişin verilməsi üçün “İcbari sığorta Bürosu” Hüquqi şəxslər ittifaqına ərizə ilə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən kompensasiya ödənişinin verilməsindən imtina olunmuşdur. İmtina cavabı belə əsaslandırılmışdır ki, Büro tərəfindən müvafiq araşdırmalar həyata keçirilmiş və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1-ci maddəsinin tələblərinə əsasən kompensasiya ödənişi tələb etmək hüququna malik olan şəxsin həmin ödənişin verilməsinə əsas olan hadisə barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarından sonra Büroya təqdim etdiyi yazılı müraciət əsasında ödənilir. Kompensasiya tələbi ilə bağlı Büroya verilən məlumatlar və sənədlər həqiqətə uyğun olmalıdır. Balə ki, Qaradağ rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 1(002)-239/2012 saylı hökmünə və hökmün icrası barədə xx.xx.2012-ci il tarixli göstərişinə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA birliyinin Qaradağ rayon şöbəsinin 65 saylı ekspert rəyinə, Azərbaycan Respublikası Səbail rayon qeydiyyat şöbəsinin ölüm haqqında şəhadətnaməsinə və iş materiallarına əlavə edilmiş digər sənədlərə əsaslanaraq, Bakı şəhəri istiqamətində Bakı-Salyan yolunun 14-cü km-də hərəkətdə olan sürücü X16 idarə etdiyi “MERCEDES-BENZ 190” markalı, 10SU485 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölümlə nəticələnən xəsarətlər almış X7 doğum və nikah şəhadətnaməsi təqdim edilmiş Zümrüd Əlişan qızı ilə eyni şəxs olmasını təsdiq edən hər hansı bir sənəd əlavə olunmadığından və bununla da zərərçəkənin (mərhumun) şəxsiyyəti təsdiqlənmədiyindən, kompensasiya ödənişinin verilməsindən imtina olunmuşdur. Cavabdeh orqanın kompensasiya ödənişinin ödənilməsindən imtina olunmasına dair vermiş olduğu cavab məktubunu əsassız hesab edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edir ki, cavabdeh imtina cavabını onunla əsaslandırır ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölümlə nəticələnən xəsarətlər almış X7 doğum və nikah şəhadətnaməsi təqdim edilmiş Zümrüd Əlişan qızı ilə eyni şəxs olmasını təsdiq edən hər hansı bir sənəd əlavə olunmamış və bununla da zərərçəkənin (mərhumun) şəxsiyyəti təsdiqlənməmişdir. Büroya təqdim olunan X41 Xidmət mərkəzinin vəkil sorğusuna ünvanlanmış cavab məktubunda cavabdehin imtinasını əsaslandıran səbəbə dair ətraflı münasibət bildirilmişdir. Həmin cavab məktubunda qeyd olunur ki, xx.xx.1957-ci il tarixdə anadan olmuş Zümrüd Əlişan qızı xx.xx.1975-ci il tarixdə Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən 256 saylı nikah akt qeydinə əsasən X17 ilə nikaha daxil olmuş və nikaha daxil olduqdan sonra kişiyə Qasımov soyadı verilsədə, qadına soyad verilməmişdir. Tərəflərin birgə nikahından Qasımova (Osmanova) Gülşən Vaqif qızı, X26 və X32 anadan olmuşdur. X22 xx.xx.2012-ci il tarixdə vəfat etmiş və ölümü xx.xx.2012-ci il tarixdə Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və ölüm şəhadətnaməsi verilmişdir. Vəkil sorğusuna cavabdan və iddiama əlavə olunan sənədlər ilə müəyyən olunur ki, xx.xx.1957-ci il tarixdə anadan olmuş Zümrüd Əlişan qızı ilə xx.xx.2012-ci il tarixdə vəfat etmiş və ölümü xx.xx.2012-ci il tarixdə Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və ölüm şəhadətnaməsi verilmiş X22 eyni şəxsdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Plenum qərarının 6.2-ci bəndində yazılır ki, Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Cavabdeh orqanın iddiaçıdan mərhum anası X7 Zümrüd Əlişan qızı ilə eyni şəxs olmasına dair sənəd tələb etməsi əsassız hesab edir. Odur ki, göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. 