Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3768/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X6 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-2923/2019 saylı qətnaməsindən cavabdeh Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi X1rşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Ləğv prosesində olan “xxxxxxxxx” ASC cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixdə onunla "xxxxxxxxx" ASC-nin Əməliyyat İdarəsi filialı arasında bağlanmış 051T03170039 nömrəli kredit kartın verilməsi və istifadəsi müqaviləsi üzrə öhdəliklərinə xitam verilmiş hesab edilməsi, xx.xx.2017-ci il tarixdə onunla "xxxxxxxxx" ASC-nin Əməliyyat İdarəsi filialı arasında bağlanmış 051T03170039 nömrəli kredit kartın verilməsi və istifadəsi müqaviləsi üzrə hesablanmış əsas borc, faiz borcu və cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixdə onunla “xxxxxxxxx” ASC-nin Əməliyyat İdarəsi filialı arasında bağlanmış 051T03170039 nömrəli kredit kartın verilməsi və istifadəsi müqaviləsinə xitam verilməsi və həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilmiş hesab edilməsi, xx.xx.2017-ci il tarixdə onunla “xxxxxxxxx” ASC-nin Əməliyyat İdarəsi filialı arasında bağlanmış 051T03170039 nömrəli kredit kartın verilməsi və istifadəsi müqaviləsi üzrə hesablanmış əsas borc, faiz borcu və cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, xx.xx.2017-ci il tarixdə iddiaçı ilə “xxxxxxxxxx” ASC-nin Əməliyyat İdarəsi filialı arasında bağlanmış 70399560-4 nömrəli “göy əmanət” adlı müddətli bank əmanəti müqaviləsinə əsasən illik 3% olmaqla xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 15.000 ABŞ dolları məbləğində pul iddiaçı tərəfindən “xxxxxxxxx” ASC-də açılmış AZ76AZER**********04USD41120 nömrəli depozit hesabına qoyulmuşdur. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən əmanət “Əmanətlərin sığortalanması haqqında” Qanuna əsasən Fond tərəfindən sığortalanmışdır. xx.xx.2017-ci il tarixdə iddiaçı ilə “xxxxxxxxxx” ASC-nin Əməliyyat İdarəsi filialı arasında bağlanmış 051T03170039 nömrəli kredit kartın verilməsi vəistifadəsi üzrə müqaviləyə əsasən Bank tərəfindən iddiaçıya illik 8% olmaqla xx.xx.2017- ci il tarixdən xx.xx.2018-ci il tarixədək 11.000 ABŞ dolları məbləğində kredit xətti açılmış və 051T03170039 nömrəli xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi iddiaçı ilə “xxxxxxxxxx” ASC-nin Əməliyyat İdarəsi filialı arasında xx.xx.2017-ci il tarixli, GM1-051T03170039 nömrəli girov müqaviləsinə əsasən “xxxxxxxxx” ASC-də açılmış AZ76AZER**********04USD41120 nömrəli depozit hesabına qoyulmuş 15.000 ABŞ dolları məbləğində pul Banka girova qoyulmuşdur. Azərbaycan Respublikasının Maliyyə X4 Direktorlar Şurasının 2017-ci il 22 dekabr tarixli qərarına əsasən “xxxxxxxxx” ASC-nin lisenziyası dekabrın 23-dən etibarən ləğv edildikdən sonra iddiaçı da digər əmanətçilər kimi Banka gedərək depozit hesabında olan əmanətini götürmək istəmiş və bu zaman Bank əməkdaşları tərəfindən iddiaçıya xx.xx.2017-ci il tarixdə iddiaçı ilə “xxxxxxxxxx” ASC-nin Əməliyyat İdarəsi filialı arasında bağlanmış 051T03170039 nömrəli kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən açılmış 11.000 ABŞ dolları məbləğində kredit xətti üzrə götürdüyü məbləğin xx.xx.2017-ci il tarixdə iddiaçı ilə “xxxxxxxxxx” ASC-nin Əməliyyat İdarəsi filialı arasında bağlanmış 70399560-4 nömrəli “göy əmanət” adlı müddətli bank əmanəti müqaviləsinə əsasən “xxxxxxxxx” ASC-də açılmış AZ76AZER**********04USD41120 nömrəli depozit hesabına qoyulmuş 15.000 ABŞ dolları məbləğində puldan çıxılacağı bildirilmişdir. İddiaçı da öz növbəsində deyilənlərlə razılaşaraq qısa müddət ərzində əvəzləşdirilmənin aparılmasını və qalıq məbləğin ödənilməsini xahiş etmişdir. xx.xx.2018-ci il tarixdə Bank əməkdaşları iddiaçıya “xxxxxxxxxxxx” ASC-nin bank kartını verərək kompensasiyanın həmin kart hesabına köçürüldüyünü bildirdilər və iddiaçı da Bank əməkdaşları tərəfindən təqdim edilmiş kart vasitəsi ilə “xxxxxxxxxxxx” ASC-nin bankomatından 7.498 manat, yəni dolların manata olan məzənnəsi üzrə (7.498 : 1.70) 4.410 ABŞ dolları məbləğində pulu hesabdan çıxartmışdır. Götürdüyü məbləğdən başa düşmüşdür ki, kredit xətti üzrə götürdüyü 11.000 ABŞ dolları əsas borc və onun faizləri "xxxxxxxxx" ASCdə açılmış AZ76AZER**********04USD41120 nömrəli depozit hesabında olan 15.000 ABŞ dolları məbləğində puldan silinməklə tam şəkildə şəkildə əvəzləşdirilmişdir. Bundan sonra nə iddiaçının Banka qarşı, nə də aşağıda qeyd edilən məktuba qədər Bankın iddiaçıya qarşı heç bir şifahi və ya yazılı tələbi olmamışdır. Lakin bütün hadisələrin baş verməsindən xeyli müddət sonra xx.xx.2018-ci il tarixdə iddiaçının ünvanına “xxxxxxxxx” ASCnin ləğvedicisi X2 Kreditlərin İdarə edilməsi Departamentinin direktoru cənab Aslan Rəhimov tərəfindən imzalanmış **********349 nömrəli, xx.xx.2018-ci il tarixli məktub daxil olmuşdur. Qeyd edilən məktubda LPO “xxxxxxxxxx” ASC ilə iddiaçının arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit verilməsi haqqında müqaviləyə əsasən Bank tərəfindən iddiaçıya illik 8 faiz ödənilməsi şərti ilə 11 ay müddətinə 11.000 ABŞ dolları məbləğində kredit verildiyi, lakin qeyd olunan kredit müqaviləsinin tələbləri iddiaçı tərəfindən pozularaq kredit ödənişləri qrafikə uyğun həyata keçirilmədiyi, bununla da kredit öhdəliklərinin lazımınca icra edilmədiyi, bunun nəticəsində iddiaçının xx.xx.2018-ci il tarixinə Banka 10.970,60 ABŞ dolları məbləğində əsas borc, 741,13 ABŞ dolları məbləğində faiz borcu, 665,49 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 12. 377,22 ABŞ dolları borcunun qaldığı və borclarını ödəməkdən qəsdən yayınmasının, son nəticədə cinayət məsuliyyətinə cəlb olunması ilə nəticələnə biləcəyi göstərilmişdir. “xxxxxxxxx” ASC-nin ləğvedicisi X2 Kreditlərin İdarə edilməsi Departamentinin direktoru cənab Aslan Rəhimov tərəfindən imzalanmış **********349 nömrəli, xx.xx.2018-ci il tarixli məktubda göstərilənlər qətiyyən həqiqəti əks etdirməməklə yanaşı, həmçinin iddiaçının hüquqlarının pozulmasına da səbəb olur. Bu səbəbdən də iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixli məktubla “xxxxxxxxx” ASC-nin ləğvedicisi X3 müraciət olunaraq X2 Kreditlərin İdarə edilməsi Departamentinin direktoru cənab Aslan Rəhimov tərəfindən imzalanmış **********349 nömrəli, xx.xx.2018-ci il tarixli məktubunda yazılanların araşdırılmasını, əgər iddiaçının həqiqətən Banka ümumilikdə 12.377,22 ABŞ dolları borcunun olduğu təqdirdə nə səbəbdən iddiaçıya “xxxxxxxxx2 ASC-də açılmış AZ76AZER**********04USD41120 nömrəli depozit hesabına qoyulmuş 15.000 ABŞ dolları məbləğində iddiaçının pulunun tam ödənilməməsi və iddiaçıdan tutulmuş 131,46 manat və 10.954,2 ABŞ dolları məbləğində pulun hansı səbəbdən tutulması barədə məlumat verilməsini, iddiaçının borcu olmadığı təqdirdə isə bu barədə iddiaçıyaBank tərəfindən müvafiq arayışın verilməsi xahiş edilmişdir. Cavabdeh “xxxxxxxxx” ASC-nin ləğvedicisi X2 icraçı direktorunun müavini, icraçı direktor vəzifəsini müvəqqəti icra edən cənab Vüqar Abdullayev tərəfindən imzalanmış, iddiaçının tələbinə növbəlilik çərçivəsində baxılacağı, xx.xx.2019-cu il tarixinə qeyd olunan kredit üzrə iddiaçının ləğv prosesində olan “xxxxxxxxx” ASC-yə 12.664,90 ABŞ dolları borc öhdəliyinin olması barədə ümumi cümlələrdən ibarət **********641 nömrəli, xx.xx.2019-cu il tarixli cavab məktubu göndərilmişdir. Həmin cavab məktubundan göründüyü kimi iddiaçının xx.xx.2018-ci il tarixli məktubda qoyduğu suallara və etdiyi müraciətə ümumiyyətlə cavab verilməmişdir. Həmçinin göründüyü kimi iddiaçı üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirdiyi halda, guya iddiaçının borc öhdəliyinin artaraq 12.377,22 ABŞ dolları məbləğdən artaraq, xx.xx.2019-cu il tarixinə 12.664,90 ABŞ dolları məbləğinə yüksəlmişdir. Cavabdeh “xxxxxxxxx” ASC-nin ləğvedicisi X2 üzərinə düşən vəzifəni verinə yetirmək niyyətinin olmadığını müəyyən etdikdən sonra iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Görünüdüyü kimi xx.xx.2017-ci il tarixdə iddiaçı ilə “xxxxxxxxxx” ASC-nin Əməliyyat İdarəsi filialı arasında bağlanmış 051T03170039 nömrəli kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən açılmış 11.000 ABŞ dolları məbləğində kredit xətti üzrə götürdüyü məbləğ xx.xx.2017-ci il tarixdə iddiaçı ilə “xxxxxxxxxx” ASC-nin Əməliyyat İdarəsi filialı arasında bağlanmış 70399560-4 nömrəli “göy əmanət” adlı müddətli bank əmanəti müqaviləsinə əsasən “xxxxxxxxx” ASC-də açılmış AZ76AZER**********04USD41120 nömrəli depozit hesabına qoyduğu 15.000 ABŞ dolları məbləğində puldan tam şəkildə əvəzləşdirildiyindən iddiaçı xx.xx.2017-ci il tarixli, 051T03170039 nömrəli kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini tam şəkildə icra etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-2923/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, “xxxxxxxxxx” ASC-nin Əməliyyat İdarəsi filialı ilə İddiaçı arasında imzalanmış xx.xx.2017-ci il tarixli 051T03170039 saylı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə (fiziki şəxslər üçün) xitam verilməsi, həmin müqavilə üzrə İddiaçı öhdəliklərinin yerinə yetirilmiş hesab edilməsi və həmin müqavilə üzrə İddiaçı hesablanmış bütün borc məbləğlərinin silinməsi qət edilmişdir. Qətnamədən cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-2923/2019 saylı qətnaməsinin bütovlükdə ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, qeyd olunan qətnamə ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ünvanına xx.xx.2019 tarixdə daxil olmuşdur. Hesab edirik ki, qətnamə qanunsuz və əsassız olduğuna görə ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə iddianı təmin edərkən qətnamədə qeyd etmişdir: “İş materiallarından göründüyü kimi, əmanət üçün illik 3 faiz dərəcəsi müəyyən edilmişdir. Həm qanunvericiliyin qeyd olunan tələbləri baxımından, həm də X2 Himayəçilik Şurasının müvafiq qərarına əsasən məhkəmə hesab edir ki, iddiaçının əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir, ona görə də tam şəkildə kompensasiya olunmalıdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ilkin olaraq əmanət məbləğinin qorunan əmanət kimi hesab edilməsi, bir hissəsinin qaytarılması və bir hissəsinin iddiaçının kredit borcu iiə əvəzləşdirilməsi qanuni və əsaslıdır. Hazırda əmanət məbləğinin qorunmayan əmanət hesab olunması və onun kredit məbləğinin təminatı kimi kredit borcu ilə əvəzləşdirildikdən sonra yenidən kredit borcunun iddiaçıdan tələb edilməsi əsassızdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı, cavabdeh Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi X2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin nümayəndələri məhkəməyə gəlməmiş və gəlməməklərinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-2923/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi ilə qəbul olunmuşdur. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plunumunun xx xxxx 2017-ci il tarixli qərarında qeyd olunur ki, müraciətdə qeyd edildiyi kimi, təcrübədə ləğvetmədə olan banklara qarşı qiymətləndirilən iddialar ilə yanaşı, digər tələblər də (məsələn ipoteka (girov) müqaviləsinin tam və ya qismən etibarsız hesab edilməsi, ləğv edilməsi və s.) irəli sürülür. Bu tələblərin “Banklar haqqında” Qanunla tənzimlənən və irəli sürülməsinin xüsusi qaydası müəyyən olunan tələblərə aid olub-olmamasına dair məsələyə gəldikdə, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Qanunvericiliyin tələblərinə görə, Azərbaycan Respublikasının ərazisində yalnız hüquqi şəxslər (və ya xarici hüquqi şəxsin filialları) bank fəaliyyəti ilə məşğul olmaq səlahiyyətinə malikdirlər. Mülki Məcəllənin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Mülki Məcəllənin 44.1-ci maddəsinə müvafiq olaraq, hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir. Həmin Məcəllənin 59.4-cü maddəsinə görə, hüquqi şəxsin ləğv edilməsi əsaslarından biri də onun müflis olmasıdır. Bu müddəanın mənasından göründüyü kimi, hüquqi şəxsin müflis elan edilməsi hələ onun müflis olması və ya ləğv edilməsi demək deyil, hüquqi şəxs iflas prosedurunun başa çatması ilə müflis hesab edilir və bu cür prosedurun hüquqi nəticəsi olaraq bank ləğv edilir. Mülki Məcəllənin 60.2 və 61.7-ci maddələrinə uyğun olaraq, hüquqi şəxsin mövcudluğuna son qoyulma anına qədər hüquqi şəxs hüquq qabiliyyətini saxlayır, hüquqi şəxsin, konkret halda bankın müflis elan edilməsi bank fəaliyyəti ilə məşğul olan qurumun hüquq qabiliyyətini dayandırmır, yəni müflis elan olunmuş bank qurumu iflas proseduru çərçivəsində hüquqi şəxs kimi fəaliyyətini davam etdirir. “Banklar haqqında” Qanunun 62-ci maddəsinin tələblərinə əsasən, bank barəsində iflas proseduruna başlanılması üçün bu Qanunun 61-ci maddəsində nəzərdə tutulan əsaslar mövcud olduqda nəzarət orqanı tərəfindən bankın lisenziyası ləğv edildikdən sonra bank barəsində iflas proseduruna başlanılmasına dair ərizə məhkəməyə təqdim edilir. “Banklar haqqında” Qanunun 71-ci maddəsində ləğvedicinin statusu, hüquq və vəzifələri, iflas prosedurunda ləğvedicinin fəaliyyətinin hüquqi əsasları müəyyənləşdirilmişdir. Qanunun yuxarıda sadalanan müddəalarında bankın iflas prosedurunda göstərilməli olan fəaliyyət, ləğvedicinin üzərinə düşən vəzifələr və malik olduğu hüquqlar, iflas prosedurunda (ləğv prosesində) məhkəmə nəzarətinin hədləri və prosessual əsasları nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilən hüquq normalarının mənası baxımından hesab edir ki, bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsin hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır. Bu baxımdan bankın müflis elan olunmasına dair qərarın qəbul olunması banka qarşı mövcud iddialar üzrə icraatın Mülki Prosessual Məcəllənin 254-cü maddəsinə müvafiq olaraq dayandırılmasını deyil, hüquqi şəxsi məhkəmədə təmsil etməli olan səlahiyyətli orqanın (şəxsin) məhkəmə icraatında iştirakını prosessual cəhətdən təmin etmək məqsədini daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq hesab edir ki, iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin 254cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu kateqoriyadan olan işlərə bank fəaliyyətini həyata keçirdiyi və ya müflis elan olunduqdan sonra, iflas prosesində olan zaman banka qarşı kreditor tələbləri, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil deyil. Kollegiya hesab edir ki, iddia tələbi ona cavab verməli olan Ləğv prosesində olan “xxxxxxxxx” ASC-yə deyil, iddiaya cavab verməli olmayan “xxxxxxxxx” ASC-nin ləğvedicisi X1rşı yönəlmişdir. Yəni, bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsin hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır. Bu baxımdan bankın müflis elan olunmasına dair qərarın qəbul olunması banka qarşı mövcud iddialar üzrə icraatın hüquqi şəxsi məhkəmədə təmsil etməli olan səlahiyyətli orqanın (şəxsin) məhkəmə icraatında iştirakını prosessual cəhətdən təmin etmək məqsədini daşıyır. Buna görə də, iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu kateqoriyadan olan işlərə bank fəaliyyətini həyata keçirdiyi və ya müflis elan olunduqdan sonra, iflas prosesində olan zaman banka qarşı kreditor tələbləri, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil deyil. Qeyd olunanlara qarşı kollegiya hesab edir ki, iddia tələbi ona cavab verməli olmayan şəxsə qarşı yönəldiyindən, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-2923/2019 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2(103)-3768/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3768/2020
10.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver