Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-376/2024 03.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Tibb Universitetinin X4rşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” hakimlər X8 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil3, cavabdeh Azərbaycan Tibb Universitetinin X7 nümayəndəsi X13 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Tibb Universitetinin X10 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 122/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı cavabdehlər Azərbaycan Respublikası Tibb Universiteti X11n və Cavabdeh2 müştərək qaydada 157.080 manat maddi və mənəvi zərərin alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-122/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə rədd edilmiş, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. 2.Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 5-ci hissəsinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 1096.1, 1097.1, 1112; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 89.3, 119.1, 217.4, 217.3 ; Avropa İnsan hüquqları Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, Tibb müəssisəsində müalicə zamanı şəxsin sağlamlığına vurulmuş zərər üzrə müəssisə və ya onun hər hansı işçisinin məsuliyyət daşıması üçün ilk növbədə tibb müəssisəsinin (və ya işçisinin) əməli (yəni, göstərilmiş tibbi xidmət) qeyrihüquqi (qanunvericiliyə və ya müqavilə öhdəliyinə zidd) olmalıdır. Əməlin qeyri-hüquqi olması dedikdə, onu törədən şəxs tərəfindən hansısa hüquq normasının pozulması başa düşülür. Məhkəmə, iddiaçının qeyri-hüquqi olduğunu iddia etdiyi əməlin, yəni göstərilmiş tibbi xidmətlərin keyfiyyətinin müəyyən edilməsinin xüsusi bilik tələb edən sahəyə aid olduğunu nəzərə alaraq, mübahisənin düzgün və ədalətli həlli üçün iş üzrə iki dəfə məhkəmə-tibbi ekspertizası təyin etmiş, cavabdehlər tərəfindən tibbi xidmət göstərilərkən (diaqnozun qoyulması və əməliyyatın aparılması və s.) müqavilə öhdəliyinə, yaxud qanunvericiliyə zidd olan, tibbi norma və qaydalara uyğun olmayan əməl törədilməsi təsdiq olunmamışdır. Eyni zamanda, iddiaçı, cavabdehlər tərəfindən həyata keçirilən tibbi xidmətlərin norma və qaydalara uyğun olmadığını və məhkəmə-tibbi ekspertizanın rəylərində göstərilənləri istisna və tələbini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, sözügedən məsələyə sübutetmə yükü aspektindən yanaşdıqda, iddia edən tərəf öz iddiasını sübuta yetirməyə borcludur. Həmçinin keçirilmiş ekspertizaların yekun rəylərindən də görünür ki, əməliyyatın üzərindən 3 ilə (2019-cu ildən iddia verilən tarixədək) yaxın müddət keçmiş (həmin 3 illik müddət ərzində xəstəxanaya müraciət etməmişdir), qeyd olunun uzunluq fərqinin isə iddiaçıda olan gərginlik və əzələ zəifliyi ilə əlaqələndirilməsi ehtimalda olsa müəyyən edilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi müxtəlif ölkələrin vermiş olduğu rəylərin verilməsi üçün özü şəxsən müayinə olunmadığı üçün qeyd olunan rəylər mötəbər sübutlar kimi qəbul edilə bilməz. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Həqiqətin müəyyən olunması vəzifəsi ayrı-ayrı hüquq sahələrində müxtəlif cür öz əksini tapmışdır. Belə ki, cinayət və ya inzibati xəta haqqında işlər üzrə icraatda məhz obyektiv həqiqətin müəyyən edilməsi tələb olunsa da, mülki prosesdə formal həqiqət prinsipi əsas götürülmüşdür. Obyektiv həqiqətin tapılması zəruri olan icraatdan fərqli olaraq, formal həqiqət prinsipinə görə hakim yalnız tərəflərin mübahisələndirdikləri hallarla bağlı məhkəməyə təqdim etdiyi faktiki halları və sübutları nəzərə almalıdır. İddiaçı tərəfinin məhkəmə iclası zamanı səsləndirmiş olduğu fikrə (əməliyyat öncəsi iddiaçının özünün razılığının alınmaması) münasibətdə qeyd edilməlidir ki, hazırki iddia sırf əməliyyatın düzgün qaydada keçirilməməsi ilə bağlı olmaqla, onun qüsurlu həyata keçirillibkeçirilməməsi, keçirildiyi təqdirdə səbəbli əlaqənin mövcudluğu ilə bağlı olduğundan onun razılığının olmamasının hazırki mülki işlə bir başa əlaqəsi müəyyən edilməmişdir. Cavabdehlərin iddiaçıya qarşı müqavilə öhdəliyinin pozulması, yaxud mülki hüquq pozuntusuna görə məsuliyyətin əsas şərtlərindən biri olan əməlin qeyri-hüquqiliyi müəyyən edilməmişdir. Ona görə də, iddiaçının maddi zərər tələbi əsassız olduğundan təmin edilməməlidir. İddianın “mənəvi zərərin ödənilməsi” hissəsinin “maddi ziyanın ödənilməsi” hissəsi ilə bilavasitə bağlı olduğunu və iddianın həmin hissədə təmin edilmədiyi nəzərə alınaraq, iddia “mənəvi zərərin ödənilməsi” hissəsində də rədd olunmalıdır. 3.Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: Mülki işin materiallarında olan tibbi sənədlərdən (stasionardan çıxan pasientin statistik vərəqəsi, epikriz və s.) görünür ki, o, xx.xx.2019-cu il tarixində, saat 12:20-də “sağ bud sümüyü boynunun sınığı” diaqnozu ilə daxil olmuşdur. Daxil olarkən şikayəti sağ bud sümüyündə olan ağrılardan və ağrı ilə əlaqədar hərəkət məhdudluğundandır. xx.xx.2019- cu il tarixdə “Sağ bud çanaq oynağının total atroplastikası” cərahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat fəsadsız keçmişdir. Xəstəyə müvafiq təyinatlar verilərək xx.xx.2019- cu il tarixində yola salınmışdır. Son klinik diaqnoz: “Sağ bud sümüyü boyununun sınğı”; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X16” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 4042 saylı rəyinə əsasən, İddiaçı ATU-nun X11 tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, xx.xx.2019-cu il tarixdə onun üzərində “sağ bud çanaq oynağının total atroplastikası” cərahiyyə əməliyyatı icra edilmişdir. İddiaçı təyin edilmiş “sağ bud sümüyünün boyunun sınığı” diaqnoza uyğun olaraq onun üzərində cərahiyyə əməliyyatın aparılmasına tibbi göstəriş olmuşdur. Əməliyyat taktiki və texniki cəhətdən düzgün icra edilmişdir. İddiaçı mütəxəssis müayinəsinə əsasən, onda ətraflar arasında uzunluq fərqi qeyd olunur (təqribən 1 sm). Kompüter tomoqrafiya və rengenoloji müayinələr zamanı qoyulmuş implantın vəziyyəti qənaətbəxşdir. Atsetabular komponent spongioz vint ilə bərkidilmişdir. İnklinasiya təqribən 50 dərəcədir. İmplantlar sementsiz olaraq yerləşdirilmişdir. Femoral komponentinin duruşu qənaətbəxşdir, anteversiya uyğundur. Femoral komponentin ölçüsü uyğundur. Ümumilikdə implantların ətrafında sümük rezorbasiyası qeyd edilmir. Sağ aşağı ətrafda hərəkət zamanı olan ağrıların səbəbi iliotibial trakda olan gərginlik və əzələ zəifliyi ilə əlaqələndirilə bilər. İddiaçı müalicəsinə sərf olunacaq vəsaitgin təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyildir. İddiaçı əməliyyatdan sonrakı dövrə aid reabilitasiya və digəör tibbi xidmətlər davam etdirilməlidir. Bu da Azərbaycan Respublikasında fəaliyyət göstərən tibb müəssisələrində mümkündür;- Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X16” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 1986 saylı rəyinə əsasən, 1972-ci təvəllüdlü İddiaçı ətraflar arasında təqribən 1 sm uzunluq fərqi qeyd olunur. Ona təyin edilmiş “Sağ bud sümüyünün boynunun sınığı” diaqnozuna uyğun olaraq onun üzərində cərahiyyə əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur. Əməliyyat taktiki və texniki cəhətdən düzgün icra edilmişdir. Ətraflar arasında yaranmış uzunluq fərqi cərrahiyə əməliyyatı ilə deyil, travmanın xarakteri ilə əlaqədar olmuşdur( iş səh 14-58, 159-164) Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 4.İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-122/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 41, 60, 71, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1, 21, 14.2.6, 1112, 1118, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 15, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 64, 89.1, 97.1, 103, 175.1, 175.2, 207, 357.1, 384, 385, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 7, 20-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertizaların hər ikisinin rəyi qərəzlidir, belə ki dövlətin nəzdində olan X12 həyata keçirdiyi əməliyyatın düzgün aparılıbaparılmaması və ümumiyyətlə onların ziyanına yönəlik hər hansı bir rəy verilməsi ağlabatan deyil. Belə ki, iş materiallarına əlavə etdikləri İsrail və Almaniya dövlətlərinin professorlarının rəylərindən də bəlli olduğu kimi İddiaçı cərrahi əməliyyatın düzgün aparılmaması və bunun nəticəsində onun səhhətində ciddi problemlər yaranması və onun yenidən əməliyyat olunmasının vacibliyi bildirilmişdir. Almaniya və İsrail kimi inkişaf etmiş dövlətlərin həkim professorlarının rəyi ilə Azərbaycan Respublikasının həkimlərinin rəyi müqayisə edildiyi zaman təbii ki, Almaniya və İsrailin rəyləri üstün götürülməlidir. Bundan əlavə, birinci və sonuncu ekspert rəyləri dolğun və ətraflı olmamaqla həmçinin qərəzlidir. Almaniya və İsrail dövlətlərinin həkimlərinin verdiyi rəylərdən məlum olur ki, iddiaçının ayaqlarında 2.5 sm fərq vardır. “Məhkəmə-tibbi ekspertiza və X16” publik hüquqi şəxsi isə öz rəylərində əməliyyatın düzgün keçirildiyini, ayaqlarda isə 1 sm fərq olduğunu bildirmişdir. İddiaçı şəxsən özü məhkəmədə iştirak edir və onun ayaqlarında ciddi şəkildə uzunluq fərqi olduğu aşkardır. Ehtiyac olarsa, məhkəmə gedişatı zamanı da nəzərdən keçirilə bilər. Həmçinin sonuncu ekspert rəyində ekspert bildirir ki, iddiaçının ayağında yaranmış uzunluq fərqi aldığı zədə nəticəsində baş vermişdir. Sual yaranır, bəs o zaman əməliyyat necə uğurlu olub ki, iddiaçının ayağında belə zədə yaranmışdır. Göstərilən hallar bir daha sübut edir ki, ekspert rəyləri qərəzli və qeyri-dəqiqdir. Ona görə də kompleks ekspertizası və ya dövlətin nəzdində olmayan xüsusi ekspert və ya mütəxəssis rəyi tələb olunmuşdur. Ona görə də kompleks ekspertiza və ya mütəxəssis rəyi alınması üçün məhkəməyə müraciət etmişlər. Rəyi verən ekspert onu heç bir aparatla müayinə etmədən və yoxlanış keçirmədən rəy vermişdir. Guya hazırda yaşadığı problem əzələ boşluğu ilə bağlı ola bilər. Buna nə əsasında qərar verib bəlli deyil. Həmçinin ondan soruşduqda ki, bunu reabilitasiya ilə sovuşdurmaq mümkündürmü, o bildirmişdir ki, mümkün deyil. Müayinə zamanı bildirmişdir ki, əməliyyat texniki cəhətdən səhv icra olunmuşdur, ancaq ekspert rəyində bunun tam əksi qeyd edilib. Bundan əlavə, müayinə üçün ekspertin yanında olarkən o bildirmişdir ki, ayaqları arasında 2 sm fərq var. Lakin rəydə isə bunu 1 sm olaraq qeyd edib. Məhkəmənin qətnamə çıxararkən qərəzli mövqeyi və işə səthi yanaşmağı özünü qətnamənin 45-ci bəndində göstərir. Həmin hissədə qeyd olunur: “Məhkəmə hesab edir ki, iddia rədd olunduğu üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.” Halbuki, iddiaçı iddia ərizəsi üçün dövlət rüsumu ödəməmişdir. Qeyd edək ki, qətnamənin bu bəndinin hüquqi qüvvəsi belə yoxdur. İddiaçının cərrahi əməliyyatdan öncə razılığının alınmasına dair tərtib olunan sənədlərin surətlərinin təqdim olunması ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə Tibb Universitetinin X10 vəkil sorğusu göndərmişlər. Buna baxmayaraq, cavabdeh sorğuya cavab məktubu göndərməmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə Azərbaycan Tibb Universitetinin X10 müraciət etmiş, onu şöbə müdiri Cavabdeh2 müayinə edərək “sağ bud sümüyünün boynunun sınığı” diaqnozu qoymuş və xx.xx.2019-cu il tarixdə ümumi anesteziya altında qoyduğu diaqnoza görə “sağ bud-çanaq oynağının endoprotezləşməsi” cərrahi əməliyyatı etmişdir. Buna baxmayaraq, əməliyyat nəticəsi uğurlu olmamışdır. Belə ki, İddiaçı daimi ağrıları olmaqla əsadan istifadə edərək çətinliklə gəzir. Ayaqlarının uzunluğunda 3 sm qədər fərq vardır. İddiaçı əməliyyat olunduqdan sonra fəaliyyət qabiliyyəti məhdudlaşmışdır. Rahat hərəkət edə bilmir, oturmaqda, gəzməkdə olduqca çətinlik çəkir. Eyni zamanda “İnternational Medical Center2” Tibb müəssisəsinin mütəxəssisi, tibb elmləri doktoru X19 tərəfindən verilən 1094/23 nömrəli, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur: “sağtərəfli bud-çanaq total endoprotezləmə (4 il) əməliyyatından sonrakı vəziyyəti ağrı sindromu ilə ətrafın 3 (üç) sm qısalığı.” Xəstəliyin başlanma tarixi “4 il qabaq” göstərilmişdir. R-qrafik təhlillərdə: Zimmer firmasının endoprotezi qoyulub. Protezin baş komponentinin böyük olması səbəbindən ətrafın 3 sm uzun qalması müəyyən edilmişdir. Xəstəyə təkrar əməliyyat məsləhətdir.” Apellyasiya instansiyasında müəyyən edilən hallar və məhkəmə proses iştirakçılarının izahatları: 5.Mülki iş Bakı Apellyasiya Məhkəməsinin icraatında olarkən iddiaçı elektron məhkəmə informasiya sistemi vasitəsi ilə Zəfər Hospital tərəfindən tərtib edilmiş arayışı təqdim etmiş, arayışda qeyd edilmişdir ki, xx.xx.1972-ci il təvəllüdlü X14 xx.xx.2023-cü il tarixində “ Zəfəran Hospital”-a müraciət edərək travmatoloq müayinəsində keçmişdir. Diaqnoz : “ Sol bud-çanaq oynağının total artroplastikasından sonrakı vəziyyət”. Xəstə kliniki-rentgenoloji müayinəsindən keçdi, qoyulan endoprotezin texniki göstəricilərinə baxıldı, qoyulan endoprotezin baş və asetabulyar komponentin uyğunsuzluğu aşkarlandı. Təkrari əməliyyat məsləhət görülür.
6. Cavabdeh Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası tərəfindən iddiaçının apellyasiya şikayətinə yazılı etiraz təqdim olunmuş və iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-122/2023 saylı işi üzrə xx.xx.2023cü il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. 7.Mülki iş Bakı Apellyasiya Məhkəməsinin icraatında olarkən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə xətşünaslıq ekspertizası və Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən ( və zərurət yarandığı təqdirdə digər qurumlardan) ixtisaslı mütəxəssislər cəlb edilməklə komission məhkəmə-tibb ekspertizasının təyin edilməsi qərara alınmışdır. 8.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş məktubunda İddiaçı xx.xx.2023-cü il tarixli qərardadda qoyulmuş suallara cavab verilməsi üçün məhkəmə tibbi ekspertizasından keçmədiyindən qərardadın icrasız olaraq geri qaytarıldığı qeyd edilmişdir. 9.Azərbaycan Respublikasının Məhkəmə Ekspertiza Mərkəzinin 4/1765 saylı işi üzrə 2 yanvar 2024-cü il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, ekspertizaya təqdim olunmuş xx.xx.2019cu il tarixli Cərrahi müdaxiləyə razılıq vərəqəsində “ Dövlətxanova Ulduz” əlyazmaları qarşısındakı imza; xx.xx.2019-cu il tarixli Tibbi xidmət müqaviləsində “ Xəstə yaxını” qrafasından aşağıda yerləşən “İmzası:” qrafasındakı imza- X9 tərəfindən imza olunmuşdur. 10.Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində İxtisaslı mütəxəssislər cəlb edilməklə komission-məhkəmətibbi ekspertizası təyin edilmişdir. 11.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi ekspertizası və Pataloji Anatomiya Birliyi” Pubik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş 275/KEŞ saylı məhkəmə -tibbi ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, 1972-ci il təvəllüdlü X5 adma tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə, iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: Elvina Yarmetovaya təyin edilmiş “Sağ bud sümüyünün boynunun sınığı” diaqnozuna uyğun olaraq onun üzərində cərrahiyyə əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur. Əməliyyat taktiki və texniki cəhətdən düzgün icra edilmişdir. Elvina Yarmetovanın mütəxəssis müayinəsi zamanı onda “Sağ bud-çanaq oynağının total endoprotezi. Hərəkət məhdudluğu. Postoperasion çapıq. Sol tərəfli başlanğıc hal koksartroz, kənarı osteofıtlər. Daimi ağrılar, axsama və yerişin çətinləşməsi. Ətraflar arasında yaranmış uzunluq fərqi”nin olduğu müəyyən edilmişdir ki, bu da cərrahiyyə əməliyyatı ilə deyil, travmanın xarakteri ilə əlaqədar olmuşdur. 12.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil3 məhkəmə vəsatətlər təqdim etmiş ilk vəsatətində iddiaçının cərrahi əməliyyatından öncə huşunun özündə olmasına baxmayaraq, özünün razılığının alınmadığını, iddiaçının bacısı X1 razılığ alındığını, əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 iddiaçının adekvat olmadığı üçün əməliyyatla bağlı bacısının razılığının alındığını bildirdiyini, cavabdehin iddiaçının adekvat olmadığını sadəcə sözlə ifadə etdiyini, ancaq həqiqətən də adekvat olmadığını sübut edə bilmədiyini qeyd etmiş, bundan başqa X6 şəxsiyyət vəsiqəsinin surətinin iddiaçının nümayəndəsi, eləcədə cavabdeh tərəfindən məhkəməyə təqdim edildiyini, hər iki surətə diqqətlə baxdıqda şəxsiyyət vəsiqəsinin hər iki surətinin də eyni olduğunu, həmin şəxsiyyət vəsiqəsinin surəti 2023cü ilə aid olduğunu və 2023-cü ilə aid olan şəxsiyyət vəsiqəsinin surətinin cavabdeh tərəfindən 2019-cu ilə aid sənədlər kimi təqdim edilməsinin də şübhə doğurduğu qeyd etmiş bütün dediklərinin nəzərə alınaraq X2 məhkəmə iclasına dəvət olunub şahid qismində dindirilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İkinci vəsatətində isə iş üzrə keçirilmiş sonuncu komission məhkəmə-tibbi ekspertizasının rəyindən tamamilə narazı olduğunu, ümumiyyətlə hazırkı iş üzrə 2 dəfə birinci instansiya məhkəməsində bir dəfə apellyasiya instansiyasında ekspertiza keçirildiyini, lakin hər 3 ekspert rəyində qoyulmuş suallara dolğun cavab verilmədiyini, iş materiallarında olan xarici tibb müəssisələrinin sənədlərinə ümumiyyətlə qiymət verilmədiyini, bundan əlavə sonuncu ekspertizanın keçirilməsində ekspert kimi qeyd edilmiş şəxslərin ümumiyyətlə iddiaçının canlı olaraq görmədən rəy verdiklərini qeyd etmiş, bu səbəbdən iş üzrə onların məhkəməyə təqdim etdiyi suallar da nəzərə alınmaqla təkrar məhkəmə-tibb ekspertizasının keçirilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Üçüncü vəsatətində isə sonuncu komission məhkəmə tibbi ekspertizası üzrə rəy vermiş ekspertlərin məhkəmə iclasına dəvət olunub şahid kimi dindirilməsini məhkəmə kollegiyasından xahiş etmiş, apellyasiya şikayətinə münasibətdə isə apellyasiya şikayətlərinin təmin edilməsini, həmçinin cavabdehlərdən birinin əməliyyatı icra edən həkim digərinin də əməliyyat olunduğu klinika olması səbəbindən vurulmuş ziyana görə məbləği onlardan müştərək qaydada tələb etdiyini bildimiş, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. 13.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Tibb Universitetinin X7 nümayəndəsi X20 iddiaçının nümayəndəsinin vəsatətlərinin tam əsassız olduğunu, hazırkı iş üzrə kifayət qədər ekspertiza keçirildiyini və iddiaçının belə vəsatətlər verməklə süni şəkildə məhkəmə prosesini uzatmağa cəhd etdiyi qeyd etmiş və bu səbəblərdən də vəsatətlərin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmiş, apellyasiya şikayətinə münasibətdə isə Klinikanın Azərbaycan Tibb Universitetinin bazasında fəaliyyət göstərdiyini, digər Cavabdeh2 birbaşa Klinikaya deyil, Azərbaycan Respublikası Tibb Universitetinə tabe olduğunu bildirmiş, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. 14.Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən Cavabdeh2 xəstənin oyanıq şəkildə əməliyyatxanaya aparıldığını, xəstəyə tək onun tərəfindən yox, anestezioloq tərəfindən də baxıldığını, iddiaçının bacısının əməliyyatın keçirilməsinə razılıq verdiyini, həmçinin bacısının həyat yoldaşının ondan xəstəyə baxıb əməliyyat etməsini xahiş etdiyini, onun da xəstəyə baxıb əməliyyat etdiyini, xəstənin birbaşa onlara gəlmədiyini, ilk növbədə Travmotologiya İnstitutuna getdiyini, orada yatıb, daha sonra onlara gətirildiyini, xəstənin özünə necə və hansı əməliyyat olunacağı ilə bağlı məlumatlı olduğunu,bütün xəstələrə məlumat verildiyini, əgər xəstə adekvat cavab vermirsə, onun birinci dərəcəli yaxının əməliyyata razılıq verə biləcəyini,əməliyyatdan sonra xəstənin ayaları arasında 2 sm-lik fərq ola biləcəyini, iddiaçı tərəfindən təqdim edilmiş digər həkimlərin verdiyi rəylərin əsassız olduğunu bildirmişdir. Apellyasiya baxışının hədləri: 15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya insyansiya məhkəməsinin mövqeyi: 16.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” 17.Məcəllənin 1096.1, 1096.2 və 1097.1-ci maddələrinin tələblərinə görə : Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 18.X3 Haqqında Azərbaycan Respublıkası Qanununun tələbrəinə əsasən: 2 4 . Pasiyentin: təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla həkimin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək; sanitariya-gigiyena tələblərinə uyğun olan şəraitdə müayinə və müalicə olunmaq; stasionar müalicə olunduğu tibb müəssisəsinin mütəxəssislərinin iştirakı ilə konsilium və məsləhətləşmələr aparılmasını tələb etmək; tibbi yardım üçün müraciət faktını, müalicə, sağlamlıq vəziyyəti, xəstəliyin diaqnozu barəsində, eləcə də müayinə və müalicə zamanı əldə edilən digər məlumatları ətrafdakılardan gizli saxlamaq;tibbi müdaxiləyə şifahi və ya yazılı könüllü razılıq vermək; tibbi müdaxilədən imtina etmək; hüquq və vəzifələri haqqında, sağlamlığının vəziyyəti barədə məlumat almaq və öz mənafeyi baxımından bu məlumatı vermək mümkün olan şəxsi seçmək; daxili qaydalar pozulmamaq şərtilə xəstəxanada dini mərasimin icra edilməsi üçün ayrıca yerlə təmin olunmaq hüququ vardır. Pasiyentin hüquqları pozulduqda, o, müalicə-profilaktika müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və ya qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. 3 3 . Vətəndaşlara təcili və təxirəsalınmaz tibbi yardım təcili tibbi müdaxilə tələb edən hallarda (bədbəxt hadisələr, travmalar, zəhərlənmələr və digər xəstəliklər) mülkiyyət formasından asılı olmayaq təcili yardım tibb müəssisələri, eləcə də qanunvericilikdə müəyyən edilmiş qaydada ilkin tibbi yardım etməyə borclu olan şəxslər tərəfindən göstərilir. Dövlət tibb müəssisələrində təcili və təxirəsalınmaz tibbi yardım “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Özəl tibb fəaliyyəti subyektlərinin “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-19-cu maddəsinə əsasən tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlayıb-bağlamamasından asılı olmayaraq ehtiyacı olan şəxslərə göstərilən təcili tibbi yardıma görə ödəniş göstərilən tibbi xidmətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tariflərə uyğun olaraq icbari tibbi sığorta vəsaitləri hesabına həyata keçirilir. 19.Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Mülki Məcəllnin 21, 324, 385-390, 560, 1096, 1097, 1112; "İnsan Hüquqlarının və X15 Haqqında Konvensiya"nın 41; Mülki Prosesual Məcəllənin 14.2, 76, 77, 80-82, 88, 119, 216, 217.4, 218.3, 220, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, Apellyasiya şikayətinin və iddianın dəlili ilə yalnız iş üzrə ekspert rəylərinə - onların məzmun uyğunluğu baxımından sübutların mötəbərliyi müstəvisində qiymət verilməli olduğundan, apellyasiya icraatı zamanı da təyin edilmiş ekspertizanın nəticəsi üzrə də cavabdehlərin mülki məsuliyyətini müəyyən edən hallar aşkar edilməmişdir. Kollegiya diqqətə çatdırır ki, iş üzrə mövcud olan faktlar üzrə nəticələr müəyyən (təmin) edilmiş sübutlarla təsdiq edilmir. Tələbin yönəldiyi cavabdehlər tərəfindən vətəndaşın narazılığına və iddianın verilməsinə səbəb olan sübutların (rəylərin) sahəvi qanunvericiliyin tələbinə müvafiq mötəbərliyi və ziddiyyətsizliyi sübutetmə vəzifəsinə müvafiq iddiaçı tərəfindən sübuta yetirilməmiş, yalnız ehtimal edilmiş subyektiv mülahizələr irəli sürülmüşdür. 20.Diqqətə çatdırılmalıdır ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş dayanıqlı əsaslara uyğun həyata keçirilməli və hüquqdan sui-istifadəyə şərait yaradaraq digər şəxslərin hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. 21.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 22.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 23.Beləliklə, cavabdehlərin tibbi xidmətin göstərilməsində qüsurlu fəaliyyəti, habelə onları hərəkət (hərəkətsizliyi) nəticəsində maddi və mənəvi ziyan vurulması aşkar edilmədiyindən iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Apellyasiya şikayəti əsassız olduğundan məhkəmə (ekspertiza) xərci iddiaçının özünə aid edilməlidir. 24.Göstərilənlərə əsasən və MPM-in 2, 8-14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin . Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 122/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş 22 yanvar 2024-cü il tarixli, 4/1765 nömrəli ekspert rəyinin dəyəri olan 138 (yüz otuz səkkiz) manat iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verlə bilər.