6.İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizə verərək iddia tələbinə yalnız sığorta ödənişinin tələb edilməsi hissəsində baxılmasını məhkəmədən xahiş etmişdir. 7.Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinə etirazla müraciət edərək bildirmişdir ki, İddiaçı "kompensasiya ödənişinə dair ərizə ilə "İcbari Sığorta Bürosu" HŞİ-nə müraciət edib xx.xx.2012-ci il tarixdə Bakı-Salyan yolunun 14-cü kilometrliyində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X7 xx.xx.2012-ci il tarixdə X3 ölməsini qeyd edərək "İcbari Sığortalar haqqında" Azərbaycan Respublikasının Qanunun 32.1.2-ci, 32.1.3-cü və 33-cü maddələrinin tələblərinə uyğun olaraq ona kompensasiyanın ödənilməsini xahiş etmişdir. Hesab edir ki, kompensasiya ödənişinin verilməsindən imtina olunmalıdır. Belə ki, İddiaçı ərizəsinə əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 sentyabr 2012-ci il tarixli, 1(002)- 239/2012 nömrəli hökmdən görünür ki, xx.xx.2012-ci il tarixdə "Bakı-Salyan yolunun 14-cü kmdə yuxarıda sözügedən hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum olunmuş X33 tərəfindən törədilmiş yol nəqliyyat qəzasında aldığı xəsarətlərdən 23 may 2012-ci il tarixdə "X9"nda ölmüş şəxs X11r. Ərizəçi İddiaçı kompensasiya ödənişinə dair ərizəsinə əlavə etdiyi doğum haqqında şahadətnamədən görünür ki, həmin şəhadətnamədə adı və ata adı göstərilən Zümrüd Əlişan qızı hər hansı soyada malik deyildir və bu səbəbdən də həmin şəhadətnamədə hər hansı soyad göstərilməmişdir. Yuxarıda sözügedən hökmdən görünür ki, kompensasiya ödənişinin verilməsi üçün X7 varisi olaraq İddiaçı “İcbari Sığorta Bürosu” HŞİ-nə müraciət etmişdir. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən Regional “ASAN” Xidmət Mərkəzində qeydiyyat şöbəsinin baş məsləhətçisi E.Kərimov tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1957-ci il tarixdə anadan olmuş Zümrüd Əlişan qızı xx.xx.1975-ci il tarixdə Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən 256 nömrəli nikah aktı qeydinə əsasən X17 ilə nikaha daxil olmuş Zümrüd Əlişan qızı nikaha daxil olduqdan sonra ona soyad verilməmişdir. Ərizəyə əlavə olunmuş 30 may 2012-ci il tarixdə 298 nömrə ilə qeydə alınmış ölüm haqqında şəhadətnamədən görünür ki, 23 may 2012-ci il tarixdə baş beyin əzilməsi nəticəsində ölmüş şəxs Qasımova Əlişan qızıdır. Kompensasiya ödənişinin verilməsi üçün ərizəçi tərəfindən xx.xx.1957-ci il tarixdə Bakı şəhərində anadan olmuş Zümrüd Əlişan qızı ilə yol nəqliyyat qəzası nəticəsində xx.xx.2012-ci il tarixdə ölmüş X7 eyni şəxs olmasını təsdiq edən hər hansı bir sənəd əlavə olunmamışdır. Bununla da ərizəçi ilə kompensasiya ödənişinin alınmasına bərabər pay hüququna malik olan ölən X7 valideynlərini müəyyən etmək mümkün olmamışdır. Yuxarıda sadalanan xüsusatlardan görünür ki, "İcbari Sığorta Bürosu" HŞİ tərəfindən İddiaçı qanuni və əsaslı olaraq imtina verilmişdir. İddiaçı hazırkı iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməlidir. 8.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 05 aprel 2024-cü il tarixli, 2(004)-934/2024 saylı qətnaməsi ilə (hakim-Günel Əkbərli) iddia təmin edilərək, cavabdeh “İcbari Sığorta Bürosu” X8 5.000 (beş min) manat sığorta ödənişinin (kompensasiya) tutularaq İddiaçı xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İş materiallarında olan: 9.“İcbari sığorta Büro”sunun 50VH77420223 saylı kompensasiyanın verilməsindən imtana olunması barədə məktubundan müəyyən olunur ki, Büro tərəfindən müvafiq araşdırmalar həyata keçirilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1ci maddəsinin tələblərinə əsasən kompensasiya ödənişi bu ödənişi tələb etmək hüququna malik olan şəxsin həmin ödənişin verilməsinə əsas olan hadisə barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarından sonra Büroya təqdim etdiyi yazılı müraciət əsasında ödənilir. Kompensasiya tələbi ilə bağlı Büroya verilən məlumatlar və sənədlər həqiqətə uyğun olmalıdır. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 1(002)-239/2012 saylı hökmünə və hökmün icrası barədə xx.xx.2012-ci il tarixli göstərişinə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA birliyinin Qaradağ rayon şöbəsinin 65 saylı ekspert rəyinə, Azərbaycan Respublikası Səbail rayon qeydiyyat şöbəsinin ölüm haqqında şəhadətnaməsinə və iş materiallarına əlavə edilmiş digər sənədlərə əsaslanaraq, Bakı şəhəri istiqamətində Bakı Salyan yolunun 14-cü km-də hərəkətdə olan sürücü X16 idarə etdiyi “MERCEDES-BENZ 190” markalı, 10SU485 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölümlə nəticələnən xəsarətlər almış X7 doğum və nikah şəhadətnaməsi təqdim edilmiş Zümrüd Əlişan qızı ilə eyni şəxs olmasını təsdiq edən hər hansı bir sənəd əlavə olunmadığından və bununla da zərərçəkənin (mərhumun) şəxsiyyəti təsdiqlənmədiyindən, kompensasiya ödənişinin verilməsindən imtina olunmuşdur. 10.Qaradağ Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 1(002)-239/2012 saylı hökmündən müəyyən edilir ki, X33 CM-nin 263.2-ci maddəsi ilə nəzərəd tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 2 il müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qeyd olunan hökmdən həmçinin müəyyən edilir ki, xx.xx.2012-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almış piyada X22 aldığı xəsarətlərdən vəfat etmişdir. Hökmdən göründüyü kimi, mərhum zərərçəkmiş şəxsin hüquqi varisi qismində X27 tanınmışdır. 11.Balakən Regional “ASAN” Xidmət mərkəzi Ədliyyə Nazirliyi qeydiyyat şöbəsinin verdiyi xx.xx.2023-cü il 05/09İS/154723-23 saylı arayışından müəyyən edilir ki, “vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış qeydiyyat informasiya sitemində X7 ailə tərkibinə dair məlumatlara əsasən əri X17, qızı İddiaçı, qızı X26 və oğlu X23r. 12.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 65 nömrəli ekspert rəyindən müəyyən edilir ki, Z.Ə.Qasımovanın meyitinin məhkəmə-tibbi ekspertizasında aşağıdakı xəsarətlər aşkar edilmişdir: ənsə sümüyünün kəllə əsasına keçən sınığı, baş beyin əzilməsi, travmatik ödemi, baş beyin toxumasına, qişalarına qansızma ilə müşayiət olunan başın küt travması, döş qəfəsinin sağ yarısında İİ-İİİ-İV-V qabırğaların sınıqları, iki diz oynağı nahiyyəsinin sıyrığı. Yuxarıda qeyd olunan xəsarətlər başın və bədənin küt travmasi nəticəsin yaranmışlar, qərarda göstərilən vaxtda və şəraitdə,yəni xx.xx.2012-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində hərəkətdə olan avto maşının qabaq hissələrinin təsirindən yarana bilerdilər, dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər və Z.Ə.Qasımovanın öllümü ilə 0 bir-başa səbəbli əlaqəlidirlər..Z.Ə.Qasımovanın ölümünə səbəb ənsə sümüyünün kəllə əsasına keçən sınıq beyin toxumasının əzilməsi, beyin toxumasının travmatik ödemi, beyin qişalarına, beyin toxumasına qansızma ile müşaiyət olunan başın küt travması olmuşdur. Z.Ə.Qasımovanın ölümü xx.xx.2012-ci tarixdə, saat 14-45-da X4 reanimasiya şöbəsində baş vermişdir, hansı ki, meyit əlamətləri inkişaf dərəcəsinə əsasən inkar edilmir. 13.Qaradağ Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 1(002)-239/2012 saylı hökmündən müəyyən edilir ki, zərərçəkmiş şəxs olmuş mərhumun adı “X22” kimi göstərilmişdir. 14.Bakı şəhəri Oktyabr (hazırkı Yasamal) rayon VVAQ şöbəsi tərəfinsən verilmiş İİİ-JQ 276227 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1957-ci ildə Bakı şəhərin doğulmuş “Zümrüd Alişan qızı”nın valideynlərinin soyad qrafasında qeydiyyat aparılmamış, anası kimi Firuzə Hacıbaba qızı, atası X25 qeydə alınmışdır. “Zümrüd Əlişan qızı”nın doğum faktı isə---may 1957-ci il tarixli 1869 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. 15.xx.xx.2023-cü il tarixli Balakən “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsinin arayışından görünür ki, X22 ilə X17 arasında xx.xx.1975-ci il tarixdə bağlanmış nikah 256 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Lakin nikahdan sonra arvada verilmiş soyad qrafasında heç bir qeydiyyat aparılmamışdır. 16.Bakı şəhəri Kirov (hazırkı Binəqədi) rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1978-ci il tarixdə verilmiş V-JQ 442101 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1978-ci ildə doğulmuş X12 anası kimi X24 göstərilmişdir. Doğum faktı isə 31 mart 1978-ci il tarixli 413 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. 17.Bakı şəhəri Kirov (hazırkı Binəqədi) rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1981-ci il tarixdə verilmiş Vİİ-JQ 494624 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki,xx.xx.1981-ci ildə doğulmuş X13 anası kimi X24 göstərilmişdir. Doğum faktı isə xx.xx.1981-ci il tarixli 2357 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. 18.Bakı şəhəri Binəqədi rayon VVADQ şöbəsi tərəfindən xx.xx.1988-ci il tarixdə verilmiş AZ-İ seriyalı 972416 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1988-ci ildə doğulmuş X5 anası kimi X22 göstərilmişdir. Doğum faktı isə xx.xx.1988-ci il tarixli 2990 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. 19.Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 543207 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X22 xx.xx.2012-ci il tarixdə vəfat etmiş və onun ölümü faktı ilə bağlı qeydiyyat xx.xx.2012-ci il tarixdə 298 nömrə ilə rəsmiləşdirilmişdir. 20.Balakən Regional “ASAN” Xidmət mərkəzi qeydiyyat şöbəsinin verdiyi xx.xx.2023-cü il tarixli 3-16-5/8-89/223 saylı məktubundan müəyyən edilir ki, Zümrüd Əlişan qızı xx.xx.1975-ci il tarixdə Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən 256 nömrəli nikah akt qeydinə əsasən X17 ilə nikaha daxil olmuş, nikaha daxil olduqdan sonra kişiyə Qasımov soyadı verilmiş qadına isə soyad verilməmişdir. Tərəflərin birgə nikahından X28, X26, X32 anadan olmuşdur. X22 xx.xx.2012-ci il tarixdə vəfat etmiş və ölümü xx.xx.2012-ci il tarixdə 298 nömrəli akt qeydi ilə Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və ölüm şəhadətnaməsi verilmişdir. Eyni zamanda bildiririk ki, X7 xx.xx.1988-ci il tarixdə Əlişan Qasımov adlı oğlu dünyaya gəlmişdir. Əlişan Qasımovun doğumu xx.xx.1988-ci il tarixdə Binəqədi rayon Qeydiyyat şöbəsində 2990 nömrəli akt qeydi ilə qeydə alınmış, daha sonra xx.xx.2007-ci il tarixdə Binəqədi rayon Qeydiyyat şöbəsində 323 nömrəli atalığın müəyyən olunması haqqında akt qeydinə əsasən X18 tərəfindən Əlişan Qasımova atalıq verilmişdir. Elektron informasiya bazasındaolan məlumata əsasən X19 atası X18, anası X22 olaraq qeyd olunmuşdur. 21.Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, 20 may 2012-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsində anası X22 vəfat etmişdir. Anasının vəfatı ilə əlaqədar kompensasiya ödənişin verilməsi üçün “İcbari sığorta Bürosu” Hüquqi şəxslər ittifaqına ərizə ilə müraciət etmişdir. Cavabdeh şirkət tərəfindən kompensasiya ödənişinin verilməsindən imtina olunmuşdur. İmtina cavabı belə əsaslandırılmışdır ki, Büroya verilən Qaradağ rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 1(002)-239/2012 saylı hökmünə və hökmün icrası barədə xx.xx.2012-ci il tarixli göstərişinə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA birliyinin Qaradağ rayon şöbəsinin 65 saylı ekspert rəyinə, Azərbaycan Respublikası Səbail rayon qeydiyyat şöbəsinin ölüm haqqında şəhadətnaməsinə və iş materiallarına əlavə edilmiş digər sənədlərə Bakı şəhəri istiqamətində Bakı-Salyan yolunun 14-cü km-də hərəkətdə olan sürücü baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölümlə nəticələnən xəsarətlər almış X7 doğum və nikah şəhadətnaməsi təqdim edilmiş Zümrüd Əlişan qızı ilə eyni şəxs olmasını təsdiq edən hər hansı bir sənəd əlavə olunmamışdır. Dolayısı ilə zərərçəkənin (mərhumun) şəxsiyyəti təsdiqlənmədiyindən, kompensasiya ödənişinin verilməsindən imtina olunmuşdur. 22.Müvafiq sənədlərdən göründüyü kimi, mərhumun adı özünün doğum haqqında şəhadətnaməsində “Zümrüd Alişan qızı” kimi göstərilməsinə, eləcə də nikah bağlayarkən soydının dəyişməsi barədə qeydiyyat aparılmamasına baxmayaraq, ölüm haqqında şəhadətnamədə, onun övladlarının doğumu haqqında şəhadətnamələrində onun tam adı “X24” və ya “X22” kimi qeyd edilmişdir. Hazırda qeyd olunan ziddiyyətin mövcudluğu tərəflər arasında mübahisənin yaranmasına səbəb olmuşdur. 23.Mülki işin araşdırılması zamanı yaranmış zərurətlə əlaqədar olaraq, xx.xx.1957-ci ildə Bakı şəhərin doğulmuş “Zümrüd Alişan qızı”nın sonradan hansı soyadı qəbul etməsi və müvafiq sənədlərdəki “X24” və ya “X22” kimi qeydiyyat aparılmış şəxslə onun şəxsi məlumatlarının eynilik təşkil edib-etməməsi barədə barədə ətraflı məlumatın və müvafiq sənədlərin təsdiq olunmuş surətlərinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən verilmiş sorğuya əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının X31 Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan və ona əlavə edilmiş reyestr çıxarış sənədlərindən müəyyən edilir ki, X20 anası X11r. 24.Beləliklə məhkəmə müəyyən etmişdir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən, elcədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan səlahiyyətli orqanının, yəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Əhalinin Reyestr Xidməti tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, baş vermişş yol nəqliyyat hadisəsində zərərçəkmiş şəxs məhrum X22 iş üzrə iddiaçı X14 anasıdır. 25.Məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan səlahiyyətli orqanının, yəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Əhalinin Reyestr Xidməti tərəfindən təqdim edilmiş sənədlərə əsasən, baş vermiş yol nəqliyyat hadisəsində zərərçəkmiş şəxs məhrum X7 iş üzrə iddiaçı X14 anası olmasına əsaslanraq hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. 26.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası “İcbari sığortalar haqqında” Qanunun 6.4, 6.1, 6.9, 7, 10.1, 14.1, 14.1.1, 14.1.2, 14.1.3, 14.2, 14.2.1, 17.1, 17.1.7, 17.1.8, , 47.1.1, 63.1-ci; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1, 1151.1, 1151.2-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 27.Cavabdeh “İcbari Sığorta Bürosu” X30 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsinə, iddia tələbinin tamamilə rədd edilməsinə və ödənilmiş dövlət rüsumlarının iddiaçıya aid edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 28.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin müəyyən etdiyi hal yalnız yol nəqliyyat hadisəsində ölmüş X7 anası olması ilə əlaqədar olmuşdur. Yəni məhkəmənin istinad etdiyi cavab məktubu ilə Zümrüd Əlişan qızının X22 ilə eyni şəxs olduğu müəyyən edilmir. Lakin, məhkəmə bu xüsusatı nəzərə almadan iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul etmişdir. İş materiallarında X7 Zümrüd Əlişan qızı ilə eyni şəxs olmasını təsdiq edən heç bir hüquqmüəyyənedici sənəd mövcud deyildir. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının X31 Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubu ilə də yalnız yol nəqliyyat hadisəsi nəticəsində ölmüş X22 hazırki iş üzrə İddiaçı anası olduğu göstərilmişdir. Həmin məktubda yol nəqliyyat hadisəsində ölən X22 ilə Zümrüd Əlişan qızının eyni şəxs olduğu müəyyən edilmir. Qanun ilə tələb olunan X7 doğum haqqında şəhadətnaməsinin, və ya yol nəqliyyat hadisəsində ölmüş X7 Zümrüd Əlişan qızı ilə eyni şəxs olması faktını təsdiq edən sənədin müraciətə əlavə edilməməsi ümumiyyətlə kompensasiya müraciətinin tənzimlənməsinə əngəllər yaradaraq ödənişin alınmasında bərabər pay hüququna malik olan zərərçəkmiş şəxsin ailə üzvlərinin siyahısının müəyyən edilməsini imkanları xaricində edir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 29.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. a)Məhkəmə icraatı iştirakçılarının izahatları 30.Məhkmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. 31.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh “İcbari Sığorta Bürosu” X15 nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ünvanlanan ərizədə apellyasiya şikayətini müdafiə etdiklərini, iştirakları olmadan işə baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “İcbari sığortalar haqqında”Azərbaycan Respublikası Qanunun: 32.Maddə 6.4. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Fərdi qəza sığortası üzrə sığorta olunan, onun öldüyü halda ailə üzvləri, onlar olmadığı halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələr, mülki məsuliyyətin sığortası üzrə isə üçüncü şəxs, onun öldüyü halda ailə üzvləri (üçüncü şəxs hüquqi şəxs olduqda, onun hüquq varisi) faydalanan şəxs hesab edilir. 33.Maddə 6.5.Bu Qanunun 6.4-cü maddəsində nəzərdə tutulmuş, sığorta olunanın və ya üçüncü şəxsin faydalanan şəxs qismində çıxış edən ailə üzvləri sığorta ödənişinin alınmasında bərabər pay hüququna malikdirlər. 34.Maddə 6.9.Qanunun məqsədləri üçün “ailə üzvləri” dedikdə, şəxsin uşaqları (övladlığa götürülmüş uşaqları), ölümündən sonra doğulmuş uşaqları, arvadı (əri), valideynləri (övladlığa götürənləri) başa düşülür. 35.Maddə 7.Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. 36.Maddə 10.1. Sığorta məbləği bu Qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin bu Qanunla müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir. 37.Maddə14.1.Fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər bu Qanunun məqsədləri üçün aşağıdakı hallar hesab edilir: 14.1.1. şəxsin yüngül, az ağır və ya ağır xəsarət alması; 14.1.2. şəxsin əmək qabiliyyətini tam və ya qismən itirməsi (əlillik); 14.1.3. şəxsin ölümü. 38.Maddə 14.2. Sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir: -14.2.1.zərərçəkənin ölməsi, o cümlədən aldığı bədən xəsarəti, xəstələnməsi, zəhərlənməsi və ya kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ölməsi — 100 faiz; 39.Maddə 17.1. İcbari sığorta ödənişi aşağıdakı sənədlər əsasında həyata keçirilir: -17.1.7. müvafiq hallarda sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində üçüncü şəxs və ya sığorta olunan öldükdə ölümün səbəbi haqqında tibbi ekspertiza rəyinin, ölüm haqqında şəhadətnamənin, habelə ölənin ailə üzvlərinin onunla qohumluq əlaqəsini təsdiq edən müvafiq sənədlərin (doğum haqqında şəhadətnamənin, yaxud şəxsiyyət vəsiqəsinin, ərə (arvada) münasibətdə nikah haqqında şəhadətnamənin) surətləri. 40.Maddə 27.1.İcbari Sığorta Bürosu (bundan sonra - “Büro”) zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün, habelə aşağıdakı funksiyaların həyata keçirilməsi məqsədilə bu Qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq X30 kimi təsis edilən və fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır: -27.1.6.Azərbaycan Respublikasının ərazisində baş verən hadisələr nəticəsində sağlamlığına zərər dəyən üçüncü şəxslərə bu Qanunda nəzərdə tutulmuş müvafiq hallarda kompensasiya ödənişlərinin verilməsini təmin etmək və bununla əlaqədar sığorta hadisələrinin araşdırılması və sığorta ödənişlərinin verilməsi zamanı sığortaçılara aid bütün hüquq və vəzifələrdən istifadə etmək. 41.Maddə 54.Bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş istisna nəzərə alınmaqla, müvafiq icbari sığorta müqaviləsinin tərəfi olmayan, sığortalının və ya sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən şəxslər, o cümlədən avtonəqliyyat vasitəsindəki sərnişinlər, onlar öldükləri halda, ailə üzvləri bu Fəslin məqsədləri üçün üçüncü şəxs sayılırlar. 42.Maddə 47.1. Sığorta hadisəsi nəticəsində üçüncü şəxslərə dəyən zərər üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: -47.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərər üzrə ümumi sığorta məbləği 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; -47.1.2. əmlaka dəyən zərər üzrə 50.000 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 43.Maddə 1159.1.1. Birinci növbədə ölənin vərəsələri uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 44.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 45.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 46.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 47.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 48.Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2(004)- 934/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 49.Belə ki, iş materiallarının araşdırılması ilə müəyyən olunmuşdur ki, 20 may 2012-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsində iddiaçının anası X22 vəfat etmişdir. İddiaçı, anasının vəfatı ilə əlaqədar kompensasiya ödənişin verilməsi üçün “İcbari sığorta Bürosu” Hüquqi şəxslər ittifaqına ərizə ilə müraciət etmişdir. Cavabdeh şirkət tərəfindən kompensasiya ödənişinin verilməsindən imtina olunmuşdur. İmtina cavabı belə əsaslandırılmışdır ki, Büroya verilən Qaradağ Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 1(002)-239/2012 saylı hökmünə və hökmün icrası barədə xx.xx.2012-ci il tarixli göstərişinə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA birliyinin Qaradağ rayon şöbəsinin 65 saylı ekspert rəyinə, Azərbaycan Respublikası Səbail rayon qeydiyyat şöbəsinin ölüm haqqında şəhadətnaməsinə və iş materiallarına əlavə edilmiş digər sənədlərə Bakı şəhəri istiqamətində Bakı-Salyan yolunun 14cü km-də hərəkətdə olan sürücü baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölümlə nəticələnən xəsarətlər almış X7 doğum və nikah şəhadətnaməsi təqdim edilmiş Zümrüd Əlişan qızı ilə eyni şəxs olmasını təsdiq edən hər hansı bir sənəd əlavə olunmamışdır.Dolayısı ilə zərərçəkənin (mərhumun) şəxsiyyəti təsdiqlənmədiyindən, kompensasiya ödənişinin verilməsindən imtina olunmuşdur. 50.Məhkəmə kollegiyası cavabdeh tərəfin etirazını və hazırki halda apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 17.1, 17.1.7-ci maddələrinə əsasən icbari sığorta ödənişi aşağıdakı sənədlər əsasında həyata keçirilir: -müvafiq hallarda sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində üçüncü şəxs və ya sığorta olunan öldükdə ölümün səbəbi haqqında tibbi ekspertiza rəyinin, ölüm haqqında şəhadətnamənin, habelə ölənin ailə üzvlərinin onunla qohumluq əlaqəsini təsdiq edən müvafiq sənədlərin (doğum haqqında şəhadətnamənin, yaxud şəxsiyyət vəsiqəsinin, ərə (arvada) münasibətdə nikah haqqında şəhadətnamənin) surətləri. 51.Göründüyü kimi, Qanunverici icbari sığorta ödənişinin həyata keçirilməsi üçün ölümün səbəbi haqqında tibbi ekspertiza rəyinin, ölüm haqqında şəhadətnamənin, habelə ölənin ailə üzvlərinin onunla qohumluq əlaqəsini təsdiq edən müvafiq sənədlərin (doğum haqqında şəhadətnamənin, yaxud şəxsiyyət vəsiqəsinin, ərə (arvada) münasibətdə nikah haqqında şəhadətnamənin) surətlərinin tələb olunduğunu qeyd etmişdir. Qanunverici etirazda qeyd olunduğu-xəsarətlər almış X7 doğum və nikah şəhadətnaməsi təqdim edilmiş Zümrüd Əlişan qızı ilə eyni şəxs olmasını təsdiq edən sənəd təqdim olunmasını tələb etmir. 52.“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 6.9-cu maddəsinə əsasən Qanunun məqsədləri üçün “ailə üzvləri” dedikdə, şəxsin uşaqları (övladlığa götürülmüş uşaqları), ölümündən sonra doğulmuş uşaqları, arvadı (əri), valideynləri (övladlığa götürənləri) başa düşülür. 53.Mülki işin araşdırılması zamanı yaranmış zərurətlə əlaqədar olaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının X31 Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan və ona əlavə edilmiş reyestr çıxarış sənədlərindən müəyyən edilir ki, X20 anası X11r. 54.Hökmdə qeyd olunan zərərçəkmiş şəxs X1 xx.xx.2012-ci ildə vəfat etməsi ilə bağlı Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən AZ-İ seriyalı, 543207 saylı ölüm haqqında şəhadətnamə də verilmişdir. 55.Digər tərəfdən X1 ailə üzvləri olan X17, X26, X34 özlərinin notariat qaydada təsdiq edilmiş ərizələrində sığorta kompensasiyasının İddiaçı hesabına ödənilməsinə etiraz etmədiklərini bildirmişlər. 56.X1 ailə üzvləri olan X32 xx.xx.2015-ci ildə “qara ciyər serroz”undan vəfat etmiş, bu barədə xx.xx.2016-ci ildə Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə verilmişdir. 57.Kollegiya qeyd edir ki, iddiaçı hazırki halda mərhumun ailə üzvü olmaqla, subyektiv hüquququn sahibi kimi hazırki iddianı qaldırmaqda haqlı olmuşdur. 58.Kollegya hesab edir ki, məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan səlahiyyətli orqanının, yəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Əhalinin Reyestr Xidməti tərəfindən təqdim edilmiş sənədlərə əsasən, baş vermiş yol nəqliyyat hadisəsində zərərçəkmiş şəxs məhrum X7 iş üzrə iddiaçı X14 anası olmasına əsaslanraq düzgün olaraq hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. 59.Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olmuş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcburi halda hüquqi qiymət verməklə düzgün hesab etmişdir ki, iddia təmin edilməlidir. 60.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 61.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 62.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 63.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 64.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh “İcbari Sığorta Bürosu” X30 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2(004)-934/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-3758/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3758/2024
31.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver