Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3771/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, İddiaçı X2 nümayəndəsi X3 və onun vəkili X10, Cavabdehin nümayəndəsi-vəkili X7 iştirakı ilə, İddiaçılar İddiaçı və X2 Cavabdehnə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(003)-758/2019 saylı qətnaməsindən iddiaçıların apellyasiya şikayətinə əsasən işəBakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müalicə üçün Tibb Mərkəzinə köçürülmüş 1500 manat xərc, mənəvi ziyana görə 10000 manat olmaqla, cəmi 11500 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı X4 iddiaçı kimi işə cəlb olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2018-ci ilin ortalarında Cavabdehndə xəstə kimi müayinələrdə olmuş, Ultrasəs və Obstetrics müayinələr nəticəsində döldə hər hansı bir çatışmazlığın olmaması diaqnozu qoyulmuşdur. xx xxxxxx 2018-ci il tarixində doğuş olmuşdur. Tibb Mərkəzində keçirilmiş müayinələr zamanı döldə hər hansı bir çatışmazlığın olmaması bildirilsə də, doğuşdan sonra uşaqda çoxsaylı qüsurlar müəyyən olunmuşdur. Müayinə üçün tibb mərkəzi uşağı X9 İnstitutuna göndərmiş, lakin onun həyatını xilas etmək mümkün olmamışdır. Uşaq tənəffüz çatışmazlığı, kəskin ürək damar çatışmazlığı, baş beyinə qansızma nəticəsində ölmüşdür. Tibb Mərkəzinin həkimi Nigar Piriyevanın səhlənkarlığı səbəbindən qeyd olunan hadisə baş vermişdir. Onun tərəfindən verilmiş diaqnozların yalan olması faktı müəyyən olunmuşdur. Uşağın müayinəsi ilə bağlı hissə-hissə Tibb Mərkəzinin kassasına 1500 manata qədər pul keçirilmişdir. Cavabdeh Tibb Mərkəzinin həkimi Nigar Priyeva həmin klinikaya köçürülmüş pul əsasında onu aldatmış, sağlamlığına ziyan vurmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(003)-758/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə əsassızdır. Nigar Piriyeva vaxtında uşağın vəziyyəti barədə məlumat verə bilsəydi, mənəvi cəhətdən hər şeyə hazır olardı və bilərdi ki, dünyaya övladı şikəst gələcək, özünü ona hazır edərdi, qabaqcadan müvafiq xəstəliyə uyğun müalicə metodu seçilə bilərdi ki, uşaqlarını itirməsinlər. Nigar Piriyevanın həkim səhlənkərlığı nəticəsində maddi və mənəvi zərərə uğramışlar. Yenidən ekspertiza keçirilməsi barədə vəsatətləri qəbul edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)-12065/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(102)-465/2020 saylı Qərarı ilə iddiaçılar İddiaçı və X1 şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən İddiaçı və digər iddiaçının nümayəndəsi İ.Tarverdiyev hər biri Məhkəmə Kollegiyasına ərizə təqdim edərək, iddia tələblərindən imtina etdiklərini bildirərək, iş üzrə icraata xitam verilməsi barəsində qərardad qəbul edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi-vəkili də ərizələrin təsdiq edilməsini və icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Kollegiya izahatları dinləyib, iddiadan imtina barədə ərizələri və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizələr qəbul edilərək birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, iddiadan imtina qəbul olunmalı, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə MPM-nin 391-ci maddəsinə əsasən ləğv edilməli və iddia üzrə işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 391, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçılar İddiaçı və X2 iddiadan imtinası qəbul edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(003)-758/2019 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-3771/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3771/2020
29.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver