Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3769/2025 08.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: paylı mülkiyyətdə olan əşyanın (torpaq sahəsinin) real bölgüsünün aparılması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-364/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 1 ünvanı ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh xüsusi mülkiyyətindədir.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli saylı ekspert rəyinəndən görünür ki, tədqiq olunan həyətyanı torpaq sahəsində yerləşən bağ evinin yaşayış üçün yararsız olduğunu nəzərə alaraq bağ evinin bölgüsü ilə bağlı tədqiqat aparılmadı. Həmçinin rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, ünvan 2 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin tərəflərin ½ payına uyğun naturada bölünməsinin “Məhkəmə tikintiX3 metodaları”-nın və Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1- nin “Şəhər, qəsəbəs və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçəsi və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Torpaq sahəsinin bölgüsünün hansı qaydada aparılması rəyə əlavə edilmiş sxemdə göstərilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əşyanın (torpaq sahəsinin) real bölgüsünün aparılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən paylı mülkiyyətdə olan ümumi sahəsi 0.12 ha torpaq sahəsinin paylara uyğun real bölgüsünün aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanda yerləşən 0,12 ölçüdə torpaq sahəsi cavabdehlə onun hərəsinə ½ pay olmaqla paylı mülkiyyətindədir. Hər ikisinin payları bərabər, hüquqları eyni olsa da, cavabdeh onun həmin torpaqdan istifadə etməyinə imkan vermir, bəhanə edir ki, payının ümumi sahəsinin hansı tərəfində olduğu müəyyən edilməyib. O, paylarını öz arlarında bölmək barədə təklif etsə də, cavabdeh buna da razılıq vermi ki, cavabdehin bu hərəkəti onun əmlak hüququnun pozulması kimi qiymətləndirilməlidir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3 oktyabr 2023-cü il tarixli saylı ekspert rəyində qeyd olunmuşdur ki, tədqiq olunan həyətyanı torpaq sahəsində yerləşən bağ evinin yaşayış üçün yararsız olduğunu nəzərə alaraq bağ evinin bölgüsü ilə bağlı tədqiqat aparılmadı. Həmçinin rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, ünvan 4 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin tərəflərin ½ payına uyğun naturada bölünməsinin “Məhkəmə tikinti-X3 metodaları”-nın və Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçəsi və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Torpaq sahəsinin bölgüsünün hansı qaydada aparılması rəyə əlavə edilmiş sxemdə göstərilmişdir.
6. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-364/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddianın təmin edilməsi, ünvan 2 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin İddiaçı, Cavabdeh hər birinin ½ hissə-1200,0 ümumi (600 kv.metr) ibarət payı naturada ayrılmaqla bölünməsi, İddiaçı düşən 600 kv.metr torpaq sahəsinin sxemdə göstərilən torpaq sahəsinin eni 22.82 m, uzunluğu isə soldan 21.53 m müəyyən edilməsi, Cavabdeh düşən 600 kv.metr torpaq sahəsinin sxemdə göstərilən torpaq sahəsinin eni 20.02 m, uzunluğu isə soldan 31.16 m və sağdan 28.09 m müəyyən edilməsi, yaşayış evi ilə küçəni birləşdirən, piyadalar üçün nəzərdə tutulan yolun eni 1,5 metr, hərəkət (avtomobil) yolunun eni isə 2,75-3,0 metr aşağı olmasının nəzərə alınması, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsaitin İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.4, 178.8-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində icraat
8. Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsinə, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun Konstitusiyada təsbit edilmiş mülkiyyət hüququnun pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə onun mülkiyyətindən istifadəni maneəsiz həyata keçirməyi, naturada bölünərkən bərabərliyin və iradə sərbəstliyinin qorunması prinsiplərini gözləməmişdir. Məhkəmə payları ayırarkən onun mülkiyyət hüquqlarından doğan məqsədinə uyğun bölgü aparmamışdır. Belə ki, mübahisə predmeti olan torpaq sahəsinin içərisində qeydiyyata alınmış, ümumi sahəsi 19.40 kv.m. olan və əlavə tikililərdən ibarət olan bağ evi mövcuddur və həmin bağ evinə mülkiyyət hüququ ləğv edilməmişdir. Həmin bağ evinin bir tərəfi iddiaçının təqsiri ucbatından yararsız hala düşmüşdür. Ekspert rəy verərkən bağ evinin yararsız olduğunu əsas gətirərək, bölgünün aparılmasının mümkün olmadığı qənaətinə gəlmişdir. Halbuki, mülkiyyət hüququnun qeydiyyata alındığı bağ evinin istifadəyə yararsız olması, onun naturada bölünməsinə və ya bölünməməsinə əsas ola bilməz. Məhkəmə Ekspertiza Mərkəzinin rəyində ancaq 1200,0 kv.m. torpaq sahəsinin naturada bölünməsi barədə rəy verilib və məhkəmə məhz torpaq sahəsinin bağ evinin yerləşdiyi hissəsi (torpaq sahəsinin eni 22,82 m, uzunluğu isə soldan 21,53 m müəyyən edilməsi) İddiaçı mülkiyyətinə verilməsi barədə qanunsuz və əsassız qətnamə qəbul edib. Bunun nəticəsində onun 0,12 ha torpaq sahəsində yerləşən bağ evinə mülkiyyət hüququ əlindən alınmışdır. Onu da qeyd edib ki, məhkəmənin qətnaməsinə əsasən iddiaçının mülkiyyətinə ayrılan torpaq sahəsində "xxxx" MMC-yə (Bakcell) məxsus ötürücü antena stansiyası tikilmişdir və "xxxx" MMC ilə X4 arasında bağlanmış qanunsuz müqaviləyə əsasən Abdullayeva (Məmmədova) Nazilə torpaqdan istifadəyə görə "xxxx" MMC-dən icarə haqqı alır. Bu da onun mülkiyyət hüququnun və mülkiyyətdən istifadə və sərəncam hüququnun pozulması ilə nəticələnmişdir. Binəqədi rayon Məhkəməsi prosessual hüquq normalarının tələblərini pozaraq sübutlara düzgün qiymət verməmiş, işin hallarını düzgün qiymətləndirməmiş, onun mülkiyyət hüququnun pozulmasına gətirib çıxaran qətnamə qəbul etmişdir.
10. Məhkəmə tərəfindən iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və bağ evi nəzərə alınmaqla torpaq sahəsinin paylara uyğun bölünmsəinin mümkünlüyü barədə sual qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEMnin 11 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/1741 nömrəli rəyində qeyd olunmuşdur ki, ünvan 5 ünvanında yerləşən sahəsi 19,4 kv.m təşkil edən bağ evinin faktiki vəziyyətdə yarı sökülmüş vəziyyətdə olmaqla yaşayış üçün yararsız olduğu (damının, pəncərələrinin, qapılarının, divarlarının bir hissəsinin söküldüyü) müəyyən olundu. Odur ki, həmin bağ evinin 1/2 pay üzrə bölgüsünün aparılmasının mümkün olub–olmaması üzrə tədqiqat aparmaq mümkün olmadı. Həmçinin qeyd olunmuşdur ki, evin yerləşdiyi 0,12 ha torpaq sahəsinin bölgüsünün hansı qaydada aparılması ilkin ekspertiza rəyinə əlavə olunmuş sxemdə ətraflı göstərilmişdir.
11. Məhkəmə mütəxəssisin iştirakı ilə mübahisəli torpaq sahəsinə yerində müayinə keçirilməsini qərara almış və mütəxəssi qismində “X2” MMC-dən mütəxəssis cəlb etmişdir.
12. “X2” MMC tərəfindən tərtib olunmuş 27 sentyabr 2024-cü il tarixli, 140 nömrəli mütəxəssis rəyində qeyd olunmuşdur ki, ünvan 4 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin tərəflərin paylarına uyğun naturada (real) 2 bərabər hissəyə bölünməsi texniki cəhətdən mümkündür. Bunun üçün torpaq sahəsinin texniki pasport üzrə şimalşərqində nəzərdə tutulmuş 22,82 metr ölçüdə olan sərhəd hasarı çəkilməli, sərhəd hasarı üzərində giriş-çıxış üçün qapı (darvaza) quraşdırılmalı, 22,82 metr ölçüdə olan sərhəd hasarının şimal-qərbindən cənub-qərbə doğru istiqamətdə 25,57 metr ölçüdə ikinci sərhəd hasarının balanğıc nöqtəsi və 22,82 metr ölçüdə olan sərhəd hasarının şimal-şərqindən cənub şərqə doğru istiqamətdə 26,41 metr ölçüdə ikinci sərhəd hasarının son nöqtəsi qoyulmalı və bu nöqtələr arası 22,71 metr ölçüdə ikinci hasarı çəkilməlidir. ünvan 4 ünvanında yerləşən, texniki pasport üzrə sahəsi 19.4 kv.m. olan “A” literli bağ evinin əksər hissəsinin söküldüyünü və bununla da, bağ evinin yaşayış üçün yararsız vəziyyətdə olduğunu nəzərə alaraq, həmin bağ evinin tərəflərinin ½ payına uyğun naturada (real) bölgüsünün mümkün olub-olmamasının müəyyən edilməsinə dair tədqiqat aparılmadı.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər F.Qasımov (sədrlik edən və məruzəçi), G.Axundova və X. Sarıyev) 2(103)-1252/2024 nömrəli iş üzrə, 29 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilərək, ünvan 4 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin İddiaçı və Cavabdeh hər birinin ½ hissə- 1200,0 ümumi (600 kv.m.) ibarət payı naturada ayrılmaqla bölünməsi, bağ sahəsinin tərəflərin payına uyğun naturada torpaq sahəsinin texniki pasport üzrə şimal şərqində nəzərdə tutulmuş 22,82 metr ölçüdə olan sərhəd hasarın çəkilməsi, sərhəd hasarı üzərində giriş-çıxış üçün qapının (darvaza) quraşdırılması, 22,82 metr ölçüdə olan sərhəd hasarının şimal-qərbindən cənub-qərbə doğru istiqamətdə 25,57 metr ölçüdə ikinci sərhəd hasarının başlanğıc nöqtəsi və 22,82 metr ölçüdə olan sərhəd hasarının şimal-şərqindən cənub-şərqə doğru istiqamətdə 26,41 metr ölçüdə ikinci sərhəd hasarının son nöqtəsinin qoyulması və bu nöqtələr arası 22,71 metr ölçüdə ikinci hasarı çəkilməsi, Cavabdeh ayrılmış torpaq sahəsinin koordinatları mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmiş qaydada eni şimal tərəfdən 22,82 metr, cənub tərəfdən 22,71 metr, uzunluğu sol tərədən 25,57 metr, uzunluğu sağ tərəfdən isə 26,41 metr, İddiaçı ayrılmış torpaq sahəsinin koordinatları mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmiş qaydada eni şimal tərəfdən 22,71 metr, cənub tərəfdən 23,25 metr, uzunluğu sol tərədən 27,11 metr, uzunluğu sağ tərəfdən isə 25,21 metr müəyyən edilməsi qət edilmişdir.
14. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2, 215.1, 220.1, 220.2, 220.3, 220.4, 220.5, 220.6-cı, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.1, 217.3, 384.0.3-cü maddələrinə istinad etmişdir.
Kassasiya instansiyası məhkəməsində icraat
15. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsi, işin faktiki halları tam, obyektiv və hərtərəfli araşdırılmadan qəbul edilmişdir. Məhkəmə, tərəflər arasındakı münasibətləri və torpaq sahəsinin bölgüsü ilə bağlı faktları düzgün qiymətləndirməmişdir. Belə ki, Binəqədi Rayon Məhkəməsi, torpaq sahəsinin ½ hissəyə bölünməsi və həmin sahənin hər iki tərəf arasında düzgün bölüşdürülməsi ilə bağlı düzgün qərar qəbul etmişdir. Həmçinin, məhkəmə, Cavabdeh İddiaçı torpaq sahəsindən istifadə etməsinə imkan verməməsi, yəni onun əmlak hüququnu pozması məsələsini də düzgün qiymətləndirmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsi işdə olan ekspertiza rəyinə istinad etmədən, ona sübut kimi qiymət verməyərək əsassız qətnamə çıxarmışdır. Bunun əvəzində heç bir əhəmiyyəti olmayan özəl qurumun mütəxəssisini məhkəmə iclasına dəvət etmiş və mütəxəssis rəyinə əsaslanaraq qanunvericiliyin tələblərinə zidd qətnamə qəbul edilmişdir. Baş vermiş hal iddiçı İddiaçı hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. İddiaçı payına düşən torpaq sahəsindən mobil operator antenn qülləsindən sonra gələn torpaq sahəsi dövlətə məxsus torpaq sahəsi olmaqla oradan yola heç bir çıxış hüququ yoxdur. Belə olduğu üçün məhz Binəqədi rayon məhkəməsi Məmmədov Əfraimin torpaq payının cənub hissəsindən İddiaçı piyada və maşın keçidi üçün yol ayırmışdır. Bakı Apellyasiya Məhkəməsinin müvafiq kollegiyası isə bu əhəmiyyətli halı nəzərə almamışdır.
17. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz göndərərək, qeyd etmişdir ki, iddiaçının cavabdehin payına düşən sahəyə giriş-çıxış, iddiaçının qeyd etdiyi dövlətə məxsus boş torpaq sahəsindən keçəcəksə, narahatlığına əsas yoxdur. Yəni, bu bölgü onun hüquqlarını pozmur. Cavabdeh kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Məhkəmə kollegiyası hesab etmişdir ki, torpaq sahələrindən birinə boş torpaq sahəsindən keçid yolu verilərkən həmin boş torpaq sahəsinin hüquqi statusunu, yəni, onun dövlət mülkiyyətində, bələdiyyə mülkiyyətində və ya hər hansı fiziki şəxsə ayrılıb-ayrılmaması istiqamətində araşdırma aparılmamış, bu barədə aidiyyəti dövlət qurumlarına sorğu göndərilməmiş və nəticədə həmin hissədən yol kimi istifadənin gələcəkdə üçüncü şəxslərin hüquqlarına müdaxilə edə bilməsinə şərait yaradan qətnamə qəbul edilmişdir.
19. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya məhkəməsi ekspertiza rəyləri ilə təklif edilən bölgü planlarının hansının daha əlverişli olduğunu, torpaq sahələrinə gediş-gəliş yolunun 3-cü şəxslərin hüquqlarına müdaxilə olmadan həmin torpaq sahəsinin özündən verilməsinin mümkünlüyünü tərəflərlə müzakirə etməmiş, nəticədə prosessual hüquq normalarının tələblərini pozmuşdur.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-769/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2(103)-1252/2024 saylı qənaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
21. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1, 220.2, 220.3, 220.4, 220.5, 220.6-cı, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.1, 217.3, 407.2, 416.1, 416.2, 418.3-cü maddələrinə istinad etmişdir.
Apellyasiya instansiya məhkəməsində icraat
22. Cavabdeh apellyasiya şikayətinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ərizəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasına dair, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli saylı ekspert rəyindəki bölgü sxemindən görünür ki, iddiaçı ilə paylı mülkiyyətində olan, uzunluğu təxminən 52,5 metr olan, eni isə 23,5 metr olan 0.12 ha torpaq sahəsi içəridən üç yerə bölünmüşdür və cavabdehin iddiaçı ilə üç tərəfdən hasar ilə qonşu ola biləcəyi göstərilmişdir. Bundan başqa bölgü sxeminə əsasən, iddiaçı ilə cavabdehin giriş çıxışı yanbayan, eyni yerdən və dar dalandan qoyulmuşdur. Bu da cavabdehin və iddiaçının qanuni mənafeyinə uyğun deyildir və iddiaçı ilə aralarında olan münaqişənin daha da dərinləşməsinə yol açacaq, həmçinin dar dalandan iki sahibin girib çıxmasında mübahisələrin yaranmasına gətirib çıxaracaqdır. Bundan başqa torpaq sahəsinin içərisində iddiaçı ilə aralarında üç tərəfdən hasar çəkilməsində də mübahisə yaranacaq və yeni məhkəmə mübahisələrinin yaranmasına səbəb olacaqdır. Ona görə də hesab edir ki, İddiaçı ilə paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən uzunluğu 52,15 metr olan, eni isə 23 metr olan 0,12 ha torpaq sahəsi tən ortadan bölünməklə uzunluğu təxminən 27 metr, eni isə təxminən 23.5 metr olmaqla bölünməlidir. Yuxarıda qeyd olunanlara əsasən apellyasiya şikayətimin xahiş etdi hissəsini dəqiqləşdirir və Məhkəmə Kollegiyasından xahiş edir ki, Binəqədi rayon Məhkəməsinin xx.xx.2023 il il tarixli, 2(001)-364/2023 saylı qətnaməsini torpaq sahəsinin bölünməsi hissəsində dəyişdirilsin və İddiaçı ilə paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən uzunluğu təxminən 52,15 metr olan, eni isə 23 metr olan 0,12 ha torpaq sahəsinin tən ortadan bölünməsi, uzunluğu 26 metr, eni isə 23 metr olmaqla hər birinin mülkiyyətində 06 ha torpaq sahəsinin qalması barədə yeni qətnamə qəbul edilsin.
a) Proses iştirakçılarının izahatı
23. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
24. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
25. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər;
26. 157.4-cü maddəsinə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər;
27. 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (15 dekabr 2017-ci il tarixli, 918-VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiya);
28. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
29. 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
30. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
31. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
32. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
35. Maddə 51.3. Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
41. Hazırki halda cavabdeh tərəf qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-364/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətində və apellyasiya şikayətinin dəqiqləşdirilməsi barədə ərizədə 3 dəlilə istinad etmişdir: 1) torpaq sahəsində olan yaşayış evinin bölünməməsi və torpaq sahəsinin ev yerləşən hissəsinin iddiaçıya ayrılması, 2) iddiaçıya ayrılan hissədə "xxxx" MMC-yə (Bakcell) məxsus ötürücü antena stansiyasının quraşdırılması və buna görə iddiaçının kirayə haqqı alması, 3) bölgü sxeminə əsasən iddiaçı ilə cavabdehin giriş-çıxışının yanbayan, eyni yerdən və dar dalandan qoyulmasının cavabdehin və iddiaçının qanuni mənafeyinə uyğun olmaması və İddiaçı ilə paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən uzunluğu təxminən 52,15 metr olan, eni isə 23 metr olan 0,12 ha torpaq sahəsinin tən ortadan bölünməsi, uzunluğu 26 metr, eni isə 23 metr olmaqla hər birinin mülkiyyətində 06 ha torpaq sahəsinin qalması.
44. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya məhkəməsi hər iki dəlil üzrə araşdırma apararaq həm əlavə məhkəmə ekspertizasının rəyi ilə, həm də yerli müayinədə iştirak edən mütəxəssisin rəyi ilə hər iki dəlilin əsassız olduğunu müəyyən etmiş, evin tamamilə yararsız olduğunu və torpağın bölünməsinə maneə yaratmadığını, "xxxx" MMC-yə (Bakcell) məxsus ötürücü antena stansiyasının isə tərəflərin mülkiyyətində olan torpaq sahəsindən kənarda olan boş torpaq sahəsində yerləşdiyini müəyyən etmişdir.
45. Kassasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, apellyasiya məhkəməsi apellyasiya şikayətinin hər iki dəlilinin əsassız olmasını müəyyən etməklə kifayətlənməmiş, mütəxəssis rəyində torpaq sahəsinə ayrı-ayrı istiqamətlərdən yol olduğunun qeyd edildiyini əsas götürərək, torpaq sahəsinin ortadan bölünməsi və hər bir torpaq sahəsini ayrı istiqamətdə yol nəzərdə tutmaqla, birinci instansiya məhkəməsindən fərqli olaraq hər hansı bir əsaslandırma etmədən bu dəfə şimal hissədəki torpaq sahəsini cavabdehə, cənub hissədəki torpaq sahəsini isə iddiaçıya ayırmışdır. Bu zaman məhkəmə nəzərə almamışdır ki, cavabdehin apellyasiya şikayətində torpaq sahəsinin bölünməsi ilə bağlı sxemə dair narazılığı olmamış, onun şikayəti yalnız mübahisəli torpaq sahəsində yerləşdiyi iddia edilən bağ evinin bölgüsü və antenna stansiyasının hüquqi statusu ilə məhdudlaşmışdır.
46. Kollegiya hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin təklif etdiyi sxem üzrə bölgü aparmaq əvəzinə, ondan imtina edərək, xüsusi hüquqi statusu olmayan “X2” MMC tərəfindən verilmiş müstəqil mütəxəssis rəyinə əsaslanaraq, tamamilə fərqli qaydada bölgü aparılması barədə qətnamə qəbul etmiş, bu zaman torpaq sahəsinin yeni qaydada bölgüsünün hansı zərurətdən irəli gəldiyini əsaslandırmamış, ümumiyyətlə tərəflərlə bölgü sxemini müzakirə etməmiş, təklif olunan bölgü üzrə tərəflərin mövqeyini, torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərində yolunun hansı istiqamətdən olduğunu araşdırmamışdır.
47. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, torpaq sahələrindən birinə boş torpaq sahəsindən keçid yolu verilərkən həmin boş torpaq sahəsinin hüquqi statusunu, yəni, onun dövlət mülkiyyətində, bələdiyyə mülkiyyətində və ya hər hansı fiziki şəxsə ayrılıb-ayrılmaması istiqamətində araşdırma aparılmamış, bu barədə aidiyyəti dövlət qurumlarına sorğu göndərilməmiş və nəticədə həmin hissədən yol kimi istifadənin gələcəkdə üçüncü şəxslərin hüquqlarına müdaxilə edə bilməsinə şərait yaradan qətnamə qəbul edilmişdir.
48. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli saylı ekspert rəyindən görünür ki, tədqiq olunan həyətyanı torpaq sahəsində yerləşən bağ evinin yaşayış üçün yararsız olduğunu nəzərə alaraq bağ evinin bölgüsü ilə bağlı tədqiqat aparılmamışdır. Həmçinin rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, ünvan 2 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin tərəflərin ½ payına uyğun naturada bölünməsinin “Məhkəmə tikintiX3 metodaları”-nın və Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1- nin “Şəhər, qəsəbəs və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçəsi və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Torpaq sahəsinin bölgüsünün hansı qaydada aparılması rəyə əlavə edilmiş sxemdə göstərilmişdir.
49. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə hesab edir ki, ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ünvan 6 ünvanında yerləşən bağ evinin 2 hissəyə naturada təcrid mənzillər şəklində bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89nun 2.2-ci bəndinin və Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyil. Belə ki, ev tamamilə yararsız hala düşmüşdür. Onun bölgü predmetinə daxil olması əsaslı hesab edilmir.
50. Kollegiya apellyasiya şikayətinin iddiaçıya ayrılan hissədə "xxxx" MMC-yə (Bakcell) məxsus ötürücü antena stansiyasının quraşdırılması və buna görə iddiaçının kirayə haqqı alması ehtimal edilən dəlilinə münasibətdə qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, "xxxx" MMC-yə (Bakcell) məxsus ötürücü antena stansiyasının isə tərəflərin mülkiyyətində olan torpaq sahəsindən xeyli kənarda olan boş torpaq sahəsində yerləşir.
51. İşə baxmış kassasiya instansiyası məhkəməsinin kollegiyası əvvəlki apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərkən mülki işə yeni baxacaq məhkəmə tərkibinə torpaq sahələrindən birinə boş torpaq sahəsindən keçid yolu verilərkən həmin boş torpaq sahəsinin hüquqi statusunu, yəni, onun dövlət mülkiyyətində, bələdiyyə mülkiyyətində və ya hər hansı fiziki şəxsə ayrılıb-ayrılmaması istiqamətində araşdırma aparılmasını, bu barədə aidiyyəti dövlət qurumlarına sorğu göndərilməsini və nəticədə həmin hissədən yol kimi istifadənin gələcəkdə üçüncü şəxslərin hüquqlarına müdaxilə edib-etməməsi məsələsini araşdırmağı göstəriş vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası bu əsasla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə 16 iyul 2025-ci il tarixdə sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq qeyd edilmişdir ki, tədqiqat obyektinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır.
52. Kollegiya kassasiya məhkəməsinin keçid yolunun hüquqi statusunu müəyyən etməkdə digər şəxslərin hüququna müdaxilə edib-etməməsi ilə bağlı sorğunun verilməsi zərurətinin müzakirə edilməsi məsələsinə münasibətdə qeyd edir ki, kassasiya məhkəməsi məhz öncəki apellyasiya instansiyası məhkəməsinin keçid yolunun bu qaydada müəyyən edilməsi halında bu halın müəyyənləşdirilməsi vacibliyinin müzakirəsini zəruri hesab etmişdir. İş materiallarında olan fotoşəkillərdən isə müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən bölgü qaydası müəyyən edilərkən bu hal nəzərə alınmaqla hər hansı şəxsin hüququna müdaxiləsi müəyyən edilmir. Belə ki, keçid kimi ayrılan hissə əvvəldən də dalan olmaqla digər şəxslər tərəfindən ümumiyyətlə istifadə edilmir.
53. Kollegiya həmçinin qeyd edir ki, sonuncu məhkəmə iclasında cavabdehin nümayəndəsinin təqdim etdiyi fotoşəkillərdən də göründüyü kimi, həmin hissə əvvəldən də dalan olmaqla yol kimi istifadə edilməsi üçüncü şəxslərin hüquqlarına maneə yaratmır.
54. Kollegiya apellyasiya şikayətinin bölgü sxeminin dəyişdirilməsi dəlilinə münasibətdə hesab edir ki, kassasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin təklif etdiyi sxem üzrə bölgü müəyyən etdiyi halda apellyasiya instansiyası məhkəməsi digər xüsusi hüquqi statusu olmayan “X2” MMC tərəfindən verilmiş müstəqil mütəxəssis rəyinə əsaslanaraq, tamamilə fərqli qaydada bölgü aparılması barədə qətnamə qəbul etmiş, bu zaman torpaq sahəsinin yeni qaydada bölgüsünün hansı zərurətdən irəli gəldiyini əsaslandırmamış, ümumiyyətlə tərəflərlə bölgü sxemini müzakirə etməmiş, təklif olunan bölgü üzrə tərəflərin mövqeyini, torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərində yolunun hansı istiqamətdən olduğunu araşdırmamışdır. Bu səbəbdən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.
55. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, ünvan 2 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin İddiaçı, Cavabdeh hər birinin ½ hissə-1200,0 ümumi (600 kv.metr) ibarət payı naturada ayrılmaqla bölünməli, İddiaçı düşən 600 kv.metr torpaq sahəsi sxemdə göstərilən torpaq sahəsinin eni 22.82 m, uzunluğu isə soldan 21.53 m müəyyən edilməli, Cavabdeh düşən 600 kv.metr torpaq sahəsi sxemdə göstərilən torpaq sahəsinin eni 20.02 m, uzunluğu isə soldan 31.16 m və sağdan 28.09 m müəyyən edilməlidir. Yaşayış evi ilə küçəni birləşdirən, piyadalar üçün nəzərdə tutulan yolun eni 1,5 metr, hərəkət (avtomobil) yolunun eni isə 2,75-3,0 metr aşağı olması nəzərə alınmalıdır.
56. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2 və 217.3-cü maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
58. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-364/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.